Normal görünüm

Dünden önceki gün alınanlar Azerbaycanca Haberler

Bakı-Qazax-Gürcüstan yolunda yanacaq daşıyan avtomobil qəza törədib - FOTO/VİDEO

Bakı-Qazax-Gürcüstan yolunda yanacaq daşıyan avtomobil qəza törədib.

Moderator.az xəbər verir ki, hadisə agistral avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.

Bakı şəhəri istiqamətinə yanacaq daşıyan iri tonnajlı avtomobil dəmir maneələrə çırpılıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Qərb mediası səfərbər oldu - Azərbaycanın yüksəlişi kimləri qorxudur?

Son günlər bir sıra Qərb media resurslarında Azərbaycanla bağlı yayılan materiallar ciddi suallar doğurur. “The Independent”, “The Guardian”, BBC, CNN, “Le Monde”, TVP və digər media qurumlarında dərc olunan yazı və reportajlarda Azərbaycanın daxili siyasəti, Qarabağ məsələsi və ölkənin beynəlxalq fəaliyyəti ilə bağlı birtərəfli yanaşmalar ön plana çıxarılır. Rəsmi Bakı bu materialların bir qismini açıq şəkildə qərəzli və manipulyativ hesab edir.

Məsələ təkcə ayrı-ayrı jurnalistlərin mövqeyindən ibarət deyil. Çünki müxtəlif ölkələrdə fəaliyyət göstərən və fərqli redaksiya siyasətinə malik media qurumlarının qısa zaman intervalında Azərbaycanla bağlı oxşar mənfi narrativləri gündəmə gətirməsi informasiya məkanında koordinasiya ehtimalı ilə bağlı suallar yaradır. Azərbaycan MEDİA Agentliyi də son açıqlamasında bu prosesləri ölkənin beynəlxalq imicinə qarşı informasiya hücumunun tərkib hissəsi adlandırdı.

Burada xüsusilə diqqətçəkən məqamlardan biri hadisələrin kontekstdən çıxarılmasıdır. Məsələn, Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş verən yanğınla bağlı yayılan məlumatın dövlətlərarası münasibətlər müstəvisinə çəkilməsi Bakının sərt reaksiyasına səbəb olub. Hesab edilir ki, belə təqdimatlar ictimai rəyi çaşdırmağa və Azərbaycan daxilində süni narahatlıq yaratmağa xidmət edir.

Qarabağ mövzusunda da oxşar mənzərə müşahidə olunur. Ayrı-ayrı Qərb nəşrlərində regionun tarixi ilə bağlı materiallarda Azərbaycanın mövqeyinin, Birinci Qarabağ müharibəsinin nəticələrinin, işğal faktının və yüz minlərlə azərbaycanlı məcburi köçkünün taleyinin kifayət qədər əks etdirilməməsi ciddi narazılıq doğurur. Nəticədə auditoriyaya Qarabağ münaqişəsinin yalnız bir tərəfinin baxış bucağından təqdim edildiyi mənzərəsi yaranır.

Azərbaycan son illərdə həm hərbi, həm diplomatik, həm də iqtisadi baxımdan öz mövqelərini gücləndirdikcə niyə onun haqqında mənfi informasiya kampaniyaları intensivləşir?

Məsələ ondadır ki, informasiya müharibəsi artıq klassik təbliğat vasitələrindən xeyli kənara çıxıb. İndi bir hadisənin necə baş verdiyindən daha çox, onun dünyaya necə təqdim edilməsi önəm daşıyır. Bir faktın müəyyən hissəsini seçmək, digər hissəsini kənarda saxlamaq, emosional ifadələrdən istifadə etmək və hadisəni siyasi kontekstdə təqdim etmək ictimai rəyə ciddi təsir göstərə bilər.

Azərbaycanın qarşısında isə mühüm vəzifə dayanır, belə kampaniyalara yalnız siyasi bəyanatlarla deyil, faktlarla, operativ informasiya ilə və peşəkar beynəlxalq kommunikasiya ilə cavab vermək...

Çünki informasiya savaşında susmaq da mövqedir. Əgər Azərbaycan öz mövqeyini beynəlxalq auditoriyaya vaxtında və peşəkar şəkildə çatdırmasa, yaranan boşluğu başqalarının narrativləri dolduracaq.
Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, Azərbaycanın regionda orta güc kimi mövqeyini möhkəmləndirməsi bir sıra Avropa dövlətlərini, eləcə də erməni lobbisinin müəyyən dairələrini ciddi şəkildə narahat edir:

“Bu kampaniyanın əsas məqsədlərindən biri Ermənistan-Azərbaycan arasında sülh quruculuğu prosesinə, Cənubi Qafqazda normallaşmaya və Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə mane olmaqdır. Eyni zamanda, Azərbaycanın Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsi də bəzi geosiyasi mərkəzləri narahat edir. Bu, müxtəlif mərkəzlərin eyni istiqamətdə informasiya kampaniyasıdır. Cənab prezident İlham Əliyevin apardığı uğurlu siyasət ölkəni orta gücə çevirib. Burada erməni lobbisinin fəaliyyəti, Fransanın Azərbaycana və Cənubi Qafqaza münasibətdə siyasəti və Rusiyanın regiondakı geosiyasi maraqları müəyyən mənada üst-üstə düşür. Əsas məqsəd Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi və geoiqtisadi reallığı qəbul etməməkdir. Türkiyə-Azərbaycan müttəfiqlik münasibətlərinin daha da güclənməsi isə regionda yeni siyasi və iqtisadi düzənin formalaşmasına səbəb olub. Azərbaycanın nəqliyyat, enerji və geosiyasi əhəmiyyətinin artması fonunda ona qarşı informasiya təzyiqlərinin də güclənməsi təsadüfi deyil. Lakin Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Ölkənin siyasi, iqtisadi və hərbi imkanlarının güclənməsi ona qarşı yönələn mümkün təxribatlara daha adekvat cavab vermək imkanlarını da artırır. Buna görə də həyata keçirilən hər hansı informasiya və hibrid təzyiq kampaniyasının Azərbaycanın strateji kursuna ciddi təsir göstərəcəyi real deyil. Təbii ki, Azərbaycan daxildə milli həmrəyliyi qorumalı və bir çox sahələrdə real islahatlar həyata keçirməli, xalqın sosial vəziyyəti yaxşılaşmalıdır”.

“Daxilimdəki cəhənnəmi cənnətə çevirən ailə” - FOTOLAR

Aktyor Corc Qafarov bir neçə gün əvvəl keçirilən nişan mərasimindən fotolarını sosial şəbəkə hesabında paylaşıb.

Aktyor paylaşımında onu 7 yaşından etibarən böyüdən və həyatında xüsusi yeri olan ailə haqqında duyğusal fikirlərini bölüşüb.

Corc sözügedən ailənin uşaqlıq illərində yaşadığı çətinlikləri unutdurduğunu və ona xoşbəxt bir həyat bəxş etdiyini bildirib:

“Corcun daxilindəki cəhənnəmi cənnətə çevirən ailə. 7 yaşımdan məni insan olaraq xilas edən ailə. Küçədə, ümid yerində, uşaq evində yaşadığım vaxtlarda mənə bütün bunları unutduran ailə. Sitarə, Əli, Fatimə, Natiq müəllim və həyat yoldaşı İradə xanım…

Bu ailə mənim üçün ailədən üstün oldu. Hər uşağın yaşaya bilməyəcəyi həyatı yaşatdılar mənə. Düşünürəm ki, onlar Allah tərəfindən mənə göndərilmiş mələklər oldular. 31 yaşıma kimi heç kimin onlardan xəbəri olmadı. Yəqin ki, etdikləri yaxşılıqları insanların bilmələri üçün deyil, Allahın bundan xəbərdar olması üçün idi.

Onlar mənə öz evlərinə, öz dünyalarına qapı açdılar. Məni o qədər xoşbəxt etdilər ki, mən cənnəti öz gözlərimlə gördüm. Cənnətə düşdüyüm həmin ailə ilə tanış olmağınızı istədim.

Mən bilmirəm, onların başını nə qədər uca edə bilmişəm. Onlar isə bu həyatda yaşaya biləcəyim hər şeyin ən gözəlini yaşatdılar. Məni bir şəxsiyyət olaraq çox möhtəşəm yetişdirdilər.

Mənə yaşatdığınız sevinclərin 100 qatını sizin ailədə yenicə dünyaya gəlmiş övladlarınız yaşasın. Amin. Sonsuz və əbədi sevgilər sizə”. (Axşam.az)

Ağalar Vəliyev yüksək bal toplayan Xaçmazlı tələbələri mükafatlandırdı - FOTO

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev ənənəyə uyğun olaraq bu il də Xaçmaz rayonunda yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunan gənclərlə görüşüb, onların sevincinə şərik olub və uğurlarını yüksək qiymətləndirib.

Moderator.az xəbər verir ki, sentyabrın 3-də Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xaçmaz şəhərində yerləşən Heydər Əliyev mərkəzində keçirilən təntənəli tədbirdə millət vəkili Ağalar Vəliyevlə yanaşı, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, şəhid ailələri, qazilər, təhsil işçiləri, valideynlər, tələbələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, ölkədə insan kapitalının inkişafı istiqamətində mühüm addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə təhsil infrastrukturunun müasirləşdirilməsinə və gənclərin daha yaxşı şəraitdə təhsil almasına geniş imkanlar yaradır.

Çıxış edən natiqlər qeyd ediblər ki, gənclərin təhsilə marağının artırılması, onların əməyinin dəyərləndirilməsi və yeni uğurlara həvəsləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər arasında Ağalar Vəliyevin hər il ənənəvi olaraq təşkil etdiyi mükafatlandırma mərasimləri xüsusi əhəmiyyət daşıyır.

Mərasimdə millət vəkili Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə 57 saylı Xaçmaz şəhər Seçki Dairəsi üzrə cari ildə ali məktəblərə qəbul olunan 107 tələbə müxtəlif məbləğlərdə pul mükafatları ilə təltif edilib. Mükafat alanlar arasında 400–500 bal toplayan 65 nəfər, 500–600 bal toplayan 31 nəfər, 600–650 bal toplayan 8 nəfər, 650–700 bal toplayan 2 nəfər, həmçinin topladığı baldan asılı olmayaraq tələbə adını qazanan bir şəhid övladı yer alıb.

Toplantıda ən yaddaqalan məqamlarından biri də gənclərə ünvanlanan motivasiya dolu çağırışlar olub. Bildirilib ki, bugünkü uğurlar gələcək böyük nailiyyətlərin başlanğıcıdır və Azərbaycan cəmiyyətinin inkişafı məhz savadlı, vətənpərvər, müasir dünyagörüşünə malik gənclərin fəaliyyəti ilə daha da sürətlənəcək.

Çıxışlarda bu fikir də səslənib ki, təhsilə verilən dəyər gələcəyə yatırılan ən böyük sərmayədir. Xaçmazlı gənclərin əldə etdiyi uğurlar isə rayonun və ölkənin sabahına olan inamı daha da gücləndirir.

Tədbir iştirakçıları Azərbaycan təhsilinin yeni inkişaf mərhələsinə yüksəlməsində, gənclərin bilikli, vətənpərvər və yüksək bacarıqlı kadrlar kimi formalaşmasında göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edib, həyata keçirilən uğurlu təhsil siyasətini yüksək dəyərləndiriblər.

Türkiyənin Qara dəniz zirvələri KAÇKAR BY UTMB 2026-ya ev sahibliyi edəcək - FOTO

Yamyaşıl və toxunulmaz təbiəti ilə seçilən Türkiyənin Qara dəniz bölgəsi son dövrlərdə beynəlxalq idman ictimaiyyətinin də diqqət mərkəzinə çevrilib. Uca dağ zirvələri, dik dərələri, sıx meşələri və yüksək yüksəkliklərdə yerləşən cığırları regionu dözümlülük idmanları üçün ideal məkana çevirir. 11-13 sentyabr tarixlərində isə bu möhtəşəm coğrafiya KAÇKAR BY UTMB 2026 yarışının ikinci buraxılışına ev sahibliyi edərək dünyanın müxtəlif ölkələrindən gələn peşəkar idmançıları bir araya gətirəcək.

Dünyanın nüfuzlu UTMB World Series seriyasının bir hissəsi olan bu mötəbər cığır qaçışı yarışı dözümlülük, təbiət və macəra həvəskarlarını bir araya gətirir. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Turizmi Təbliğ və İnkişaf Agentliyinin (TGA) dəstəyi ilə keçirilən KAÇKAR BY UTMB iştirakçıları Rizenin Çamlıhemşin rayonunda yerləşən Kaçkar dağlarının sərt relyefi və valehedici mənzərələri ilə tanış edir. Buludların üzərində keçən çətin yarışdan daha çoxunu vəd edən tədbir Qara dəniz bölgəsinin ən möhtəşəm təbiət mənzərələri fonunda fiziki və psixoloji dözümlülüyün sınandığı, unudulmaz macəra təqdim edir.

İkinci dəfə keçirilən KAÇKAR BY UTMB Türkiyənin ən nüfuzlu açıq hava idmanı tədbirlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Ötən il Rize 59 ölkədən 1 878 idmançı ilə yanaşı, on minlərlə idman həvəskarını qəbul etdiyi halda, bu il yarışda 60-dan çox ölkədən 2 000-dən artıq idmançının iştirakı gözlənilir. Dünya səviyyəli idman təcrübəsi təqdim etməklə yanaşı, tədbir iştirakçılara yerli mədəniyyəti yaxından tanımaq imkanı da yaradacaq.

Türkiyədən və dünyanın müxtəlif ölkələrindən olan qaçışçılar builki KAÇKAR BY UTMB çərçivəsində unudulmaz səyahətə hazırlaşırlar. Çətinlikləri möhtəşəm mənzərələrlə birləşdirən marşrut iştirakçıları tarixi karvan yolları və qədim çoban cığırları boyunca aparacaq, onları canlı yerli yaşayış məntəqələri və qədim kəndlərlə tanış edəcək.

Kaçkar by UTMB-nin 2026-cı il buraxılışı çərçivəsində yarışlar dörd fərqli marşrut üzrə keçiriləcək. İdmançılar Kaçkar 100K, Kaçkar 50K, Kaçkar 20K və Ayder 4K kateqoriyalarında mübarizə aparacaqlar. Bütün marşrutların start nöqtəsi Ayder yaylağı olacaq.

Kaçkar 100K marşrutu 82 kilometr məsafə və 5 600 metr yüksəklik fərqi ilə iştirakçılardan yüksək dözümlülük, diqqət və dağlara böyük hörmət tələb edir. İdmançılar dağ silsilələrinə qalxacaq, dərələrdən keçəcək və hər biri Kaçkarların özünəməxsus xüsusiyyətlərini əks etdirən 12 dağ kəndini ziyarət edəcəklər. 44 kilometr uzunluğa və 3 000 metrdən çox yüksəklik fərqinə malik Kaçkar 50K isə 100K marşrutunun sərhədlərini aşmadan eyni dağ ab-havasını yaşamaq imkanı yaradır. Yamyaşıl meşələr, Kemer dağı, eləcə də 300 illik daş evləri ilə dözümlülük və keçmişin izlərini yaşadan Hazindak və Samistal yaylaqları marşrut boyunca iştirakçıları müşayiət edir.

Kaçkar 20K da müxtəlif relyeflərdən keçən marşrutu ilə qaçış həvəskarlarına unudulmaz təcrübə bəxş edir. Daha qısa məsafəyə malik olsa da, yüksəklik, dəyişkən hava şəraiti, saf dağ havası və canlı kənd mənzərələri bu marşrutda da iştirakçılardan diqqət və hazırlıq tələb edir. Ayder 4K isə sürətdən daha çox kəşfə fokuslanır. Bununla belə, marşrut bölgəyə xas relyefi yaxından hiss etmək üçün autentik imkan təqdim edir. Təxminən 4 kilometr məsafə və 230 metr yüksəklik fərqi ilə bu marşrut cığır qaçışına ilk dəfə qatılanlar üçün ideal başlanğıc seçimidir.

Şərqi Qara dəniz bölgəsində dənizə paralel uzanan Kaçkar dağları Rize və Artvin vilayətləri arasında təbii sərhəd yaradır. Yer üzündəki bu cənnət dünyanın biomüxtəliflik baxımından ən zəngin ərazilərindən biri hesab olunur. Toxunulmamış təbiəti ilə seçilən Kaçkarlar Türkiyənin ən məşhur açıq hava idmanı məkanları sırasında xüsusi yer tutur. Çay sahillərindən başlayan yürüş marşrutları tədricən yüksəkliklərə doğru uzanır, bəzi ərazilərdə buludları aşaraq geniş yaylalara çıxır. Ucsuz-bucaqsız yüksəkliklərdə çoxsaylı buzlaq gölləri yerləşir. Burada yürüşçülər səyahətlərinə fasilə verərək göl kənarında düşərgə qura və saf dağ havasının dadını çıxara bilərlər.

Yürüş, alpinizm və düşərgə ilə yanaşı, Kaçkarlar qış aylarında da canlanan və ilin bütün fəsillərində ziyarətçilər üçün fərqli imkanlar təqdim edən mühüm turizm məkanıdır. Qış idmanı həvəskarları Ovit və Handüzü kimi yüksək yaylalarda ideal qar şəraitinin yaratdığı imkanlardan yararlanaraq alp xizəyi sürə bilərlər. Toxunulmamış qarda, hazırlanmış traslardan kənarda xizək sürmək istəyənlər üçün isə Kaçkarlar heliskiinq üzrə Avropanın ən yaxşı məkanlarından biri kimi beynəlxalq səviyyədə tanınır. Ağac örtüyünün sona çatdığı yüksəkliklərdə snoubord və xizək həvəskarlarını geniş alp yaylalarında sərbəst sürüş üçün sonsuz imkanlar gözləyir.

“Tədbir görülməsə fəsadlara yol aça bilər” - aramsız yağan yağışlar torpaq sürüşmələrini aktivləşdirə bilər? - ÖZƏL+AÇIQLAMA

“Azərbaycan aktiv sürüşmə zonasıdır. İntensiv yağan yağışlar torpağın yeraltı sularla doymasına səbəb olur ki, bu da Bakı və ətraf ərazilərdəki sürüşmə zonalarını aktivləşdirir. Aramsız yağıntılar yamacların dayanıqlığını pozaraq torpaq və qayaların yola və ya yaşayış məntəqələrinə doğru uçmasına gətirib çıxarır. Azərbaycanda torpaq sürüşməsi aktivləşib. Torpaq sürüşməsi yaz və payız aylarında baş verməyə başlayır. Təbii ki, bəzi dağ yamaclarında bu proses baş verir. Hazırkı dövrümüzdə biz bunu görürük, özümüz də müşahidə edirik. Biz nə qədər də bu sürüşmənin qarşısını almağa çalışsaq, sürüşmələr təbii və süni yolla arta bilir. Əsasən biz indi Bakı şəhərində Bayıl qəsəbəsi deyilən ərazidə, Bibiheybətdə, Günəşli zonasında, Suraxanı rayonunda bu hadisələri tez-tez görürük. Bəzi yerlərdə sürüşmələr süni şəkildə, sənədsiz və qanunsuz evlərin tikilməsi nəticəsində həmin ərazinin mövqeyinin dəyişməsi ilə bağlı baş verir. Artıq sürüşmə zonalarının xəritəsi hazırlanıb və bu problemin qarşısının qismən alınması istiqamətində işlər aparılır”.

Bunu Moderator.az-a açıqlamasında ekoloq Gülçöhrə Hüseynova deyib.
O daha sonra sürüşmələrin qarşısının alınması istiqamətində görülən işlərdən də danışıb:

“Badamdarın çox yeri yamaclar və təpələrdir. İstənilən vaxt ora sel gələrsə, torpaq silkələnə, sürüşə bilər. Badamdarda beton hörgülər tikilib və onlar bərkidilib. Bu kimi tədbirlər qismən də olsa sürüşmələrin qarşısını alır. Yaxşı olardı ki, bu ərazilərdə kökü dərinə gedən və saçaqlı kökə sahib olan bitkilər əkilsin. Bir neçə il əvvəl belə ağaclar əkmişdilər. Hansılar ki, o ağaclar və bitkilər uzunömürlüdürlər. Bir növ hörgü rolunu oynayırlar. Şam, arbuz və s. ağacları misal göstərə bilərəm. Çayır da məqsədəuyğundur. Ölkə ərazisində 370-dən çox sürüşmə zonası təyin olunub. Yaz yağışları ilə əlaqədar olaraq sürüşmələrin aktivləşməsi ehtimal olunur. Qabaqlayıcı tədbirlər görülməsə fəsadlara yol aça bilər”.

Xalq artistindən ETİRAZ: “Ərizəmi yazıb çıxdım, 6 ay tamaşa hazırlayırsan, 1 dəfə göstərilir” - FOTO+ÖZƏL

“Bakı Bələdiyyə Teatrındakı fəaliyyətimə son qoymuşam. Belə məsləhət olundu. Bina problemi var, tamaşalar getmir. 5-6 ay tamaşa hazırlayırsan, 1 dəfə nümayiş olunur. Ona görə də öz xoşumla teatrdan dostcasına ayrıldım. Bilirsiniz ki, Bakı Bələdiyyə Teatrı ilə daim əməkdaşlığım olub. Rəhmətlik Amaliya xanımın vaxtında da çox gözəl tamaşalar hazırlamışam. Amaliya xanım rəhmətə gedəndən sonra məni teatra baş rejissor kimi qızı Aynur Muxtarova dəvət etdi. Mən də dəvəti qəbul etdim və bir müddət işlədim. Fəaliyyətimi ana teatrda davam etdirirəm. Akademik Milli Dram Teatrında Onore de Balzakın “Atılmış qadın” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlamışıq. Azərbaycan səhnəsinə tanış əsər deyil. Əsərin tərcüməçisi və səhnələşdirəni Kənan Hacıdır. Əsər sevgi haqqında həssas psixoloji dramdır. Tamaşa sosial nüfuzu yüksək olan, ərindən qalmaqallı formada ayrılan, daha sonra vilayətdə tənha yaşayan aristokrat qadın – Vikontessa de Bosseanın kədərli taleyindən bəhs edir. Onun yeganı günahı sevgiyə həddindən artıq inanması idi”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, tanınmış rejissor Mərahim Fərzəlibəyov deyib.

Xalq artisti daha sonra teatrlardakı islahatlardan danışıb:
“150 ildir Azərbaycan teatrının baş rejissoru, bədii rəhbəri olub. İndi artıq yeni dövrdür. 21-ci əsrin dörddə birini keçirik. Teatra islahatlar lazımdır. Teatrlarda bir rəhbər olsa, o həm aktyorları, həm rejissorları, həm dramaturqları idarə etməyi bacarmalıdır. Teatrlarda baş rejissor ştatının ləğvi ilə sənət ocaqlarına sanki sərbəstlik verilir. Bir teatrda 5 rejissor ştatda olanda kənardan rejissor çağıra bilmirlər. Hər rejissorun öz norması var. Onların hərəsi heç olmasa iki tamaşa hazırlamalıdır. Bu da il ərzində 8 tamaşa edir. Ona görə də kənardan rejissor dəvət edə bilmirlər. Aktyorlar da həmişə eyni rejissorlarla işləyir. Bu islahat teatrlara imkan yaradacaq ki, xaricdən, əyalət teatrlarından rejissorlar dəvət etsinlər. Bu rəqabətdə bəlkə də istedadlı rejissorlar üzə çıxacaq. Teatra gələn hər rejissor istəyir ki, öz tamaşası ilə vizit kart qazansın. Bu sistemi də yoxlamaq lazımdır. Kollektivin ayrı-ayrı rejissorlarla işləməsi həm rəngarəng repertuar, həm də kollektivin yüksəlişi deməkdir”.

“Nə kamera var, nə də mühafizə, qeyri-rəsmi fəaliyyət göstərirlər” - Turistlərin gecələdiyi hostellərə nəzarət varmı? - ÖZƏL+FOTO

“Əcnəbilər ölkəmizə gələndə səyahətlərinin daha ucuz başa gəlməsi üçün otelə yox, hostellərə üstünlük verirlər. Amma elə bilməyin ki, bu məkanların qiymət baxımından ucuz olması, turistləri rahatlıq və təhlükəsizlik baxımından da arxayın edir. Bəzi hostellərdə təhlükəsizlik qaydalarına əməl olunub-olunmaması sual altındadır. Əslində turist mənzildə də qala bilər. Amma mənzillərin kirayə qiymətlərinin həddindən artıq baha olması səbəbindən xarici vətəndaşlar bu tip hostellərdən istifadə edirlər. Hostelin qiyməti 1 nəfər üçün aylıq təxminən 150 manat təşkil edir”.

Bunu Moderator.az-a açıqlamasında Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O daha sonra əlavə edib:

“Əksər hallarda mənzillərdən hostel kimi istifadə edən şəxslər həmin mənzillərin hostel kimi istifadə olunması ilə bağlı rəsmi qurumlardan icazələr almırlar. Bu zaman həmin hostellərin təhlükəsizlik qaydaları qorunmur. Mütləq şəkildə hansısa şəxs hostel və oteldə gecələyirsə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin sürəti orada qeyd olunmalıdır. Başqa bir tərəfdən isə həmin hostelin təhlükəsizlik qaydaları qorunmalı, hosteldə hansısa bir oğurluq və cinayət hadisəsinin qarşısı əvvəlcədən alınmalıdır. Bunun üçün hostel istifadə edən zaman rəsmi qurumlardan icazələr alınmalı, həmin hostelin istifadəsi normativ qaydalara uyğun aparılmalıdır. İaşə obyekti hostel kimi istifadə olunursa mütləq şəkildə resepşın, kameralar olmalıdır. Əksər hostellərdə resepşın, mühafizə xidməti fəaliyyət göstərmir. Digər şəxslərə əmək haqlarının verilməməsi üçün hostel idarə edən şəxslər əlavə işçi heyətini işə götürmür. Bu da gələcəkdə problemlərə yol açır. Qeyri-qanuni hostellərin qiyməti də nisbətən ucuz olur. Belə hostellərdə daha çox Pakistan, Hindistan, Şri-Lankadan gələn turistlər qalır”.

ETX əməkdaşı MİSP-də boşluq aşkarladı - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun əməkdaşı Əli Qəniyev açıq mənbə resursları bazasında yaradılmış MİSP (Malware Information Sharing Platform) platformasının yeni versiyasında təhlükəsizlik boşluğu müəyyən edib.

Moderator.az ETX-ya istinadən xəbər verir ki, aşkarlanmış çatışmazlıq barədə operativ şəkildə aidiyyəti üzrə platformaya müraciət edilib. Təqdim edilən texniki tapıntı resurs sahibi tərəfindən yüksək qiymətləndirilib və qısa müddətdə müvafiq təhlükəsizlik yenilənməsi həyata keçirilərək boşluq aradan qaldırılıb.

ETX əməkdaşının aşkarladığı təhlükəsizlik boşluğu və onun aradan qaldırılması ilə bağlı məlumatlar artıq bir sıra beynəlxalq resurslarda işıqlandırılıb və bu fakt azərbaycanlı kibertəhlükəsizlik mütəxəssislərinin qlobal kibertəhlükəsizlik ekosistemində peşəkar bacarıqlarının göstəricisi kimi dəyərləndirilib.

MISP kibertəhlükələrə dair məlumatların paylaşılması, saxlanılması və təhlili üçün beynəlxalq səviyyədə geniş istifadə olunan açıq mənbəli platformadır. Sistemdən müxtəlif ölkələrin dövlət qurumları, CERT komandaları və kibertəhlükəsizlik üzrə mütəxəssislər istifadə edirlər.

“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda sahibkarlarla görüşüb - FOTO

Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə Naxçıvanda görüş təşkil edib. Ordubad Elektrik Şəbəkəsinin (EŞ) binasında keçirilən görüşə 30-dək sahibkar və yerli sakin qatılıb.

Moderator.az xəbər verir ki, tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Nərman Mahmudov, Ordubad  Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəşadət Orucov iştirak edib.

Görüş zamanı fermer, sahibkar və vətəndaşlara Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilib. Bildirilib ki, ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir yarımstansiyalar tikilir, ən müasir standartlara cavab verən transformator məntəqələri qurulur, yeni dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillərdən (ÖİN) istifadə edilərək yeraltı və yerüstü xətlər çəkilir.

Həmçinin tədbir iştirakçıları elektron xidmətlər barədə məlumatlandırılıb. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.

Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Eyni zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat verilib. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub. İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll olunub.

“Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, görüşlər keçirir. Fermer və sahibkarların təklif, tövsiyələri dinlənilir, mövcud problemlərinin həlli istiqamətində işlər aparılır. Görülən bütün işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI

Rusiya prokurorluğu azərbaycanlı iş adamı Şahlar Novruzov və xanımını dələduzluqda ittiham edir.

Moderator.az Lent.az-a istinadla bildirir ki, Krasnodarda iş adamı Şahlar Novruzov barəsində məhkəmə prosesi başlayıb. Prokurorluq onu “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin payları ilə bağlı xüsusilə külli miqdarda dələduzluğa cəhd etməkdə ittiham edir. Məhkəmə prosesi qapalı keçirilib.

İstintaqın versiyasına görə, Novruzov 2014-cü ildə müəssisəni “Vonixel Limited” adlı ofşor şirkətə satıb. İddiaya görə, lakin 10 il sonra liman üzərində nəzarəti yenidən ələ keçirmək qərarına gələrək saxta boşanma prosesi təşkil edib. Bu prosesdə onun həyat yoldaşı rolunu oynayan qohumu sövdələşmənin ləğv edilməsini tələb edib.

Krasnodar Vilayət Məhkəməsi Şahlar Novruzovla yanaşı və Leyla Hacıyevanı da məsuliyyətə cəlb edib.

Şahlar Novruzov “Kafe Starıy Baku” MMC və “Dar Frut” MMC-nin direktoru vəzifələrində çalışıb. Bundan başqa, iş adamı “Tuapse Dəniz Kommersiya Limanı” (TMKL), “TMKL Müəssisəsi” və “Temryuk Dəniz Aşırma Terminalı” şirkətlərinə sahib olub. Tuapsedə yerləşən liman müəssisələri vasitəsilə Rusiyanın cənubuna idxal olunan meyvə və tərəvəzlərin əhəmiyyətli hissəsi daşınır.

Tuapse limanı

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Novruzov və Hacıyevaya qarşı cinayət işi TMKL şirkətinin sahibinin dəyişdirilməsi ilə bağlıdır.

2014-cü ilin oktyabrında Şahlar Novruzov Oleq Basindən “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin 100 faiz payını alıb. İttihama görə, həmin ilin dekabrında isə bu payları Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş “Vonixel Limited” şirkətinə verib. Əvəzində Novruzov “Vonixel Limited”in səhmlərini əldə edib. Beləliklə, Tuapsedəki dəniz aşırma terminalına nəzarət xarici sahiblərin əlinə keçib.

2022-ci ildə Britaniyanın asılı ərazisi olan Britaniya Vircin adaları Rusiya üçün “dost olmayan ölkələr” siyahısına daxil edilib. İttiham tərəfinin fikrincə, məhz bu dövrdə Şahlar Novruzovun biznesi yenidən öz nəzarətinə qaytarmaq və Rusiya nəzarət orqanlarının diqqətindən yayındırmaq ideyası yaranıb.

İstintaq materiallarında bildirilir ki, planı həyata keçirmək üçün Novruzov qohumu Leyla Hacıyevanı özünü onun həyat yoldaşı kimi təqdim etməyə razı salıb. İttihama görə, onların hesablaması qanundakı bir normaya əsaslanırdı: həyat yoldaşlarından biri razılığı olmadan bağlanmış müqaviləni etibarsız saydıra bilər.

2024-cü ilin fevralında Leyla Hacıyeva Krasnodarın Prikuban rayon məhkəməsinə boşanma ərizəsi, həmçinin TMKL şirkətinin 100 faiz payının “Vonixel Limited” ofşoruna verilməsi ilə bağlı müqavilənin etibarsız sayılması tələbi ilə müraciət edib.

Hacıyeva məhkəməyə 2014-cü ildə Azərbaycanda bağlandığı göstərilən nikah haqqında şəhadətnamənin surətini təqdim edib. Lakin həmin vaxt Tuapsedəki liman obyektləri ətrafındakı hadisələr artıq Rusiya hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Onlar Şahlar Novruzov və Leyla Hacıyeva arasında əslində nikahın bağlanmadığı barədə məlumat əldə ediblər.

2025-ci ilin martında dələduzluğa cəhd faktı üzrə cinayət işi açılıb. Şahlar Novruzov həbs olunub və hazırda da həbsdə saxlanılır.

Məlumata görə, biznesmen və qadın özlərini təqsirli hesab etmirlər. Onlar nikahın saxta olmasının sübuta yetirilmədiyini bildirirlər. TMKL paylarını mənimsəməyə cəhd ittihamına gəlincə isə, Şahlar Novruzovun müdafiə tərəfi Tuapse limanındakı bütün aktiv əməliyyatlarının qanuni olduğunu deyir.

2025-ci ilin noyabrında Krasnodar diyarının Arbitraj Məhkəməsi Baş Prokurorluğun iddiasını təmin edərək Şahlar Novruzova məxsus əmlakın, o cümlədən “Tuapse Dəniz Kommersiya Limanı”, “TMKL Müəssisəsi”, “Dar Frut” və “Temryuk Dəniz Aşırma Terminalı” şirkətlərinin Rusiya dövlətinin gəlirinə keçirilməsi barədə qərar çıxarıb.

Məhkəmə belə qənaətə gəlib ki, mübahisəli aktivlər “Müdafiə və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan təsərrüfat cəmiyyətlərinə xarici investisiyaların qoyulması qaydası haqqında” qanunun pozulması ilə əldə olunub. Belə ki, həmin sövdələşmələr Rusiya hökuməti ilə razılaşdırılmayıb.

Keçmiş batalyon komandiri vəfat etdi - FOTO

Daxili Qoşunların keçmiş zabiti, Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Əkbər Hüsiyev vəfat edib.

Moderator.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Hərbçi uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əkbər Hüsiyev Birinci Qarabağ müharibəsi zamanı "Qaragöl" batalyonunun komandiri olub. Onun batalyonu Ağdam, Füzuli və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Özü isə Ağdam istiqamətində ağır yaralanıb.

Ə.Hüsiyev sonrakı illərdə Daxili Qoşunların Baş idarəsi və hərbi hissələrində müxtəlif vəzifələrdə çalışıb.

Zaqatalanın bəzi əraziləri susuz qalıb - FOTO

Zaqatala rayonunun Qazangül ərazisində, Şimal qərb massivində və Sahil küçəsində su təchizatı müvəqqəti dayandırılıb.

Moderator.az xəbər verir ki, bu barədə Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi (SMSİİ) məlumat yayıb.

Bildirilib ki, su təchizatının dayandırılması Zaqatala şəhəri, Sahil küçəsində su xəttində baş vermiş qəzanın təmir edilməsi ilə əlaqədardır.

Qeyd olunan ərazilərə suyun verilməsi borunun qəzalı hissəsinin təmir edilməsindən dərhal sonra gün ərzində təmin ediləcəkdir.

“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM

“Hava bir tərəfdən, kinonun vəziyyəti bir tərəfdən, cavan uşaqların qeyri-etik hərəkətləri bir tərəfdən mənim sağlamlığıma ziyan vurur. Cavanlar başlarından böyük danışırlar. Ortalıqda heç bir xidmətləri yoxdur, amma “basıb-bağlayırlar”. Böyük-kiçik, ədəb-ərkan qaydalarını gözləmirlər. Ötən həftələrdə kino ittifaqında iclas keçirilirdi. Siz oradakı bəzi gəncləri görərdiniz. Kinoda xidməti olan, şəxsiyyət kimi formalaşan, söz sahibi olan insanlardan söhbət gedə bilər. Hərəsi bir diplom alıb, qısametrajlı film çəkib sənətdən və sənətkarlıqdan danışırlar. 40, 50, 60 ilin ustadları danışmırlar, gənclər danışır. Etik qaydaları pozurlar. Gənc əvvəl özünü təsiq etməlidir, sonra danışmalıdır. Dünən dınq edib gəliblər, böyük sənətkarların yanında ədəb-ərkan gözləmədən danışırlar. Rasim müəllim xəstə oldu, kino ittifaqa rəhbərlik edə bilmədi və ora kimlərinsə ümidinə qaldı. Ona görə də belə özbaşnalıq edirlər. Orada çox mübahisəli məsələlər var. Ümid edirəm ki, həll olunacaq və hər kəsə öz yeri göstəriləcək”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov deyib.
O daha sonra Rasim Balayevin məzar üstü abidəsinin aqibətindən də danışıb:

“Bütün statuslar onu göstərir ki, dövlət tərəfindən təqdim olunan standart abidələr var. Məndə olan məlumata görə Rasim Balayevin də məzar üstü abidəsi də dövlət tərəfindən qoyulacaq. Ailəsi hər zaman müdaxilə edib, öz mövqeyini bildirə bilər. Mən inanıram ki, Rasim Balayev üçün onun adına və böyük sənətinə uyğun məzar üstü abidə qoyulacaq. Bir çox insan nə istəyir, onu da danışır. Hərənin öz sənətinə uyğun obraz tapılır. Niyazinin, Rəşid Behbudovun, Müslüm Maqomayevin məzarlarını görmüsüz necə obrazlarla hazırlayıblar?!. Rasim Balayevin məzarı da kino ilə bağlı olacaq”.

Avropada deportasiya ƏMƏLİYYATI: Yüz minlərlə miqrant geri göndərilir

Avropa İttifaqı (Aİ) miqrasiya siyasətinə yanaşmasını köklü şəkildə dəyişir.

Sığınacaq axtaranların sayı sürətlə azalsa da, deportasiya göstəriciləri son onilliyin rekordlarını qırır. Aİ son bir ildə yarım milyona yaxın sığınacaq üçün müraciət edən şəxsi geri göndərməyə qərar verib.

"Euronews"un araşdırmasına istinadən verilən məlumata görə, son dörd ildə Aİ-yə daxil olan yeni miqrantların sayı davamlı olaraq azalıb. Göstəricilər 5,4 milyon nəfərdən 2024-cü ildə 4,5 milyona düşüb ki, bu da 24%-lik bir azalma deməkdir.

2025-ci ilin statistikası da bu eniş trendini təsdiqləyir. Ötən il cəmi 361 000 nəfər müdafiə statusu alıb ki, bu da son altı ilin ən aşağı göstəricisidir.

Bunun əksinə olaraq, repatriasiya (vətənə geri göndərilmə) qərarlarının sayı sürətlə artır. Ötən il rəsmi qurumlar tərəfindən təxminən yarım milyon belə qərar qəbul edilib. Faktiki olaraq bu insanların yalnız üçdə biri ölkədən çıxarılsa da, 155 000 nəfərlik deportasiya sayı son onilliyin əvvəlindən bəri ən yüksək göstəricidir.

Avropa qaçqınları niyə qovur?

Aİ-nin Daxili İşlər və Miqrasiya üzrə komissarı Maqnus Brunner "Europe in Motion" tədbirindəki çıxışı zamanı böyük bir miqrasiya islahatının yekun mərhələsində olduqlarını bəyan edib:

"Bu islahat vasitəsilə biz xarici sərhədlərimizin mühafizəsini gücləndiririk və dünyada ən müasir sərhəd idarəetmə sistemini - giriş/çıxış sistemini tətbiq edirik".

Aİ rəhbərliyi digər ölkələrlə də işbirliyini artırır. Əsas məqsəd qanunsuz sərhəd keçidlərinin qarşısını almaq və insan qaçaqmalçılığı ilə mübarizə aparmaqdır.

2025-ci ildə ölkələrinə ən çox deportasiya edilənlər Türkiyə vətəndaşları olub, onların sayı 13 000 nəfəri ötüb. Növbəti yerlərdə Gürcüstan (10 475 nəfər), Suriya və Albaniya qərarlaşıb.

Hazırda ən sərt miqrasiya siyasəti yürüdən ölkə Almaniyadır. Son bir ildə Berlin 30 000-ə yaxın faktiki deportasiya həyata keçirib. Fransa 15 000, İsveç isə 11 000-dən çox insanı ölkədən çıxarıb. İspaniya 54 000, Niderland isə 32 000 qovulma qərarı verib.

Maraqlıdır ki, ən çox qovulma sənədi imzalayan ölkə məhz Fransadır. Paris 138 000 repatriasiya əmri çıxarıb. Lakin burada bir nüans var: Fransada bu sənədi alanların əksəriyyəti son nəticədə ölkədə qalmağı bacarıb.

Planların reallığa çevrilməməsinə isə bəzən şəxslərin mənşə ölkəsinin müəyyən edilə bilməməsi, səhhətindəki problemlər və ya yetkinlik yaşına çatmayanların statusu mane olur.

Sərhədlərdən geri çevrilənlərin sayında da artım var. 2025-ci ildə 133 000 nəfərin Aİ-yə girişinə qadağa qoyulub. Ən çox rast gəlinən səbəb (hər üç haldan biri) səfərin dəqiq məqsədinin olmamasıdır.

Bu məsələdə Polşa əsas forposta çevrilib. Varşava sərhəddən geri qaytarılan miqrantların sayına görə liderdir - təxminən 30 000 nəfər. Fransa 12 000 göstərici ilə ikinci yerdədir.

Daha 17% insan isə ölkədə qalma müddətini pozduğuna görə içəri buraxılmayıb. Çoxunun etibarlı vizası olmayıb.

Ukraynalı qaçqınları nə gözləyir?

Çexiya ukraynalı qaçqınlara yardım göstərilməsi qaydalarını dəyişməyə hazırlaşır. Müavinət almaq üçün ukraynalılara iş, yaşayış yeri və qeydiyyatla bağlı yeni tələblər qoyula bilər.

İrlandiyada avqust ayından etibarən ukraynalıların pulsuz sığınacaqlardan çıxarılmasına başlanacaq. Hökumət pulsuz yaşayış proqramını genişmiqyaslı şəkildə ixtisar edir.

Kanada isə artıq indidən qaçqınlar üçün bəzi tibbi prosedurları ödənişli edib və ukraynalılara göstərilən pulsuz tibbi yardımın siyahısını azaldıb. /Musavat.com/

Vaxtında təhvil verilməyən mənzillərə görə alıcılar kompensasiya tələb edə bilər? - AÇIQLAMA

Son illərdə daşınmaz əmlak bazarında tikinti layihələrinin gecikməsi və mənzillərin vaxtında təhvil verilməməsi alıcıların ən ciddi problemlərindən birinə çevrilib. Xüsusilə vətəndaşların illərlə gözlədiyi mənzillərin müxtəlif səbəblərlə istifadəyə hazır vəziyyətə gətirilməməsi həm maddi, həm də psixoloji baxımdan ciddi narahatlıqlar yaradır.

Belə olan halda əsas sual budur: Müqavilə öhdəliklərinin tikinti şirkəti tərəfindən vaxtında yerinə yetirilmədiyi situasiyalarda alıcılar hansı hüquqi müdafiə vasitələrindən istifadə edə bilər, kirayə xərcləri və digər maddi zərərlərin, eləcə də mənəvi ziyanın ödənilməsi hansı hüquqi əsaslarla tələb oluna bilər və bu tələblərin məhkəmə təcrübəsində təmin olunma reallığı nə dərəcədə effektivdir?

Mövzu ilə bağlı Moderator.az-a Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz  Əkbərov açıqlama verib.
Hüquqşünas bildirib ki, tikinti şirkətləri ilə bağlanan müqavilələrdə təhvil (təslim) tarixinin pozulması, yəni işlərin vaxtında yekunlaşdırılmaması və ya mənzilin təhvil verilməsində gecikmələr alıcılar üçün ciddi problemlər yaradır:

"Bu vəziyyətdə alıcıların hüquqlarının qorunması üçün müxtəlif hüquqi müdafiə mexanizmləri mövcuddur.

İlk növbədə, təcrübəli və etibarlı tikinti şirkətlərindən ev almaq daha məqsədəuyğundur. Mənzil alınarkən tikinti şirkətindən təhvil-təslim sənədləri tələb edilməlidir.
Əgər binanın istismara qəbul aktı yoxdursa, ödənişin tam şəkildə edilməməsi daha təhlükəsizdir. Mənzilin tikinti səviyyəsinə uyğun mərhələli ödəniş edilməlidir
Əgər şirkət mənzili təhvil verməkdən boyun qaçırır və ya təyin olunan yeni ağlabatan müddətdə də öhdəliyini yerinə yetirmirsə, alıcı müqaviləni ləğv edə bilər.

Bu zaman şirkət sizdən aldığı məbləği tam şəkildə və gecikmə faizləri ilə birlikdə qaytarmalıdır. Şirkət mənzili təhvil verməkdən boyun qaçırır və ya təyin olunan yeni ağlabatan müddətdə də öhdəliyini yerinə yetirmirsə, alıcı müqaviləni ləğv edə bilər. Bu zaman şirkət sizdən aldığı məbləği tam şəkildə və gecikmə faizləri ilə birlikdə qaytarmalıdır. Maddi və mənəvi zərərə məruz qalan şəxs ona vurulmuş zərərin əvəzinin (təzminat) ödənilməsini tələb etmək hüququna malikdir. Həmin şəxs ona vurulmuş m Gecikmənin alıcıda mənəvi zərər yaratdığı, məsələn, psixoloji stress və narahatlıq səbəbindən məhkəməyə şikayət verilə bilər.

Maddi zərərin əvəzinin tam ödənilməsini o şərtlə tələb edə bilər ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Maddi və mənəvi zərərin əvəzinin ödənilməsinin tələb edilməsi məqsədilə məhkəməyə iddia ərizəsi yazılmalıdır. Məhkəməyə ərizə və iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz".

Pərvin Şakirqızı

Xəzərdə zəlzələ oldu - FOTO

Xəzər dənizində zəlzələ baş verib.

Moderator.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 05:47-də qeydə alınan zəlzələnin maqnitudası 3.6 olub.

Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.

İnsanların mavi dərili doğulduğu qeyri-adi yer — FOTOLAR

Mavi dərili insanları çoxları yalnız fantastik filmlərdə və cizgi qəhrəmanlarında görüb. Ancaq vaxtilə ABŞ-də yaşayan ailə görünüşü və genetik xüsusiyyəti ilə tibb dünyasının diqqətini illərlə üzərinə çəkib.

Hadisə ABŞ-nin Kentukki ştatının dağlıq bölgəsində yaşayan Fugate ailəsi ilə bağlıdır. Araşdırmalar göstərib ki, ailə üzvlərinin bəzilərinin dərisinin mavi rəngdə olması nadir genetik xəstəlikdən qaynaqlanıb.

Hekayə 1820-ci illərdə başlayır. Fransız əsilli yetim Martin Fugate Kentukki ştatının Troublesome Creek adlı bölgəsinə köçərək Eliza Smith ilə ailə qurur.

Həmin dövrdə bölgə xarici dünya ilə zəif əlaqəyə malik idi. Dağlarla əhatə olunan ərazidə az sayda ailə yaşayırdı və yaxın qohumlar arasında evliliklər geniş yayılmışdı.

Martin və Elizanın yeddi övladı olub. Onlardan dördü mavi dərili doğulub. Bu vəziyyət uzun illər insanlarda maraq və müxtəlif şayiələr yaradıb. Bəziləri bunu fövqəltəbii hadisə hesab edib, digərləri isə su və hava ilə əlaqələndirib.

İllər sonra aparılan tibbi araşdırmalar nəticəsində məlum olub ki, ailədəki bu xüsusiyyət “methemoqlobinemiya” adlı nadir genetik xəstəlikdən qaynaqlanır.

Bu xəstəlik zamanı qanda oksigen daşıyan hemoqlobin normal fəaliyyət göstərə bilmir. Nəticədə bədəndə, xüsusilə dəridə maviyə çalan rəng dəyişiklikləri yaranır.

Mütəxəssislər bildirirlər ki, bu genetik xüsusiyyətin ortaya çıxması üçün həm ana, həm də ata eyni resessiv geni daşımalıdır. Qapalı icmalarda belə halların baş vermə ehtimalı daha yüksək olur.

20-ci əsrin ortalarında hematoloq Madison Cawein III bölgədə araşdırmalar aparıb. Məlum olub ki, bəzi ailə üzvlərində “metilen mavisi” adlı müalicə üsulu təsir göstərib və dərinin rəngi dəyişməyə başlayıb.

Sonrakı illərdə bölgədə yaşayış və əlaqələr artdıqca insanlar başqa icmalarla ailə qurmağa başlayıb. Bunun nəticəsində mavi dərili doğulan uşaqların sayı tədricən azalıb. /Demokrat.az/

"Avropa rus dronları ilə üz-üzə: təhlükənin miqyası böyüyür" - "The Telegraph"

"Rusiyanın ucuz dronları Avropanı yeni hava müharibəsinə məcbur edir..."

Rusiyanın pilotsuz uçuş aparatları Avropa səmasına nüfuz edir, NATO ölkələri "hava müharibəsinə" hazırlaşarkən, qitə ucuz dronlara qarşı effektiv müdafiə yolları axtarır...

Qərb nəhayət dron təhlükəsini ciddi qəbul etməyə başlayıb. Əgər Avropa ölkələri istehsalı və koordinasiyanı sürətləndirməsə, yaxın gələcəkdə kütləvi hücumlarla üzləşmək ehtimalı kəskin şəkildə artacaq.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Təhlükə artıq qapıdadır

Sentyabrın 9-da gecə saatlarında təxminən 20 dron Belarus üzərindən Polşanın hava məkanına daxil olub. Bu hadisə NATO ilə qarşıdurma ehtimalını artırıb və Avropada başlayan təhlükəli proseslərin yalnız başlanğıcı olub.

Rusiyanın "Geran" dronları və Avropa səması
Sərhədi keçənlərin əksəriyyəti İran istehsalı olan ucuz "Shahed" bazasında yaradılmış "Geran” tipli kamikadze dronlar olub. Onlardan azı dördünü Polşa və müttəfiq ölkələrin qırıcıları vurub. Lakin sonrakı günlərdə Rumıniya, Almaniya, Belçika, Fransa, Norveç, İsveç, Finlandiya, Litva və Danimarkada da oxşar müşahidələr qeydə alınıb. Hətta Münhen hava limanı müvəqqəti bağlanıb, Danimarka hökuməti isə məsuliyyəti Moskvada görərək sərt cavab verməyə çağırıb. Fransanın Baltik dənizində saxladığı "Boraqay" gəmisi isə dronlarla bağlı araşdırmaların mərkəzinə düşüb.

Ucuz dronlara bahalı cavab

Rusiyanın "Geran" dronları böyük seriyalarla istehsal olunur. Alabuqada yerləşən zavodda işlər gecə-gündüz davam edir. Bu ucuz silahlar bahalı zenit raketlərini məhv edərək Avropa üçün iqtisadi dilemmaya çevrilib: bir neçə yüz dollarlıq dronu milyonlarla avroluq raketlə vurmaq mümkünsüz strategiyadır. Ona görə də Avropa dövlətləri daha səmərəli həllər axtarır: lazer texnologiyaları, radioelektron mübarizə, xüsusi dron-ələkeçiricilər və ucuz müdafiə vasitələri gündəmdədir.

Startaplar və müdafiə sənayesinin yarışı

"Helsing", "Kraken", "Cambridge Aerospace" kimi startaplar artıq ucuz ələkeçirici dronlar, patrul katerləri və yeni nəsil müdafiə sistemləri təklif edir. Müdafiə texnologiyalarına qoyulan investisiyalar 2025-ci ildə rekord həddə çatıb. Lakin böyük problem var, bu da sürətli innovasiya ilə dövlətlərin bürokratik satınalma mexanizmləri arasında uçurumdur. Ekspertlər xəbərdarlıq edir: "Hökumətlər illərlə yox, aylarla işləməyi öyrənməlidir". Ukrayna üçün avadanlıq tədarükündə çevik "Taskforce Kindred" mexanizmi buna nümunə göstərilir.

Ukrayna müharibəsinin dərsi

Ukrayna cəbhəsi göstərir ki, dron müharibənin qaydalarını dəyişib. Hər iki tərəf yüz minlərlə PUA istehsal edib, bəzi məlumatlara görə Rusiya bir neçə il ərzində milyonlarla dron hazırlayıb. Ucuz "dalğa hücumları" hava hücumundan müdafiə sistemlərini tükəndirir, lakin ən dağıdıcı zərbələr hələ də ballistik və qanadlı raketlərdən gəlir. Bu isə Avropa üçün yeni strategiya zərurətini ortaya qoyur: müdafiə sistemlərini yalnız "böyük silahlara" qarşı deyil, həm də ucuz, çoxsaylı dronlara qarşı hazırlamaq lazımdır.

Kimin sürəti həlledici olacaq?

Avropada siyasi müzakirələr artıq açıqdır: sosial proqramların hesabına müdafiə xərcləri artırılacaqmı? İstehsal gücü kifayət edəcəkmi? Qitə birgə müdafiə siyasəti qura biləcəkmi? Cavab hələ də qeyri-müəyyəndir. Ancaq bir həqiqət var: gələcəyi ya sürətli reaksiya verən dövlətlər, ya da kütləvi ucuz dronlardan istifadə edən tərəf müəyyən edəcək.

Azərbaycanın yeni ixrac trendləri - "Sahibkarlar yüksək gəlir əldə edə bilərlər"

Azərbaycan son illər ənənəvi məhsullarla yanaşı, qeyri-ənənəvi qida məhsullarının da ixracını artırmağa başlayıb. Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, təkcə bu ilin avqust ayında İtaliya və Fransaya 3.6 ton qurbağa ayağı ixrac edilib. Bununla yanaşı, ABŞ-yə dörd milyon 320 min, Birləşmiş Ərəb Əmirliklərinə isə bir milyon 158 min ədəd ərzaqlıq yumurta göndərilib. Avstraliya, Albaniya və Kanadaya 42 kiloqram balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub. Bundan öncə isə Azərbaycan Çinə toyuq ayağı ixrac etməyə başlayıb. Bütün bunlar ölkənin ixrac coğrafiyasının və məhsul çeşidinin getdikcə zənginləşdiyini göstərir.

Maraqlıdır, görəsən, bu sahənin perspektivi varmı? Qeyri-ənənəvi məhsulların ixrac potensialını genişləndirmək üçün hansı addımlar atıla bilər?

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Risklər olsa da, gəlirlər cəlbedicidir"

Logistika məsələləri üzrə ekspert Təmraz Həmidov qeyd edir ki, bu sahənin perspektivləri kifayət qədər genişdir: "Ənənəvi məhsullarla yanaşı, qeyri-ənənəvi məhsulların ixracı həm yeni iş yerlərinin yaradılması, həm də ixrac imkanlarının şaxələndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu sahə ölkəyə müəyyən qədər valyuta gətirə bilər. Amma risklər də mövcuddur. Çünki spesifik sahədir, cəmiyyətdə bununla bağlı məlumatlar çox deyil, təcrübə azdır. Lakin ümumilikdə rəqabət az olduğuna görə gəlirlilik baxımından daha cəlbedicidir".

Ekspertin sözlərinə görə, sahibkarlar qeyri-ənənəvi məhsulların ixracı istiqamətində addım atmazdan əvvəl mütləq olaraq bazarı araşdırmalı, logistika və sertifikatlaşdırma ilə bağlı tələbləri nəzərə almalıdırlar. "Həm tranzit, həm də məhsulun ixrac olunduğu ölkələrin öz tələbləri var. Bizim ölkədə bu sahədə məlumat çatışmazlığı var", - deyə ekspert bildirir.

Mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var

Qeyri-ənənəvi ixracın stimullaşdırılması məsələsinə toxunan Təmraz Həmidov hesab edir ki, dövlətin dəstəyi burada fərqli formada həyata keçirilməlidir. Onun fikrincə, ənənəvi kənd təsərrüfatı məhsulları üçün tətbiq edilən subsidiya mexanizmləri burada effektli olmaya bilər: "İstiqamət yeni olduğundan burada ənənəvi təşviqdən söhbət getmir. Qeyri-ənənəvi sahələrdə təşviq modeli də fərqli olmalıdır. Necə ki, startaplara dəstək olmağa çalışılır, bu sahəyə də dəstək olmaq lazımdır ki, sahibkarlar ölkədə yeni məhsulları sınaya bilsinlər. Bu proses ilkin mərhələdə genişmiqyaslı ixrac olmasa belə, sınaq şəraitində nümunələrin hazırlanması ilə başlaya bilər. Həmin məhsulların beynəlxalq bazarlara çıxarılması üçün sənədləşmə prosesləri sürətləndirilməli, şəffaflığı artırılmalı və əməliyyat xərcləri azaldılmalıdır. Çünki ölkədə həm daşınma, həm də sənədləşmə ilə bağlı müəyyən çətinliklər mövcuddur".

"İqlim şəraiti Azərbaycana üstünlük verir"

İqtisadçı-ekspert Akif Nəsirlinin fikrincə, hələlik qeyri-ənənəvi sahələrdən valyuta gəlirləri çox böyük həcmdə olmasa da, bu istiqamətdə atılan addımlar mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, pilot layihə kimi həyata keçirilən ixrac təşəbbüsləri gələcəkdə böyük imkanların əsasını qoya bilər. Ekspert bildirir ki, ixrac bazarlarında belə məhsullara tələbat mövcuddur. Azərbaycanın yerləşdiyi coğrafi mövqe və iqlim şəraiti bu məhsulların istehsalı üçün əlverişli imkan yaradır. Ekspertin sözlərinə görə, bəzi Avropa ölkələrində bu cür heyvanların sənaye üsulu ilə artırılması əlavə xərclərlə müşayiət olunur, çünki soyuq iqlim şəraiti səbəbindən ilboyu süni istilik təmin edilməlidir. Azərbaycanda isə isti günlərin sayı daha çoxdur və bu, istehsalı daha ucuz başa gətirir. Bu üstünlük ölkədə belə məhsulların daha rentabelli istehsalına şərait yaradır.

"Dövlət dəstəyi vacibdir"

Akif Nəsirli onu da bildirir ki, sahibkarlar bu istiqamətdə kütləvi istehsala başlasalar, yüksək gəlir əldə edə bilərlər. Lakin ilkin mərhələdə dövlət dəstəyinin vacibliyini də vurğulayır. Onun fikrincə, hər bir yeni sahədə olduğu kimi bu sahənin inkişafında da dövlət yardımına ehtiyac olacaq. Müəyyən mərhələdən sonra isə istehsal rentabelli olduqda sahibkarlar artıq dövlətə vergi ödəməklə iqtisadiyyata töhfə verəcəklər.

"Valyuta gətirən hər sahə perspektivlidir"

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov isə ölkəyə valyuta gətirən hər sahəni perspektivli sayır. Amma mütəxəssis deyir ki, bu prosesdə ekoloji tarazlıq məsələləri mütləq nəzərə alınmalıdır. Onun sözlərinə görə, Azərbaycanda qeyri-ənənəvi məhsullar istehsal edən təsərrüfatların sayı azdır. "Masallıda kənd camaatı təbiətdən qurbağaları tutub müəyyən təhvil məntəqələrinə verirlər, onlar da ixrac edirlər. Təkcə qurbağa deyil, zəli də ixrac olunan məhsullardandır. Lakin bu sahədə ekoloji məsələlər diqqətdən kənarda qalmamalıdır. Xaric bizdən tələb edir, biz isə sadəcə təbiətdən toplayıb daşıyırıq. Halbuki bunun təsərrüfatları qurulmalıdır. Sahibkar pul qazanmaq istəyirsə, bu bizneslə etik formada məşğul olmalıdır" - deyə o qeyd edir.

"Kortəbii fəaliyyət ekosistemə ziyan vurur"

Mircavid Həsənovun fikrincə, kortəbii fəaliyyət təbiətə ziyan vurur: "Artıq böyük gölməçələrdə nə zəli, nə də qurbağa tapılır, onların kökü kəsilmək üzrədir. Halbuki xaricdə istehsal üçün bu canlıların yaxşı sortları mövcuddur. Onları gətirib burada yetişdirərək ixrac etmək mümkündür. Təbiətə ziyan vurulmadan daha savadlı şəkildə bu bizneslə məşğul olsalar, həm əla nəticə əldə edilər, həm də valyuta qazanılar".

Ekspert vurğulayır ki, bu sahənin inkişafı üçün ölkədə kifayət qədər potensial mövcuddur. Azərbaycanın su hövzələri bu baxımdan geniş imkanlar yaradır: "Sarısu su anbarı, Qızılağac qoruğu və digər ərazilər hazır vəziyyətdədir, lakin boş qalıblar. Sahibkar müvafiq icra orqanlarından həmin əraziləri icarəyə götürərək təsərrüfat yarada bilər. Göl də var, qamışlıq da var, bataqlıq da".

"Rusiya yenidən Ukraynaya genişmiqyaslı hücum həyata keçirib" - Ukrayna KİV

"Hava məkanında atəşkəs olmadan diplomatiya mümkünsüzdür..."

Oktyabrın 5-nə keçən gecə Rusiya Ukraynaya qarşı son aylarda ən genişmiqyaslı hava hücumlarından birini həyata keçirib.

Moderator.az xəbər verir ki, bu barədə "glavred.info" nəşri məlumart yayıb.

Raketlər və dronlarla zərbələr

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkəyə 50-dən çox raket və təxminən 500 "Shahed" tipli dron buraxılıb. Hücum əsasən enerji infrastrukturu və yaşayış məntəqələrinə yönəlib. İlkin məlumata görə, azı 5 nəfər həlak olub, 10-dan çox insan yaralanıb.

Zelenski xalqa müraciətində deyib: "Ruslar yenidən infrastrukturumuza, insanların normal həyatını təmin edən hər şeyə hücum edib. Bizim yeganə cavabımız daha güclü hava hücumundan müdafiə sistemləridir. ABŞ və Avropa təcili addım atmalıdır ki, Putin bu hava terrorunu dayandırmağa məcbur olsun".

Lvov: beş saatlıq terror, ölənlər və yanğınlar
Ən ağır zərbələrdən biri Lvova dəyib. Şəhərdə və ətraf kəndlərdə evlər dağılıb, 4 nəfərin ölümü və 6 nəfərin yaralanması təsdiqlənib. Bir neçə məhəllə işıqsız qalıb, ictimai nəqliyyat dayanıb.

Lvov meri Andrey Sadovıy sakinləri xəbərdar edərək küçələrə çıxmamağı, pəncərələri bağlamağı və tüstüdən qorunmaq üçün maska taxmağı tövsiyə edib. Şəhərdə "Sparrow" sənaye parkı yanıb, yaşayış evləri də ziyan görüb.

Lvov vilayətinin rəhbəri Maksim Kozitski deyib: "Ruslar bölgəni beş saatdan artıq kombinə olunmuş hücumlarla terrorizə edib. Dağıntılar çoxdur, bütün fövqəladə xidmətlər işləyir".

Zaporojye: qurbanlar və kütləvi dağıntılar
Eyni zamanda, Zaporojye də ağır hücuma məruz qalıb. Şəhərdə azı 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Dağıntılar arasında 8 çoxmərtəbəli bina, 8 fərdi ev və bir neçə müəssisə var. On minlərlə sakin işıqsız qalıb. Şəhər meri İvan Fyodorov qeyd edib ki, zərbələrdən sonra bəzi məhəllələrdə həm su, həm də elektrik təchizatı kəsilib, bir müəssisədə isə güclü yanğın başlayıb.
Digər bölgələr: elektrik xətləri sıradan çıxıb

Çerkası vilayətində dronların qalıqları elektrik xətlərini zədələyib, minlərlə ev işıqsız qalıb. Çerniqov, İvano-Frankovsk və Vinnitsa vilayətlərində də kritik infrastruktur zərbələrə məruz qalıb. Ukrayna Dəmir Yolları Lvov vilayətində qatarların 30 dəqiqəyədək gecikmələrlə hərəkət etdiyini açıqlayıb.

Beynəlxalq reaksiya: Polşa səmasında qırıcılar

Hücum zamanı Polşa ordusu da təcili tədbir görüb. Rəsmi Varşava bildirib ki, Polşa və müttəfiq qırıcı təyyarələr havaya qaldırılıb, hava hücumundan müdafiə və radar sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Rusiyanın bu hücumu Ukraynanın həm hərbi, həm də mülki infrastrukturu üçün yeni sınaq olub. On minlərlə insan işıqsız qalıb, evlər dağılıb, ölənlərin sayı artır. Zelenskinin sözləri ilə desək, bu hücum yalnız bir həqiqəti göstərir: hava məkanında atəşkəs olmadan diplomatiya mümkünsüzdür.

İlon Mask "Grokipedia"nın çıxacağı tarixi açıqladı - FOTO

"Wikipedia"nın alternativ versiyası olan "Grokipedia" iki həftədən sonra istifadəyə veriləcək".

Moderator.az bildirir ki, bunu amerikalı iş adamı İlon Mask "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, "Grokipedia"nın 0.1 beta versiyası çıxacaq və "Grok" süni intellektinin çat-botunun əsasında işləyəcək.

Qeyd edək ki, Mask "Wikipedia" ilə münaqişəsindən sonra ensiklopediyanın alternativ versiyasının yaradılmasının anonsunu vermişdi. Yeni versiya bütün istifadəçilər üçün əlçatan olacaq.

III MDB oyunları ilə əlaqədar Qəbələdə gücləndirilmiş xidmət təşkil olunub - FOTO/VİDEO

III MDB oyunları ilə əlaqədar Qəbələdə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən fasiləsiz xidmət təşkil olunub.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Rayon ərazisində və oyunların keçirildiyi məkanlarda xidmətə əlavə canlı qüvvə cəlb edilib.

Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin qorunması, eləcə də hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər.

Emin Əmrullayev müəllimləri təbrik etdi - FOTO

Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

Moderator.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir:

"Dəyərli müəllimlər! Sizi Müəllimlər Günü münasibətilə təbrik edir, hörmət və ehtiramımı bildirir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Gənc nəslin formalaşmasında fədakar əməyinizə görə təşəkkür edirəm".

Çin ordusu poliqonda Tayvan hökumət binalarının maketini qurub - FOTO

Çin ordusu ən böyük poliqonlarından biri olan Çjujihedə Tayvan hökumət orqanlarının yerləşdiyi ərazinin maketini quraşdırıb.

Moderator.az bu barədə "Sankei Shimbum" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, maketin ölçüləri 2020-ci ildən bəri təqribən üç dəfə böyüdülüb.

Məlumata görə, Çin poliqonda Tayvan parlamentinin binasının modelinin tikintisini bu yaxınarda başa çatdırıb. Bina maketdə Tayvan Prezident Sarayının yaxınlığında yerləşir. Buna qədər Tayvanın digər dövlət qurumlarının modelləri də peyk çəkilişləri vasitəsilə poliqonda aşkarlanıb.

Poliqonda 2020-ci ildən etibarən aparılan təlimlər zamanı prezident sarayı uğrunda döyüşlər imitasiya edilir.

“Qızılgül inqilabı” dönməzdi: Gürcüstanda yeni cəhd niyə baş tutmadı?

Gürcüstanda bələdiyyə seçkilərinin nəticələri ölkəni yenidən siyasi gərginliyin mərkəzinə gətirib. Seçkilərin nəticələrinə etiraz edən müxalifət qüvvələri Tiflisin mərkəzində on minlərlə insanın iştirakı ilə genişmiqyaslı etiraz aksiyası keçirir. Etirazçılar seçkilərin saxtalaşdırıldığını iddia edir, nəticələrin ləğvini və hökumətin istefasını tələb edirlər.

Siyasi müşahidəçilər bildirirlər ki, bu əslində Qərblə Rusiya arasında gedən geosiyasi mübarizənin növbəti mərhələsidir. Avropa İttifaqı və ABŞ-ın Gürcüstan müxalifətinə dolayı dəstək verdiyi, xüsusilə də Avropada Rusiyaya yaxın hesab edilən “Gürcü Arzusu” hökumətinin devrilməsində maraqlı olduğu deyilir.

Həmçimin son illər Moldovada baş verən siyasi dəyişikliklər və pro-Qərb qüvvələrinin qələbəsi Tiflisdəki müxalifətə əlavə stimul verib. Ekspertlərin fikrincə, Qərb dairələri Moldovadakı uğuru Gürcüstanda da təkrarlamağa çalışır. Məqsəd isə Cənubi Qafqazda Rusiyanın təsirini tamamilə sıfıra endirmək və bölgəni Qərb orbitinə yaxınlaşdırmaq.

Tiflis küçələrində səslənən “Rusiya Gürcüstandan çıxsın!”, “Avropa ilə gələcəyə!” kimi şüarlar göstərir ki, bu aksiyalar anti-Rusiya ruhunda keçir və Qərb paytaxtlarının siyasi mətbəxlərində hazırlanan “rəngli inqilab” ssenarisini xatırladır.

Aksiyalarda iştirak edənlərin əhval-ruhiyyəsi əvvəlki illərdəki etirazlardan fərqlənir. Bu dəfə emosiya yox, qəzəb və qətiyyət ön plandadır.

Bəzi siyasi şərhçilər artıq Gürcüstanda “inqilab ssenarisinin işə salındığını” iddia edirlər.

Moderator.az xəbər verir ki, mövzu ilə bağlı siyasi şərhçi Natiq Cəfərli Musavat.com-a danışıb:

"Vətəndaşlar seçkiyə fəal şəkildə qatılıb, səsini verib və indi öz iradələrinin tanınması üçün aksiyalarda iştirak etməyə hazır olduqlarını bildirirlər. Bununla belə, hazırkı etirazların mahiyyəti tam aydın deyil, çünki küçələrə çıxanların əksəriyyəti seçkilərdə iştirak etməyən müxalif qüvvələrin tərəfdarlarıdır.

Məsələ ondadır ki, müxalifətin mühüm bir hissəsi bu seçkiləri baykot edib. Son rəy sorğuları göstərmişdi ki, müxalifətin reytinqi ciddi şəkildə azalıb, xüsusən də böyük şəhərlərdə, o cümlədən Tbilisi, Batumi və Kutaisidə. Rəqabət qabiliyyətinin zəif olduğunu anlayan müxalifətin təxminən dörddə üçü seçkilərə qatılmamaq qərarı verib. Cəmi bir neçə partiya seçkilərə qatılmaqla prosesdə iştirak etdi, digərləri isə Gürcüstanın “Avropadan uzaqlaşdığı” kimi populist şüarlarla küçələrə çıxmağı seçdi.

Lakin bu aksiyaların məqsədi və strategiyası aydın deyil. Etirazçılar nəyi tələb etdiklərini tam ifadə edə bilmir, onların “neo-bolşevik” və populist yanaşmaları real siyasi strategiyadan daha çox emosional çağırışlar təsiri bağışlayır. Məsələn, bir qrupun Prezident Sarayına daxil olub orada oturması kimi addımlar nə siyasi məntiqlə, nə də demokratik mübarizə prinsipləri ilə izah oluna bilər.

Hakimiyyətin zorla devrilməsi ssenarisi isə praktik baxımdan qeyri-mümkündür. Dünyanın heç bir demokratik ölkəsində elitanın parçalanması, hüquq-mühafizə orqanlarının və ordunun etirazçılar tərəfə keçməsi olmadan küçə təzyiqi ilə hakimiyyət dəyişikliyi baş vermir. Gürcüstan nümunəsində də bu, mümkün görünmür.

Tarixi təcrübə göstərir ki, Gürcüstanda hakimiyyət dəyişiklikləri həmişə institusional parçalanma və seçki prosesi fonunda baş verib. Məsələn, vaxtilə “Qızılgül inqilabı” zamanı Mixail Saakaşvili hakimiyyətə küçədən deyil, elitanın içindən gəlmişdi. O, Tbilisi meri, daha sonra ədliyyə naziri olmuş, yəni sistemin içində idi. Hakimiyyət daxilində parçalanma baş verdikdən sonra seçkilərdə müəyyən üstünlük qazanaraq parlamentdə çoxluq əldə etdi və nəticədə siyasi dəyişiklik baş tutdu.

Bugünkü Gürcüstanda isə vəziyyət tam fərqlidir. Hazırda küçələrə çıxan müxalifət seçkilərdə iştirak etməyib, seçki institutunu rədd edib və indi küçə təzyiqi ilə hakimiyyətə gəlmək niyyətindədir. Bu isə nə hüquqi, nə də demokratik baxımdan qəbul edilə bilən davranış deyil.

Əslində, Gürcüstanda pis-yaxşı demokratik institutlar, seçki mexanizmi formalaşıb. Son parlament seçkilərində müxalifət az da olsa, uğur qazanmış, parlamentdə üçdə bir yerə sahib olmuşdu. Lakin parlamentə getmək və qanunvericilik fəaliyyəti aparmaq əvəzinə, müxalifət həmin nəticələri də baykot etdi. Halbuki, demokratik mübarizənin əsas yolu – parlamentdə iştirak, qanun layihələri təqdim etmək, xalqın problemlərinə konkret təkliflərlə çıxış etmək və iqtidarı tənzimləməkdən keçir.

Əgər müxalifət bu yolla getsəydi, həm ictimai etimadı qazana, həm də iqtidarın səhvlərini sistemli şəkildə ifşa edə bilərdi. Lakin əvəzində populist şüarlarla küçəyə çıxmaq və Avropa yönümlü ritorika ilə xalqı emosional şəkildə təsirləndirməyə çalışmaq Gürcüstan cəmiyyətində artıq effekt vermir.

Baş nazirin son açıqlamaları da bunu təsdiqləyir: o, Gürcüstanın 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmağı hədəflədiyini, bu istiqamətdə islahatların davam etdiyini vurğulayıb. Belə olan halda “Gürcüstan Avropadan uzaqlaşır” kimi iddialar siyasi reallıqdan çox uzaqdır".

Natiq Cəfərli qeyd edir ki, müxalifətin səhvi həm də ondadır ki, o, əhalinin prioritetlərini düzgün qiymətləndirmir:

"Dünyanın istənilən ölkəsində olduğu kimi, Gürcüstanda da əhalinin çox az bir hissəsi siyasətə və geosiyasi istiqamətlərə dərin şəkildə maraq göstərir. Əksəriyyət üçün əsas olan iqtisadi rifah, sosial sabitlik və gəlir səviyyəsinin yüksəlməsidir.

Bu baxımdan Gürcüstan son illərdə ciddi iqtisadi uğurlar əldə edib. Post-sovet məkanında ən sürətlə inkişaf edən ölkələrdən biri olan Gürcüstanın ümumi daxili məhsulu ötən il 9 faiz, bu il isə 8 faiz artıb. Adambaşına düşən gəlir göstəricilərinə görə isə ölkə Cənubi Qafqazda lider mövqedədir. Bu faktları görən və gündəlik həyatında hiss edən gürcü vətəndaşları təbii olaraq stabilliyi qorumaq və hazırkı hökuməti dəstəkləmək mövqeyindədir.

Beləliklə, Gürcüstanda baş verən hadisələr göstərir ki, müxalifətin radikal küçə aksiyaları geniş ictimai dəstək tapmır. Xalq daha çox sabitlik, iqtisadi inkişaf və Avropaya inteqrasiyanın real, addım-addım həyata keçirilməsini istəyir. Müxalifət isə populizm və baykot siyasətindən əl çəkməsə, Gürcüstandakı siyasi balansda həlledici qüvvəyə çevrilə bilməyəcək".

Sovet korrupsiya aparatının tərkib hissəsi olan ETIBARNAMƏ... - professor Saleh Məmmədovun yazısı

Sovet repressiya və korrupsiya aparatının tərkib hissəsi olan ETIBARNAMƏ dünya miqyasında yalnız Azərbaycanda  yaşadılır.

Beynəlxalq şəffaflıq təşkilatının hesablamalarına görə keçmiş SSRİ-də ən çox korrupsiya törədici amil dövlət avtomobil müfəttişliyi sistemində maşınları idarə etmək üçün istifadə olunan başı bəlalı "ETİBARNAMƏ" sistemi olmuşdur. Bunu nəzərə alaraq kommunist sistemi dagildıqdan sonra bütün ölkələr bu sistemi ləğv etdilər və korrupsiya xeyli azaldi. Bir yalnız Azərbaycanda nəinki ləğv olunmadı, əksinə, daha da aqressivləsdirildi, kəskinləşdirildi. Bu "süni qaydaları" pozanların cərimələri isə dəfələrlə artırıldı və kəskinləşdirildi.

Dünyada başqa hansı ölkələrdə avtomobil idarə etmək üçün etibarnamə sistemi qalır?

Hazırda  Azərbaycan doğrudan da dünyada avtomobil idarə etmək üçün yazılı etibarnamə sistemini gündəlik praktikada mütəmadi tətbiq edən yeganə ölkə kimi qalır: BMT üzvü olan 193 ölkədən yalnız biri -Azərbaycan Respublikası.

Digər ölkələrdə vəziyyət necədir?

- Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Gürcüstan, Ermənistan, Moldova — bu ölkələrdə etibarnamə ləğv olunub. Avtomobili idarə etmək üçün yalnız sürücülük vəsiqəsi və avtomobil sənədləri kifayətdir. Etibarnamə yalnız satış və ya hüquqi prosedurlar üçün istifadə oluna bilər.

- Şimali Koreya— məhdud məlumatlara əsasən,gündəlik sürücülük üçün etibarnamə tələb olunmur. Avtomobillər əsasən dövlətə və təşkilatlara məxsusdur və idarəetmə daxili qaydalarla tənzimlənir.

- İran, Türkmənistan, Özbəkistan — bu ölkələrdə etibarnamə istifadə oluna bilər, lakin məcburi deyil. Əsasən sərhəd keçidi və ya hüquqi əməliyyatlar üçün tələb olunur.

- Bəzi Afrika və Asiya ölkələri — etibarnamə kommersiya və ya hüquqi kontekstdə istifadə oluna bilər, lakin adi sürücülük üçün məcburi sənəd deyil.

Nəticə

2025-ci ilə olan məlumata görə, Azərbaycan — avtomobil idarə etmək üçün etibarnamə sistemini qoruyub saxlayan və gündəlik həyatında tətbiq edən yeganə ölkədir. Digər ölkələrdə bu sistem ya ləğv olunub, ya da yalnız xüsusi hallarda istifadə olunur.

Sual olunur: nə üçün BMT üzvü olan 193 ölkənin 192-si bu mənfur qaydanı (korrupsiya törədici, butun hüquqlara zidd, vətəndaşlıq hüququna, mülkiyyət hüququna zidd amili) tətbiq etmir, bir yalnız Azərbaycan Respublikası günü-gündən bu tətbiqi "təkmilləşdirir", genişləndirir, gücləndirir? Təsəvvür edin, ailə üzvləri ortaq mülkiyyətdə olan bir maşını (nə fərqi var, soyuducu, televizor, qayıq və s) istifadə etdiyinə görə 100 manat cərimə olunur və mülkiyyət cərimə meydançasına aparılır.

Əminəm, bu faktları təhlil edəndən sonra Azərbaycan parlamenti və Azərbaycan höküməti belə bir lazımsız, əhalidə ciddi narazılıq yaradan qaydanın aradan qaldırılması üzrə müvafiq tədbir görəcək.

Dərin hörmətlə,
professor Saleh Məmmədov

Voleybol üzrə Azərbaycan millisinin rəqibləri bəlli oldu - FOTO

Qadın voleybolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Moderator.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov, AVF-nin İdarə Heyətinin üzvü Elqar Bağırov və millimizin voleybolçusu Ayşən Abduləzimova da tədbirdə iştirak ediblər. Tədbir İtaliyanın Bari şəhərindəki məşhur Norman-Svabian Qalasında təşkil olunub.

Püşkatma nəticəsində ardıcıl 11-ci dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin rəqibləri bəlli olub. Çempionatın ev sahiblərindən biri olan ölkəmizdə C qrupunun oyunları keçiriləcək. Millimizin qrupdakı rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniyadır. Komanda 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdır.

Avropa çempionatı 2026-cı ildə Azərbaycan, Türkiyə, Çexiya və İsveçin ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək.

Alimlər quyudan tapılan 2000 illik şifrəli mesajlar üzərində baş sındırırlar - FOTO

Son bir neçə il ərzində alimlər fransız arxeoloqlarının tapıntısı üzərində baş sındırırlar.

Moderator.az bildirir ki, bu barədə labrujulaverde.com portalı məlumat yayıb.

Hələ 2020-ci ildə Milli Preventiv Arxeoloji Tədqiqatlar İnstitutundan olan tədqiqatçılar ölkənin cənub-şərqində yerləşən İzernor kommunası ərazisində arxeoloji qazıntılar aparıblar.

O zaman Qall-Roma şəhəri olan İzarnodurumun ərazisində qədim dövrlərdə zibil tullantıları sahələri kimi istifadə olunan dörd quyu aşkar edilmiş, onların içərisində isə işıq və oksigen olmayan mühitdə yaxşı qorunub saxlanılmış ağac emalatxanasının tullantıları, o cümlədən, albom kimi hörülmüş 15 ağac yazı lövhəsinin fraqmentləri tapılmışdı.

Belə lövhələr Roma İmperiyasında məktəb dəftərləri və ya rəsmi yazışmalar üçün blanklar kimi geniş istifadə olunub. Arxeoloqların diqqətini, xüsusilə, üzərində mürəkkəblə bir neçə sətir yazılmış nadir nüsxə cəlb edib. Lakin yazının dəqiq məzmunu, hansı şəraitdə, nə münasibətlə və kim tərəfindən yazıldığı kimi suallara elm hələ cavab verməyib, lakin epiqrafik təhlil davam edir. /Oxu.az/

Ərdoğan Çində Paşinyana nə deyib? - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra Türkiyə və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş addımların qiymətləndirildiyini bildirib.

Moderator.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

Ərdoğan və Paşinyan bazar ertəsi Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər.

Ərdoğanın sözlərinə görə, həmin görüşdə Türkiyə-Ermənistan münasibətləri Cənubi Qafqazda davamlı sabitlik və sülh yolunda atılan addımlar fonunda müzakirə olunub.

“Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləyişindən razı qaldığını, Türkiyənin regionda sülh, sabitlik və inkişafı dəstəklədiyini və bu prosesə öz töhfəsini verməyə davam edəcəyini bildirib”, - deyə məlumatda qeyd olunur.

Öz növbəsində Ermənistan baş nazirinin mətbuat xidməti bildirib ki, görüş zamanı tərəflər bölgədə sülh və sabitliyin təmin olunmasına yönəlmiş addımların əhəmiyyətini vurğulayıblar. Paşinyan və Ərdoğan qarşılıqlı etimad mühitinin formalaşdırılması və regional kommunikasiyaların inkişafı üçün konstruktiv yanaşmanın saxlanmasının vacibliyini qeyd ediblər. Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Xatırladaq ki, Çində Azərbaycan və Türkiyə prezidentlərinin də görüşü baş tutub. Həmin görüşdə Ərdoğan Bakı ilə İrəvan arasında sülh prosesində əldə olunmuş irəliləyişdən məmnunluğunu ifadə edərək Türkiyənin bu məsələyə töhfəsini davam etdirəcəyini vurğulayıb.

Ərdoğan Çində Paşinyana nə deyib?

Arzu Əliyeva Tiencin şəhərindən paylaşım etdi - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Çinin Tiencin şəhərindən paylaşım edib.

Moderator.az xəbər verir ki, Tiencində hazırda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçirilir.

Arzu Əliyevanın paylaşımını təqdim edirik:

İlham Əliyev Nikol Paşinyanla görüşdü - FOTO/VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Moderator.az xəbər verir ki, liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar.

Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.

Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan XİN Əfqanıstana başsağlığı verdi - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.

Moderator.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ xəbərlərindən dərindən kədərləndik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik. Bu çətin günlərdə düşüncələrimiz və dualarımız Əfqanıstan xalqı ilədir", - paylaşımda deyilir.

Qeyd edək ki, Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 622-yə çatıb, daha 1 500 nəfər yaralanıb.

"Mərkəzi Park"da 2 yaşlı uşaq kanalizasiya quyusuna düşdü - FOTO

Paytaxtda azyaşlının həyatı təhlükəyə düşüb.

Moderator.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə dünən Mərkəzi parkda baş verib.

Ailə üzvlərinin dediyinə əsasən, ikiyaşlı uşaq parkda açıq qalan kanalizasiya quyusuna düşüb. Quyunun dərinliyinin 1.5-2 metr olduğu bildirilir.

Valideynlərin və ətrafdakı insanların operativ müdaxiləsi nəticəsində uşaq quyudan çıxarılıb. Hadisə nəticəsində xəsarət alan körpə dərhal xəstəxanaya aparılıb və ona tibbi yardım edilib.

İddiaya görə, kanalizasiya quyusunun lükü tam örtülməyib və qapağın möhkəm bağlanması üçün xüsusi yerlər olsa da, onlardan istifadə edilməyib. Bu isə ciddi təhlükə yaradıb.

İçkiyə görə işdən qovulan aktyorumuzun faciəvi həyatı - FOTO

Bu gün maraqlı aktyor Fazil Salayevin doğum günüdür.

Moderator.az kulis.az-a istinadən onun haqqında materialı təqdim edir.

Fazil Salayev 1931-ci il, sentyabrın 1-də Bakıda əslən Güney Azərbaycandan olan İdris Salayevin ailəsində dünyaya gəlib. Gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazır.

Orta məktəbi başa vurandan sonra o, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olur. Oranı bitirəndən sonra bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində Xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçib.

23 yaşı tamam olanda atasının dostu Nurəddin kişinin 18 yaşlı qızı Fəridəylə ailə həyatı qurur. Qəribədir ki, Fəridə xanım və Fazil Salayev ailə qurana qədər bir-birini cəmi bircə dəfə görüblər və onda da söhbət etməyə belə macal tapmayıblar.

Fazilin atası oğlunun aktyor olacağını ağlına belə gətirməyib. Dövrünün sayılıb-seçilən ziyalılarından olan İdris bəy oğlunun “mütrüb” adlandırılmasını istəmirdi. O həm də müxtəlif vəzifələrdə çalışmışdı. Üstəlik, Fazil ailənin yeganə övladı idi.

Teatr İnstitutunu bitirən F. Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq bir müddət sonra o teatrdan küsüb gedir. Və Musiqili Komediya Teatrında işə düzəlir. “Mozalan” satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olur.

1966-cı ildə Həsən Seyidbəyli “Sən niyə susursan” filmində F. Salayevə kiçik bir rol tapşırır və o, bu rolun da öhdəsindən lazımınca gəlir. 1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi “Şərikli çörək” filmindəki Qırçı Məhəmməd rolu isə onun aktyor kimi məşhurlaşmasında xeyli rol oynayır. Aktyorun oynadığı sonuncu film onun həyatının son aylarına təsadüf edir. Rejissor Cahangir Mehdiyev Moskva Kinematoqrafiya İnstitutunda oxuyarkən kurs işi üçün “Araşdırın” filminə Fazil Salayevi çəkir.

Deyilənlərə görə F. Salayev istedadı qiymətləndirilmədiyindən sınır, həyatın dibinə yuvarlanaraq, meylini içkiyə salır. Hətta sonradan Salayev ağır xəstəliyə tutulur və içki içməsə, qida qəbul edə bilmir, həftələrlə dilinə çörək vurmur. İsrafil İsrafilov Fazil Salayev haqqında deyir:
“Salayevin başlıca səhvi isə, heç şübhəsiz ki, içkiyə meylli olmasıydı. Məsələn, tamaşalara, məşqlərə sərxoş gəlirdi. Tofiq Kazımov da onu çox sevirdi, orijinal istedad sahibiydi. Azərbaycan teatrında ikinci belə təbiətdə və istedada malik aktyor yox idi. Onun komizmi də orijinaldır, plastikası da. Fazildən sonra o tipdə aktyor yetişməyib. Düzdür, Yaşar Nuri yetişdi, amma o, başqa tip aktyor idi. Tofiq Kazımov onu çox istədiyindən bəzi səhvlərinə göz yumurdu. Ancaq teatrın daxilindən bir neçə dəfə onun içməyini rəhbərliyə çatdırmışdılar və rəhbərlik fakt qarşısında qalaraq onu “Azdrama”dan uzaqlaşdırmışdı. Vəziyyət o həddə çatmışdı ki, Fazilin ağzından iy gələn kimi rejissor köməkçisi, rekvizit sexində işləyənlər dərhal xəbərçilik edirdilər. Fazil akademik teatrdan uzaqlaşan kimi “Muzkomediya”, necə deyərlər, onu göydə tutdu. Orada cəmi üç il işlədi və bizim onunla bulvardakı söhbətimizdən sonra “Azdrama”ya qayıtdı. Tofiq Kazımov inanmırdı ki, Fazil Salayevi yola gətirə bilmişəm. O, teatra qayıtdı”.

Uşaq kimi saf və təmiz xarakterli adam olub. Hətta o qədər saf adam olub ki, aktyorların bəziləri onunla zarafatlaşırmışlar. Ən yaxın dostu Yaşar Nuri və Səməndər Rzayev olub. Aktrisalardan isə Nəcibə Məlikova onu öz övladı, qardaşı kimi çox istəyib. Nə zaman onun yemək yemədiyini bilsə, otağına çağırıb ona yemək və çay verərmiş.

Deyilənə görə bir dəfə Fazil evə sərxoş gəlir. Bunun xanımı da çox cüssəli qadın olub. Qadın görür ki, Fazil özü gedib yata bilməyəcək. Onu qucağına alıb yerinə atır. Uşaqları qışqırırlar ki, papa letit, papa letit. Səhəri gün özü başına gələni dostlarına danışıb gülürmüş.

Fazil Salayev 1978-ci il iyunun 20-də kiçik qızı Ofeliyanın doğum günündə dünyasını dəyişir.

Qaraçuxur qəsəbəsində hərbi sursat aşkarlandı - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.A.Şadlınski küçəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Moderator.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

İlham Əliyev Tiencində Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti ilə görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Cin Liqun ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub, bankın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində uğurlu əməkdaşlığı qeyd edilib.

Söhbət zamanı Orta Dəhliz, metro tikintisi, su, yaşıl enerji ilə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonda strateji əməkdaşlıq üzrə imzalanmış birgə bəyannamə dövlətimizin başçısının və bankın prezidentinin iştirakı ilə mübadilə edilib.