Normal görünüm

Dünden önceki gün alınanlar Azerbaycanca Haberler

Cənubi Koreya Hörmüz boğazına hərbi qüvvələr göndərir

Cənubi Koreya Hörmüz boğazında gəmilərin sərbəst və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bölgəyə hərbi qüvvələr yerləşdirməyə hazırlıq görür. Hərbi bölmələrin göndərilməsinin ilin sonunadək həyata keçirilməsi planlaşdırılır.
 
Moderator.az xəbər verir ki, bu barədə hökumət və hərbi mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
 
Məlumata əsasən, hökumət hazırda parlamentin təsdiqini almaq üçün müvafiq prosedurlar üzərində işləyir.
 
Rəsmilər bir neçə variantı, o cümlədən dəniz patrul təyyarəsinin, maddi-texniki təminat gəmisinin və ya minatəmizləmə qrupunun göndərilməsi imkanlarını nəzərdən keçiriblər.
 
Cənubi Koreya hökumətindən bildirilib ki, rəsmi Seul boğazda gəmiçiliyin sərbəst hərəkətinə dəstək verməyin praktiki yollarını müzakirə edib, lakin yekun qərarın verilməsi ilə bağlı xəbərlər faktları əks etdirmir. Missiyanın dəqiq tərkibi və həyata keçirilmə vaxtı ilə bağlı son qərar hələlik qəbul olunmayıb.

“Bəzi ailələrdə niyə sağlamlıq imkanları <span style="color: #ff0000;">məhdud uşaqlar dünyaya gəlir?..”- CÜMƏ BƏHSLƏRİ</span>

Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir...”- Qurani-Kərim 
 
“Belə bir uşağa göstərilən qayğının, onun tərbiyəsi və qulluğuna sərf olunan hər dəqiqənin savabının qat-qat artırılaraq yaxşı əməllər tərəzisinə yazılacağı bildirilir...”
 
Bəzi ailələrdə sağlam və güclü uşaqlar dünyaya gəldiyi halda, digər ailələrdə əqli və fiziki imkanları məhdud uşaqların doğulması dini, teoloji baxımdan bir sıra suallar doğurur. Bu, Allahın təqdirində hansı hikməti daşıyır? Valideynlərin günahları ilə övladlarının sağlamlığı arasında əlaqə varmı?
 
Moderator.az  bu mövzuda “İslam-Today” nəşrində Səidə Həyatın imzasıyla dərc olunmuş “Niyə bəzi ailələrdə əlil uşaqlar doğulur?” başlıqlı materialın tərcüməsini dəyərli oxucuların diqqətinə çatdırır.
 
“Sual:
Nə üçün Allah bəzi ailələrə sağlam və güclü övladlar bəxş edir, digər ailələrdə isə əqli və fiziki imkanları məhdud uşaqlar dünyaya gəlir? Allahın belə bir təqdirinin hikməti nədən ibarətdir?
 
Cavab:
 
İnsan öz biliyi və dünyagörüşü baxımından məhduddur. Allah isə hər şeyi əhatə edən elmə və sonsuz biliyə sahibdir. İnsan məhdud imkanları səbəbindən müxtəlif hadisələrin arxasında gizlənən ilahi hikməti tam dərk edə bilməz.
 
Bundan əlavə, insan hadisələrə əsasən bu dünyanın çərçivəsindən baxır. Halbuki hər şey Uca Allahın iradəsi və təqdiri ilə baş verir. Əgər hansısa hadisə baş veribsə, deməli, bütün zahiri şərtlər başqa cür olmasına imkan versə belə, həmin hadisənin baş verməməsi təqdir edilməyib. Əgər Allah onun baş verməməsini təqdir etsəydi, xarici şərait necə olursa-olsun, bu hadisə baş verməzdi.
 
Bəs sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi valideynlərin əvvəllər etdiyi günahların nəticəsidirmi?
 
İslama görə, hər bir insan yalnız öz səhvlərinə və günahlarına görə məsuliyyət daşıyır və başqalarının, o cümlədən valideynlərinin və ya övladlarının günahlarına görə cavabdeh deyil.
 
Quranda buyurulur:
 
De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm? “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir.” (Ənam surəsi, 164)
 
Hədisdə də bildirilir ki, valideyn övladının günahına görə, övlad isə valideyninin günahına görə cəzalandırılmır.
 
Mömin insan dərk edir ki, Allah bu dünyanı insanları imtahan etmək üçün yaradıb. Bu baxımdan, sağlamlıq imkanları məhdud övladın dünyaya gəlməsi həm valideyn, həm də uşaq böyüdükcə onun özü üçün bir sınaq ola bilər.
 
Quranda Uca Allah hər bir insanı mal-dövlət, övlad, sağlamlıq və digər nemət və ya çətinliklərlə sınaqdan keçirəcəyini bildirir:
 
 “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! (Bəqərə, 155)
Sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi Allahın Öz qullarını sınağa çəkməsinin nümunələrindən biri ola bilər. Bu sınaq qarşısında səbir edən insan böyük mükafata layiq görülər. Belə bir uşağa göstərilən qayğının, onun tərbiyəsi və qulluğuna sərf olunan hər dəqiqənin savabının qat-qat artırılaraq yaxşı əməllər tərəzisinə yazılacağı bildirilir.
 
İnsanın bir müsibətlə üzləşməsi Allahın ona mərhəmət və lütf göstərmədiyi anlamına gəlmir. Bəlkə də bunun əksi doğrudur: Allah sevdiyi qullarını daha çox sınağa çəkə bilər.
 
Allah bu dünyada bizə müəyyən bir neməti verməyə bilər, lakin Axirətdə onun müqabilində daha xeyirlisini bəxş edə bilər. Hətta ən xoşagəlməz hadisədə belə Allahın mərhəməti və sonsuz savaba nail olmaq imkanı ola bilər.
 
Bəzən insanın qarşılaşdığı bəla və müsibətlər onun İslama yönəlməsinə, imanının möhkəmlənməsinə, həyatda həqiqi dəyərləri dərk etməsinə və Allaha şükür etməsinə səbəb olur.
 
Müəllif: Sayda Hayat”
 
Tərcümə və təqdim etdi: 
Sultan Laçın
 

Oman İranın Hörmüzlə bağlı müştərək rüsum layihəsini rədd etdi

Oman İranın Hörmüz boğazından keçən kommersiya gəmilərindən müştərək rüsum alınması ilə bağlı irəli sürdüyü təklifi rədd edib.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin "The New York Post" nəşri regiondakı yüksəkvəzifəli məmura istinadən məlumat yayıb.
 
"İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ötən həftə verdiyi bəyanatın əksinə olaraq, Oman rüsumların yığılmasına razılıq verməkdən boyun qaçırıb", - deyə qəzeti məlumatlandıran mənbə bildirib.
 
Nəşr xatırladır ki, ötən həftə İran və Omanın xarici işlər nazirləri Hörmüz boğazı ətrafındakı vəziyyəti müzakirə ediblər. Bir neçə saat sonra isə SEPAH nümayəndəsi hər iki ölkənin payı barədə razılığın əldə olunduğunu bildirmişdi.
 
Bununla yanaşı, keçən həftə adı açıqlanmayan ABŞ rəsmisi məsələyə belə münasibət bildirmişdi:
 
"SEPAH tələskənliyə yol verib, çünki gəlirlərin bölüşdürülməsi ilə bağlı təklif olunan razılaşmanın şərtləri hələ Tehranın özündə belə tam təsdiqlənməyib".
 
"The New York Post" vurğulayır ki, bununla da Oman hökuməti ABŞ Prezidenti Donald Trampla qarşıdurmadan yayına bilib. Belə ki, Tramp Omanın Hörmüz boğazına nəzarət üzrə İranla danışıqları davam etdirəcəyi təqdirdə ölkəni sərt şəkildə bombalamaqla hədələmişdi.

Hörmüz boğazı və nüvə proqramı: <span style="color: #ff0000;">ABŞ hökuməti İrandan nəyi tələb edəcək?</span>

ABŞ hökuməti İranla mövcud münaqişənin qarşılıqlı anlaşma memorandumu yolu ilə həll olunması variantını nəzərdən keçirmir.
 
Moderator.az xəbər verir ki, bu barədə özəl mənbələrinə istinadən Böyük Britaniyanın "Financial Times" nəşri məlumat yayıb.
 
Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın Administrasiyası memorandum əvəzinə "daha əhatəli müqavilə" imzalamağı planlaşdırır. Bu sənədə həm Hörmüz boğazı, həm də Tehranın nüvə proqramı ilə bağlı məsələlərin daxil edilməsi nəzərdə tutulur.
 
Nəşr, həmçinin vurğulayır ki, hazırda ABŞ ilə İran arasında danışıqlar dayandırılıb. Bununla belə, adının çəkilməsini istəməyən diplomatlar bildiriblər ki, vasitəçilər Vaşinqton və Tehran arasındakı kommunikasiya kanallarını açıq saxlayıb və yeni saziş üçün baza formalaşdırmağa çalışırlar.
 
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. İyun ayında Vaşinqtonla Tehran bütün cəbhələrdə, o cümlədən Livan ərazisində hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən qarşılıqlı anlaşma memorandumu imzalamışdı. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşdırılmış şərtləri pozmaqda günahlandıraraq, irimiqyaslı zərbələri yenidən bərpa etdi. Qlobal neft ticarətinin təqribən 25 faizi, mayeləşdirilmiş təbii qazın isə 20 faizə yaxın hissəsi məhz bu boğaz vasitəsilə daşınır. /oxu.az/
 

Tramp Ukraynaya xərclənən vəsaiti Avropadan tələb edəcək

ABŞ hökuməti, sabiq prezident Co Baydenin rəhbərliyi dövründə Ukraynanın hərbi təchizatına xərclənmiş maliyyə vəsaitlərini Avropa dövlətlərindən geri almaq niyyətindədir.
 
Moderator.az xəbər verir ki, müvafiq bəyanatla Birləşmiş Ştatların Prezidenti Donald Tramp çıxış edib.
 
"Truth Social" platformasında narazılığını bildirən Tramp qeyd edib ki, Ukrayna və NATO-ya yüzmilyardlarla dollar əvəzsiz şəkildə təqdim edilib.
 
"Avropadan istənilsəydi, bunun əvəzini ödəyərdilər, ancaq biz bir qədər gecikmiş olsaq belə, həmin pulları mütləq geri istəyəcəyik!" - deyə Tramp qeyd edib.
 
Dövlət başçısının sözlərinə əsasən, Bayden administrasiyası Kiyevə Vaşinqtonun İranla olan münaqişəsində sərf etdiyi sursatlardan qat-qat çox hərbi ləvazimat göndərib. D.Tramp, həmçinin xüsusi olaraq vurğulayıb ki, bütün bu tədarüklər tamamilə pulsuz şəkildə həyata keçirilib.

Türkiyənin Qara dəniz zirvələri KAÇKAR BY UTMB 2026-ya ev sahibliyi edəcək - <span style="color: #ff0000;">FOTO</span>

Yamyaşıl və toxunulmaz təbiəti ilə seçilən Türkiyənin Qara dəniz bölgəsi son dövrlərdə beynəlxalq idman ictimaiyyətinin də diqqət mərkəzinə çevrilib. Uca dağ zirvələri, dik dərələri, sıx meşələri və yüksək yüksəkliklərdə yerləşən cığırları regionu dözümlülük idmanları üçün ideal məkana çevirir. 11-13 sentyabr tarixlərində isə bu möhtəşəm coğrafiya KAÇKAR BY UTMB 2026 yarışının ikinci buraxılışına ev sahibliyi edərək dünyanın müxtəlif ölkələrindən gələn peşəkar idmançıları bir araya gətirəcək.
 
Dünyanın nüfuzlu UTMB World Series seriyasının bir hissəsi olan bu mötəbər cığır qaçışı yarışı dözümlülük, təbiət və macəra həvəskarlarını bir araya gətirir. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Turizmi Təbliğ və İnkişaf Agentliyinin (TGA) dəstəyi ilə keçirilən KAÇKAR BY UTMB iştirakçıları Rizenin Çamlıhemşin rayonunda yerləşən Kaçkar dağlarının sərt relyefi və valehedici mənzərələri ilə tanış edir. Buludların üzərində keçən çətin yarışdan daha çoxunu vəd edən tədbir Qara dəniz bölgəsinin ən möhtəşəm təbiət mənzərələri fonunda fiziki və psixoloji dözümlülüyün sınandığı, unudulmaz macəra təqdim edir.
 
İkinci dəfə keçirilən KAÇKAR BY UTMB Türkiyənin ən nüfuzlu açıq hava idmanı tədbirlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Ötən il Rize 59 ölkədən 1 878 idmançı ilə yanaşı, on minlərlə idman həvəskarını qəbul etdiyi halda, bu il yarışda 60-dan çox ölkədən 2 000-dən artıq idmançının iştirakı gözlənilir. Dünya səviyyəli idman təcrübəsi təqdim etməklə yanaşı, tədbir iştirakçılara yerli mədəniyyəti yaxından tanımaq imkanı da yaradacaq.
 
Türkiyədən və dünyanın müxtəlif ölkələrindən olan qaçışçılar builki KAÇKAR BY UTMB çərçivəsində unudulmaz səyahətə hazırlaşırlar. Çətinlikləri möhtəşəm mənzərələrlə birləşdirən marşrut iştirakçıları tarixi karvan yolları və qədim çoban cığırları boyunca aparacaq, onları canlı yerli yaşayış məntəqələri və qədim kəndlərlə tanış edəcək.
 
Kaçkar by UTMB-nin 2026-cı il buraxılışı çərçivəsində yarışlar dörd fərqli marşrut üzrə keçiriləcək. İdmançılar Kaçkar 100K, Kaçkar 50K, Kaçkar 20K və Ayder 4K kateqoriyalarında mübarizə aparacaqlar. Bütün marşrutların start nöqtəsi Ayder yaylağı olacaq.
 
Kaçkar 100K marşrutu 82 kilometr məsafə və 5 600 metr yüksəklik fərqi ilə iştirakçılardan yüksək dözümlülük, diqqət və dağlara böyük hörmət tələb edir. İdmançılar dağ silsilələrinə qalxacaq, dərələrdən keçəcək və hər biri Kaçkarların özünəməxsus xüsusiyyətlərini əks etdirən 12 dağ kəndini ziyarət edəcəklər. 44 kilometr uzunluğa və 3 000 metrdən çox yüksəklik fərqinə malik Kaçkar 50K isə 100K marşrutunun sərhədlərini aşmadan eyni dağ ab-havasını yaşamaq imkanı yaradır. Yamyaşıl meşələr, Kemer dağı, eləcə də 300 illik daş evləri ilə dözümlülük və keçmişin izlərini yaşadan Hazindak və Samistal yaylaqları marşrut boyunca iştirakçıları müşayiət edir.
 
Kaçkar 20K da müxtəlif relyeflərdən keçən marşrutu ilə qaçış həvəskarlarına unudulmaz təcrübə bəxş edir. Daha qısa məsafəyə malik olsa da, yüksəklik, dəyişkən hava şəraiti, saf dağ havası və canlı kənd mənzərələri bu marşrutda da iştirakçılardan diqqət və hazırlıq tələb edir. Ayder 4K isə sürətdən daha çox kəşfə fokuslanır. Bununla belə, marşrut bölgəyə xas relyefi yaxından hiss etmək üçün autentik imkan təqdim edir. Təxminən 4 kilometr məsafə və 230 metr yüksəklik fərqi ilə bu marşrut cığır qaçışına ilk dəfə qatılanlar üçün ideal başlanğıc seçimidir.
 
Şərqi Qara dəniz bölgəsində dənizə paralel uzanan Kaçkar dağları Rize və Artvin vilayətləri arasında təbii sərhəd yaradır. Yer üzündəki bu cənnət dünyanın biomüxtəliflik baxımından ən zəngin ərazilərindən biri hesab olunur. Toxunulmamış təbiəti ilə seçilən Kaçkarlar Türkiyənin ən məşhur açıq hava idmanı məkanları sırasında xüsusi yer tutur. Çay sahillərindən başlayan yürüş marşrutları tədricən yüksəkliklərə doğru uzanır, bəzi ərazilərdə buludları aşaraq geniş yaylalara çıxır. Ucsuz-bucaqsız yüksəkliklərdə çoxsaylı buzlaq gölləri yerləşir. Burada yürüşçülər səyahətlərinə fasilə verərək göl kənarında düşərgə qura və saf dağ havasının dadını çıxara bilərlər.
 
Yürüş, alpinizm və düşərgə ilə yanaşı, Kaçkarlar qış aylarında da canlanan və ilin bütün fəsillərində ziyarətçilər üçün fərqli imkanlar təqdim edən mühüm turizm məkanıdır. Qış idmanı həvəskarları Ovit və Handüzü kimi yüksək yaylalarda ideal qar şəraitinin yaratdığı imkanlardan yararlanaraq alp xizəyi sürə bilərlər. Toxunulmamış qarda, hazırlanmış traslardan kənarda xizək sürmək istəyənlər üçün isə Kaçkarlar heliskiinq üzrə Avropanın ən yaxşı məkanlarından biri kimi beynəlxalq səviyyədə tanınır. Ağac örtüyünün sona çatdığı yüksəkliklərdə snoubord və xizək həvəskarlarını geniş alp yaylalarında sərbəst sürüş üçün sonsuz imkanlar gözləyir.

Uitkoffla Kuşner Kiyev və Moskvaya səfər edəcək

ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner yaxın vaxtlarda Kiyev və Moskvaya səfər etmək niyyətindədirlər.
 
Moderator.az xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.
 
Səfərin konkret tarixi açıqlanmayıb.
 
Xatırladaq ki, bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçiləri ilə onların Kiyevə qarşıdakı səfərinin detallarını müzakirə edib.

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırıb

İran müsəlman ölkələrinin rəhbərləri, xüsusilə Qərbi Asiya və Fars körfəzinin ətrafında yerləşən ölkələrin rəhbərlərini birliyə çağırır. Bunu İranın Ali Lideri Seyid Müctəba Xamenei bu gün (30 avqust) İranda Birlik Həftəsi münasibəti ilə etdiyi müraciətdə qeyd edib. “Müsəlmanların problemlərinin çarəsi birlik, dostluq və yaxşılıq istiqamətində əməkdaşlıqdır”, – deyə o qeyd edib. İranın Ali Lideri Qərbi Asiya və Fars körfəzi ətrafında yerləşən ölkələrin öz düşmənlərini tanımağa və onlarla mübarizə aparmalarını istəyib. “ABŞ və İsrail müsəlman ölkələri arasında dostluq və birliyi istəmirlər. ABŞ […]

Source

Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq

Bu gündən başlayaraq sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq. Məlumata görə, Aurigid meteorları Yer atmosferinə təxminən 66-67 km/s sürətlə daxil olur. Bu yüksək sürət onların atmosferdə parlaq və qısa ömürlü işıq izləri yaratmasına səbəb olur. Meteorların böyük əksəriyyəti 70-100 km yüksəklikdə tamamilə yanaraq yox olur və Yer səthinə çatmır. Bakıdan Aurigid meteorlarını müşahidə etmək üçün ən əlverişli vaxt avqustun 31-dən sentyabrın 1-nə […]

Source

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırıb

İran müsəlman ölkələrinin rəhbərləri, xüsusilə Qərbi Asiya və Fars körfəzinin ətrafında yerləşən ölkələrin rəhbərlərini birliyə çağırır. Bunu İranın Ali Lideri Seyid Müctəba Xamenei bu gün (30 avqust) İranda Birlik Həftəsi münasibəti ilə etdiyi müraciətdə qeyd edib. “Müsəlmanların problemlərinin çarəsi birlik, dostluq və yaxşılıq istiqamətində əməkdaşlıqdır”, – deyə o qeyd edib. İranın Ali Lideri Qərbi Asiya və Fars körfəzi ətrafında yerləşən ölkələrin öz düşmənlərini tanımağa və onlarla mübarizə aparmalarını istəyib. “ABŞ və İsrail müsəlman ölkələri arasında dostluq və birliyi istəmirlər. ABŞ […]

Source

Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq

Bu gündən başlayaraq sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq. Məlumata görə, Aurigid meteorları Yer atmosferinə təxminən 66-67 km/s sürətlə daxil olur. Bu yüksək sürət onların atmosferdə parlaq və qısa ömürlü işıq izləri yaratmasına səbəb olur. Meteorların böyük əksəriyyəti 70-100 km yüksəklikdə tamamilə yanaraq yox olur və Yer səthinə çatmır. Bakıdan Aurigid meteorlarını müşahidə etmək üçün ən əlverişli vaxt avqustun 31-dən sentyabrın 1-nə […]

Source

ABŞ, Rusiya və İran Zəngəzurda qarşı-qarşıya gəlir? — ŞƏRH  

Regionda nəqliyyat-kommunikasiya xətlərining bərpası və Zəngəzur dəhlizinin açılması ətrafında müzakirələr son günlər daha intensiv xarakter alıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın "Tramp marşrutu" (TRIPP) çərçivəsində nəzərdə tutulan dəmir yolunun sovet dövründə mövcud olmuş xətt üzrə, İranla sərhəd boyunca salınacağını bildirməsi diqqəti yenidən bu geosiyasi layihəyə yönəldib. Keçmiş infrastrukturun bərpası təkcə nəqliyyat logistikası baxımından deyil, həm də Cənubi Qafqazın iqtisadi və təhlükəsizlik arxitekturası üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan tərəfi Naxçıvanla maneəsiz və təhlükəsiz əlaqənin təmin olunmasını əsas şərt kimi irəli sürür, eyni zamanda İran ərazisindən keçən Araz dəhlizi kimi alternativləri də real müstəviyə keçirir. Rəsmi İrəvanın geopolitik güclərin maraqlarını regionda toqquşdurmaq cəhdləri isə dəhlizin icrasında yeni risklər yaradır.Mövzu ilə bağlı Oxu24.com-a ətraflı açıqlama verən politoloq Azad Məsiyev məsələnin iqtisadi və geosiyasi aspektdən mahiyyətini şərh edib:“Ermənistan Baş nazirinin elan etdiyi Zəngəzur dəhlizi – vaxtilə SSRİ dövründə mövcud olmuş dəmir yolu xətti Azərbaycan Dəmir Yolu İdarəsinin nəzdində olan bir xətt olub. Ermənistan ərazisindəki həmin dəmir yolu Azərbaycanın balansında idi; Azərbaycan həmin marşrutu təmir edir, oradakı işçilərin əməkhaqqı Azərbaycan Dəmir Yolu tərəfindən verilir və idarəetmə müəssisəsi də Azərbaycanın idarəçiliyində idi”.Politoloq bildirib ki, yaranmış vəziyyət onu göstərir ki, Ermənistan Baş naziri yeni həmin xətt üzərində Zəngəzur dəhlizinin açılmasını bəyan edir. Lakin Azərbaycanın mövcud şərtləri var: Bu dəhliz o zaman işlək vəziyyətə gələcək ki, Azərbaycan vatandaşlarının Naxçıvana təhlükəsizliyi və toxunulmazlığı təmin olunsun, eyni zamanda heç bir yoxlama təzyiqinə məruz qalmasınlar:”Azərbaycanın alternativ bir yolu var – Araz dəhlizi. Azərbaycan çoxşaxəli siyasətini bu sahədə də həyata keçirməkdə maraqlıdır. Çünki, Ermənistan dövləti etibarsız dövlətdir, sabah istənilən bir süni problem yaradaraq bu dəhlizdən azərbaycanlıların təhlükəsiz keçməsinə və yük daşınmasına problem yarada bilər. Bu səbəbdən Azərbaycan cənub qonşumuz olan İran dövləti ilə də danışıqlar aparır və bu sahədə də yolun açılması xüsusi önəm daşıyır”.Azad Məsiyev həm Zəngəzur dəhlizinin, həm də Araz dəhlizinin geoistiqamətli və geoideoloji iqtisadi maraqlara tam cavab verəcək bir dəhliz olduğunu qeyd edib:“Azərbaycan Araz dəhlizi vasitəsilə İran körfəzinə yüklərin daşınmasını həyata keçirə bilər. Eyni zamanda Orta Dəhlizin bir qolu olan Zəngəzur dəhlizi vasitəsilə də dunya iqtisadi sisteminin tərkib hissəsinə çevrilə bilər”.Müsahibimizin sözlərinə görə, hazırda Ermənistan Baş nazirinin elan elədiyi 40 kilometrlik ərazi Ermənistanın ərazisi olsa da, tarixi Azərbaycan torpaqları olan Zəngəzur torpağıdır. Buna baxmayaraq, Azərbaycan reallıqları nəzərə alaraq bu dəhlizin açılmasında maraqlıdır. Lakin Paşinyanın açıqlaması onu göstərir ki, hələ bu dəhlizin layihələndirilməsi və tikilməsi sözdən başqa bir şey deyil:“Praktik olaraq Azərbaycan öz hissəsinə aid olan sahələrdə – istər Ermənistan sərhədinə qədər, istərsə də Naxçıvandan Türkiyə sərhədinə qədər işlərin aparılmasını sürətləndirib”.Politoloq vurğulayıb ki, Azərbaycan ərazisindən keçən xətt Paşinyanın elan etdiyi 40 kilometrlik ərazidən qat-qat böyükdür:“Azərbaycan Prezidentinin də açıqlamaları var ki, Naxçıvandan çəkiləcək yeni dəmir yolu xətti böyük yüklərin daşınmasına rəvac verəcəkdir. Bu dəhliz nə qədər tez açılarsa, həm Ermənistan, həm də region üçün bir o qədər yaxşı nəticələr əldə edilə bilər. Paşinyan bu layihəni uzadarsa, Azərbaycan Araz dəhlizi vasitəsilə öz geosiyasi və iqtisadi siyasətini həyata keçirəcək. Paşinyanın yürütdüyü siyasət Ermənistanda qlobal güclərin maraqlarını toqquşdurmaqdadır. Çünki Paşinyan maraqları uzlaşdırmır, maraqları toqquşduraraq regionda gərginlik yaratmaqdadır”.Azad Məsiyev bildirib ki, Zəngəzur dəhlizi 10 noyabr bəyanatının 9-cu maddəsində gündəmə gələn layihə idi və həmin dövrdə Ermənistan öhdəlik götürmüşdü ki, həmin ərazi Rusiya nəzarətinə veriləcək. Buna baxmayaraq, Ermənistan Amerika ilə əməkdaşlığı genişləndirərək həmin dəhlizi indi Amerikanın himayəsinə verməkdədir:“Məsələ burasındadır ki, regionda maraqların toqquşdurulması stabilliyin pozulmasına gətirib çıxarır. Birləşmiş Ştatların İran sərhədində düşərgə salması İranın da strateji marağına ziddir. Çünki ABŞ İranı düşmən elan edib və İran əleyhinə fəaliyyətini genişləndirir”.Yekun olaraq politoloq əlavə edib ki, Amerikanın İran sərhədinə gəlməsi, xüsusilə Zəngəzur dəhlizi regionundakı mövqeyi bu ziddiyyəti dərinləşdirir. Eyni zamanda bu dəhlizdə Rusiyanın da strateji marağı var. Kreml rəsmiləri açıq şəkildə bəyan edirlər ki, 10 noyabr sazişi gündəmdən düşməyib. Paşinyanın yürütdüyü siyasət maraqları uzlaşdırmaq deyil, toqquşdurmaqdır. Maraqların toqquşması isə regionda stabilliyin pozulması deməkdir.Çimnaz Telmanqızı

Tələbələr 4 il əvəzinə 3 il oxuyacaq 

ABŞ-də ənənəvi dördillik bakalavr təhsilinə alternativ olaraq üçillik proqramların sayı artır.Oxu24.com  xarici mediaya istinadən məlumat verir ki, artıq ölkənin 26 ştatında ən azı bir universitet azaldılmış kreditlə üçillik bakalavr proqramı təklif edir.Yeni proqramlarda tələbələr ənənəvi 120 kredit əvəzinə bəzi hallarda 90 kredit toplayaraq bakalavr diplomu əldə edə bilirlər. Məqsəd tələbələrin universiteti bir il daha tez bitirməsi və təhsil xərclərinə qənaət etməsidir. May ayına olan məlumatlara görə, ABŞ-də 119 belə proqram elan edilib.Üçillik proqramlar xüsusilə biznes, marketinq, idarəetmə, kompüter və informasiya elmləri kimi ixtisaslarda yayılır. Mühəndislik və müəllimlik kimi praktiki hazırlıq və lisenziya tələb edən sahələrdə isə bu modeli tətbiq etmək daha çətindir.Bununla belə, yeni model birmənalı qarşılanmır. Tənqidçilər təhsilin qısaldılmasının tələbələrin əldə etdiyi biliklərin həcmini azalda, bəzi işəgötürənlərin münasibətinə və magistratura proqramlarına qəbul imkanlarına təsir göstərə biləcəyini bildirirlər.(AzEdu.az)

Buzlaqların əriməsi bal arıları arasında xəstəlik riskini artıra bilər - Tədqiqat 

İsveçrənin Lozanna Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni araşdırmaya görə, buzlaqların əriməsi bal arıları arasında xəstəliklərin yayılması riskini artıra bilər.SWI-nin məlumatına görə, Lozanna və Milan universitetlərinin, həmçinin İtaliyanın Crea tədqiqat təşkilatının alimləri Val d'Herens bölgəsində yerləşən Mont-Mine buzlağının ətrafındakı arı populyasiyalarını araşdırıblar. Tədqiqat zamanı üç virus və iki parazit olmaqla, ümumilikdə beş patogenə diqqət yetirilib.Normal şəraitdə bal arıları müxtəlif bitki növləri ilə qidalanmağa meyllidirlər. Bu təbii ayrılma arıların bir-birindən patogenlərə yoluxma ehtimalını azaldır.Lakin buzlaqların geri çəkilməsi bitki örtüyünün dəyişməsinə səbəb olur. Nəticədə müxtəlif həşərat növləri eyni bitkilərdən qidalanmağa başlayır və onların bir-biri ilə təması artır.Tədqiqatçılar bildirirlər ki, yoluxmuş arılar patogenləri çiçəklər üzərində buraxa bilər. Daha sonra həmin çiçəklərlə qidalanan digər arılar da yoluxa bilər. Beləliklə, çiçəklər müxtəlif arı populyasiyaları arasında infeksiyanın yayılması üçün bir növ “körpü” rolunu oynaya bilər.Araşdırma zamanı buzdan tamamilə azad olmuş ərazilərdə yaşayan bal arılarında beş patogenin hamısı aşkar edilib.Alimlərin fikrincə, nəticələr buzlaqların geri çəkilməsinin yalnız su ehtiyatlarına və ekosistemlərə deyil, həm də növlər arasındakı əlaqələrə təsir göstərdiyini ortaya qoyur.

“WhatsApp”da ödəniş dönəmi başladı 

“WhatsApp” vasitəsilə pul göndərmək xidmətinin daha çox ölkədə istifadəyə verilməsi nəzərdən keçirilir.Oxu24.com  xəbər verir ki, tətbiqin iOS üçün yayımlanan beta versiyasında ödəniş paneli üçün yeniliklər yer alıb. Məlumata görə, funksiya üçün potensial bazarlar arasında Niderland, Avstriya, Almaniya, İtaliya, İspaniya, ABŞ, Kanada, Avstraliya və Qana yer alır. Hazırda sınaq mərhələsində olan siyahının yekun olmadığı və əhatə dairəsinin dəyişə biləcəyi bildirilir. Yeni sistem istifadəçilərə mesajlaşma ekranından çıxmadan bir-birinə pul göndərmək imkanı verə bilər. Həmçinin kredit və debet kartlarının məlumatlarının tətbiqdə saxlanılması və çat üzərindən alış-verişin asanlaşdırılması planlaşdırılır. İstifadəçilər yadda saxlanılan maliyyə məlumatlarını istənilən vaxt idarə edə, yükləyə və ya silə biləcəklər.Qeyd edək ki, “WhatsApp Payments” hazırda Hindistanda UPI, Braziliyada PIX və Sinqapurda Stripe kimi yerli ödəniş sistemləri ilə inteqrasiya olunur.

Nüvə müharibəsi təhlükəsi və Bakının altında gizlədilən dəhşətli gerçəklik: Yerin 30 metr dərinliyindəki Sovet sirləri  

Soyuq müharibə dövrünün ən qorxulu ssenarilərindən birinin pərdəarxası məqamları diqqət mərkəzindədir. Məlum olub ki, tərəflər arasında mümkün nüvə müharibəsi alovlanacağı təqdirdə, Keçmiş SSRİ-nin ilk qurban verəcəyi və hədəfə gələcək əsas ərazilərindən biri məhz Azərbaycan olacaqdı.Oxu24.com xəbər verir ki, Sovet rəhbərliyi Bakının strateji neft ehtiyatlarına görə düşmənin ilk vuracağı obyekt olacağını dəqiq hesablamışdı. Məhz bu ehtimalı nəzərə alaraq, xəritələrdən belə silinən fövqəladə xüsusi plan işlənib hazırlanmışdı. Plan çərçivəsində Bakının, eləcə də ölkənin müxtəlif dağlıq ərazilərinin altında, yerin tam 30 metr dərinliyində nəhəng bunkerlər və yeraltı gizli laboratoriyalar şəbəkəsi inşa edilmişdi.Bu yeraltı obyektlər sıradan bir sığınacaq deyil, tam avtonom yaşayış kompleksləri kimi layihələndirilmişdi. Yerin dərinliklərində qurulan sistemlər sayəsində insan şəraitindən asılı olmadan aylarla çölə çıxmadan yaşaya bilərdi. Bunun üçün komplekslərdə xüsusi su anbarları, havagötürmə və oksigen filtri sistemləri, eyni zamanda kəsilməz təchizat qurğuları yerləşdirilmişdi.Lakin xüsusi narahatlıq doğuran məqam bu obyektlərin bugünkü taleyi ilə bağlıdır. Hazırda Bakı ətrafında və bir çox rayonlarımızda yerləşən bu məfhi yeraltı obyektlərin əksəriyyətinin giriş qapıları yerin altından qalın beton təbəqələri ilə tamamilə bağlanıb. Betonlanmış divarların arxasında hansı Sovet sınaqlarının aparıldığı, yeraltı laboratoriyalarda hansı təhlükəli maddələrin və ya cihaz qalıqlarının saxlanıldığı indi də tam bir sirr olaraq qalır.

ABŞ Azərbaycan da daxil olmaqla 75 ölkənin vətəndaşları üçün immiqrant vizaları qadağasını ləğv edib

ABŞ Federal Məhkəməsi Vaşinqton administrasiyasının Azərbaycan, Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Moldova da daxil olmaqla 75 ölkədən olan müraciət edənlərə immiqrant vizalarının verilməsini dayandırmaq barədə əvvəlki qərarını qanunsuz hesab edib.

©

47 min ukraynalının yaşadığı ölkədə&nbsp;qaçqınlarla bağlı qaydalar&nbsp;SƏRTLƏŞDİRİLİR

Danimarka ukraynalı qaçqınlar üçün qaydaları sərtləşdirmək və 14 vilayətdən olan şəxslərin qəbulunu məhdudlaşdırmaq istəyir. Modern.az ölkə mətbuatına istinadən xəbər verir ki,Danimarka hökuməti Ukraynanın qərb və mərkəzi hissəsində yerləşən 14 vilayəti nisbətən təhlükəsiz bölgə kimi tanımağı təklif edir. Kiyev isə bu siyahıya daxil edilməyəc...

İrandan cavab: &ldquo;Dünya başa düşdü ki, Trampın təhdidləri boşdur&rdquo;

İran Təhlükəsizlik Şurası Trampın İranla bağlı açıqlamalarına reaksiya verib. Modern.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi İran televiziyasına müsahibəsində danışıb. "Amerikalılar İranla müharibəni bir neçə gün ərzində başa çatdıra biləcəklərini və İranda, eləcə də regionda bütün neft və ...

Kansler&nbsp;yanğın bölgəsində fitə basıldı - GÖRÜNTÜ

Almaniya kansleri Fridrix Merts üç həftəlik məzuniyyətdən qayıtdıqdan sonra ilk gün Hürtgenvald bölgəsində meşə yanğınlarının baş verdiyi əraziyə baş çəkib. Modern.az xəbər verir ki, səfər zamanı yerli sakinlər kansleri fit və qışqırıqlarla qarşılayıblar. Bəziləri Mertsin əraziyə çox gec gəldiyinə etiraz əlaməti olaraq, plakatlar qaldırı...

Lavrovdan SƏRT MESAJ:&nbsp;&ldquo;Rusiya danışıqlara gəlməyəcək&rdquo;

"Rusiya Qərblə danışıqlar aparmaq üçün onun yanına getməyəcək". Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. “Kiyevdəki nasist rejiminin əli və qüvvələri ilə bizə qarşı müharibə elan edən Qərb dövlətləri uzun illər bizim onların yanına gəlib danışıqlar aparacağımıza ümid ediblər. Biz onları...

Kanada mübarizəni davam etdirəcək - &quot;Bu, yalnız başlanğıcdır&quot;

Kanadanın Baş naziri Mark Karni ABŞ-yə qarşı mübarizəni davam etdirəcəyini açıqlayıb. Modern.az xəbər verir ki, Karni bu barədə keçirdiyi brifinq zamanı danışıb. O bildirib ki, ötən yaz ABŞ-nin Kanadanı ələ keçirmək istəyi barədə xəbərdarlıq edib: “Mən bunun heç vaxt baş verməyəcəyinə söz vermişdim. Biz bu vədimizə sad...

47 ildən sonra TARİXİ QƏRAR: ABŞ münasibətini dəyişdi

ABŞ Suriyanı 47 ildən sonra terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb. Modern.az xəbər verir ki, Konqresdə qərarın nəzərdən keçirilməsi üçün nəzərdə tutulan 45 günlük müddət avqustun 22-də başa çatıb. Bu müddət ərzində qərarın qarşısının alınmasına dair hər hansı cəhd barədə məlumat verilməyib. Bununla da Vaşinqton 1979-cu ildə tətb...

&ldquo;Ukrayna cini butulkadan çıxardı, indi cavabını alır&rdquo; - Putin

"Kiyev mülki obyektlərə zərbələr endirməyə başlayanda “Pandoranın qutusunu açdı”. Ukrayna ordusu mülki obyektlərə zərbələr endirməyə başlayaraq Rusiya ilə qarşıdurmada dönüşə nail ola bilməyib". Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Vesti” informasiya xidmətinin müxbiri Pavel...

Zelenski Kiyevdə&nbsp;Kelloqla görüşdü&nbsp;

Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kelloq arasında görüş keçirilib. Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Zelenski Kelloqa avropalı tərəfdaşlarla raket əleyhinə müdafiə sisteminin yarad...

Putin: Kiyev və Qərbin Rusiyanı 40 günə məğlub etmək planı avantüradır

"Rusiyanın Ukraynadakı obyektlərə endirdiyi zərbələr ölkədəki hərbi-sənaye müəssisələrinin silahları təkmilləşdirmək imkanlarını məhdudlaşdırır. Bu zərbələr döyüş əməliyyatlarının gedişinə birbaşa və müsbət təsir göstərir". Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Vesti” informasiya xidmətinin m...

Məhkəmə Trampın Azərbaycanla bağlı qərarını LƏĞV ETDİ

ABŞ federal məhkəməsi Tramp administrasiyasının Azərbaycan da daxil olmaqla 75 ölkənin vətəndaşlarına immiqrasiya vizalarının verilməsini dayandırmaq qərarını qanunsuz hesab edib. Modern.az xəbər verir ki, bununla bağlı CNN məlumat yayıb. Manhetten dairə məhkəməsinin hakimi Cannet Varqas Donald Tramp administrasiyasının yanvar ayında 75 ölkən...

Ukrayna Prezident Ofisinin keçmiş rəhbər müavini SAXLANILDI

Avqustun 19-da Ukrayna Prezident Ofisinin keçmiş rəhbər müavini İrina Mudraya saxlanılıb. Bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat yayıb. Bir qədər əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Mudrayanı Prezident Ofisi rəhbərinin müavini vəzifəsindən azad edib. Rəsmi sərəncamda qərarın səbəbi açıqlanmayıb. Qonçarenkonun sözlərinə görə, Mudraya hazırda NABU-da istintaq hərəkətlərində iştirak edir və gecəni təcridxanada keçirəcək.

Source

“Uber”i 825 milyon avro cərimə gözləyir – SƏBƏBSİZ BLOKLAMA

Niderlandın Məlumatların Mühafizəsi İdarəsi Avropanın məlumatların mühafizəsi qaydalarını pozduğuna görə “Uber”i 825 milyon avro (966 milyon dollar) cərimələmək qərarına gəlib. Bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunub ki, şirkət bu barədə onlara kifayət qədər məlumat vermədən avtomatik sistemlərin köməyi ilə sürücü hesablarını blok edib. Bu cərimə Avropa İttifaqının Ümumi Məlumatların Mühafizəsi Reqlamentinin tətbiq edildiyi dövr ərzində ikinci ən böyük cərimə ola bilər. Bundan daha böyük yalnız avropalı “Facebook” istifadəçilərinin məlumatlarının ABŞ-yə qanunsuz ötürülməsinə görə 2023-cü ildə İrlandiya tərəfindən “Meta”ya tətbiq […]

Source

“TikTok” məxfiliyi pozduğuna görə ABŞ-yə 400 milyon dollar ödəyəcək

ABŞ Ədliyyə Nazirliyi, “TikTok” platforması və bu sosial şəbəkəni yaradan “ByteDance” şirkəti internetdə yetkinlik yaşına çatmayanların məxfiliyinin qorunması haqqında qanunvericiliyin pozulması ilə əlaqədar 2014-cü ildə başlanmış məhkəmə çəkişməsinin həlli üçün Amerika hökumətinin xeyrinə 400 milyon dollar ödənilməsi barədə razılığa gəlib. Bu barədə qurumun mətbuat xidmətinin bəyanatında deyilir. Qeyd edilib ki, iddia qaldırıldıqdan sonra “TikTok”da mülkiyyət strukturunda, idarəetmə heyətində, tənzimləyici normalara riayət sistemlərində və məxfiliyin təmin edilməsi yanaşmalarında əhəmiyyətli dəyişikliklər aparılıb. Ədliyyə Nazirliyindən bildirilib ki, 400 milyon dollar məbləği fərdi məlumatların […]

Source

Bu şəhərə getmək istəyənlərə şad xəbər 

Soçi Soçi havanda təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.Oxu24.com  xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb."Təyyarələrin gəlişi və uçuşuna qoyulan məhdudiyyətlər aradan qaldırılıb", - deyə açıqlamada bildirilir və məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğu əlavə edilib.

Tramp: İranla danışıqlar aparmırıq və belə niyyətimiz də yoxdur 

Vaşinqton İranla danışıqlar aparmır və aparmağı planlaşdırmır.Oxu24.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb."İran İslam Respublikası ilə heç bir danışıqlar və ya təmaslar yoxdur və planlaşdırılmır", - Tramp yazıb.Onun sözlərinə görə, İranın hərbi-dəniz blokadası tam qüvvədədir. Bununla belə, Hörmüz boğazı açıqdır və fəaliyyətini davam etdirir."Bütün dəniz minaları təmizlənib və ya zərərsizləşdirilib", - o qeyd edib.

Uşaqların sağlamlığı üçün yeni qadağa: Fast food restoranlarına məhdudiyyət

Böyük Britaniyada uşaqlar arasında artıq çəki və piylənmə ilə mübarizə çərçivəsində yeni tədbir tətbiq edilib. İngiltərənin Sautend-on-Si şəhərində məktəblərin 400 metrliyində yeni fast food restoranlarının açılmasına icazə verilməyəcək.Qərara əsasən, məktəblərin ətrafında yeni fast food və yemək sifarişi müəssisələrinin açılması ilə bağlı müraciətlər rədd ediləcək. Məhdudiyyət artıq fəaliyyət göstərən restoranlara şamil olunmur.Uşaqlar arasında piylənmə narahatlıq yaradırQərarın qəbul edilməsinə əsas səbəblərdən biri şəhərdə uşaqlar arasında artıq çəki probleminin yüksək olmasıdır. Məlumata görə, ibtidai məktəbi başa vuran uşaqların 33,8 faizi artıq çəkidən və ya piylənmədən əziyyət çəkir.Sautenddə fast food müəssisələrinin sayı da ölkə üzrə orta göstəricidən yüksəkdir. Şəhərdə adambaşına düşən fast food restoranlarının sayının 219 olduğu bildirilir.Yeni qayda yalnız yeni bizneslərə tətbiq ediləcək. Yəni məktəblərin yaxınlığında artıq fəaliyyət göstərən restoranlar işlərini davam etdirə biləcəklər.Digər şəhərlərdə də oxşar tədbirlər görülübMəktəblərin ətrafında fast food məhdudiyyətləri İngiltərədə ilk dəfə tətbiq olunmur. Qeytsxed Şurası 2015-ci ildə oxşar qayda tətbiq edib və tədbirin uşaqlıq piylənməsinin qarşısının alınmasına müsbət təsir göstərdiyi bildirilib.Londonun Uoltem Forest, Nyuhem və Tower Hamlets kimi rayonlarında da məktəblərin ətrafında 400 metrlik qoruyucu zonalar yaradılıb.Böyük Britaniya hökuməti isə planlaşdırma qaydalarında dəyişiklik edərək yerli şuralara ictimai sağlamlıqla bağlı səbəblər olduqda yeni fast food müəssisələrinin açılmasına icazə verməmək imkanı yaradıb.Beləliklə, məktəblərin yaxınlığında uşaqların asanlıqla fast food əldə etməsinin qarşısını almaq və daha sağlam qidalanma mühiti yaratmaq məqsədilə məhdudiyyətlərin genişləndirilməsi gündəmdədir.

İsrail Suriyanı BOMBALADI - VİDEO 

İsrail qırıcıları gecə saatlarında İdlib əyalətinin şərqində yerləşən Əbu əl-Duhur aviabazasına dörd hava zərbəsi endirib.Hücumun əsas hədəfi uçuş-eniş zolağı olub.Oxu24.com  xəbər verir ki, ərazidə Suriya hərbi hava qüvvələrinə məxsus yeni bərpa edilmiş texnikaların - iki təmirdən çıxmış Su-22 təyyarəsi, bir neçə L-39 təlim təyyarəsi və köhnə helikopterlərin yerləşdirildiyi bildirilir.Əməliyyat Suriyanın şimal əraziləri üzərində Su-22 qırıcılarının təlim uçuşlarını əks etdirən kadrların sosial şəbəkələrdə yayılmasından dərhal sonra gerçəkləşib.İsrail aviasiyasının aylardır davam edən sükutdan sonra həyata keçirdiyi bu gözlənilməz hücum bölgədə gərginliyi yenidən pik həddə çatdırıb.///müsavat.com

Arxeoloqları heyrətləndirən tapıntı: Qəbirdən qızıl ayaqqabılar

Qərbi Qazaxıstanda təxminən 1500 il əvvələ aid məzardan qızıl zinət əşyaları ilə bəzədilmiş ayaqqabı qalıqları aşkarlanıb. Xəzər dənizi sahilində, Manqışlaq yarımadasında yerləşən Karakabak qəbiristanlığında aparılan qazıntılar zamanı tapılan ayaqqabılar məzardakı ən diqqətçəkən artefaktlardan biri olub.Arxeoloqlar müəyyən ediblər ki, ayaqqabılar tamamilə qızıldan hazırlanmayıb. Taxta və ya digər üzvi materiallardan olan tokalar və bəzək elementləri nazik qızıl lövhələrlə örtülüb. Bu üsul ayaqqabılara uzaqdan tamamilə qızıldan hazırlanmış görünüş verib.Qadın təmtəraqlı geyimdə dəfn edilibTədqiqatçıların fikrincə, məzar gənc və yüksək statuslu bir qadına məxsus olub. O, ölümündən sonra olduqca zəngin və mürəkkəb mərasim geyimində dəfn edilib.Qızıl bəzəklər yalnız ayaqqabılarla məhdudlaşmayıb. Qadının baş geyimində dairəvi qızıl lövhələr, qırmızı parçadan hazırlanmış tac və maskanı xatırladan elementlər aşkarlanıb.Alın nahiyəsindəki əsas bəzəyin Ellinizm dövründə geniş yayılmış Qorqoneion təsvirini təqlid etdiyi müəyyənləşdirilib. Kəmərin tokaları isə qanadlarını açmış yırtıcı quş formasında hazırlanıb.Bəzi əşyalar yalnız dəfn üçün hazırlanıbArxeoloqlar üçün ən maraqlı məqamlardan biri ayaqqabı və kəmərdəki bəzi tokaların gündəlik istifadə üçün yararsız olmasıdır. Onlarda əşyaların normal şəkildə bərkidilməsi üçün lazımi birləşmələrin olmaması onların qadının həyatı boyu istifadə etdiyi əşyalar deyil, məhz dəfn mərasimi üçün hazırlanmış xüsusi geyim elementləri ola biləcəyini göstərir.Məzarın tarixi eramızın V əsrinin ikinci yarısı ilə VI əsrin birinci yarısı arasına aid edilir.Qızıl bəzəklər yerli istehsal ola bilərTədqiqatçılar Andrey Astafyev və Yevgeni Boqdanov hesab edirlər ki, bəzək əşyaları uzaq imperiya mərkəzlərindən gətirilmək əvəzinə, bölgədəki yerli emalatxanalarda hazırlanmış ola bilər.Ərazidə əvvəlki qazıntılar zamanı metal emalı, zərgərlik, şüşə və dulusçuluq sənətinin mövcudluğunu göstərən sübutlar da aşkarlanıb.Karakabakın mühüm ticarət məntəqəsi olduğunu göstərən başqa tapıntılar da var. Burada 150-dən çox qədim sikkə aşkar edilib. Parfiya, Xarəzm, Soqdiya, Sasani, Bizans və Çinlə əlaqəli sikkələrin tapılması yaşayış məntəqəsinin geniş ticarət şəbəkəsinin üzərində yerləşdiyini göstərir.Arxeoloqlar Karakabakın Orta Asiyanı Şimali Qafqaz, Volqa bölgəsi və Cənubi Ural ilə birləşdirən qədim Azov-Xəzər ticarət dəhlizində mühüm dayanacaq olduğunu düşünürlər.Beləliklə, 1500 il əvvəl dəfn edilmiş qadının qızıl örtüklü ayaqqabıları yalnız onun yüksək sosial statusu haqqında məlumat vermir. Tapıntılar həmçinin Xəzər dənizi sahilində yaşayan insanların qədim dövrdəki sənətkarlıq səviyyəsini və geniş ticarət əlaqələrini ortaya qoyur.

Qış öncəsi xəbərdarlıq: Böyük şəhərlər boşaldılacaq

2026–2027-ci il qış mövsümü ərəfəsində Ukraynada Kiyev, Xarkov və Odessa kimi böyük şəhərlərin sakinləri arasında narahatlıq artır. Sosial şəbəkələrdə və Telegram kanallarında insanlara şəhərləri tərk etmək, kəndlərə və daha kiçik yaşayış məntəqələrinə köçmək, həmçinin ərzaq, su, odun və alternativ enerji mənbələri toplamaqla bağlı çağırışlar yayılır.Bu narahatlığın fonunda Ukrayna hakimiyyəti növbəti qışa hazırlığı gücləndirib. Rəsmi planlarda istilik, su, elektrik, xəstəxanalar və digər kritik infrastrukturun mümkün hücumlar və enerji kəsintiləri şəraitində fəaliyyət göstərməsi nəzərdə tutulur. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası da regionların qışa davamlılıq planlarını təsdiqləyib.“Şəhərləri tərk etmək lazım olacaq” iddialarıİnternetdə yayılan bəzi paylaşımlarda qış aylarında Kiyev və digər böyük şəhərlərdə vəziyyətin ağırlaşacağı, hətta şəhərlərin bağlana biləcəyi iddia edilir. Bəzi tanınmış şəxslər isə mümkün uzunmüddətli elektrik və istilik problemlərinə hazırlaşmağın vacibliyini bildirirlər.Məsələn, Ukrayna hökumətinin hazırlıq planları şəhərlərin boşaldılmasını deyil, mümkün hücumlar zamanı onların enerji və kommunal sistemlərinin fəaliyyətini davam etdirməsini nəzərdə tutur.Enerji infrastrukturu əsas risk olaraq qalırUkrayna üçün narahatlığın əsas səbəbi Rusiyanın enerji infrastrukturuna zərbələridir. 2026-cı ilin qışında Kiyev, Odessa və digər şəhərlərdə istilik və elektrik təchizatında ciddi problemlər yaranmışdı. Yanvar ayında Ukrayna prezidenti Volodimir Zelenski də Rusiyanın soyuq hava şəraitindən istifadə edərək enerji obyektlərini hədəf aldığını bildirmişdi.Fevral ayında isə Kiyevdə minlərlə yaşayış binası hücumlar nəticəsində istilikdən məhrum olmuş, Odessada yüz minlərlə insanın su təchizatında problemlər yaranmışdı.Bu səbəbdən Ukrayna regionlarda ehtiyat enerji mənbələri, alternativ istilik sistemləri və kritik infrastrukturun qorunması üzrə tədbirləri genişləndirir. Kiyev üçün də ehtiyat istilik təchizatı sxemlərinin hazırlanması tapşırılıb.Şəhərlər həqiqətən boşaldılacaq?Ekspertlərin qiymətləndirmələrinə görə, vəziyyətin pisləşməsi halında bəzi insanların müvəqqəti olaraq şəhərlərdən çıxması mümkündür. Lakin bunun mütləq kütləvi köç formasında baş verəcəyi barədə əsaslı nəticə çıxarmaq hələ tezdir.Beləliklə, Ukraynada qışla bağlı real enerji təhlükələri mövcuddur, lakin sosial şəbəkələrdə yayılan “şəhərlər bağlanacaq, hamı kəndlərə qaçmalıdır” tipli iddialar hazırda rəsmi şəkildə təsdiqlənməyib.

ABŞ-də qaz anbarında güclü yanğın baş verib 

Amerikanın Oklahama ştatının Qlenpul şəhərində mayeləşdirilmiş təbii qaz rezervuarında yanğın baş verib.Oxu24.com  "Fox 23"ə istinadən xəbər verir ki, yanğını Oklahomanın Nəqliyyat Departamenti qeydə alıb.Qeyd olunur ki, hadisə ilə əlaqədar məktəblər müvəqqəti bağlanıb və yaxınlıqdakı ərazilərdə nəqliyyat hərəkəti məhdudlaşdırılıb.Qlenpulun dövlət məktəblərində özünütəcrid rejimi tətbiq edilib. Şagirdlər və əməkdaşlar binaların içərisində qalır, hakimiyyət orqanları bütün şagirdlərin təhlükəsizlikdə olduğunu bəyan edib.Polis "Fox 23" telekanalına bildrib ki, hazırda zərər çəkənlər və ya yanğının digər obyektlərə yayılması barədə məlumat daxil olmayıb.

DÜNYAYA XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır 

Dünyada ərzaq təhlükəsizliyi ilə bağlı yeni risklər artır. Gübrə təchizatında mümkün çatışmazlıq, enerji qiymətlərinin yüksək qalması və güclü El Niño hava hadisəsi gələn il qlobal ərzaq bazarında ciddi problemlərə səbəb ola bilər.Oxu24.com xəbər verir ki, JPMorgan analitikləri 2027-ci ildə ərzaq inflyasiyasının sürətlənməsi və bəzi regionlarda ərzaq təchizatının, JPMorgan analitikləri 2027-ci ildə ərzaq inflyasiyasının sürətlənməsi və bəzi regionlarda ərzaq təchizatının təzyiq altında qalması ilə bağlı xəbərdarlıq ediblər.Bankın təhlilinə görə, xüsusilə azot əsaslı gübrələrin təchizatında yaranan problemlər kənd təsərrüfatı istehsalına birbaşa təsir göstərə bilər. Bunun əsas səbəblərindən biri gübrə istehsalının enerji, xüsusilə də təbii qazla sıx bağlı olmasıdır.JPMorgan bildirir ki, dünyada istifadə olunan karbamidin əhəmiyyətli hissəsi Fars körfəzi regionundan idxal edilir. İran ətrafındakı münaqişə və regionda nəqliyyat marşrutlarının pozulması isə gübrələrin istehsalı və daşınmasına əlavə risklər yaradır.Məsələni daha da mürəkkəbləşdirən amil isə El Ninyo hava hadisəsidir. JPMorgan-ın hesablamalarına əsasən, hazırkı El Ninyo hadisəsinin ilin sonuna qədər “çox güclü” və ya “super El Niño” səviyyəsinə çatma ehtimalı 81 faizdir. Şərtlərin gələn il də davam etməsi ehtimalı isə 97 faiz qiymətləndirilib.Gübrə kənd təsərrüfatında məhsuldarlığın əsas amillərindən biridir. Xüsusilə azot gübrələrinin vaxtında torpağa verilməsi məhsulun həcminə ciddi təsir göstərir.JPMorgan qeyd edir ki, azot gübrəsi istehsalında yaranan fasilənin təsiri dərhal deyil, əkin mövsümündən sonra daha aydın görünə bilər. Fermerlər gübrə bahalaşdığı üçün ondan daha az istifadə etsələr, məhsuldarlıq aşağı düşə və nəticədə bazara çıxarılan ərzağın həcmi azala bilər.Bu isə taxıl, düyü, qarğıdalı və digər əsas kənd təsərrüfatı məhsullarının qiymətlərinə əlavə təzyiq yarada bilər.JPMorgan-ın hesablamasına görə, güclü El Niño ilə enerji qiymətlərinin eyni vaxtda yüksək qalması qlobal ərzaq inflyasiyasına 1,3-1,5 faiz bəndi əlavə təzyiq göstərə bilər. Bank 2027-ci ilin ilk yarısında qlobal ərzaq inflyasiyasının illikləşdirilmiş tempinin təxminən 5 faizə yüksələ biləcəyini proqnozlaşdırır.Analitiklərə görə, ərzağın istehlak səbətində daha böyük paya malik olduğu inkişaf etməkdə olan ölkələr risklərə daha həssasdır.Xüsusilə Hindistan, İndoneziya, Braziliya və Kolumbiya həm gübrə, həm də hava şəraiti ilə bağlı risklər baxımından diqqət çəkir.Bununla belə, JPMorgan vəziyyətin avtomatik olaraq qlobal ərzaq qıtlığına çevriləcəyini bildirmir. Bank qeyd edir ki, hazırda qlobal taxıl ehtiyatları əvvəlki böyük böhran dövrləri ilə müqayisədə daha əlverişli vəziyyətdədir və Asiyada düyü ehtiyatları da nisbətən yüksəkdir.Yəni əsas təhlükə gübrə çatışmazlığı, enerji böhranı və ekstremal hava şəraitinin eyni vaxtda baş verməsidir. Bu ssenari reallaşarsa, təsir yalnız kənd təsərrüfatı ilə məhdudlaşmaya, ərzaq qiymətlərindən tutmuş qlobal inflyasiyaya qədər genişlənə bilər./modern

Kamçatkada 5,4 maqnitudalı zəlzələ olub 

Kamçatka (Rusiya) sahillərinin akvatoriyasında 5,4 maqnitudalı zəlzələ baş verib.Oxu24.com  Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialı məlumat yayıb."İlkin qiymətləndirməyə görə, Petropavlovsk-Kamçatskidə intensivlik üç bal təşkil edib", - məlumatda bildirilib.Episentr Petropavlovsk-Kamçatskidən təxminən 94 kilometr aralıda yerləşib. Zəlzələ ocağı 44 kilometr dərinlikdə olub.

Vaşinqton və Tehran arasında kritik anlaşma: 60 günlük atəşkəs uzadılır 

İran və Birləşmiş Ştatlar iki ölkə arasında mövcud olan 60 günlük atəşkəs rejiminin uzadılması barədə ilkin razılığa gəliblər.Bu barədə "Al Arabiya" telekanalı öz etibarlı diplomatik mənbələrinə istinadən məlumat yayıb.Məlumata görə, tərəflər regionda gərginliyin daha da azaldılması və diplomatik danışıqlar üçün əlverişli şəraitin saxlanılması məqsədilə atəşkəs müddətinin uzadılmasına razılıq veriblər.Razılaşmanın detalları və rəsmi şərtləri barədə yaxın vaxtlarda əlavə bəyanatın veriləcəyi gözlənilir.

İran özünü qalib elan edib

İran ABŞ və İsraillə münaqişədə faktiki olaraq qalib gəlib, belə ki, həmin ölkələr qarşıdurmanın gedişində bəyan etdikləri məqsədlərdən heç birinə nail olmayıblar. Bunu İran Parlamentinin sədir Məhəmməd Baqir Qalibaf bildirib. “Mən bunu ürəkdən deyirəm: biz bu müharibədə həm hərbi, həm də siyasi baxımdan həqiqətən qalib gəlmişik”, – deyə o bildirib. Bununla yanaşı, Qalibaf vurğulayıb ki, İranın qələbəsindən danışılması ABŞ silahlı qüvvələrinin tamamilə məğlub edildiyi anlamına gəlmir. Onun sözlərinə görə, Tehran ilk növbədə onu əsas tutur ki, ABŞ və İsrail münaqişənin […]

Source

Standartlaşdırılmış batareya verilənlər bazası süni intellektlə idarə olunan bərk cisim batareya dizaynını təkmilləşdirə bilər

standartlasdirilmis-batareya-verilənlər-bazasi-suni-intellektlə-idarə-olunan-bərk-cisim-batareya-dizaynini-təkmilləsdirə-bilər

Möhkəm cisim akkumulyatorunun tədqiqi və innovasiyasının sürətləndirilməsi: yeni açıq giriş verilənlər bazası
Şəkildəki misal kimi bərk vəziyyətdə olan akkumulyatorun tədqiqatı bütün zamanların ən yüksək göstəricisidir. Yeni açıq məlumat bazası alimlərin, mühəndislərin, sənaye tərəfdaşlarının və siyasətçilərin dərc olunmuş tədqiqatlardan tam istifadə etmələrini və innovasiya imkanlarını müəyyən etmələrini asanlaşdırır. Kredit: Daniela Benites/A. James Clark Mühəndislik Məktəbi

Hər il akkumulyator qurğularına dair minlərlə ekspert rəyi dərc olunur. Bu sürətli artıma baxmayaraq, bu nəşrlərdə olan məlumatlar tez-tez müxtəlif formatlarda və müxtəlif detal və əlçatanlıq səviyyələrində bildirilir. Nəticədə ortaya çıxan məlumat yamaq işi alimlərin, mühəndislərin, sənaye tərəfdaşlarının və siyasətçilərin dərc edilmiş tədqiqatlardan tam istifadə etmələrini və innovasiya imkanlarını müəyyən etmələrini çətinləşdirir.

İndi, Merilend Universitetinin kimya və biomolekulyar mühəndislik üzrə dosenti və Merilend Enerji İnnovasiya İnstitutunun direktor müavini Paul Albertusun rəhbərlik etdiyi tədqiqat qrupu elan etdi. nəşr in Joule batareya elmindəki bu davamlı problemin öhdəsindən gələn qabaqcıl bir araşdırma.

Komandanın batareya verilənlər bazası və məlumat dəstlərinə, əhatə edən materiallara, komponentlərə, istehsala, cihazın sınaqdan keçirilməsinə və performansına yanaşması batareya hesabatında kritik boşluqları aradan qaldırır və təkmilləşdirilmiş təhlil, vizuallaşdırma, eksperiment dizaynı və süni intellektə (AI) əsaslanan tədqiqat üçün zəmin yaradır.

Nəşr batareya tədqiqat cəmiyyətinə üç əsas üstünlük verir:

  • bərk vəziyyətdə olan akkumulyator cihazını təsvir etmək üçün lazım olan məlumatların tam dəstinin inteqrasiyası;
  • elmi ədəbiyyat üzrə hesabat təcrübələrinin araşdırılması və bildirilməyən məlumatların mövcudluğunun və əhəmiyyətinin qiymətləndirilməsi; və
  • aydın müəyyən edilmiş dəyişənlər və standartlaşdırılmış terminologiya vasitəsilə batareya məlumatlarının hesabatına strukturlaşdırılmış yanaşmanın yaradılması.

Tədqiqat təqdim edir ontoloji məlumat bazası 245 batareya qeydi, 167 strukturlaşdırılmış dəyişən və 40.000-dən çox məlumat nöqtəsi olan tədqiqat səviyyəli bərk-dövlət batareyaları. Çərçivə Tapılan, Əlçatan, Birgə işləyə bilən və Yenidən istifadə edilə bilən (FAIR) məlumat təcrübələrini, qabaqcıl analitika, vizuallaşdırma, eksperiment dizaynı və AI tətbiqlərini dəstəkləyərkən batareya cihazlarını tam təsvir etmək üçün lazım olan materialları, komponentləri, istehsal üsullarını və sınaq şərtlərini əhatə edir.

Nəşr təfərrüatları

M. Florencia Petracci et al, Vizuallaşdırma, axtarış, təhlil və süni intellekt məlumatlarının çıxarılmasını inkişaf etdirmək üçün açıq girişli bərk vəziyyətdə olan batareya hüceyrəsi verilənlər bazası, Joule (2026). DOI: 10.1016/j.joule.2026.102595

Jurnal məlumatı: Joule

Bu hekayənin arxasında kim dayanır?

Gaby Clark

Gaby Clark

İngilis dilində magistr, 2021-ci ildən ali təhsil və səhiyyə sahəsində təcrübəyə malik surət redaktoru. Etibarlı elm xəbərlərinə həsr olunub. Tam profil →

Robert Eqan

Robert Eqan

Riyazi biologiya üzrə bakalavr, yaradıcı yazı üzrə magistr. Elm və dil üzrə unikal perspektivlərlə yaxşı səyahət etdi. Tam profil →

Sitat: Standartlaşdırılmış batareya verilənlər bazası süni intellektlə idarə olunan bərk cisim batareya dizaynını təkmilləşdirə bilər (2026, 29 iyul) 30 iyul 2026-cı ildə https://techxplore.com/news/2026-07-standardized-battery-database-ai-solid.html saytından əldə edilib.

Bu sənəd müəllif hüquqlarına tabedir. Şəxsi araşdırma və ya tədqiqat məqsədi ilə hər hansı ədalətli sövdələşmədən başqa, heç bir hissəsi yazılı icazə olmadan çoxaldıla bilməz. Məzmun yalnız məlumat məqsədləri üçün verilir.


Qaynaq

Source

Türkiyə “atəşi kəsin” dedi, Rusiya atəş püşkürdü 

“Rusiya öz maraqlarını təmin etməli və Donbas və Novorossiya ərazilərini nəzarətə götürməlidir”.Oxu24.com xəbər verir ki, Dövlət Dumasının deputatı Andrey Kolesnik Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiya-Ukrayna müharibəsində atəşkəs elan edilməsi təklifinə belə cavab verib.Deputatın sözlərinə görə, Ankara Qara dənizdə naviqasiya təhlükəsizliyi ilə bağlı öz maraqlarını müdafiə edir."Bu gün təmas xəttinin dondurulması o deməkdir ki, biz öz bölgələrimizi - Zaporojye vilayətin, Donetsk və Luqansk “xalq respublikaları”nı tutmaqdan əl çəkəcəyik. Bu, bizim ərazimizdir. Biz onu azad etməyə borcluyuq. Biz öz məqsədlərimizə doğru irəliləməli və öz problemlərimizi həll etməliyik", - deyə deputat bildirib.Daha əvvəl H.Fidan Türkiyənin Rusiya və Ukraynaya hərbi əməliyyatlara son qoymaq təklifini çatdırdığını bildirmiş və izah etmişdi ki, Kiyev Ankaradan atəşkəs elan etmək üçün mexanizm yaratmağı xahiş edib.Göründüyü kimi, Rusiya tərəfi 4 il 6 ay əvvəlki kimi mövqeyində qalır və son aylarda məruz qaldığı xüsusilə ağır itkilərə baxmayaraq, müharibəni davam etdirmək niyyətindədir./musavat

Azərbaycanda rublun məzənnəsi ilin ən aşağı həddinə yuvarlanır

Azərbaycanda Rusiya rublunun rəsmi məzənnəsi 2026-cı ilin ən aşağı səviyyəsinə yuvarlanır.Oxu24.com xəbər verir ki, avqustun 7-də Mərkəzi Bank 100 Rusiya rubluna 2,0816 manat qiymət qoyub.Bu il Azərbaycanda rublun ən aşağı kursu martın 19-da qeydə alınıb - 2,0266 manat.İki aydan çoxdur, daha dəqiqi, iyunun 2-dən kiçik istisnaları çıxmaqla rubl Azərbaycanda ucuzlaşır.2026-cı ilin ilk iş günündə 100 rublun rəsmi kursu 2,1157 manat olub. Fevral 2,23 manat, mart 2,2071 manat, aprel 2,0902 manat, may 2,2660 manat, iyun 2,3836 manat, iyul 2,1697 manatla başlayıb.İl ərzində ən yuxarı məzənnə mayın 20-də müşahidə olunub, 100 rubl 2,3884 manata satılıb./medianews

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 50-ni ötüb 

Bu gün Kolumbiyada baş vermiş 7,4 maqnitudalı zəlzələ 50-dən çox insanın həyatına son qoyub.Oxu24.com "BluRadio"ya istinadən xəbər verir ki, ən çox zərər çəkmiş regionlar arasında Pereyra, Manisales və Kali yer alır.Həmçinin bir neçə şəhərdə genişmiqyaslı dağıntılar və yaralananlar var.Zəlzələnin fəsadları ilə mübarizə aparmaq üçün Kolumbiya Silahlı Qüvvələri beş xilasedici dəstəni hazır vəziyyətə gətirib.Məlumata görə, zəlzələ həmçinin Valye-del-Kauka departamentindəki hərbi obyektlərə, xüsusən də Kali və Buenaventura şəhərlərindəki bölmələrə ziyan vurub.19:25Zəlzələ nəticəsində Kolumbiyanın Pereyra şəhərində (Risaralda departamenti) azı 18 nəfər ölüb.Oxu24.com  xəbər verir ki, bu barədə "Caracol" radiosu şəhərin meri Maurisio Salasara istinadən məlumat yayıb."Pereyra meri təsdiqləyib ki, hazırda zəlzələ nəticəsində 18 nəfər həlak olub", - nəşrdə qeyd olunub.Daha əvvəl bildirilib ki, Kolumbiyanın Manisales şəhərində (Kaldas departamenti) 12 nəfər, Çoko departamentində isə bir nəfər ölüb. Hazırda ölənlərin ümumi sayı 31 nəfər təşkil edib.18:53Kolumbiyanın qərbində zəlzələ nəticəsində 13 nəfər ölüb.Bu barədə yerli hakimiyyət orqanlarına istinadən məlumat yayılıb."Hazırda Manisalesdə 12 nəfər ölüb", - şəhər meri Xorxe Roxas "Bluradio"ya müsahibəsində bildirib.Şəhərdə 10-dan çox bina tamamilə, 20-dən çox yaşayış evi isə qismən dağılıb. İki xəstəxana zərər görüb, həmçinin bəzi məktəblər və kilsələr zədələnib, - o qeyd edib.Həmçinin bildirilib ki, Kali şəhərində zəlzələ səbəbindən 19 bina çöküb, dağıntılar altında insanlar var. Bir sıra şəhərlərdə rabitədə fasilələr yaranıb. Çokoda bir nəfər ölüb, on nəfər yaralanıb, üç nəfər itkin düşüb.18:20Kolumbiyada 7,4 maqnitudalı zəlzələ nəticəsində Pereyra, Manisales, Kibdo və Buenaventura hava limanlarının fəaliyyəti dayandırılı Bu barədə Kolumbiyanın Mülki Aviasiya İdarəsinin (Aerocivil) sosial şəbəkələrdəki məlumatında bildirilib."Təhlükəsizlik məqsədilə infrastrukturun struktur zədələnmələrinin qiymətləndirilməsi aparılana qədər bu hava limanlarında uçuşlar dayandırılacaq", - məlumatda qeyd olunub."Bluradio" radiostansiyasının məlumatına görə, Kolumbiya Prezidenti Abelardo de la Esprielya hökumətin fəaliyyətinin koordinasiyasını bilavasitə öz üzərinə götürüb."Fövqəladə halla bağlı ilk açıqlamalarında prezident Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Komitənin dərhal çağırılması barədə göstəriş verdiyini və Təbii Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli Bölmə (UNGRD) ilə birgə vəziyyətin qiymətləndirilməsinə başladığını bildirib", - radiostansiya açıqlayıb.Yerli medianın məlumatına görə, Çoko ştatının inzibati mərkəzi Kibdoda bir neçə bina ciddi zədələnib.Kaldas departamentinin Manisales şəhərində kafedral və daha bir neçə bina dağılıb.17:34Kolumbiyada 7,4 maqnitudalı zəlzələ nəticəsində yaralananlar var. Çoko vilayəti departamentinin qubernatoru Nubiya Karolina Kordoba-Kuri yaralananların sayını sosial şəbəkələrdə bildirib."Biz indicə Çoko departamentində ciddi seysmik hadisə yaşadıq. Afterşoklar bizi narahat edir. Episentrin San-Xose-del-Palmarda olmasına baxmayaraq, paytaxt Kibdoda xəsarət alanlar var və binalara ciddi ziyan dəyib. İlk rəsmi hesabatı dərc etmək üçün artıq zərəri qiymətləndiririk", - o qeyd edib.16:56Kolumbiyada 7,4 maqnitudalı zəlzələ olub.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (ESMC) məlumat yayıb.Zəlzələnin ocağı 99 km dərinlikdə yerləşib.Yeraltı təkanlar Ansermanuevodan 20 km qərb-şimal-qərbdə baş verib.Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Rusiyaya qarşı yeni hücumları təsdiqlədi  

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli zərbə əməliyyatlarının təsdiq edildiyini açıqlayıb.Oxu24.com  xəbər verir ki, dövlət başçısı bu barədə özünün “Telegram” kanalında paylaşım edib.Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapati, Baş Qərargah rəisi İqor Skibyuk və müdafiə nazirinin səlahiyyətlərini icra edən Yevgeni Xmara ilə keçirdiyi xüsusi müşavirədə hücum planlarının müzakirə olunduğunu bildirib:“Rusiyaya qarşı uzaqmənzilli sanksiyalar planının icrasını və “midlstraik”lərimizi təfərrüatlı şəkildə müzakirə etdik.Əməliyyatların bir hissəsinə düzəlişlər etdik, yenilərini isə təsdiqlədik. Ukraynanın dəqiqliyi müharibədə təşəbbüsü ruslara verməməyə və diplomatik həll yollarının yaxınlaşması imkanına ümid etməyə imkan verən əsas amildir”.Ukrayna lideri həmçinin ölkəsinin hazırda Rusiyanın “son dərəcə amansız” zərbələri altında olduğunu vurğulayaraq, hücumdan müdafiə (HMM) məsələsinin Kiyevə kömək edə biləcək hər bir dövlətin və liderin diqqət mərkəzində durmalı olduğunu qeyd edib.

Tramp Əliyevin İranla bağlı fikrini öyrənib 

ABŞ Prezidenti Donald Tramp avqustun 8-də öz təşəbbüsü ilə baş tutan telefon söhbəti zamanı İranla davam edən müharibə barədə Azərbaycan Prezidenti İlham Əliyevin fikrini öyrənib.“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz etibarlı mənbələrinə istinadən “AnewZ” yayıb.ABŞ prezidentinin hazırkı təzyiq formasının davam etdiriləcəyi təqdirdə, İranın təslim olmaq ehtimalına dair sualına cavabında Prezident İlham Əliyev belə bir ssenarini mümkün hesab etmədiyini bildirib.1980-1988-ci illərdə baş vermiş səkkizillik İran-İraq müharibəsi ilə tarixi paralel aparan dövlət başçısı vurğulayıb ki, həmin dövrdə də rəsmi Tehranın təslim olacağı proqnozlaşdırılsa da, münaqişə İran xalqını daha da sıx birləşdirdi.İlham Əliyev bildirib ki, İranın təslim olacağını düşünmək real deyil və yeganə yol sülh və konstruktiv danışıqlardan keçir. O əlavə edib ki, Azərbaycan regionda sülh və əmin-amanlığın bərqərar olmasında maraqlıdır.

Tanınmış yazıçının hekayəsi Gürcüstan mətbuatında dərc olunub  

Tbilisidə gürcü dilində nəşr olunan "Ədəbi Gürcüstan" qəzetinin nöbvəti sayı işıq üzü görüb. Qəzet öz səhifəsində tanınmış yazıçı-publisist Rüstəm Dastanoğlunun yaradıcılığına da yer ayırıb. Reyting.az xəbər verir ki, Rüstəm Dastanoğlunun "İblisin əli" hekayəsi Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə çıxan "Ədəbi Gürcüstan"da dərc edilib. Əsəri gürcü dilinə tanınmış yazıçı-tərcüməçi İmir Məmmədli çevirib.İstedadlı yazıçı-publisist Rüstəm Dastanoğlu "Düşüncələrimin kölgəsində" kitabının müəllifidir. Yazıçının "Yol", "Tənhalıq həsrəti" əsərləri ədəbi ictimaiyyətin diqqətini cəlb edib.

Dubayda dilənçinin aylıq qazancı üzə çıxdı – məbləğ şok etdi

2016-cı ildə Dubayda keçirilən əməliyyat zamanı küçələrdə dilənçilik edən bəzi şəxslərin topladığı böyük məbləğlərlə bağlı məlumatlar yenidən gündəmə gəlib.Oxu24.com xəbər verir ki, həmin dövrdə BƏƏ-yə turist kimi daxil olaraq küçələrdə pul istəyən şəxslərə qarşı xüsusi əməliyyatlar keçirilib. Saxlanılan şəxslər arasında dilənçilikdən ciddi gəlir əldə edənlərin olduğu müəyyənləşdirilib.Ən diqqətçəkən hallardan birində bir şəxsin gündə orta hesabla 9 min dirhəm topladığı müəyyən edilib. Bu məbləğ ay ərzində təxminən 270 min dirhəmə, yəni həmin dövrün məzənnəsi ilə təxminən 80 min dollara bərabər olub.Məlumata görə, dilənçilik edən şəxslər əsasən insanların çox olduğu əraziləri seçiblər. Onlara xüsusilə cümə namazı zamanı məscidlərin ətrafında və yüksək gəlirli yaşayış məhəllələrində rast gəlinib.Pul toplamaq üçün müxtəlif üsullardan istifadə edilib. Bəzi şəxslər xəstəlik, maddi çətinlik və ağır həyat şəraiti barədə danışaraq insanlardan yardım istəyiblər. Araşdırmalar zamanı bəzi qrupların isə dilənçilik fəaliyyətini sistemli şəkildə təşkil etdiyi, şəxslər arasında ərazilərin və istifadə olunacaq üsulların əvvəlcədən bölüşdürüldüyü məlum olub.Səlahiyyətlilər bildiriblər ki, 270 min dirhəm bütün dilənçilərin aylıq gəlirini əks etdirmir. Bu rəqəm saxlanılan şəxslərdən birinin topladığı məbləğ kimi qeydə alınıb.Hazırda BƏƏ-də küçə dilənçiliyi qadağandır. Qanunu pozan şəxslər cərimə və ya həbs cəzası ilə üzləşə, əcnəbilər isə ölkədən deportasiya edilə bilərlər.Hakimiyyət orqanları yardım etmək istəyən şəxslərə ianələri küçədə dilənçilik edən insanlara deyil, rəsmi fəaliyyət göstərən xeyriyyə və yardım təşkilatlarına təqdim etməyi tövsiyə edir.

Mərkəzi Asiya ölkələrinin yaşayış reytinqi açıqlanıb

2026-cı ildə yaşamaq, işləmək və yeni ölkəyə köçmək üçün ən əlverişli dövlətlərin reytinqi açıqlanıb.Oxu24.com xəbər verir ki,  araşdırmada dövlətlər iqtisadi imkanlar, həyat keyfiyyəti, təhlükəsizlik və yeni mühitə uyğunlaşma kimi əsas meyarlar üzrə qiymətləndirilib.Mərkəzi Asiya ölkələri arasında ən yüksək nəticəni Qazaxıstan göstərib. Ölkə 62,9 xalla dünya sıralamasında 77-ci yeri tutub. Özbəkistan 59,9 xalla 110-cu, Qırğızıstan 118-ci, Tacikistan 137-ci, Türkmənistan isə 155-ci yerdə qərarlaşıb.

Çin Ayda robot itlərdən istifadə etməyi planlaşdırır  

Çinli alimlər gələcəkdə Ayda yaradılması planlaşdırılan Beynəlxalq Ay Kəşfiyyat Stansiyasında (ILRS) dördayaqlı robotlardan istifadə imkanlarını nəzərdən keçirirlər. Robot itlərin astronavtlara elmi araşdırmalardan tutmuş tikinti və texniki xidmət işlərinə qədər müxtəlif sahələrdə kömək etməsi planlaşdırılır.Oxu24.com xəbər verir ki, bu barədə Çin Kosmik Elm və Texnologiya jurnalında dərc olunan konsepsiyasında məlumat yayıb.Layihəyə əsasən, robot itlər Ay bazasının ətrafında mütəmadi kəşfiyyat apara biləcək. Təkərli aparatlardan fərqli olaraq, dördayaqlı robotların Ayın qayalı və nahamar səthində hərəkət etmək, kiçik maneələri aşmaq və çətin ərazilərə çatmaq imkanlarının daha geniş olduğu bildirilir.Robotların əsas vəzifələri arasında Ay torpağından və qayalardan nümunələr toplamaq, ətraf mühiti araşdırmaq və elmi təcrübələr zamanı astronavtlara dəstək olmaq nəzərdə tutulur.Konsepsiyada mümkün ssenarilərdən biri kimi üç robot it və üç astronavtdan ibarət komandanın birgə fəaliyyət göstərməsi göstərilir. Gələcəkdə robotlara daha mürəkkəb tapşırıqların verilməsi planlaşdırılır.Onların su buzunun və faydalı mineralların axtarışı və çıxarılması, materialların daşınması, eləcə də Ayın yerli xammalından istifadə etməklə müxtəlif strukturların inşasına yardım göstərməsi mümkün hesab olunur.Robotların bazanın gündəlik fəaliyyətində də istifadə edilməsi nəzərdən keçirilir. Onların hava və temperatur göstəricilərini izləməsi, təmizlik işləri aparması, bitkilərə qulluq etməsi və hətta astronavtların yemək hazırlanmasına kömək etməsi təklif olunur.Layihədə robotların səs interfeysləri ilə təchiz edilməsi də nəzərdə tutulur. Bu isə onların astronavtlarla daha rahat ünsiyyət qurmasına imkan verə bilər.Mütəxəssislər bildirirlər ki, Ay səthində avtonom robotların idarə edilməsi Yer üzündəkindən xeyli mürəkkəbdir. Mövcud maşın görmə və naviqasiya sistemlərinin böyük hissəsi Yer şəraitindən əldə edilən məlumatlarla hazırlanıb.Lakin Ayda işıqlandırma, relyef və temperatur şəraiti fərqli olduğundan robotların xüsusi alqoritmlərlə təchiz edilməsinə və ayrıca təlim keçməsinə ehtiyac yaranacaq.Çin robot itləri ILRS proqramının daha geniş planlarının bir hissəsi kimi nəzərdən keçirir. Plana əsasən, Ay bazasının ilkin infrastrukturunun 2035-ci ilədək yaradılması, daha sonra isə genişləndirilməsi nəzərdə tutulur.2045-ci ilə qədər Ayın səthində və orbitində daha geniş və inkişaf etmiş infrastrukturun formalaşdırılması planlaşdırılır. Layihənin əsas istiqamətlərindən biri isə su buzunun mövcud olduğu ehtimal edilən Ayın cənub qütbünün araşdırılması olacaq.

Bu ölkədə heyvanlara zərər verənlər 2,7 milyon dollar cərimələnə bilər

Səudiyyə Ərəbistanında heyvanlara qarşı zorakılıq və qəddar rəftarla bağlı cəzalar sərtləşdirilib. Yeni qaydalara əsasən, heyvanlara qəsdən zərər vuran şəxslər böyük məbləğdə cərimə və uzunmüddətli həbs cəzası ilə üzləşə bilərlər.Oxu24.com xəbər verir ki, yeni qaydalara əsasən, heyvanlara qarşı zorakılıqla bağlı pozuntulara görə cərimənin məbləği 2,7 milyon dollara qədər yüksələ bilər. Bundan əlavə, təqsirli bilinən şəxslər 5 ilədək həbs cəzası ala bilərlər.Sərtləşdirilmiş tədbirlərin əsas məqsədi heyvanların qəddar rəftardan qorunması və onların rifahına münasibətdə məsuliyyətin artırılmasıdır.Qaydalar heyvanlara qəsdən zərər vurulmasına qarşı daha ciddi hüquqi mexanizmlərin tətbiqini nəzərdə tutur. Bununla da heyvanların təhlükəsizliyinin təmin edilməsi və onlara qarşı humanist münasibətin təşviqi hədəflənir.Heyvan hüquqları ilə bağlı məsuliyyətin artırılması son illərdə bir sıra ölkələrdə hüquqi tənzimləmələrin sərtləşdirilməsi ilə müşayiət olunur.

Çində 1 milyondan çox insan təxliyə edildi

Çinin şərq sahillərinə çatan “Delfin” tayfunu ölkədə ciddi fəsadlara səbəb olub. Oxu24.com xəbər verir ki, güclü külək və leysan yağışları nəticəsində bir milyondan çox insan təhlükəsiz ərazilərə təxliyə edilib, Şanxayda isə təxminən 1 500 aviareys ləğv olunub.2026-cı ildə Çinə çatan ən güclü tropik fırtına kimi qiymətləndirilən “Delfin” Zhejiang əyalətinin Yuhuan şəhəri yaxınlığında quruya çıxıb. Tayfunun mərkəzində küləyin sürəti saatda 151 kilometrə çatıb.Tayfunun təsiri ilə Çinin şərq sahillərində güclü yağışlar müşahidə olunub. Bir sıra ərazilərdə daşqın təhlükəsi yaranıb, dağlıq bölgələrdə isə torpaq sürüşməsi riski artıb.Çin hakimiyyəti təhlükəsizlik tədbirlərini gücləndirib. Limanlar, tikinti sahələri və bəzi dəniz fəaliyyətləri müvəqqəti dayandırılıb, balıqçı qayıqları sahilə qaytarılıb. Zhejiang və Fujian əyalətlərində genişmiqyaslı təxliyə həyata keçirilib.Tayfun Çinin ən böyük şəhərlərindən biri olan Şanxayın hava nəqliyyatına da ciddi təsir göstərib.  Şəhərdə təxminən 1 500 uçuş ləğv edilib. Pudong və Honqyao hava limanlarında aviareyslərin böyük hissəsi təxirə salınıb.Bəzi bölgələrdə 200-400 millimetrədək yağıntı gözlənilir. Xüsusilə dağlıq ərazilərdə və çay hövzələrində vəziyyətin diqqətlə izlənildiyi bildirilir.Hakimiyyətlər sakinləri təhlükəli ərazilərdən uzaq durmağa çağırır. Mütəxəssislərə görə, tayfun zəifləsə də, onun yaratdığı daşqın və sürüşmə təhlükəsi Çinin bəzi bölgələrində qarşıdakı günlərdə də davam edə bilər.

"Azərbaycan müharibədə bizə kömək etdi" - Pezeşkian 

İran Prezidenti Məsud Pezeşkian Tehranın regional ölkələrlə münasibətlərinin yaxşılaşdığını bildirib."Unikal" xəbər verir ki, o, xüsusilə Azərbaycanla əməkdaşlığı qeyd edib.Pezeşkianın sözlərinə görə, Bakı əvvəllər bir sıra marşrutları bağlamışdı və İran bankı da fəaliyyətini dayandırmışdı. Lakin danışıqlardan sonra vəziyyət dəyişdi."Biz zəng etdik və onlarla danışdıq. İki saatlıq söhbətdən sonra hər şey yenidən açıldı. Bank və səfirlik fəaliyyətini bərpa etdi və marşrutlar yenidən açıldı", - Pezeşkian bildirib.İran Prezidenti müharibə zamanı Azərbaycanın köməyini də xüsusilə vurğulayıb."Müharibə zamanı Azərbaycan bizə müxtəlif marşrutlarda - istər Rusiyadan, istərsə də öz təchizatlarından - əhəmiyyətli dərəcədə kömək etdilər. Onlar ehtiyac duyduğumuz hər şeydə bizi müşayiət etdilər və bizə kömək etdilər", - deyə o bildirib.

Əlibala Əsgərov vəfat etdi 

Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” təşkilatının təsisçilərindən biri, ictimai xadim Əlibala Əsgərov vəfat edib.“Qafqazinfo” Aktual.ge-yə istinadən xəbər verir ki, o, avqustun 9-u axşam saatlarında dünyasını dəyişib.70 yaşlı Ə.Əsgərovun uzunsürən xəstəlikdən həyatını itirdiyi bildirilib.Qeyd edək ki, Əlibala Əsgərov uzun müddət Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları, sosial problemləri, ana dili və təhsil məsələləri, eləcə də icmanın ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması istiqamətində fəaliyyəti ilə tanınıb.

"Biz səssiz şəkildə hərəkət edirik" - Tramp

ABŞ Prezidenti Donald Tramp İranın iqtisadi vəziyyətinin pisləşdiyini və sonda Tehranla razılaşmaların əldə olunacağını bildirib.Oxu24.com  xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Axios" portalına müsahibəsində danışıb."Biz səssiz şəkildə hərəkət edirik", - deyə ABŞ Prezidenti Tehrana qarşı atılacaq növbəti addımlardan danışarkən bildirib.Materialda izah olunub ki, "ABŞ rəsmiləri Trampın bir həftə əvvəl İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə meylli olduğunu, lakin daha sonra onu hələlik gərginliyin azaldılması yolunu seçməyə inandırdıqlarını bildiriblər"."Biz onlarla yalnız qismən danışıqlar aparırıq. Biz sadəcə olaraq inflyasiyanın çox yüksək olduğu və pulunun olmadığı İrana baxırıq", - portal Trampın sözlərini sitat gətirib.Onun fikrincə, iqtisadi baxımdan İran "çox pis vəziyyətdədir".ABŞ liderinin hesab etdiyi kimi, bu, xüsusilə ölkəsi tərəfindən İrana tətbiq edilən dəniz blokadası ilə əlaqədardır."Hər şey nəticə verəcək. Hər şey həmişə nəticə verir. Bu, şahmat oyunu kimidir", - deyə Tramp İranla razılaşma əldə olunması perspektivlərini şərh edib.

Türkiyə Ukraynaya yeni səfir təyin edib 

Türkiyə Ukraynaya yeni səfir təyin edib.Oxu24.com  xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Resmi Gazete"də yayımlanıb.Qərara əsasən, Fatma Cerən Yazqan Türkiyənin Ukraynadakı yeni səfiri təyin edilib. Bu təyinata qədər o, Türkiyənin Niderlanddakı səfiri idi.Bundan başqa, Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinə Ayşe Sözen Usluer, İslandiyaya Mustafa Levənt Bilgən, Niderlanda isə Burak Akçapar səfir təyin edilib.

Netanyahu Qəzzanın HƏMAS-ın nəzarətində olmayan hissəsində yenidənqurma işlərini təsdiqləyib 

İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz ölkənin hərbi nəzarəti altında olan Qəzza zolağının Rəfah bölgəsində yenidənqurma işlərinin başlanmasını gizli şəkildə təsdiqləyiblər.Bu barədə Oxu24.com  "The Times of Israel"ə istinadən xəbər verir.Söhbət atəşkəs xəttinin yaxınlığındakı şərqi Rəfah bölgəsində müvəqqəti yaşayış infrastrukturunun tikintisindən gedir. Mətbuatın məlumatına görə, qərar təxminən iki həftə əvvəl verilib.İsrailin Baş naziri ərazidə işlərin bir neçə ay əvvəl BƏƏ tərəfindən dəstəklənən müvəqqəti yaşayış layihəsinin bir hissəsi olaraq başladığını bildirir. Onun ofisi ərazinin terrorçu infrastrukturundan və tunellərindən təmizləndiyini, su, kanalizasiya və elektrik sistemlərinin tikintisinin İsrailin Müdafiə Qüvvələrinin (İMQ) nəzarəti altında aparılacağını vurğulayıb.Netanyahu daha əvvəl Qəzzada yenidənqurma işlərinin yalnız HƏMAS-ın tərk-silah edilməsindən sonra başlayacağını bildirib. Eyni zamanda, İsrailin nəqliyyat naziri Miri Reqev bərpa işlərinin HƏMAS-ın nəzarətində olmayan zolağın istənilən hissəsində aparıla biləcəyini açıqlayıb.

Rusiya Xarkova hücum edib, ölən və yaralananlar var 

Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli yaşayış binasına zərbə endirib.Bu barədə şəhər meri İqor Terexov bildirib."Xarkovun Saltovsk rayonunda çoxmərtəbəli yaşayış binasına, eləcə də qonşu binaya zərbə endirilib. Binanın içərisində insanlar qalıb; xilasetmə əməliyyatı başlayıb", - o, sosial şəbəkə hesabında yazıb.Mer əlavə edib ki, zərbə nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.

Tehranda yanğın olub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb 

İranın Tehran əyalətində yerləşən Nəsirabad sənaye şəhərciyində istehsalat obyektində güclü yanğın baş verib.Oxu24.com  xəbər verir ki, bu barədə İranın Fars agentliyi Tehran əyalətinin təcili tibbi yardım qurumunun rəsmilərinə istinadən yayıb.Hadisə alışqan və alışqan qazı istehsal edilən müəssisədə qeydə alınıb. Yanğın nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.Tehran Təcili Tibbi Yardım Xidmətinin sözçüsü Şervin Təbrizinin məlumatına görə, yanğın barədə yerli vaxtla saat 07:20-də məlumat daxil olub. Hadisə yerinə təcili yardım briqadaları və xüsusi nəqliyyat vasitələri göndərilib.Yanğının səbəbi barədə hələlik məlumat verilməyib.

Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı 

Rusiyanın Norilsk şəhərində yük təyyarəsi eniş zamanı qəza törədib.Oxu24.com xəbər verir ki, Moskvadan Norilska uçan “Boeing 737” tipli təyyarə eniş zamanı uçuş-enmə zolağından çıxıb.“Sibir” aviaşirkətinə məxsus təyyarənin göyərtəsində iki ekipaj üzvü və yük olub. Hadisə zamanı ekipaj üzvlərindən heç biri xəsarət almayıb.Qəza nəticəsində hava gəmisinin zədələndiyi bildirilir.Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Bu kombilər bir-bir söküləcək - Tarix açıqlandı 

Avropa İttifaqı karbon emissiyalarını azaltmaq məqsədilə binaların istilik sistemlərində genişmiqyaslı dəyişikliklərə başlayır. Yeni qaydalara əsasən, təbii qazla işləyən kombilər mərhələli şəkildə istifadədən çıxarılacaq və onların yerini daha ekoloji istilik sistemləri tutacaq.Oxu24.com  xəbər verir ki, Avropa İttifaqının Binaların Enerji Performansı Direktivinə (EPBD) əsasən, 2028-ci ildən etibarən inşa ediləcək bütün yeni dövlət binaları "sıfır emissiyalı bina" standartlarına uyğun olmalıdır.2030-cu ildən isə bu tələb bütün yeni yaşayış binalarına da şamil ediləcək. Həmin binalarda təbii qazla işləyən kombilərin quraşdırılmasına icazə verilməyəcək.Avropa İttifaqının uzunmüddətli planına əsasən, 2040-cı ilədək mövcud yaşayış binalarında da təbii qazla isitmə sistemlərinin mərhələli şəkildə istifadədən çıxarılması nəzərdə tutulur.Bu dəyişiklik fosil yanacaqdan asılılığı azaltmaq və istixana qazı emissiyalarını minimuma endirmək məqsədi daşıyır.Yeni strategiyada əsas alternativ kimi istilik nasosları göstərilir. Bu sistemlər havadan, sudan və ya torpaqdan alınan enerjidən istifadə edərək yanacaq yandırmadan isitmə təmin edir.Mütəxəssislərin sözlərinə görə, istilik nasosları sərf etdikləri 1 vahid elektrik enerjəsi hesabına 5 vahidə qədər istilik enerjisi istehsal edə bilir ki, bu da onları ənənəvi qaz kombilərindən daha səmərəli edir.(musavat)

Paşinyan: Ermənistan ötən il avqustun 8-nə qədər dalanda idi 

Ermənistanın Baş naziri Nikol Paşinyan 8 avqust 2025-ci il tarixli Vaşinqton sammitinin Ermənistanı dalandan çıxardığını və ölkə üçün faydalı perspektivlər açdığını bildirib."Report" xəbər verir ki, bu barədə onun Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda keçirilən üçtərəfli görüşünün birinci ildönümü münasibətilə ünvanladığı müraciətində qeyd olunub.Bununla yanaşı, o vurğulayıb ki, sülh gündəliyinin həyata keçirilməsi prosesi hələ başa çatmayıb."8 avqust 2025-ci ilə qədər dövlətimiz dalanda idi, avqustun 8-dən sonra isə qarşımızda hüdudsuz perspektivlər açıldı. Onlardan istifadə edib-etməyəcəyimiz kollektiv iradəmizdən asılıdır", - Baş nazir deyib.Paşinyan Vaşinqton sammitinin ən mühüm nəticələrindən biri kimi "Tramp Marşrutu" (TRIPP) layihəsini vurğulayıb. Onun sözlərinə görə, layihə ölkə və region iqtisadiyyatının əsas elementlərindən birinə çevriləcək."Yaxın vaxtlarda biz TRIPP-in praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq hadisə olacaq", - Paşinyan bildirib.Ermənistanın hökumət başçısı əlavə edib ki, iki ölkə arasındakı münaqişə (Ermənistan-Azərbaycan- red.) səhifəsi bağlanıb və sülh vətəndaşların gündəlik həyatının bir hissəsinə çevrilib.

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb 

Yaponiyanın Kyuşu adasında baş verən 7,1 maqnitudalı güclü zəlzələ nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb."Report" xəbər verir ki, bu barədə iyulun 28-də baş vermiş yeraltı təkanlardan ən çox zərər çəkən Kumamoto prefekturasının administrasiyası məlumat yayıb.Hakimiyyət orqanlarının məlumatına görə, xəstəxanalarda ağır xəsarətlər alan 23 nəfər müalicə olunur.Kumamotoda müvəqqəti yerləşdirmə məntəqələrində evlərinə qayıda bilməyən təxminən 6,6 min təxliyə edilmiş şəxs qalır. Belə ki, 18 mindən çox binaya ziyan dəyib. Dağıntıların təmizlənməsini güclü istilər çətinləşdirir - fəlakət bölgəsində havanın temperaturu gün ərzində 40 dərəcəyə çatır.Prefekturada elektrik enerjisinin verilişi bərpa olunub ki, bu da yerləşdirmə məntəqələrində və yaşayış evlərində kondisionerlərin işləməsinə imkan verir. Bununla yanaşı, 36 mindən çox ev təsərrüfatı hələ də su təchizatından məhrumdur. Su xilasetmə işlərinə cəlb olunan hərbçilər tərəfindən avtosisternlərlə onlara çatdırılır.

Kiyev yenə bombalandı - Ölənlər və yaralananlar var 

Rusiya qüvvələrinin Ukraynaya endirdiyi zərbələr nəticəsində Kiyev vilayətində biri uşaq olmaqla, üç nəfər həlak olub, daha üç nəfər yaralanıb.“Qafqazinfo” xəbər verir ki, Kiyev Vilayət Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, Rusiya hücumları paytaxtın yaxınlığındakı Borispol rayonunda üç ərazidə qeydə alınıb.Hücumlar nəticəsində evlərə və avtomobillərə ziyan dəyib, qeyri-yaşayış binasında isə yanğın baş verib.ƏtraflıHücumlar zamanı Kiyevdə də bir neçə güclü partlayış səsi eşidilib. Ukrayna Hərbi Hava Qüvvələri ölkənin şimal istiqamətindən ballistik silahlardan istifadə təhlükəsi barədə xəbərdarlıq edib.Kiyev Şəhər Hərbi Administrasiyası sakinlərə sığınacaqlara getməyi tövsiyə edib. Şəhərdə hava hücumu xəbərdarlığı elan olunub.Kiyev meri Vitali Kliçko bildirib ki, xəbərdarlıqdan sonra paytaxtın iki rayonunda yanğın qeydə alınıb.Şahidlərin sözlərinə görə, partlayışların səsi şəhərin mərkəzində də eşidilib və güclü zərbələr binalarda silkələnməyə səbəb olub.

Güzgüyə bir damcı çəkmək kifayətdir: Günlərlə toz yığılmır  

Ev təmizliyində ən tez çirklənən və ləkə göstərən səthlərdən biri də güzgülərdir.Ölkə.az xəbər verir ki, təmizləndikdən qısa müddət sonra yenidən tozla örtülən və ya buxarlanan güzgülər bir çox insan üçün daimi problemə çevrilib. Lakin mütəxəssislər güzgülərin daha uzun müddət təmiz qalmasına kömək edən sadə üsul açıqlayıblar.Bildirilir ki, suya və ya təmizləyici bezə cəmi bir damcı uşaq şampunu, saç kremi və ya paltar yumşaldıcısı əlavə etmək kifayətdir. Bu vasitələr güzgü səthində yaranan statik elektrik yükünü azaltmağa kömək edir. Nəticədə havadakı toz hissəcikləri səthə daha az yapışır və güzgü daha uzun müddət təmiz qalır.Bunun üçün bir qədər nəm mikrofiber bezin üzərinə bir damcı uşaq şampunu və ya yumşaldıcı tökülür. Daha sonra güzgü dairəvi hərəkətlərlə silinir və dərhal quru mikrofiber bezlə qurudularaq parıldadılır.Mütəxəssislərin sözlərinə görə, bu üsul xüsusilə hamam otaqlarında da faydalıdır. Çünki səthdə yaranan nazik qoruyucu təbəqə su buxarının damcı şəklində toplanmasının qarşısını alır və güzgünün tez-tez buxarlanmasına mane olur.Qeyd olunur ki, vasitədən normadan artıq istifadə etmək məsləhət görülmür. Əks halda güzgü səthində izlər və tutqun görünüş yarana bilər. Buna görə də ən yaxşı nəticə üçün cəmi bir damcı istifadə etmək kifayətdir.

ABŞ-dən atəşkəslə bağlı MÜHÜM AÇIQLAMA: "Bəlkə də elə bu gün"

Oxu24.com  xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "12 News"a müsahibəsində deyib.Bessent Donald Trampın ABŞ və İsrailin əməliyyatları zamanı İranın aviasiyası və donanmasının "məhv edildiyi" barədə sözlərini təkrarlayıb. O əlavə edib ki, Tehran iqtisadi baxımdan da məğlubiyyətə uğrayıb."Biz onların boğazından yapışmışıq. Onlarda ərzaq inflyasiyası 150-180 faizdir, qoşunlarını saxlaya bilmirlər", - deyə o vurğulayıb.Bununla əlaqədar ABŞ Maliyyə Nazirliyinin rəhbəri atəşkəs haqqında razılaşmanın bu gün və ya sabah imzalana biləcəyini istisna etməyib. Onun sözlərinə görə, mümkün atəşkəsin müddəti 30 və ya 60 gün ola bilər.Xatırladaq ki, iyunda əldə olunan anlaşma memorandumu 60 günlük atəşkəsi nəzərdə tuturdu. Bu müddət ərzində ABŞ və İran sülh sazişinin bütün parametrlərini yekun şəkildə razılaşdırmalı idilər. İyulun əvvəlində döyüş əməliyyatları yenidən başlayıb və ayın sonunadək davam edib. Həmin vaxtadək ABŞ Prezidenti Donald Tramp İranın energetika sisteminə zərbələri təxirə salıb və danışıqların bərpa olunduğunu bəyan edib.

Yaxın Şərqdə yeni bir era - Məkkə Sazişi imzalandı 

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişdirəcək Məkkə Sazişini imzalayıblar."Unikal" xəbər verir ki, bu  barədə Türkiyə mətbuatı yazıb. Bildirilir ki, Sazişə əsasən, alyansın hər hansı bir üzvünə edilən hücum sazişin bütün tərəflərinə edilən hücum kimi qiymətləndiriləcək. Bu baxımdan, saziş NATO-nun 5-ci maddəsinə bənzəyir. Üçlük ittifaqı, üzv ölkələrin sahib olduğu fərqli güc elementləri səbəbindən də əhəmiyyətlidir. Türkiyə bölgədəki hərbi gücü, Səudiyyə Ərəbistanı regional və iqtisadi çəkisi, Pakistan isə nüvə gücü ilə seçilir.Pakistan nüvə silahına malik yeganə müsəlman ölkəsidir. Pakistan və Səudiyyə Ərəbistanı həmçinin 2025-ci il üçün birgə müdafiə müqaviləsi elan ediblər ki, bu da beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Bu tarixi addım Yaxın Şərqdə hərbi gərginliyin artdığı bir vaxta təsadüf edir. ABŞ və İran arasındakı münaqişənin kəskinləşməsi Körfəz ölkələrinə təsir göstərərək Hörmüz boğazı və Qırmızı dəniz vasitəsilə dəniz nəqliyyatında fasilələrə səbəb olub.Bölgədəki son hadisələrdən sonra yeni bir təhlükəsizlik strukturunun yaradılması uzun müddətdir müzakirə olunur. Məkkə Sazişi ilə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi təhdidlərə qarşı çəkindirməni artırmağı və üç ölkənin ərazi təhlükəsizliyini təmin etməyi hədəfləyirlər.

Meta-nın ağıllı eynəklərinə qadağa qoyuldu

Meta-nın yeni nəsil ağıllı eynəkləri Böyük Britaniyada məxfilik narahatlıqları səbəbindən bir sıra müəssisələr tərəfindən qadağan olunmağa başlayıb. Oxu24.com xəbər verir ki, şirkət cihazın geniş yayılmasını hədəfləsə də, restoranlar və özəl klublar müştərilərin və işçilərin şəxsi həyatının qorunmasını əsas gətirərək bu texnologiyanın istifadəsinə məhdudiyyət qoyurlar.359 funt sterlinq dəyərində olan Meta ağıllı eynəkləri istifadəçiyə foto və video çəkmək, həmçinin səs yazmaq imkanı verir. Məhz bu xüsusiyyətlər bəzi müəssisələrdə məxfiliklə bağlı narahatlıqları artırıb.Londonda fəaliyyət göstərən "The Simpsons in the Strand", Arlington və The Park restoranlarının sahibi Ceremi Kinq qonaqların bu eynəklərlə müəssisələrə daxil olmasını istəmədiklərini bildirib. Onun sözlərinə görə, qonaqların şəxsi həyatı yalnız insanların adi baxışları ilə müşahidə oluna bilər və gizli çəkilişlərə şərait yaradan cihazlara icazə verilməyəcək.Oxşar qərar eksklüziv üzvlük sistemi ilə fəaliyyət göstərən Soho House klublar şəbəkəsində də tətbiq olunur. Klub rəhbərliyi bildirib ki, ərazilərində icazəsiz foto və video çəkiliş qadağandır və Meta-nın ağıllı eynəkləri də bu qaydadan istisna deyil.Böyük Britaniyanın məşhur Wetherspoons pub şəbəkəsi də müəssisələrində bu cihazlarla çəkiliş aparılmasına icazə vermir. Şirkətin baş direktoru Tim Martin bildirib ki, müştərilərin və əməkdaşların razılığı olmadan görüntülərinin qeydə alınması yolverilməzdir. O, gizli çəkiliş imkanı yaradan ağıllı eynəklərin mövcud məxfilik qaydalarına zidd olduğunu vurğulayıb.Bununla yanaşı, bəzi müəssisələr ağıllı eynəklərin yaradıcı və peşəkar məqsədlərlə istifadəsinə açıq yanaşır. Bununla belə, Böyük Britaniyada bu texnologiyanın tətbiqi ətrafında məxfilik və etik məsələlərlə bağlı müzakirələr davam edir.

Bu ölkədə ağcaqanadların yaydığı virus 4 nəfərin həyatına son qoydu

Yunanıstanda ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma hallarında artım qeydə alınıb. Oxu24.com xəbər verir ki, Ölkənin Milli İctimai Səhiyyə Təşkilatı (EODY) son bir həftə ərzində 23 yeni yoluxma halının təsdiqləndiyini açıqlayıb. Bununla da bu il qeydə alınan yoluxmaların ümumi sayı 65-ə yüksəlib.EODY-nin məlumatına görə, yeni yoluxanlardan 22 nəfərdə sinir sisteminə təsir göstərən ağır xəstəlik, bir nəfərdə isə yüngül simptomlar müşahidə olunub.Bildirilib ki, virus Attika, Saloniki, Mərkəzi Makedoniya və Qərbi Yunanıstan bölgələrində aşkarlanıb. Bu il indiyədək Qərbi Nil virusu səbəbindən dörd nəfər həyatını itirib.Səhiyyə qurumları əhalini, xüsusilə yaşlıları və xroniki xəstəlikləri olan şəxsləri ağcaqanad sancmalarından qorunmaq üçün ehtiyatlı olmağa çağırıb. Vətəndaşlara bədəni örtən qoruyucu geyimlərdən istifadə etmək, ağcaqanad kovucu vasitələr tətbiq etmək və ağcaqanadların çoxaldığı durğun su sahələrindən uzaq durmaq tövsiyə olunub.Mütəxəssislər yay aylarında ağcaqanadların aktivliyinin artdığı dövrdə fərdi qoruyucu tədbirlərə əməl etməyin virusun yayılmasının qarşısının alınmasında mühüm rol oynadığını vurğulayırlar.

Bu bölgədə insanlar fit çalaraq ünsiyyət qurur: əsrlərdir yaşadılan unikal dil

İspaniyaya məxsus Kanar adalarındakı La Qomera adasında əsrlərdir insanların ünsiyyəti adi sözlərlə deyil, fit səsləri ilə qurulur. Silbo adlanan bu unikal ünsiyyət sistemi danışıq dilinin fitlə ifadə olunan formasıdır və adanın sərt, dərin vadilər və dik qayalarla əhatə olunmuş coğrafiyasında yaranıb.Bacarıqlı fit çalanlar vadinin bir ucundan digər ucuna, təxminən 5 kilometr məsafəyə qədər mürəkkəb mesajları aydın şəkildə çatdıra bilirlər. Bu xüsusiyyət Silbonu dünyanın ən qeyri-adi ünsiyyət sistemlərindən birinə çevirib.Silbo dili yalnız tarixi irs kimi deyil, həm də bu gün qorunub saxlanılan canlı mədəniyyət nümunəsi kimi qiymətləndirilir. Dil UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib və 1999-cu ildən etibarən La Qomera adasında məktəblərdə fənn kimi tədris olunur.Alimlər Silbonun insan nitqinin fit səslərinə uyğunlaşdırılması baxımından unikal nümunə olduğunu bildirirlər. Bu sistem həm adanın çətin relyefində ünsiyyəti asanlaşdırıb, həm də yerli mədəni irsin qorunmasına mühüm töhfə verib.La Qomerada Silbo dili sübut edir ki, bəzən kilometrlərlə uzağa mesaj göndərmək üçün sözlərə deyil, sadəcə ustalıqla çalınan bir fitə ehtiyac var.

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Hörmüz boğazının idarə olunması üzrə strateji plan layihəsinin təfərrüatları təqdim edilib.Bizim.Media xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi öz mənbələrinə istinadən detalları dərc edib.Layihəyə əsasən:- ABŞ, İsrail və digər "düşmən ölkələrə" məxsus gəmilərin boğazdan keçidi qadağan ediləcək;- İsraillə əlaqəli həm hərbi, həm də mülki yüklərin bu regiondan keçmə hüququ olmayacaq;- "Müqavimət oxuna" qarşı fəaliyyətlərdə iştirak etmiş gəmilər və ya yüklər də qadağa altına düşəcək;- İrana "zərər vurmuş" ölkələr və şəxslər həmin zərəri ödəməyənədək, Hörmüz boğazı və Fars körfəzindən keçid icazəsi ala bilməyəcəklər;- "Qayda pozanlar" üçün böyük cərimələr, o cümlədən yükün dəyərinin 20%-dək məbləğində cərimələr nəzərdə tutulub;- İran hökuməti silahlı qüvvələrlə əməkdaşlıq çərçivəsində naviqasiya, gəmilərin keçidinə nəzarət, Fars körfəzinin təhlükəsizliyinin və ətraf mühitinin mühafizəsinin təmin edilməsi kimi öhdəlikləri üzərinə götürməli olacaq.Qeyd olunur ki, hazırda bu layihə ekspertlər tərəfindən təhlil olunma mərhələsindədir; onlar parlamentin tapşırığı ilə layihənin təkmilləşdirilməsi üçün öz təkliflərini təqdim edəcəklər.Bundan əlavə, İran XİN-dəki mənbənin məlumatına görə, İran və Oman danışıqlar zamanı mövcud cənub və şimal dəhlizlərinin əvəzinə gəmilərin hərəkət edəcəyi "mərkəzi dəhliz"in yaradılmasını da müzakirə edirlər.

TƏCİLİ! Türkiyə qırıcıları havaya qaldırdı - Nə baş verir? 

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar NATO missiyası çərçivəsində Estoniyaya yerləşdirilib.Oxu24.com  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.Qurumdan bildirilib ki, Estoniyaya 5 ədəd F-16 qırıcısı göndərilib və hərbi təyyarələrin hava məkanının qorunması üzrə növbətçiliyi 30 noyabr 2026-cı il tarixinədək davam edəcək.

62 milyon dollarlıq sənət əsərinin satışı niyə qalmaqala çevrildi?

Dünyanın ən böyük kətan rəsmi kimi Ginnesin Rekordlar Kitabına düşən "Bəşəriyyətin Səyahəti" ("The Journey of Humanity") adlı sənət əsəri satışından illər sonra ciddi qalmaqalla gündəmə gəlib. 2021-ci ildə keçirilən onlayn hərracda 62 milyon dollara satılan əsərdən əldə edilən gəlirin xeyriyyə məqsədləri üçün istifadə olunacağı açıqlansa da, vəsaitin əhəmiyyətli hissəsinin taleyi hələ də məlum deyil.Britaniyalı rəssam Saşa Cəfri tərəfindən COVID-19 pandemiyası dövründə yaradılan nəhəng rəsm əsəri yaşayan rəssamların ən yüksək qiymətə satılan işlərindən biri hesab olunur. Hərracdan əldə edilən gəlirin UNICEF, UNESCO, Dubai Cares və Global Gift Foundation kimi təşkilatlara bağışlanacağı bildirilmişdi.Əsərin hərrac qalibi fransız-əlcəzairli kripto sahibkarı Andre Abdoune olub. O, alışdan sonra Dubayda bu rəsmə həsr olunmuş muzey yaradacağını açıqlasa da, həmin layihə həyata keçirilməyib.The Times qəzetinin yaydığı məlumata görə, satış prosesi faktiki olaraq heç vaxt tam başa çatmayıb. Rəsm əsəri hazırda da Saşa Cəfrinin təhlükəsiz anbarında saxlanılır və xeyriyyə təşkilatlarının əksəriyyəti vəd edilən ianələri almayıb.Bundan əlavə, UNICEF hərracdan indiyədək bir dollar belə almadığını açıqlayıb. Məlumata görə, ödənilməmiş vəsaitlər və yerinə yetirilməyən öhdəliklərlə bağlı məhkəmə çəkişmələri davam edir.Beləliklə, vaxtilə rekord satış qiyməti və xeyriyyəçilik təşəbbüsü ilə dünya gündəminə düşən "Bəşəriyyətin Səyahəti" bu gün daha çox itkin ianələr, ödənilməmiş ödənişlər və hüquqi mübahisələrlə diqqət çəkir.

Rusiya Qara dənizdə yük gəmilərinə dron zərbələri endirib 

Rusiya Silahlı Qüvvələri Qara dənizdə iki quru yük gəmisini pilotsuz uçuş aparatları ilə vurub. Rusiya mediası xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.Qurumun məlumatına görə, gəmilər Odessanın cənubunda və şərqində olub, onlar hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirirdilər.Daha əvvəl Müdafiə Nazirliyi bildirmişdi ki, avqustun 5-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Odessanın cənubunda üç quru yük gəmisini vurub.

85 ölkəyə vizasız giriş təklif edən pasport satışa çıxarıldı

Sakit okeanda yerləşən kiçik ada dövləti Nauru iqlim dəyişikliyi və dəniz səviyyəsinin qalxmasının yaratdığı təhlükələrlə mübarizə aparmaq məqsədilə "investisiya yolu ilə vətəndaşlıq" proqramını istifadəyə verib.Oxu24.com xəbər verir ki, proqram çərçivəsində müəyyən şərtlərə cavab verən xarici vətəndaşlar 90 min ABŞ dolları qarşılığında Nauru vətəndaşlığı əldə edə biləcəklər. Bu pasport sahiblərinə 85-dən çox ölkəyə vizasız və ya qapıda viza almaqla səyahət etmək imkanı yaradır.Nauru hökuməti proqramdan əldə olunacaq vəsaitin dəniz səviyyəsinin yüksəlməsi nəticəsində risk altında olan ərazilərdə yaşayan sakinlərin daha təhlükəsiz bölgələrə köçürülməsi, eləcə də iqlim dəyişikliklərinə uyğunlaşma layihələrinin maliyyələşdirilməsi üçün istifadə ediləcəyini açıqlayıb.Rəsmi qurumların bildirdiyinə görə, təşəbbüs həm ölkənin uzunmüddətli iqtisadi dayanıqlığını gücləndirməyi, həm də qlobal iqlim böhranının təsirlərinə qarşı mübarizəni dəstəkləməyi hədəfləyir.

İndoneziya sahillərində zəlzələ oldu 

İndoneziyanın şərqindəki Halmahera adası sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.Oxu24.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb."Zəlzələ yerli vaxtla saat 16:50-də, 100 mindən çox əhalisi olan Ternate şəhərindən 105 kilometr şimalda qeydə alınıb. Zəlzələnin ocağı yerin 125 kilometr dərinliyində yerləşib", – deyə məlumatda bildirilir.Mümkün tələfat və ya dağıntılar barədə hələlik hər hansı bir məlumat daxil olmayıb.Qeyd edək ki, avqustun 5-də Kuril adaları sahillərində də 4,7 maqnitudalı zəlzələ baş verib. Bu yeraltı təkanların ocağı isə yerin 64 kilometr dərinliyində qeydə alınıb. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilib.

TƏCİLİ! Qardaş ölkə kritik sistemi Bakıya təhvil verdi - Tarixdə İLK  

Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı daha bir strateji səviyyəyə qaldırıb. İki ölkə arasında hərbi-texniki tərəfdaşlıq çərçivəsində Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını və idarəetmə qabiliyyətini keyfiyyətcə yeni mərhələyə daşıyacaq mühüm addım atılıb.Oxu24.com  xəbər verir ki, Türkiyənin tanınmış "HAVELSAN" şirkəti tərəfindən hazırlanan və yüksək hərbi əhəmiyyət daşıyan "HvBS" (Hava Qüvvələri Məlumat Sistemi) proqram təminatının kritik komponentləri Azərbaycana təhvil verilib. Qardaş ölkənin aparıcı mətbuatının yaydığı məlumata görə, müasir sistem artıq Azərbaycan Hərbi Hava Qüvvələri Komandanlığının mövcud texniki avadanlıqlarına və idarəetmə infrastrukturuna tam şəkildə inteqrasiya olunub.Məlumat üçün bildirək ki, ilkin olaraq məhz Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün dizayn edilən "HvBS" sistemi hava əməliyyatlarının bütün əsas proseslərini tam rəqəmsal mühitdə idarə etməyə imkan yaradır. Bu sistem əməliyyatların planlaşdırılmasından tutmuş tapşırıqların icrasına, hava məkanındakı cari vəziyyətə operativ nəzarətdən tutmuş yekun təhlillərədək geniş spektrli imkanları əhatə edir. Yeni sistemin ölkəmizin hərbi strukturuna daxil edilməsi əməliyyat mərkəzlərində xidmət edən hərbçilərimizə hava məkanındakı bütün hərəkətliliyi vahid mərkəzdən izləmək, məlumatları real vaxt rejimində qəbul edərək dərhal emal etmək və kritik qərarları maksimum sürətlə qəbul etmək üstünlüyü qazandıracaq. "HAVELSAN" rəsmiləri bu addımın Türkiyə-Azərbaycan müdafiə ittifaqının dərinləşməsinin növbəti bariz nümunəsi olduğunu vurğulayıblar.Bununla yanaşı, iki ölkə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın bununla bitmədiyi üzə çıxıb. Türkiyənin "TUSAŞ" aerokosmik şirkətinin baş direktoru Mehmet Dəmiroğlu Azərbaycanın "HÜRKUŞ-II" təlim-məşq təyyarələrinin alınması ilə bağlı rəsmi müqavilə imzalamağa çox yaxın olduğunu bəyan edib.Qeyd edək ki, "HÜRKUŞ-II" hərbi pilotsuz və döyüş təyyarələrini idarə edəcək pilotların peşəkar hazırlığı üçün xüsusi olaraq nəzərdə tutulub. Bu təyyarə ilkin və əsas uçuş dərslərindən başlayaraq gənc pilotların daha sonra müasir reaktiv döyüş təyyarələrinə keçid etməsinə qədər bütün təlim mərhələlərində uğurla tətbiq olunur. Ekspertlər hesab edirlər ki, həm "HvBS" sisteminin tətbiqi, həm də gələcəkdə "HÜRKUŞ-II" təyyarələrinin arsenalımıza daxil olması Azərbaycan Hərbi Hava Qüvvələrinin gücünü və NATO standartlarına uyğunlaşma səviyyəsini daha da artıracaq.

"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub 

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri davam edən müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub.Bu barədə "Reuters" agentliyi məlumat yayıb.Bildirilib ki, BMT-nin Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, müharibənin başladığı fevralın 28-dən bəri Hörmüz boğazında baş vermiş 64 insident nəticəsində ən azı 17 dənizçi ölüb.

Bu ölkədə DƏHŞƏTLİ ZƏLZƏLƏ 

Çərşənbə günü Filippinin Mindanao adasının cənub sahili yaxınlığında, Sulavesi dənizi akvatoriyasında 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.Musavat.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Seysmoloji Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.Məlumata görə, Bakı vaxtı ilə saat 08:14-də baş verən zəlzələnin episentri Mindanao adasındakı Qeneral-Santos şəhərindən 102 km cənub-şərqdə yerləşib.Episentrdəki təkanların intensivliyi "dağıdıcı" olaraq qiymətləndirilir.ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasını 6,3 olaraq göstərib. Qurumun məlumatına görə, təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Dünyada qadınlar niyə kişilərdən az qazanır? - BMT səbəbləri açıqladı

Qadınlar dünya əhalisinin yarıdan çoxunu təşkil etsələr də, əmək bazarında hələ də ciddi bərabərsizliklərlə üzləşirlər.Oxu24.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı son məlumatlara görə, qadınlar orta hesabla kişilərdən 23 faiz daha az əməkhaqqı alırlar.Beynəlxalq Əmək Təşkilatının hesablamalarına əsasən, 2025-ci ildə qadınların yalnız 48 faizi rəsmi əmək bazarında aktiv olacaq. Kişilər arasında isə bu göstərici 73 faizə çatır. Hesabatda qeyd olunur ki, qadınlar eyni zamanda ödənişsiz ev işləri və ailə üzvlərinə qayğı yükünün 75 faizindən çoxunu öz üzərlərinə götürürlər.Araşdırmaya görə, qadınlar rəhbər vəzifələrin təxminən 38 faizini, yüksək rəhbər vəzifələrin isə cəmi 31 faizindən bir qədər çoxunu tutur. Onların iqtisadiyyat və innovasiya baxımından strateji əhəmiyyət daşıyan sahələrdə təmsilçiliyi isə daha da aşağı səviyyədə qalır.BMT hesab edir ki, gender bərabərliyinin təmin olunması üçün qadınların əmək bazarına çıxış imkanlarının genişləndirilməsi, bərabər əməkhaqqının təmin edilməsi və rəhbər vəzifələrdə təmsilçiliyinin artırılması istiqamətində əlavə addımların atılması vacibdir.

Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhədə GƏLDİ 

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan Zəngəzurdakı (Sünik) hərbi mövqelərdən biri ilə bağlı səsləndirilən problemlərlə əlaqədar əraziyə qəfil səfər edib.Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat yayıb.Bildirilib ki, təlim toplanışının iştirakçılarından biri Zəngəzurda yerləşən hərbi mövqelərdən birində müşahidə etdiyi problemləri ictimailəşdirib. Bundan sonra Baş Qərargah rəisi həmin mövqeyə gözlənilməz baxış keçirib.Aram Torosyan qeyd edib ki, Müdafiə Nazirliyi əsaslandırılmış və sağlam tənqidlərə açıqdır, göstərilən problemlərin operativ və ardıcıl şəkildə aradan qaldırılmasına hazırdır.Bununla yanaşı, o vurğulayıb ki, hərbi mövqelərdəki silahların sayı, növləri və sursat, o cümlədən toxunulmaz ehtiyatlarla bağlı məlumatlar dövlət sirri hesab olunur. Bu məlumatların açıqlanmasının qanunvericiliyə uyğun məsuliyyət yarada biləcəyi bildirilib.Nazirlik vətəndaşları bu cür məlumatları M

Elektrikli hava taksisi 35 dəqiqəlik yolu 9 dəqiqəyə qət etdi

ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən Archer Aviation şirkətinin hazırladığı tam elektrikli Midnight hava taksisi şəhərlərarası sınaq uçuşunu uğurla başa vurub.Oxu24.com xəbər verir ki, Elektrikli şaquli qalxma və eniş (eVTOL) imkanına malik hava taksisi avtomobillə təxminən 35 dəqiqə çəkən marşrutu cəmi 9 dəqiqəyə qət edərək kommersiya istifadəsinə daha da yaxınlaşıb.Sınaq uçuşu Kaliforniyadakı Salinas Bələdiyyə Hava Limanı ilə Monterey Regional Hava Limanı arasında həyata keçirilib. Pilotlu Midnight hər iki istiqamətdə uçuşunu təxminən 9 dəqiqəyə tamamlayıb. Layihə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ilə koordinasiyalı şəkildə həyata keçirilib və uçuş, eniş, eləcə də şəhərlərarası marşrut prosedurlarının sınağını əhatə edib.Bir pilot və dörd sərnişin daşımaq üçün nəzərdə tutulan Midnight əsasən şəhərdaxili və hava limanına qısa məsafəli transferlər üçün hazırlanıb. Tam elektrik mühərrikləri sayəsində vertolyotlarla müqayisədə daha səssiz işləyən hava taksisinin məqsədi sıx nəqliyyat olan ərazilərdə səyahət vaxtını əhəmiyyətli dərəcədə azaltmaqdır.Şirkət rəsmilərinin sözlərinə görə, hazırkı sınaqlar FAA-nın sertifikatlaşdırma prosesinin mühüm hissəsidir. Kommersiya uçuşlarına başlanmazdan əvvəl müxtəlif şəraitdə əlavə sınaqların keçirilməsi planlaşdırılır.Archer Aviation ilk elektrikli hava taksisi xidmətini ABŞ və Birləşmiş Ərəb Əmirliklərində istifadəyə verməyi hədəfləyir. Şirkət həmçinin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları zamanı hava taksisi xidmətləri təqdim etməyi planlaşdırır. Son sınaq uçuşu isə bu məqsədə doğru atılmış mühüm addım kimi qiymətləndirilir.

TƏCİLİ! Ermənistan qaranlığa qərq oldu - Rusiya hərəkətə keçib?  

Ermənistanın elektrik şəbəkəsində baş verən ciddi qəza nəticəsində ölkənin bir neçə vilayətində işıqlar tamamilə söndüb.Oxu24.com  xəbər verir ki, "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin yaydığı məlumata görə, ötürücü sistemdə yaranan problemlə əlaqədar Şirak, Lori, Tavuş, Araqatsotn və Ararat vilayətlərinin bir sıra şəhər və kəndlərində elektrik enerjisinin verilişi dayandırılıb.Yaranmış enerji böhranını aradan qaldırmaq üçün Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mütəxəssisləri və sistem operatoru tərəfindən təcili bərpa işlərinə başlanılıb. Qurum enerji təchizatının ən qısa zamanda bərpa olunacağını vəd edib.

TƏCİLİ! Putin bunu da etdi - Miqrantlarla bağlı ŞOK QƏRAR verildi  

Rusiyadan ölkədənçıxarma (deportasiya) tədbirinin nəzərdə tutulduğu hüquqpozmaların siyahısı iki dəfə artırılaraq 45 bəndə çatdırılıb.Oxu24.com xəbər verir ki, siyahıya cinsə, irqə, millətə, dilə və dinə görə ayrı-seçkilik edilməsi də əlavə olunub.Qanunla həmçinin Rusiya sərhədinin keçilməsi və ölkədə olma rejimi qaydalarının pozulmasına, əcnəbilərin Rusiyada qeyri-qanuni işləməsinə və miqrantların qanunsuz olaraq işə qəbul edilməsinə görə cərimələr

Rubio: Hörmüz boğazının açılması üzrə danışıqlarda irəliləyiş əldə olunub

Hörmüz boğazının yenidən açılması ilə bağlı aparılan danışıqlarda irəliləyiş əldə olunub, lakin hələlik yekun razılıq əldə edilməyib.Oxu24.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.Rubionun sözlərinə görə, İranla danışıqlar davam edir və Vaşinqton yekun razılaşmanın yaxın vaxtlarda əldə olunacağına ümid edir.ABŞ dövlət katibi qeyd edib ki, hazırda Hörmüz boğazından gəmilərin hərəkəti davam edir."Boğazdan gəmilər keçir. Hazırda neft daşımaları da həyata keçirilir. Hörmüz boğazı açıqdır", - Rubio əlavə edib.

Ermənistanda zəlzələ oldu 

Ermənistanın Sünik vilayətində 3 maqnitudalı zəlzələ qeydə alınıb. Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.Məlumata görə, yeraltı təkanlar avqustun 4-də yerli vaxtla saat 11:54-də Sisian şəhərindən 23 kilometr cənub-qərbdə qeydə alınıb.Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə təkanların gücü 4 bal olub.Yeraltı təkanlar Sisian və Dastakert şəhərlərində, həmçinin Arevis, Tanaat, Tasik, Salvard və Torunik kəndlərində 2-3 bal gücündə hiss edilib.Zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı məlumat verilməyib.

İran silkələndi

İranın Hörmüzqan əyalətində 4.1 maqnitudalı zəlzələ baş verib.Musavat.com xəbər verir ki, bu barədə məlumatı Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi yayıb.Yeraltı təkanlar çərşənbə axşamı yerli vaxtla saat 01:45 radələrində Fərqan şəhəri yaxınlığında qeydə alınıb.Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.Tələfat və dağıntılar barədə hələlik heç bir məlumat verilməyib.

Bu tarixdə Avropa qaranlığa qərq olacaq

Avropa səmasında 12 avqust 2026-cı il tarixində son illərin ən diqqətçəkən astronomik hadisələrindən biri – tam Günəş tutulması baş verəcək. Mütəxəssislərin sözlərinə görə, bu hadisə son iyirmi ildə Avropa ictimaiyyəti üçün ən əhəmiyyətli səma hadisələrindən biri hesab olunur.Məlumata görə, Qrenlandiya, İslandiya, İspaniyanın şimalı və Portuqaliyanın şimal-şərqində yaşayanlar tam Günəş tutulmasını müşahidə edə biləcəklər. Avropanın digər bir sıra ölkələrində isə tutulma qismən görünəcək.Avropa Kosmik Agentliyi (ESA) bildirib ki, İspaniyanın şimalı bu nadir təbiət hadisəsini izləmək üçün ən əlverişli məkanlardan biridir. Bu səbəbdən bölgəyə minlərlə turistin və astronomiya həvəskarının axın edəcəyi gözlənilir.ESA-nın Elm Direktoru professor Kerol Mandell tam Günəş tutulmasının həm elmi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb."Tam Günəş tutulması milyonlarla insanın eyni anda səmaya baxdığı, heyrət və həyəcan hissini birlikdə yaşadığı çox nadir anlardan biridir", – deyə o bildirib.Astronomlar qeyd edirlər ki, tam Günəş tutulması zamanı Ay Günəşi tam örtür, gündüz vaxtı qısa müddətlik qaranlıq yaranır və Günəşin yalnız xarici atmosferi – tacı (korona) görünür. Bu möhtəşəm təbiət hadisəsinin milyonlarla insan tərəfindən izlənəcəyi gözlənilir.

Artıq sərhədi 6 dəqiqəyə keçəcəklər: Çin və Rusiyanı birləşdirən kanat yolu hazırdır

Çin və Rusiyanı birbaşa birləşdirəcək ilk beynəlxalq kanat yolu layihəsində əsas tikinti işləri başa çatıb. Oxu24.com xəbər verir ki, layihənin əsas strukturunun tamamlanması ilə sistemin istifadəyə verilməsi üçün geri sayım başlayıb.2019-cu ildə tikintisinə başlanılan layihə Çinin Heyhe şəhəri ilə Rusiyanın Blaqoveşçensk şəhərini Heilongjiang (Amur) çayı üzərindən birləşdirəcək. İstifadəyə verildikdən sonra bu xətt iki ölkə arasında birbaşa sərnişin daşımalarını həyata keçirən ilk beynəlxalq kanat yolu olacaq.Təxminən 970 metr uzunluğunda olan kanat yolu sərnişinlərin sərhədi cəmi 6–8 dəqiqəyə keçməsinə imkan verəcək. Bununla da mövcud avtomobil və bərə nəqliyyatına daha sürətli alternativ yaradılacaq.Layihə çərçivəsində eyni vaxtda iki kabin fəaliyyət göstərəcək. Hər biri 110 sərnişin tutumuna malik kabinələr saniyədə 12 metr sürətlə hərəkət edə biləcək.Rəsmilərin sözlərinə görə, sistem tam istismara verildikdən sonra hər istiqamətdə ildə təxminən 2,6 milyon sərnişinin daşınması planlaşdırılır. Layihənin iki ölkə arasında sərnişin daşımalarını sürətləndirməsi və sərhəd keçidlərini daha rahat etməsi gözlənilir.

“Azərbaycan müharibə dövründə bizə dəstək oldu” – Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian müharibə dövründə dəstək olan ölkələrdən bəhs edib. İran lideri çıxışında bu ölkələr arasında Azərbaycanın da adını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan müharibə dövründə müəyyən mərhələdə bank və yolları İran üçün bağlasa da, danışıqlardan sonra bütün bunlar bərpa edilib: “Azərbaycan yolları, bankımızı bağlamışdı. Zəng etdik, onlarla danışdıq. İki saat çəkmədi hər şey yenidən açıldı. Bank da, səfirlik də, yol da açıldı. Müharibə zamanı onlar bizə çox kömək oldu. İstər Rusiyanın malları olsun, istər öz mallarının daşınmasında nə […]

Source

Paşinyan istefa verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib, Nazirlər Kabineti də səlahiyyətlərini dayandırıb. Bu barədə Nikol Paşinyan sosial şəbəkə hesabında məlumat verib Bu, yeni çağırış parlament fəaliyyətə başladıqdan sonra Konstitusiyanın tələbinə uyğun həyata keçirilən formal prosedurdur. Ölkə Konstitusiyasının 158-ci maddəsinə əsasən, hökumət parlamentin ilk iclas günü istefa verir. Yeni hökumət formalaşdırılanadək nazirlər öz vəzifələrini icra etməyə davam edəcəklər. Növbəti Baş nazir hakim fraksiyanın təqdimatı əsasında prezident tərəfindən təyin olunacaq.

Source

Standartlaşdırılmış batareya verilənlər bazası süni intellektlə idarə olunan bərk cisim batareya dizaynını təkmilləşdirə bilər

standartlasdirilmis-batareya-verilənlər-bazasi-suni-intellektlə-idarə-olunan-bərk-cisim-batareya-dizaynini-təkmilləsdirə-bilər

Möhkəm cisim akkumulyatorunun tədqiqi və innovasiyasının sürətləndirilməsi: yeni açıq giriş verilənlər bazası
Şəkildəki misal kimi bərk vəziyyətdə olan akkumulyatorun tədqiqatı bütün zamanların ən yüksək göstəricisidir. Yeni açıq məlumat bazası alimlərin, mühəndislərin, sənaye tərəfdaşlarının və siyasətçilərin dərc olunmuş tədqiqatlardan tam istifadə etmələrini və innovasiya imkanlarını müəyyən etmələrini asanlaşdırır. Kredit: Daniela Benites/A. James Clark Mühəndislik Məktəbi

Hər il akkumulyator qurğularına dair minlərlə ekspert rəyi dərc olunur. Bu sürətli artıma baxmayaraq, bu nəşrlərdə olan məlumatlar tez-tez müxtəlif formatlarda və müxtəlif detal və əlçatanlıq səviyyələrində bildirilir. Nəticədə ortaya çıxan məlumat yamaq işi alimlərin, mühəndislərin, sənaye tərəfdaşlarının və siyasətçilərin dərc edilmiş tədqiqatlardan tam istifadə etmələrini və innovasiya imkanlarını müəyyən etmələrini çətinləşdirir.

İndi, Merilend Universitetinin kimya və biomolekulyar mühəndislik üzrə dosenti və Merilend Enerji İnnovasiya İnstitutunun direktor müavini Paul Albertusun rəhbərlik etdiyi tədqiqat qrupu elan etdi. nəşr in Joule batareya elmindəki bu davamlı problemin öhdəsindən gələn qabaqcıl bir araşdırma.

Komandanın batareya verilənlər bazası və məlumat dəstlərinə, əhatə edən materiallara, komponentlərə, istehsala, cihazın sınaqdan keçirilməsinə və performansına yanaşması batareya hesabatında kritik boşluqları aradan qaldırır və təkmilləşdirilmiş təhlil, vizuallaşdırma, eksperiment dizaynı və süni intellektə (AI) əsaslanan tədqiqat üçün zəmin yaradır.

Nəşr batareya tədqiqat cəmiyyətinə üç əsas üstünlük verir:

  • bərk vəziyyətdə olan akkumulyator cihazını təsvir etmək üçün lazım olan məlumatların tam dəstinin inteqrasiyası;
  • elmi ədəbiyyat üzrə hesabat təcrübələrinin araşdırılması və bildirilməyən məlumatların mövcudluğunun və əhəmiyyətinin qiymətləndirilməsi; və
  • aydın müəyyən edilmiş dəyişənlər və standartlaşdırılmış terminologiya vasitəsilə batareya məlumatlarının hesabatına strukturlaşdırılmış yanaşmanın yaradılması.

Tədqiqat təqdim edir ontoloji məlumat bazası 245 batareya qeydi, 167 strukturlaşdırılmış dəyişən və 40.000-dən çox məlumat nöqtəsi olan tədqiqat səviyyəli bərk-dövlət batareyaları. Çərçivə Tapılan, Əlçatan, Birgə işləyə bilən və Yenidən istifadə edilə bilən (FAIR) məlumat təcrübələrini, qabaqcıl analitika, vizuallaşdırma, eksperiment dizaynı və AI tətbiqlərini dəstəkləyərkən batareya cihazlarını tam təsvir etmək üçün lazım olan materialları, komponentləri, istehsal üsullarını və sınaq şərtlərini əhatə edir.

Nəşr təfərrüatları

M. Florencia Petracci et al, Vizuallaşdırma, axtarış, təhlil və süni intellekt məlumatlarının çıxarılmasını inkişaf etdirmək üçün açıq girişli bərk vəziyyətdə olan batareya hüceyrəsi verilənlər bazası, Joule (2026). DOI: 10.1016/j.joule.2026.102595

Jurnal məlumatı: Joule

Bu hekayənin arxasında kim dayanır?

Gaby Clark

Gaby Clark

İngilis dilində magistr, 2021-ci ildən ali təhsil və səhiyyə sahəsində təcrübəyə malik surət redaktoru. Etibarlı elm xəbərlərinə həsr olunub. Tam profil →

Robert Eqan

Robert Eqan

Riyazi biologiya üzrə bakalavr, yaradıcı yazı üzrə magistr. Elm və dil üzrə unikal perspektivlərlə yaxşı səyahət etdi. Tam profil →

Sitat: Standartlaşdırılmış batareya verilənlər bazası süni intellektlə idarə olunan bərk cisim batareya dizaynını təkmilləşdirə bilər (2026, 29 iyul) 30 iyul 2026-cı ildə https://techxplore.com/news/2026-07-standardized-battery-database-ai-solid.html saytından əldə edilib.

Bu sənəd müəllif hüquqlarına tabedir. Şəxsi araşdırma və ya tədqiqat məqsədi ilə hər hansı ədalətli sövdələşmədən başqa, heç bir hissəsi yazılı icazə olmadan çoxaldıla bilməz. Məzmun yalnız məlumat məqsədləri üçün verilir.


Qaynaq

Source

“Telegram”ın yaradıcısı beynəlxalq axtarışa verilib

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) “Telegram”ın təsisçisi Pavel Durov barəsində beynəlxalq axtarış elan edib. Qurumun məlumatına görə, ona terrorçuluq fəaliyyətinə yardım göstərilməsi maddəsi ilə ittiham irəli sürülüb. FTX-nin iddiasına əsasən, aparılan istintaq zamanı Ukrayna xüsusi xidmət orqanlarının “Dayvinçik/Leo” adlı “Telegram” botundan Rusiya vətəndaşlarını aldatma və psixoloji təsir vasitəsilə diversiya fəaliyyətinə cəlb etmək üçün istifadə etdiyi müəyyən edilib. Rusiya xüsusi xidmət orqanının məlumatına görə, 2025-ci ilin iyul ayından etibarən Rusiyanın müxtəlif bölgələrində yaşı 12-22 arasında olan 46 nəfər saxlanılıb. Onlar hüquq-mühafizə […]

Source

Kiyevə hücum:&nbsp;ÖLƏNLƏRİN SAYI ARTDI

Rusiyanın Kiyevə endirdiyi genişmiqyaslı zərbələr nəticəsində həlak olanların sayı artaraq 20-yə çatıb. Modern.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko özünün "Telegram" kanalında məlumat paylaşıb. "Əfsuslar olsun ki, bugünkü hücum nəticəsində həyatını itirənlərin sayı artıb...

Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei təhlükəsizlik səbəblərinə görə atası Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etməyəcək. Modern.az xəbər verir ki, bu barədə Ali Rəhbərin Hindistandakı nümayəndəsi Ayətullah Həkim Elahi “India Today”a bildirib. Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Katz Müctəba Xamenei...

Rusiyanın 450 min, Ukraynanın 150 min hərbçisi həlak olub - ŞOK RƏQƏMLƏR

ABŞ-nin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hazırladığı yeni hesabata əsasən, Ukraynada davam edən müharibədə hər iki tərəfin ümumi itkiləri 2 milyon nəfəri keçib. Modern.az xəbər verir ki, araşdırmada ən ağır itkilərin Rusiya ordusunun payına düşdüyü bildirilir. Ekspertlərin hesablamalarına görə, indiyədək Rusiya Silahlı Qüvvə...

Nənə, qızı və 4 nəvəsi ölü tapıldı - DƏHŞƏT

ABŞ-nin Nyu-York ştatının Mexanikvill şəhərində baş verən dəhşətli ailə faciəsinin təfərrüatları açıqlanıb. Modern.az ABŞ mediasına istinadən xəbər verir ki, hadisə iyun ayında qeydə alınsa da, polis məlumatı yalnız bu günlərdə ictimaiyyətə təqdim edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 23 iyun tarixində 64 yaşlı Emi Stedmanın yaşadığı evd...

ABŞ və İran arasında böyük masa qurulur -&nbsp;Son dəqiqə!

ABŞ və İran arasında danışıqların növbəti raundu iyulun 18-də baş tutacaq. Modern.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalına yüksək vəzifəli şəxs məlumat verib. Danışıqların İranın mərhum Ali Dini Lideri Seyir Əli Xameneinin dəfnindən dərhal sonra keçiriləcəyi qeyd olunur.  ...

Erməni generallar barədə fərmanlar verildi

Ermənistan Silahlı Qüvvələrində kadr dəyişiklikləri, yeni təyinatlar və vəzifədən azad edilmələr həyata keçirilib. Modern.az xəbər verir ki, Ermənistan Prezidenti Vahan Xaçaturyan bununla bağlı müvafiq fərmanlar imzalayıb. Fərmanlara əsasən: - General-mayor Armen Gözəlyan Xüsusi Ordu Korpusunun komandiri vəzifəsindən azad edilib. - Daha...

Cənubi Qafqazı tərk etdi

Avropa Komissiyasının sədri Ursula von der Layenin Ermənistana işgüzar səfəri yekunlaşıb. Modern.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının rəhbərini şəxsən yola salıb. Xatırladaq ki, Layen iyulun 1-də Azərbaycana, ayın 2-də isə Ermənistan səfər edib.    ...

Qərbi Azərbaycan vilayətində döyüş - 6 nəfər öldürüldü

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) döyüşçüləri İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətində bir qrup silahlını zərərsizləşdiriblər. Modern.az İRİB agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın "Həmzə Seyid əş-Şühəda" bazasındakı quru qoşunları qərargahının bəyanatına istinadən məlumat yayıb. ...

Paşinyan Azərbaycanla sülhdən danışdı: &ldquo;Münaqişə bitib&rdquo;

“Ermənistan və Azərbaycan arasında münaqişə artıq başa çatıb”. Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin köhnə tərkibinin sonuncu iclasında deyib. “2026-cı il seçkilərinin nəticələrinə görə, Ermənistan xalqı sülhün müdafiəsinə qalxdı”, — deyə o qeyd edib. Paşinyanın sözl...

Melonidən Paşinyana təbrik

İtaliyanın Baş naziri Giorgia Meloni Ermənistanın Baş naziri Nikol Paşinyanı 7 iyun tarixində keçirilmiş parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. Modern.az xəbər verir ki, Meloni sosial şəbəkə hesabında paylaşdığı mesajda Paşinyana uğurlar arzulayıb. O, İtaliya ilə Ermənistan arasında dostluq münasibətlərinin və əməkd...

Ebola virusu dünyaya yayılır: Risk qrupunda olan ÖLKƏLƏR

Yapon alimlərinin apardığı riyazi modelləşdirmə göstərib ki, Ebola virusu daşıyıcılarının 30 gün ərzində Avropa və Asiyanın ən böyük hava nəqliyyatı qovşaqlarına çatma ehtimalı yüksəkdir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə, infeksiyanın Belçika, Fransa, BƏƏ və Türkiyəyə daxil olma riski 90 faizə qədər...

Vuçiç bu dəfə Gürcüstanı təriflədi

Belqrad Gürcüstanın əldə etdiyi nailiyyətləri tanıyır və ölkənin iqtisadi təcrübəsini diqqətlə öyrənir. Modern.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə keçirdiyi birgə brifinqdə bildirib.  Onun sözlərinə görə, bu ilin birinci rübündə Gürcüstan iqtisadiyyatı 9,3 faiz artı...

İranla ABŞ arasında yeni danışıqlar mərhələsi başlayacaq -&nbsp;Detallar

İranın xarici işlər naziri Abbas Araqçı bildirib ki, İran–ABŞ sülh sazişi ilə bağlı anlaşma memorandumunun ilk mərhələsi ölkəyə qarşı zorla qəbul etdirilmiş müharibənin dayandırılmasına və Hörmüz boğazı ilə bağlı məsələlərin həllinə yönəlib. Modern.az xəbər verir ki, İranın baş diplomatı çərşənbə axşamı Tehranda fəaliyyət göstərən səfirlər...

Erməni bloqerə 54 milyon dollarlıq cərimə: BƏƏ-ni tərk edə bilmir - FOTO

Bir neçə il ərzində milyonlarla izləyici toplayan bloqer Arut Nazaryan bahalı alış-verişləri, dəbdəbəli həyat tərzi ilə diqqət çəkirdi. Lakin kriptovalyuta fırıldağı ilə bağlı məhkəmə qərarından sonra o, uzun müddət Birləşmiş Ərəb Əmirliklərini tərk edə bilməyəcək.

SEPAH Fars körfəzindən Qırmızı dənizədək &quot;təhlükəsizlik kəməri&quot; yaradılacağını elan etdi

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibində fəaliyyət göstərən "Əl-Qüds" qüvvələrinin komandanı İsmayıl Qaani Hörmüz boğazından Yəmən sahillərindəki Bab əl-Məndəb boğazınadək, həmçinin Fars körfəzindən Qırmızı dənizədək uzanacaq yeni "təhlükəsizlik kəməri"nin yaradılması planı barədə məlumat verib.

"Xameneinin ölümündən sonra FTX təcili addım atdı" -<span style="color: #ff0000;"> "Financial Times"</span>

"Rusiya öz müdafiə mexanizmlərini yenidən nəzərdən keçirməyə məcburdur..."

İranda baş verən son hadisələrdən sonra Rusiya xüsusi xidmət orqanları öz müşahidə sistemlərinin təhlükəsizliyini yenidən qiymətləndirməyə başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb. 

Texnoloji zəifliklər üzə çıxdı

Nəşrin məlumatına görə, İsrail xüsusi xidmət orqanlarının İranda həyata keçirdiyi uğurlu əməliyyatlar Moskvanın diqqətini dövlət müşahidə sistemlərinin potensial zəifliklərinə yönəldib. 

Məqalədə iddia olunur ki, bundan sonra Rusiya təhlükəsizlik qurumları Vladimir Putinin və yaxın çevrəsinin mühafizəsində istifadə olunan bəzi gizli nəzarət sistemlərini yoxlama məqsədilə müvəqqəti olaraq dayandırıb. Nəşr yazır ki, əsas narahatlıq böyük həcmdə məlumatların emalı və müşahidə şəbəkələrinin kənardan müdaxiləyə məruz qalması ehtimalı ilə bağlıdır.

Süni intellektin rolu

Məqalədə qeyd olunur ki, İsrail kəşfiyyatı İranın müşahidə sistemlərindən əldə edilən məlumatları süni intellekt vasitəsilə təhlil edərək müəyyən şəxslərin hərəkət marşrutlarını və görüş məkanlarını müəyyənləşdirə bilib. 

Müəlliflərin fikrincə, bu hadisə müasir texnologiyaların təhlükəsizlik sahəsində yaratdığı yeni imkanlarla yanaşı, yeni riskləri də nümayiş etdirib. Bu səbəbdən Rusiya xüsusi xidmət orqanları daxili serverlərin və müşahidə sistemlərinin təhlükəsizlik səviyyəsini yenidən yoxlamağa başlayıb.

Moskvanın narahatlığı artır

Nəşr həmçinin yazır ki, Moskvanı narahat edən digər amillərdən biri Ukrayna xüsusi xidmət orqanlarının və haker qruplarının fəaliyyəti ilə bağlı iddialardır. Məqalədə vurğulanır ki, müasir müşahidə və rabitə sistemləri sızma halları baş verdikdə dövlət üçün ciddi risk mənbəyinə çevrilə bilər.

Nəçr belə nəticəyə gəlir ki, süni intellekt, üz tanıma sistemləri və böyük məlumat bazalarının emalı sahəsindəki sürətli inkişaflar ənənəvi təhlükəsizlik yanaşmalarını dəyişdirir və dövlətləri öz müdafiə mexanizmlərini yenidən nəzərdən keçirməyə məcbur edir.

İrandan hava məkanı ilə bağlı yeni qərar

Tehranın İmam Xomeyni və Mehrabad hava limanlarında bütün uçuşlar müvafiq bildirişədək ləğv edilib.

Moderator.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Təşkilat həmçinin ölkənin qərbindəki bütün hava limanlarının da müvafiq bildirişədək bağlandığını bildirib.

Qeyd edək ki, ötən gecədən başlayaraq, İran İsrailə hücumları bərpa edib. Səhər saatlarında isə İsrail paytaxt Tehran daxil olmaqla, İranın bir neçə şəhərini vurub.

***

İranda hava məkanında uçuşlarla bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.

Bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Yaponiyada taxt-tac varisliyi böhranını həll etmək üçün qanuna dəyişiklik təklif olunub

Yaponiya parlamentinin hər iki palatasının sədrləri imperator ailəsi haqqında qanuna dəyişikliklərlə bağlı təklifləri parlament fraksiyalarının müzakirəsinə təqdim ediblər.
 
Moderator.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu addım imperator taxtının varisliyi ilə bağlı yaranan narahatlıqları aradan qaldırmaq məqsədi daşıyır.
 
Hazırda Yaponiya imperatoru Naruhitonun cəmi üç varisi var: onun 60 yaşlı kiçik qardaşı, vəliəhd şahzadə Fumihito, 19 yaşlı qardaşı oğlu Hisahito və 90 yaşlı əmisi şahzadə Hitati. Bu vəziyyət son illərdə imperator taxtının davamlı varisliyi ilə bağlı ciddi narahatlıqlar yaradır.
 
Parlamentdə 1947-ci ildə qəbul edilmiş və taxt-tacın yalnız kişi xətti ilə ötürülməsini nəzərdə tutan qanuna iki dəyişiklik variantı müzakirə olunur:
 
Birinci təklifə görə, imperator ailəsinə mənsub qadınlar titul sahibi olmayan şəxslərlə ailə qursalar belə, öz statuslarını qoruyub saxlayacaqlar.
 
İkinci variant isə 1947-ci ildə rəsmi statuslarını itirmiş imperator ailəsinin 11 yan qoluna mənsub kişilərin yenidən ailəyə qaytarılmasını nəzərdə tutur.
 
Təşəbbüslərin yaxın vaxtlarda Yaponiyanın Baş naziri Sanae Takaichiyə təqdim olunması gözlənilir. Bundan sonra hökumət müvafiq qanun layihəsi hazırlayacaq. Sənədin parlamentin cari sessiyasının rəsmi bağlanış tarixi olan iyulun 17-dək qəbul edilə biləcəyi bildirilir.

"ABŞ təsir imkanlarının həddi: Vaşinqtonun üç, İranın isə bir seçimi var" - <span style="color: #ff0000;">CNN</span>

Hörmüz boğazı ətrafında yaranmış böhran Vaşinqtonla Tehran arasında danışıqları dalana dirəyib və tərəflərin mövqeləri bir-birindən çox uzaqdır.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı yazıb.
 
 "İran yalnız sahib olduğu şeydən çıxış edir"
 
CNN-in analitiki Bret Makqerk hesab edir ki, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazını yenidən beynəlxalq gəmiçilik üçün açmağa və İranın nüvə ambisiyalarını məhdudlaşdırmağa çalışsa da, tərəflər faktiki olaraq eyni dildə danışmırlar. O, qeyd edir ki, Vaşinqton danışıqlara güc və təzyiq prizmasından yanaşır, Tehran isə sahib olduğu strateji üstünlükdən istifadə edir.
 
Makqerk bunu vaxtilə Tehranın "Evin" həbsxanasında saxlanılan amerikalı girovların azad olunması ilə bağlı apardığı danışıqlardan çıxardığı nəticələrlə izah edir. Onun sözlərinə görə, İran uzun illərdir girovları danışıqlarda təzyiq aləti kimi istifadə edir və indi də eyni məntiqi daha böyük miqyasda tətbiq edir.
 
Hörmüz boğazı "ən qiymətli girov" kimi
 
Makqerk hesab edir ki, hazırda İranın əlində olan əsas rıçaq Hörmüz boğazıdır. Dünya neft tədarükünün təxminən beşdə biri bu marşrutdan keçir və Tehran boğaza təsir imkanlarından ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə edir. Müəllif CNN-ə müsahibə verən İran rəsmisi Möhsün Rəzayinin sözlərini xatırladır. Rəzayi bildirib ki, Vaşinqton İranın dondurulmuş 24 milyard dollarlıq aktivlərini azad etməyincə vəziyyət dəyişməyəcək.
 
Onun fikrincə, bu vəsaitin açılması ABŞ-ın danışıqlara nə dərəcədə ciddi yanaşdığını göstərəcək. Makqerk qeyd edir ki, Tehran üçün bu, 2023-cü ildə amerikalı girovların azad olunması müqabilində əldə edilən razılaşmanın daha geniş miqyaslı təkrarıdır. Fərq ondadır ki, bu dəfə söhbət ayrı-ayrı şəxslərdən deyil, qlobal iqtisadiyyat üçün vacib olan bir marşrutdan gedir.
 
Vaşinqtonun üç seçimi
 
Məqalə müəllifinin fikrincə, ABŞ hazırda üç variantdan birini seçməlidir. Birinci yol iqtisadi təzyiqləri davam etdirmək və İranın iqtisadi vəziyyətinin daha da pisləşəcəyinə ümid etməkdir. İkinci variant Tehranın tələblərinin bir hissəsini qəbul edərək kompromisə getməkdir. Makqerk hesab edir ki, bu addım Tramp administrasiyası üçün siyasi baxımdan ağır geri çəkilmə kimi görünə bilər.
 
Üçüncü seçim isə Hörmüz boğazında hərbi nəzarəti bərpa etməyə çalışmaqdır. Lakin İran artıq münaqişəni Hind okeanı, Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Aralıq dənizi istiqamətlərinə yaymaqla hədələyib. Makqerkin qənaətincə, buna görə də danışıqlar hazırda dalana dirənib. O hesab edir ki, qüvvələr nisbəti dəyişmədiyi müddətdə Tehran əlindəki üstünlükdən asanlıqla imtina etməyəcək və tərəflər arasında razılıq əldə olunması çətin olaraq qalacaq.

Səhranın altında nəhəng göl: Yalnız burada yaşayan canlılar aşkarlandı

Kalahari səhrasının altında nəhəng yeraltı göl gizlənir. Onun dərinliyi yüzlərlə metrə çatır və burada Yer üzündə başqa heç yerdə rast gəlinməyən canlılar yaşayır.
 
Moderator.az "Discover Wildlife” nəşrinə istinadən xəbər verir ki, Namibiyada yerləşən "Dragon’s Breath” (Əjdahanın Nəfəsi) mağarası səthdən təxminən 60 metr dərinlikdə başlayır və dünyanın ən böyük yeraltı gölünə çıxır. Gölün səth sahəsi təxminən iki futbol meydançası böyüklüyündədir.
 
Mağara adını girişdən qalxan isti və rütubətli havadan alıb. Müəyyən şəraitdə bu hava kondensasiya olunaraq incə duman yaradır. Mağara milyonlarla il ərzində yeraltı suların süxurları yavaş-yavaş həll etməsi nəticəsində formalaşıb və böyük su ilə dolu boşluq yaranıb.
 
Mağara 1986-cı ildə Cənubi Afrikalı tədqiqatçı Rocer Ellis tərəfindən kəşf edilib. Bir il sonra o, speleoloqlar və dalğıclarla birlikdə ekspedisiya təşkil edib və təxminən 2 hektar sahəsi olan yeraltı gölü araşdırıb.
 
2015-ci ildə dalğıclar 132 metr dərinliyə enə biliblər. 2019-cu ildə isə "Stone Aerospace” şirkəti süni intellektlə təchiz olunmuş "Sunfish” adlı avtonom sualtı dron vasitəsilə mağaranın xəritəsini hazırlayıb və gölün dərinliyinin 264 metrə çatdığını müəyyən edib.
 
Bu mağaradakı xüsusi şərait — günəş işığının olmaması, kristal təmiz su və sabit temperatur — burada unikal canlıların formalaşmasına səbəb olub.
 
Onlar arasında kor qızılı mağara balığı (Clarias cavernicola) və ağ kor krevetlər (Trogloleleupia dracospiritus) var. Bu növlər tam qaranlıq mühitə uyğunlaşaraq təkamül edib və əsasən mağaranın yuxarı hissəsində yaşayan yarasaların guanosu ilə qidalanırlar.

<span style="color: #000000;">"Rusiya üzərində qələbə üçün üç şərt". Rasmussen Avropaya plan təklif etdi" - "The Economist"</span>

"Avropa Moskva ilə danışıqlardan əvvəl Ukraynanın mövqeyini gücləndirməli və "güc vasitəsilə sülh" strategiyasını həyata keçirməlidir..."

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen hesab edir ki, Rusiya ilə danışıqlar üçün xüsusi nümayəndənin təyin olunması barədə müzakirələr hələ tezdir. Onun fikrincə, əsas məsələ danışıqlar aparacaq şəxsin kimliyi deyil, Avropanın hansı mövqedən danışacağıdır.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Economist" nəşri yazıb.

"Rusiya yalnız gücə hörmət edir"

Rasmussen bildirir ki, Vladimir Putin və Dmitri Medvedevlə görüş təcrübəsi ona bir nəticə çıxarmağa imkan verib: Moskva yalnız gücə hörmət edir. Buna görə də Avropa əvvəlcə Ukraynanın mövqeyini gücləndirməli, yalnız bundan sonra diplomatik proses barədə düşünməlidir.

Onun sözlərinə görə, ABŞ-ın əvvəlki rolunu artıq Avropa öz üzərinə götürməyə məcburdur. Rasmussen Almaniyanın bu istiqamətdə liderlik nümayiş etdirdiyini vurğulasa da, görülən işlərin kifayət etmədiyini düşünür.

İki əsas addım

NATO-nun keçmiş baş katibinin fikrincə, ilk növbədə Rusiyanın hərbi iqtisadiyyatına daha güclü zərbə vurulmalıdır. Bunun üçün Ukraynaya texnoloji və sənaye dəstəyi artırılmalı, Rusiyanın raket proqramına xidmət edən təchizat kanallarına qarşı daha sərt sanksiyalar tətbiq edilməlidir.

Rasmussen ikinci vacib addım kimi Ukraynanın enerji infrastrukturunun sürətlə bərpasını göstərir. Onun sözlərinə görə, Avropa İttifaqında istifadədən çıxarılmış, lakin işlək vəziyyətdə olan enerji avadanlıqları Ukraynaya ötürülə bilər ki, bu da ölkənin qış aylarında dayanıqlığını artırar.

Ukraynanın Avropa gələcəyi

Rasmussen üçüncü şərt kimi Ukraynanın gələcəyinin açıq şəkildə Avropa İttifaqı ilə bağlanmasını göstərir. Onun fikrincə, bu, Putinə Ukraynanı öz təsir dairəsinə qaytarmaq cəhdlərinin nəticəsiz olduğunu nümayiş etdirəcək.

Müəllif hesab edir ki, Ukraynanın Aİ-yə üzvlüyü ən güclü təhlükəsizlik təminatıdır. Rasmussenin qənaətincə, Avropa bu üç şərti yerinə yetirərsə, Moskva ilə danışıqlar aparacaq nümayəndənin kim olması artıq ikinci dərəcəli məsələyə çevriləcək və sülh danışıqları daha güclü mövqedən aparılacaq.

Xameneinin harada dəfn olunacağı açıqlandı - FOTO

İranın mərhum ali rəhbəri Seyid Əli Xameneinin Məşhəddə dəfn ediləcəyi iddia olunur.
 
Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə Xorasan-e-Rəzəvi əyaləti valisinin təhlükəsizlik və polis məsələləri üzrə müavininin açıqlama verdiyi bildirilir.
 
Məlumata görə, Əli Xameneinin dəfn mərasimi Tehrandan başlayacaq, daha sonra Quma köçürüləcək. Bildirilir ki, üçüncü gün Məşhəddə keçiriləcək mərasimdən sonra onun cənazəsi torpağa tapşırılacaq.
 
İddialara əsasən, Əli Xameneinin cənazəsi İmam Rzanın hərəmində dəfn olunacaq.
 
Qeyd edək ki, mənbədə Əli Xameneinin 2026-cı il fevralın 28-də ABŞ və İsrailin hava hücumları zamanı həlak olduğu iddia edilir. Bu məlumatın müstəqil təsdiqi barədə məlumat verilməyib.

 

BƏƏ hava məkanında məhdudiyyətlərin müddətini uzatdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aviasiya xidməti ölkənin hava məkanında tətbiq olunan məhdudiyyətlərin müddətini iyunun 23-dək uzadıb.
 
Moderator.az xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqdə fəaliyyət göstərən aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.
 
"Əvvəllər tətbiq edilmiş məhdudiyyətlər iyunun 23-ü axşam saatlarınadək qüvvədə qalacaq", - deyə mənbə bildirib.
 
Onun sözlərinə görə, BƏƏ hava limanlarına uçuşlar və ölkədən həyata keçirilən reyslər üçün hava sərhədinin keçilməsi məqsədilə altı hava dəhlizi və nəzarət nöqtəsi müəyyənləşdirilib.
 
Mənbə əlavə edib ki, BƏƏ-nin aviasiya hakimiyyəti xarici aviaşirkətləri ölkəyə uçuşlarla bağlı mümkün əməliyyat risklərini yenidən qiymətləndirməyə çağırıb. Reyslərin yerinə yetirilməsi üçün aviaşirkətlər riskləri dəyərləndirməli, müvafiq müraciət təqdim etməli və rəsmi icazə almalıdırlar.
 
Bununla yanaşı, bu qaydalar repatriasiya reyslərinə, eləcə də sanitariya və dövlət aviasiyasına şamil edilmir.
 
Qeyd edək ki, iyunun 6-da İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Nəbatiyyə əyalətinə və Qərbi Bəkaa bölgəsinə, iyunun 7-də isə Beyrut ətrafında yerləşən "Hizbullah" obyektlərinə zərbələr endirib.
 
İran buna cavab olaraq iyunun 7-də axşam saatlarında İsrailin şimal bölgələrini raket atəşinə tutub.
 
Daha sonra İsrail İranın qərb və mərkəzi hissələrindəki hərbi obyektlərə zərbələr endirib. İran isə növbəti dəfə İsrail ərazisini raket hücumlarına məruz qoyub. Bu hadisələr fonunda regionda aviasiya təhlükəsizliyi ilə bağlı narahatlıqlar daha da artıb.

Starmerdən "Apple" və "Google" şirkətlərinə tələb

Böyük Britaniyanın Baş naziri Kir Starmer "Apple" və ya "Google" kimi texnoloji şirkətləri uşaqların pornoqrafiyaya və ya çılpaq insan fotolarına baxış imkanlarını məhdudlaşdırmağa çağırıb, əks halda sanksiyalarla hədələyib. O bu barədə Londonda keçirilən konfransda çıxış edərkən bildirib.
 
Moderator.az xəbər verir ki, o bu açıqlamanı Londonda keçirilən konfransda çıxışı zamanı söyləyib.
 
"İnanıram ki, onlar həll yolu tapa bilərlər. Amma bunu etməmək qərarına gəlsələr, o zaman biz hərəkətə keçəcəyik. Və biz qanunu dəyişəcəyik. Çünki söhbət uşaqlarımızın təhlükəsizliyindən gedirsə, kənarda qalmaq variant deyil", - deyə hökumət başçısı "Sky News" kanalında yayımlanan çıxışında bildirib.
 
Hökumətin yaydığı əlavə məlumata görə, London texnoloji şirkətləri, cihazın istifadəçisi uşaqdırsa, smartfon və planşetlərini çılpaq insan təsvirlərini bloklayan funksiyalarla əvvəlcədən təchiz etməyə məcbur etmək niyyətindədir. Yetkinlərin bu kontentə girişi əvvəlki kimi mümkün olacaq, lakin yaşın yoxlanılması mütləq olmalıdır. Bu o deməkdir ki, Böyük Britaniya uşaqların texniki olaraq çılpaq fotoşəkillər çəkə, paylaşa və ya görə bilməyəcəyi ilk ölkə olacaq.
 
Məlumatda bildirilir ki, şirkətlərə yeni qaydalara uyğunlaşmaq üçün üç ay vaxt verilib. Əks halda, Starmerin vəd etdiyi kimi, belə bir tələb qanunvericiliklə təsbit olunacaq, cihazlarda bu cür məhdudiyyətlər olmadıqda isə istehsalçıları cərimələr və, ola bilsin, cinayət məsuliyyəti gözləyə bilər.
 
Britaniya baş naziri həmçinin milli hesablama imkanlarını inkişaf etdirəcəyini vəd edib və ixtisaslaşmış süni intellekt çiplərinin alınması üçün 400 milyon funt sterlinqdən (533 milyon dollar) çox vəsait ayrılacağını açıqlayıb.

İsrail Livanda "Hizbullah"a hücumları bərpa edib

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənubunda "Hizbullah" qruplaşmasının mövqelərinin yerləşdiyi altı yaşayış məntəqəsinə zərbələr endirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalı məlumat yayıb.
 
Portalın məlumatına görə, Burc əş-Şimali, Xaraib, Xirbət-Duveyr, Əl-Maaşuq, Əs-Samaiyə və Əl-Xoş qəsəbələrinə endirilən silsilə hava zərbələri Livan ərazisindən Yuxarı Qalileyaya doğru raketlərin buraxılmasından sonra həyata keçirilib.
 
"Hizbullah"ın yaydığı bəyanatda isə bildirilir ki, qruplaşmanın döyüşçüləri Livanın cənubundakı Əl-Edeysə rayonuna daxil olan İsrail ordusunun hərbi karvanını atəşə tutublar. Məlumata görə, hücum nəticəsində sursat daşıyan yük avtomobili vurulub.

Aİ-dən SEPAH-ın Hərbi Dəniz Qüvvələri ilə bağlı SANKSİYA

Avropa İttifaqı (Aİ) Hörmüz boğazında gəmiçilik azadlığına təhdidlərə görə sanksiyalar çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri komandanının müavinini və qurumun əyalət komandanlığını "qara siyahı"ya salıb.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidmətindən məlumat verilib.
 
"Şuranın Yaxın Şərqdə gəmiçilik azadlığını təhdid edən hərəkətlərinə görə iki fiziki şəxsə və bir təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib", - deyə məlumatda bildirilib.
 
Aİ-nin rəsmi jurnalında dərc olunan qərara əsasən, SEPAH Hərbi Dəniz Qüvvələri komandanının müavini Mohammad Akbarzadeyə, İran Neft, Qaz və Neft-Kimya Məhsulları İxracatçıları İttifaqının nümayəndəsi və İran Ticarət Palatasının üzvü Hamid Hüseyniyə, eləcə də Hörmüzqan əyaləti üzrə SEPAH Hərbi Dəniz Qüvvələri Komandanlığına qarşı sanksiyalar tətbiq edilib.
 
Siyahıya daxil olan fiziki şəxslərə Aİ-yə giriş qadağan edilib, onların, Avropa banklarında tapıldığı təqdirdə, aktivləri dondurulacaq. Hüquqi şəxslər üçün bu, həmçinin aktivlərin bloklanması və Aİ-dən olan dövlət və özəl strukturları ilə istənilən əlaqənin qadağan edilməsi deməkdir.

İspaniyanın baş nazirindən Roma Papasına maraqlı hədiyyə - FOTO

İspaniyanın Baş naziri Pedro Sançes Roma Papası XIV Leoya sülh və dialoqun simvolu olaraq bonsai şəklində zeytun ağacı hədiyyə edib.
 
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Krallıq Nazirlər Kabineti rəhbərinin mətbuat xidmətindən məlumat verilib.
 
Pontifik baş naziri Madriddəki Apostol Nuntsiaturunda qəbul edib. Görüş zamanı Sançes Roma Papasına 13 yaşlı ispan bonsai zeytun ağacını bağışlayıb.
 
Bu bitki ənənə və innovasiyalar, tarixi köklərə hörmət və qabaqcıl texnologiyaların tətbiqi arasında ideal tarazlığı təmsil edir.
 
"Zeytun ağacı sülhün, dialoqun və anlayışın - İspaniya və Vatikanın ortaq dəyərlərinin universal simvoludur", - deyə mətbuat xidmətindən bildirilib

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Türkiyənin Rəqabət Şurası “Meta” (“Facebook”, “Instagram” və “WhatsApp” platformalarının sahibidir) transmilli texnologiya şirkəti ilə bağlı araşdırmaya başlayıb. Araşdırmaya “WhatsApp” istifadəçilərinin “Meta AI” istisna olmaqla digər virtual assistentlərə və çat-botlara çıxış imkanlarının məhdudlaşdırılması ilə bağlı şikayətlər səbəb olub. Hərtərəfli araşdırmanın yekununda “Meta” şirkətinin bazardakı dominant mövqeyindən sui-istifadə edib-etmədiyi müəyyənləşdiriləcək. Rəqabət Şurasında bildiriblər ki, Türkiyədə milyonlarla istifadəçinin “WhatsApp”dan yararlandığını nəzərə alaraq, məqsəd rəqəmsal bazarlarda rəqabətin qorunmasını təmin etməkdir. “Meta” şirkətinə “WhatsApp” vasitəsilə xidmət göstərilərkən süni intellekt əsaslı rəqib çat-botlar üçün maneələr yaratmamaq […]

Source

İran ilk dəfə Əli Xameneinin ölümü ilə bağlı həmin detalı AÇIQLADI

İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ofisi bombalanan zaman xarici işlər naziri Abbas Əraqçi də orada olub.Oxu24.com xəbər verir ki,bu barədə Əraqçi “Al Mayadeen”ə müsahibəsində bildirib.Onun sözlərinə görə, həmin gün Cenevrədə keçirilən danışıqlar barədə məruzəni Ali Rəhbərə təqdim etmək üçün saat 9-da orada olub.“Dağıntıların altından çıxarkən bütün düşüncəm ona (Xameneiyə) hücum edilib-edilmədiyindən ibarət idi. Rəhbərin şəhid olma xəbəri yayılana qədər - müharibənin ilk iki günü onun başına nə gəldiyi ilə bağlı həddindən artıq narahat idim”, - Əraqçi qeyd edib.İran XİN rəhbəri “Xameneinin ölümünün İranın tarixində dönüş nöqtəsi olduğunu və bu nöqtənin İranın gücünü bütün dünyaya nümayiş etdirdiyini” vurğulayıb.O, yeni Ali Rəhbərin - Ayətullah Seyid Müctəba Xameneinin seçilməsinə diqqət çəkərək, "İran İslam Respublikasındakı sistemin ayrı-ayrı şəxslərdən asılı olmayacaq qədər güclü olduğunu" qeyd edib.Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

Zelenski Putinə açıq məktub ünvanlayıb 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazıb.Oxu24.com  xəbər verir ki, məktubda Zelenski Putini müharibəyə son qoymağa və liderlər səviyyəsində birbaşa danışıqlara keçməyə çağırıb.Zelenski xatırladıb ki, 26 il əvvəl Putin Rusiyanı idarə etməyə başlayanda Ukraynada bir çoxları ona müsbət yanaşırdı. Amma onun sözlərinə görə, bu, artıq keçmişdə qalıb."İndi ukraynalıların mütləq əksəriyyəti uzunmənzilli dronlarımızın 1000 kilometrdən çox məsafəni qət edərək Sankt-Peterburqda forumunuzun açılışında iştirak etməsinə müsbət yanaşır. Bildiyiniz kimi, bu məsafə bizim imkanlarımız daxilindədir", - Zelenski qeyd edib.O, Putinin 26 illik hakimiyyətinin Ukrayna ilə Rusiya arasındakı münasibətlərdə gündəmi tamamilə dəyişdirdiyini vurğulayaraq, xalqların ticarət müzakirələrindən yalnız zərbələr və itkilərə diqqət yetirməyə keçdiyini söyləyib.Zelenski qeyd edib ki, Putin bu 26 ilin demək olar ki, yarısını Ukraynaya qarşı müharibə aparmağa sərf edib.Putinə müraciət edən Zelenski bu müharibənin onun şəxsi seçimi olub və heç bir real səbəbi olmadığını bildirib.Məktubda o, rusların Ukrayna dron və raketlərini, yanacaq qıtlığını, artan qiymətləri, daimi qadağaları və səfərbərliyin ikinci dalğası planlarını bəyənmədiklərini bildirib."Bəli, siz hələ də rusları belə yaşamağa məcbur edə bilərsiniz. Amma resurslarınız xeyli azalır. Rusların sədaqətini bundan sonra da almağa davam etmək üçün pulunuz və ya siyasi gücünüz yoxdur. Dünyanın buna diqqət yetirməsi üçün hər şeyi edəcəyik", - Zelenski əlavə edib.Ukrayna prezidenti may ayında Ukraynada cəbhədə Rusiya ordusunun itkiləri barədə hesabat aldığını və yenə də 30 mindən çox rus hərbçisinin öldüyünü və ya ağır yaralandığını açıqlayıb."Biz bu rəqəmi aylıq izləyirik və hər itkinin video sübutlarına sahibik - bu, əsassız deyil. Bilirik ki, cəbhədəki itkilərinizin 63 faizi ölü, yalnız 37 faizi yaralıdır", - Zelenski qeyd edib.Ukrayna xalqının da müharibə istəmədiyini vurğulayan Zelenski sözlərinə belə davam edib: "Biz Ukraynada davamlı müharibə istəmirik. Biz çox yaxşı bilirik ki, müharibə olmadan işlər ölçüyəgəlməz dərəcədə yaxşıdır. Biz buna nail olmaq istəyirik. Əminəm ki, rusların əksəriyyəti buna müsbət reaksiya verməyə hazırdır və siz də bunu bilirsiniz".Zelenski qeyd edib ki, Putin də daxil olmaqla bir çoxları Ukraynanın davam gətirəcəyinə inanmırdı. Lakin o, başqa proqnozlara baxmayaraq, müstəqilliyini qoruyub saxlayır və gələcəkdə fə qoruyacaq.“Biz dəstək alırıq, siz isə sanksiyalar. Ukrayna üçün ədalət bərpa olunana qədər bu belə davam edəcək. Bizim istədiyimiz və əldə edilə biləcək bu ədalət təmin olunana qədər vəziyyət dəyişməyəcək. Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə yumşaldılacağını və Ukraynaya dəstəyin Ukraynadakı mövqeyinizdə ciddi dəyişiklik olmadan nəzərəçarpacaq dərəcədə azaldılacağını sizə təlqin etməyə çalışanların uğur qazanmasına imkan verməyəcəyik. Kim Rusiyaya qarşı deyil, Rusiyanın bizə qarşı apardığı müharibədə ona kömək etməyi seçirsə, bunun nəticələri ilə üzləşəcək”, – deyə prezident bildirib.O xatırladıb ki, Rusiya Ukraynanın enerji sektorunu məhv etməyə çalışdığı zaman çətin qışlar keçirib və hətta qaranlıqda belə, ukraynalılar öz dözümlülüklərini qoruyub saxlayıb.

Bu ərazi tamamən Rusiyanın nəzarətinə keçdi - Putin 

Rusiya “Luqansk xalq respublikası”nın ərazisinə tam nəzarət edir.Oxu24.com  xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.Kreml rəhbəri həmçinin bildirib ki, “Donetsk xalq respublikası”nın 85 faizdən çox ərazisi Moskvanın nəzarətindədir.

Paşinyanın Qərbi Azərbaycan bəyanatının arxasında nə dayanır? – Politoloqdan ŞƏRH  

Ermənistanda seçki kampaniyasının artıq final mərhələsinə qədəm qoyması daxili siyasi müstəvidə ritorikanın maksimum dərəcədə sərtləşməsinə və kəskinləşməsinə səbəb olub. Proseslərin gedişatı fonunda Ermənistan Baş naziri Nikol Paşinyanın "Azərbaycanı tərk edən ermənilər bir daha geri qayıtmayacaqlar" və "azərbaycanlıların Ermənistana (Qərbi Azərbaycana) qayıtması məsələsi qətiyyən müzakirə mövzusu deyil" bəyanatı həm ölkə daxilində, həm də regionda ciddi rezonans doğurub.Politoloq Elçin Abdullayev mövzu ilə bağlı Oxu24.com-a şərh verərək, Paşinyanın bu gedişinin pərdəarxası məqamlarına aydınlıq gətirib. Politoloq Elçin Abdullayev ilk növbədə Ermənistandakı mövcud gərgin seçki mühitinə diqqət çəkərək qeyd edib ki, builki proses əvvəlki illərlə müqayisədə xüsusilə amansız xarakter alıb:“Ermənistanda aparılan bu günə qədərki seçki kampaniyası içərisində bu dəfəki seçki daha sərt, daha kəskin ritorika ilə yadda qalır. Bu da bir reallıqdır ki, Paşinyanın rəqibləri Paşinyan üzərində qalib gəlmək üçün, ümumiyyətlə, Nikol Paşinyanı siyasi səhnədən silmək üçün Azərbaycan kartından istifadə edirlər”.Ekspert vurğulayıb ki, bu təzyiqlər sadəcə yerli qüvvələrdən gəlmir, prosesin arxasında daha böyük kənar təsirlər dayanır:“Biz bunu Ermənistanda aparılan seçki kampaniyası dövründə bir neçə dəfə həm müxalifət liderlərinin – Rusiyanı tərəfindən maliyyələşən və Rusiyadan nəfəs alan müxalifət liderlərinin dilindən, eyni zamanda müxalifətçilərin tərəfdarlarının dilindən eşitdik ki, Paşinyan ya türkdür, ya da Azərbaycana satılıb. O cümlədən, Paşinyanın ruhunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əlində olduğunu dedilər”.Müxalifətin əhali arasında qorxu yaymaq üçün Qərbi Azərbaycan mövzusunu manipulyasiya etdiyini bildirən Elçin Abdullayev, Paşinyanın niyə məhz indi belə bir bəyanat verməyə məcbur olduğunu izah edib:“Şübhəsiz ki, bunlar hamısı seçki kampaniyası dövründə Paşinyanın nüfuzuna zərbə vurmağa hesablanan bir addımdır. O cümlədən də, düşünürəm ki, Qərbi Azərbaycan mövzusu da məhz Paşinyana qarşı aparılan təbliğatın tərkib hissəsi idi. Çünki Ermənistan müxalifəti hətta bu seçki kampaniyası dövründə Paşinyan Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıları Ermənistana qaytaracaq kimi fikirlər səsləndirməklə erməni camiəsində bir qorxu, bir hürkü yaratmağa çalışırdıla.Politoloq yekun olaraq vurğulayıb ki, Baş nazirin geri qayıdış məsələsini qəti şəkildə rədd etməsi beynəlxalq danışıqlara yönələn bir mesaj deyil, tamamilə daxili siyasi iflasdan xilas olmaq cəhdidir:“Görünən odur ki, Nikol Paşinyanın bu cür fikir bildirməsi ki, Qərbi Azərbaycana qayıdış məsələsi qətiyyən müzakirə mövzusu deyil, hesab edirəm ki, bu, Ermənistandakı daxili siyasi auditoriyaya hesablanan bir addımdır. Bu baxımdan Paşinyan özünü sığortalamaq üçün müxalifətin, belə deyək, “Azərbaycan adı” altında Paşinyana açdığı atəşdən qorunmaq üçün deyilən bir bəyanatdır”.Göründüyü kimi, Ermənistan rəhbərliyi regionda dayanıqlı sülhün yaradılması və humanitar məsələlərin həlli yerinə, hələ də seçki qabağı daxili auditoriyanın səsini qazanmaq və radikal müxalifətin ittihamlarını neytrallaşdırmaq naminə kəskin bəyanatlara üstünlük verir. Bu isə rəsmi İrəvanın sülh danışıqlarında nə dərəcədə səmimi olub-olmadığı sualını yenidən gündəmə gətirir.Çimnaz Telmanqızı

Polşada ağır qəza- Pilot vəfat etdi

Polşanın cənubunda yerləşən Malopolsk bölgəsində Robinson R44 Raven tipli helikopter qəzaya uğrayıb.Oxu24.com  xəbər verir ki, bu barədə ”Reuters” məlumat yayıb.Məlumata görə, axtarış qrupu helikopterin qalıqlarını çətin keçilən ərazidə aşkarlayıb. Bildirilib ki, 30 yaşlı pilot həlak olub.

Bu qəpiyi gətirənə 66 min verirlər - FOTO 

Türkiyədə kolleksiyaçılar arasında maraq doğuran nadir sikkələrdən biri rekord qiymətə satışa çıxarılıb. Onlayn satış platformalarından birində Türkiyə Böyük Millət Məclisinin açılışının 50 illiyi münasibətilə zərb edilmiş xatirə sikkəsi üzərindəki istehsal qüsuruna görə 66 min 500 lirəyə təklif olunur.Oxu24.com  xəbər verir ki, söhbət 1920–1970-ci illəri əhatə edən yubiley münasibətilə buraxılmış, 16 qram çəkisi olan gümüş 25 lirəlik xatirə sikkəsindən gedir. Məlumata görə, bu sikkədən ümumilikdə 23 min ədəd hazırlanıb.Elan sahibi sikkənin “çox nadir” kateqoriyasına aid olduğunu bildirir. Bunun səbəbi isə üzərindəki Atatürk portretində görünən zərb xətasıdır. Məlumata görə, portretin göz hissəsində istehsal qüsuru yaranıb – sol göz böyük, sağ göz isə kiçik və qapalı formada təsvir olunub. Kolleksiyaçılar arasında bu cür səhv zərb edilmiş sikkələr daha qiymətli hesab edilir.Elanda sikkənin vəziyyəti “çox yaxşı” kimi göstərilib. Hazırda həmin nümunə 5 faiz endirim tətbiq olunduqdan sonra 66 min 500 türk lirəsinə satışa çıxarılıb. Satışda cəmi bir ədəd olduğu və pulsuz çatdırılma imkanının təqdim edildiyi qeyd olunur.Numizmatika mütəxəssisləri bildirirlər ki, nadir istehsal qüsurları olan sikkələr zamanla kolleksiya bazarında adi nümunələrdən qat-qat yüksək qiymətə alınıb-satıla bilir. Bu səbəbdən bəzi kolleksiyaçılar belə nümunələri investisiya vasitəsi kimi də qiymətləndirirlər.(Musavat)

İraqda şiə ruhanisinin xatirəsinə üç günlük matəm elan edilib

Şiə ruhanisi Məhəmməd İshaq Fəyyadın (96) İraqda vəfat edib və  ölkədə üç günlük matəm elan edilib. Fəyyad Nəcəfin aparıcı dini rəhbərlərindən biri kimi qeyd olunurdu.Oxu24.com xəbər verir ki,İraqın rəsmi xəbər agentliyi İNA-nın məlumatına görə, uzun müddətdir "müalicəsi çətin olan xəstəlik" ilə mübarizə aparan Fəyyad vəfat edib.İraq prezidenti Nizar Amedi və baş nazir Əli əz-Zeydi də daxil olmaqla rəsmi şəxslər, eləcə də siyasi və dini xadimlər Fəyyadın ailəsinə başsağlığı veriblər.İraq hökuməti həmçinin Fəyyadın vəfatı ilə əlaqədar ölkədə üç günlük rəsmi matəm elan edib.Fəyyadın ofisindən verilən açıqlamada deyilir ki, "mərhum ömrünü dinə xidmət etməklə, İslam elmlərini öyrətməklə və alimlər və fəzilətli şəxslər yetişdirməklə keçirib".Qeyd edilib ki, Məhəmməd İshaq Fəyyad Nəcəfin aparıcı dini rəhbərlərindən biri olub.Jalə

Çində təbii fəlakət xəbərdarlığı: 4-cü səviyyəli fövqəladə vəziyyət elan edildi

Çin Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi 5 iyuna qədər şimal-şərqi Jiangxi, mərkəzi Hunan və qərbi Guizhou əyalətlərində güclü yağış və leysan yağışlarının gözlənildiyini açıqlayıb.Oxu24.com xəbər verir ki,bəyanatda qeyd olunur ki, bu bölgələrdə təbii fəlakət riski yüksəkdir və 4-cü səviyyəli təcili yardım siqnalı verilib.Bu ərazilərdəki yerli hakimiyyət orqanlarına yağış şəraitini, daşqınları və təbii fəlakət risklərini yaxından izləmək və müvafiq tədbirlər görmək tövsiyə olunub.Çinin dörd mərhələli təcili yardım xəbərdarlıq sistemindəki 4-cü səviyyə fövqəladə hallara hazırlığın ən aşağı səviyyəsini təmsil edir.Jalə

ABŞ-da qeyri-ferma məhsuldarlığı artıb

ABŞ-da ilin birinci rübündə qeyri-kənd təsərrüfatı əmək məhsuldarlığının artımı 0,8 faizdən 0,3 faizə yenidən baxılıb.Oxu24.com xəbər verir ki,ABŞ Əmək Nazirliyi yanvar-mart dövrü üçün qeyri-kənd təsərrüfatı əmək məhsuldarlığı və vahid əmək xərcləri üzrə yekun məlumatları açıqlayıb.Məlumatlara görə, ölkədə qeyri-kənd təsərrüfatı əmək məhsuldarlığı bu ilin birinci rübündə əvvəlki rüblə müqayisədə 0,3 faiz artıb.Keçən ay açıqlanan ilkin məlumatlar birinci rübdə qeyri-kənd təsərrüfatı əmək məhsuldarlığının 0,8 faiz artacağını proqnozlaşdırmışdı. Bu rəqəm ötən ilin son rübündə 1,6 faiz təşkil edib.Bu ilin birinci rübündə əvvəlki rüblə müqayisədə istehsal 1 faiz, iş saatları isə 0,7 faiz artıb. İllik olaraq, yanvar-mart dövründə qeyri-kənd təsərrüfatı əmək məhsuldarlığı 2,8 faiz artıb.ABŞ Federal Ehtiyat Sistemi tərəfindən izlənilən inflyasiya göstəricilərindən biri olan vahid əmək xərclərinin artımı da ilin birinci rübündə 2,3 faizdən 1,8 faizə yenidən baxılıb.Vahid əmək xərcləri də ötən ilin son rübündə 2,1 faiz artmışdı. Birinci rübdə vahid əmək xərcləri illik müqayisədə 0,5 faiz artmışdır.Nigar

Ermənistana "təcili" olaraq 50 milyon dollar ayrılıb

Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Rusiyanın Ermənistan kənd təsərrüfatı məhsullarının idxalına qoyduğu məhdudiyyətlərdən sonra Ermənistan üçün 50 milyon avrodan çox dəyərində təcili yardım paketinin hazırlandığını elan edib.Oxu24.com xəbər verir ki,O, bu açıqlamanı Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra verib."Bu gün Baş nazir Nikol Paşinyanla Rusiyanın Ermənistana qoyduğu son məhdudiyyətlər barədə danışdım. Bu, iqtisadi məcburiyyətdən başqa bir şey deyil və qəbuledilməzdir. Moskva Ermənistan məhsullarına ixrac məhdudiyyətlərini genişləndirməklə iqtisadi münasibətlərdən siyasi təzyiq göstərmək üçün silah kimi istifadə edir. Biz bu taktikanı çox yaxşı bilirik. Məhz buna görə də Avropa Ermənistanı qətiyyətlə dəstəkləyir. Biz AB dəstək tədbirləri paketi hazırlayırıq. Buraya 50 milyon avrodan çox dəyərində təcili maliyyə yardımı daxildir. Bir sıra Ermənistan malları, xüsusən də kənd təsərrüfatı məhsulları üçün ticarətin asanlaşdırılması tədbirləri də daxildir", - deyə o bildirib.Von der Leyen əlavə edib ki, AB Yerevanda keçirilən son sammitdə əldə edilən razılaşmalar çərçivəsində Avropa və Ermənistan biznesləri arasında əlaqələri gücləndirməyə davam edəcək.Onun sözlərinə görə, bu təşəbbüslər üzrə gələcək irəliləyişlər 23 iyunda keçiriləcək bağlantı platformasının nazirlər səviyyəsində görüşündə müzakirə olunacaq."Bütün bu sahələrdə effektiv koordinasiyanı təmin etmək üçün biz Aİ-Ermənistan birgə işçi qrupunun yaradılması barədə razılığa gəldik. Bu qurum bütün bu təşəbbüslərin həyata keçirilməsinə, eləcə də gələcəkdə görüləcək hər hansı əlavə tədbirlərə nəzarət edəcək", - deyə o əlavə edib.Jalə

Kim Çen In nüvə zavodunun açılışında

Şimali Koreya lideri Kim Çen In bu yaxınlarda fəaliyyətə başlayan yeni nüvə materialları istehsalı zavoduna baş çəkib.Oxu24.com xəbər verir ki,Şimali Koreyanın dövlətə məxsus Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Kim Çen In və onun yüksək vəzifəli rəsmilərinin obyektə baxış keçirdiyini və ölkənin nüvə qüvvələrini "eksponensial" şəkildə artırmaq üçün iddialı bir planın həyata keçirilməsini prioritetləşdirdiyini bildirib.Yeni zavodun elan edilməsi Pxenyanın "ABŞ-ın rəhbərlik etdiyi qüvvələrin artan hərbi təhdidlərinə" qarşı durmaq üçün nüvə proqramını genişləndirmək barədə dəfələrlə verdiyi vədlərdən sonra baş verib.Media xəbərlərinə görə, obyekt "daha qabaqcıl texnologiyadan" istifadə edir. Zavodun dəqiq yeri və istifadəyə verilmə tarixi göstərilməyib.Kim Çen In bildirib ki, beş illik müddət ərzində ölkənin nüvə silahı dərəcəli material istehsal gücü ikiqat artırılıb.Qeyd etmək lazımdır ki, Nüvə Silahlarının Qadağan Edilməsi üzrə Monitor kimi beynəlxalq təşkilatların hesablamalarına görə, Pxenyanın 50 ilə 100 arasında aktiv nüvə başlığı ola bilər.Şahbaz

Hər şey Serbiyanın əlindədir

Avropa İttifaqının genişlənməsi "geostrateji zərurət"dir və bu, Serbiyanın AB-yə qoşulmasına da aiddir. Lakin ölkənin irəliləyiş tempi Serbiyanın islahatlar aparmaq və blokun siyasətinə uyğunlaşmaq istəyindən asılı olacaq. Oxu24.com xəbər verir ki,bu barədə Avropa Şurasının prezidenti António Kosta Belqradda Serbiya prezidenti Aleksandr Vuçiç ilə birgə mətbuat konfransında bildirib.Avropa Şurasının prezidenti Serbiyanın Avropa perspektivinə sarsılmaz dəstəyini bir daha təsdiqləyib, lakin qoşulma prosesinin etimada əsaslandığını və konkret şərtlərin yerinə yetirilməsini tələb etdiyini vurğulayıb.Onun sözlərinə görə, əsas prioritetlər "Belqrad və Priştina arasında münasibətlərin normallaşdırılması", o cümlədən Ohrid Sazişlərinin həyata keçirilməsi, Serbiyanın xarici siyasətinin AB-nin mövqeyi ilə uyğunlaşdırılması və daxili islahatların davam etdirilməsi olaraq qalır.Kosta qanunun aliliyi, media azadlığı və seçki qanunvericiliyi islahatlarına xüsusi diqqət yetirib. "Biz bu vacib sahələrdə islahatların davamlı olaraq sürətləndirilməsinə çağırırıq", - deyə o bildirib.Avropa Şurasının prezidenti ötən həftə seçki sistemi ilə bağlı dörd qanunun qəbul edilməsini alqışlayaraq bunu "çox vacib addım" adlandırıb. Bununla belə, inzibati resurslardan sui-istifadənin və seçicilərə təzyiqin qarşısının alınması ilə bağlı tövsiyələr də daxil olmaqla, qalan tövsiyələrin icrası başa çatdırılmalıdır.Jalə

Bakılı qadın Rusiyada nazir təyin olundu 

Larisa Kazakova Rusiyanın Penza vilayətinin təhsil naziri vəzifəsinə təsdiq edilib.Oxu24.com Modern.az-a istinadla xəbər verir ki, bu barədə məlumat region hökumətinin rəsmi saytında yer alıb.O, 2026-cı ilin martından - əvvəlki rəhbər Aleksey Fomin işdən çıxdıqdan sonra nazir müavini vəzifəsini icra edirdi.Qeyd edək ki, Larisa Kazakova 29 iyun 1977-ci ildə Bakıda anadan olub. 2002-ci ildə V.Q.Belinski adına Penza Dövlət Pedaqoji Universitetinin "Tarix" ixtisası üzrə bitirib. Penza şəhərindəki 37 nömrəli məktəbdə elmi-metodiki işlər üzrə direktor müavini çalışıb. 17 yanvar 2022-ci ildə isə Nəqliyyat Texnologiyaları Kollecinin kollektivinə direktor əvəzi kimi təqdim olunub.

Rusiyaya gedənlərə vacib xəbər: 30 gün qaldıqdan sonra...

Rusiya Federasiya Şurası xarici vətəndaşların tibbi müayinədən keçmə müddətinin azaldılmasını və əmək miqrasiyası sahəsində nəzarətin gücləndirilməsini nəzərdə tutan qanunu təsdiqləyib.Oxu24.com  xəbər verir ki, yeni qanuna əsasən Rusiyaya daxil olduqdan sonra tibbi müayinədən keçmə müddəti 90 gündən 30 günə endirilir.Tibbi müayinələr müvəqqəti yaşayış və ya iş icazəsi almaq, eləcə də patentin yenilənməsi üçün mütləq olacaq.Bundan əlavə, Rusiyada 30 gündən çox qalan xarici vətəndaşlar hər il tibbi müayinədən keçməlidirlər.Sənəd müayinə zamanı vasitəçiliyi qadağan edir: bunu yalnız səlahiyyətli tibbi təşkilatlar apara biləcək.Müayinənin nəticələrinə görə, rəy, məlumatlar Vahid Dövlət İnformasiya Səhiyyə Sisteminə (VDİSS) daxil edilməklə, o cümlədən elektron formada da tərtib ediləcək.Qanun Rusiya Prezidenti tərəfindən imzalandıqdan sonra 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.

TƏCİLİ! İran hücum etdi

İranın Hərbi Dəniz Qüvvələri (HDQ) Oman körfəzində İslam Respublikasının ərazi sularını keçməyə cəhd edən Amerika esminesinə hücum edib.Oxu24.com "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran HDQ-nin mətbuat xidmətindən bildirilib."Bir neçə saat əvvəl İranın Hərbi Dəniz Qüvvələri aşkarlayıb müəyyən etdikdən dərhal sonra Oman körfəzində İranın ərazi sularına yaxınlaşmaq niyyətində olan Amerika esminesində yerləşən komandanlıq və idarəetmə mərkəzinə zərbə endirib", - bəyanatda deyilir.Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Rubio Rusiya ilə bağlı yeni açıqlama verdi

ABŞ nüvə arsenalına malik olduğu üçün Rusiya ilə ikitərəfli münasibətləri qorumalıdır. Oxu24.com xəbər verir ki, bu, ABŞ dövlət katibi Marko Rubionun Nümayəndələr Palatasının komitə dinləməsində gəldiyi nəticədir.ABŞ rəsmisi qeyd edib ki, "ən azı Rusiya ilə münasibətlərimiz və danışıqlarımız olmalıdır".Rubionun sözlərinə görə, "ən böyük deyilsə, dünyanın ikinci ən böyük nüvə arsenalına" malik olduğu nəzərə alınmaqla, Moskva ilə münasibətlər qorunmalıdır.Əvvəllər bildirilirdi ki, ABŞ Ukraynadakı münaqişənin eskalasiya təhlükəsi görür. Dövlət katibi qeyd edib ki, ABŞ münaqişəni çıxılmaz vəziyyətə düşmüş kimi qiymətləndirir. Daha əvvəl Rubio bildirib ki, hazırda Ukraynada nizamlanma ilə bağlı razılaşma perspektivləri görünmür.Jalə

Aİ danışıqlarda Rusiyadan gözləntilərini açıqlayıb

Avropa Birliyinin diplomatiya rəhbəri Kaja Kallas AFP-yə bildirib ki, Avropanın Ukrayna danışıqlarında müəyyən "güzəştlər" etməsi üçün Rusiyanın olması lazımdır.Oxu24.com xəbər verir ki,O, vurğulayıb ki, Avropa Birliyi (AB) Kiyev və Moskva arasında neytral "vasitəçi" kimi çıxış edə bilməz. Onun sözlərinə görə, İrandakı müharibə ABŞ-ın diqqətini yayındırır və bu da hazırda danışıqları çətinləşdirir.Kallas həmçinin əlavə edib ki, guya AB Rusiyanın real danışıqlara hazır olduğunu görmür. "Ən vacib məsələ, onları ukraynalılarla danışıqlara necə təşviq edə biləcəyimizdir ki, onlar da Avropanın təhlükəsizliyini təmin edəcək güzəştlərə getsələr", - deyə o qeyd edib.Kallas daha əvvəl bildirib ki, AB Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır və bu, onu danışıqlar masasına oturtmalıdır. Kartheiserin sözlərinə görə, Brüssel Moskvadan bütün əraziləri respublikanın 1991-ci il sərhədlərinə uyğun olaraq Kiyevə qaytarmasını tələb etməyə çalışacaq.Jalə

İran rəsmi BƏYANAT YAYDI

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinə qarşı istənilən düşmənçilik addımının dərhal və qəti şəkildə cavablandırılacağını bəyan edib.Oxu24.com-un  məlumatına görə, Əraqçi bu barədə "X" sosial şəbəkəsində paylaşımında bildirib.Nazirin sözlərinə görə, İran Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar özünümüdafiə xarakteri daşıyır və ABŞ-ın mülki gəmiçiliyə qarşı hücumlar, eləcə də atəşkəs rejiminin pozulması üçün istifadə etdiyi məkanlara yönəlib.“İrana qarşı istənilən düşmənçilik addımı dərhal və qəti cavabla qarşılanacaq. Sanksiyalar və hərbi əməliyyatlarla əldə olunmayan nəticələrə yeni müharibə yolu ilə nail olmaq da mümkün olmayacaq”, – deyə İran XİN rəhbəri vurğulayıb.Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Konqresdə keçirilən dinləmələr zamanı Yaxın Şərqdəki tərəfdaş ölkələrin Vaşinqtonla əməkdaşlığına toxunaraq, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin ABŞ-la fəal əməkdaşlıq etdiyini bildirib.

Yunanıstan Ukraynaya qarşı demarş etdi

Yunanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Lana Zokiunun sözlərinə görə, Yunanıstan 7 may tarixində Lefkada sahillərində partlayıcı maddələr daşıyan pilotsuz dəniz nəqliyyat vasitəsinin (UMV) aşkarlanmasından sonra Ukraynaya rəsmi etirazını bildirib.Oxu24.com xəbər verir ki,Yunanıstan mediasının məlumatına görə, dron 100 kq-a qədər partlayıcı maddə daşıyan "Kazak Mamay" tipli ola bilər. Afina şübhələnir ki, dron sanksiyalara zidd olaraq neft daşımaq üçün istifadə edilən Rusiyanın "kölgə donanması"na məxsus gəmilərə qarşı əməliyyatlarda iştirak edib.Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, dronla Ukrayna operatorları arasında əlaqənin olduğuna dair heç bir dəlil yoxdur.Jalə

Nüvə silahları Rusiyanın sərhədlərinə gəlir?

Litvanın müdafiə naziri Robertas Kaunas jurnalistlərə bildirib ki, Litva Amerikanın nüvə silahlarının öz ərazisində yerləşdirilməsi ilə bağlı ABŞ ilə danışıqlar aparır.Oxu24.com xəbər verir ki,"Financial Times" qəzetinin məlumatına görə, ABŞ müttəfiqlərini Vaşinqtonun ənənəvi hərbi dəstəyinin azaldılmasının onların təhlükəsizliyini zəiflətməyəcəyinə əmin etmək üçün hələ bu proqramda iştirak etməyən Avropa NATO ölkələrində nüvə silahlarının yerləşdirilməsi məsələsini nəzərdən keçirir.Üç mənbəyə görə, nüvə başlıqları daşıya bilən Amerika təyyarələrinin yerləşdirilməsi müzakirə olunur. "Litva, əlbəttə ki, kənarda dayanmır", Kaunas deyib.Litva Konstitusiyası ölkədə kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edir. Lakin Prezident Gitanas Nausėda mövcud təhdidləri əsas gətirərək konstitusiyaya düzəliş təklif edib.Nüvə silahı daşıyan Amerika təyyarələri hazırda dörd AB ölkəsində - Belçika, Almaniya, İtaliya və Hollandiyada, eləcə də Türkiyə və Birləşmiş Krallıqda bazalarda yerləşdirilib. Britaniyanın da öz nüvə silahları var.Litva Kremlin bu cür silahları yerləşdirmək qərarına gəldiyi Belarusla həmsərhəddir. May ayında Belarus və Rusiya hərbçiləri təlimlər keçiriblər. Litva həmçinin cənub-qərbdə Kalininqrad vilayəti ilə həmsərhəddir.Nigar

Şoyqu peyda olub və Ermənistanı qorxudur

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Ermənistanın Avropa İttifaqına inteqrasiyası, şaxələndirmə adı altında Avrasiya İqtisadi İttifaqı və Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir.Oxu24.com xəbər verir ki,"bəzi şəxslər nə qədər bunun belə olmadığını iddia etsələr də, hətta şaxələndirmə adı altında belə, Aİ ilə inteqrasiya AİB və Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir. Bu cür addımlar Ermənistan iqtisadiyyatını dərin böhrana aparacaq.Düzünü desəm, biz Ermənistanın Aİ ilə əlaqələrinin genişləndirilməsini, Avropa standartlarına keçidin yumşaldılmasını və sonrakı iqtisadi böhrandan qurtuluşunu maliyyələşdirməyəcəyik", - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib.Onun sözlərinə görə, "Ermənistan iqtisadiyyatının demək olar ki, bütün real sektoru Rusiya ilə bağlıdır; İrəvan üçün Avropada bazar yoxdur"."Ermənistan hakimiyyəti ölkənin nə Avropa standartlarına uyğun mal sertifikatlaşdırması, nə də bazarları olduğunu anlamamağa bilmir. İqtisadiyyatın demək olar ki, bütün real sektoru Rusiya ilə bağlıdır", - Şoyqu əlavə edib. Onun sözlərinə görə, Ermənistan hər il 700 milyon dollardan çox, təkcə kənd təsərrüfatı məhsullarında minlərlə, bəlkə də on minlərlə iş yerini itirəcək ki, bunun da 96%-dən çoxu Rusiya tərəfindən istehlak olunur.Şoyqu həmçinin bildirib ki, Rusiya turizminin azalmasından Ermənistanın itkiləri sonda 1,5 milyard dollara qədər çata bilər. O əlavə edib ki, "Avropa İttifaqı tərəfindən avropalıların özləri üçün faydalı olan layihələrə ayrılan kiçik məbləğlər bu itkiləri kompensasiya edə bilməyəcək".Jalə

Tramp Türkiyəyə gəlir

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp iyulda Ankara şəhərində keçiriləcək NATO sammitində iştirak edəcək.Oxu24.com  xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat yayıb.Qeyd edək ki, NATO zirvəsi 7–8 iyulda Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək.Bu, NATO-nun 36-cı zirvə toplantısı olacaq.

Seysmoloq İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq etdi

"İstanbul bölgəsində güclü zəlzələnin başvermə ehtimalı təxminən 48% təşkil edir".
 
Moderator.az xəbər verir ki, bu barədə "Nefes" qəzetinə türkiyəli seysmoloq Naci Görür bildirib.
 
Alim Mərmərə dənizi bölgəsində 1999-cu ildə baş vermiş zəlzələdən sonra aparılan araşdırmalardan danışıb. İlkin olaraq bu araşdırmaların nəticələri göstərirdi ki, yaxın 30 il ərzində İstanbulda güclü təkanların başvermə ehtimalı 60%-dən yüksəkdir. Sonradan yeni tədqiqatlar sayəsində bu göstərici 48%-ə qədər endirilib.
 
Bununla belə, Görür qeyd edib ki, Türkiyənin bu bölgəsində təbii fəlakət ehtimalı hələ də yüksək olaraq qalır. Üstəlik, onun baş verə biləcəyi dəqiq tarixi proqnozlaşdırmaq qeyri-mümkündür.
 
Seysmoloqlar Mərmərə dənizi bölgəsində mümkün güclü zəlzələ barədə dəfələrlə xəbərdarlıq ediblər. Alimlərin proqnozlarına görə, yeddi və daha yüksək maqnitudalı təkanlar zamanı təxminən 90 min ev uçacaq, 260 min ev isə yaşayış üçün yararsız hala düşəcək.
 
İstanbul bölgəsində gücünə görə buna bənzər sonuncu zəlzələ 1999-cu ilin avqustunda baş verib.
 

Ukrayna Taqanroq limanını alovlara qərq etdi

Ukrayna ötən gecə Rusiyanın bir neçə bölgəsində, eyni zamanda Krımda yanacaq anbarı, neft emalı zavodlarına zərbələr endirib.
 
Moderator.az Rostov vilayətinin qubernatoru Yuri Slyusarın açıqlamasına istinadən xəbər verir ki, Taqanroq limanında dron hücumu nəticəsində tanker, yanacaq çəni və inzibati bina yanıb: "Dron hücumu nəticəsində Taqanroq limanında tanker, yanacaq çəni və inzibati bina yanıb. İlkin məlumata görə, itki yoxdur".
 
Bundan əlavə, Krasnodar diyarındakı Armavir şəhərində Cənubi Neft Şirkətinin neft anbarına da zərbə endirilib.
 
Krımda da gecə ərzində güclü partlayışlar eşidilib. Hədəfin Feodosiyadakı neft anbarı olduğu bildirilir.
 

Türkiyədə zəlzələ oldu

Türkiyənin Balıkəsir vilayətinin Sındırqı rayonunda yenidən zəlzələ baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə AFAD (Türkiyə Fəlakət və Fövqəladə Hallar İdarəsi) məlumat yayıb.
 
Bildirilir ki, səhər saat 04:44-də qeydə alınan 3,5 bal gücündə zəlzələnin dərinliyi 10,17 kilometr olub.
 

Hindistanda ölü elan edilən gənc qadın atası və qardaşının həbsindən sonra <span style="color: #ff0000;">"dirildi"</span>

Hindistanda polis 26 yaşlı qadını ölmüş elan edib, onun atası və qardaşını həbs edib, lakin qadın əslində sağ olub və özü polis bölməsinə gedib.
 
Bu barədə NDTV telekanalı məlumat verib.
 
Məlumata görə, Şivani Kalmekar aprel ayında Madhya-Pradeş ştatında itkin düşüb. Mayın əvvəlində Maharaştra polisi bəndin yaxınlığında naməlum qadının başı kəsilmiş və qismən yanmış cəsədini aşkar edib.
 
Polis DNT testi aparmadan cəsədin Şivaniyə aid olduğuna qərar verib. Bundan sonra onun atası və qardaşı qətldə şübhəli bilinərək həbs ediliblər.
 
Kişiləri mayın 28-də qadın özünün polis bölməsinə gəlib ifadə verməsi həbsdən xilas edib. Məlum olub ki, Şivani bütün müddət ərzində sağ olub və işçi kimi işləyən sevgilisi ilə birlikdə yaşayıb.
 
"Mən sağam. Mənimlə hər şey qaydasındadır. Atamı və qardaşımı azadlığa buraxmaq lazımdır", - deyə qadın bildirib.
 
Polis səhlənkarlıqda ittiham olunub və daxili araşdırmaya başlanılıb. /oxu.az/
 

ABŞ Ebola üçün 80 milyon dollar ayırdı

ABŞ Afrikada Ebola virusu ilə mübarizə üçün əlavə 80 milyon dollar ayırıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Afrika və Ərəb ölkələri üzrə baş müşaviri Massad Bulos deyib.

"Hazırda maliyyə yardımının məbləği 112 milyon dollar təşkil edir",- o bildirib.

Tramp İranla bağlı toplantısını heç bir qərar qəbul etmədən başa vurub

ABŞ Prezidenti Donald Tramp İran sazişi ilə bağlı keçirilən iclası hər hansı qərar qəbul etmədən başa vurub.

Moderator.az-ın məlumatına görə, bu barədə "The New York Times" qəzeti ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən yazıb.

"Adının açıqlanmasını istəməyən administrasiyanın yüksək rütbəli rəsmisinin sözlərinə görə, Prezident Trampın Situasiya Otağındakı iclası təxminən iki saat davam edib, lakin o, İranla hər hansı yeni saziş barədə qərar qəbul etməyib", - materialda qeyd olunub.

Mənbə əlavə edib ki, administrasiya razılaşmaya yaxın olduğunu hesab edir, lakin İran üçün vəsaitlərin dondurulmasının ləğv edilməsi də daxil olmaqla, müəyyən məsələlər hələ də müzakirə olunmaqdadır.

"Lion"un keçmiş futbolçusu vəfat etdi

"Lion" klubunun və Fransa gənclər yığmasının keçmiş futbolçusu Brian Berqunyu 43 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə Fransa təmsilçisi sosial şəbəkələrdə məlumat yayıb.

"Olimpik Lion" klubun əfsanəsi Brian Berqunyunun vəfatını dərin kədərlə bəyan edir. Klub bu dəhşətli xəbərdən sarsılıb və onun ailəsinə, yaxınlarına, eləcə də onu tanıyan və sevən hər kəsə ən səmimi başsağlığını çatdırır", - deyə komandanın bəyanatında bildirilir.

Xatırladaq ki, Berqunyu "Lion"un heyətində üç dəfə Fransa çempionu olub, həmçinin iki dəfə ölkə Superkubokunu qazanıb. Bundan əlavə, yarımmüdafiəçi "Tuluza", "Leççe" və bir sıra digər komandalarda da çıxış edib.

2023-cü ilin dekabrında Berqunyuya qulaqaltı vəzi xərçəngi diaqnozu qoyulmuşdu.

<span style="color: #ff0000;">"İlk uşağın doğulması üçün ideal yaş müəyyənləşdi"</span> - Alimlərdən açıqlama

"Kanadalı tədqiqatçılar ilk valideynlik yaşının həyatın sonrakı mərhələlərinə ciddi təsir etdiyini açıqlayıblar..."

Kanadanın Nyu-Bransuik Universitetinin alimləri ilk uşağın dünyaya gətirilməsi üçün ən uyğun yaş aralığını müəyyənləşdirmək məqsədilə genişmiqyaslı elmi tədqiqat aparıblar. 

Moderator.az xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri yazıb.

Araşdırmanın əsas nəticələri

Araşdırma zamanı minlərlə insanın həyat göstəriciləri təhlil olunub və valideynlik yaşının təhsil, gəlir, sağlamlıq və ümumi həyat keyfiyyəti ilə əlaqəsi müqayisə edilib.

"PLOS One" jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, ilk dəfə valideyn olmaq üçün ən optimal yaş aralığı təxminən 26-31 yaşdır. Xüsusilə 29 yaş ətrafı dövr ən balanslı göstəricilərlə seçilir. Alimlərin fikrincə, bu yaşda ilk dəfə valideyn olan şəxslər həm maddi, həm sosial, həm də sağlamlıq baxımından daha sabit nəticələr nümayiş etdirirlər.

Təhsil və gəlir göstəriciləri

Araşdırma çərçivəsində 6282 nəfərin məlumatları təhlil edilib. Nəticələr göstərib ki, erkən yaşda, xüsusilə 25 yaşdan əvvəl valideyn olan şəxslər gələcəkdə daha aşağı gəlir səviyyəsi və daha məhdud sosial imkanlarla üzləşirlər. Əksinə, valideynliyi gecikdirən insanlar daha yüksək təhsil alma şansı qazanır və əmək bazarında daha sabit mövqeyə sahib olurlar. Statistik göstəricilərə əsasən, ən yüksək gəlir səviyyəsi əsasən 29 yaş ətrafında valideyn olan şəxslərdə müşahidə edilir.

Sağlamlıq və ümumi nəticələr

Tədqiqat fiziki və psixoloji sağlamlıq göstəricilərində də oxşar tendensiya üzə çıxarıb. Erkən yaşda valideyn olan şəxslər daha çox sağlamlıq problemləri ilə üzləşsələr də, bu fərqin 26 yaşdan sonra tədricən azaldığı və sabitləşdiyi qeyd olunur. Eyni zamanda, ümumi həyat məmnuniyyəti bütün yaş qruplarında təxminən eyni səviyyədə qalır və ciddi fərq müşahidə edilmir.

Nəzəri izah və yekun nəticə

Alimlər bu fərqləri "keçid mərhələsi" nəzəriyyəsi ilə izah edirlər. Bu yanaşmaya görə, insan mühüm həyat dəyişiklikləri dövründə, məsələn, təhsil və ya karyera formalaşarkən valideyn olarsa, onun şəxsi inkişaf trayektoriyası qismən ləngiyə bilər.

Bununla belə, tədqiqat müəllifləri xüsusi vurğulayırlar ki, bu nəticələr gənc yaşda valideyn olan şəxslərin uğurlu və xoşbəxt həyat qura bilməyəcəyi anlamına gəlmir. Onların fikrincə, əsas məsələ sosial dəstək mexanizmlərinin gücləndirilməsidir.

KİV: Tramp hələ ABŞ-İran razılaşması ilə bağlı qərar qəbul etməyib

ABŞ prezidenti Donald Tramp hələ ABŞ-İran razılaşması ilə bağlı qərar qəbul etməyib.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Trampın müşavirlərlə görüşü təxminən iki saat davam etsə də, konkret nəticə əldə olunmadan başa çatıb.

Qəzetin məlumatına görə, ABŞ prezident administrasiyası razılaşmaya yaxın olduğuna inanır, lakin rəsmi bildirib ki, iranlılar üçün vəsaitin ayrılması da daxil olmaqla bəzi məsələlər hələ də müzakirə olunur.

Rumıniya Rusiya dronlarından qorunmaq üçün NATO-dan HHM sistemi istəyib

Rumıniya rəsmi olaraq NATO-ya hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükünü sürətləndirmək xahişi ilə müraciət edib.

Moderator.az "Politico"ya istinadən xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silviya Tsoyu bəyanat yayıb.

Onun sözlərinə görə, qərar Rusiya pilotsuz uçuş aparatının (PUA) Qalatsdakı yaşayış evinə düşməsindən sonra qəbul edilib.

Bununla yanaşı, Rumıniya təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr üçün Şimali Atlantika Şurasının fövqəladə iclasının çağırılması barədə NATO-nun Vaşinqton müqaviləsinin 4-cü maddəsini aktivləşdirməyib.

Ərdoğan Ayasofyada Quran oxudu - <span style="color: #ff0000;">VİDEO</span>

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 573-cü ildönümü münasibətilə Ayasofya Böyük Məscidini ziyarət edib.

Moderator.az xəbər verir ki, o, Qurani-Kərimdən ayələr oxuyub.

Prezidentin Quran oxuduğu həmin təsirli anlar vətəndaşlar tərəfindən mobil telefonların kameraları ilə lentə alınıb.

Görüntülər sosial şəbəkələrdə geniş yayılıb və böyük marağa səbəb olub.

 

KİV: İran danışıqları davam etdirmək üçün ABŞ-dən 12 milyard dollar tələb edir

İran və ABŞ arasında razılaşmanın bir hissəsi xaricdə dondurulmuş aktivlərdən dərhal 12 milyard dolların Tehrana ödənilməsini nəzərdə tutur. İran yalnız bundan sonra növbəti danışıqlara qoşulacaq.

Moderator.az xəbər verir ki, bu barədə "Fars" agentliyi mənbələrə istinadən məlumat yayıb.

"ABŞ Prezidenti Donald Trampın razılaşmanın qeyd etmədiyi ən vacib hissəsi İranın dondurulmuş aktivlərindən 12 milyard dolların dərhal ödənilməsi şərtidir.

Razılaşmanın mətninə əsasən, bu məbləğ təxirə salınmadan köçürülməlidir və bu baş verməyənədək İran əlavə danışıqlara getməyəcək", - deyə agentliyin həmsöhbəti bildirib.

Qazaxıstan İrandan zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır<span></span>

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi "Financial Times" qəzetinə bildirib ki, Qazaxıstan Tehranın zənginləşdirilmiş uran ehtiyatını qəbul etməyə hazırdır.

Moderator.az xəbər verir ki, Qazaxıstan BAEA üzv dövlətlərindəki elektrik stansiyalarını yanacaqla təmin etmək və nüvə silahlarının yayılmasının qarşısını almaq üçün zənginləşdirilmiş uran bankına ev sahibliyi edir.

Anbar 2017-ci ildə BAEA ilə əməkdaşlıq çərçivəsində açılıb.

Hörmüz boğazındakı Qeşm adasında hava hücumundan müdafiə sistemləri işə salınıb<span></span>

İranın Hörmüz boğazında yerləşən Qeşm adasında hava hücumundan müdafiə sistemləri işə salınıb.

Moderator.az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi yerli sakinlərə istinadən bildirib.

Səbəb açıqlanmayıb və erli hakimiyyət orqanları məlumatı rəsmi təsdiqlənməyib.

ABŞ Rusiyadan idxal olunan palladiuma rüsum tətbiq etməyəcək

ABŞ istehsalçılarına heç bir zərər vurulmadığı qənaətinə əsasən, Ticarət Departamenti Rusiyadan emal olunmamış palladium idxalına antidempinq və ya kompensasiya rüsumları tətbiq etməyəcək.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq Ticarət Komissiyasının (USITC), açıqlamasında deyilir.

"ABŞ Beynəlxalq Ticarət Komissiyasının mənfi nəticələrini nəzərə alaraq, Ticarət Departamenti Rusiyadan palladium idxalına antidempinq və ya kompensasiya rüsumları tətbiq etmək əmri verməyəcək", - açıqlamada deyilir.

Putin: NATO Rusiyanı aldatıb<span></span>

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) şərqə doğru heç bir addım atmayacağına söz vermişdi və bununla da Rusiyanı aldadıb.

Moderator.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə bildirib.

“İndi Avropa siyasətçiləri günahı üzərlərindən atır, Rusiyanın təcavüzkar olduğunu göstərməyə çalışırlar. Xeyr. Bu, onların siyasətidir. Bizə heç vaxt genişlənmə olmayacağı və NATO-nun şərqə doğru genişlənməyəcəyi barədə yalan danışıblar”, - deyə Rusiya Prezidenti bildirib.

ABŞ Rusiyadan gətirilən palladiuma rüsumları ləğv etdi<span></span>

ABŞ Ticarət Nazirliyi Rusiyadan palladium idxalına tarif tətbiq etməkdən imtina edib.

Moderator.az xəbər verir ki, bu barədə Federal Beynəlxalq Ticarət Komissiyasının saytında dərc olunmuş məlumatda qeyd olunur.

Komissiya Rusiyadan ABŞ-yə emal olunmamış palladiumun göndərilməsinin Amerika sənayesinə zərər vermədiyi qənaətinə gəlib.

"Mənfi nəticələri nəzərə alınaraq, Ticarət Nazirliyi Rusiyadan bu məhsulların idxalına antidempinq və ya kompensasiya rüsumları tətbiq etməyəcək" - məlumatda qeyd olunur.

Günəşdə güclü partlayış baş verib

Mayın 22-dən bu yana Günəşdə ilk dəfə sondan əvvəlki güc sinfinə aid olan partlayış qeydə alınıb.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Mayın 29-da Moskva vaxtı ilə saat 10:22-də (Bakı vaxtı ilə saat 11:22 - red.) 4 455 günəş ləkəsi qrupunda (N13E66) rentgen diapazonunda 24 dəqiqə davam edən M1.2 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

İnstitutdan verilən məlumata görə, sonuncu dəfə M2.4 güclü partlayışı mayın 22-də qeydə alınıb. Üstəlik, bu, Yerə doğru plazmanın atılması ilə müşayiət olunub.

Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

<span style="color: #ff0000;">"Alimlər bitkilərlə bağlı gözlənilməz fakt aşkar etdi: bitkilər bir-birini "izləyir"</span> - Yeni təqdiqat

"Bitkilər arasında qoxular vasitəsilə kimyəvi ünsiyyətin daha mürəkkəb olduğu üzə çıxıb..."

Alimlər bitkilər arasında əvvəllər məlum olmayan yeni bir kimyəvi qarşılıqlı təsir formasını aşkar ediblər.

Moderator.az xəbər verir ki, bu barədə "Dauly Star" nəşri yazıb.

Bitkilərin "ünsiyyət" sistemi

Araşdırmaya görə, sağlam bitkilər qoxu vasitəsilə qonşularının nə qədər sürətlə böyüdüyünü "qavraya" bilir və bu məlumat əsasında öz inkişaf strategiyalarını dəyişirlər. Mütəxəssislər bildirirlər ki, bitkilər bu siqnalları qəbul edərək ya daha sürətli böyüməyə, ya da müdafiə mexanizmlərini gücləndirməyə qərar verirlər. Bu proses genlərin fəaliyyətinə qədər təsir edə bilir.

Uçucu üzvi birləşmələrin rolu

Araşdırmada deyilir ki, bu proses uçucu üzvi birləşmələr vasitəsilə baş verir. Bu maddələr bitkilərin havaya asanlıqla buraxdığı kimyəvi birləşmələrdir və adətən tozlayıcı həşəratları cəlb etmək və ya müdafiə reaksiyaları üçün istifadə olunur. Əvvəllər hesab edilirdi ki, bu siqnallar yalnız bitki zədələndikdə yaranır.

Lakin yeni tədqiqat göstərib ki, sağlam bitkilər də daim bir-birinə kimyəvi "siqnallar" göndərir və bu, rəqabət mühitində onların davranışını formalaşdırır. Tədqiqatın aparıcı müəllifi doktor Velimir Ninkoviç bildirib ki, bu, bitkilər arasında davamlı "ünsiyyət" kimi qiymətləndirilə bilər və onların genetik fəaliyyətinə birbaşa təsir göstərir.

Laboratoriya təcrübəsi və nəticələr

Alimlər araşdırmada arpa bitkisinin üç müxtəlif sortundan istifadə ediblər. Bu sortlar fərqli böyümə sürətinə və qoxu profilinə malik olub. Onlara müxtəlif uçucu üzvi birləşmələr təsir etdirilib və 25 gün ərzində dəyişikliklər izlənilib. Nəticələr göstərib ki, bitkilərin böyümə sürəti qonşu bitkidən gələn kimyəvi siqnallara uyğun şəkildə dəyişir.

Sürətlə böyüyən bitkilərin "qoxusunu" alan nümunələr öz inkişafını gücləndirib, yavaş böyüyənlərin siqnalını alanlar isə daha zəif inkişaf göstərib. Bu təsir yalnız bir hissədə deyil, yarpaq, gövdə və kök daxil olmaqla bütün orqanlarda müşahidə olunub. Alimlər xüsusilə benzilnitril, linalool və oktanal kimi birləşmələrin bu prosesdə əsas rol oynadığını qeyd edirlər.

Təkamül izahı və yekun

İsveç tədqiqatçılarına görə, bu cür kimyəvi "ünsiyyət" milyon illər ərzində formalaşmış təbii təkamülün nəticəsidir və bitki aləmində geniş yayılmış ola bilər. Onların fikrincə, bitkilər daim uçucu birləşmələr ifraz etdiyinə görə, qonşu növlərin bu siqnalları qəbul etməsi ekoloji rəqabətin təbii bir hissəsinə çevrilib. Lakin hansı birləşmələrin daha güclü təsir göstərməsi növdən-növə dəyişə bilər.

"Chevron" Hörmüz boğazından gəmilərin keçidi üçün İranın ödəniş tələbinə qarşıdır

ABŞ-nin ən böyük enerji korporasiyası "Chevron"un top-menecmenti İranın xarici gəmilərin Hörmüz boğazından keçidi üçün ödəniş tətbiq edilməsi tələblərini qəbuledilməz hesab edir.

Moderator.az xəbər verir ki, bunu şirkətin rəhbəri Maykl Uirt "Bloomberg TV"nin efirində bəyan edib.

Onun sözlərinə görə, korporasiya İranın tanker və digər tranzit gəmilərə hücum hadisələrinin artmasına baxmayaraq, bu məsələni müzakirə etmək niyyətində deyil. Uirt son vaxtlar bu cür halların sayının xeyli artdığını vurğulayıb.

Hazırda "Chevron"un altı gəmisi üçüncü tərəflərlə bağlanmış çarter müqavilələri çərçivəsində istismar olunur. Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi üçün İrana mümkün ödənişlər barədə qərar bilavasitə gəmi sahiblərinin səlahiyyətində qalır. Lakin "Chevron"un mövqeyi birmənalıdır - şirkət belə bir tədbirə qəti şəkildə qarşıdır, çünki bu, beynəlxalq dəniz gəmiçiliyi normalarına ziddir.

Daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əl-Cabir də oxşar mövqe bildirib. O, İran hakimiyyətinə xarici gəmilərin boğazdan sərbəst keçidini qeyd-şərtsiz təmin etmək çağırışı ilə müraciət edib. Buna baxmayaraq, Tehran gəmi sahibləri üçün qeyd olunan rüsumun tətbiqində israrlıdır.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Qrossi: Qazaxıstan İranın zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır

Vaşinqton və Tehran razılığa gəlsə, Qazaxıstan İranın, demək olar, silah dərəcəsinə qədər zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır.

Moderator.az-ın məlumatına görə, bunu "Financial Times" qəzetinə müsahibəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bəyan edib.

Onun sözlərinə görə, Qazaxıstan lideri Kasım-Jomart Tokayev buna razılığını bu həftə Astanada baş tutan görüş zamanı verib.

"BAEA-nın Qazaxıstanda az zənginləşdirilmiş uran bankı olduğu üçün bizim onu təhlükəsiz şəkildə saxlaya biləcəyimiz yerimiz var", - Qrossi bildirib. Onun fikrincə, bu həm ABŞ, həm də İran üçün qəbuledilən ola bilər.

Bununla belə, baş direktor əlavə edib ki, məsələnin həlli yalnız nüvə danışıqlarından asılı olacaq.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl bəyan etmişdi ki, mayın 29-da öz müşavirləri ilə keçirəcəyi iclasda İranla əvvəlcədən razılaşdırılmış sazişin təsdiqlənməsinə dair yekun qərarını vermək niyyətindədir.

FT qeyd edib ki, təxminən 440 kq yüksək zənginləşdirilmiş uran İranın keçən ilin iyununda ABŞ tərəfindən bombardman edilmiş üç əsas nüvə obyektində – Natanz, Fordo və İsfahanda dağıntıları altındadır. Nəşr vurğulayıb ki, 90 faizə qədər daha da zənginləşdiriləcəyi halda, bu miqdar təxminən 10 ədəd silah istehsal etmək üçün kifayətdir.

Zelenski Rusiyanın yaxın iki gecə ərzində Ukraynaya kütləvi hücum edəcəyini deyib

“Məlumatlara görə, Rusiya Federasiyası bu gecə və ya sabah gecə Ukraynaya birgə kütləvi hücum etməyə hazırlaşır”.

Moderator.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “CBS News”a müsahibəsi zamanı deyib.

"Bizim fikrimizcə, bu gecə və ya sabah gecə bizi Rusiyadan dronlar, kruiz raketləri və ballistik raketlərdən istifadə edilərək böyük bir hücum gözləyir. Biz buna hazırlıq görürük", - Zelenski bildirib.

Zelenski kəşfiyyat məlumatlarını təqdim etdikləri üçün ABŞ-a və Avropa tərəfdaşlarına da minnətdarlığını bildirib.

Rusiyadan Ermənistana ilk zərbə: Bu gündən qadağa qoyuldu

Rusiya mayın 30-dan etibarən Ermənistandan bir sıra təzə tərəvəz və giləmeyvələrin idxalına məhdudiyyət tətbiq edib.Oxu24.com-un Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən məlumatına görə, qadağaya pomidor, xiyar, bibər, göyərti məhsulları, eləcə də çiyələk daxil edilib.Qurum məhdudlaşdırıcı tədbirlər barədə hələ mayın 28-də anons vermişdi."Qərar Ermənistan meyvə-tərəvəz məhsullarının tədarükü zamanı pozuntuların artması ilə əlaqədar və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə qəbul edilib", - "Rosselxoznadzor"dan dəqiqləşdirilmişdi.Qurum rəsmiləri qeyd ediblər ki, mövcud vəziyyət Rusiya ərazisinin fitosanitar rifahına təhlükə yaradır.

Bu siyahıda ABŞ birinci,Türkiyə 10-cudur 

Qlobal iqtisadiyyatda “təhlükəsiz sığınacaq” olaraq görülən qızılın tədarükündə rəqabət davam edərkən, dünyanın ən böyük qızıl ehtiyatına malik ölkələrin siyahısı açıqlanıb.Oxu24.com-un xəbərinə görə, siyahıya ABŞ başçılıq edir. Bu ölkə 8133 ton qızıl ehtiyatına sahibdir.Almaniyanın 3350 ton, İtaliyanın isə 2452 ton qızıl ehtiyatı var.Maraqlıdır ki, ABŞ ilə birlikdə dünyanın ən güclü iqtisadiyyatına malik olan Çin bu siyahıda altıncıdır. Ölkə 2304 ton qızıl ehtiyatına malikdir.641 ton qızılı olan Türkiyə isə siyahıda 10-cu yerdədir.

İranla bağlı vacib xəbər

ABŞ prezidenti Donald Tramp İrandan tələblərini açıqlayıb.Oxu24.com  xəbər verir ki, o bu barədə “Truth Social” hesabında yazıb.Tramp ilkin şərt kimi, İranın heç vaxt nüvə silahına sahib olmamaqla razılaşması önə sürülüb.Bundan başqa, Hörmüz boğazının hər iki istiqamətdə, rüsum tətbiq olunmadan bütün gəmilər üçün açılması, eləcə də dəniz minalarının təmizlənməsi qeyd olunub.O bildirib ki, indiyə qədər ABŞ donanması minaları partlatmaq üsulu ilə təmizləyib, yerdə qalanları isə İran tərəfindən təmizlənməlidir.ABŞ prezidenti qeyd edib ki, şərtlər ödənildikdən sonra, dəniz blokadası ləğv olunacaq və gəmilər öz ölkələrinə qayıda biləcəklər.Bundan başqa, İranın zənginləşdirilmiş uran maddəsi İranla və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə koordinasiya çərçivəsində yerin altınnda saxlanıldığı məkandan çıxarılacaq.“Növbəti xəbərdarlığa qədər heç bir pul mübadiləsi olmayacaq. Daha az əhəmiyyətə malik digər məsələlər üzrə razılığa gəlinib. İndi mən son qərarı vermək üçün iclas otağında olacağam”, - Tramp qeyd edib.

Qazaxıstan İranın uranını qəbul etməyə hazırdır

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Financial Times qəzetinə verdiyi müsahibədə bildirib ki, Tehran və Vaşinqton İslam Respublikasının nüvə proqramı ilə bağlı razılığa gələrsə, Qazaxıstan İranın zənginləşdirilmiş uranın qəbul etməyə hazırdır.Qrossi bildirib ki, bu təklif bu həftənin əvvəlində Astanada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar zamanı müzakirə olunub.O izah edib ki, BAEA-nın Qazaxıstanda Aşağı Zənginləşdirilmiş Uran Bankı olduğundan, "İran uranın təhlükəsiz şəkildə saxlanıla biləcəyi bir yer var".Qrossi hesab edir ki, həm ABŞ, həm də İran hazırda güzəştə getməyə hazırdır və razılığa gəlmək istəyirlər.Zənginləşdirilmiş uranın İrandan çıxarılması məsələsi Tehran və Vaşinqton arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlarda əsas məsələdir.Jalə

Ukrayna hücuma keçdi

Rusiya Müdafiə Nazirliyinin  verdiyi məlumata görə, Rusiya hava hücumundan müdafiə qüvvələri ölkənin bir neçə bölgəsi üzərində gecə ərzində 24 Ukrayna sabit qanadlı dronu məhv edib.Oxu24.com xəbər verir ki,Nazirliyin məlumatına görə, dronlar Kursk, Belqorod, Bryansk və Rostov vilayətləri üzərində, eləcə də Qara dəniz üzərində vurulub.Daha əvvəl, 29 mayda hava hücumundan müdafiə qüvvələri gecə ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 208 dronu məhv edib.Jalə

Macarıstan üçün milyardlar qaytarılır

Reuters agentliyinin Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə istinadən verdiyi məlumata görə, yeni hökumət tərəfindən həyata keçirilən islahatlardan sonra Avropa Komissiyası Macarıstan üçün dondurulmuş 16,4 milyard avro vəsaiti buraxacaq.Macarıstanın Baş naziri Peter Madyar bu gün, 29 mayda Ursula fon der Leyen ilə görüşüb. Avropa Komissiyası rəhbərinin sözlərinə görə, Macarıstan Yeni Nəsil Aİ iqtisadi bərpa fondundan 10 milyard avro, Aİ-nin birlik fondundan 4,2 milyard avro və təhsil islahatları başa çatdıqdan sonra əlavə 2,2 milyard avro vəsait alacaq.Macarıstanın Baş naziri vəsaitlərin iqtisadi bərpa, dövlət xidmətlərinin inkişafı və biznesin dəstəklənməsi üçün istifadə olunacağını bildirib. O, həmçinin razılaşmanı yeni hökumətin korrupsiyaya qarşı mübarizə islahatlarının effektivliyinin sübutu adlandırıb.Politico xatırladır ki, vəsaitlər Viktor Orbanın hökuməti tərəfindən Aİ qanunlarının pozulması, xüsusən də korrupsiya və qanunun aliliyinə hörmət edilməməsi səbəbindən dondurulub.Aİ Budapeştin maliyyələşdirməyə çıxışı üçün 27 şərt irəli sürüb, o cümlədən məhkəmə müstəqilliyinin bərpası və daha güclü korrupsiyaya qarşı mübarizə mexanizmlərinin tətbiqi. Bu şərtlər 31 avqust 2026-cı il tarixinə qədər yerinə yetirilməlidir.Bundan əlavə, Macarıstan hökuməti SAFE proqramı çərçivəsində müdafiə xərcləri üçün Aİ-dən əlavə 16 milyard avro almağı gözləyir. Macarıstanın bu proqram çərçivəsində kredit planı bu ilin mart ayında keçmiş Baş nazir Viktor Orbanın Ukraynaya yardıma veto qoyması səbəbindən təxirə salınıb.Nigar

Putin Ermənistanın Aİİ-dən çıxmasının nəticələrindən danışıb 

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Ermənistan Avropa İttifaqı (Aİ) standartlarına keçidə başlayacağı halda, ölkənin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə inteqrasiya prosesləri faktiki olaraq dayandırıla bilər.Oxu24.com-un yerli mediaya istinadən məlumatına görə, Rusiya lideri bunu jurnalistlərə müsahibəsində deyib.Putinin sözlərinə görə, Moskva Aİİ çərçivəsində İrəvanla iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə azaltmalı olacaq, çünki bu, inteqrasiyanın əsas istiqamətlərinə təsir göstərəcək.O qeyd edib ki, enerji daşıyıcılarına tətbiq edilən güzəştlər Ermənistanın ittifaqa üzvlüyünün yeganə üstünlüyü deyil. Putin həmçinin Rusiya kapitalının ölkə iqtisadiyyatındakı mühüm rolunu vurğulayaraq onun payının 86 %-dən çox olduğunu bildirib.Putin həmçinin əlavə edib ki, Ermənistanın Aİİ-dən mümkün çıxışı zamanı dəmir yolu daşımalarının tarifləri Rusiya daxili səviyyəsinə gətiriləcək, Ermənistan vətəndaşları üçün isə xarici ölkə vətəndaşları üçün nəzərdə tutulan ümumi miqrasiya qaydaları qüvvəyə minəcək.Bundan başqa, Rusiya Prezidenti mümkün iqtisadi nəticələr barədə xəbərdarlıq edərək bildirib ki, enerji daşıyıcılarının qiymətləri dəyişəcəyi halda, Ermənistan ÜDM-in təxminən 14 %-ni itirmək təhlükəsi ilə üzləşə bilər.

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb.Oxu24.com bu barədə xarici mediaya istinadən xəbər verir.ÜST-nin məlumatına əsasən, qlobal miqyasda 13 milyard 642 milyon 98 min 70 nəfər COVID-19 əleyhinə peyvənd olunub.ÜST-nin son COVID-19 statistikasına görə, 63 ölkədən daxil olan hesabatlar əsasında ümumilikdə 11 min 948 yeni yoluxma qeydə alınıb. Yeni yoluxmaların böyük hissəsi Braziliyanın payına düşür - bu ölkədə 6 min 700 yoluxma aşkarlanıb.Tayland, Belarus və Almaniyada hər birində 1 yeni yoluxma faktı qeydə alınıb.Türkiyə, Azərbaycan, Qırğızıstan və Rusiya kimi ölkələrdən isə yeni yoluxma halları barədə məlumat verilməyib./trend.az

Türkiyədə 110 nəfəri daşıyan tur gəmisi batıb

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda, Cennet Adası yaxınlığında tur gəmisi batıb.Oxu24.com  xəbər verir ki, 110 nəfərin olduğu gəmi sahil mühafizə qrupları tərəfindən təhlükəsiz şəkildə təxliyə olunub.Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir. Gəminin hansı səbəbdən batdığı araşdırılır.(apa)

Tramp bu gün İranla razılaşma barədə yekun qərar qəbul etmək niyyətindədir 

ABŞ Prezidenti Donald Tramp mayın 29-da müşavirə zamanı İranla əvvəlcədən razılaşdırılmış sazişin təsdiqlənməsi barədə yekun qərar verməyi planlaşdırır.Oxu24.com  xəbər verir ki, Ağ Evin rəhbəri bunu "Truth Social" sosial şəbəkə hesabında yazıb."İndi mən yekun qərar qəbul etmək üçün (Ağ Evin) Situasiya Otağında iclas keçirməyə hazırlaşıram", - o, Tehran və Vaşinqton tərəfindən hazırlanmış razılaşmanı şərh edərək qeyd edib.ABŞ Prezidenti vurğulayıb ki, İranla anlaşmanın müddəalarının əhəmiyyətli hissəsi artıq razılaşdırılıb. Bundan əlavə, Tramp bildirib ki, sazişin şərtlərinə əsasən, İslam Respublikası nüvə silahına sahib olmaqdan müddətsiz imtina etməlidir.Trampın sözlərinə görə, İranla potensial saziş Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutur. Bu zaman tranzit üçün heç bir ödəniş tutulmayacaq."Hörmüz boğazı dərhal açılmalıdır, gəmilərin hər iki istiqamətdə sərbəst keçidi üçün heç bir ödəniş olmadan", - Tramp dəqiqləşdirib. Saziş həmçinin dəniz blokadasının aradan qaldırılmasını və Hörmüz boğazının minalardan təmizlənməsini nəzərdə tutur.Daha əvvəl "Tasnim" agentliyi İran və ABŞ arasında mümkün sazişin təfərrüatlarını təqdim edib.Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

SEPAH: Son sutkada Hörmüz boğazından 24 gəmi keçib 

Son 24 saat ərzində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin (HHQ) koordinasiyası ilə 24 gəminin Hörmüz boğazından keçidi təmin olunub.Oxu24.com  xəbər verir ki, bu barədə SEPAH məlumat yaytıb."Son 24 saat ərzində neft tankerləri, konteyner gəmiləri və digər ticarət gəmiləri daxil olmaqla, 24 gəmi icazə aldıqdan sonra SEPAH HHQ-nin koordinasiyası və təhlükəsizlik təminatı ilə Hörmüz boğazından keçib", - məlumatda bildirilib.Qeyd olunub ki, Hörmüz boğazına nəzarət qətiyyətlə həyata keçirilir və hər hansı pozuntunun qarşısı sərt şəkildə alınacaq.

Azərbaycan alüminium məhsullarını Aİ bazarına ixrac etməyə hazırlaşır 

"Azəralüminium" MMC hazırda karbon sertifikatının alınması üzərində işləyir.Oxu24.com  "Azəralüminium" MMC-yə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) tərəfindən 2026-cı ildən tətbiq edilən Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) qlobal alüminium sənayesində yeni mərhələnin başlanğıcını bildirir.Onun məqsədi Aİ-nin iqlim öhdəliklərinin qorunmasıdır.Alüminium CBAM sistemində ən yüksək risk dərəcəsinə malik məhsullar kateqoriyasına aiddir. Buna səbəb isə istehsal prosesində enerjinin əhəmiyyətli dərəcədə istehlak edilməsi və xeyli miqdarda karbon emissiyasının yaranmasıdır: bu metalın 1 tonunun istehsalı 13-15 ton CO₂ emissiyasının yaranmasına səbəb olur.Mexanizm 2026-cı ildə qüvvəyə mindikdən sonra Aİ bazarına alüminium tədarük edən müəssisələr karbon sertifikatlarının alınması prosedurasına və məhsullarının emissiya göstəriciləri üzrə hesabatların hazırlanmasına başlayıblar."CBAM-ın tələblərinə uyğun olaraq, karbon izini azaltmaq məqsədilə alüminium istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsinin stimullaşdırılması Azərbaycan alüminium məhsullarının beynəlxalq bazarlarda rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verəcək. Bu eyni zamanda qarşımızda yeni imkanlar açır. Xüsusilə, bərpa olunan enerji sahəsində layihələrin inkişafı "Azəralüminium" üçün Avropa bazarında rəqabət üstünlüyünə çevrilə bilər: hidroenerji resurslarından istifadə hesabına müəssisədə CO₂ emissiyası istehsal olunmuş alüminiumun hər ton üçün 2 tondan çox deyil.Bu baxımdan "Azəralüminium" ixtisaslaşmış şirkətlər və beynəlxalq təşkilatlarla, xüsusilə Dünya Bankı ilə sertifikatlaşdırmadan keçmə, eləcə də müvafiq prosedurların öyrənilməsi məsələlərində əməkdaşlıq edir", - şirkətin məlumatında bildirilib.Xatırladaq ki, "Azəralüminium" MMC Prezident İlham Əliyevin 2026-cı il aprelin 1-i tarixli "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən ləğv olunan "Azərbaycan Alüminium" ASC-nin bazasında yaradılıb.

Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb

Bu gün Çinin paytaxtı Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı olub.Bu barədə Oxu24.com a Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib."Bu nümayəndəlik ofisinin təsis edilməsi Çin turizm sektorunda əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə, Azərbaycanın zəngin turizm məhsulları və bənzərsiz turizm potensialı haqqında məlumatlılığın yüksəldilməsinə, həmçinin ölkəmizin Çin bazarındakı tanıtım işlərinin genişmiqyaslı aparılmasına yönəlib", - məlumatda qeyd olunub.Açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycanın Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi Teymur Nadiroğlu, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, eləcə də hər iki dövlətin turizm sahəsi və media təmsilçiləri iştirak ediblər.Mərasimdə çıxış edən F. Nağıyev vurğulayıb ki, Pekində nümayəndəliyin fəaliyyətə başlaması Azərbaycanın Çin bazarına xüsusi strateji önəm verdiyini əks etdirir. O bildirib ki, son dövrlərdə iki ölkə arasında turizm sahəsindəki əməkdaşlıq sürətlə inkişaf edir, vizasız rejimin tətbiqi və birbaşa aviareyslər bu prosesi daha da sürətləndirir.F. Nağıyev həmçinin əlavə edib ki, nümayəndəliyin fəaliyyəti Azərbaycanın turizm imkanlarının Çin bazarında daha əhatəli şəkildə təbliğ olunmasına töhfə verəcək.Tədbir zamanı iştirakçılar Azərbaycan ilə Çin arasında turizm əməkdaşlığının inkişaf perspektivlərini və yeni partnyor imkanlarını müzakirə edərək fikir mübadiləsi aparıblar.Bundan əlavə, səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti "Trip.com Group" şirkətinin təşkilatçılığı ilə keçirilən "Envision 2026 Global Conference" konfransında iştirak edib. Bu tədbirdə Azərbaycan tərəfi uğurlu əməkdaşlıq və davamlı tərəfdaşlığın təsdiqı olaraq "İlin Strateji Tərəfdaşı" mükafatı ilə təltif olunub.

Rusiya qoşunları BMT-nin qara siyahısındadır

Associated Press agentliyinin məlumatına görə, dünya üzrə münaqişələrdə cinsi zorakılığı sənədləşdirən Birləşmiş Millətlər Təşkilatının illik hesabatı ilk dəfə Rusiya və İsrail qoşunlarını qara siyahıya salıb.Oxu24.com xəbər verir ki,cümə axşamı günü açıqlanması gözlənilən İsrailin BMT missiyası tərəfindən cümə axşamı günü dərc edilən 35 səhifəlik hesabatda dünya üzrə münaqişələrdə cinsi zorakılıq törətməkdə və ya buna görə məsuliyyət daşımaqda şübhəli bilinən 12 ölkədəki 77 hökumət və qeyri-hökumət partiyası qara siyahıya salınıb. Hesabatda bildirilir ki, 2024-cü illə müqayisədə 2025-ci ildə bu halların sayı kəskin şəkildə artıb.Rusiya silahlı qüvvələri və təhlükəsizlik qüvvələri bu il ilk dəfə Ukraynadakı müharibə zamanı saxlanılan hərbi əsirlərə və mülki şəxslərə qarşı cinsi zorakılığa görə qara siyahıya salınıb.Hesabatda bildirilir ki, Rusiya hakimiyyəti BMT-nin insan hüquqları üzrə müstəntiqlərinə də davamlı olaraq icazə verməyib, lakin onlar yenə də Rusiyada və Ukraynanın Rusiya tərəfindən işğal edilmiş ərazilərində hərbi əsirlərə və mülki şəxslərə qarşı münaqişə ilə bağlı 310 cinsi zorakılıq hadisəsini təsdiqləyə biliblər. Hesabatda bildirilir ki, qurbanların böyük əksəriyyəti kişilər olub.Hesabatda həmçinin bildirilir ki, Ukraynadakı insan haqları müdafiəçiləri müharibə əsirlərinə və mülki şəxslərə qarşı münaqişə ilə əlaqəli 31 cinsi zorakılıq hadisəsini sənədləşdiriblər və bunların əksəriyyəti 2025-ci ildən əvvəl baş verib.BMT-nin baş katibi Antonio Quterreş ötən il verdiyi hesabatda həm İsraili, həm də Rusiyanı siyahıya əlavə edilə biləcəkləri barədə xəbərdar etmişdi.Jalə

Almaniya Rusiyanı ittiham edir

Almaniya kansleri Fridrix Merts heç bir dəlil olmadan Rusiyanı Rumıniyadakı dron hadisəsində iştirakda ittiham edib. Oxu24.com xəbər verir ki, bunu  The Guardian qəzeti yazıb."Rusiya dronlarının Rumıniyaya ehtiyatsız müdaxiləsi bir daha Rusiyanın gərginləşməyə hazır olduğunu göstərir. Almaniya NATO müttəfiqlərimizin yanındadır", - deyə o bildirib.Merts həmçinin qeyd edib ki, bu hadisənin NATO-nun şərq cinahındakı mövqeyini gücləndirməyin vacibliyini vurğulayır. "Biz müttəfiq ərazisinin hər qarışını müdafiə etməyə hazırıq", - deyə o vurğulayıb.Hadisə 29 may gecəsi Rumıniyanın Odessa bölgəsi ilə sərhəd yaxınlığında yerləşən Qalatsi şəhərində baş verib. İlkin məlumatlara görə, iki nəfər yaralanıb. Tələfat barədə məlumat verilməyib.Jalə

Pezeşkian iclasda Azərbaycanla bağlı çağırış ETDİ

İran Prezidenti Məsud Pezeşkian hökumətə qonşu ölkələrin, o cümlədən Azərbaycanın imkanlarından ölkəyə bir sıra zəruri malların idxalı üçün istifadə etməyi tapşırıb.Oxu24.com- un İRNA-ya istinadən məlumatına görə, Pezeşkian bu tapşırığı nazirlərlə və İran Mərkəzi Bankının rəhbəri ilə keçirdiyi müşavirənin yekunları əsasında verib."Prezident ölkənin şimal limanlarının potensialından maksimum istifadə edilməsinin, alternativ ticarət dəhlizlərinin inkişaf etdirilməsinin, bəzi zəruri malların təmin edilməsi və idxalı üçün qonşu ölkələrin, o cümlədən Azərbaycan, Pakistan və Rusiyanın imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıb. Ölkə lideri bu sahədə müvafiq sazişlərin həyata keçirilməsinin sürətləndirilməsinə çağırıb", - məlumatda qeyd olunub.M.Pezeşkian vurğulayıb ki, o, zərurət yarandığı halda malların və dərman vasitələrinin tədarükü və daşınması qarşısındakı mümkün maneələrin tez aradan qaldırılması üçün şəxsən qonşu ölkələrin liderləri və regional tərəfdaşlarla məsləhətləşəcək.Müşavirədə bəzi cənub keçid məntəqələrində yaranmış məhdudiyyətlər nəzərə alınmaqla əsas malların, dərmanların və ölkə üçün zəruri olan resursların idxalı ilə bağlı cari vəziyyət nəzərdən keçirilib.İqtisadiyyat nazirinin hesabatına əsasən, qonşu ölkələrlə aparılan məsləhətləşmələr nəticəsində malların idxalının sadələşdirilməsi, eləcə də artırılması üçün quru sərhəd məntəqələrinin və alternativ nəqliyyat marşrutlarının əhəmiyyətli hissəsinin imkanları aktivləşdirilib.

Putindən Paşinyana  qarşı ŞOK TƏLƏ: 100 minlik PLANDA KİMLƏR VAR?

Kreml Rusiyada yaşayan 100 min ermənini Paşinyana əleyhinə səs verməyə göndərmək istəyir.Oxu24.com xəbər  verir ki,bu barədə "Reuters" dörd mənbəyə istinadən məlumat verir.Bildirilib ki, son aylarda Rusiya rəsmiləri Rusiyada yaşayan Ermənistan vətəndaşlarının parlament seçkilərində hazırkı Baş nazir Nikol Paşinyanın rəqiblərinə səs vermələri üçün vətənlərinə göndərilməsi planını müzakirə ediblər.Agentliyin mənbələrinə görə, Rusiya hakimiyyəti 100 min seçicinin daşınmasının xərcini təxminən 50 milyon dollar qiymətləndirib. May ayının ortalarına qədər Kreml Rusiya regionları arasında kvotaları - hər birindən göndəriləcək ermənilərin sayını - bölüşdürüb və yerli hakimiyyət orqanlarından hazırlıqları barədə hesabat vermələrini tələb edib.Reuters jurnalistləri bu planın həyata keçirildiyini və ya bu sayda seçicinin seçkilərdə əsas namizədlər arasındakı fərqi aradan qaldırmaq üçün kifayət edib-etməyəcəyini müəyyən edə bilməyiblər.Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.apa

Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri şoka salan qərar

İşğal zamanı Qarabağ ərazisində qanunsuz silahlı qruplaşmaların tərkibində xidmət etmiş və bir vaxtlar Ermənistanda pulsuz əmlak əldə etmiş bütün yüksəkrütbəli hərbi qulluqçular yaşayış yerlərini boşaltmaları barədə bildiriş alıblar.Oxu24.com bildirirki ,Oxu.Az-ın "Sputnik Ermənistan" nəşrinə istinadən xəbərinə görə, bu barədə vəkil Roman Yeritsyan məlumat verib.R.Yeritsyanın sözlərinə görə, söhbət onlarla hərbçidən gedir. Vəkil özü onlardan dördünün maraqlarını təmsil edir: Qarik Safaryan, Armen Kaqramanyan, Feliks Qabrielyan və Vladik Xaçatryan. İstisnasız olaraq hamısı bildirişlər alıb.Bildirişdə hər hansı əsas göstərilməyib, yalnız bildirilib ki, yaşayış yeri o zaman onlara qanun pozuntuları ilə təqdim edilib, lakin pozuntuların nədən ibarət olduğu göstərilməyib. Yeritsyan müvəkkillərinin işi ilə bağlı məhkəməyə müraciət edib və qərar gözləyir.

Ukrayna Rusiyanı Türkiyəyə gedən yük gəmisinə hücum etməkdə ittiham edib 

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanı Türkiyəyə gedən yük gəmisinə hücum etməkdə ittiham edib.Oxu24.com  xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumata görə, gecə saatlarında pilotsuz uçuş aparatları ilə Odessa vilayətindəki limanlardan birindən Türkiyəyə yük aparan “ANT” quru yük gəmisinə zərbə endirilib.Bildirilib ki, Vanuatu bayrağı altında üzən və Türkiyə şirkətinə məxsus olan gəminin üst hissəsinə zərbə dəyməsi nəticəsində yanğın baş verib.Məlumata görə, yanğın qısa müddətdə lokallaşdırılıb. Hadisə nəticəsində ekipajın iki üzvü yaralanıb.Ukrayna tərəfi qeyd edib ki, yaralılar Hərbi Dəniz Qüvvələrinin katerləri ilə təxliyə olunaraq tibb müəssisəsinə çatdırılıb.Qeyd edək ki, bu məlumat Ukrayna Hərbi Dəniz Qüvvələrinin açıqlamasına əsaslanır. Rusiya tərəfi hadisə ilə bağlı hələlik şərh verməyib.

ŞOK! Rusiya bu ölkəyə hücum edib?-Yaralılar var

Bu gün Rusiyaya məxsus pilotsuz uçuş aparatı Rumıniyanın hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb.Oxu24.com  xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.Qeyd olunub ki, gecə saatlarında Ukrayna ilə sərhəd yaxınlığındakı Qalati bələdiyyəsinin Ştireks-Mazepa ərazisindəki binanın damına PUA düşüb. Belə ki, PUA Rusiyanın mülki və infrastruktur hədəflərinə zərbələr endirdiyi Ukrayna ərazisindən sərhədi keçib.Əməliyyat zamanı iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb və pilotlara hədəfləri həyəcan siqnalı dövründə vurmaq səlahiyyəti verilib.***Rumıniya Qalaç şəhərində yaranmış vəziyyətlə bağlı NATO müttəfiqlərini və alyansın baş katibini məlumatlandırıb.Bu barədə Rumıniya Xarici İşlər Nazirliyi açıqlama yayıb.Məlumata görə, Buxarest pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinin Rumıniyaya ötürülməsi prosesinin sürətləndirilməsi üçün NATO-dan əlavə tədbirlər görülməsini xahiş edib.Nazirlik bildirib ki, məsələ ilə bağlı müttəfiqlərlə məsləhətləşmələr davam etdirilir.Qeyd olunub ki, Rusiya Federasiyası bu ciddi və məsuliyyətsiz hərəkətlərə görə birbaşa öhdəlik daşıyır.

İran ABŞ PUA-sını vurdu

İranın hava hücumundan müdafiə qüvvələri Buşehr vilayəti üzərində ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurub.Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.Məlumata görə, pilotsuz aparat yer-hava tipli raketlə məhv edilib.Buşehr vilayətinin Cəm rayonunun rəhbərliyi hadisəni təsdiqləyib və hazırda bölgədə vəziyyətin sabit olduğunu açıqlayıb.

Milyonlarla insan işini itirəcək - Putin

Süni intellektin (Sİ) inkişafı səbəbindən dünyada milyonlarla insan peşələrini dəyişmək məcburiyyətində qalacağı ssenari olduqca realdır.Oxu24.com  xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib .O, kompüter zəkasının insan işçilərinin yerini tutması səbəbindən bütöv peşələrin yox olma ehtimalını da istisna etməyib. Prezident qeyd edib ki, süni intellekt əsasən aşağı ixtisaslı işçiləri əvəz edəcək. Putinin sözlərinə görə, bu proses qaçılmazdır və artıq başlayıb.

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və gübrə göndəriləcək 

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək.Oxu24.com xəbər verir ki, bu ölkəyə 4 vaqon buğda və 4 vaqon gübrə tədarük olunacaq.Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.Manset.az 

NATO ölkəsi Ukraynaya silah və hərbi texnika göndərməkdən imtina edib

Macarıstanın Baş naziri Peter Madyar NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə Ukraynaya dəstəyi ilə bağlı açıqlama verib. Oxu24.com xəbər verir  ki,nazir görüşdən sonra Facebook səhifəsində  paylaşım edib.Madyar yazıb: "Baş katibə Macarıstanın Rusiya-Ukrayna müharibəsinə heç bir silah və ya hərbi texnika göndərməyəcəyini bildirdim".Görüş 28 may cümə axşamı günü Brüsseldə baş tutub. Bu, Macarıstanda hökumət dəyişikliyindən bəri ilk görüş idi.Daha əvvəl Ukrayna Prezidenti Volodymyr Zelensky ABŞ Prezidenti Donald Trampa təcili məktub göndərərək hava hücumundan müdafiə sistemləri üçün vəsait çatışmazlığından şikayət etmişdi.Nigar

Bu ölkələr hantavirusa qarşı preparat alacaq 

Niderland mümkün yoluxma hallarının artması fonunda hantavirusa qarşı eksperimental preparat partiyası alacaq. Söhbət Yaponiyanın “Fujifilm Pharmaceuticals” şirkəti tərəfindən hazırlanan “Favipiravir” preparatından gedir.Oxu24.com  xəbər verir ki, bu barədə “Hart van Nederland” məlumat yayıb.Məlumata görə, istehsalçı şirkət dərmanı bir neçə Avropa ölkəsinə pulsuz göndərəcək. Niderlandla yanaşı, preparatı İspaniya və Fransa da alacaq. Söhbət 1,4 min tabletlik partiyadan gedir.Axar.az

"Donald Tramp"ı qurban kəsmək istədilər, lakin... 

Banqladeş hökuməti “Donald Tramp” adlı nadir albinos camışın qurban kəsilməsinin qarşısını alıb.Oxu24.com  xəbər verir ki, bu barədə PTI xəbər agentliyinin verdiyi məlumatda deyilir.ABŞ prezidentinin saç düzümünü xatırladan sarı saçları ilə məşhur olan heyvanın Qurban bayramı zamanı qurban kəsilməsi planlaşdırılırdı. Lakin hökumət camışın həyatını xilas etmək və paytaxtdakı milli zooparka yerləşdirmək qərarına gəlib. Polisin məlumatına görə, 700 kiloqramlıq camış hökumətin sərəncamına uyğun olaraq nəzarətə götürülüb."Polis gəldi və bizə hökumətin camışın həyatını xilas etmək üçün onu götürmək qərarına gəldiyini bildirdi. Hakimiyyət orqanları ilə münaqişə etmək istəmədiyimiz üçün heyvanı onlara təhvil verdik", - deyə camışın sahibi Moniruz Zaman jurnalistlərə bildirib.Zaman qeyd edib ki, hökumət nümayəndələri sözügedən heyvanın qarşılığında ona ya pul kompensasiyası, yaxud da əvəzində digər bir heyvan verəcəyini söz verib.Axar.az

SEPAH: İran ordusu ABŞ ilə İsrailin istənilən hücumuna hazırdır

İran ordusunun bütün bölmələri ən yüksək hazırlıq səviyyəsindədir və ABŞ ilə İsrailin istənilən hücumuna cavab verməyə hazırdır.Oxu24.com  "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehran vilayəti üzrə briqada generalı, "Məhəmməd Rəsulullah" korpusunun komandanı Sərdar Həsənzadə bəyan edib."Biz hələ müharibədən əvvəl, keçmiş təcrübəyə əsaslanaraq, hazırlığın artırılması prosesinə başlamışdıq, son müharibədən sonra isə müxtəlif bölmələr arasında koordinasiya və qarşılıqlı əlaqə daha da gücləndirilib.Döyüş əməliyyatları dayandırıldıqdan dərhal sonra son təcrübəyə əsaslanan təlimlər və yeni məşqlər başlayıb və bu gün korpusun ən mürəkkəb şəraitdə cavab vermə, müqavimət göstərmə və təhlükəsizliyin təmin edilməsi üzrə hazırlığı əvvəlkindən xeyli yüksək və güclüdür", - S. Həsənzadə bildirib.Qeyd edək ki, bu bəyanat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) İranı atəşkəs rejimini pozmaqda ittiham etməsindən sonra yayılıb.

Milyonlarla pulu müsadirə OLUNDU

İtaliya polisi tərəfindən keçmiş mafiya başçısına maliyyə zərbəsi! 9 ölkədə eyni vaxtda əməliyyatlar aparılan 200 milyon avro dəyərində aktiv müsadirə edilib.Oxu24.com xəbər verir  ki,Maliyyə Polisinin yazılı açıqlamasına görə, prokurorun göstərişlərinə uyğun olaraq, mafiya tipli mütəşəkkil cinayətkar qruplara qarşı mübarizə çərçivəsində Palermoda beynəlxalq əməliyyatlar aparılıb və 2023-cü ildə vəfat edən Denaronun narkotik qaçaqmalçılığı yolu ilə əldə etdiyi aktivlər müsadirə olunub.İtaliya, Andorra, Cəbəllütariq, Lüksemburq, İsveçrə, Livan, Kayman adaları, Monako Knyazlığı və İspaniyada eyni vaxtda aparılan əməliyyatlardan sonra Denaroya məxsus 1980-ci illərdən bəri narkotik qaçaqmalçılığından əldə edilən və Avropada və digər ölkələrdə yenidən investisiya qoyulan əhəmiyyətli aktivlər götürülüb.Bəyanata görə, Denaroya məxsus  ümumi dəyəri 200 milyon avrodan çox olan aktivlər müsadirə edilib və üç nəfər saxlanılıb.Siciliyada, xüsusən də Trapani və ətrafında fəaliyyət göstərən Cosa Nostra mütəşəkkil cinayətkar dəstəsinin lideri Mattia Messina Denaro, təxminən 30 il İtaliyada qaçdıqdan sonra 16 yanvar 2023-cü ildə tutulub.Denaro həbsindən qısa müddət sonra 25 sentyabr 2023-cü ildə xərçəng müalicəsi aldığı L'Aquiladakı yüksək təhlükəsizlikli həbsxananın xəstəxanasında vəfat edib.Denaro son 30 ilin əsas cinayət hadisələrində, o cümlədən mafiyaya qarşı mübarizənin simvollarına çevrilən, lakin 1992-ci ildə mafiyanın hədəfinə çevrilən məşhur hakimlər Covanni Falkone və Paolo Borselinonun qətlə yetirilməsində, eləcə də 1993-cü ildə Milan, Florensiya və Romada mafiya tərəfindən törədilən partlayışlarda məsul olmaqda ittiham olunurdu.Jalə

Zelenski icazə istəyir

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-dan Patriot raketlərinin istehsalı üçün lisenziya istəyib. Oxu24.com-un  məlumatına görə, o, bu barədə Ukraynanın Baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında açıqlama verib.Zelenskinin sözlərinə görə, Avropanın "qanadlı raketlərə qarşı öz müdafiə vasitələri var", lakin ballistik raketlərlə bağlı "vəziyyət daha mürəkkəbdir" və buna görə də Kiyev ABŞ-a etibar etmək məcburiyyətindədir. Zelenski ABŞ Prezidenti Donald Trampa və ABŞ Konqresinə "Patriot raketləri və sistemlərinin kifayət qədər təchizatı" tələb edən məktub göndərdiyini bildirib."Biz çox ümid edirik ki, Ukrayna Patriot PAC-3 raketlərinin istehsalı üçün lisenziyalar alacaq ki, biz də Yaxın Şərqdə gördüyümüz kimi, belə bir ehtiyacla üzləşə biləcək digər ölkələrə kömək edə bilək. Hamının buna ehtiyacı var. Ukrayna hələ Patriot raketlərinin istehsalı üçün lisenziya almayıb. İnanıram ki, gələcəkdə bunu əldə edə biləcəyik - ya da öz sistemimizi inkişaf etdirə bilərik", - deyə o qeyd edib.Jalə

Tanınmış aktyoru köməkçisi ÖLDÜRDÜ: HƏBS OLUNDU 

Aktyor Metyu Perrinin köməkçisi onun ölümü ilə bağlı iş üzrə həbs olunub.Oxu24.com xəbər verir  ki,Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya məhkəməsi aktyor Metyu Perrinin şəxsi köməkçisi 61 yaşlı Kennet İvamasunu 3 il, 5 ay müddətinə həbs cəzasına məhkum edib. O, həmçinin 10 min dollar məbləğində cərimə ödəməlidir.İstintaqın məlumatına görə, Kennet İvamasu dəfələrlə aktyora ketamin adlı narkotik maddə inyeksiya edib. 2023-cü ilin oktyabrında etdiyi inyeksiyalardan biri ölümcül olub.Amerikalı aktyor Metyu Perri 2023-cü ilin oktyabrında 54 yaşında vəfat edib. O, "Friends" serialındakı "Çandler Binq" obrazı ilə məşhurlaşıb.

SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib

Son 24 saat ərzində İranın icazəsi ilə Hörmüz boğazından 26 gəmi keçib.Oxu24.com-un  məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri açıqlama yayıb.Açıqlamada ötən gecə bir neçə gəminin qeyri-qanuni şəkildə, naviqasiya sistemlərini söndürmək və ya manipulyasiya etməklə Fars körfəzinə daxil olmağa cəhd etdiyi bildirilib.Qeyd olunub ki, Hərbi Dəniz Qüvvələrinin radio xəbərdarlıqlarından sonra iki gəmi dayandırılıb, digərləri isə geri qayıtmağa məcbur olub.Açıqlamada vurğulanıb ki, Hörmüz boğazından keçid üçün icazə və koordinasiya mütləq şərtdir və bu qaydanın pozulması müdaxilə kimi qiymətləndiriləcək.Bildirilib ki, Hörmüz boğazının idarə edilməsi və nəzarət yalnız SEPAH Hərbi Dəniz Qüvvələrinin səlahiyyətindədir və istənilən pozuntu ciddi cavabla qarşılanacaq.SEPAH həmçinin gecə baş verən hadisələrə də münasibət bildirib. Qeyd olunub ki, ABŞ ordusu atəşkəsi pozaraq, Bəndər-Abbas aeroportu ətrafında boş ərazilərə bir neçə mərmi atıb. Qurumun məlumatına görə, bu hücum nəticəsində insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb. Cavab olaraq isə hücumun mənbəyi olan ABŞ qüvvələrinin hərbi hava bazasına zərbə endirilib. Sonda o da qeyd olunub ki, bu cür hallar təkrarlanacağı təqdirdə, İranın cavabı daha sərt olacaq.

Yəmənin eks-prezidenti Səudiyyə Ərəbistanında öldü

Yəmənin keçmiş prezidenti Əbd Rəbbu Mənsur Hadi 80 yaşında vəfat edib.Oxu24.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabia” telekanalı məlumat yayıb.Mənbənin bildirdiyinə görə, siyasətçi bu gün səhər saatlarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yerləşən xəstəxanaların birində vəfat edib.Qeyd edək ki, Hadi 2012-2022-ci illərdə Yəmən Prezidenti olub.

Səudiyyə Ərəbistanı Yəmənə 150 ​​milyon dollarlıq yanacaq yardımı ayırıb

Səudiyyə Ərəbistanı Yəmən hökumətinə elektrik stansiyalarını işlətmək üçün 150 milyon dollar dəyərində "təcili yanacaq dəstəyi" ayırmaq qərarını açıqlayıb.Oxu24.com xəbər verir ki,Səudiyyə Ərəbistanının Yəməndəki səfiri Məhəmməd Əl-Cabir bu məlumatı ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında paylaşıb.Əl-Cabir yardımın Kral Salman bin Əbdüləziz Əl-Səud və Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın təlimatlarına uyğun olaraq verildiyini və bunun "Yəmənin İnkişafı və Yenidənqurma Proqramı" çərçivəsində təklif olunduğunu bildirib.O, əlavə olaraq Yəmən hökumətinə Yəməndəki elektrik stansiyalarının yanacaq ehtiyaclarını ödəmək üçün "150 milyon dollar dəyərində təcili yanacaq dəstəyi" ayırmaq qərarının verildiyini bildirib.Əl-Cabir qeyd etdi ki, yardım Yəmən xalqını dəstəkləmək və temperatur yüksəldikcə onların əzablarını yüngülləşdirmək, elektrik xidmətlərinin sabitliyinə və nəticədə kommersiya və xidmət fəaliyyətlərinin davam etdirilməsinə töhfə vermək məqsədi daşıyır.Jalə

Rusiya Aİ-nin ultimatumlarına cavab verdi

Avropa İttifaqı (AB) Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın ultimatumları səbəbindən uduzacaq. Oxu24.com xəbər verir  ki,bu barədə Gazeta.ru-ya istinadən Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədri Leonid Slutski bildirib."AB danışıqlara başlamaq üçün Rusiyaya ultimatum vermək niyyətindədirsə, əvvəlcədən uduzacaq. Döyüş meydanında bütün təşəbbüs ölkəmizdədir. Rusiyanın ən böyük nüvə dövləti olduğunu demirəm", - deyə o bildirib.Deputat bildirib  ki, Kallas hərbi münaqişəni davam etdirmək və danışıqlar prosesinə daxil olarkən çıxılmaz vəziyyətdə olan Rusiyaya daha çox təzyiq göstərmək istəyir.Kallas daha əvvəl bildirib ki, Ukraynada nizamlanma ilə bağlı danışıqlar başlasa, AB Rusiyadan silahlı qüvvələrini məhdudlaşdırmağı tələb edəcək.Jalə

ABŞ-də ŞOK: Məxfi sənədlər üzə çıxdı - Tramp GEDİR? 

ABŞ-da Donald Tramp administrasiyasının Mayamidəki federal prokurorlara Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigesə qarşı aparılan cinayət araşdırmalarını təcili olaraq dayandırmaq barədə gizli tapşırıq verməsi geosiyasi maraqların hüquqi prinsipləri necə üstələdiyini növbəti dəfə nümayiş etdirir. "Associated Press" (AP) agentliyinin yaydığı sensasiyalı məlumatlar göstərir ki, Vaşinqton Nikolaus Maduronun devrilməsindən sonra Karakasdakı yeni rəhbərliklə münasibətləri nizamlamaq və ölkədəki daxili vəziyyəti sabitləşdirmək üçün rəsmi ittihamları arxa plana keçirməyə hazırdır. Baxmayaraq ki, ABŞ Ədliyyə Nazirliyi bu iddiaları rəsmən təkzib edir, Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) məxfi sənədləri Delsi Rodrigesin 2018-ci ildən bəri çirkli pulların yuyulması, qanunsuz qızıl qaçaqmalçılığı və narkotik ticarəti kimi ağır cinayətlərdə şübhəli bilindiyini ortaya qoyur. Bu addım ABŞ-ın Latın Amerikası siyasətindəki kəskin və pragmatik dönüşün real göstəricisidir və böyük dövlətlərin strateji məqsədlər naminə ən ciddi hüquqi işləri belə dondura biləcəyini təsdiqləyir.Oxu24.com xəbər verir  ki,məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Heydər Oğuz qeyd edib ki, ABŞ xarici siyasətində və xüsusən Tramp administrasiyasının idarəçilik sistemində geosiyasi maraqlar hər zaman konvensional hüquq normalarından daha üstün mövqedə dayanıb: "Delsi Rodrigesə qarşı aparılan araşdırmaların dondurulması Vaşinqtonun Venesuelada nəzarəti tam ələ almaq və yeni hakimiyyətlə kompromis tapmaq istəyindən xəbər verir. Maduro rejiminin çökməsindən sonra ABŞ-ın bölgədəki əsas hədəfi neftlə zəngin olan bu ölkədə sabitliyi təmin etmək və Rusiyanın, yaxud Çinin oradakı təsir imkanlarını sıfırlamaqdır. Bunu etmək üçün isə hazırkı keçid fiqurları ilə dil tapmaq mütləq şərtdir, hətta həmin fiqurların adı keçmişdə ağır cinayətlərdə və qaçaqmalçılıqda hallansa belə".Onun sözlərinə görə, bu hadisə həm də ABŞ-ın daxili güc strukturları ilə Ağ Ev arasında gizli bir xətt qovğasının olduğunu və regional layihələrin gələcəyinin bu danışıqlardan asılı olacağını göstərir: "DEA kimi xüsusi xidmət orqanlarının sənədlərinin mətbuata sızması daxili strukturların Trampın bu praqmatik gedişinə qarşı gizli müqavimətidir. Lakin Ağ Ev Venesuelanı tamamilə itirməmək üçün Rodriges barəsindəki ittihamları bir növ diplomatik ticarət alətinə çevirib və Karakasdan istədiyi güzəştləri alana qədər bu cinayət işlərini masada saxlamağa davam edəcək. Bu baxımdan, böyük güclərin apardığı qlobal geosiyasi mübarizədə hüquq və ədalət prinsipləri hər zaman siyasi konyunkturaya qurban verilir".

Hökumət əhaliyə pul paylayır – kommunal xərclər dövlət hesabına azalacaq 

Yaponiya hökuməti iyul-sentyabr aylarında əhali üçün elektrik və qaz ödənişlərini azaltmaq məqsədilə subsidiya proqramı hazırlayır.Oxu24.com  xəbər verir ki, subsidiyalar hesabına vətəndaşların aylıq kommunal xərcləri orta hesabla təxminən 5 min yen (təxminən 53 manat) azalacaq.Məlumata görə, proqram üçün ayrılacaq ümumi vəsaitin 500 milyard yeni (təxminən 5,3 milyard manat) keçəcəyi bildirilir.Qeyd olunur ki, əlavə büdcə Yaxın Şərqdə gözlənilən uzunmüddətli gərginlik fonunda enerji bazarındakı risklərə qarşı tədbir kimi nəzərdə tutulur. Müvafiq qanun layihəsinin gələn həftə parlamentə təqdim ediləcəyi gözlənilir.Bildirilib ki, kommunal subsidiya fondunun bir hissəsi benzin qiymətlərinin dəstəklənməsinə yönəldiləcək. Hazırda subsidiyalar sayəsində ölkədə benzinin orta qiyməti litr üçün təxminən 170 yen (təxminən 1,8 manat) səviyyəsində saxlanılır.musavat.com 

SON DƏQİQƏ! ABŞ İRANA ZƏRBƏ ENDİRDİ

ABŞ İranın hərbi obyektinə zərbə endirib.Oxu24.com-un xəbərinə görə, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.Məlumata görə, ABŞ İranın bir neçə pilotsuz təyyarəsini vurub və ələ keçirib.Onun sözlərinə görə, zərbə İranın Hörmüz boğazında Amerika qüvvələri və kommersiya gəmiçiliyi üçün təhlükə yaradan hərbi obyektinə endirilib.Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq bir sıra şəhərlərə hava zərbələri endirib. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəlib. Sonra Ağ Evin rəhbəri Donald Tramp atəşkəs rejimini qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Müzakirələr nəticəsiz başa çatıb.ABŞ Tehrana təzyiq tədbiri olaraq İran limanlarının və Hörmüz boğazından keçidi blokadaya alıb. İran öz növbəsində Fars körfəzi ölkələrinə yönələn gəmilər üçün Hörmüz boğazının bağlandığını bəyan edib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.

Azərbaycandan Ermənistana un göndəriləcək

Sabah Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.Oxu24.com  xəbər verir ki, bu ölkəyə 2 vaqon karbamid və 1 vaqon un göndəriləcək.Qatar saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Tramp İranın uranı Rusiya və ya Çinə ötürməsinə qarşıdır 

ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uranı Rusiya və ya Çinə ötürməsinə qarşı olduğunu bildirib.Oxu24.com  xəbər verir ki, o bunu iclas zamanı deyib.Tramp İranın zənginləşdirilmiş uranı Rusiya və ya Çinə göndərməsinin onu qane edib-etməyəcəyi barədə suala belə cavab verib: "Xeyr. Bu, məni qane edəcək bir şey deyil".Daha əvvəl Amerika lideri bəyan edib ki, Vaşinqton zənginləşdirilmiş urandan imtina müqabilində İrana qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil.Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq bir sıra şəhərlərə hava zərbələri endirib. Cavab olaraq İran İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəlib. Sonra Ağ Evin rəhbəri Donald Tramp atəşkəs rejimini qeyri-müəyyən müddətə uzadıb. 11–12 apreldə İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Müzakirələr nəticəsiz başa çatıb.ABŞ Tehrana təzyiq tədbiri olaraq İran limanlarının və Hörmüz boğazından keçidi blokadaya alıb. Öz növbəsində İran Fars körfəzi ölkələrinə yönələn gəmilər üçün Hörmüz boğazının bağlandığını bəyan edib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.

Putin ölkəyə daxil olarkən qırıcılarla müşayət olundu 

Rusiya Prezidenti Vladimir Putinin təyyarəsi Qazaxıstan dövlət sərhədini keçdiyi andan Astana hava limanına enişə qədər bu ölkənin qırıcı təyyarələri tərəfindən müşayiət olunub.Oxu24.com  xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.Qeyd edək ki, Putin Qazaxıstanda rəsmi səfərdədir. O, səfər çərçivəsində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşəcək, daha sonra da mayın 28-29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqı Sammitində iştirak edəcək.

Britaniya kəşfiyyatı Rusiya ordusunun itkilərini açıqlayıb

Britaniya kəşfiyyat agentliyi GCHQ-nin (Böyük Britaniyanın siqnal kəşfiyyatı, hökumətin informasiya təhlükəsizliyi və ölkənin kibertəhlükəsizliyindən məsul olan üç əsas kəşfiyyat orqanından biri olan Hökumət Rabitə Qərargahı) rəhbəri Enn Kist-Batler bildirib ki, Ukraynaya qarşı tammiqyaslı müharibənin başlanğıcından bəri təxminən 500.000 Rusiya əsgəri həlak olub. Oxu24.com xəbər verir ki,bu barədə Sky News məlumat verir.Kist-Batlerin sözlərinə görə, yeni kəşfiyyat məlumatları Rusiya ordusunun itkilərinin yarım milyona yaxınlaşdığını göstərir."Bu, [Rusiya Prezidenti] Vladimir Putinin döyüş meydanında geri çəkildiyini göstərir", - GCHQ direktoru Bletçli Parkında keçirilən illik təhdid qiymətləndirməsi zamanı bildirib.Sky News-un qeyd etdiyi kimi, əvvəlki hesablamalara adətən yaralılar daxil olduğundan, bu, Rusiya ordusunun itkilərinin faktiki sayının rəsmi olaraq açıqlanması ilk dəfədir.Jalə

Papa Ukrayna ilə bağlı narahatdır

UNN-in Vatikan Xəbərlərinə istinadən verdiyi məlumata görə, Papa XIV Leo Ukraynadakı müharibənin "əhəmiyyətli dərəcədə şiddətlənməsini" pisləyib və həftəlik Vatikan auditoriyasında zəvvarlara Ukraynadakı kütləvi atəşdən əziyyət çəkənlərin hamısına yaxınlığını bildirmək istədiyini bildirib.Oxu24.com xəbər verir ki,nəşr yazır ki, zəvvarlarla görüşünü yekunlaşdıran pontifik "Ukraynada yenidən mülki əhalinin həyatına son qoyan kütləvi atəşə münasibət bildirərək müraciət edib"."Son günlərdə xeyli şiddətlənən Ukraynadakı müharibəni narahatlıqla izləyirəm. Mülki əhalini də hədəf alan son atəşin nəticələrindən əziyyət çəkənlərin hamısına yaxınlığımı bildirmək istəyirəm", - deyə Papa bildirib."Müharibə problemləri həll etmir, onları yalnız dərinləşdirir. Təhlükəsizlik yaratmır, yalnız əzab və nifrəti artırır". XIV Leo qeyd edib ki, "Raketlər və dronların düşdüyü yerdə ümid də məhv olur, evlər və dua yerləri məhv edilir və günahsız insanlar həlak olur".Jalə

Paşinyan Rusiyanın hədələrinə cavab verdi

“Ermənistan o qədər varlı olacaq ki, qaz qiymətləri bizə yüksək görünməyəcək”.Oxu24.com xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Qarni şəhərində seçkiqabağı aksiyada çıxışı zamanı söyləyib.“Ermənistanı yüksək qiymətlərlə hədələmək məntiqsizdir, çünki yüksək qiymət hədələrinə cavab var: bizim o qədər çox pulumuz olacaq ki, bu bizə bahalı görünməyəcək”, - hökumət başçısı deyib.Xatırladaq ki, daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın Avropa İttifaqına (Aİ) üzvlük kursunu davam etdirəcəyi təqdirdə, Moskvanın qaz və neft məhsullarının tədarükünə dair sazişi dayandırmağa və ya birtərəfli qaydada ləğv etməyə hazır olduğunu bildirmişdi. /Qafqazinfo/

HƏMAS da onun ölümünü təsdiqlədi 

HƏMAS İzzəddin əl-Qəssam Briqadalarının yeni liderlərindən biri olan Məhəmməd Odehin öldürüldüyünü təsdiqləyib.Oxu24.com  xəbər verir ki, bu barədə qruplaşmanın rəsmi teleqram kanalında məlumat verilib.Məlumatda bildirilib ki, dünən İsrailin Qəzza şəhərindəki yaşayış binasına endirdiyi zərbə nəticəsində Odeh həyat yoldaşı və iki oğlu ilə birlikdə həlak olub.Ancaq dərc edilən məlumatda Odehin hərbi qanadın rəhbəri olduğu məlumatı tam təsdiqləməyib.Qeyd edək ki, daha öncə İsrail Müdafiə Qüvvələri Odehin ölümü ilə bağlı məlumat yaymışdı.

Tehranda İmam Xomeyni aeroportunda yanğın olub 

Tehranda İmam Xomeyni şəhər hava limanında yerləşən inzibati binada yanğın baş verib.Oxu24.com  məlumatına görə, Tehran İmam Xomeyni Beynəlxalq Hava Limanında bu gün günortadan sonra hava limanının gömrük binasında yanğın qeydə alınıb.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.Hava limanının açıqlamasına görə, hadisə zamanı binada və ərazidə olan şəxslərdən heç kim xəsarət almayıb və yanğın hava limanının uçuş cədvəlində hər hansı dəyişikliyə səbəb olmayıb.Yanğının səbəbi və dəymiş ziyanın həcmi mütəxəssislər tərəfindən araşdırılır.

Azərbaycan Səudiyyə Ərəbistanının WUF13-də iştirakını yüksək qiymətləndirib 

Azərbaycan Səudiyyə Ərəbistanının mayın 17-dən 22-dək Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) fəal iştirakını yüksək qiymətləndirib.Oxu24.com-un məlumatına görə, bunu Azərbaycanın Ər-Riyadda səfiri Mütəllim Mirzəyev "Asharq Al-Awsat" nəşrinə müsahibəsində bildirib.Forum çərçivəsində şəhər inkişafı və dayanıqlı mənzil tikintisi sahəsində Səudiyyə Ərəbistanının aparıcı təşəbbüsləri və layihələri təqdim olunub ki, bu da diplomatın sözlərinə görə, ikitərəfli əlaqələndirmənin dərinləşən səviyyəsini əks etdirir.Səfir qeyd edib ki, WUF13 Bakını ağıllı şəhərlərin gələcəyi, müasir şəhərsalma və iqlim davamlılığının müzakirəsi üçün qlobal platformaya çevirib.O, həmçinin vurğulayıb ki, bu strateji yanaşmalar Azərbaycanın azad edilmiş ərazilərdə yeni şəhər və kəndlərin tikintisinin aparıldığı bərpa və inkişaf üzrə cari planlarına tam inteqrasiya olunub.

Putin Qazaxıstana səfər edib 

Rusiya prezidenti Vladimir Putin Qazaxıstana dövlət səfərinə gedib.Oxu24.com xəbər verir ki, Rusiya prezidentinin təyyarəsi Astana hava limanına enib.Putin səfəri zamanı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə ikitərəfli görüş keçirəcək, mayın 28-29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqı Sammitində iştirak edəcək.

İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb 

İran dövlət televiziyası İran və ABŞ arasında mümkün anlaşma memorandumunun qeyri-rəsmi çərçivə sənədinin mətnini yayıb.Oxu24.com-un məlumatına görə, sənədə əsasən, bir ay ərzində Hörmüz boğazında normal gəmiçiliyin bərpa olunması nəzərdə tutulur.Sənədə görə, ABŞ İranın dəniz blokadasının aradan qaldırılmasına dair öhdəlik götürüb. Bunun müqabilində İran bir ay ərzində ticarət gəmilərinin keçid sayını müharibədən əvvəlki səviyyəyədə bərpa etməyi öhdəsinə götürüb.Bu razılaşmanın hərbi gəmilərə şamil edilmədiyi bildirilib.Məlumata əsasən, gəmilərin idarə olunması və hərəkət marşrutu İran və Omanla əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. ABŞ isə öz hərbi qüvvələrinin İranın ətrafından çıxarılacağına dair zəmanət verib.Sənəddə həmçinin qeyd olunub ki, 60 günlük müddət ərzində yekun razılaşma əldə olunarsa, bu saziş BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənəcək.O da qeyd edilib ki, İslamabad çərçivəsi hələ yekunlaşmayıb və İran tərəfindən təsdiq olmadan heç bir addım atılmayacaq.

Yaponiya iki cəbhədə müharibəyə hazırlaşır

"South China Morning Post" qəzetinin məlumatına görə, Yaponiya Rusiyanın artan hərbi fəaliyyəti səbəbindən Hokkaydo adasındakı müdafiəsini gücləndirir.Oxu24.com xəbər verir ki,Hərbi bazalara səfəri zamanı Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi ölkənin şimalında "qüsursuz" müdafiə sisteminə ehtiyac olduğunu bildirib.Yapon analitikləri qeyd edirlər ki, Rusiya Hokkaydo yaxınlığında "ikinci cəbhə" aça bilər, məhz Yaponiyanın cənubda Çinlə böhranla məşğul olduğu bir vaxtda. Buna görə də ordu bölmələrin cənubdan şimala sürətli köçürülməsini həyata keçirir.Təhlükəsizlik üzrə tədqiqatçı Yu Koizumi vurğulayıb ki, "Rusiyanın nüvə sualtı donanmasının hərəkəti Yaponiya üçün ciddi təhlükəsizlik narahatlığı olaraq qalacaq".Moskva artıq Hokkaydo sahilindəki mübahisəli adalara Su-35 qırıcı təyyarələri və gəmi əleyhinə raketlər yerləşdirib və Oxot dənizini nüvə sualtı qayıqları üçün bazaya çevirir. Tədqiqatçı Şinqo Naqatanın sözlərinə görə, Çin və Rusiya qüvvələri arasında Yaponiya hava məkanında və sularında birgə təlimlər "adi hala" çevrilib.Təkcə ötən ilin aprel ayından dekabr ayına qədər Yaponiya, əsasən Çin və Rusiya təyyarələrini ələ keçirmək üçün qırıcı təyyarələrini 448 dəfə havaya qaldırıb. Medianın məlumatına görə, mart ayında Yaponiya yaxınlığında Rusiya təyyarələrində "Kinzhal" hipersəs raketlərinin nümayişi xüsusi narahatlıq doğurub.Templ Universitetinin professoru Ceyms Braunun sözlərinə görə, bu cür raketləri vurmaq praktik olaraq mümkün deyil, çünki onlar uçuş zamanı trayektoriyasını dəyişirlər.O, "Rusiyanın hərəkətləri Yaponiyanın resurslarını qıcıqlandırır və tükəndirir" deyə vurğulayıb.Eyni zamanda, Yaponiya Nazirlər Kabineti bu il üçün rekord səviyyədə 58 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib ki, bu da 2025-ci il büdcəsindən 9,4 faiz çoxdur.Çin və Rusiya liderləri artıq Yaponiyanın sürətləndirilmiş yenidən silahlanmasının regionda sülh və sabitliyə "ciddi təhlükə" yaratdığını bildiriblər. Bununla belə, Tokio təhlükəsizlik arxitekturasındakı hər hansı boşluqdan qaçmaq üçün modernləşməyə davam edir.Jalə

Rusiya Ermənistana xəbərdarlıq etdi - Məktub göndərildi 

“İrəvan Avropa İttifaqına (Aİ) üzvlük kursunu davam etdirərsə, Rusiya qaz və neft məhsullarının tədarükünə dair sazişi dayandırmağa və ya birtərəfli qaydada ləğv etməyə hazırdır”​. Oxu24.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu xəbərdarlıqla Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib. “27 may tarixində Rusiyanın İrəvandakı səfirliyi Ermənistan tərəfinə energetika naziri Sergey Sivilyevin respublikanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə ünvanlanmış məktubunu təqdim edib. Sənəddə Moskvanın enerji daşıyıcıları və almaz xammalının tədarükü sahəsində əməkdaşlığa dair 2 dekabr 2013-cü il tarixli hökumətlərarası sazişi yenidən nəzərdən keçirmək niyyəti qeyd olunub”, - o bildirib.

Danışıqlar davam edir, amma İsrailin öz planları var

İsrailin Avstraliyadakı səfiri Hillel Neumann, Tehranla danışıqlar əsas məqsədlərə çata bilməsə, İrana qarşı hərbi əməliyyatlara başlaya bilər.Oxu24.com xəbər verir ki, bunu  İsrailin Avstraliyadakı səfiri Hillel Neumann "Iran International"a verdiyi eksklüziv müsahibədə bildirib.Neumann-ın sözlərinə görə, İsrail İran və ABŞ arasında danışıqları dəstəkləyir, lakin bu, yalnız İslam Respublikasının yaratdığı "mövcudluq təhdidləri" aradan qaldırıldığı təqdirdə mümkündür."Biz danışıqları göstərilən məqsədlərə çatdıqda dəstəkləyirik. Bu məqsədlərdən güzəştə gedə bilmərik", - deyə Neumann bildirib."Məqsədlər nüvə silahlarının ləğvi, İranda uranın sıfır səviyyədə zənginləşdirilməsinə nail olmaq, ballistik raketlərdən imtina etmək və İranpərəst qüvvələrə dəstəyin dayandırılmasıdır", - deyə səfir bildirib.Nneumann bildirib ki, İsrail bu məqsədlərə nail olunarsa, diplomatik nəticəni qəbul etməyə hazırdır: "Əgər biz buna danışıqlar və diplomatik müzakirələr yolu ilə nail ola bilsək, əla olar. Əks halda, göstərilən məqsədlərə çatmaq üçün hərbi kampaniyaya qayıtmalı ola bilərik, lakin məqsədlərə nail olmaq lazımdır".Neymann-ın açıqlamaları, Tehran və Vaşinqtonun İranın yüksək dərəcədə zənginləşdirilmiş uranı, sanksiyaların aradan qaldırılması, dondurulmuş aktivlər və Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarının olduğu münaqişəyə son qoymaq üçün mümkün razılaşma ilə bağlı ABŞ-İran danışıqlarının davam etdiyi bir vaxtda səsləndi.Neymann İsrailin ABŞ prezidenti Donald Trampa etibar etdiyini və Vaşinqtonla İsrail arasındakı koordinasiyanı "misli görünməmiş" adlandırdığını bildirdi: "Biz Prezident Trampa etibar edirik, ona etibar edirik. Biz sıx əməkdaşlıq edirik. Koordinasiya mövcuddur."Səfir həmçinin Livanla bağlı hər hansı bir razılaşmanın, o cümlədən İranın dəstəklədiyi Hizbullahın Litani çayının şimalından geri çəkilməsinin şərti olacağını bildirdi.Jalə

İranın yeni hədəf siyahısı: İndi məsələ Trampdan asılıdır

NBC mənbələrə istinadən xəbər verir ki, ABŞ ordusu Vaşinqtonun İslam Respublikasına qarşı əməliyyatları bərpa etmək qərarına gələcəyi təqdirdə İrandakı hərbi hədəflərin yeni siyahısını tərtib edib.Oxu24.com xəbər verir  ki,mənbələrə görə, bunlar İranda gizli yerləşməsi və daha yüksək təhlükəsizlik səviyyəsinə görə məhv edilməsi daha çox səy tələb edən mürəkkəb hədəflərdir. Lakin şəbəkə qeyd edir ki, Pentaqonun siyahını tərtib etməsi ABŞ-ın yaxın gələcəkdə zərbələr endirməyə hazırlaşdığı anlamına gəlmir. Sadalanan hədəflərə hücum ABŞ prezidenti Donald Trampın İranla danışıqlarla bağlı siyasi qərarından asılı olacaq.Jalə

Şimali Koreya süni intellektlə təchiz olunmuş yüksək dəqiqlikli raketləri sınaqdan keçirib

Şimali Koreya ilk dəfə olaraq süni intellekt (Sİ) ilə təchiz olunmuş yüksək dəqiqlikli kruiz raketlərini sınaqdan keçirdiyini açıqlayıb.Oxu24.com xəbər veir  ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.Hesabatda bildirilir ki, ordu 100 kilometrə qədər mənzilli taktiki ballistik raketlər, artilleriya raketləri və süni intellektlə idarə olunan kruiz raketlərindən ibarət birləşmiş silah arsenalını sınaqdan keçirib. Testlər həmçinin sonuncunun dəqiqliyini qiymətləndirib.KCNA hesabatında bildirilir ki, Şimali Koreya lideri Kim Çen Inın rəhbərliyi ilə keçirilən sınaqlar silahların və avtomatlaşdırılmış buraxılış sistemlərinin "müasir müharibənin müvafiq şərtlərinə cavab vermək və döyüş effektivliyini artırmaq" üçün uğurla təkmilləşdirildiyini nümayiş etdirib.Asan Siyasət Tədqiqatları İnstitutundan hərbi ekspert Yanq-vuk vurğulayıb: "Buraya süni intellektdən hədəf tanıma və raket rəhbərliyi üçün istifadə daxildir". Reuters analitikləri qeyd ediblər ki, Şimali Koreya taktiki arsenalını davamlı olaraq modernləşdirir və onu Cənubi Koreya ilə sərhəd yaxınlığında yerləşdirəcəyinə söz verib. Onlar Cənubi Koreyanın paytaxtı Seulun Şimali Koreya ilə demilitarizasiya zonasının 100 kilometrliyində olduğunu bildiriblər.Daha əvvəl Yonhap xəbər agentliyi Şimali Koreyanın Sarı dənizə doğru naməlum mərmi atdığını bildirmişdi. Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri uçuş məlumatlarını təhlil etdiyini bildiriblər.Jalə

Qazaxıstanda təyyarə qəzaya uğrayıb, pilot ölüb 

Qazaxıstanın Pavlodar vilayətində “An-2” təyyarəsi qəzaya uğrayıb.“Tengrinews” bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.Kimyəvi işlər aparan təyyarənin elektrik xətlərinə toxunduğu bildirilir.Təyyarədə iki ekipaj üzvü olub.Hadisə nəticəsində bir pilot ölüb. İkinci pilot Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təyyarədən çıxarılıb.

İranın Ermənistana satdığı silah ilk dəfə üzə çıxdı - FOTO 

Ermənistan İran istehsalı olan AD-08 “Majid” qısa mənzilli hava hücumundan müdafiə sistemini əldə edib.Oxu24.com  xəbər verir ki, bununla da Ermənistan sözügedən HHM kompleksinin ilk xarici operatoru olub.Məlumata görə, sistem İran və Ermənistan arasında 2024-cü ilin iyulunda imzalanmış 500 milyon dollarlıq gizli silah müqaviləsi çərçivəsində tədarük edilib.Qeyd edək ki, AD-08 “Majid”  Elektro-optik və infraqırmızı hədəf aşkarlama sistemi ilə çalışır və o radar siqnallarından minimum istifadə etdiyi üçün aşkarlanması çətin hesab olunur.AD-08 “Majid” sistemi dronları, helikopterləri və aşağı hündürlükdə uçan digər hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Kompleks həmçinin qanadlı raketlərə qarşı yaxın məsafəli müdafiə təmin edir. Sistem hava hədəflərini elektro-optik və infraqırmızı avadanlıqlar vasitəsilə aşkarlayır, radar istifadə etmədən onları gizli şəkildə izləyərək zərərsizləşdirə bilir. AD-08 “Majid” eyni anda bir neçə hədəfə qarşı fəaliyyət göstərmək imkanına malikdir. Mobil platforma üzərində yerləşdirildiyi üçün sürətli mövqe dəyişərək operativ hava müdafiəsi yaratmağa imkan verir.

SEPAH onlara icazə verdi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 25 gəminin Hörmüz boğazından keçidinə icazə verib.Oxu24.com  xəbər verir ki, bu barədə SEPAH-ın "Telegram" kanalında məlumat paylaşılıb."Hər hansı pozuntunun qarşısı sərt şəkildə alınacaq", - məlumatda bildirilib.SEPAH-ın Hərbi Dəniz Qüvvələrindən vurğulanıb ki, Hörmüz boğazına nəzarət tam qətiyyətlə həyata keçirilir.Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində

ABŞ ilə Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Azərbaycanının rəngləri ilə işıqlandırılıb.Oxu24.com  xəbər verir ki, işıqlandırma mərasimi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.Kanadada yaşayan soydaşlarımız Azərbaycan bayraqlarını dalğalandıraraq mərasimi böyük sevinc və coşqu ilə izləyiblər. Milli rəqsimizin sədaları altında rəqs edib, bayram sevinclərini şəlalənin füsunkar görüntüsünün fonunda foto çəkdirən ziyarətçilərlə bölüşüblər.Hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında məlumat verilib.Demokrat.az

Pakistanda zəlzələ baş verib, ölən və yaralananlar var 

Pakistanın Pəncab əyalətinin şimalındakı Celam dairəsində baş verən zəlzələ nəticəsində ən azı bir nəfər həlak olub, daha 11 nəfər yaralanıb.Oxu24.com xəbər verir ki, bu barədə "Dawn" nəşri yerli administrasiyaya istinadən məlumat yayıb.Məlumata görə, maqnitudası 4,8 olan zəlzələnin ocağı 12 km dərinlikdə yerləşib, episentr Celamdan 58 km cənub-qərbdə olub. Hadisə nəticəsində 10 ev zədələnib.Hadisə yerinə polis, xilasetmə xidməti və yerli administrasiyanın nümayəndələri cəlb edilib. Axtarış-xilasetmə işləri davam edir."12 yaralı tibb mərkəzinə çatdırılıb, onlardan səkkizi sonradan xəstəxanaya köçürülüb. Bir yeniyetmənin həlak olduğu üzə çıxıb", - məlumatda qeyd edilib

İttifaq&nbsp;&quot;Google&quot;u cərimələməyə hazırlaşır

Avropa İttifaqı antiinhisar araşdırmasının yekunlarına əsasən, "Google" şirkətini yüz milyonlarla avro məbləğində cərimələməyi planlaşdırır. Modern.az bu barədə xarici mediaya istinadla xəbər verir. Müvafiq qərarın hazırlanması yekun mərhələdədir və onun yay tətili başlamazdan əvvəl elan olunması planlaşdırılır. Nəşr qeyd edir ki, &...

Çində robotlara&nbsp;&ldquo;şəxsiyyət vəsiqəsi&rdquo; verilir

Çin humanoid robotlara “şəxsiyyət vəsiqəsi” verməyə başlayıb. Modern.az xəbər verir ki, bu barədə TNW platforması məlumat yayıb. Artıq 28 mindən çox robot qeydiyyatdan keçib. Çin humanoid robotların idarə olunması və izlənməsi üçün yeni milli identifikasiya sistemini istifadəyə verib. Yeni sistem çərçivəsində hər humanoid rob...

Daha bir il uzatdılar

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini 2027-ci il mayın 28-dək uzadıb. Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mayın 26-da təşkilatın rəsmi saytında yayımladığı bəyanatda bildirilib. "2024-cü il mayın 27-də Avropa İttifaqı sanksiya rejiminin tətbiqi barədə qərar qəbul edib. Sa...

Nazir yalın əllə iki ilan tutdu - VİDEO

ABŞ-ın səhiyyə və sosial xidmətlər naziri (HHS) Robert F. Kennedi Florida ştatındakı evinin verandasından yalın əlləri ilə iki zəhərsiz ilan tutub. Modern.az xəbər verir ki, o, həmin anın görüntülərini X səhifəsində paylaşıb. İlanlar bir-birinə dolaşmış vəziyyətdə olub. Kennedinin həyat yoldaşı, aktrisa Şeril Heyns onun bu hərəkətinə təəccübl...

İsti havada yeddi nəfər öldü

Qərbi Avropanın böyük bir hissəsini bürüyən isti hava dalğası Fransada may ayı üçün rekord temperatura səbəb olub. Modern.az xəbər verir ki, Fransada may ayının ən yüksək temperaturu bazar ertəsi və çərşənbə axşamı günləri qeydə alınıb. Milli hava xidməti olan Meteo France istiliyin həftənin sonuna qədər davam edə biləcəyi barədə xəbərdarlıq edi...

❌