Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçiriləcək. ƏƏSMN-dən verilən məlumata görə, aktiv məşğulluq tədbiri sentyabrın 8-i saat 11:30-da Kəlbəcər rayonunun Mərkəzi meydanında təşkil olunacaq. Bildirilib ki, tədbirdə işaxtaran şəxslərə dövlət və özəl sektoru təmsil edən 16 müəssisə tərəfindən mühəndis-energetik, böyük mühəndis, xidmət rəisi, növbətçi elektrik montyoru, qaynaqçı, yanacaq maşını sürücüsü, çilingər, qənnadıçı, satıcı, aşpaz və digər peşə istiqamətləri üzrə 90-dan çox vakansiya təqdim ediləcək. Qeyd olunub ki, yarmarkaya gələn […]
Şəki regional “ASAN xidmət” mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil edilib. Agentliyin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin məzunları və hazırda Mərkəzdə peşə təlimi alan gənclərin iştirakı ilə keçirilən sərgidə 16 müəllifin 8 istiqamət üzrə ümumilikdə 770 ədəd əl işi nümayiş etdirilib. Təqdim olunan əl işlərinə dərzilik nümunələri, rəssamlıq əsərləri, vitraj boya ilə hazırlanmış suvenirlər, bədii tikmə, toxuculuq məhsulları, toxunma oyuncaqlar, dulusçuluq məmulatları, […]
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
“Bakı Metropoliteni” QSC-yə məxsus metropoliten obyektlərində yerləşən qeyri-yaşayış sahələrinin aylıq icarə qiymətləri məlum olub. Sözügedən obyektlərin minimum icarə qiymətləri 200-600 manat arasında dəyişir. Bunlar “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası”, “Bakmil”, “Qara Qarayev”, “Xalqlar Dostluğu”, “Xətai” və “Dərnəgül” stansiyalarının ərazisində yerləşən obyektlərdir. Belə ki, Bakı metrosunun “İçərişəhər” stansiyasında “B” zonasında, ümumi sahəsi 35,4 kvadrat metr olan obyekt icarəyə verilir. Obyektin minimum icarə qiyməti 3 min manat təşkil edir. Eyni zamanda depozit qiyməti də 3 min manatdır. Ərazidə aylıq sərnişin axını 506 min nəfərdir. […]
Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. İdarənin “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “təzə soğan” yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib. Yoxlama zamanı üzərinə yük yığılan taxta paletlərin alt hissəsində kustar üsulla düzəldilən saxlanc yerində gömrük nəzarətindən gizlədilən 80 bağlamada xalis təmiz çəkisi […]
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,02 dollar və ya 2.96% artaraq 104.98 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 101.96 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Sentyabrın 2-də gecə saatlarında Sabunçu rayonunun Maştağa qəsəbəsində Savalan yaşayış massivinin yaxınlığından keçən magistral yeraltı neft kəmərində yanğın baş verməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın söndürüldükdən sonra əraziyə baxış zamanı neft kəmərinə qanunsuz müdaxilə məqsədi ilə əlavə avadanlıqların quraşdırıldığı müəyyən edilib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində neft kəmərinə qanunsuz müdaxilə edərək oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən 31 yaşlı Kənan Əliyev və əvvəllər məhkum olunmuş 29 yaşlı Araz Yaqubov müəyyənləşdirilərək […]
Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya hava məkanının mülki aviasiya üçün təhlükəli olması barədə bəyanatından sonra “Rosaviasiya” ölkənin bir sıra hava limanlarından uçuşları dayandırıb. Sentyabrın 3-ü səhər saatlarından etibarən Moskvanın “Şeremetyevo”, “Domodedovo” və “Vnukovo”, həmçinin Yaroslavl, Gelendjik və Soçi hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Yaranmış vəziyyət Rusiya ilə Azərbaycan arasındakı uçuşlara da təsir edib. Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumatına görə, aşağıdakı reyslərin statusu qeyri-müəyyəndir:“UTair” aviaşirkətinin Moskvadan (“Vnukovo”) Bakıya planlaşdırılan UT 745 reysi (yerli vaxtla 14:05-də enməli idi). “Aeroflot” şirkətinin […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 2025-2026-cı tədris ilində Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüşüb. Görüşdə Neftçala Rayon İcra Haikimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Neftçala rayonu üzrə Təhsil Sektorunun müdiri, məktəb direktorları, müəllimlər, imtahanlarda yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 2025-2026-cı tədris ilində Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüşüb. Görüşdə Neftçala Rayon İcra Haikimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Neftçala rayonu üzrə Təhsil Sektorunun müdiri, məktəb direktorları, müəllimlər, imtahanlarda yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Yenikənd və Qırmızı Şəfəq kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib və şəhid Süleymanov Seymur Əvəzağa oğlunun büstü önünə gül […]
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə Bakının Binəqədi rayonunun Mirmahmud Kazımovski və Elçin Əzizov küçələrində, eləcə də Xəzər rayonunun Türkan–Hövsan şossesində və Suraxanı rayonunun Elzar Yusubov küçəsində təmir işləri aparır. Redaksiya bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, sabah saat 09:00-dan etibarən isə Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində təmir işlərinə başlanılacaq. “Təmir işlərinin gedişindən asılı olaraq, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. […]
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Qeyd edək ki, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Bişkekə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün gəliblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib. “Manas” beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşıladı.
Sentyabr ayına olan hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorlogiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabr ayı yay və payız fəsilləri arasında keçid ayı kimi xarakterizə olunur. Bu səbəbdən də ay ərzində həm isti, həm də soyuq dövr üçün xarakterik olan sinoptik proseslər müşahidə olunur. Bu ilin sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində əsasən dağlıq […]
Salyan şəhərində 44 günlük Vətən Müharibəsi şəhidi Tağıyev Əli Rahil oğlunun anadan olmasının 25-ci ildönümü münasibətilə ailəsi ziyarət olunub. Ziyarətdə Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Heydər Quliyev, rayon təşkilatının əməkdaşları və fəalları iştirak ediblər. Görüş zamanı çıxış edənlər Əli Tağıyevin Vətən qarşısında göstərdiyi fədakarlıqdan, onun döyüş yolundan və şəhidlik zirvəsinə ucalmasından söz açıblar. Bildirilib ki, 44 […]
İran müsəlman ölkələrinin rəhbərləri, xüsusilə Qərbi Asiya və Fars körfəzinin ətrafında yerləşən ölkələrin rəhbərlərini birliyə çağırır. Bunu İranın Ali Lideri Seyid Müctəba Xamenei bu gün (30 avqust) İranda Birlik Həftəsi münasibəti ilə etdiyi müraciətdə qeyd edib. “Müsəlmanların problemlərinin çarəsi birlik, dostluq və yaxşılıq istiqamətində əməkdaşlıqdır”, – deyə o qeyd edib. İranın Ali Lideri Qərbi Asiya və Fars körfəzi ətrafında yerləşən ölkələrin öz düşmənlərini tanımağa və onlarla mübarizə aparmalarını istəyib. “ABŞ və İsrail müsəlman ölkələri arasında dostluq və birliyi istəmirlər. ABŞ […]
Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək havanın qeyri-sabit keçəcəyi, yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yarımadanın bəzi yerlərində şimşək çaxacağı, 31-i axşam isə yağışın intensiv və qısamüddətli güclü olacağı ehtimalı var. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar […]
Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vətəndaşlara müraciətində bildirilir. “Sürətli magistral və ödənişli avtomobil yollarının kənarlarında quraşdırılan qoruyucu dəmir torlar vəhşi və ev heyvanlarının hərəkət hissəsinə çıxmasının qarşısını almaqla yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Lakin bəzi hallarda bu torların ayrı-ayrı şəxslər tərəfindən zədələnməsi və ya qırılması nəticəsində heyvanların avtomobil yoluna çıxmasına şərait yaranır. Bu isə sürücülər üçün gözlənilməz təhlükə yaradır və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır”, […]
“Aztelekom” MMC genişzolaqlı internet xidmətləri (GPON) bazarında minimum internet sürəti ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edib. Bu barədə Agentlikdən bildirilib. Məlumata görə, müraciətlə bağlı araşdırma və təhlillər davam edir. Qeyd edək ki, hazırda “Aztelekom”un GPON tarifləri üzrə minimum internet sürəti 100 Mbit/s təşkil edir. Sonuncu dəfə şirkət 2024-cü il avqust 15-də GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, […]
Bu gündən başlayaraq sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq. Məlumata görə, Aurigid meteorları Yer atmosferinə təxminən 66-67 km/s sürətlə daxil olur. Bu yüksək sürət onların atmosferdə parlaq və qısa ömürlü işıq izləri yaratmasına səbəb olur. Meteorların böyük əksəriyyəti 70-100 km yüksəklikdə tamamilə yanaraq yox olur və Yer səthinə çatmır. Bakıdan Aurigid meteorlarını müşahidə etmək üçün ən əlverişli vaxt avqustun 31-dən sentyabrın 1-nə […]
Sentyabrın 2-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına işgüzar səfərə gəlib. Cenevrə beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və digər rəsmi şəxslər qarşılayıblar.
Kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına görə cərimələr müəyyənləşib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən yeni – 371-2 maddədə əksini tapıb. Məcəlləyə əsasən, kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri, təhlükəsizlik əməliyyatları mərkəzləri, həmçinin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet informasiya ehtiyatlarının sahibləri, internet provayderlər və host provayderlər tərəfindən informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməməsinə görə, yəni: – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və […]
İcarəyə götürülmüş obyektdəki təmir xərcləri geri ödənilməyə bilər. Bu barədə Ali Məhkəmədə baxılan iş əsasında qərar qəbul olunub. Belə ki, Ali Məhkəmənin Kommersiya Kollegiyasında baxılan işlərin birində icarəçi qeyri-yaşayış sahəsində öz vəsaiti hesabına geniş həcmli təmir, yenidənqurma və yaxşılaşdırma işləri apardığını bildirərək, həmin xərclərin icarəyə verəndən tutulmasını tələb edib. Tərəflər arasında bağlanmış icarə müqaviləsində əvvəlcədən razılaşdırılıb ki, müqaviləyə xitam verildikdə daşına bilən mebel və avadanlıqlar icarəçi tərəfindən götürülə bilər, ayrılmaz yaxşılaşdırmalar və digər avadanlıqlar isə icarəyə verənin mülkiyyətində qalır. Ali […]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən rəqəmsal iqtisadiyyatın inkişafı və sosial media platformaları üzərindən gəlir əldə edən şəxslərin (blogerlərin və infulenserlərin) fəaliyyətinin hüquqi çərçivədə tanınması, eləcə də uçotun şəffaflaşdırılması istiqamətində rəqəmsal vergi inzibatçılığının təkmilləşdirilməsi davam etdirilir. Son illərdə sosial şəbəkələr və digər rəqəmsal platformalar üzərindən reklam, marketinq, məhsul və xidmətlərin təşviqi, məzmun istehsalı, canlı yayımlar, eləcə də müxtəlif əməkdaşlıq layihələri vasitəsilə gəlir əldə edən şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, iqtisadi fəaliyyət növlərinin mövcud təsnifatında bu sahənin […]
Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. “Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb. Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib. Xəsarət alan olmayıb”, – deyə bildirilib.
“Sosial şəbəkələrdə Yasamal rayonundakı 98 saylı uşaq bağçasına cəlb olunmuş azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə edilməsi, habelə aparılmış tibbi müayinələr zamanı orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələrin aşkarlanması barədə yayılan məlumatlar dərhal nəzarətə götürülüb”. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, azyaşlının valideynləri Dövlət Komitəsinə dəvət olunub, onlardan məsələ ilə bağlı ətraflı məlumat alınıb. ”Faktın bütün təfərrüatları ilə birlikdə obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunmasının […]
Sentyabrın 1-i gündüzdən 2-si axşamadək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
Azərbaycan Respublikası Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul olunub. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu üzvlük Azərbaycana bir sıra mühüm imkanlar yaradacaq. DCO platforması vasitəsilə ölkə qabaqcıl rəqəmsal siyasətlərə, təcrübə mübadiləsinə və beynəlxalq standartlara çıxış əldə edəcək. “Eyni zamanda yerli startaplar üzv ölkələrin bazarlarına, birgə akselerasiya proqramlarına və vençur fondlarına çıxış imkanı qazanacaq. Gənclər və İKT mütəxəssisləri üçün birgə təlim və sertifikasiya proqramları vasitəsilə rəqəmsal bacarıqların artırılması sürətlənəcək, elektron ticarət və data əsaslı biznes […]
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan arasında görüş keçirilib. Bu barədə Hikmət Hacıyev “X” hesabında paylaşım edib. Görüş Qırğızıstanın paytaxtı Bişkekdə baş tutub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə Bakının Binəqədi rayonunun Mirmahmud Kazımovski və Elçin Əzizov küçələrində, eləcə də Xəzər rayonunun Türkan–Hövsan şossesində və Suraxanı rayonunun Elzar Yusubov küçəsində təmir işləri aparır. Redaksiya bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, sabah saat 09:00-dan etibarən isə Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində təmir işlərinə başlanılacaq. “Təmir işlərinin gedişindən asılı olaraq, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. […]
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Qeyd edək ki, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Bişkekə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün gəliblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib. “Manas” beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşıladı.
Sentyabr ayına olan hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorlogiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabr ayı yay və payız fəsilləri arasında keçid ayı kimi xarakterizə olunur. Bu səbəbdən də ay ərzində həm isti, həm də soyuq dövr üçün xarakterik olan sinoptik proseslər müşahidə olunur. Bu ilin sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində əsasən dağlıq […]
Salyan şəhərində 44 günlük Vətən Müharibəsi şəhidi Tağıyev Əli Rahil oğlunun anadan olmasının 25-ci ildönümü münasibətilə ailəsi ziyarət olunub. Ziyarətdə Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Heydər Quliyev, rayon təşkilatının əməkdaşları və fəalları iştirak ediblər. Görüş zamanı çıxış edənlər Əli Tağıyevin Vətən qarşısında göstərdiyi fədakarlıqdan, onun döyüş yolundan və şəhidlik zirvəsinə ucalmasından söz açıblar. Bildirilib ki, 44 […]
İran müsəlman ölkələrinin rəhbərləri, xüsusilə Qərbi Asiya və Fars körfəzinin ətrafında yerləşən ölkələrin rəhbərlərini birliyə çağırır. Bunu İranın Ali Lideri Seyid Müctəba Xamenei bu gün (30 avqust) İranda Birlik Həftəsi münasibəti ilə etdiyi müraciətdə qeyd edib. “Müsəlmanların problemlərinin çarəsi birlik, dostluq və yaxşılıq istiqamətində əməkdaşlıqdır”, – deyə o qeyd edib. İranın Ali Lideri Qərbi Asiya və Fars körfəzi ətrafında yerləşən ölkələrin öz düşmənlərini tanımağa və onlarla mübarizə aparmalarını istəyib. “ABŞ və İsrail müsəlman ölkələri arasında dostluq və birliyi istəmirlər. ABŞ […]
Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək havanın qeyri-sabit keçəcəyi, yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yarımadanın bəzi yerlərində şimşək çaxacağı, 31-i axşam isə yağışın intensiv və qısamüddətli güclü olacağı ehtimalı var. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar […]
Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vətəndaşlara müraciətində bildirilir. “Sürətli magistral və ödənişli avtomobil yollarının kənarlarında quraşdırılan qoruyucu dəmir torlar vəhşi və ev heyvanlarının hərəkət hissəsinə çıxmasının qarşısını almaqla yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Lakin bəzi hallarda bu torların ayrı-ayrı şəxslər tərəfindən zədələnməsi və ya qırılması nəticəsində heyvanların avtomobil yoluna çıxmasına şərait yaranır. Bu isə sürücülər üçün gözlənilməz təhlükə yaradır və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır”, […]
“Aztelekom” MMC genişzolaqlı internet xidmətləri (GPON) bazarında minimum internet sürəti ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edib. Bu barədə Agentlikdən bildirilib. Məlumata görə, müraciətlə bağlı araşdırma və təhlillər davam edir. Qeyd edək ki, hazırda “Aztelekom”un GPON tarifləri üzrə minimum internet sürəti 100 Mbit/s təşkil edir. Sonuncu dəfə şirkət 2024-cü il avqust 15-də GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, […]
Bu gündən başlayaraq sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq. Məlumata görə, Aurigid meteorları Yer atmosferinə təxminən 66-67 km/s sürətlə daxil olur. Bu yüksək sürət onların atmosferdə parlaq və qısa ömürlü işıq izləri yaratmasına səbəb olur. Meteorların böyük əksəriyyəti 70-100 km yüksəklikdə tamamilə yanaraq yox olur və Yer səthinə çatmır. Bakıdan Aurigid meteorlarını müşahidə etmək üçün ən əlverişli vaxt avqustun 31-dən sentyabrın 1-nə […]
Təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məhdudiyyətlər aşağıdakı ünvanlarda tətbiq olunacaq: – Suraxanı rayonu, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində – avqustun 27-si saat 22:00-dan; – Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsində – avqustun 27-si saat 22:00-dan; – Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində – avqustun 28-i saat 20:00-dan; – Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan […]
Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək. Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu tutulma qismən Ay tutulması olacaq. Yəni Yerin kölgəsi Ayı tamamilə örtməyəcək. Belə ki, qismən Ay tutulması Ay Yerlə Ayın orbitinin kəsişmə nöqtəsinə tam düşmədiyi halda baş verir. Tutulma 28 avqust saat 05:23-də başlayacaq, saat 11:01-də bitəcək. Bu tutulma Avropa, Afrika, Şimali və Cənubi Amerika, Sakit, Atlantik və Hind Okeanında müşahidə olunacaq. Azərbaycan üçün 05:35-də artıq mülki alaqaranlıq vaxtıdır və […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Ərəbqardaşbəyli və Bala Surra kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib və şəhid Süleymanov Seymur Əvəzağa oğlunun büstü önünə gül […]
Bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə sabah start verilir. Abituriyentlər qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumat yayıb. Bildirilib ki, qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-a qədər davam edəcək. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər. Abituriyentlər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” […]
Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə 24-25 avqust tarixlərində 50 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə Xankəndi, Şuşa və Laçın şəhərlərini əhatə edən tanışlıq səfəri təşkil olunub. Səfərin əsas məqsədi iştirakçıları Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı, zəngin mədəni-tarixi irsi, təbii turizm resursları, mövcud turizm infrastrukturu və formalaşmaqda olan yeni turizm məhsulları ilə yaxından tanış etmək olub. Təcrübə əsaslı proqram çərçivəsində iştirakçılar regionun müxtəlif turizm məkanlarına səfər edərək, yerli qonaqpərvərlik imkanları ilə tanış olub və turizm marşrutlarına daxil edilə biləcək […]
“Tam istədiyiniz market” sloqanı ilə fəaliyyət göstərən “Tamstore” marketlər şəbəkəsi Binəqədi qəsəbəsində yubiley – 100-cü mağazasını müştərilərin xidmətinə verməklə qarşıya qoyduğu üçillik strateji inkişaf hədəfini nəzərdə tutulan müddətdən daha tez yerinə yetirib. Bu gün açılan yeni Binəqədi mağazası ilə şəbəkənin ümumi sayı 100 olub. Şirkət hazırda 300-dən çox ofis əməkdaşı, həmçinin 4000-ə yaxın mağaza personalı ilə “mini”, “city” və “super” olmaqla üç fərqli formatda müştərilərə xidmət göstərir. Yubiley açılışı münasibətilə mediaya açıqlama verən “Tamstore” Marketlər Şəbəkəsinin baş icraçı direktoru Ceyhun […]
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb. Məktubda qeyd olunub: “Hörmətli Mehriban Arif qızı. Sizə olan dərin ehtiramımı və doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, rifah, tükənməz enerji, xoşbəxtlik və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın möhkəmləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm. Əminəm ki, ikitərəfli qarşılıqlı fəaliyyət bundan sonra da uğurla inkişaf edəcək, yeni birgə təşəbbüs və layihələrin […]
Dünya şöhrətli aktyor Ceki Çanın rol aldığı “Armour of God 4: Ultimatum” filminin Bakıda aparılan çəkilişləri başa çatıb. Beynəlxalq kino layihəsinin Azərbaycandakı tibbi dəstək tərəfdaşı Mərcan Hospital olub. Mərcan Hospital tərəfindən film heyətinin tibbi təhlükəsizliyinin təmin olunması üçün peşəkar tibbi komanda və təcili tibbi yardım avtomobili çəkiliş meydançasında xidmət göstərib. Tibbi komanda aktyorlar, kaskadyorlar və çəkiliş heyətinin digər üzvlərinə zərurət yarandığı hallarda operativ tibbi yardım göstərib. İntensiv çəkiliş qrafiki və kaskadyorların iştirakı ilə hazırlanan səhnələr tibbi xidmətin operativ və fasiləsiz […]
Dünya şöhrətli aktyor Ceki Çanın rol aldığı “Armour of God 4: Ultimatum” filminin Bakıda aparılan çəkilişləri başa çatıb. Beynəlxalq kino layihəsinin Azərbaycandakı tibbi dəstək tərəfdaşı Mərcan Hospital olub. Mərcan Hospital tərəfindən film heyətinin tibbi təhlükəsizliyinin təmin olunması üçün peşəkar tibbi komanda və təcili tibbi yardım avtomobili çəkiliş meydançasında xidmət göstərib. Tibbi komanda aktyorlar, kaskadyorlar və çəkiliş heyətinin digər üzvlərinə zərurət yarandığı hallarda operativ tibbi yardım göstərib. İntensiv çəkiliş qrafiki və kaskadyorların iştirakı ilə hazırlanan səhnələr tibbi xidmətin operativ və fasiləsiz […]
Prezident İlham Əliyev “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. Bu barədə Prezident İlham Əliyevin “X” sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşımda qeyd olunub. “”Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması […]
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinə yeni direktor təyinatı olub. Sözügedən vəzifəyə Natəvan Həsənova təyin edilib. O bu gün kollektivə təqdim olunub. Qeyd edək ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru olan Natəvan Həsənova 2004-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrində, 2007-ci ildən isə Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir.
Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri və baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova da tələbə adını qazanıb. Redaksiya bildirir ki, bu barədə “Qafqazinfo”ya şəhid xanımı özü məlumat verib. Fatimə İsmayılova Odlar Yurdu Universitetində “Turizm işinin təşkili” ixtisasına qəbul olunub. Qeyd edək ki, “Hadrut fatehi” Camal İsmayılov 2020-ci il oktyabrın 21-i Laçın dəhlizinə nəzarəti ələ almaq üçün gedən döyüşlərdə şəhid olub. O, şəhidlik zirvəsinə ucalandan sonra 3-cü övladı dünyaya gəlib. Körpəsinin üzünü görmək ona qismət olmasa da, […]
Ağcabədi rayonunun Yuxarı Qiyamədinli kəndindən olan bir ailədə bu il tələbə sevinci üçqat yaşanıb. Modern.az xəbər verir ki, ana və iki övladı eyni vaxtda ali məktəbə qəbul olunublar. Ana Mirzəyeva Ülkər 39 yaşındadır. O, Sumqayıt Dövlət Universitetinin sosial iş ixtisası üzrə təhsil alacaq. Övladları Məryəm və Mövlud da yüksək bal toplayaraq qəbul imtahanlarında uğur qazanaraq tələbə adını əldə ediblər. Qızı Mirzəyeva Məryəm 653 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Oğlu Mirzəyev Mövlud isə 570 bal toplayaraq Azərbaycan […]
Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb. Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, Qara Qarayev prospekti 52, Elşən Süleymanov küçəsi 137, 139, Nəsimi küçəsi 20, 22, 33, 37 və Kamil Balakişiyev küçəsi 49/18 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər […]
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma, həmçinin ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni və “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı imzaladılar. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında kinologiya […]
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün – avqustun 23-ü ölkəmizdə dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı kimi qeyd olunur. Müstəqil Azərbaycanın dövlət mühafizə sisteminin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin bu sahədə müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən illər ərzində dövlət mühafizəsi sistemi təkmilləşdirilib, bu sahədə xidmətin səmərəli təşkili və təhlükəsizliyin etibarlı təmin olunması […]
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib. “Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.
Niderlandın Məlumatların Mühafizəsi İdarəsi Avropanın məlumatların mühafizəsi qaydalarını pozduğuna görə “Uber”i 825 milyon avro (966 milyon dollar) cərimələmək qərarına gəlib. Bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunub ki, şirkət bu barədə onlara kifayət qədər məlumat vermədən avtomatik sistemlərin köməyi ilə sürücü hesablarını blok edib. Bu cərimə Avropa İttifaqının Ümumi Məlumatların Mühafizəsi Reqlamentinin tətbiq edildiyi dövr ərzində ikinci ən böyük cərimə ola bilər. Bundan daha böyük yalnız avropalı “Facebook” istifadəçilərinin məlumatlarının ABŞ-yə qanunsuz ötürülməsinə görə 2023-cü ildə İrlandiya tərəfindən “Meta”ya tətbiq […]
“Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib. “Bu, son beş ildə mənim üçüncü dövlət və ümumilikdə qardaş ölkəyə yeddinci səfərimdir. Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir. Ənənəvi olaraq bu səfərlər müstəsna qonaqpərvərlik, qardaşlıq, səmimiyyət və qarşılıqlı anlaşma […]
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Bu barədə Mərkəzi Bankın məlumatında bildirilib. Qeyd olunub ki, AMB tərəfindən aparılan monitorinqlər zamanı bəzi xarici investisiya platformalarının Azərbaycanda internet resursları, sosial media, təlim proqramları, seminarlar və digər marketinq vasitələri ilə təşviq edildiyi, ölkə rezidentlərinin həmin platformalara cəlb olunduğu müəyyənləşdirilib. Mərkəzi Bank vurğulayıb ki, xarici ölkələrin tənzimləyici qurumları tərəfindən verilmiş lisenziyanın olması həmin platformaya Azərbaycan ərazisində investisiya xidmətləri göstərmək və ya bu xidmətləri […]
Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayı artırılacaq. Bu, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında öz əksini tapıb. Belə ki, Proqramın aralıq nəticəsi kimi, 28 hədəf turizm ölkəsinin vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqinin təmin edilməsi nəzərdə tutulur. Yekun hədəf isə bu göstəricinin 34 ölkəyə çatdırılmasıdır. Tədbirin icra müddəti 2026-2030-cu illəri əhatə edir. Qeyd edək ki, Azərbaycan vətəndaşları hazırda 95 ölkəyə vizasız səfər edir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mərkəzi Afrika Respublikasına başsağlığı verib. Bu barədə XİN-in “X” hesabında məlumat verilib. “Mərkəzi Afrika Respublikasında çoxsaylı insanın həyatını itirməsinə və xəsarət almasına səbəb olan qızıl mədənində baş vermiş ölümcül qəza xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə, eləcə də Mərkəzi Afrika Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayır, hadisədən zərər çəkən hər kəsin mümkün qədər qısa müddətdə təhlükəsizliyinin təmin olunacağına ümid edirik”, – deyə məlumatda bildirilib. Qeyd […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Mürsəqulu kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib. Səyyar qəbul zamanı Xol Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış […]
1992-ci il mayın 18-də Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Laçının işğalı Azərbaycan ərazilərinin işğalına gedən yolun mühüm mərhələlərindən birinə çevrildi. Laçının strateji əhəmiyyəti onun Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaratması ilə bağlı idi. 1992-ci ildə Şuşa və Laçının itirilməsi ölkənin təhlükəsizlik və ərazi bütövlüyü baxımından ağır nəticələr doğurdu. İşğal nəticəsində Laçın əhalisi doğma yurd-yuvasından didərgin salındı, yüzlərlə insan həlak oldu və itkin düşdü. Rayonun sosial, mədəni və iqtisadi infrastrukturu dağıdıldı, tarixi-mədəni irsə ciddi […]
Abşeronda tanınmış vəkil saxlanılıb. Redaksiya “Unikal”a istinadən xəbər verir ki, Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində çox sayda vətəndaş şikayətinin olduğu bildirilir. Amma vəkilin tam olaraq hansı səbəbdən saxlanılması məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsində Penitensiar xidmət rəisinin köməkçisi Rauf Qasımzadə öz arzusu ilə vəzifəsindən azad edilib. Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb. Nazirin əmri ilə Qasımzadə ədliyyə orqanlarında xidmətini yekunlaşdırıb. Qeyd edək ki, Rauf Qasımzadənin atası general-mayor Aydın Qasımov uzun illər eyni orqanda yüksək vəzifələrdə çalışıb. O, uzun müddət ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi və məhkəmə qərarlarının icrası baş idarəsinin rəisi işləyib. R.Qasımzadə özü isə 2 il əvvəl ədliyyə nazirinin müavini […]
Nüfuzlu jurnalda yenilənmiş 100 manat barədə məqalə dərc edilib Nağd pul və valyuta sahəsinin nüfuzlu nəşrlərindən hesab edilən “Currency News” jurnalının iyul sayında Azərbaycanın yenilənmiş 100 manatlıq pul nişanına həsr olunan məqalə dərc edilib. “Azərbaycanın yenilənmiş 100 manatı: iqtisadiyyat və inkişafın milli ifadəsi” sərlövhəli məqalədə yeni pul nişanının dizaynı, konsepsiyası və müasir mühafizə elementləri barədə ətraflı məlumat verilib. Nəşr qeyd edir ki, “Müstəqil Azərbaycan” konsepsiyası çərçivəsində hazırlanan 100 manatlıq pul nişanının əsas mövzusu “İqtisadiyyat və inkişaf”dır. Kağız pul nişanının bədii […]
Naxçıvan Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələr sistemində getdikcə daha mühüm mövqe qazanan ərazilərdən birinə çevrilir. Bunun əsas səbəbi muxtar respublikanın coğrafi mövqeyi ilə yanaşı, nəqliyyat, enerji, sənaye və logistika imkanlarının paralel şəkildə inkişaf etdirilməsidir. Xüsusilə Azərbaycanın böyük qələbəsindən sonra regionda yeni kommunikasiya imkanlarının formalaşması Naxçıvanın əhəmiyyətini daha da artırır. Naxçıvanın Türkiyə ilə birbaşa əlaqəsi, nəqliyyat bağlantılarının genişləndirilməsi perspektivi və daha geniş mənada Şərq-Qərb marşrutları ilə inteqrasiya imkanları beynəlxalq tərəfdaşların diqqətini bu regiona yönəldir. Prezident İlham Əliyev bu bölgəyə səfəri […]
Bu gün Azərbaycanda sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur. Avqustun 18-i ölkədə sərhəd mühafizəsinin yaradılmasının 107-ci ildönümünə təsadüf edir. Azərbaycanda sərhəd mühafizəsinin institusional əsasının qoyulması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul edib. Müstəqillik dövründə sərhəd mühafizə sisteminin inkişafı Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra milli sərhəd mühafizə sisteminin formalaşdırılması dövlət təhlükəsizliyinin əsas istiqamətlərindən birinə çevrildi. Bu sahədə […]
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, 18 avqust saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır. Namizədlər 21 avqust saat 17:00-dək [miq.edu.az/direktor] linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər. Bildirilib ki, proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarətdir. Seçim mərhələsində namizədlərin təqdim […]
Avqustun 18-i və 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 29-32 dərəcə isti olacağı gözlənilir. Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Onun sözlərinə görə, bölgələrdə də yaxın iki gün ərzində – avqustun 18-i və 19-da əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. “Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. […]
İran ABŞ və İsraillə münaqişədə faktiki olaraq qalib gəlib, belə ki, həmin ölkələr qarşıdurmanın gedişində bəyan etdikləri məqsədlərdən heç birinə nail olmayıblar. Bunu İran Parlamentinin sədir Məhəmməd Baqir Qalibaf bildirib. “Mən bunu ürəkdən deyirəm: biz bu müharibədə həm hərbi, həm də siyasi baxımdan həqiqətən qalib gəlmişik”, – deyə o bildirib. Bununla yanaşı, Qalibaf vurğulayıb ki, İranın qələbəsindən danışılması ABŞ silahlı qüvvələrinin tamamilə məğlub edildiyi anlamına gəlmir. Onun sözlərinə görə, Tehran ilk növbədə onu əsas tutur ki, ABŞ və İsrail münaqişənin […]
Ötən gün vəfat edən general-mayor Abbasəli Novruzov bu gün Hərbi Memorial Məzarlıqda dəfn edilib. Redaksiya AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev, DSX-nin və Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər. Mərasimdə tabutun büküldüyü üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim olunub. Xatırladaq ki, A.Novruzov ötən gün səhər 89 yaşında dünyasını dəyişib. O, uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib. 1993-cü ildə Heydər Əliyevin […]
Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf strategiyasının geniş mənzərəsini ortaya qoyur. Bu strategiya Naxçıvanın Azərbaycanın regional nəqliyyat, enerji, sənaye və logistika sistemində daha mühüm mövqeyə çıxarılmasını nəzərdə tutur. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, ölkəmizin geosiyasi və geoiqtisadi baxımdan ən mühüm məkanlarından biridir. Muxtar respublikanın coğrafi mövqeyi, Türkiyə və İranla sərhədləri, tarixi-mədəni irsi bu bölgənin inkişafına xüsusi yanaşma tələb edir. Prezident İlham Əliyevin müsahibəsində də məhz bu amillər fonunda Naxçıvanın gələcəyinə dair […]
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində gömrük orqanına bəyan edilməyən 17 ədəd mobil telefon, xeyli sayda mobil telefon ehtiyat hissələri və aksesuarları aşkar edilib. İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çamadanına gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı çamadandan gömrük orqanına bəyan edilməyən müxtəlif parametrlərə malik ümumilikdə, 17 ədəd “Iphone” markalı mobil telefon, müxtəlif markalı mobil telefonlara aid 190 ədəd ekran və aksesuarlar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq. Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun ucqar kəndi olan Sahiloba kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib. Səyyar qəbul zamanı Sarıqamış kənd inzibati ərazi dairəsi üzrə […]
Xocavənddə buldozer minaya düşüb, iki nəfər xəsarət alıb. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində 2026-cı il 12 avqust tarixində mina partlayışı hadisəsi baş verib. Xocavənddə buldozer minaya düşüb, iki nəfər xəsarət alıb: “Qazax rayon sakini 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı Tovuz rayon sakinləri 1989-cu il təvəllüdlü […]
Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər. Mərkəz bu gündən etibarən vətəndaşlara xidmət göstərir. Mərkəzin ümumi sahəsi, təxminən 3500 kvadratmetrdir. Burada gün ərzində 500-600 vətəndaşa xidmət göstəriləcək. Yüzdən çox əməkdaşın çalışdığı Mərkəzdə 50-yə yaxın könüllü “Könüllü DOST” proqramı çərçivəsində müxtəlif subproqramlar üzrə vətəndaşlara dəstək olacaqlar. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov jurnalistlərə müsahibəsində bildirib ki, Mərkəzin binası müasir üslubda […]
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker və Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan arasında üçtərəfli görüş baş tutub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tarixi Vaşinqton Sammitinin birinci ildönümünə təsadüf edən görüş Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə həsr olunub. Görüş zamanı tərəflər “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsü ilə bağlı son vəziyyəti müzakirə edib, maneəsiz regional bağlantının, iqtisadi inkişafın və davamlı […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verdi. Bildirildi ki, Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının (güzəştli mənzillər) tikintisi üçün 5 hektara yaxın torpaq sahəsi ayrılıb. Kompleksdə 6 və 7 mərtəbəli 16 bina inşa ediləcək. Burada 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı, 37 dördotaqlı olmaqla, ümumilikdə 518 […]
Yaponiyanın avtomobil istehsalçısı Toyota ABŞ-də 508 mindən çox avtomobili geri çağırır. Buna səbəb cihazlar panelinin əsas məlumatları göstərməsinə mane ola biləcək displeylə bağlı problemdir. Bu barədə ABŞ-nin Yol Hərəkəti Təhlükəsizliyi üzrə Milli İdarəsi-nin (NHTSA) məlumatında deyilir. Geri çağırma 2025-2026-cı illərdə buraxılmış hibrid “Camry” avtomobillərinə şamil olunur. Qeyd olunur ki, avtomobil işə salındıqda displey nasazlıq verə və qəza işıqlarının, dönmə siqnallarının, təhlükəsizlik kəmərinin bağlanması barədə xəbərdarlığın və digər mühüm məlumatların göstərilməməsinə səbəb ola bilər. Geri çağırılan avtomobillərin displey proqram təminatı Toyota […]
Azərbaycanda 2025-ci ildə 149 uşaq övladlığa götürülüb. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı “Azərbaycanda hüquqpozmalar” məcmuəsində əks olunub. Qeyd edilib ki, onlardan 71-i qızlardır. Komitənin məlumatına görə, keçən il 6 uşağın övladlığa götürülməsi barədə qərarlar ləğv edilib.(“Report”)
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin “Xarici dil müəllimliyi” ixtisasına qəbul planında ötən illə müqayisədə bir sıra dəyişikliklər edilib. Modern.az saytı Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalında dərc olunan 2025 və 2026-cı illər üzrə qəbul planlarını müqayisə edib. Müqayisəyə əsasən, Azərbaycan Dillər Universitetində xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasına 2025-ci ildə 500 plan yeri ayrıldığı halda, 2026-cı ildə bu rəqəm 475-ə endirilib. Beləliklə, qəbul planında 25 yer azalıb. Universitetdə alman dili üzrə xarici dil müəllimliyində də azalma var. 2025-ci ildə 40 olan […]
Avqustun 8-də və 9-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 30, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 17, dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilib. Avqustun 8-də və 9-da ümumi çəkisi 30,5 […]
Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. Şənbə günündən etibarən Bakı şəhərinin dörd rayonunda yerləşən park və istirahət məkanları musiqi dolu axşamlara ev sahibliyi edib. Sözügedən parklar paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanları sırasındadır. Burada insanların asudə vaxtlarını rahat və mənalı keçirməsi üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları hər yaşdan olan ziyarətçilər üçün […]
Yay aylarında temperaturun yüksəlməsi təkcə insanların gündəlik həyat tərzini deyil, ailə büdcəsini də dəyişir. Qış mövsümündə əsas yük istilik və qaz xərclərinin üzərinə düşdüyü halda, yayda mənzərə tam fərqli olur. Kondisionerlərin uzun müddət işləməsi, su sərfiyyatının artması və bəzi binalarda liftlərin daha intensiv istifadəsi kommunal ödənişlərdə artımı qaçılmaz edir. Nəticədə bir çox ailə iyul və avqust aylarında əvvəlki aylarla müqayisədə daha yüksək kommunal ödənişlərlə üzləşir.Plat.az bildirir ki, “Yeni Sabah” yay aylarında artan əsas kommunal xərcləri araşdırıb. Yay mövsümündə ən çox […]
Avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar. Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı […]
11 saylı vəkil bürosunun vəkili İlqar Həmidov həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, dələduzluqda ittiham olunur. Vəkil vətəndaş şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, 11 saylı vəkil bürosunun rəhbəri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Azər Quliyevdir. Hələlik büro tərəfindən vəkilin […]
Azərbaycanda dövlət müəssisələrinin maliyyə sağlamlığının sektorlar və risk dərəcələri üzrə beynəlxalq təcrübəyə uyğun qiymətləndirilməsi üçün Fiskal Risk Reytinqi hazırlanıb. Bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilir. Sənədə əsasən, maliyyə əmsallarının hədd bazası, eləcə də həmin hədlərin riyazi-metodoloji əsaslandırılmasını ehtiva edən Təlimatlar (Pasportlar) hazırlanıb. Bundan başqa, Həmçinin 2020–2026-cı illər üzrə dövlət müəssisələrinə dair büdcə daxilolmaları (dividendlər) və büdcə xərclərinin (investisiya, subsidiyalar, borc öhdəlikləri və s.) uçot bazası yaradılmış və illər üzrə fiskal balans hesablanıb.
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş” təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2026-cı il mayın 21-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş” təsdiq edilib. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, […]
Rabitəbank Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun mexanizmi çərçivəsində MİDA layihələri üzrə güzəştli ipoteka krediti təqdim edir. Güzəştli mənzil əldə etmək hüququna malik vətəndaşlar banka yaxınlaşmadan Rabitəbankın onlayn müraciət platforması vasitəsilə ilkin kredit razılığı üçün müraciət edə bilərlər. Sənədlər tam təqdim edildiyi halda kredit cəmi 1 iş günü ərzində rəsmiləşdirilir. MİDA xətti üzrə təqdim olunan güzəştli ipoteka krediti 100 000 AZN-dək, illik 4% faiz dərəcəsi və 10%-dən başlayan ilkin ödəniş şərti ilə təqdim olunur. Kredit Azərbaycan manatı ilə rəsmiləşdirilir […]
Ali Məhkəmənin Mülki kollegiyası müəlliflik hüququ ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Bu barədə Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, işin hallarına görə, iddiaçı (Gildiya) audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatı cavabdeh şirkətin audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasında istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal etdiyini bildirərək, cavabdehin üzərinə iddiaçı ilə müqavilə bağlanılması öhdəliyi qoyulmasını və qanunvericilikdə nəzərdə tutulmuş qonorarın tutulmasını tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək […]
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, tərəflər Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Azərbaycan və Ukraynanın gələn il diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd etməyə hazırlaşdığı bir vaxtda strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Nazir Ceyhun Bayramov Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi […]
Mebel satışı ilə məşğul olan “Narıncı Mebel” MMC ləğv olunduğunu elan edib. xBu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir. Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini bildirə bilərlər. Qeyd edək ki, “Narıncı Mebel” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ülkər Kişibəyovadır. Şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 12 min manatdan çox borcu da mövcuddur.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Xoltəzəkənd kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib. Səyyar qəbul zamanı Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış […]
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 14 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb. Taxılın ümumi çəkisi 979 tondur. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək. İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları göndərilib. Eyni zamanda, indiyə qədər Azərbaycandan […]
Vicdanın səsi: Şəhid övladlarına sevinc bəxş edən insanı qaralamaq kimə xidmət edir? – FOTOLARBəzən insan düşünür: görəsən, xeyirxahlığın da cəzası olurmu? Şəhid övladlarının üzündə təbəssüm yaratmaq, onların bayram sevincinə şərik olmaq, ailələrinə diqqət və qayğı göstərmək hər kəsin bacarmadığı bir məsuliyyətdir. Bu, sadəcə təşkil olunan bir tədbir deyil, Vətən uğrunda canından keçən qəhrəmanların əmanətlərinə göstərilən hörmət və ehtiramdır. “Magen David Azərbaycan”ın təsisçisi David Seliverstovun təşkilatçılığı ilə şəhid övladları üçün keçirilən bayram tədbiri də məhz bu dəyərlərin ifadəsi idi. Uşaqların sevinc […]
Xəbər verildiyi kimi, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan 2 mənzili 5-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılıb. Hərrac vasitəsilə satışa çıxarılan mənzillərdən biri satılıb. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən, 370,4 kvadratmetr sahəsi olan mənzil 50 faiz endirimlə 5-ci dəfə satışa çıxarılaraq 463 min 125 manata alıcı tapıb. Qeyd edək ki, sabiq nazirin mənzilini alan şəxsin kimliyi barədə açıqlama verilməyib. Onu da bildirək ki, Bakı […]
“Bəzi media resurslarında və sosial şəbəkələrdə haqqımda yayılan məlumatlarla əlaqədar indiyədək susmağı üstün tutmuşam. Çünki inanıram ki, həqiqətin tələsik müdafiəyə ehtiyacı yoxdur. Lakin cəmiyyətdə yaranan suallar, eləcə də mənə göstərilən böyük dəstək bu açıqlamanı verməyi zəruri etdi. İlk növbədə bildirmək istəyirəm ki, haqqımda yayılan materiallarda istifadə olunan bəzi şəkillər fotomontaj yolu ilə hazırlanıb, görüntülər manipulyasiya edilib və ictimai rəyi məqsədli şəkildə yanlış istiqamətə yönəltməyə xidmət edir. Fikir ayrılığı və tənqid demokratik cəmiyyətin ayrılmaz hissəsidir. Ancaq saxta vizual materiallardan istifadə nə […]
İnsan illərlə özünü prinsipial müxalifətçi kimi təqdim edir, hakimiyyəti sərt şəkildə tənqid edir, dövlətin bütün fəaliyyətini yanlış hesab edir, lakin ölkənin ən böyük uğurlarından biri əldə olunduqdan sonra birdən-birə “mən də iqtidarın yanındayam” deməyə başlayırsa, bu, siyasi prinsipdən daha çox siyasi fürsətçülük təsiri bağışlayır. Əgər doğrudan da iqtidarın siyasəti doğru idisə, bunu otuz il ərzində niyə görmürdün? Əgər yanlış idisə, Qarabağ Zəfəri həmin siyasətin mahiyyətini birdən-birə necə dəyişdi? Dövlətin uğuru baş verəndən sonra mövqe dəyişmək cəsarət deyil, hazır nəticəyə şərik […]
Bəxtiyar Məmmədov: Bakı metrosunda qatarların hərəkət intervalı 2 dəqiqəyə endiriləcəkBakı metrosunda həyata keçirilən yeni layihələr tıxacları azaldacaq, sərnişin axınını rahatlaşdıracaq. Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda Bakı Metropoliteni hər iki xətt (“Yaşıl” və “Qırmızı”) üzrə 3 dəqiqə 30 saniyədən az interval təmin edə bilmir: “Lakin layihələr başa çatdıqdan sonra qatarlararası maksimal interval 2 dəqiqəyə enəcək. Digər istiqamətlərdə isə ehtiyat qatarlar nəzərdə tutulacaq və sərnişin axınının tənzimlənməsi daha səmərəli təşkil ediləcək”. B. Məmmədov […]
Abşeron rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 5 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin özünü mənzil almaq istəyən müştəri kimi təqdim edərək mənzilə daxil olduğu və ev sahibinin diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
“Corporation-Vvide Profil of Az Metal” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə edilib. Şrkət tərəfindən 49 400 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya valyuta vəsaiti geri qaytarılmayıb. Azərbaycan Mərkəzi Bankı tərəfindən şirkət barəsində protokol tərtib edilib və iş baxılması üçün […]
5 Avqust – Azərbaycan Hərbi Dəniz Donanması Günüdür. Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılmışdır. 1919-cu ilin yayında ingilislər Bakını tərk etdikdən sonra şəhər limanının idarəsi və hərbi gəmilərin bir hissəsi Azərbaycan hökumətinə təhvil verilmişdir. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil olunmuşdur. Azərbaycan hökumətinin bu addımı ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm rol oynamışdır. 1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun rəhbərlik etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı […]
Dünya Alpagut Federasiyasının İdarə Heyətinin sədri Kutsan Vasif Namazov, Dünya Alpagut Federasiyasının Türkiyə üzrə rəsmi nümayəndəsi Metin Karadeniz və onları müşayiət edən nümayəndə heyəti Türkiyə Respublikası Gənclik və İdman nazirinin müavini cənab Hamza Yerlikaya ilə görüş keçiriblər. Görüş zamanı Alpagut idman növünün beynəlxalq səviyyədə inkişafı, Türk dünyasının ortaq mədəni irsinin qorunması, ənənəvi döyüş sənətlərinin gələcək nəsillərə ötürülməsi, eləcə də beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb. Dünya Alpagut Federasiyası olaraq, Alpagutun beynəlxalq platformalarda daha güclü təmsil olunmasına, […]
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır. Bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli qərarının icrası ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi elan edilir. “Müsabiqənin əsas məqsədi 2026/2027-ci tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsidir. Müsabiqədə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının […]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2026-cı il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşlarına medal və vəsiqələrin təqdim olunması mərasimi keçirilib. Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva bildirib ki, dövlət başçısı tərəfindən dövlət qulluqçularına göstərilən xüsusi diqqət və qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi, peşəkar fəaliyyətinin stimullaşdırılması və maddi rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər dövlət qulluğu institutunun inkişafına və dövlət-vətəndaş münasibətlərinin daha da […]
Mədəniyyət Nazirliyi region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, müsabiqə regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor və direktor müavini vəzifələrinin tutulması məqsədilə elan olunub. Direktor vəzifəsi üzrə əmək funksiyalarına teatrın fəaliyyətini Azərbaycan qanunvericiliyinə uyğun təşkil etmək; yaradıcı və inzibati idarəetmənin həyata keçirilməsinə nəzarət etmək; teatrın strateji məqsədləri və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək; repertuar siyasətini formalaşdırmaq; dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə və səmərəli istifadəsinə nəzarət etmək; […]
Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev” bədii filmini ölkə kinoteatrlarında bu günədək 200 mindən çox kinosevər izləyib. Bədii filmin bölümləri – “Tağıyev: Neft”, “Tağıyev: Çar”, “Tağıyev: Sona” və “Tağıyev: Məktəb” ölkənin aparıcı kinoteatrlarında bu müddət ərzindən geniş maraqla qarşılanan Azərbaycan filmi statusu əldə ediblər. Kinoteatrlar bununla bağlı rəsmi statistikanı açıqlayaraq “Tağıyev” bədii filmini “Ən çox izlənilən Azərbaycan filmi” elan ediblər. Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü “Tağıyev: Neft” məhz böyük […]
Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib. “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına yarımstansiya barədə məlumat verib. Bildirilib ki, bu irimiqyaslı “Yaşıl enerji” layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerjisistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə “AzərEnerji” ASC ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub. İlk mərhələdə “AzərEnerji” tərəfindən Cəbrayıl rayonunda tikilən […]
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 861 yanğına çıxış, 46 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. FHN-dən verilən xəbərə görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 59 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub, 7 nəfər tüstüdən zəhərlənib, 7 […]
Kolleclərə qəbul üzrə ixtisas seçimi başlayıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 3-dən 9-dək (saat 23:59-dək) internet vasitəsilə aparılacaq. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan […]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocavənd rayonunda humanitar minatəmizləmə əməliyyatları zamanı özəl şirkətlərdən birinin əməkdaşının piyada əleyhinə minaya düşərək xəsarət alması ilə bağlı ciddi narahatlığını ifadə edir. Baş vermiş hadisə Ombudsmanın ciddi narahatlığına səbəb olub. Ombudsman xəsarət alan əməkdaşa tezliklə şəfa diləyir, ailəsinə və yaxınlarına dərin həmrəyliyini və mənəvi dəstəyini ifadə edir. Eyni zamanda, vətəndaşları mina təhlükəsinin davam etdiyini nəzərə alaraq azad olunmuş ərazilərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yalnız müəyyən edilmiş marşrutlardan istifadə etməyə, naməlum əşyalara toxunmamağa […]
Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib, Nazirlər Kabineti də səlahiyyətlərini dayandırıb. Bu barədə Nikol Paşinyan sosial şəbəkə hesabında məlumat verib Bu, yeni çağırış parlament fəaliyyətə başladıqdan sonra Konstitusiyanın tələbinə uyğun həyata keçirilən formal prosedurdur. Ölkə Konstitusiyasının 158-ci maddəsinə əsasən, hökumət parlamentin ilk iclas günü istefa verir. Yeni hökumət formalaşdırılanadək nazirlər öz vəzifələrini icra etməyə davam edəcəklər. Növbəti Baş nazir hakim fraksiyanın təqdimatı əsasında prezident tərəfindən təyin olunacaq.
Türkiyənin tanınmış “Yeşilçam” aktyoru Can Kolukısa 92 yaşında vəfat edib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Qeyd edək ki, aktyor “Kapıcılar Kralı”, “Züğürt Ağa”, “Postacı”, “Muhteşem Yüzyıl”, “Gibi”, “İnci Taneleri” və son olaraq “Mehmed: Fetihler Sultanı” layihələrində yaratdığı obrazları canlandırıb.
Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib. Ulu Öndər fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə […]
Ölkənin aparıcı maliyyə təşkilatlarından biri olan TuranBank dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi istiqamətində növbəti məhsulunu təqdim edib. Bank, cari ilin aprel ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə imzaladığı strateji əməkdaşlıq müqaviləsinə əsasən, Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin müştərilərə təqdim edilməsinə başlayıb. Aprel ayında uğurla tamamlanan hüquqi və institusional hazırlıq prosesindən sonra, bank artıq bu maliyyə mexanizmini tam funksional şəkildə fərdi və korporativ müştərilərinin ixtiyarına verir. Sözügedən kreditlər ölkədə enerji resurslarından səmərəli istifadə edilməsini təşviq etmək, müasir […]
Bu gün Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tədbirdə iştirak ediblər. Azərbaycan Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçılarına və birinci xanımlara İssık-Kul vilayətinin Kara-Oy kəndində tikilmiş mehmanxana barədə məlumat […]
Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 4800 manat dəyərində elektrik avadanlıqları oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Ə.Şirəliyev saxlanılıb. Araşdırmalarla onun oğurladığı əşyaları satdığı müəyyən edilib. Rayon ərazisində polis əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə dəyəri 2000 manat olan velosiped oğurlamaqda şübhəli bilinən 23 yaşlı N.Nəcəfov və 31 yaşlı T.Babayev də saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.
“Birgə və Sağlam” İctimai Birliyi 2013-cü ildə autizmli şəxslərin və digər həssas qrupların cəmiyyətə inklüziv inteqrasiyasını, keyfiyyətli təhsil və inkişaf imkanlarına çıxışını dəstəkləmək məqsədilə təsis edilib. Fəaliyyət göstərdiyi müddətdə Birlik Heydər Əliyev Fondu və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə autizm sahəsində mühüm nailiyyətlər əldə edib. 2021-ci il 30 dekabr tarixində yeni Autizm Mərkəzinin açılışı Mehriban Əliyevanın iştirakı ilə baş tutub və mərkəzin idarəetməsi Birliyə həvalə edilib. Bu günədək Birliyin mərkəzlərində yüzlərlə autizmli şəxsə beynəlxalq standartlara uyğun xüsusi təhsil […]
“Modenis” Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borcu yaranıb. “Mpay” MMC elektron pul təşkilatı tərəfindən alınan “E-manat” əmtəə nişanının sahibi “Modenis” MMC-nin dövlətə 386 min manat borcu yığılıb. Qeyd edək ki, qoşulmadan sonra “Modenis”in 5,4 milyon manatlıq nizamnamə kapitalı “Mpay” şirkətinə birləşib. “Mpay” MMC 2020-ci ildə təsis edilib və Mərkəzi Bankdan 2024-cü ilin iyulunda lisenziya əldə edib. Yurd Media
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunvericilik təşəbbüsünə münasibət bildirib. O, bu barədə “Anews.az”a açıqlamasında danışıb. Hikmət Hacıyev qeyd edib ki, bu təşəbbüs dünya təcrübəsi və elmi araşdırmalara əsaslanır. O bildirib ki, sosial şəbəkələrin müsbət tərəfləri danılmaz olsa da, onların uşaqlara psixoloji, sosial və digər təsirləri tam araşdırılmadan azyaşlıların bu platformalara çıxışı təmin edilib. Prezidentin köməkçisi xatırladıb ki, parlament təşəbbüsü üçüncü oxunuşda qəbul […]
Fransa Futbol Federasiyasının mətbuat xidməti milli komandanın yeni baş məşqçisinin Zinəddin Zidan olduğunu açıqlayıb. Mütəxəssislə 2030-cu ilədək nəzərdə tutulan müqavilə imzalanıb. Fransa millisi 2026-cı il dünya çempionatındakı çıxışını Didye Deşamın rəhbərliyi altında başa vurub. Deşam turnirin başa çatmasından sonra vəzifəsindən ayrılacağını daha əvvəl bəyan etmişdi. Dünya futbolunun əfsanəsi olan “Zizu” 2021-ci ildən bəri məşqçi kimi fəaliyyət göstərmirdi. O, daha əvvəl iki dəfə Madridin “Real” klubuna rəhbərlik edib: ilk dəfə 2016–2018-ci illərdə, ikinci dəfə isə 2019–2021-ci illərdə. Onun rəhbərliyi altında Madrid […]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin 2020-ci ildən bəri həyata keçirdiyi reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq sosial xidmət müəssisələrindən öz ailələrinə qaytarılıb. Nazirlikdən verilən məlumata görə, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələr üçün sosial dəstək tədbirlərini əhatə edən ailə inkişaf planları hazırlanır. Həmin planlar çərçivəsində ailələrin gücləndirilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə dəstək göstərilir. Bildirilib ki, uşaqlar ailələrinə qaytarıldıqdan sonra onların ailədəki vəziyyətinin izlənilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır. Agentlik tərəfindən eyni zamanda uşaqların valideyn himayəsindən […]
Bu gün “BonAqua” brendi ilə “Qarabağ” Futbol Klubu arasında rəsmi tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Tədbirdə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Rəna Məmmədova və “Qarabağ” Futbol Klubunun baş direktoru Emrah Çelikel iştirak edib. “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Rəna Məmmədova əməkdaşlığın əhəmiyyətini vurğulayıb: ““BonAqua” olaraq idmanın və sağlam həyat tərzinin təşviqini fəaliyyətimizin əsas istiqamətlərindən biri hesab edirik. Azərbaycanın ən uğurlu futbol klublarından biri olan “Qarabağ” FK ilə tərəfdaşlığa başlamaqdan məmnunuq. İnanırıq ki, bu əməkdaşlıq həm idmanın inkişafına töhfə […]
Prezident İlham Əliyev “Aviasiya haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Dəyişikliyə əsasən, çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək. Prezident İlham Əliyev qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman da imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti çox yüngül uçuş aparatlarının hava məkanından istifadəsi və uçuşu ilə bağlı tələblərin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi […]
Sosial şəbəkələrdə Ağdam şəhərində inşa edilmiş binalarla bağlı görüntülər yayılıb. Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəlikdən bildirilib ki, Ağdam şəhərində yeni inşa edilmiş ikinci yaşayış məhəlləsində istismara verilmiş yaşayış binalarında aparılmış baxış və monitorinqlər zamanı binaların konstruktiv elementlərində, daxili mühəndis-kommunikasiya sistemlərində və digər istismar göstəricilərində hər hansı problem, nasazlıq və ya keyfiyyət uyğunsuzluğu müəyyən edilməyib. “Bununla belə, yaşayış binalarından birinin həyətyanı ərazisində torpaq çökməsi halı qeydə alınıb. Məsələ ilə əlaqədar aidiyyəti üzrə əraziyə operativ baxış keçirilib, aparılmış araşdırmalar […]
Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması Qaydası” təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması qaydasını müəyyən edir. Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və […]
Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq sərəncam imzalayıb. Təyinatla bağlı Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Ülvi Hacızadəni nazirliyin kollektivinə təqdim edib. Qeyd edək ki, bu dövrə qədər Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geologiya və Mineral Xammmal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. APA
“Təhsil TV”nin direktoru vəzifəsinə təyinat olub. Redaksiya “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu vəzifəyə Bəhruz Nəzərov təyinat alıb. Əmək fəaliyyətinə media sahəsində başlayan B.Nəzərov müxtəlif illərdə “Space” TV-də, “İnterfaks-Azərbaycan”da, “ATV International”da, “Yurd TV”də müxtəlif vəzifələrdə çalışıb. O həmçinin Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru, eyni zamanda “Oil and Industry” jurnalının baş redaktoru olub. Bundan başqa, Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədr müavini, daha sonra isə İdarə […]
Azərbaycanda müvafiq qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsi ilə həm islam bankçılığı məhsulları təqdim edən bankların, həm də təqdim edilən məhsul çeşidinin sayının artması gözlənilir. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə deyib. O, müsahibəsində əvvəlcə Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantısının nəticələrindən, eləcə də bu tədbirin Azərbaycanın maliyyə sektoru, xüsusilə də islam maliyyəsinin inkişafı baxımından əsas töhfələrindən bəhs edib: “İslam İnkişaf Bankı Qrupunun illik görüşləri üzv ölkələr arasında dialoq və tərəfdaşlıqların qurulması, eyni zamanda bilik […]
Bu gün Türkiyənin İstanbul da daxil olmaqla, 25 vilayətində rekord istilər müşahidə olunacaq. “Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə ölkənin Meteoroloji Baş İdarəsi xəbərdarlıq edib. İdarənin məlumatına görə, bəzi yerlərdə hava şəraiti yağıntılı olacaq: “Fasilələrlə leysan yağacaq, şimşək çaxacaq. Yağışın Samsun və Sinopun daxili hissələrində güclü olması gözlənilir. Bu səbəbdən həmin ərazilərdə daşqın və torpaq sürüşməsi riski var”.
Son vaxtlar dünyanın bir sıra ölkələrində 4 günlük iş həftəsinə keçidlə bağlı müzakirələr genişlənib. Bu fonda Azərbaycanda da sentyabr ayından etibarən belə bir sistemin tətbiq olunub-olunmayacağı maraq doğurur. Görəsən, ölkədə 4 günlük iş həftəsinə keçid realdırmı? Mövzu ilə bağlı “konkret.az”a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, belə bir model nəzəri baxımdan mümkün olsa da, onun bütün sahələrə şamil edilməsi məqsədəuyğun deyil. Deputatın sözlərinə görə, 4 günlük iş həftəsi daha çox dövlət qurumlarında tətbiq olunacaq: “Özəl sektorun buna […]
Ağdamda “Xanı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid baş gizir Səyyaf Əhmədovun xatirəsinə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə I Açıq Qarabağ turniri keçirilib 08 iyul 2026-cı il tarixində Ağdam Olimpiya İdman Kompleksində “Xanı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid baş gizir Səyyaf Əhmədovun xatirəsinə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə I Açıq Qarabağ turniri keçirilib. Turnirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov, Ağdam Rayon Gənclər və İdman Sektorunun müdiri Kənan Qədirov, şəhidin döyüş […]
“Tibb müəssisələrinin akkreditasiyası Qaydası” yeni redaksiyada təsdiqlənib. Nazirlər Kabineti bu barədə qərar verib. Akkreditasiya Komissiyası tibb müəssisəsinin fəaliyyətinin akkreditasiya meyarlarına uyğunluğunun qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən yaradılan komissiyadır. Qaydaya əsasən, akkreditasiya hər 5 (beş) ildən bir həyata keçirilir. Yeni təsis edilmiş tibb müəssisəsinin akkreditasiyası onun fəaliyyətə başladığı (özəl tibb müəssisələrinə münasibətdə isə lisenziya aldığı) tarixdən 5 (beş) il sonra həyata keçirilir. Mərkəz hər təqvim ili aprelin 15-dən gec olmayaraq, növbəti […]
Artıq Azərbaycanda nüfuzlu Kembric Universitetinin təhsil liderliyi proqramının diplomunu almaq mümkündür. Azərbaycanda və Qafqaz regionunda ilk dəfə olaraq Britaniyanın Kembric Universitetinin Beynəlxalq Müəllimlik İxtisası və Təhsil Liderliyi Diplom Proqramının milli və regional rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb. Təhsil sahəsində mühüm beynəlxalq əməkdaşlığın nəticəsi olaraq, artıq xaricə getmədən Kembric Universitetinin Beynəlxalq Müəllimlik İxtisası və Təhsil Liderliyi Diplom Proqramı (Educational Leadership Diploma Programme) üzrə beynəlxalq səviyyədə tanınan diplomunu əldə etmək mümkündür. Layihənin təşəbbüskarı və nümayəndəliyin rəhbəri Tural Abasquliyev bildirib: “Məqsədimiz Azərbaycanda və regionda […]
Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Həmçinin bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi nəzərdə tutulub. Binanın enerji effektivliyi pasportuna aşağıdakı məlumatlar daxil edilir: – bina haqqında ümumi məlumatlar (ünvanı, ümumi və tikinti sahəsi, tipi (kateqoriyası), tikinti ili, binanın mülkiyyətçisi və ya idarəçisi haqqında məlumatlar); – baş fasadın görünüşü; – binanın enerji effektivliyi sinfi; – binanın karbon emissiyası sinfi (binada bərpaolunan enerji mənbələrindən alınan enerji resursları istisna olmaqla enerji sərfi nəticəsində istixana […]
Abşeron rayonunda şirkətlərin birinə məxsus olan yük avtomobillərindən ümumi dəyəri 4000 manat olan akkumulyatorlar oğurlanıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən Ə.Abbasov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun akkumulyatorları satdığı, habelə rayon ərazisində daha bir nəfərə məxsus velosiped və təmir-tikinti alətləri oğurladığı da müəyyən edilib. Araşdırma aparılır.
Neftçala Rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar görüşünü Mirzəqurbanlı və Uzunbabalı kəndlərinin sakinlərilə keçirib. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Mirzəqurbanlı və Uzunbabalı kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu […]
Redaksiya Lent.az-a istinadən xəbər verir ki, bu barədə nevroloq, psixoterapevt, somnoloq Yelena Korabelnikova açıqlama verib. Mütəxəssisin sözlərinə görə, gecə kabusları güclü emosional gərginlik, stress və ya həddindən artıq yorğunluğa orqanizmin reaksiyasıdır. Yuxu zamanı emosional oyanıqlıq tam şəkildə yatırılmadıqda, beyin bu gərginliyi obrazlar və qorxulu süjetlər vasitəsilə “emal edir”. Professor qeyd edib ki, kabusların yaranmasına səbəb olan digər amillər arasında yatmazdan əvvəl həddindən artıq yemək, səs-küy, işıq, yuxu gigiyenasının pozulması və mühit dəyişikliyi də var. Bu faktorlar yuxunun keyfiyyətini aşağı salaraq […]
Redaksiya Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, 2025-ci ilin (yanvar-may) aylarında 38 836 uşaq, 2026-cı il (yanvar-may) aylarında 28 631 körpə dünyaya gəlib.Beləliklə, doğum sayı cəmi bir il ərzində eyni dövr üçün 10 205 nəfər (təxminən 26%) azalıb. Hər 1000 nəfərə düşən doğum əmsalı isə 2025-ci ilin ilk 5 ayında 9,2 olduğu halda, 2026-cı ilin müvafiq dövründə 8,5-ə enib. Qeyd edək ki, 2024-cü ilin ilk beş ayında (yanvar-may) Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ümumilikdə 43 min 317 doğulan […]
İsrail hökuməti “erməni soyqırımı”nı tanımaq barədə qərar vermişdi Efraim İnbar İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı Azərbaycanın yəhudi icması və İsrailin xarici siyasət mütəxəssisləri tərəfindən tənqid olunub. Qüds Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) prezidenti və İsrail-Türkiyə münasibətləri üzrə ekspert professor Efraim İnbar “Kol Barama” radiosuna verdiyi müsahibədə bu qərarı İsrail üçün diplomatik nəticələrə səbəb ola biləcək “uşaqcasına və kiçik bir səhv” adlandırıb. İnbarın sözlərinə görə, bu qərar “türkləri vurmaq” cəhdi kimi görünür, lakin bunun əvəzinə “strateji aktiv” və İsraillə dərin strateji […]
İyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərinndə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava necə olacaq? Azərbaycanın rayonlarında […]
Ordubad rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ekoloji mühitin qorunması və mövcud yaşıllıq sahələrinin saxlanılması məqsədilə növbəti abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib. 04 iyul 2026-cı il tarixində təşkil olunan aksiyada idarə, müəssisə və təşkilat kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir zamanı Ordubad–Naxçıvan magistral yolunun kənarlarında və rayonun digər ərazilərində mövcud olan yaşıllıq sahələrindəki ağaclara, həmçinin çoxillik gül kollarına aqrotexniki qulluq göstərilib, otlar biçilib, ərazi tullantılardan təmizlənib və suvarma işləri həyata keçirilib. Görülən işlər zamanı iştirakçılar tərəfindən yüksək […]
Cari ilin iyun ayında “Google Chrome” Azərbaycanda 80,28 faiz bazar payı ilə istifadəçilər arasında ən populyar internet brauzeri olaraq liderliyini qoruyub saxlayıb. “Global Stats” Statistika Mərkəzinin məlumatına görə, “Google Chrome”un bazar payı əvvəlki ayla müqayisədə 0,76 faiz bəndi azalıb. Bu dövrdə “Safari” internet brauzerinin Azərbaycan bazarındakı payı 7,07 faiz təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1,18 faiz bəndi azdır. Siyahıda növbəti yeri “Firefox” internet brauzeri tutub. Belə ki, onun Azərbaycan bazarındakı payı 2,45 faiz bəndi artaraq 5,04 faizə […]
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin olunması, müraciətlərin operativ şəkildə araşdırılması və həlli məqsədilə 03 iyul 2026-cı il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Yuxarı Əndəmic kəndində səyyar qəbul keçirib. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər. Qəbul zamanı çıxış edən İcra Hakimiyyətinin başçısı bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün […]
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri Süleyman Nemətova general-leytenant rütbəsi verilib. Redaksiya Gununsesi.info-ya istinadla xəbər verir ki, sözügedən təltif Daxili İşlər Orqanlarının peşə bayramı münasibəti ilə edilib.
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anadan olmasının 42 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl şəhid baş gizir Camal İsmayılovun Neftçala şəhəri ərazisində Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub və ruhuna dualar oxunub. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların […]
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) şirkətlərindən olan “Aztelekom” MMC və “Azercell” MMC arasında departamentlərin inteqrasiyası həyata keçirilir. “Aztelekom”un Hüquq və Komplayens Departamenti “Azercell”in Hüquq məsələləri şöbəsi ilə vahid idarəetmə altında birləşdirilib. Eyni zamanda, “Aztelekom”un Müştəri xidmətləri departamenti “Azercell”in Müştəri xidmətləri və omni-kanal idarəetmə departamenti ilə birləşdirilib. Vahid hüquq istiqamətinə Rəşad Xıdırov, müştəri xidmətləri istiqamətinə isə Faiq Dadaşov rəhbərlik edir. R.Xıdırov bu vaxta qədər “Azercell”in Hüquq şöbəsinin rəhbəri, F.Dadaşov isə “Azercell”də Müştəri xidmətləri və omni-kanal idarəetmə departamentinin direktoru olub. (Plat.az)
Atam mənə görə narahat idi və mənə çox dəstək oldu. Bu sözləri Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin əsas döyüşündə meksikalı Manuel Torresi məğlub edən Rafael Fiziyev deyib. İdmançı qarşılaşma zamanı çətinliklə üzləşdiyini bildirib: “Rəqib ilk raundda barmağı ilə sol gözümə zərbə vurdu. Bundan sonra bulanıq görməyə başladım. İkinci raundda düşünürdüm ki, fırlanaraq zərbə vurum və bu, məndə alındı. Artıq səkkizinci dəfədir ki, UFC-də döyüşürəm. Burada qazandığım məbləği isə normal qarşılayıram”.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sıra bölgələrdə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi, bəzi ərazilərdə, o cümlədən iyunun 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasında yağışın güclü olacağı, bəzi həssas yerlərdə subasma, dağ çaylarından isə qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib və müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb: “İntensiv yağıntıların səbəb ola biləcəyi […]
“Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir”. Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA və REAL TV-yə müsahibəsində deyib. General həqiqi hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmətin tətbiqi ilə bağlı suallara aydınlıq gətirib: “Daha qısa zamanda hərbi biliklərə yiyələnməsi mümkün olduğu halda bu məsələ müzakirə oluna bilər. Hazırda bu məsələ müzakirə mövzusu deyil. Ödənişli hərbi xidmətin də tətbiqi bu gün gündəlikdə yoxdur”.
Azərbaycanda “Aİ-95” (“Premium”) markalı benzinin qiyməti 0,05 manat və ya 3% artaraq 1,65 manat olub. Yeni qiymətlər iyunun 24-dən qüvvəyə minib. Yanacaqdoldurma məntəqələrində (YDM) bunu qiymət artımının idxal xərclərinin yüksəlməsi ilə əlaqələndirirlər. Xatırladaq ki, Aİ-95 (Premium) markalı benzinin qiyməti Azərbaycanda dövlət tərəfindən (Tarif Şurası) tənzimlənmir. Qiymətlər idxal dəyərinə uyğun olaraq sərbəst bazar şərtlərinə və şirkətlərin qərarlarına əsasən formalaşır. Hazırda YDM-lərdə 1 litr “Aİ-92” markalı benzinin pərakəndə satış qiyməti 1,15 manatdır. (Postmedia)
Azərbaycanın əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib. Redaksiya xəbər verir ki, bu barədə “Report”a şairin köməkçisi Arif Mehmandost məlumat verib. Onun sözlərinə görə, Nəriman Həsənzadənin müalicəsi reanimasiyada davam etdilir: “Vəziyyəti ağır-stabil olaraq qalır”.
Abşeronda bir neçə nəfərə qarşı dələduzluq edən həbs olunub. 45 yaşlı Vidadi Babayev (ad və soyad şərtidir) dələduzluqda ittiham olunur. İttiham aktına görə, o, zərərçəkmişlərə özünün Elm və Təhsil Nazirliyində, həmçinin “Asan Xidmət”də yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyib. Bu üsulla o, bir nəfərdən qızının Yasamal rayonundakı “Asan Xidmət” mərkəzində işə düzəlməsi üçün 9 min, digər şəxsdən isə Bakıda məktəblərin birinə ibtidai sinif müəllimi keçməsi üçün 15 min manat alıb. Vidadinin “xeyirxah” əməlləri bunlarla bitməyib. O, həmçinin bir zərərçəkəndən oğlunun […]
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə ali hərbi rütbələr təqdim edilib. Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran general-polkovnik Z.Həsənov onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Təltif olunan zabitlər isə öz növbələrində göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali […]
Xankəndi şəhərində 26 İyun– Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə hərbi yürüş təşkil olunub. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhərin mərkəzi küçələri boyunca təntənəli keçidi ilə başlayan yürüş, Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə keçirilib, vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.Hərbi yürüş şəhər sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb. Sakinlər əllərində Azərbaycan bayraqları ilə yürüş iştirakçılarını alqışlayaraq, onlara dəstək nümayiş etdiriblər. Xankəndi şəhərində, Ağdərə […]
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib. Tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı yaşlı Taleh Əmrahov saxlanılıb. Həmin şəxsdən ümumilikdə 26 kiloqram marixuana və 40 ədəd psixotrop tərkibli həb aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa sərkərdələr Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş […]
Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 12:24-də daxil olub. Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən məlumata görə, Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayıb. Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır. Bu gün Bakıda Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olur. Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu […]
İyunun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xarici İşlər Nazirliyinə (XİN) diplomatik xidmətə qəbul üzrə yazılı imtahanın birinci mərhələsi (test imtahanı) keçirilib. Bu barədə DİM-dən məlumat verilib. İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub. İmtahanda 556 namizəd iştirak edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin DİM-in saytında yerləşdiriləcək. İmtahanda namizədlərə qanunvericilik vә ümumi sahәvi biliklәrini, həmçinin verbal, rәqәmsal mәlumatlarla işlәmә vә mücәrrәd düşünmә bacarığını yoxlayan 120 tapşırıq […]
Qlobal bazarda qiymətlərin yüksəlməsi Azərbaycanın karbamid ixrac gəlirlərindəki azalmanı qismən yumşaldıb. Banker.az xəbər verir ki, bu ilin ilk 4 ayında ölkədən karbamid ixracının həcmi yarıdan çox azalsa da, Yaxın Şərqdəki geosiyasi gərginliyin yaratdığı qiymət artımı nəticəsində ixracın orta satış qiyməti yüksəlib və gəlirlərdəki azalma həcmdəki geriləmədən daha məhdud olub. 2026-cı ilin yanvar-aprel aylarında ölkədən 92.07 min ton azot gübrələri (karbamid) ixrac olunub. İxracın dəyəri 34.59 mln. dollar təşkil edib. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə Azərbaycandan 215.67 min ton məhsul […]
Plana düşən binalarda ən çox çətinliklə üzləşənlərdən biri kiçik mənzil sahibləridir. Bakıda, xüsusilə mərkəzi ərazilərdə sahəsi 20-30 kvadratmetr olan köhnə mənzillər az deyil. Bu binalar yenidənqurma və söküntü prosesinə düşəndə sakinlərə kompensasiya adətən mənzilin kvadratına uyğun hesablanır. İlk baxışdan bu yanaşma hamı üçün eyni görünür. Amma reallıqda kiçik mənzil sahibi aldığı vəsaitlə həmin ərazidə və ya yaxınlıqda yeni ev almaqda çətinlik çəkir. Məsələ Milli Məclisdə də müzakirə olunub. Deputat Vüqar Bayramov bildirib ki, sahəsi kiçik olan evlərin sahibləri kompensasiya aldıqdan […]
Bəzi media subyektləri öz səhifələrində və sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunmuş 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatları manipulyasiya olunmuş formada təqdim edib. Redaksiya xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi açıqlama yayıb. “NoComment” saytı tərəfindən “Təcili: Azərbaycanda 200 tələbə vəfat etdi”, daha sonra isə “Medianews” saytı tərəfindən “Şok: Azərbaycanda 200 tələbə vəfat edib” kimi şişirdilmiş başlıqlardan istifadə edilməsi cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi […]
Bu gün ADRA-nın yaradılmasının 9-cu ildönümüdür. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Prezident cənab İlham Əliyevin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur. Açıq məkanda reklam sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən dövlət qurumu kimi ölkənin açıq məkanda reklam ekosisteminin dayanıqlı inkişafını təmin etməkdir. ADRA-nın əsas fəaliyyət istiqamətləri Tənzimləmə və Nəzarət: Açıq məkanda reklam lövhələrinin (bilbordlar, işıqlı […]
Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrə qeydə alınıb. Bu, Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb. Məlumatda qeyd olunub ki, bu fənlər üzrə nəticələrin aşağı olması və sıfır bal toplayanların sayının çoxluğu bəzi məktəblərdə həmin fənlərin tədrisinə, eləcə də ali məktəblərə hazırlıq prosesinə laqeyd yanaşmanın nəticəsidir. Bildirilib ki, vəziyyətin real səbəbləri araşdırılmalı və həmin […]
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i gündüzdən 25-dək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar havanın temperaturu iyunun 21-də ötən günlərlə müqayisədə 4-7 dərəcə enəcək.
Tanınmış vəkil, professor Fərhad Mehdiyevin qızının motosiklet qəzasında faciəvi şəkildə həyatını itirməsindən sonra sosial şəbəkədə etdiyi paylaşım geniş müzakirələrə səbəb olub. O, paylaşımında övlad tərbiyəsində valideyn nəzarətinin əhəmiyyətindən, gənclərin həyat seçimlərinə münasibətdən və sonradan yarana biləcək peşmanlıq hissindən bəhs edib. Xüsusilə sosial şəbəkələr, blogerlik fəaliyyəti və gənclərin müstəqil qərarları fonunda valideynlərin rolu ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə fərqli yanaşmalar ortaya çıxarıb. Redaksiya bildirir ki, mövzu ilə bağlı Modern.az-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, son dövrlərdə gənclər arasında baş verən […]
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət cədvəlinə iyulun 1-dən etibarən hər iki istiqamətdə dəyişiklik edir. Bu barədə ADY-dən məlumat verilib. Dəyişikliyə əsasən, qatar Bakıdan saat 23:30-də (23:50 əvəzinə), Balakəndən isə 21:10-da (22:00 əvəzinə) yola düşəcək.
10 iyun tarixində Beynəlxalq Qadınlar Klubunun cari mövsüm üzrə yekun görüşü keçirildi. Tədbir səmimi, dostluq və qarşılıqlı anlaşma şəraitində baş tutdu. Görüşdə diplomatik korpusun nümayəndələri, Belarus Respublikasının səfirinin xanımı, Beynəlxalq Qadınlar Klubunun prezidenti – Qazaxıstan Respublikasının Səfirinin xanımı, eləcə də Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Alim Bayel iştirak etdilər. Tədbirin fəxri qonaqları sırasında Azərbaycan və Özbəkistanın tanınmış incəsənət xadimləri yer aldılar. Çıxış edənlər Beynəlxalq Qadınlar Klubunun Azərbaycanın ictimai və sosial həyatında oynadığı mühüm rolu xüsusi vurğuladılar. […]
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiyaya rəsmi səfəri davam edir. Səfər çərçivəsində Serbiya Respublikasının Prezidenti cənab Aleksandr Vuçiç Azərbaycan nümayəndə heyətini qəbul edib. Azərbaycan Respublikasının Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Görüşdən sonra müdafiə naziri Kruşevaç şəhərində yerləşən “Slobodişte” Memorial Kompleksini ziyarət edib, İkinci Dünya müharibəsi qurbanların
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 36 yaşlı Səddam Məmmədovdan 15 kiloqram, 39 yaşlı Elçin Hacıyev və tanışı 26 yaşlı Ayxan Abbasquliyevdən 11 kiloqram, 25 yaşlı Hafiz Tağıyevdən isə 20 kiloqrama yaxın marixuana, heroin və metamfetamin aşkarlanıb. Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 46 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını […]
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrində keçirilən döyüş atışlı taktiki təlimin gedişini izləyiblər. Baş Qərargah rəisinə məruzə edilib ki, təlimə Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri cəlb olunub. Təlimin planına uyğun olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus akvatoriyasında şərti düşmənin məhv edilməsi, eləcə də digər qoşun növləri və silahlı birləşmələr ilə birgə fəaliyyətlər […]
Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Mastercard”ın əməkdaşlığı ilə həyata keçirilən “TəhsilPlus” layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində təşkil olunan tədbirlərdə təhsil işçilərinə “TəhsilPlus” kartları təqdim edilib və layihənin təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib. Təqdimat mərasimlərində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, “Kapital Bank”ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər. “Kapital Bank”ın İdarə Heyəti sədrinin […]
Bu il iyunun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları təşkil edib. Redaksiya bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il iyunun 1-nə nisbətən 8 % azdır. Təkcə mayda ölkənin xarici dövlət borcu 36 milyon ABŞ dolları azalıb. Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, bəzi hallarda məzunlar və ya yetkinlik yaşına çatmayan şəxslər əyləncə məqsədilə müxtəlif nəqliyyat vasitələrini icarəyə götürməyə cəhd edir, nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsi qanunvericiliyin tələblərinin zidd olmaqla yanaşı, onların və digər hərəkət iştirakçılarının […]
Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,82 dollar və ya 4,82 faiz azalaraq 95,27 dollar olub. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Xəzər dənizində 3 maqnitudalı zəlzələ qeydə alınıb. Redaksiya xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 08:55-də baş verib. Zəlzələ ocağı 48 kilometr dərinlikdə yerləşib.
Piyada keçidinin yaxınlığında çoxzolaqlı yolu keçməyə çalışan piyada hadisə yerində öldü İyunun 6-sı axşam saatlarında Sabunçu rayonu Heydər Əliyev prospekti, “Sabunçu” körpüsünün qarşısında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətin intensiv olduğu çoxzolaqlı yolu keçməyə çalışan piyadanı minik avtomobili vurub. Bu qəza baş verməyə bilərdimi? Piyadalar keçidlərin yaxınlığında, xüsusilə də çoxzolaqlı yolu keçməyə çalışdıqda təəssüflər olsun ki, əksər hallarda nəticəsi bu cür olur. Buna görə də onlar məsuliyyətli və diqqətli olmalı, yolu yalnız keçidlərdən istifadə etməklə keçməlidirlər. Sürücülər […]
“Hesab edirəm ki, jurnalist camiəsinin üzərinə düşən əsas vəzifə bu qanundan irəli gələn məsələlərin cəmiyyətə düzgün izah edilməsidir”. Bunu Medianın İnkişafı Agentliyi (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. MEDİA rəsmisi bildirib ki, qanun layihəsi ilə bağlı müxtəlif fikirlər səslənəcək. “Təcrübə göstərir ki, belə təşəbbüslər ortaya çıxanda çox zaman spekulyativ yanaşmalar […]
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib. Redaksiya Korrekt.az-a istinadən xəbər verir ki, onun səhhətində qəfil pisləşmə qeydə alınıb və tibbi yardım üçün xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, 53 yaşlı R.Quliyevin həyatını xilas etmək mümkün olmayıb. Bizim.media-nın məlumatına görə o, İsmayıllı rayonunda olarkən infarkt keçirərək vəfat edib. Qeyd edək ki, Ruslan Quliyev Azərbaycanda turizm sahəsinin inkişafında fəal iştirakı ilə tanınırdı və uzun illər müxtəlif layihələrə rəhbərlik edib.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təbriz küçəsində piyadaların, ictimai nəqliyyat və mikromobillik istifadəçilərinin rahatlığını təmin edən genişmiqyaslı layihənin icrasına başlanılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, aparılan təhlillərə əsasən, Təbriz küçəsində piyadaların hərəkətinə mane olan bir sıra çatışmazlıqlar müəyyən edilib. Küçənin bir çox hissəsində səkilərin dar olması, nizamlanan piyada keçidlərinin olmaması piyadaların hərəkətini çətinləşdirir. Yol hərəkətinin təşkili baxımından dönmə […]
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb”. Bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib. “Ümumiyyətlə, məktəblərdə internetə çıxış məhdudlaşıb. Terrorizm kimi mövzulara çıxış bloklanıb. Ümumilikdə, 200-dən çox təhlükəli mövzulara məhdudiyyət tətbiq olunub”, – nazir müavini qeyd edib. (Qafqazinfo)
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Agentliyin yeni Strategiya layihəsi müzakirə olunub. Şura üzvləri missiya, dəyərlər, strateji məqsədlər və ümumi konsepsiya ilə bağlı fikir mübadiləsi aparıblar. Gündəlikdə yer alan digər məsələlər çərçivəsində AMADA-nın 2024-cü və 2025-ci illər üzrə illik hesabatları nəzərdən keçirilib və Müşahidə Şurası tərəfindən təsdiq edilib. Bununla yanaşı, Agentliyin 2026-cı ilin ilk yarısı üzrə büdcəsi və yüksək dəyərli əqdlərlə bağlı məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
“Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh sazişini institusionallaşdırmaq niyyətindədir”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə iclas zamanı deyib. “Bu istiqamətdə işlər görəcəyik”, – Paşinyan qeyd edib. Onun sözlərinə görə, yaxın zamanlarda TRIPP-in ratifikasiya prosesi də başlamalıdır. Qafazinfo
Azərbaycanda 2025-ci ildə evdə 107 doğum hadisəsi baş verib. Redaksiya bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata əsasən, 2024-cü ildə də bu göstərici eyni olub.
Rusiyanın Soçi hava limanında təyyarələrin uçuş və enişi üzrə müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Bu barədə “Rosaviasiya” məlumat yayıb. Məlumata görə, məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq edilib.
Elm və təhsil naziri Emin Əmrullayev 2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində kompüter elmləri, informasiya texnologiyaları, statistika və verilənlərin təhlili, süni intellekt, eləcə də mühəndislik istiqamətləri üzrə təhsil almış bir qrup gənclə görüşüb. Görüş zamanı nazir Dövlət Proqramının ölkənin insan kapitalının inkişafında mühüm rol oynadığını vurğulayaraq məzunların xaricdə qazandıqları bilik və bacarıqları Azərbaycanın texnoloji inkişafına, innovasiya ekosisteminin gücləndirilməsinə və rəqəmsal transformasiya proseslərinə töhfə vermək üçün səmərəli şəkildə tətbiq edəcəklərinə əminliyini ifadə edib. Müzakirələr zamanı gənclərin […]
İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Redaksiya xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Sənədə əsasən, bu Fərman qüvvəyə mindiyi tarixədək Fondun sahibkarların manatla aldıqları kreditlərə verilmiş təminat və həmin kreditlərə hesablanmış faiz subsidiyaları üzrə hüquqlarının həyata keçirilməsinin və öhdəliklərinin icrasının tam başa çatdırılması, mövcud normativ hüquqi aktlara uyğun olaraq, […]
Ermənistanda keçirilən son seçkilərin ilkin nəticəsi onu deməyə əsas verir ki, Ermənistan cəmiyyəti müharibə və revanşizm siyasətinə deyil, sülhə, normallaşmaya və regional əməkdaşlıq perspektivlərinə üstünlük verdi. Uzun illər ölkənin siyasi gündəmini müəyyən edən radikal və revanşist qüvvələrin növbəti dəfə seçicilərdən lazımi dəstək ala bilməməsi Ermənistan cəmiyyətində yeni siyasi düşüncənin formalaşdığını göstərir. Son illərdə regionda baş verən hadisələr, xüsusilə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Ermənistanın siyasi və ictimai həyatında ciddi dəyişikliklərə səbəb olub. Müharibə dövrünün çağırışları artıq […]
1 iyul 2026-cı il tarixindən etibarən BakıKart kartlarının satış qiyməti 2 manatdan 3 manata yüksələcək. Bu barədə “BakıKart” məlumat yayıb. “BakıKart kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və bu müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib. Kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb. Bu dövr ərzində sərnişinlər üçün NFC, QR və bank kartları ilə ödəniş imkanları istifadəyə verilib, rəqəmsal xidmətlər daha da genişləndirilib”. Məlumatda həmçinin qeyd olunub ki, dəyişiklik […]
8 iyun 2026-cı il tarixində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzində təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub. Təlimin məqsədi təcili hallarda qərarvermə, pasiyentin vəziyyətinin operativ qiymətləndirilməsi, ilkin tibbi yardımın təşkili və məhdud zaman şəraitində effektiv müdaxilə bacarıqlarının təkmilləşdirilməsi olub. Proqram çərçivəsində iştirakçılar hava yolunun açıqlığının təmin edilməsi, tənəffüs və qan dövranının qiymətləndirilməsi, eləcə də həyati təhlükə yaradan vəziyyətlərdə ilkin müdaxilə prinsipləri üzrə nəzəri və praktiki biliklər əldə ediblər. Təlim zamanı […]
18 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti keçiriləcək. Dünyanın 30-a yaxın ölkəsindən ombudsmanlar, milli insan hüquqları institutlarının nümayəndələri, beynəlxalq təşkilatlar, dövlət qurumları və ekspertlər bir araya gələrək süni intellektin insan hüquqlarına təsiri, etik çağırışlar və gələcəyin məsuliyyətləri barədə fikir mübadiləsi aparacaqlar. İnnovasiya ilə insan hüquqlarının qovuşduğu bu mühüm platforma qlobal əməkdaşlığa və yeni yanaşmaların formalaşmasına […]
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Özbəkistan Milli Antidopinq Agentliyi (UzNADA) arasında əməkdaşlıq memorandumu AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə və Özbəkistan Milli Antidopinq Agentliyinin direktoru Abdüşükür Sadıqov tərəfindən imzalanıb. Memorandum antidopinq təhsili, dopinq nəzarəti, terapevtik istifadə üçün istisnalar (TUE), idmançıların bioloji pasportu (ABP), ADAMS sistemi, nəticələrin idarə olunması, araşdırma və təhqiqat fəaliyyəti, həmçinin beynəlxalq idman tədbirlərində əməkdaşlığın inkişafını nəzərdə tutur. Bundan əlavə, tərəflər təcrübə mübadiləsi aparmaq, birgə təlim proqramları təşkil etmək, informasiya və metodik materiallarla qarşılıqlı əməkdaşlığı gücləndirəcəklər.
Milli Olimpiya Komitəsi (MOK) ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Mərasim “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” çərçivəsində baş tutub. Sazişi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və “Visa” şirkətinin Azərbaycandakı Baş direktoru və regional meneceri Nurlan Hacıyev imzalayıblar. Mərasim zamanı tərəflər arasında əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi və idman hərəkatının dəstəklənməsinə yönəlmiş təşəbbüslərlə bağlı məsələlər müzakirə olunub. Müqavilənin Milli Olimpiya Komitəsi ilə “Visa” arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyi bildirilir. Çingiz Hüseynzadə MOK ilə “Visa” şirkətinin 2023-cü ildən əməkdaşlıq etdiyini […]
Məlumdur ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində daha da artan gərginlik, müxtəlif regionlarda, o cümlədən Ukraynada və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqdadır. Mövzu ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilib: “Təəssüf ki, belə ərazilərdə olan Azərbaycan vətəndaşlarının silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınır. Bu cür hadisələr münaqişə zonalarında və onların yaxınlığında yerləşən ərazilərdə təhlükəsizlik risklərinin son […]
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes Gelandewagen” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.
Piyada keçidinin yaxınlığında çoxzolaqlı yolu keçməyə çalışan piyada hadisə yerində öldü İyunun 6-sı axşam saatlarında Sabunçu rayonu Heydər Əliyev prospekti, “Sabunçu” körpüsünün qarşısında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətin intensiv olduğu çoxzolaqlı yolu keçməyə çalışan piyadanı minik avtomobili vurub. Bu qəza baş verməyə bilərdimi? Piyadalar keçidlərin yaxınlığında, xüsusilə də çoxzolaqlı yolu keçməyə çalışdıqda təəssüflər olsun ki, əksər hallarda nəticəsi bu cür olur. Buna görə də onlar məsuliyyətli və diqqətli olmalı, yolu yalnız keçidlərdən istifadə etməklə keçməlidirlər. Sürücülər […]
Elm və təhsil naziri Emin Əmrullayev 2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində kompüter elmləri, informasiya texnologiyaları, statistika və verilənlərin təhlili, süni intellekt, eləcə də mühəndislik istiqamətləri üzrə təhsil almış bir qrup gənclə görüşüb. Görüş zamanı nazir Dövlət Proqramının ölkənin insan kapitalının inkişafında mühüm rol oynadığını vurğulayaraq məzunların xaricdə qazandıqları bilik və bacarıqları Azərbaycanın texnoloji inkişafına, innovasiya ekosisteminin gücləndirilməsinə və rəqəmsal transformasiya proseslərinə töhfə vermək üçün səmərəli şəkildə tətbiq edəcəklərinə əminliyini ifadə edib. Müzakirələr zamanı gənclərin […]
Hacıqabul Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı üzrə 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə müşavirə keçirilib. Redaksiya-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayonun aidiyyəti dövlət qurumlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən müəssisələrin rəhbərləri, fermerlər və digər iştirakçılar iştirak etdilər. Müşavirəni giriş sözü ilə açan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Saleh Ələskərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafının ölkənin sosial-iqtisadi […]
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavinləri Əvəz İlyas oğlu Qocayev və Hüsnü Ələkbər oğlu Quliyev vəzifələrindən azad ediliblər. Redaksiya “Unikal”a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam verib. Qeyd edək ki, Ə. Qocayev və H.Quliyev bu vəzifəyə 2017-ci ildə təyin olunmuşdular. Fotoda: Əvəz Qocayev
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyənin şəhid ailələri üzvləri və qardaş ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar. Qonaqlara Mərkəzdə həssas kateqoriyalardan olan şəxslərin yaradıcılıq potensialının inkişafı üçün yaradılmış şərait və aparılan işlər barədə məlumat verilib. Onlar müəssisədə hazırlanmış sənət nümunələrini, burada aparılan təlim prosesini, Mərkəz üzvlərinin ifasında konsert proqramını izləyiblər. Keçirilən görüşdə Əmək […]
Nəsimi rayonu ərazisində yerləşən elektronika mağazalarından birindən 2500 manat dəyərində noutbuk oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı V.Rzayev saxlanılıb. Araşdırmalar zamanı onun paytaxt ərazisində yerləşən digər mağazalardan da məişət və elektronika avadanlıqları oğurladığı, daha sonra həmin əşyaları müxtəlif ticarət obyektlərində satdığı müəyyən edilib. Araşdırma aparılır.
İyunun 4-də Gəncə-Daşkəsən regionu üzrə ali və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən təhsil işçilərinə TəhsilPlus kartlarının təqdimetmə mərasimləri keçirilib. TəhsilPlus kartlarının ölkə üzrə ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib. Layihənin regionlarda fəaliyyət göstərən təhsil işçilərinin sosial rifahına töhfə verməsi və onların müxtəlif güzəşt imkanlarından faydalanmasını genişləndirməsi məqsədilə ilk mərhələdə region üzrə xüsusi tərəfdaş şəbəkəsi də formalaşdırılıb. Gəncə Dövlət Universitetində təşkil olunan ilk tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ […]
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Redaksiya xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilirlər: 2-ci dərəcəli “Əmək” ordeni ilə Quliyev Zakir Bəybala oğlu; Məmmədov Etibar Kərim oğlu. 3-cü dərəcəli “Əmək” ordeni ilə Bəşirov Yaşar Miskin oğlu; Əliyev Siyah Əli oğlu; Fərzəliyev Mehrəli Məmməd oğlu; Qafarlı Adil Rzaquli oğlu; Nəsirov Əlizadə Vahid oğlu; Seyidov Mirkamil Miriş oğlu. “Tərəqqi” medalı ilə Allahverdiyev […]
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyin İsrailin İranla apardığı müharibədə Azərbaycan ərazisindən istifadə etməsi iddiaları ilə nağlı açıqlama yayıb. Açıqlamada deyilir: “5 iyun 2026-cı il tarixində CNN özünün uydurduğu “mənbələrə” istinad edərək İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddiaların yer aldığı material yayımlayıb. Dünyanın tanınmış transmilli media şirkətinin heç bir fakta istinad etmədən açıq-aşkar feyk məlumat tirajlamasını məqsədli şəkildə həyata keçirilmiş kobud informasiya manipulyasiyası hesab edirik. Dezinformasiya yaymaqla media etikasının dəyərlərinə və xəbərdə balansın qorunması […]
Bakıda keçirilən “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısı çərçivəsində Azərbaycan Mərkəzi Bankı ilə Macarıstan Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum iki qurum arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsinə, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə, həmçinin mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqinə xidmət edəcək. Memorandum çərçivəsində monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi təmin ediləcəkdir. […]
İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edibPrezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbik edib. Bununla bağlı dövlətimizin başçısının sosial şəbəkə hesablarında paylaşım edilib. “2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir. Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram”, – deyə […]
Son vaxtlar cəmiyyətdə “uşaqpulu” mövzusu ətafında müzakirələr qızışıb. Bir qisim uşaqpulunun verilməsini, digər qisim verilməməsini əsaslandırmağa çalışır. Müzakirələrdə sıravi vətəndaşlarla yanaşı, deputatlar, iqtisadçı ekspertlər, jurnalistlər, ziyalılar fəal iştirak edirlər. Tanınmış telejurnalist, ANS Şirkətlər Qrupunun rəhbəri Vahdi Mustafayev bu mövzudan çıxış yollarından biri kimi maraqlı təklif irəli sürüb.Onun sözlərinə görə, uçaqpulunun əvəzinə Azərbaycanda ailələrlə bağlı vergi güzəşti modeli tətbiq oluna bilər.Vahid Mustafayev uşaqlı ailələrin maaşlarından tutulan gəlir vergisinin müəyyən hissəsindən azad edilməsi tiklifini irəli sürüb.O, gəlir vergisindən azad edilmənin aşağıdakı modelini […]
Azəbaycan müdafiə naziri Zakir Həsənov 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məktubda qeyd edilib ki, respublikanın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilmiş təlimlər şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirib. Həmçinin bu, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycan Ordusunun tarixində yeni qəhrəmanlıq səhifələrinin açılmasına təkan verib: “Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə […]
Azərbaycanda son illərdə heyvandarlıq sahəsində müşahidə olunan azalma və ət idxalının artması kənd təsərrüfatı sektorunda əsas müzakirə mövzularından birinə çevrilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, heyvanların sayında azalma müşahidə olunur və yerli istehsal artan tələbatı tam qarşılaya bilmir. Bu səbəbdən son illərdə ət idxalı da artıb. Mövzu ilə bağlı “BF Şirkətlər Qrupu”nun həmtəsisçiləri Babək Hüseynov və Fərid Mustafayev də fikirlərini bölüşüblər. Babək Hüseynov bildirib ki, hazırda Azərbaycanın ərzaq təhlükəsizliyi və bazarda sabitliyin qorunması üçün beynəlxalq əməkdaşlıqlar xüsusi əhəmiyyət […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi. Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub. […]
Bu gün Azərbaycanda Müstəqillik Günüdür. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 108 il ötür. Bu bayram artıq altıncı ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan […]
Lənkəran rayonunda yerləşən hotellərin birində çalışan iki qadına naməlum şəxs kəsici alətlə xəsarət yetirərək zərərçəkənlərin qızıl-zinət əşyalarını ələ keçirib. Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin hotelin 49 yaşlı inzibatçısı Xalıq Cahangirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, X.Cahangirov tanınmaması üçün əvvəlcədən iş yerində gizlətdiyi maska və geyimlə kamuflaj olaraq həmin hadisəni törədib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan […]
Paytaxtda ötən gün qeydə alınan qeyri-sabit hava şəraiti və intensiv yağan güclü yağışlar şəhər infrastrukturuna ziyan vurmaqla yanaşı, ticarət obyektlərində də ciddi fəsadlar törədib. Güclü yağıntı nəticəsində Bakıda fəaliyyət göstərən “Bravo” supermarketlər şəbəkəsinin mağazalarından birini su basıb. Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərdən aydın olur ki, daxili drenaj sisteminin və ya dam örtüyünün yağıntı sularının həcmini qarşılaya bilməməsi səbəbindən tonlarla su birbaşa ticarət zalına dolub. Hadisə zamanı marketin rəflərində və vitrinlərində olan çoxlu sayda ərzaq və qeyri-ərzaq məhsulları su altında qalaraq […]
İyunn 24-25-də Bakıda sayca 11-ci “Azərbaycan Beynəlxalq Sığorta Forumu” (AIIF-2026) keçiriləcək. Redaksiya bu barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinə istinadən xəbər verir. Məlumata görə, tədbir Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi və ASA-nın təşkilatçılığı ilə baş tutacaq. Forumda 20-dən çox ölkədən (Qafqaz regionu, Orta Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri) peşəkar sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerlərinin, o cümlədən, dövlət rəsmiləri, millət vəkilləri, yerli sığortaçılar və aidiyyəti təşkilatların iştirakı gözlənilir. 2 gün davam edəcək və ümumilikdə 400-ə yaxın iştirakçının […]
Bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. Proqramın əsas xüsusiyyətləri aşağıdakılardır: Beynəlxalq təcrübə əsasında ilk dəfə pilot olaraq tədris əsaslı doktorantura proqramları; İlkin olaraq pilot qaydada 4 müəssisədə (ARTİ, BDU, ADNSU, BANM) 7 elm sahəsi (riyaziyyat, fizika, kimya, biologiya, yer elmləri, texniki elmlər və pedaqogika) üzrə 80 doktorant;*Təhsil minimum 4 il: 2 il tədris və tədqiqat, növbəti 2 il isə yalnız tədqiqat; *Yalnız dövlət sifarişi əsasında və əyani təhsilalma forması üzrə təhsil; *Qəbul olunanlara doktorantura təqaüdü ilə […]
Bakıda və Abşeron yarımadasına düşən dolunun diametri 4 mm-dək qeydə alınıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 16:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir. Qeyd edək ki, ölkə ərazisinin bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb.
AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyevin xanımı ilə qızı məhkəmədə üz-üzə gəlib. Xitab24.az-ın əldə etdiyi məlumata görə, buna səbəb Ramiz Mirzəyevin vəfatından sonra geriyə qalan miras bölüşdürülməsində yaranan problemlərdir. Anasına qarşı məhkəmə iddiasını isə mərhum Mizrəyevin qızı qaldırıb. O, atasından qalan mirasdan bəzi əmlakların qardaşı Anar Mirzəyevin də vəfatından sonra onların gəlini və Ramiz Mirzəyevin nəvəsinin adına keçirilməsinə etiraz edib.Mirasa Tovuzda, İsmayıllıda, Şamaxıda çoxsaylı müxtəlif təyinatlı torpaq sahələri, Abşeron rayonu ərazisində bağ evi, Bakının Xətai, Nəsimi, Sabunçu, Səbail, Binəqədi rayonları ərazisində […]
Beynəlxalq axtarışda olan 27 yaşlı Sənan Əsədzadə Misirin paytaxtı Qahirə şəhərində saxlanılıb. S.Əsədzadə barəsində ümumilikdə 17 epizod üzrə cinayət işi açılıb. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) 2025-ci ilin noyabrında yaydığı məlumata görə, onun vətəndaşlara qarşı ümumilikdə 412 min dollarlıq dələduzluq etdiyi müəyyən olunub və barəsində beynəlxalq axtarış elan edilib. Belə ki, çox sayda vətəndaş Sənan Əsədzadənin xaricdən avtomobil gətirmək adı ilə onlardan vəsait aldığını, lakin maşınları təslim etmədiyini bildirərək şikayət etmişdi. Bizim.media
Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (World Urban Forum – WUF13) 13-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin pavilyonunda “Münaqişədən sonrakı dövrdə regionda yaşıl icma iştirakçılığı və şəhərsalmanın inkişafında qadınların rolu: Qarabağ nümunəsi” mövzusunda mövzusunda yan tədbir təşkil olunub. Tədbir Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi tərəfindən təşkil edilərək postmünaqişə dövründə dayanıqlı inkişaf, qadınların qərarvermə proseslərində iştirakı, yaşıl transformasiya və icma əsaslı şəhərsalma məsələlərinə həsr olunub. Tədbirdə Azərbaycanda akkreditasiya olunan səfirliklərin əməkdaşları, millət vəkilləri, beynəlxalq və yerli təşkilatların […]
WUF13 çərçivəsində qəbul edilən “Bakı Fəaliyyətə Çağırışı” sənədində qlobal mənzil böhranı ilə mübarizənin sürətləndirilməsi və UN-Habitat-ın bu istiqamətdə tərəfdaşlıq və əlaqələndirici qurum kimi rolunun gücləndirilməsi çağırışı yer alıb. Sənəddə qeyd Yeni Şəhərsalma Gündəliyinin qəbulunun onuncu ildönümü fonunda üzv dövlətlərin mənzil sahəsində öhdəliklərin icrasını sürətləndirməli olduğu, daha inklüziv və dayanıqlı şəhər inkişafı üçün birgə fəaliyyət göstərməli olduğu vurğulanıb. “Bakı Fəaliyyətə Çağırışı” sənədində UN-Habitat-ın 2026–2029-cu illər üzrə Strateji Planının mənzil sahəsində fəaliyyətin genişləndirilməsi üçün əsas yol xəritəsi olduğu vurğulanır. Bildirilir ki, “Hamı […]
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram. İqtisadi Əməkdaşlıq Təşkilatı regional iqtisadi əməkdaşlığın və daha geniş inteqrasiyanın inkişafında Azərbaycanın fəal və konstruktiv roluna böyük əhəmiyyət verir. Təşkilatımızın əsas üzvü kimi Azərbaycan üzv dövlətlər arasında əlaqələrin, xüsusilə ticarət, enerji sahələrində əməkdaşlığın və davamlı inkişafın təşviqinə dəyərli […]
Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir. Mayın 21-də Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Abiddin Hüseynov tərəfindən Şəmkir, İmişli, Sumqayıt, Şəki, Gəncə və Lənkəran regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videokonfrans vasitəsilə qəbul keçirilib. Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda Notariat, qeydiyyat və reyestr […]
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Qazaxıstanın Kurık limanının nümayəndələri ilə görüş keçirilib. Görüşdə tərəflər daşımaların təşkili, o cümlədən koordinasiya və əməliyyat proseslərinin optimallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Eyni zamanda, görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, yük axınının davamlılığının təmin olunması və Xəzərdə nəqliyyat-logistika əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib.
“CPM-İnvest İnvestisiya Şirkəti” ASC 2025-ci ili 1,111 milyon manat xalis mənfəətlə başa vurub. “Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 6,6 dəfə çoxdur. Ötən il “CPM-İnvest”in vergiyəqədərki mənfəəti 1,472 milyon manat (əvvəlki ilə nisbətən 7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 362 min manat (8,6 dəfə çox) təşkil edib. Bu il yanvarın 1-nə “CPM-İnvest”in aktivləri 2,01 milyon manat olub ki, bu da illik müqayisədə 92,3 % azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 99,6 % azalaraq […]
Eyfel Qülləsinin orijinal spiral pilləkəninə aid fraqment hərracda 450 min avrodan (təxminən 888 min manat) çox məbləğə satılıb. “Qafqazinfo” xəbər verir ki, “Artcurial” tərəfindən Parisdə təşkil olunan hərracda satışa çıxarılan 14 pillədən ibarət metal konstruksiya 450 min 160 avroya alıcı tapıb. 2,75 metr hündürlüyündə olan bu fraqment 1889-cu ildə istifadəyə verilən Eyfel Qülləsinin ikinci və üçüncü mərtəbələrini birləşdirən orijinal spiral pilləkənin bir hissəsi olub. Qüllədə 1983-cü ildə aparılan yenidənqurma işləri zamanı liftlər quraşdırılıb və həmin pilləkən sökülərək 24 hissəyə bölünüb. […]
“Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərar verilib. Qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən: – dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödəniləcək: – nəzərdə tutulan vəsait işğaldan […]
İdarəetmə təsisatları öz vəzifələrini nə qədər səmərəli yerinə yetirməyə çalışsalar da, məskunlaşma və şəhərsalma dayanıqlılığı məsələlərindəki çağırışları birtərəfli şəkildə, ictimai iştirak və ictimai etimad olmadan effektiv ünvanlaya bilməzlər. Bu iki element isə — iştirak və etimad — kommunikasiya olmadan mövcud ola bilməz. Bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının təsisçi direktoru Şəfəq Mehrəliyeva WUF13 çərçivəsində keçirilən “Media mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun hərəkətverici qüvvəsi kimi” mövzusunda tədbirdə deyib. Ş.Mehrəliyeva bildirib ki, […]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. Mayın 20-də Baş prokuror Kamran Əliyev Xankəndi şəhər prokurorluğunun inzibati binasında Xankəndi şəhər, Ağdərə, Xocalı, Xocavənd və Şuşa rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin inzibati binada yerləşən barelyefi qarşına gül dəstələri qoyub, dahi liderin əziz xatirəsini dərin ehtiramla yad edib. Qəbulda iştirak etmiş 16 […]
20 may tarixində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilati dəstəyi ilə “Media İnkişaf Mərkəzi (MİM)” İctimai Birliyi tərəfindən “Urban Dayanıqlılıq və Mənzilləşmə ilə bağlı İctimai Müzakirədə Media Hərəkətverici Qüvvə kimi” mövzusunda tədbir keçirilib. Tədbirdə MEDİA Agentliyinin struktur bölmə rəhbərləri, media nümayəndələri, beynəlxalq ekspertlər, parlament üzvləri və müxtəlif qurumların təmsilçiləri iştirak ediblər. Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva çıxışında WUF13 […]
Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət tarifləri açıqlanıb. Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. Bildirilib ki, marşrut üzrə səyahət tarifləri aşağıdakı qiymətlərdən başlayır: – Bakı-Tbilisi: 81 AZN-dən; – Yevlax-Tbilisi: 67 AZN-dən; – Gəncə-Tbilisi: 62 AZN-dən; – Ağstafa-Tbilisi: 57 AZN-dən; - Böyük Kəsik-Qardabani: 51 AZN-dən. Bakı-Tbilisi-Bakı marşrutu müasir “Stadler” qatarları ilə həyata keçiriləcək.
Yeni tənzimləyici çərçivə rəsmi qəbul edildi və qüvvəyə mindi Dünya Alpaqut Federasiyasının (WAF) tarixi İdarə Heyəti iclası bu gün, 19 May 2026 tarixində Bakıdakı baş qərargahda uğurla keçirildi. Əvvəlcədən 17 May 2026 tarixinə planlaşdırılmış iclas hava şəraiti ilə əlaqədar fövqəladə hal səbəbiylə iki gün təxirə salınmışdı. İclasa İdarə Heyətinin Sədri Vasif Namazov sədrlik etdi. İclasa İdarə Heyətinin tam tərkibi — 9 üzv — qatıldı: 8 üzv Bakıda fiziki olaraq iştirak etdi, 1 üzv (Qabil Hüseynov) isə onlayn formatda qoşuldu. İştirakçılar […]
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996-2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası […]
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi qrant müsabiqəsində qalib olmuş “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində təşkil olunan Mədəniyyət Gecəsinə dəvətlisiniz! Layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən həyata keçirilir və Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin araşdırılması, qorunması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır. Tədbir çərçivəsində hazırlanmış videoçarxlar təqdim olunacaq, milli kimliyimizi və mədəni yaddaşımızı əks etdirən dəyərli materiallar ictimaiyyətə çatdırılacaq. Tədbirin məqsədi Qərbi Azərbaycanın mədəni irsini tanıtmaq, gənc nəslin tariximizə marağını artırmaq və milli dəyərlərimizin qorunmasına töhfə […]
WUF13 çərçivəsində QHT Forumunun təşkili xüsusi əhəmiyyət daşıyır. Azərbaycan hökuməti vətəndaş cəmiyyəti institutlarının inkişafına xüsusi diqqət yetirir. Vətəndaş cəmiyyəti institutlarının iştirakı olmadan dayanıqlı, davamlı və insanyönümlü şəhərlərin formalaşdırılması mümkün deyil. Bu fikirləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda keçirilən tədbirdə deyib. “QHT icmasının iştirakı olmadan belə bir tədbir tam hesab edilə bilməzdi. Sizin baxışlarınız, töhfələriniz və tövsiyələriniz bizim üçün olduqca dəyərlidir. Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi […]
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş katibi Metyu Morinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə keçirilən görüşdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş və Beynəlxalq əməkdaşlıq baş idarələrinin nümayəndələri iştirak ediblər. Görüşdə Azərbaycan ilə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi arasında yerli özünüidarəetmə institutunun gücləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində uzunmüddətli əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Ədliyyə Nazirliyinin nümayəndələri tərəfindən Azərbaycanda bələdiyyə […]
EcoHub – Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “İcmalardan Şəhərlərə Su Dayanıqlılığı: Əlçatanlıq, Səmərəlilik və Davamlılıq” mövzusunda tədbir keçirib. WUF Urban Expo sərgisinin QHT Agentliyi Pavilyonunda baş tutan tədbir EcoHub-ın təşkilatçılığı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı və “The Coca-Cola Company”nin dəstəyi ilə həyata keçirilib.Tədbirə dövlət qurumlarının, beynəlxalq və yerli şirkətlərin, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri qatılıb. İştirakçılar Azərbaycanda və regionda su dayanıqlılığının gücləndirilməsinə yönəlik praktiki yanaşmaları müzakirə ediblər. Tədbiri açıq elan […]
Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının Türküstanda keçirilən qeyri-rəsmi zirvə görüşü bir daha göstərdi ki, TDT uğurlu praktik əməkdaşlıq modelinə keçir. Azərbaycan isə bu prosesdə təşəbbüskar və istiqamətverici ölkələrdən biri kimi çıxış edir. Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı isə həm təşkilatın perspektivləri, həm də Azərbaycanın regional liderliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Cənab Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri Türk Dövlətləri Təşkilatının artıq qlobal proseslərdə söz sahibi olmağa çalışan geosiyasi güc mərkəzi kimi təqdim edilməsidir. Dövlət başçısının “Türk dünyası XXI […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib. Anaklaudia Rossbax Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı gördüyü işlərin onda dərin təəssürat hissi yaratdığını deyərək, bu mötəbər tədbirin təşkili ilə əlaqədar ölkəmizin tətbiq etdiyi innovativ yanaşmaları alqışladığını vurğuladı, onların sessiyanın daha məzmunlu keçirilməsinə zəmin yaratdığını qeyd etdi. Bütün bunlara görə Azərbaycan tərəfinə minnətdarlıq edən qonaq ölkəmizin bu tədbirə möhtəşəm ev sahibliyi edəcəyinə əminliyini bildirdi. Anaklaudia Rossbax COP29-un Azərbaycanda yüksək […]
Avtomobillərin etibarnamə ilə idarə olunması məsələsi son illər yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Rəqəmsal xidmətlərin genişləndiyi, dövlət qeydiyyatı və nəzarət sistemlərinin tam elektronlaşdığı bir dövrdə bir çoxları etibarnamə tələbinin artıq köhnəlmiş mexanizm olduğunu düşünür. Xüsusilə ailə üzvlərinin və yaxın şəxslərin bir-birinin avtomobilini idarə etməsi üçün əlavə notariat prosedurlarından keçməsinin zəruriliyi tez-tez sual doğurur. Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, avtomobillərin etibarnamə ilə idarə olunması bir çox […]
Nazirlər Kabinetinin bir neçə qərarında dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na edilən dəyişikliyə görə, namizəd tərəfindən bilərəkdən və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin və ya məlumatların təqdim edilməsi müəyyən edildikdə, namizədin test imtahanında əldə etdiyi nəticələr […]
Səhiyyə işçilərinə güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilə bilər. Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb. Bildirilib ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına səhiyyə işçilərinin də əlavə edilməsi məsələsininin sürətləndirilməsi istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirlər. Trend
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü və arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntıların müşahidə olunacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır. Bununla əlaqədar yol polisi bütün yol hərəkəti iştirakçılarını daha diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava ilə bağlı xəbərdarlığında deyilir. “Qeyd edirik ki, yağıntılı və küləkli havalarda sürücülər hərəkət […]
Bakıda və Abşeron yarımadasında mayın 17-18-də fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə Türküstan şəhərindəki “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış olub. Dövlət başçılarına qoruq haqqında məlumat verilib. Bildirilib ki, “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu 1989-cu ildə yaradılıb. Muzeydəki “Nadir Eksponatlar Zalı” Qazaxıstanın ən əhəmiyyətli muzey və sərgi layihələrindən biridir. Məqsəd orta əsrlər dövrünün nadir tarixi və mədəni irsini qorumaq və təbliğ etməkdir. Muzeydə Türküstanın zəngin tarixi, Türk dünyasının mənəvi irsi və Xoca Əhməd Yasəvi […]
Zəlzələnin qısa müddətli, yəni yeri, vaxtı və gücü ilə bağlı proqnozunu vermək bu gün dünya üzrə mümkün deyil. Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi baş direktoru Qurban Yetirmişli “Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda keçirilən konfransda çıxışında bildirib. “Bəlkə də gələcəkdə nə vaxtsa bu mümkün olacaq. Qısa müddətli proqnozla yanaşı, yapon alimləri bildirirlər ki, zəlzələ xəbərinin əhaliyə çatdırılması da çox vacib məsələdir. Məsələn, indi desələr ki, zəlzələ olacaq, mənqarışıq hamı durub qaçacaq”,- deyə o qeyd edib. […]
Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında 134 min aliment işi olub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. “Hazırda icraatda olan aliment işlərindən təxminən 2500-ü (icraatda olan ümumi aliment işlərinin təxminən 1,9 faizi) üzrə borclu tərəf qadınlardır”, – deyə rəsmi məlumatda vurğulanıb. Qeyd edək ki, 2025-ci ildə icraatda ümumilikdə 142 minədək aliment işi olub.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi beş gün fəaliyyət göstərməyəcək. Bununla bağlı səfirliyin X sosial şəbəkə hesabında məlumat yerləşdirilib. “28 May – Müstəqillik Günü və Qurban bayramı ilə əlaqədar olaraq, 27.05.2026-31.05.2026-cı il tarixlərində Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi fəaliyyət göstərməyəcək”, – paylaşımda qeyd edilib.
Avropada təyyarə yanacağı tədarükünün azalması və bir barel üçün orta qiymətin ötən ilə nisbətən 80%-dən çox artması xaricdə tətil xərclərini gündəmə gətirib. Lakin sektordakı təzyiqlərə baxmayaraq, bəzi aviaşirkətlər müştəriləri geri qaytarmaq üçün bilet qiymətlərini endirməyə başlayıb. “Financial Times”ın “Google Flights”dakı ən ucuz tariflər üzərindən apardığı təhlil göstərir ki, Yaxın Şərqdəki münaqişələrin başlamasından bəri Cənubi Avropanın populyar istiqamətlərinə bilet qiymətləri düşüb. Məlumata görə, Hitrou-Nitsa, Mançester-Palma və Qatvik-Barselona da daxil olmaqla 15 marşrutda qiymətlər 10% və ya daha çox geriləyib. Milan-Madrid reyslərində […]
Azərbaycan İdman Rəqsləri Federasiyası tərəfindən Gənclər və İdman Nazirliyi dəstəyi ilə idman rəqsləri üzrə ölkə çempionatı keçirilib. Tədbirin rəsmi açılış mərasimində Federasiyanın prezidenti Əli Həşimli çıxış edib. O, Azərbaycanda idman rəqslərinin inkişafı istiqamətində görülən işlərdən danışıb və gələcək hədəflərlə bağlı fikirlərini bölüşüb. Çempionatda ölkənin müxtəlif bölgələrindən yüzlərlə idmançı iştirak edərək klassik, Avropa, Latın Amerikası və digər rəqs növləri üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Münsiflər heyəti tərəfindən iştirakçıların texniki hazırlığı, səhnə mədəniyyəti və artistik performansı obyektiv şəkildə qiymətləndirilib. Yarışın sonunda qaliblər […]
Mayın 12-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 166 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin fərdi layihələr kateqoriyası üzrə qalibi olan “Öyrən, Layihələndir, Paylaş! Sinifdə Layihə Əsaslı Öyrənməyə Keçid” adlı qrant layihəsi yekunlaşıb. Qeyd edək ki, layihə çərçivəsində ilkin mərhələdə 10–12 müəllimə layihə əsaslı öyrənmə metodikası ilə bağlı məlumatlar təqdim olunub, mövzu ətrafında müzakirələr aparılıb. Yekunlaşdıqdan sonra videoların çəkilişinə başlanılıb. Ümumilikdə 8 video hazırlanıb. Videolar vasitəsilə layihə əsaslı dərsin planlaşdırılması, problem qoyuluşu və nəticəyönümlü fəaliyyət nümunələri, tətbiq mərhələləri, […]
Azərbaycanda keçiriləcək “UFC Fight Night Baku” turnirinin bütün döyüşləri açıqlanıb. Bakı Şəhər Halqasından bildirilib ki, gecənin əsas qarşılaşmasında Azərbaycan təmsilçisi Rafael Fiziev yüngül çəki dərəcəsində meksikalı Manuel Torreslə üz-üzə gələcək. Görüş 5 raunddan ibarət olacaq. Turnirin ikinci əsas döyüşündə isə orta çəki üzrə Şarabutdin Maqomedov braziliyalı Miçel Pereyra ilə qarşılaşacaq. Digər döyüşlərdə Nazim Sadıqov yüngül çəkidə braziliyalı Mateus Kamilo ilə qüvvəsini sınayacaq. Qazaxıstan təmsilçisi Asu Almabayev isə reytinq döyüşündə amerikalı Çarlz Conson ilə üz-üzə gələcək. Orta çəkidə İkram Aliskerov braziliyalı […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdilər. Qeyd edək ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə […]
Bakıda fəaliyyət göstərən “General Hospital” daha bir vətəndaşa saxta sağlamlıq arayışı verib. “Yaşam Medical” klinikası isə vətəndaşa düzgün olmayan analiz cavabı göndərib. Şikayətçi Ruslan Hüseynov paytaxtda yerləşən restoranlardan birində çalışan zaman “Yaşam Medical” klinikasının əməkdaşlarının ondan analiz üçün qan götürdüklərini bildirib: “20 manat da ödəniş etdim. Bir neçə gün sonra – 14 mart 2026-cı il tarixində analizin cavabı gəldi. Cavabda heç bir problemin olmadığı bildirildi. Bir müddət sonra isə başqa bir restoranda işləməyə başladım. Bu səbəbdən sağlamlıq kağızı almalı idim. […]
Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verən yanğınla bağlı “Birmarket” məlumat yayıb. Məlumatda deyilir: Yanğının genişlənməsi nəticəsində Birmarket-ə məxsus anbara da zərər dəyib. Hadisə ilə əlaqədar olaraq Birmarket məhsullarının yerləşdiyi anbar sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb. Hadisə zamanı əməkdaşlarımıza fiziki zərər dəyməyib. Hazırda zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir. Məlumat üçün bildiririk ki, bu səbəbdən də müştərilərin aktiv sifarişlərinin çatdırılmasında gecikmələr, yeni sifarişlərin qəbulunda isə çətinliklər yaşana bilər. Qeyd edək ki, hazırda aidiyyatı qurumlar […]
“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib”. Bununla bağlı “Kontakt Home”un sosial şəbəkə hesabında məlumat verilib. “Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır. Operativ müdaxiləyə görə təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik. Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərimizlə birbaşa əlaqə saxlayacağıq. Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbirinizə və etimadınıza görə minnətdarıq”, – paylaşımda deyilir. Hadisə ilə bağlı “Birmarket” də […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib. Sonra dövlətimizin başçısı Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub.
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət ediblər. Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Prezident İlham Əliyev sakinlərə evlərin açarlarını təqdim edib. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar. Daha sonra dövlətimizin başçısı Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” […]
Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür. Bu münasibətlə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər. Dövlət başçısı və birinci xanım Həzi Aslanovun abidəsinin önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla yad edib. Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə anıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dövlət başçısı və birinci xanım Ulu […]
Dünya bazarında Azərbaycan neftinin qiyməti 4 dollardan çox artıb. Redaksiya xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin son qiyməti 4,43 ABŞ dolları və ya 4,2% artaraq 109,98 ABŞ dolları təşkil edib. Əvvəlki ticarət sessiyasında “Azeri Light” nefti 105,55 ABŞ dollarından satılıb. Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2026-cı ilin dövlət büdcəsi üzrə 65 dollar müəyyən edilib.
Bu gün Azərbaycanda 9 May – faşizm üzərində qələbənin ildönümüdür.İqtisadiyyat.az xatırladır ki, Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına mühüm töhfələr verib. Müharibə illərində Azərbaycandan 600 mindən çox insan cəbhəyə yollanıb, onların yarıdan çoxu döyüşlərdə həlak olub. Yüzlərlə azərbaycanlı göstərdikləri şücaətə görə yüksək dövlət mükafatlarına layiq görülüb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, eləcə də İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, Hüseynbala Əliyev və digər azərbaycanlı döyüşçülər müharibə tarixində xüsusi yer tuturlar. Faşizm üzərində qələbədə […]
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistandan dərhal sonra Bakıya səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin hazırkı dinamikasını və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Bu səfər diplomatik təmasların davam etdiyini göstərməklə yanaşı, həm də tərəflər arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından vacibdir. Prezident İlham Əliyevlə görüş zamanı səsləndirilən fikirlər bir daha göstərdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər çoxşaxəli və dərin strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. […]
Daxili İşlər Nazirliyində xalqımızın tarixində və taleyində əvəzsiz rolu olan, müstəqil dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ulu Öndərin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Ulu öndərin dövlətçilik tariximizdəki yeri və mövqeyi ilə bağlı çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, professor Ədalət Qasımov qeyd edib ki, böyük bir imperiyanın tərkibində olsa da Azərbaycanın […]
Martın 25-dən etibarən isə raritet avtonəqliyyat vasitələrinin ölkəyə idxalı ƏDV, aksiz və gömrük rüsumundan azad edilib. Maraqlıdır, bu dəyişikliklər fonunda avtomobil bazarında qiymət dinamikası necə dəyişib? Hazırda hansı növ avtomobillərdə bahalaşma daha çox müşahidə olunur? Bundan əlavə, raritet avtomobillərin idxalına tətbiq edilən vergi güzəştləri bazara necə təsir edəcək? Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, 2026-cı il yanvarın 1-dən ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin ləğvi bazarda yeni bir tendensiya formalaşdırıb. Onun […]
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % təşkil edəcək. Azərbaycanın […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizin başçısını qarşıladı. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı. Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlham Əliyev Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğuladı. Dövlətimizin başçısı Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin […]
Vətən müharibəsi iştirakçısı, tanınmış jurnalist Rəşad Baxşəliyev vəfat edib. O, səhər saatlarında ürək çatışmazlığından dünyasının dəyişib. Qeyd edək ki, Rəşad Baxşəliyev uzun müddət “Şərq” qəzetində çalışıb, daha sonra “Azərbaycan” qəzetində şöbə müdiri olub. “Qubadlının azad olunmasına görə”, “Tərəqqi” medalları ilə təltif edilib. Oxu.az
İsrail ordusu Livanın cənubunda baş verən döyüşlər zamanı hərbçisinin həlak olduğunu açıqlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 21 yaşlı baş çavuş Ori Qrinberq Livanın cənubundakı sərhədyanı kəndlərdən birində keçirilən əməliyyat zamanı öldürülüb. Petah-Tikva şəhərindən olan hərbçi “Qolani” briqadasının elit kəşfiyyat bölməsində xidmət edib. Məlumata görə, hadisə gecə saatlarında baş verib. “Sayyeret Qolani” batalyonunun bölmələri düşmənin dayaq nöqtələrindən birinə doğru irəliləyərkən silahlı qruplaşmaların hədəfli atəşinə məruz qalıb. Nəticədə Qrinberq ölümcül yaralanıb və hadisə yerində […]
Ölkəyə dəniz yolu ilə külli miqdarda qaçaqmal siqaret keçirilməsi ilə bağlı ittiham olunan zabitlərdən daha birinin həbs müddəti uzadılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Neftçala sahil mühafizəsinin bölmə rəisi kapitan Vüsal Sadıqov yenidən məhkəməyə çıxarılıb. Prokuror irihəcmli cinayət işi üzrə 3 aylıq müddətin kifayət etmədiyini deyib, istintaqın gedişatına ehtimal olunan təsiri nəzərə alaraq təqsirləndirilən şəxsin həbsdə qalmasının davamına qərar verilməsini xahiş edib. Müdafiə tərəfinin etirazına baxmaraq, hakim təqdimatı əsaslı hesab edib. Qərara əsasən, kapitan Sadıqovun həbsdə saxlanılma müddəti daha 3 […]
İranın xarici işlər naziri region ölkələrinə təşəkkür edib. İranın xarici işlər naziri Abbas Araqçı iranlı vətəndaşların təxliyəsinə göstərilən dəstəyə görə bir sıra dövlətlərə minnətdarlığını ifadə edib. Nazir açıqlamasında xüsusilə Azərbaycan, Türkiyə, Türkmənistan, Ermənistan və Əfqanıstan hökumətlərinin rolunu vurğulayıb. Onun sözlərinə görə, bu ölkələr logistika məsələlərində mühüm əməkdaşlıq göstərərək prosesin həyata keçirilməsinə ciddi töhfə veriblər. Araqçı qeyd edib ki, region dövlətlərinin koordinasiyalı fəaliyyəti sayəsində İran vətəndaşlarının təhlükəsiz şəkildə daşınması mümkün olub. (Modern)
İrana qarşı quru əməliyyatı başlayarsa, Tehran Bab əl-Məndəb boğazını bağlaya bilər. Bu barədə “Tasnim” xəbər agentliyi hərbi mənbəyə istinadla məlumat yayıb. “Bab əl-Məndəb Süveyş kanalına gedən gəmilərin əhəmiyyətli bir hissəsini idarə edən vacib dəniz dəhlizidir. Boğaz Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və Yəmən ilə Eritreya arasında uzanır”, – məlumatda bildirilib. Qeyd edək ki, ABŞ-nin İranın Xark adasını ələ keçirmək üçün quru əməliyyatına hazırlaşdığı barədə məlumatlar yayılıb.
İran ABŞ-nin mümkün quru hücumundan qorunmaq üçün Xarq adasında müdafiəsini gücləndirir. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, son həftələrdə İran, ABŞ-nin ada üzərində nəzarəti ələ keçirmək üçün mümkün əməliyyatına hazırlıq məqsədilə Xarq adasına piyada və tank əleyhinə minalar da daxil olmaqla, tələlər qurur və əlavə hərbi personal, hava hücumundan müdafiə vasitələri və yer-hava raket sistemləri yerləşdirir. Vurğulanıb ki, Vaşinqton administrasiyası, İranın xam neft ixracının təxminən 90%-nin keçdiyi iqtisadi həyat xətti olan Körfəzin şimal-şərqindəki bir adanı ələ […]
Hacıqabul rayonunda birinci Quşçuluq Festivalı keçirilib. Festival Hacıqabul Rayon İcra Hakimiyyəti, Hacıqabul Quşçuluq Şirkəti və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Festivalda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, ziyalılar, idarə, müəssisə və təşkilat kollektivləri, həmçinin rayon ictimaiyyəti iştirak etmişdir. Festivalda ilk öncə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın kənd təsərrüfatı sahəsində apardığı islahatlardan, Prezident İlham Əliyevin həmin yolu ləyaqətlə davam etdirməsindən ibarət videoçarx təqdim edilib. Festivalın açılış mərasimində çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin […]
Meyxanaçı Ağakərim vəfat edib. Bu barədə Manset.az-a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə Valideyn konfransları davam edir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində növbəti görüşlər Sabunçu rayonu üzrə 71, Xəzər rayonu üzrə 88 nömrəli tam orta ümumi təhsil məktəblərində, Suraxanı rayonu üzrə S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada təşkil olunub. Konfranslarda MÜTDA-nın direktor müavini Vəfa Yaqublu, Agentliyin Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel […]
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 23-də keçiriləcək. Redaksiya xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının yekununda bildirib. O qeyd edib ki, növbəti plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.
“2025-ci ildə korrupsiya hüquqpozmaları 24,2 % azalıb. 1 yanvar-30 noyabr tarixləri ərzində 392 korrupsiya hüquqpozmaları barədə müraciət daxil olub”. Bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib: “Bunlardan 26-sı təsdiqini tapıb (7%), 36 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. 2024-cü ilin anoloji dövrü üzrə 517 korrupsiya hüquqpozmaları barədə müraciət daxil olub, bunlardan 23-ü təsdiqini tapıb (4%), 33 əməkdaş intizam məsuliyyətinə cəlb edilib”.
Amnistiya ilə bağlı qərar qəbul olunacağı gündən qüvvəyə minəcək və dörd ay ərzində icra olunacaq. Bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib (Modern)
Duzlu qidalar qəbul etdikdən sonra həddindən artıq susuzluq təsadüf deyil; bu, bədəninizdən gələn həyəcan siqnalıdır. Ölkə.Az “haber7”yə istinadla xəbər verir ki, həddindən artıq duz qəbul etdikdən sonra bədənimiz natrium və su balansını qorumaq üçün işləməyə başlayır və su böyrəklər vasitəsilə bədəndən artıq duzun xaric olmasını asanlaşdırdığı üçün bol su içmək istəyi yaranır. Lakin, sadəcə su içmək bu duzu bədəndən çıxarmaq üçün kifayət deyil. Bədəndə toplanan duzu xaric etməyin 3 yolu var. Tərkibində çox su olan meyvə və tərəvəz yeyin Xiyar, […]
Amnistiya aktları təkcə hüquqi mexanizm deyil, eyni zamanda cəmiyyətin mənəvi dəyərlərinə söykənən, insan amilini əsas götürən siyasi iradənin ifadəsidir. Bu gün böyük qürur hissi ilə deyə bilirik ki, 1995-ci ildə Ümummilli Liderin rəhbərliyi ilə qəbul edilmiş və müasir dövlətçiliyimizin hüquqi təməlini yaratmış Azərbaycan Respublikasının Konstitusiyası ölkə ərazisində tam hüquqi qüvvəyə minib. 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri nəticəsində əldə edilən tarixi Zəfərlər müasir Azərbaycanın dünyadakı imicini yenidən formalaşdırdı. Bu mənada “Konstitusiya və Suverenlik İli” münasibətilə Möhtərəm Prezident […]
Prezident İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına müraciət edib. Redaksiya xəbər verir ki, müraciətdə deyilir: “Hörmətli konqres iştirakçıları! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram. Dünyanın mötəbər tibb qurumlarını təmsil edən tanınmış alim və mütəxəssislərin iştirak etdiyi bu konqresdə tibb elminin və səhiyyənin müxtəlif […]
2026-cı il yanvarın 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə xarici vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər olacaq. Bu barədə Qoruqları İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, 2026-cı il yanvarın 1-dən başlayaraq xarici ölkə vətəndaşlarına “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Kiş” Tarix-Memarlıq (Alban məbədi) qoruqlarına, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun Şəki xan sarayına, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun balansındakı “Diri Baba” türbəsinə giriş qiyməti 15 manat təşkil edəcək. Qeyd edək ki, xarici ölkə vətəndaşları […]
Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yeni sədri Nicat Məmmədli kollektivə təqdim edilib. Təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Nicat Məmmədlini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir fondun təhsil sahəsində həyata keçirilən islahatların dəstəklənməsində mühüm rol oynadığını vurğulayıb, prioritet istiqamətlər və əsas hədəflər barədə fikirlərini bölüşüb. Emin Əmrullayev Fondun fəaliyyətinin səmərəliliyinin artırılmasının, innovativ təşəbbüslərin dəstəklənməsinin və dövlət–özəl tərəfdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib. Tədbirdə çıxış edən Nicat Məmmədli […]
Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi Dubayın izindən gedərək özünəməxsus “brend şokolad”ını istehsal edib. “Qafqazinfo” xəbər verir ki, “Abu Dhabi Chocolate” adlanan yeni məhsul qısa müddətdə geniş rəğbət qazanıb. Şokolad filippinli şef Nuel Katisi tərəfindən hazırlanıb. Onun sözlərinə görə, yeni şokoladın əsas özəlliyi içliyində olan ərik meyvəsi, küncüt əzməsi, zəfəran və hil qarışığıdır. Məhsulun üzəri isə yeyilə bilən qızılı folqa ilə örtülüb. Qeyd edək ki, Dubayın “brend şokoladı” 2024-cü ildə böyük sensasiya yaratmışdı. Təkcə bu ilin ilk yarısında Dubaydakı “Duty Free” mağazalarında […]
“Yolda yüksək sürətlə hərəkət edən sürücülərin ətrafı qavrama qabiliyyəti kəskin zəifləyir. Sürət artdıqca görmə bucağı daralır, diqqət isə yalnız qarşıda görünən məhdud sahəyə yönəlir. Bu hal “yüksək sürət korluğu” kimi tanınır və təhlükələrin vaxtında nəzərə alınmasını çətinləşdirir”. Redaksiya xəbər verir ki, bunu BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev deyib. Onun sözlərinə görə, araşdırma göstərir ki, yüksək sürət zamanı bu hallar baş verir: “Periferik görmə zəifləyir, bununla da yolkənarında baş verən dəyişikliklər daha gec qəbul olunur. Həmçinin reaksiya müddəti azalır, nəticədə qəfil […]
2025-ci ilin ən güclü partlayışlarından biri zamanı Günəşdən atılan plazma Yer kürəsindən yan keçəcək. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, bu, son bir neçə gün ərzində Yer kürəsinə yaxınlaşan dördüncü plazma buludu olacaq. Məlumata görə, bir neçə gün öncə baş verən ilin ikinci ən güclü partlayışı X4.0 səviyyəsində olub. 21-ci əsrin ən böyük partlayışı isə 4 noyabr 2003-cü ildə qeydə alınıb və Günəşin kənarında baş […]
Türkiyənin Balıkesir bölgəsində 4.1 bal gücündə zəlzələ baş verib. Avtor.az AFAD-a istinadən xəbər verir ki, yeraltı təkanlar Sındırgı rayonunda qeydə alınıb. Məlumata görə, təbiət hadisəsi Bakı vaxtı ilə saat 4:04-də olub. Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib. Dağıntı və itki barədə məlumat verilməyib. Xatırladaq ki, oktyabrın 27-də bölgədə 6.1 ballıq güclü zəlzələ olub. Bundan sonra Balıkesirdə bir neçə dəfə yeraltı təkanlar qeydə alınıb.
Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının (ADB) prezidenti Masato Kandanı işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi dirçəlişi istiqamətində həyata keçirilən proqramlar, bu ərazilərin investisiya potensialı barədə məlumatlandırıb. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Belə ki, görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib. Ötən müddət ərzində Bankın Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarının inkişafına dəstək verdiyi bildirilib. Eyni zamanda nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən birgə layihələrin uğurla həyata […]
Ölkə xaricində yaşayan Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb. Baş Prokurorluğun bununla bağlı rəsmi təqdimatı İctimai Televiziyada (İTV) yayılıb. Qeyd olunub ki, Cinayət Məcəlləsinin 467-13.4-cü maddəsinə uyğun olaraq, Ə.Orucluya Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılmasına dair rəsmi bildiriş göndərilib. Bildirişə əsasən, Ə.Oruclu 2025-ci il noyabrın 21-də 14:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir. Onun barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) […]
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Redaksiya xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə, – 143 nəfər, Ağdam rayonunun Xıdırlı kəndinə isə 50 ailə, – 219 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci […]
Dünyanın ən populyar mesajlaşma tətbiqi olan “WhatsApp” 15 noyabr tarixindən etibarən bir çox telefonda dayandırılacaq. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, yeniləmə dəstəyi almayacaq “Android” və “iOS” telefonlarının siyahısı açıqlanıb. Odur ki, həmin siyahını təqdim edirik: Android cihazlar Huawei Mate 9 Pro Samsung Galaxy S7 Xiaomi Mi Note 2 HTC 10 evo Sony Xperia XZ Xiaomi Mi 5 Pro Samsung Galaxy C9 Pro iOS cihazlar iPhone 6 iPhone 6s
Azərbaycanın Ukraynadakı Səfirliyi fəaliyyətini davam etdirir. Bunu APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. XİN rəsmisi diqqətə çatdırıb ki, səfirlik əməkdaşlarının təxliyəsi nəzərdə tutulmur. Qeyd edək ki, 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin ərazisinə düşüb. Səfirliyin ərazisinin hasarının bir hissəsi tamamilə dağılıb, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsi zədələnib, həmçinin diplomatik nümayəndəliyin […]
14 noyabr 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı, 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib. Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi […]
Təxminən dörd gün davam edən ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun günəş astronomiyası laboratoriyası məlumat yayıb. Məlumata görə, geomaqnit qasırğalarının başlanğıc və sonunu qeyd etmək üçün istifadə olunan əsas planetar indeks artıq yaşıl zonaya düşüb. Yerüstü maqnitometrlərin məlumatları və günəş küləyinin ölçülməsinə əsasən, bütün həftə ərzində davam edən maqnit qasırğası başa çatıb. (Trend)
Azərbaycanda ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsi hazırlanır. İndiyədək bu məzuniyyət növü mövcud olsa da, əksər kişilər ondan yararlanmırdı. Bunun əsas səbəbi isə atalıq məzuniyyətinin mövcud qanunvericiliyə əsasən ödənişsiz olmasıdır. Yeni qanun layihəsinə əsasən, atalıq məzuniyyəti ödənişli əsasda tətbiq olunacaq. Məqsəd ailə institutunun möhkəmləndirilməsi, valideyn məsuliyyətinin isə daha ədalətli bölüşdürülməsidir. Qeyd edək ki, atalıq məzuniyyətinin müddətində dəyişiklik nəzərdə tutulmur, əvvəlki kimi 14 iş günü olaraq qalacağı deyilir. Məsələ ilə bağlı fikirlər isə birmənalı deyil. Bəzi ekspertlər hesab edir ki, […]
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev dəfn edilib. Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Mərasimdə mərhumun yaxınları, nazirlər və bir sıra rəsmi şəxslər iştirak edib Xatırladaq ki, Oqtay Şirəliyev 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinə iki qələbə ilə başlayıb. “Benfika”nı 3:2, “Kopenhagen”i 2:0 məğlub edən Ağdam klubu ümumilikdə 4,2 milyon avro (8 milyon 300 min manat) əldə edib. Belə ki, UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır. Qeyd edək ki, “Qarabağ” liqa mərhələsinə düşdüyünə görə ümumilikdə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanmışdı. Hazırda isə bu məbləğ son iki qələbə ilə birlikdə 27,97 milyon avroya (55,8 milyon manat) çatıb. (Qafqazinfo)
Kəlbəcərdə yüksək hündürlükdə ilkin gücü 240 MVt olacaq külək elektrik stansiyasının (KES) təməli qoyulub. “Report” Türkiyənin “Baltech Green LLC” şirkətinə istinadən xəbər verir ki, bununla Kəlbəcərin külək potensialının ölçülməsi prosesi başlayıb. Hazırda iki küləkölçmə dirəyi işləyir və məlumat toplayır. Qısa zamanda onlara sahənin potensialını daha dəqiq qiymətləndirməyə imkan verəcək lidar sistemi də əlavə olunacaq. Layihə “Kalbajar Energy” MMC birgə müəssisəsi tərəfindən həyata keçirilir. Xatırladaq ki, ötən il noyabrın 20-də COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət […]
Ürək tutması adətən qəflətən ortaya çıxan bir sağlamlıq problemi kimi tanınır. Lakin tədqiqatlar göstərir ki, bəzi xəbərdarlıq əlamətləri tutmadan həftələr öncə müşahidə oluna bilər. Xüsusilə qadınlarda bu əlamətlərin görməzdən gəlməsi ölüm riskini artırır. E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, ürək tutmasının klassik əlamətləri adətən sinə ağrısı ilə əlaqələndirilir. Lakin qadınlarda daha fərqli və qeyri-müəyyən işarələr üstünlük təşkil edə bilər. Bu isə səhv diaqnozlara və tibbi yardıma gec müraciətə səbəb ola bilər. Circulation jurnalında yayımlanan araşdırmaya görə, qadınların ürək tutmasından […]
Fövqəladə Hallar Nazirliyi (FHN) Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində birgə təlim keçirib. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, təlimə FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müvafiq canlı qüvvə və texnikası cəlb edilib. Təlimin keçirilməsində məqsəd Penitensiar xidmətin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, bu kimi müəssisələrdə yanğın zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub. […]
Son dövrlər Avropa İttifaqı Azərbaycanla münasibətlərin daha da inkişafı istiqamətində səylər göstərir. Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən 7-ci zirvə toplantısında da bunu aydın şəkildə görmək mümkün idi. Azərbaycan Avropa Siyasi Birliyinin 7-ci zirvə toplantısında da yüksək səviyyədə təmsil olundu. Bu fikirləri Redaksiya-ya millət vəkili Könül Nurullayeva deyib. Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyev Danimarka və Avropa İttifaqı rəhbərliyinin xüsusi dəvətilə bu toplantıya qatılmışdı.Tirana sammitində olduğu kimi Kopenhagendə də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula […]
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Gəncə Gömrük İdarəsinin “Yevlax” gömrük postunda mövcud vəziyyətlə tanış olub. Xidmət səviyyəsinin yüksəldilməsi, gömrük nəzarəti və rəsmiləşdirilməsinin asan və sürətli şəkildə reallaşdırılması, biznes subyektlərinin müraciətlərinə həssaslıqla yanaşılması, həmçinin işğaldan azad edilən ərazilərə gətirilən mal və nəqliyyat vasitələri ilə bağlı gömrük əməliyyatlarının icrasının daha sürətli şəkildə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələr verilib.
Almaniyada aparılan genişmiqyaslı tədqiqat ultra emal olunmuş qidaların tərkibindəki qatqı maddələrinin erkən ölüm riskini əhəmiyyətli dərəcədə artırdığını üzə çıxarıb. E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, piylənmə, ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet və bəzi xərçəng növləri ilə əlaqələndirilən bu məhsullar, ömür uzunluğunu azaldan əsas amillərdən birinə çevrilib. Tədqiqatın nəticələrinə görə, ultra emal olunmuş qidaların yüksək qəbulu erkən ölüm riskini artırır. 📊 2006–2010-cu illərdə Birləşmiş Krallıqda aparılan araşdırma 180 mindən çox yetkin üzərində aparılıb. İştirakçıların orta yaşı 57 olub. Şirinləşdirici, […]
Nazirlər Kabineti “Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nın və “Dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 10 sentyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, sözügedən siyahıya Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu, Qorçu kəndi) əlavə edilib.
2 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Liviya Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naser ilə görüşüb. Görüş zamanı Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb. Səfir öz növbəsində “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını bildirib və bu təcrübənin Liviya tərəfi […]
Beyin ödemi – beyin toxumaları və toxumaarası sahələrdə maye toplanması nəticəsində yaranan və kəllədaxili təzyiqin artması ilə müşahidə olunan ciddi patoloji vəziyyətdir. Bu proses beyin hüceyrələrinin fəaliyyətini pozur, sinir sisteminin işini zəiflədir və həyati təhlükə yarada bilir. Beyin ödemi müxtəlif səbəblərdən – kəllə-beyin travmaları, insult, beyin şişləri, infeksion xəstəliklər, hipoksiya (oksigen çatışmazlığı), həmçinin metabolik pozuntular və yüksək təzyiqin təsiri fonunda meydana çıxa bilər. Xəstəliyin klinik əlamətlərinə kəskin baş ağrısı, ürəkbulanma və qusma, görmə pozuntuları, müxtəlif şüur pozulmaları, qıcolmalar, bəzən isə […]
Sentybarın 3-də Azərbaycanda Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 30-35 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, […]
Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələrinin inkişaf səviyyəsi məmnunluq doğurur. May ayında Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrimizin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində bir sıra istiqamətlər üzrə imzalanmış sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Vyetnam əlaqələrini daha yüksək pilləyə qaldırdı. Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqa bu ölkənin müstəqilliyinin 80-ci ildönümü münasibətilə ünvanlandığı təbrik […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşüb. Görüşdə şirkətin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub. Yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika və yaşıl hidrogen layihələri, tikinti, avadanlıq istehsalı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Eyni zamanda, Günəş və külək elektrik stansiyalarının inşası, “ağıllı enerji sistemləri”nin inteqrasiyası və yerli mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıqla bağlı perspektivlərə dair fikir mübadiləsi aparılıb.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. BAKU.NEWS xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb. Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektoruna rəhbərlik şöbənin müdir müavini Ayla Həsənova-Məmmədovaya, Media ilə iş sektorunun müdiri vəzifəsi isə şöbənin baş məsləhətçisi Billurə Hacızadəyə həvalə olunub. Yeni sektorların yaradılması media subyektləri, qurum və tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinə, nazirliyin rəqəmsal media platformalarında fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edir. Bununla yanaşı, bu […]
Bakıda və bəzi bölgələrdə mal ətinin qiymətində artım müşahidə olunur. Bu artım paytaxtda 2 manat, bölgələrdə isə 1 manatdır. Bəs bu artım nə ilə bağlıdır? Ətin qiymətinin artmasını qəssablar da təsdiq edir. Onların sözlərinə görə, qiymət artması onlara sərf etmir. “Çünki qiymət artdıqca alıcı da azalır. Qiymət artımının səbəbi mal qıtlığı var. Əvvəl xaricdən gəlirdi, artıq gəlmir. Həm də otun qiyməti artıb. Örüş sahələri də azalıb. Əvvəllər bazara 100 baş heyvan çıxarıldısa, indi 40-50 baş çıxarılır. Yay aylarında maldarlığa maraq […]
Bütün dünyada smartfon istehsalçıları yeni cihazların qiymətlərini qaldırmağa hazırlaşır. Bu barədə Tayvanın “DigiTimes” nəşri məlumat yayıb. Media istehsal xərclərinin artmasına səbəb kimi qiymət artımını göstərib. Buna səbəb Tayvanın müasir prosessorlar istehsal edən TSMC (Taiwan Semiconductor Manufacturing Company) korporasiyasının məhsulların qiymətlərinin 5-10 faiz artması barədə tərəfdaşlarını xəbərdar etməsidir. Bu da öz növbəsində yeni smartfonların qiymətinə təsir edəcək. Belə ki, TSMC prosessorları sentyabrda elan ediləcək yeni iPhone-larda istifadə olunacaq. Flaqman Samsung Galaxy S26 cihazları TSMC tərəfindən də istehsal olunan Qualcomm Snapdragon 8 […]
Sentyabrın 7-də 2025-ci ilin ikinci Ay tutulması baş verəcək. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, bu, tam Ay tutulmasıdır (bəzən “Qanlı Ay” da adlandırılır). Tam Ay tutulması – Günəş, Yer və Ay eyni xətt üzərində düzüləndə, Yerin kölgəsi Ayın üzərinə düşdükdə və ya Ay tamamilə Yerin kölgəsinə girdikdə baş verir. Bu zaman Ay tamamilə yox olmur, əksinə, qırmızımtıl rəngə boyanır. Buna səbəb Günəş işığının Yer atmosferində sınma və səpilmə səbəbindən qırmızı və narıncı şüaların […]
Azərbaycanda sentyabrın 1-dən balıq ovlama müddəti açıq elan olunur. Redaksiya bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında balıq ovuna moratorium sentyabrın 1-də başa çatır. Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə nazirliyin Balıqçılıq və Akvakulura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su […]
Azərbaycanda ötən il 19-25 yaşda 54 min 535 gənc işsiz kimi qeydiyyata alınıb. Bu, Dövlət Statistika Komitəsinin “Azərbaycan gəncləri” məcmuəsində qeydə alınıb. Bu, 2023-cü illə müqayisədə 8738 nəfər azdır. Belə ki, 2024-cü ildə 55 min 63 gənc isə işə düzəlib. Bu əvvəlki illə müqayisədə 13 min 525 nəfər çoxdur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) III MDB Oyunları zamanı qidalanmanın təşkilinə nəzarət və tənzimləmə tədbirləri ilə əlaqədar ictimai iaşə sahəsində fəaliyyət göstərən hotel və restoran nümayəndələri ilə Gəncə şəhərində görüş keçirib. Bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, Dövlət Turizm Agentliyi və təşkilat komitəsinin iştirakı ilə keçirilən görüşdə nəzarət tədbirləri zamanı ictimai iaşə müəssisələrində aşkarlanan əsas uyğunsuzluqlar və yaranma səbəbləri, həmçinin uyğunsuzluqların aradan qaldırılması istiqamətində görülməli işlər və mövcud tələblər barədə məlumat verilib. Xatırladaq ki, III MDB Oyunları 2025-ci il […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Dövlət başçısının müsahibəsi avqustun 26-da həmin telekanalda yayımlanıb. Müxbir: Digər tərəfdən Rusiya da var. Azərbaycan təyyarəsinin vurulması ilə bağlı əlaqələr artıq əvvəlki kimi deyil. Hazırda bununla bağlı Moskva ilə diplomatik münasibətlərə yenidən baxılacaqmı? Prezident İlham Əliyev: Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurdu. Birincisi, ilk növbədə, təyyarəyə atəş açılmamalı idi, çünki Rusiya hava limanlarına dron hücumları baş verəndə […]
Ümid edirəm ki, prosesə heç bir müdaxilə olmayacaq. Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib. “Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan […]
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Redaksiya xəbər verir ki, dövlət başçısının müsahibəsi avqustun 26-da həmin telekanalda yayımlanıb. Müsahibəni təqdim edirik. Müxbir: “Əl-Ərəbiyyə” kanalının hörmətli tamaşaçıları, Sizi Azərbaycan Respublikasının paytaxtından, gözəl Bakı şəhərindən salamlamaq istəyirik. Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyevdən xüsusi müsahibə götürəcəyəm. Əlbəttə, bu görüş ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşmadan sonrakı dövrə təsadüf edir. Bu gün biz həmin tarixi günləri yaşayırıq və həmin məsələ haqqında söhbət […]
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 104 ailə – 370 nəfər köçürülüb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən […]
“Apple” şirkəti “iPhone 17” smartfonunun təqdimatına dəvətnamələr göndərib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təqdimat sentyabrın 9-da Kaliforniya ştatının Kupertino şəhərində teatrlardan birində baş tutacaq. “Apple” bu tədbirdə “iPhone 17” smartfonu ilə yanaşı, “iPhone 17 Pro”, “iPhone 17 Pro Max” və yeni ultra nazik “iPhone 17 Air” modelini də təqdimata daxil edəcək.
Azərbaycanda zəlzələ olub. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələ Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərində 4-3 bal gücündə hiss olunub.
“Starlink Azerbaijan” MMC fəaliyyətinin müxtəlif aspektlərini əks etdirən hesabat təqdim etməli olacaq. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb. Bildirilir ki, İKTA əməkdaşları ilə “Starlink” şirkətinin nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşdə “Starlink”in bazara giriş üzrə direktoru Rebeka Hanter və “Starlink Azerbaijan”ın nümayəndələri iştirak ediblər. İKTA rəsmiləri ilk olaraq tənzimləyici qurumun əsas vəzifə və səlahiyyətləri haqqında məlumat veriblər. Görüşdə peyk telekommunikasiya operatorunun Agentliyə təqdim edəcəyi hesabat formaları, onların təqdim edilməsi qaydaları və […]
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən, əvvəllər də analoji əmələ görə dəfələrlə məhkum edilmiş Nəzakət Məhərrəmova saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, o, “Tiktok”dakı “qemgin_20” adlı saxta hesabında canlı yayım açaraq şəhid ailələrinə, qazilərə, eləcə də aztəminatlı şəxslərə özünü humanitar yardım təşkilatlarından birinin nümayəndəsi kimi təqdim edib və əvvəlcədən 1000-2000 manat ödəniş etmələri müqabilində zərərçəkmişlərə il ərzində maddi yardım göstərilməsinə dair yalan vədlər verib. Bu üsullarla N.Məhərrəmova […]
Bu sistemin tətbiqi şəffaflığın təmin edilməsinə və bürokratiyanın sıfırlanmasına xidmət edir Çağdaş dövrün tələblərindən biri də kağızdan istifadənin azaldılması və elektron sənəd dövriyyəsinə keçidin təmin edilməsidir. Buna isə «Kağızsız hökumət»ə keçid deyilir. Eyni zamanda. Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsistemi məhz belə formalaşdırılır. Xatırladaq ki, RSD altsistemi Azərbaycan Prezidentinin 1 avqust 2023-cü il tarixli Fərmanına əsasən, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən hazırlanaraq istismara təqdim edilib. Sözügedən Fərmanın icrası çərçivəsində indiyədək dövlət orqanları və tabeli alt qurumlar da nəzərə alınmaqla, altsistemə […]
El Salvadorda dövlət məktəblərində “Edgar” saç düzümünə qadağa qoyulub. E-huquq.az xəbər verir ki, bu barədə ölkə prezidenti Nayib Bukelenin administrasiyası məlumat yayıb. “El Salvador Təhsil Nazirliyi məktəbdə nizam-intizam qaydalarının tətbiq edilməsini əmr edib. Buraya tələbələrdən təmiz forma geyinmələri, səliqəli saç kəsmələri və hörmətli davranış nümayiş etdirmələri kimi tələblər daxildir. Bu qaydalara əməl etməyən idarəçilər cəzalandırılacaq”, – prezident bildirib. Qeyd edək ki, Texas və Nyu-Meksikoda qəbilə kişiləri 1500-1700-cü illər arasında oxşar saç düzümü istifadə edirdilər. “Qanster mədəniyyəti” ilə əlaqəli olan bu […]
Orqanizmin sağlam olması daim diqqət çəkir. Bəzən ağır iş prosesi enerjimizi azaldır, səhhətimizdə bir çox problemlər yaradır. Hər an həkimə getməyə isə vaxtımız yoxdur. Axşam.az xəbər verir ki, evdə hazırladığınız yüngül məlhəmlər orqanizmi daim sağlam saxlaya bilər. Həyat enerjisini, iş qabiliyyətini yüksəltmək, yaz yorğunluğuna tutulmamaq, xroniki ürək-damar xəstəliklərinin qarşısını almaq üçün ev şəraitində vitaminli balzam hazırlayın: 10 baş sarımsağın şirəsini çıxarıb, 1 kq. bal və 10 ədəd limonun şirəsi ilə qarışdırın. Məcunu soyuducuda saxlayın. Hər gün axşamlar, yeməkdən sonra 1 […]
Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib. Universitetə daxil olan yüzlərlə tələbələr arasında deputatların da övladları var. Modern.az-ın məlumatına görə, deputatlar Rövşən Muradov, Vüqar Rəhimzadə və Elnarə Akimovanın övladları bu il tələbə adını qazananlar siyahısındadır. Rövşən Muradov saytımıza açıqlamasında bildirib ki, qızı 546,2 bal toplayıb: “Arzusu tibb Universitetinə girmək idi. Ancaq dövlət sifarişli əsasında psixologiyaya ixtisasına qəbul olunub”. Vüqar Rəhimzadənin oğlu Fuad Rəhimzadə də tələbə adını qazananlar arasındadır. Deputatın […]
Milli Qəhrəman Şükür Həmidovun oğlu Nurlan Həmidli tələbə adını qazanıb. O, Türkiyənin Eskişehir Osmanqazi Universitetinə qəbul olub. Nurlan təhsilini biznesin təşkili və idarəolunması ixtisasında (türkçə: işletme) davam etdirəcək. Qeyd edək ki, Milli Qəhrəman Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Məlumat ilk olaraq “unikal” saytı yayıb.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinin yerində araşdırılması və əhalinin dövlət qurumlarına əlçatanlığının artırılması məqsədilə səyyar qəbullar davam etdirilir. Bu çərçivədə, 2025-ci il avqustun 22-də Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Tivi kəndində növbəti səyyar qəbul keçirib. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər. Çıxış edən icra başçısı 44 günlük Vətən müharibəsi və Antiterror əməliyyatının ölkəmizin təhlükəsizliyi və ərazi bütövlüyü üçün əhəmiyyətini […]
“Xudafərin-AN” MMC-də operativ vergi nəzarəti həyata keçirilib. Nəzarət tədbiri üzrə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasının vəziyyəti haqqında akt tərtib olunub. Bu akta əsasən şirkətə 1000 manat maliyyə sanksiyası tətbiq edilib. Qeyd edək ki, “Xudafərin-AN” MMC 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 manatdır. Şirkətin qanuni təmsilçisi Əhmədov Tahir İsmayıl oğludur. Valyuta
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar. AZƏRTAC xəbər verir ki, sonda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.
Dünya Bankı inkişaf etməkdə olan dövlətlərin iqtisadi sağlamlığının və vətəndaşlarının həyat səviyyəsinin artırılmasına həsr olunmuş beynəlxalq təşkilatdır. Valyuta.az xəbər verir ki, Dünya Bankı infrastrukturun yaxşılaşdırılması, səhiyyə və ya təhsilin genişləndirilməsi, iş yerlərinin yaradılması üzrə özəl və dövlət sektorunun layihələrini maliyyələşdirən aşağı faizli kreditlər, sıfır faizli kreditlər və qrantlar verir. Dünya Bankının əsas missiyası “həddindən artıq yoxsulluğa son qoymaq və yaşamaqda olan planetdə paylı tərəqqini artırmaqdır. Nə iş görür? Dünya Bankı bank deyil, təşkilatdır. Onun maliyyəsi ənənəvi maliyyə institutları ilə müqayisə […]
“Euronews Academy” beynəlxalq tədris proqramı çərçivəsində iyunun 23-dən 27-dək davam edən ilk təlim modulu bu gün yekunlaşıb. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Avropanın nüfuzlu media qurumlarından biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində iştirakçılar beş gün ərzində müasir jurnalistikanın müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki biliklər əldə ediblər. Təlim proqramının son günündə “Mobil Jurnalistika” mövzusunda sessiya keçən Levan Shermadini informasiyanın hazırlanması, oxucunun diqqətini çəkə biləcək başlıqların seçilməsi və müasir proqram təminatlarının tətbiq imkanları barədə ətraflı […]
Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu üzrə növbəti səyyar qəbulunu keçirib. Redaksiya xəbər verir ki, K.Nurullayeva Nəsimi küçəsi 28 32 və 32 A ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub. Millət vəkilinin ofisindən verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
Azərbaycan Prezidenti İlham Əiyev Cibuti Prezidenti İsmail Ömər Gellehi ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Biz xoş ənənələrə əsaslanan Azərbaycan-Cibuti dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş dövlətlərarası əlaqələrimizi daha da möhkəmləndirmək, qarşılıqlı maraq doğuran bir sıra sahələr üzrə əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan […]
İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olub. Bunu Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni təyin olunan səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı bu gərginliyi qınayıb və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə etdi. İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti ilə dünən telefon danışığını və Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, bu səfərin bütövlükdə iki ölkə arasındakı münasibətlərin inkişafında yeni səhifə açdığını qeyd etdi. Prezident İlham Əliyev vurğuladı ki, Məsud Pezeşkianın ölkəmizə səfəri zamanı səsləndirdiyi bəyanatlar […]
25 iyun 2025-ci il tarixində “Vətən Fədaisi” adlı sənədli filmin rəsmi təqdimat mərasimi keçirilib. Redaksiya xəbər verir ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü, bəstəkar və yazar, Azərbaycan Alpaqut Federasiyasının ideoloji məsələləri üzrə vitse-prezidenti Fərahim Sadiqin ideya müəllifi və təşəbbüsü ilə ərsəyə gələn filmin təqdimatı Bakı şəhərində yerləşən Nizami Kino Mərkəzində baş tutub. Tədbir AVMVİB, Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Maliyyə-İqtisad Kolleci və “HAYAT Media”nın təşkilati və texniki dəstəyi ilə reallaşıb. Təqdimat mərasimi 26 İyun – […]
26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin rəhbər heyəti Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmətlə yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə qızılgüllər düzülərək ehtiram nümayiş etdirilib. Daha sonra Zəfər parkında fəxri qarovulun iştirakı ilə Zəfər abidəsinin önünə əklil qoyulub.
Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon söhbəti olub. Redaksiya xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib. Prezident İlham Əliyev son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, Allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb. Dövlət başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud […]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Daha sonra, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, bölgədə cari təhlükəsizlik məsələləri, o cümlədən, İsrail-İran qarşıdurması müzakirə olunub. Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə liderləri arasında təmasların, o cümlədən mövcud […]
“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat olub. Bu barədə səhmdar cəmiyyətindən bildirilib. Məlumata görə, Ürfan Atakişiyev qurumun Daxili audit departamentinin müdiri vəzifəsinə təyin edilib. O, Azərbaycan Dövlət İqtisad Universitetində “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb, hazırda York və Strasburq universitetlərinin birgə təşkilatçılığı ilə tədris edilən “Biznesin təşkili və idarə olunması” ixtisası üzrə magistratura təhsili alır. Ü.Atakişiyev peşəkar əmək fəaliyyətinə 2014-cü ildə PWC şirkətində audit üzrə mütəxəssis kimi başlayıb, həmin şirkətdə fəaliyyətini audit üzrə böyük […]
Azərbaycanın pərakəndə ticarət müəssisələrində mətbəə üsulu ilə hazırlanmış milli, eləcə də xarici valyutada pul nişanlarının qanunsuz reproduksiyalarının satışı hallarına rast gəlinir. Redaksiya bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, “Mərkəzi Bank haqqında” qanunun 41-1-ci maddəsinə əsasən pul nişanlarının reproduksiyasına (bənzədilmiş surətdə hazırlanması) yalnız AMB-nin İdarə Heyətinin 25 oktyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının reproduksiyası Qaydası”nın tələbləri ilə müəyyənləşdirilmiş qaydada yol verilir. Həmin Qaydaya əsasən reproduksiya olunan kağız pul nişanlarının ölçüləri tədavülə buraxılmış […]
Milli Məclisin növbədənkənar sessiyasının iyunun 13-də keçiriləcək növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb. Gündəliyə 12 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi […]
Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş təsdiqlənib. Redaksiya President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Qeyd edək ki, saziş 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb.
Bu gün Bakı Ekspo Mərkəzində keçirilən II Türk Ticarət Sərgisi – Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisisi ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Bu barədə jurnalistlərə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) idarə heyətinin sədri Ramin Şərifov məlumat verib. Onun sözlərinə görə, bu gün açılışı olan sərgi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək və bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq […]
Azərbaycanın Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub. Oxu.Az xəbər verir ki, bu barədə Baş prokurorun müavini-Hərbi prokuror Bəhruz Əhmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Abuzər Mirzəyev Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, həmin vəzifəni bu vaxta kimi Kamran İsgəndərov yerinə yetirirdi.
Azərbaycanlı aparıcı iş adamı Tahir Gözel iyunun 4-də Keniyanın Nayrobi şəhərinə səfər edib. Səfər çərçivəsində o, bir sıra rəsmi şəxslərlə, o cümlədən Keniya Prezidenti William Ruto, Afrika Kontinental Azad Ticarət Zonası (AfCFTA) Təşkilatının Baş katibi Wamkele Mene ilə yüksəksəviyyəli görüşlər keçirib. Səfərin əsas məqamı iyunun 7-də Prezident William Ruto ilə keçirilən işgüzar görüş olub. Görüş zamanı tərəflər Azərbaycan ilə Keniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Tahir Gözel iki ölkə arasında ticarət əlaqələrinin inkişaf perspektivlərini qeyd edərək, Azərbaycanın Keniyaya […]
Bu ay Kahramanmaraşda Azərbaycanın bərpa etdiyi məhəllənin açılışı olacaq. “Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib. Səfir vurğulayıb ki, Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədə davam edir: “Bu ay Kahramanmaraşda prezidentlərin iştirakı ilə Azərbaycan Məhəlləsinin açılışı nəzərdə tutulur. Ancaq dəqiq tarix hələ bəlli deyil”.
Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselu Rebelu de Souzanı bu ölkənin milli bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Portuqaliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah arzulayıram”.
Aprelin 14-dən başlayaraq iyunun 24-dək davam edəcək gündüz Arietid meteor yağışı bu gün ən yüksək fəallığa malik olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışının pik nöqtəsinə çatması iyunun 10-u Bakı vaxtı ilə saat 18:00 üçün gözlənilir. Bu səbəbdən ən yaxşı müşahidə şəraiti iyunun 11-i səhər saatlarında olacaq. Pikdə bu meteor selinin saatda təxminən 50 meteor buraxacağı gözlənilir. Bakıda isə saatda 15 meteor görə bilərik. “Arietid” sözü meteorların səmadakı çıxış nöqtəsinin (radiantının) yerləşdiyi Qoç […]
“Azərbaycanda Ukrayna dilində audiobələdçi yaradılıb”. Oxu.Az-ın Ukrayna prezidentinin ofisinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin birinci xanımı Yelena Zelenskaya bildirib. Təşəbbüs dünya mədəniyyət abidələrinin ukraynalaşdırılması üzrə layihə çərçivəsində həyata keçirilir: “Layihə sayəsində artıq dünyanın 53 ölkəsində 102 Ukrayna dilli audiobələdçi işə salınıb”. Qeyd olunur ki, Ukrayna dilində audioekskursiya indi Xəzər dənizinin sahilində – dünyada ilk tanker-muzeyi olan “Suraxanı”da əlçatandır.
İyunun 6-da Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb. Bayram namazı Yuxarı Gövhər Ağa məscidində qılınıb. Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları yad olunub, ruhlarına dualar oxunub, xalqımıza firavanlıq arzulanıb.
6 iyun tarixində ölkəmizin bütün bölgələrində olduğu kimi, Ordubad rayonunda da Qurban bayramı münasibətilə bayram namazı qılınıb. Ordubad şəhərində yerləşən Cümə məscidində və rayonun digər məscidlərində bayram namazı eyni vaxtda başlayıb. Səhərin erkən saatlarında yüzlərlə sakin ibadət evlərinə toplaşaraq bayram namazında iştirak ediblər. Namazdan sonra dualar oxunub, Allahdan mərhəmət, əmin-amanlıq, bol ruzi və bərəkət arzulanıb.
2022-ci ildə Rusiya bazarını tərk edən Yaponiyanın avtomobil istehsalçısı “Nissan Motor” əmtəə nişanlarının qeydiyyatı üçün Rospatentə müraciət edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, şirkət müxtəlif orfoqrafiya və dizaynda olan “Nissan” ticarət nişanlarını, o cümlədən loqoları, həmçinin özünün digər brendlərini – “Infiniti”, “Nismo” və “Datsun”u qeydiyyatdan keçirməyi planlaşdırır. Qeydiyyat malların və xidmətlərin beynəlxalq təsnifat sinifləri üzrə, o cümlədən nəqliyyat vasitələri, tikinti, pərakəndə və topdansatış ticarəti, habelə maliyyə xidmətləri sahəsində aparılacaq.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Rusiyanın Avropa ölkələrində akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və s. aspektləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub. Nazir Azərbaycan-Rusiya münasibətlərinin inkişafında intensiv qarşılıqlı səfər və təmasların rolunun əhəmiyyətini vurğulayıb. Görüş iştirakçıları qəbula görə təşəkkür edib və ölkəmizin xarici siyasəti ilə […]
Bakıda Qurban bayramı münasibətilə Təzəpir məscidində bayram namazı qılınıb. Namaz Qafqaz Müsəlmanları İdarəsi sədri Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə “Təzəpir” məscidində qılınıb.
Neftçala Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxs Neftçala Su Meliorasiya Sistemləri İstismarı idarəsinin birgə təşkilatçılığı ilə Neftçala şəhərində, Neftçala Su Meliorasiya Sistemləri İstismarı idarəsinin, Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı idarəsinin əməkdaşlarının, Sudan İstifadəedənlər Birliklərinin, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin, Rayon Elektrik Şəbəkəsinin rəhbərlərinin iştirakı ilə Su təsərrüfatı və meliorasiya işçiləri günü qeyd olunub. Tədbir iştirakçıları Neftçala şəhərində ucaldılan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etməklə meliorasiya sahəsinin inkişafında […]
Qurban bayramı və tətil günləri ilə əlaqədar olaraq paytaxtdan bölgələrə səfər edən vətəndaşların sayında artım gözlənilir. Bu səbəbdən, həm şəhərdaxili, həm də respublika yollarında nəqliyyat sıxlığının yaranması və qəza riskinin artması ehtimal olunur. Redaksiya xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) əhaliyə müraciətində qeyd olunub. “Yol hərəkətində təhlükəsizliyin təmin olunması məqsədilə sizi aşağıdakı vacib qaydalara əməl etməyə çağırırıq: Avtomobildə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə edin; Nəqliyyat vasitəsinin texniki sazlığını öncədən yoxlayın; Mümkün olduqda səhər saatlarında yola çıxın; Nəqliyyat […]
Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid-Babək” müqavilə blokunun “Babək” perspektiv strukturunda 1 nömrəli kəşfiyyat quyusunun qazılması 2025-ci ildə başlayacaq. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) materiallarında qeyd olunub. Quyunun layihə dərinliyi 6 750 metrdir. Şirkətin məlumatına görə, “Babək” strukturu 1959-cu ildə seysmik kəşfiyyat nəticəsində aşkar edilib. 2012-ci ildə “Babək” strukturunda üçölçülü (3D) seysmik kəşfiyyat işləri aparılıb. 2017-ci ildən “Babək” strukturunda kəşfiyyat işləri “UBOC” (“Umid-Babek Operating Company”) əməliyyat şirkətinə həvalə edilib. Qeyd edək ki, “Xəzər dənizinin Azərbaycan […]
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirib. Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər. İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib. Kürkənd kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, 2-ci Mayak kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib. […]
Lerik Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə fəaliyyəti nəticəsində mayın 31-də itkin düşmüş Lerik şəhər sakini, 1990-cı il təvəllüdlü Şahin Şərifovun qəsdən öldürülməsi müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Bildirilib ki, birgə həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Elşən Ağayevin mayın 31-də Lənkəran-Lerik avtomobil yolunun 51-ci kilometrliyində özünə məxsus avtomobildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı “Makarov” tipli tapança ilə atəş açaraq Şahin Şərifovu qəsdən öldürdükdən sonra […]