Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsini İrəvan özü həll edəcək. Rusiya isə Ermənistanın Aİ ilə yaxınlaşması nəticəsində itirəcəkləri ilə bağlı məsələlərə baxmaq hüququnu özündə saxlayır.
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumunun (ŞİF) çərçivəsində bildirib.
Onun sözlərinə görə, Ermənistanın Aİyə üzvlüyü məsələsi İrəvanın suveren hüququdur və bu qərarı məhz Ermənistan verməlidir.
Ermənistanın Aİ ilə yaxınlaşacaq təqdirdə əldən verəcəyi güzəştlərlə bağlı problemləri həll etmək isə bizim hüququmuzdur, — Overçuk qeyd edib.
Münhen yaxınlığında 5 mindən çox döyüş pilotsuz uçuş aparatının istehsalına başlanılıb. Layihə Almaniya hökumətinin maliyyələşdirməsi ilə AlmaniyaAmerika şirkəti Auterion və Ukraynanın Airlogix şirkəti tərəfindən birgə həyata keçirilir.
DPA agentliyinin məlumatına görə, ilk pilotsuz uçuş aparatları artıq istehsal olunub. Sifarişin 2027ci ilin ortalarına qədər tamamlanması planlaşdırılır. Müqavilənin dəyəri təxminən 300 milyon avrodur.
İki model PUA istehsal ediləcək. Onlardan biri orta mənzilli, digəri isə 1 500 kilometrədək artırılmış uçuş məsafəsinə malik olacaq. Dronların idarəetmə sistemində süni intellekt texnologiyasından istifadə edilir.
David Seliverstov bildirib ki, Çingiz Qənizadənin 90 min məsələsi ilə bağlı açıqlama verməsini gözləmək niyyətində deyil və bu məsələ ilə bağlı özü geniş faktlar və sübutlar ortaya qoymağa hazırdır:
Çingiz Qənizadə 90 minə bağlı açıqlama vermək istəmir. Mən bununla bağlı geniş faktlar və sübutlar ortaya qoyacam. Nizami Məmmədov 2021ci ildə DTX tərəfindən həbs edilib və məhkəmə qərarı ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Söhbət Müdafiə Nazirliyinin sabiq maliyyəbüdcə rəisindən gedir. Onun istintaq dövründə təxminən 12 milyon manat məbləğində dəymiş zərəri ödədiyi bildirilir.
Eyni zamanda, istintaq və məhkəmə materiallarında Müdafiə Nazirliyinin büdcəsindən mütəşəkkil dəstə tərəfindən böyük məbləğdə vəsaitin mənimsənilməsi ilə bağlı ittihamlar yer alıb. Məhkəmənin müəyyən etdiyi zərərin Nizami Məmmovun üzərinə düşən hissəsinin 18 milyon manatdan çox olduğu bildirilir. Hazırda Nizami Məmmədovun işi Apellyasiya Məhkəməsindədir.
Mən düşünürəm ki, məhkəmələrimiz kifayət qədər humanistdir. Ona 11 il 6 ay cəza verilib və o, məhkəmənin qərarı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz və xalqımız ərazi bütövlüyümüz uğrunda mübarizə aparırdığı dövrdə dövlətin, ordunun büdcəsi ilə bağlı ağır nəticələr doğuran əməllərin törədilməsi cəmiyyət tərəfindən çox ciddi qiymətləndirilməlidir.
Görürəm ki, Çingiz Qənizadə əsgərin, ordunun və dövlətin qalxanı olan büdcəyə zərər vurmaqda təqsirləndirilən şəxsə kifayət qədər isti münasibət bəsləyir. Çingiz Qənizadə özünün Rəşad adlı dostu və bir icra başçısının atası ilə birlikdə Babək prospektində yerləşən restoranda görüşlər keçirir və həmin görüşlərdə Nizami Məmmədovun məhkəmə işi ilə bağlı məsələləri müzakirə edir, məhkəmə prosesinə təsir göstərməyə cəhdlər göstərir.
David Seliverstov vurğulayıb ki, yaxşı olar ki, Çingiz Qənizadə bu barədə açıqlama versin. Əks halda, o özü açıqlama vermək məcburiyyətində qalacaq:
Mənim mövqeyim aydındır: dövlətimizin büdcəsinə zərər vuran, dövlət vəsaitlərinin mənimsənilməsində təqsirli bilinən şəxslər qanun qarşısında cavab verməlidirlər. Şəhidlərimizin, qazilərimizin və veteranlarımızın haqqı yerdə qalmamalıdır. Nizami Məmmədovun sentyabr ayında təyin olunan məhkəməsində ədalətli qərar çıxarılacağına inanıram. Mən məhkəməyə müdaxilə etmək istəmirəm və belə bir səlahiyyətim də yoxdur.
İnanıram ki, Apellyasiya Məhkəməsi müstəqil və ədalətli qərar qəbul edəcək və əvvəlki qərarı qüvvədə saxlayacaq. Eyni zamanda, səhər Çingiz Qənizadədən cavab gözləyirik. Onu Rəşad adlı şəxslə, Nəsimi Məmmədovla və həmin icra başçısının atası ilə nə bağlayır? Ortada hansı maraqlar var? Bu sualların cavabını cəmiyyətə açıqlasın. Mən yaxşı bilirəm 90 min dollar nədir. Sən də yaxşı bil, Çingiz Qənizadə, o 90 min dollar nədir. Özünü mafioz hesab edib kafe və restoranlarda iş həll etmək dövrü deyil. AXCP vaxtı deyil. Ayıl!.
MiFi modemə eyni anda 10dək smartfon, noutbuk, planşet və digər WiFi dəstəkləyən cihaz qoşmaq mümkündür. 3000 mAh tutumlu batareya isə modemdən uzun müddət portativ şəkildə istifadə etməyə imkan yaradır.
Fərqli internet ehtiyaclarına uyğun olaraq, abunəçilərə 20 GB, 50 GB və 100 GB olmaqla üç əsas paket təklif olunur.
İnternet həcmini artırmaq istəyən abunəçilər üçün əlavə paketlər də mövcuddur. Əsas paket aktiv olduğu müddətdə abunəçilər 5 GB, 10 GB və 15 GB həcmində əlavə internet paketlərindən yararlana bilərlər.
MiFi əldə edən abunəçilərə SIM kart ödənişsiz təqdim olunur və bunun üçün əlavə ödəniş tələb edilmir. İnternet paketinin aktivləşdirilməsi Bakcell tətbiqi vasitəsilə həyata keçirilir.
MiFi modem və istifadə şərtləri haqqında ətraflı məlumatı şirkətin rəsmi saytı , Müştəri Xidmətləri Mərkəzləri və dilerlərdən əldə etmək mümkündür.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyrineft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Groupa daxildir.
Mənzilqərargahı Polşada yerləşən Nexta kanalı tərəfindən 2026cı il sentyabr 2də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayılıb.
Bu barədə Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda qeyd olunub.
Təhlillər göstərir ki, baş verənlər vahid mərkəzdən idarə oluna hibrid informasiya kampaniyasının tərkib hissəsidir. Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrid müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır.
Bu fakt bir daha göstərir ki, regionda qonşu dövlətlər arasında münasibətlərin normallaşması, sabitliyin və firavanlığın möhkəmlənməsi müəyyən dairələrin maraqlarına cavab vermədiyindən, ölkəmizin informasiya məkanını çirkləndirmək və cəmiyyətdə süni təşviş yaratmaq məqsədi daşıyan klassik dezinformasiya halları intensivləşib.
Ümumi informasiya mühitinin monitorinqi və təhlili göstərir ki, son dövrlər bir sıra Qərb media resurslarında Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatların yayılması kampaniyası müşahidə olunur. Xüsusilə, Böyük Britaniyanın The Independent, The Guardian qəzetlərində və BBC teleradio və yayım şirkətində, ABŞnin CNN telekanalında, Fransanın Le Monde qəzetində, Polşanın TVP telekanalı və digər resurslarda yayılan materiallardakı aşkar birtərəfli yanaşma və əsassız mülahizələr Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsidir.
Bu qəbildən olan fərziyyə və iddiaların yayılması informasiya manipulyasiyasının açıq təzahürü kimi qiymətləndirilməlidir.
Medianın İnkişafı Agentliyi ölkənin suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində lazımi tədbirlər görməkdə davam edəcək, bəyanatda vurğulanıb.
Azərbaycan Respublikasının Kino Agentliyinin yaydığı açıqlamada deyilir ki, Afaq Yusiflinin təhsil haqqı qismən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində ödənilirdi. Nazirlik bu istiqamətdə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Buna baxmayaraq, digər tərəf vəsaiti vaxtında köçürmədiyinə görə təhsil haqqının ödənilməsində problem yaranıb.
Artıq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin tərəfindən vəsaitin qalan hissəsinin də ödənilməsi üçün lazım olan addımların atılmasına başlanılıb. Məsələ ən qısa zamanda tam həllini tapacaqdır, açıqlamada deyilir.
2026cı ildə Formula 1 Azərbaycan Qranprisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.
1–7 sentyabr tarixini əhatə edən layihədə 17–18 yaşlı 26 şəhid övladı iştirak edir. Əsas məqsəd psixoloji dayanıqlığın və şəxsi inkişafın dəstəklənməsi, asudə vaxtın səmərəli təşkili, həmçinin yeni dostluq və ünsiyyət imkanlarının yaradılmasıdır.
Layihə çərçivəsində iştirakçılar Türkiyənin tarixi və mədəni irsi ilə tanış olmaq məqsədilə müxtəlif məkanları ziyarət edirlər.
İlk gün iştirakçılar İstanbulda Qız qalasını ziyarət edib, Valide Sultan gəmisi ilə İstanbul boğazında gəzintidə iştirak ediblər. Sonra Sultan Əhməd məscidi və Ayasofya məbədi ziyarət olunub.
Növbəti gün iştirakçılar Çanaqqalanın tarixi və mədəni məkanları ilə tanış olublar. Proqram çərçivəsində Troya atı, Troya Milli Parkı, Troya muzeyi, Çanaqqala saat qülləsi, Aynalı bazar, Çanaqqala Dəniz Muzeyi və Çimənlik qalası ziyarət edilib. Şəhidimizin yadigarı Jalə Veyislinin doğum günü də qeyd olunub. Həmçinin iştirakçılar Türkiyənin tanınmış müğənnisi Özcan Dənizin konsertini də izləyiblər.
Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19da qəbul edilən müvafiq qanun sentyabrın 3dən qüvvəyə minib.
Qanuna əsasən, malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi fiziki şəxslər tərəfindən təqdim edilən sadələşdirilmiş bəyannamə və gömrük orqanları tərəfindən tərtib olunan akt əsasında həyata keçiriləcək.
Malların müvəqqəti saxlanc anbarlarında qalma müddəti onların xüsusiyyətləri nəzərə alınmaqla gömrük orqanları tərəfindən 1 aydan çox olmayan müddətdə müəyyən ediləcək.
Fiziki şəxslər tərəfindən gömrük ərazisinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddən artıq gətirilən və təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan qida məhsullarının müvəqqəti saxlanc anbarında yerləşdirilməsinə yol verilməyəcək. Bu halda mallar şəxsin seçimi əsasında gömrük ərazisindən geri qaytarılmalı, yaxud gömrük orqanının vəzifəli şəxsinin iştirakı ilə məhv edilməlidir.
Gömrük ərazisinə gətirilməsi qadağan edilən malları gömrük ərazisindən dərhal çıxarmaq mümkün olmadıqda həmin malların müvəqqəti saxlanc anbarında saxlanc müddətinin son həddi 3 sutkadır.
Malların müvəqqəti saxlanc anbarında qalma müddətində fiziki şəxslər aşağıdakı hüquqlara malikdirlər:
tələb olunan gömrük ödənişlərini ödəməklə, həmçinin Lisenziyalar və icazələr haqqında Qanununda nəzərdə tutulduqda müvafiq lisenziya və ya icazə sənədini təqdim etməklə malları götürmək
malları gömrük ərazisindən geri qaytarmaq
mallardan dövlətin xeyrinə imtina etmək.
Malların müvəqqəti saxlanc anbarında saxlancına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə gömrük yığımı ödəniləcək.
Malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi barədə aktın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.
Müvəqqəti saxlanc bəyannaməsi
Gömrük orqanlarına təqdim olunan xarici mallar müvəqqəti saxlanca müvəqqəti saxlanc bəyannaməsi əsasında yerləşdiriləcək.
Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sənədlər müvəqqəti saxlanc bəyannaməsi ilə birgə təqdim ediləcək.
Müvəqqəti saxlanc bəyannaməsi malları gömrük ərazisinə gətirmiş şəxs, onun adından çıxış edən şəxs, mallar gömrük ərazisinə gətirildikdən sonra onların daşınmasına görə məsul olan şəxs, malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən şəxs, saxlanc yerlərinin sahibi və ya sərbəst zonada fəaliyyət göstərən şəxslərdən biri tərəfindən mallarla birlikdə gömrük orqanına təqdim ediləcək.
Müvəqqəti saxlancın tətbiqi üçün zəruri olan məlumatları özündə əks etdirən qısa idxal bəyannaməsi və ya onu əvəz edən nəqliyyat sənədləri, həmin məlumatların tamlığından asılı olaraq müvəqqəti saxlanc bəyannaməsi kimi qəbul ediləcək.
Müvəqqəti saxlanc bəyannaməsindən aşağıdakı hallarda istifadə ediləcək:
barəsində məcburi qərar qəbul edilmiş malların gömrük ərazisinə gətirilməsinin təsdiq edilməsi zamanı
malların gömrük orqanlarına təqdim edilməsi zamanı
müvəqqəti saxlancda yerləşdirilmiş malların digər gömrük proseduru altında yerləşdirilməsi və ya təkrar ixrac edilməsi zamanı.
Tranzit xüsusi gömrük proseduru altında daşınan xarici malların müvəqqəti saxlancda yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən müvəqqəti saxlanc bəyannaməsi kimi tranzit sənədi qəbul ediləcək. Tranzit xüsusi gömrük proseduru başa çatdıqdan sonra müvəqqəti saxlanc bəyannaməsi veriləcək.
Aşağıdakı abzasda nəzərdə tutulmuş hallar istisna olmaqla bəyannaməçinin müraciəti əsasında gömrük orqanlarına təqdim edilmiş müvəqqəti saxlanc bəyannaməsində düzəlişlər edilməsinə icazə veriləcək. Müvəqqəti saxlanc bəyannaməsində edilən düzəlişlər əvvəlcədən onun əhatə etmədiyi mallara tətbiq oluna bilməz.
Aşağıdakı hallarda gömrük orqanlarına təqdim olunmuş müvəqqəti saxlanc bəyannaməsində düzəlişlər edilməsinə icazə verilməyəcək:
gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra
gömrük orqanları müvəqqəti saxlanc bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra.
Müvəqqəti saxlanc bəyannaməsi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 1 ay ərzində gömrük orqanlarına təqdim edilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək.
Malların müvəqqəti saxlanca yerləşdirilməsinə dair şərtlər və öhdəliklər
Xarici malların müvəqqəti saxlancı idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarında, habelə gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərində və gömrük nəzarəti altında həyata keçiriləcək. Gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerləri saxlanc anbarlarına dair tələblərə cavab verməlidir.
Gömrük orqanları mal sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər.
Müvəqqəti saxlancda yerləşdirilən malların mövcud vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi işləmə formalarına məruz qala biləcəklər. Belə hallarda malların xarici görünüşünün və texniki göstəricilərinin dəyişdirilməsinə yol verilməyəcək.
Müvəqqəti saxlanc anbarlarının və saxlanc yerlərinin sahibi aşağıdakılara görə cavabdehdir:
müvəqqəti saxlancda yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına
malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə.
Malları müvəqqəti saxlanc anbarında saxlamaq mümkün olmadıqda, müvəqqəti saxlancda qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilmədikdə və ya təkrar ixrac olunmadıqda həmin mallar barəsində müəyyən edilmiş qaydada sərəncam veriləcək.
Gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daxili malların müvəqqəti saxlanc anbarında saxlanılmasına icazə verəcək.
Gömrük orqanlarının razılığı ilə müvəqqəti saxlancda olan mallar gömrük nəzarəti altında müxtəlif müvəqqəti saxlanc anbarları arasında daşınacaq.
Müvafiq icra hakimiyyəti orqanı müvəqqəti saxlanc anbarlarının, o cümlədən gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərinin siyahısını nəşr edəcək, rəsmi internet informasiya ehtiyatında yerləşdirəcək və məlumatların daimi yenilənməsini təmin edəcək.
Müvəqqəti saxlanc anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
Malların müvəqqəti saxlancda qalma müddəti
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrıayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla malların müvəqqəti saxlancda qalma müddəti 4 aydan çox olmamalıdır.
Malların müvəqqəti saxlancda qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri və gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən ediləcək. Müvəqqəti saxlanc bəyannaməsini təqdim etmiş şəxsin əsaslandırılmış müraciəti olduqda gömrük orqanı həmin müddəti yuxarıdakı abzasda göstərilən müddət çərçivəsində uzadacaq.
Mallar müvəqqəti saxlancda qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya təkrar ixrac olunmalıdır.
Qeyd edək ki, bu qanun layihəsi ilk dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 29da keçirilən iclasında təqdim edilib.
İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirilib ki, layihənin əsas məqsədləri sırasında Azərbaycanın tranzit potensialının daha da inkişaf etdirilməsi, etibarlı tərəfdaşlıq institutunun təşviqi, gömrük əməliyyatlarında sadələşdirmələrin genişləndirilməsi, habelə gömrük nəzarətində müasir və çevik yanaşmaların tətbiqi xüsusi yer tutur.
Tranzit potensialının inkişaf etdirilməsi ilə bağlı yeniliklərdən danışan Şahin Bağırov multimodal daşımalarda bir elektron bəyannamə prinsipinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, beynəlxalq tranzit sistemlərinə inteqrasiya və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması kimi yeniliklər də Azərbaycanın tranzit ölkə kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək.
Layihədə etibarlı tərəfdaşlığın təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklərdən bəhs edilərkən Səlahiyyətli İqtisadi Operator statusunun əhatə dairəsinin genişləndirilməsi və gömrük təmsilçiliyi institutunun təkmilləşdirilməsi barədə məlumat verilib.
Gömrük əməliyyatlarında sadələşdirmələrlə bağlı təklif olunan yeniliklər sırasında inzibati aktların elektronlaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, eləcə də Ticarətin Asanlaşdırılması Mərkəzləri konsepsiyasının tətbiqi xüsusi qeyd olunub.
Vurğulanıb ki, bu dəyişikliklər inzibati proseslərin legitimliyinin möhkəmləndirilməsinə, sahibkarlıq subyektlərinin üzərinə düşən inzibati yükün azaldılmasına və daha əlverişli hüquqi mühitin formalaşdırılmasına xidmət edəcək. Sənəddə, eyni zamanda, gömrük nəzarətinin və audit mexanizmlərinin hüquqi əsaslarının dəqiqləşdirildiyi, bu sahədə yeni prosedurların müəyyən olunduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, gömrük nəzarəti formalarının həyata keçirilməsi üzrə ayrıca qaydanın hazırlanması, həmin qaydalarda mütənasiblik, əsaslandırma, sənədləşdirmə, videoçəkiliş və şikayət mexanizmlərinin nəzərdə tutulması insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edir.
Vurğulanıb ki, Gömrük Məcəlləsinin yeni redaksiyası gömrük tənzimlənməsinin daha çevik, şəffaf və biznesyönümlü modelə keçirilməsinə, xarici ticarət əməliyyatlarının daha operativ və səmərəli təşkilinə, ölkənin tranzit və logistika imkanlarının genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacaq. AzVision.az
Avqustda PozQazan oyunlarında ümumilikdə 3 052 864 ədəd uduşlu bilet olub. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 14 953 326 manat təşkil edib. Onlar arasında 17 böyük uduş yer alıb. Ayın ən böyük uduşu Meqa 7 lotereyasında qazanılıb. Quba sakini 100 000 manat udaraq adını bəxtəvər qaliblər sırasına yazdırıb.
3 ədəd Uğurlu 7 və bir Sür Qazan biletində 10 000, 4 Fəsil və Bəxt açarı lotereyasında da 5 000 manat udulub. Qoşa oyunu isə düz 10 biletdə 4 000 manatlıq uduşla sahiblərini sevindirib. Uduşlu biletlər Bakı, Sumqayıt, Gəncə, Qax, Balakən, Füzuli, Ağcabədi, Astara, Cəlilabad, İmişli, Saatlı şəhərlərində qeydə alınıb.
Azərlotereyanın 4+4 tirajlı lotereyasında cekpot məbləği hazırda rekord həddə çataraq 2 000 000 manatı ötüb və öz şanslı sahibini gözləyir. Bununla yanaşı, müxtəlif PozQazan oyunlarında da 500 000 manatadək böyük uduş qazanmaq imkanı var.
Biletləri Azərlotereya.com və Misli.az səhifələri, Azərlotereya satış nöqtələri, Misli məntəqələri, Azərpoçt şöbələri, Araz və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür.
AzVision.az xəbər verir ki, Kompleks Prezident İlham Əliyevin iştirakı ilə 2016cı il sentyabrın 3də açılıb. Burada ASAN xidmət mərkəzi, ABAD mərkəzi, Kinoklub, İncəsənət mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, ASAN kafe fəaliyyət göstərir.
Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 3 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə 400ə yaxın xidmət həyata keçirilir. Vətəndaşlara səyyar formada da xidmət göstərilib. Səyyar xidmətlərdən bu bölgədə 300 minə yaxın vətəndaş yararlanıb.
Mərkəzə gündəlik orta müraciət sayı 1200dən çoxdur.
Fəaliyyət müddəti ərzində mərkəzdə 1000ə yaxın könüllü məzun olub.
ABAD publik hüquqi şəxsin regional mərkəzlərindən biri olan Masallı ABAD mərkəzi regionda qida istehsalı və sənətkarlıq sahəsində fəaliyyət göstərən ailələrə dəstək göstərir.
Mərkəz tərəfindən qida istehsalı ilə məşğul olan 10 ailəyə müasir avadanlıqlarla təchiz edilmiş monoblokkonteynerlər təqdim olunub. Konteynerlərdə pendir, kolbasa və sosiska, turşular, mürəbbə məhsulları istehsal edilir.
Əlavə olaraq Masallıda müxtəlif sənətkarlıq sahələrində çalışan 9 sənətkarın məhsullarının satışına dəstək göstərilir.
Hazırda 28 ASAN xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 7si Bakı şəhərində, 2si Gəncədə, 2si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşadadır.
Bu günədək ASAN xidmət mərkəzlərinə 9 milyon 200 mindən çox vətəndaşın 101 milyondan çox müraciəti daxil olub.
Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 % təşkil edir.
Bu barədə DİNin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, yeni dərs ilinin başlanması küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir:
Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarətprofilaktiki tədbirlərin gücləndirilməsi, onların hərəkət marşrutlarında, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi və ya yenilənməsi, təhsil işçiləri, valideynlər və ictimai təsisatlarla birgə təhsilalanlar arasında maarifləndirilmə və təbliğattəşviqat işinin daha da intensivləşdirilməsi nəzərdə tutulur.
DİNin Baş Dövlət Yol Polisi İdarəsi yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər birimizi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa çağırır, məlumatda qeyd edilib. AzVision.az
Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMTnin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi mövzusunda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı davam edir.
Tədbirin ikinci günündə Mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpasına siyasətlərin inteqrasiyası, Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiyalar mövzusunda panel sessiyalar, o cümlədən Humanitar minatəmizləmədə milli təcrübə və əldə olunan nəticələr mövzusunda ölkə üzrə təqdimatlar keçiriləcək.
Yekunda konfransın bəyanatının qəbul edilməsi nəzərdə tutulub.
Müzakirələrdən xəbərdar olan dörd şəxsin sözlərinə görə, administrasiya hazırda İrana qarşı iqtisadi təzyiqi artırmaqla gələcək danışıqlarda güzəştlər əldə etməyə çalışır. Mənbələrdən üçü Ağ Ev rəsmisidir.
Biz İrana təzyiqi davam etdiririk. Lakin noyabr prioritetdir, — Ağ Ev rəsmilərindən biri bildirib.
Mənbələrin sözlərinə görə, münaqişənin seçkilərə qədər genişlənməməsi respublikaçıların Senat və Nümayəndələr Palatasında cüzi üstünlüklərini qorumaq üçün apardıqları kampaniyaya kömək edə bilər. Bununla belə, ABŞ və İran arasında gecə ərzində baş verən qarşılıqlı hücumlar administrasiyanın bu strategiyasını çətin vəziyyətə salıb.
Ağ Ev rəsmiləri noyabrın 3dəki səsvermədən sonra hərbi əməliyyatların intensivliyinin artırılmasını nəzərdən keçirə bilərlər. Lakin mənbələr bununla bağlı hələ qərar verilmədiyini və genişmiqyaslı münaqişəyə qayıdışın qaçılmaz olmadığını bildiriblər.
ABŞ ordusu son zərbələrin bölgədəki Amerika qüvvələrinə və dəniz nəqliyyatına qarşı hücumlara cavab olduğunu açıqlayıb.
Mənbələr həmçinin İran rəhbərliyinin mövqeyinin möhkəmlənməsinin gərginliyin azaldılması istiqamətində mümkün cəhdləri çətinləşdirə biləcəyini qeyd ediblər.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu günədək 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb.
Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
Alternativ qeydiyyat mərkəzlərinə
Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə
ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Həmçinin bildiririk ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.
AzVision.az xəbər verir ki, bunu TƏBİBin icraçı direktoru Anar Bayramov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, hazırda əsas çağırış Azərbaycanda hər 10 min nəfərə düşən 34,5 həkimin ölkə üzrə bərabər paylanmasını təmin etməkdir.
Buradakı disproporsiya bizim üçün əsas çağırışlardan biridir. Böyük şəhərlərdə, o cümlədən Bakıda, Gəncədə, Sumqayıtda və Abşeronda bu göstərici bizi qane edir və səhiyyə sisteminin ehtiyaclarını qarşılayır. Hətta Bakıda hər 10 min nəfərə düşən həkimlərin sayı 101,7dir. Lakin elə ərazilərimiz var ki, orada həkim çatışmazlığı, xüsusilə də ixtisaslı həkim çatışmazlığı nəzərəçarpacaq dərəcədədir, – deyə A.Bayramov bildirib.
TƏBİBin icraçı direktoru qeyd edib ki, həyata keçirilən islahatların əsas məqsədlərindən biri həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması, əməyinin layiqincə qiymətləndirilməsi və əməkhaqlarının artırılmasıdır.
Eyni zamanda, bu islahatlar səhiyyə sistemimizin qarşısında duran çağırışların qarşılanmasına və mövcud problemlərin aradan qaldırılmasına xidmət edir. Əminik ki, həyata keçirilən tədbirlər regionlarda həkimlərin sayının artmasına və ixtisaslı həkimlərin regionlara cəlb olunmasına çox böyük dəstək olacaq. Əlbəttə, regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün kompleks yanaşma lazımdır. Burada həkimlərin hüquqlarının müdafiəsi, onlara münasibət, infrastruktur və avadanlıqların mövcudluğu da mühüm əhəmiyyət daşıyır, – deyə A.Bayramov vurğulayıb.
O əlavə edib ki, bütün bu addımlarla yanaşı, gənc həkim regiona köçmək istəmirsə və əməkhaqqı onu qane etmirsə, istənilən nəticəni əldə etmək mümkün olmayacaq.
Ona görə də bu islahat çərçivəsində regionlarda çalışan həkimlər üçün bir neçə istiqamətdə təşviq mexanizmləri tətbiq etmişik. Burada sabit əlavələr kifayət qədər böyükdür və şəhərlərdə tətbiq olunan sabit əlavələrdən fərqlənir. Görülən işə görə verilən əlavə ödənişlər də fərqlidir. Bundan başqa, 1,3 regional əmsal tətbiq olunur. İnanıram ki, bu xəbəri eşitdikdən sonra həkimlərimiz müəyyən araşdırmalar apararaq regionlara üz tutacaqlar. Hesab edirəm ki, bu islahat regionlarda həkimlərin sayına müsbət təsir göstərəcək, – deyə TƏBİB rəhbəri bildirib.
Minatəmizləmə fəaliyyəti yalnız humanitar və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, insanlar üçün təhlükəsiz yaşayış məkanlarının yaradılmasını da nəzərdə tutur. Ərazilərin minalardan təmizlənməsi zamanı həmin torpaqların gələcəkdə necə istifadə olunacağı, eləcə də bu prosesin gələcək nəsillərin təhlükəsizliyinə və sağlamlığına təsiri nəzərə alınmalıdır.
Bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində təşkil olunan Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti mövzusunda panel müzakirəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O qeyd edib ki, məsələ yalnız şəhərlərin və ya yaşayış məskənlərinin salınması ilə məhdudlaşmır, onların transformasiyası da mühüm amildir.
Anar Quliyevin sözlərinə görə, cari ilin Azərbaycanda Şəhərsalma və Memarlıq İli elan edilməsi təsadüfi deyil. O bildirib ki, bu il çərçivəsində iqlim fəaliyyətinə dair yanaşmanı inkişafdan ayrı bir proses kimi deyil, təhlükəsiz, dayanıqlı və davamlı icmaların planlaşdırılması və qurulmasının ayrılmaz tərkib hissəsi kimi daha da inkişaf etdirmək üçün mühüm imkanlar yaranıb.
Azərbaycan bu problemin həlli istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib.
Komitə sədri vurğulayıb ki, təhlükəsiz ərazi bərpa işlərinin, infrastrukturun qurulmasının və davamlı inkişafın təmin edilməsi üçün təməl yaradır.
Minatəmizləmə fəaliyyətini yenidənqurmadan ayrı qiymətləndirmək çətindir. Bu fəaliyyət davamlı inkişafın planlaşdırılması və mina təhlükəsindən zərər çəkmiş ərazilərin ölkənin daha geniş iqtisadi və sosial sistemlərinə yenidən inteqrasiyası üçün əsas şərtlərdən biridir, – deyə Anar Quliyev vurğulayıb.
Azərbaycan Respublikasının Birinci vitseprezidenti Mehriban xanım Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü ilə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
Əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026cı il sentyabrın 1dən tətbiq olunacaq və TƏBİBin tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək. Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiyareanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir.
İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artmışdır.
Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq.
Yeni yanaşma tibb işçisinin peşəkarlığının, məsuliyyətinin və iş yükünün əməkhaqqında daha dolğun əks olunmasını, eyni zamanda fəaliyyət və keyfiyyət göstəriciləri vasitəsilə pasiyent məmnuniyyətinə müsbət təsirin gücləndirilməsini nəzərdə tutur.
İslahat nəticəsində ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələri üzrə çalışan həkim mütəxəssislərin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manata çatdırılacaq. Bu, mövcud məbləğlə müqayisədə 850 manat və ya 74 faiz artım deməkdir.
Təcili tibbi yardım xidmətində çalışan həkimlər üçün də əhəmiyyətli artımlar nəzərdə tutulub. Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin (RTTTYM) həkiminin əməkhaqqı 1 550 manatdan 2 200 manata yüksələcək. Bununla yanaşı, tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı 1 550 manatdan 2 500 manata yüksələcək. Beləliklə, artım 950 manat və ya 61 faiz təşkil edəcək. 3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı isə 2 100 manatdan 3 000 manata çatdırılacaq.
İslahatın əsas istiqamətlərindən biri həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması və regionlarda kadr təminatının gücləndirilməsidir. Bu məqsədlə Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla digər şəhər və rayonlarda kadr çatışmazlığının daha çox müşahidə edildiyi ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr tətbiq olunacaq.
Belə ki, regionlarda çalışan uşaq anestezioloqreanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək. Bu, 107 faiz artım deməkdir. Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata çatdırılacaq ki, bu da 950 manat və ya 66 faiz artım deməkdir. Hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq ki, bu da 800 manat və ya 55 faiz artım deməkdir. Həkim çatışmazlığı olan regionlarda mamaginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürəkdamar cərrahiyyəsi, üzçənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir.
Həkim çatışmazlığı olan regionlarda həkimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə əlavə maliyyə mexanizmi də tətbiq olunacaq. Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, həkim çatışmazlığı olan regionlarda cərrahi tibbi xidmətlər, stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya və reabilitasiya xidmətləri, anesteziya xidmətləri, invaziv radioloji xidmətlər üzrə fəaliyyət nəticələrinə görə hesablanan işin nəticəsinə görə əlavə ödənişlərinə 1,3 əmsalı tətbiq ediləcək. Beləliklə, regionlarda çalışan həkimlər sabit əməkhaqqı artımı ilə yanaşı, işin nəticəsinə görə əlavə ödənişlərinə tətbiq olunan əmsaldan da faydalanacaqlar.
Ambulator tibbi xidmətlər göstərən həkimlər üçün hər pasiyentə görə hesablanan mövcud kiçik faiz ödənişləri əvəzinə aylıq baxış sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavə tətbiq olunacaq.
Eyni zamanda, əməkhaqqı Qaydalarında həkimlərin həvəsləndirici ödənişlərini göstərilən tibbi xidmətin keyfiyyəti və pasiyent məmnunluğu ilə birbaşa bağlayan yeni yanaşma tətbiq edilir. İslahat tibbi xidmətlərin daha pasiyentyönümlü təşkilini və keyfiyyət göstəricilərinin maddi stimula çevrilməsini hədəfləyir. Xidmət keyfiyyəti nə qədər yüksək qiymətləndirilirsə, həkimin əldə etdiyi ödəniş də bir o qədər çox olur.
Bu yanaşma keyfiyyətli və qayğıkeş xidməti təşviq edir, həkimləri pasiyentlərlə daha keyfiyyətli münasibət qurmağa həvəsləndirir.
Əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də ayrıca nəzərə alınıb. Baş tibb bacılarının orta və kiçik tibb heyətinin fəaliyyətinin təşkili, tibbi sənədləşmə və uçot, pasiyent təhlükəsizliyi, infeksiyaya nəzarət və xidmət keyfiyyətinin təmin edilməsində mühüm rolu nəzərə alınaraq, tibb müəssisəsinin kateqoriyasından asılı olaraq diferensial artımlar tətbiq ediləcək. Misal üçün, 3B kateqoriyalı tibb müəssisəsində çalışan baş tibb bacısının aylıq əməkhaqqı 1 454 manatdan 2 125 manata yüksələcək ki, bu da 671 manat və ya 46 faiz artım deməkdir.
Orta və kiçik tibb heyəti də islahatın əhatə dairəsindədir. 36 041 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqı a¬rtımı isə 18 faiz təşkil edəcək.
İslahatın tətbiqi ilə tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması, fəaliyyət nəticələrinin daha dolğun qiymətləndirilməsi və göstərilən tibbi xidmətlər üzrə pasiyent məmnuniyyətinin yüksəldilməsi hədəflənir.
Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev həmin şəxslərlə görüşüb.
İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı YAŞAT Fondunun 8110 Çağrı Mərkəzi vasitəsilə əldə edə bilərlər.
Mükafat üçün Dövlət İmtahan Mərkəzi vasitəsilə qəbul imtahanında 400 bal və yuxarı, subbakalavr pilləsində isə 90 bal və yuxarı nəticə toplayaraq ali təhsil müəssisəsinə qəbul olan, həmçinin dünya reytinqində ilk 1000likdə yer alan universitetlərdən birinə qəbul olan şəxslər müraciət edə bilərlər.
Müraciətlərin qəbulu üçün son tarix 31 oktyabr 2026cı ildir.
Xatırladaq ki, YAŞAT Fondu tərəfindən əvvəlki illərdə də ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə tələbə mükafatı təqdim olunub.
Düzgün seçilmiş qəlyanaltı orqanizmi zəruri enerji ilə təmin edir, fiziki yük zamanı halsızlığın qarşısını alır və məşqdən sonra daha sürətli bərpaya kömək edir. Təsadüfi deyil ki, idman dietoloqları qidalanmanı uğurlu məşqin əsas amillərindən biri hesab edirlər.
Məşqdən əvvəl: ağırlıq yaratmadan enerji toplamaq
Məşqdən 1–2 saat əvvəl orqanizmin enerji mənbəyinə ehtiyacı var. Bunun üçün ən optimal seçim tərkibində mürəkkəb karbohidratlar və az miqdarda zülal olan qidalardır. Belə qidalar qanda şəkərin səviyyəsini sabit saxlamağa, enerjini daha uzun müddət qorumağa və mədədə ağırlıq hissi yaratmamağa kömək edir.
Yaxşı qəlyanaltı variantlarına banan və yulaf lopaları ilə təbii yoqurt, pendirli tost, giləmeyvə və ya az miqdarda qozfındıqla meyvələr daxildir. Vaxt çox azdırsa, yüksək zülallı içki də uyğun seçim ola bilər. Onu idman zalına gedərkən qəbul etmək mümkündür.
Bir çox insan arıqlayarkən süd içməyin düzgün olmadığını düşünür. Mütəxəssislərin fikrincə, süd məhsullarına qarşı dözümsüzlük yoxdursa,süd balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər. Əsas məsələ onun kaloriliyini nəzərə almaq və gündəlik ümumi kalori normasına uyğunlaşdırmaqdır. Arıqlamaq məqsədilə süd məhsullarını tamamilə rasiondan çıxarmağa ehtiyac yoxdur.
Məşqdən sonra: bərpa üçün ən uyğun vaxt
Fiziki yükdən dərhal sonra orqanizmdə əzələlərin bərpası və enerji ehtiyatlarının yenilənməsi prosesi başlayır. Buna görə mütəxəssislər məşqdən sonra ilk saat ərzində qida qəbulunu ötürməməyi tövsiyə edirlər.
Ən optimal kombinasiya keyfiyyətli zülal və orta miqdarda mürəkkəb karbohidratlardan ibarətdir. Giləmeyvə ilə kəsmik, təbii yoqurt, omlet, dənli bitkilərlə toyuq filesi, tərəvəzlə balıq və ya zülallı kokteyl yaxşı seçimdir.
Söhbət süd məhsullarından gedirsə, südün tərkibində nə qədər zülal olduğu da maraq doğurur. Orta hesabla 100 millilitr inək südündə təxminən 3 qram zülal var. Bir stəkan süd məşqdən sonrakı qəlyanaltıya yaxşı əlavə ola bilər. Lakin intensiv güc məşqindən sonra tam bərpa üçün süd adətən digər zülal mənbələri ilə birlikdə qəbul edilir.
Məşq axşam saatlarına düşürsə
Məşqdən sonra, xüsusilə də axşam saatlarında heç nə yeməməyin daha yaxşı olduğu barədə geniş yayılmış fikir mütəxəssislər tərəfindən doğru hesab edilmir. Əksinə, əzələlərin bərpası üçün orqanizmə lazımi qida maddələri verilməlidir.
Yüngül axşam yeməyi giləmeyvə ilə kəsmik, qatıq, omlet, kefir və ya zülallı smuzidən ibarət ola bilər. Belə qidalar toxluq hissi yaradır, lakin yatmazdan əvvəl həzm sistemini həddindən artıq yükləmir.
Arıqlamaq istəyənlərin axşam saatlarında süd məhsullarından çəkinməsinə də ehtiyac yoxdur. Ölçüyə riayət edildikdə və gündəlik ümumi kalori norması nəzərə alındıqda, arıqlayarkən süd içmək mümkündür.
Uşaq idman məşğələsindən sonra nə yeməlidir?
Valideynlər uşaqları erkən yaşlarından sağlam həyat tərzinə alışdırır və onları mütəmadi olaraq müxtəlif idman dərnəklərinə aparırlarsa, bir məqamı da nəzərə almalıdırlar: üzgüçülük, futbol, rəqs və digər idman məşğələlərindən sonra uşaqlar da böyüklər kimi sərf etdikləri enerjini vaxtında bərpa etməlidirlər.
Aktiv fiziki yükdən sonra uşağa giləmeyvə ilə kəsmik, təbii və ya içməli yoqurt, müxtəlif növ pendirlər, bir stəkan süd, meyvəli smuzi, çia toxumları və ya tərkibində çoxlu şəkər olmayan südlü kokteyl təklif etmək olar.
Faydalı qəlyanaltılar üçün sadə variantlar
Hər məşqdən əvvəl nə yeyəcəyinizi düşünməmək üçün əvvəlcədən bir neçə sadə və uğurlu kombinasiya müəyyənləşdirə bilərsiniz:
təbii yoqurt, banan və südlə hazırlanmış yulaf lopaları
təzə giləmeyvə, meyvə və mürəbbə ilə kəsmik
süd əlavə edilmiş giləmeyvəli smuzi
pendir, yumurta və toyuq filesi ilə tam taxıllı tost
vaxt az olduqda işlə məşq arasında yüksək zülallı içki
yüngül kardio məşqindən sonra bananla kefir və ya süd.
İdman qidalanmasının əsas qaydası dəyişməz olaraq qalır: rasion fiziki aktivliyin səviyyəsinə uyğun, müxtəlif və müntəzəm olmalıdır. Məhz düzgün qidalanma, kifayət qədər istirahət və müntəzəm məşqlərin vəhdəti arzu olunan nəticəyə daha tez çatmağa, sağlamlığı və ümumi rifahı qorumağa imkan verir.
Sentyabrın 11–13də Böyük Britaniya, İsveçrə və Rusiyadan gələn komandalar Sea Breezedə, Xəzərin sahilində unikal polo şousu təqdim edəcəklər.
Elçin Camallı, Adrian Laplaset, Aleks Vatson, Aqustin Kronhaus, Maykl Henderson, Matias Amaya, Santyaqo Sernadas, Mixail Rodzyanko və digər ulduz poloçuların iştirakı ilə turnir möhtəşəm idman mübarizəsinə çevriləcək.
Böyük Britaniya komandası, İsveçrənin St. Moritz, Rusiyanın Moscow Polo Club və Azərbaycanın Elite Polo Club Azerbaijan komandaları qum üzərində güc, sürət və zərifliyi bir araya gətirəcək.
11, 12 və 13 sentyabr tarixlərində saat 16:00dan etibarən bu unikal qarşılaşmaların şahidi olun və komandalara dəstək verin.
VIP və standart biletləri iticket.az saytından əldə edə bilərsiniz.
Müraciətdə xatırladılıb ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 30 noyabr 1981ci il tarixli qətnaməsi ilə Beynəlxalq Sülh Günü təsis edilib, həmçinin 28 sentyabr 2001ci il tarixli qətnaməsi ilə 21 sentyabr bu əlamətdar günün hər il qeyd olunacağı tarix kimi müəyyən edilərək qlobal atəşkəs və zorakılıqdan imtina günü elan olunub.
Qeyd edilib ki, dünyanın müxtəlif bölgələrində davam edən silahlı münaqişələr, humanitar böhranlar, məcburi yerdəyişmə, zorakılıq, ayrıseçkilik və nifrət təzahürləri müasir dövrdə davamlı sülhün təmininin və sülh dəyərlərinin cəmiyyətdə daha geniş təşviqinin xüsusi əhəmiyyət daşıdığını bir daha göstərir.
BMT tərəfindən 2026cı il Beynəlxalq Sülh Günü üçün müəyyən edilmiş Sülhə sərmayə qoyaq – hər kəs üçün, hər yerdə, hər gün mövzusu sülhün yalnız müharibə və zorakılığın olmaması ilə məhdudlaşmadığını, insan hüquq və azadlıqlarına hörmətin, insan ləyaqətinin qorunmasının, ədalət və bərabərliyin, qarşılıqlı etimad, dialoq və əməkdaşlığın davamlı sülhün mühüm əsaslarını təşkil etdiyini diqqətə çatdırır. Bu mənada insan hüquqlarının müdafiəsinə, hüquqi maarifləndirməyə, ictimai həmrəyliyin və qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş hər bir təşəbbüs davamlı sülhə qoyulan sərmayədir.
Müraciətdə vurğulanıb ki, Azərbaycan Respublikası regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin, dialoq və əməkdaşlığın təşviqinə mühüm əhəmiyyət verir. 2025ci il 8 avqust tarixində Vaşinqtonda Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Sazişin razılaşdırılmış mətninin paraflanması və görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün bərqərar olması istiqamətində mühüm mərhələ olub.
2026cı ildə də beynəlxalq sülh təşəbbüslərində fəal iştirakını, qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini ardıcıl şəkildə davam etdirən respublikamız Sülh Şurasına təsisçi üzv dövlət kimi qoşulub, Prezident İlham Əliyev 22 yanvar 2026cı ildə Davosda keçirilmiş mərasimdə Şuranın Nizamnaməsini imzalayıb. Bu beynəlxalq təşkilatda iştirak Azərbaycanın regional və qlobal səviyyədə sülh və sabitliyin təşviqinə verdiyi töhfənin mühüm təzahürlərindən biridir.
Davamlı sülhün bərqərar olması üçün müharibələrin doğurduğu humanitar nəticələrin, o cümlədən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrin aradan qaldırılması, münaqişələrdən zərər çəkmiş insanların hüquqlarının müdafiəsi, mülki əhalinin təhlükəsizliyinin qorunması, bundan əlavə, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, doğma yurdlarına qayıdan insanların təhlükəsiz və ləyaqətli yaşayış şəraitinin təmin olunması mütləq şərtlərdir.
Müasir dövrdə sülh mədəniyyətinin cəmiyyətin bütün təbəqələrində, xüsusilə uşaqlar və gənclər arasında aşılanması, insan hüquqları və bərabərlik dəyərlərinə hörmətin artırılması, tolerantlığın, müxtəlifliyə hörmətin və dialoq mədəniyyətinin inkişaf etdirilməsi, habelə ayrıseçkilik, ksenofobiya, nifrət nitqi, zorakılıq və dözümsüzlüyün bütün formalarının qarşısının alınması da xüsusi aktuallıq daşıyır. Bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət qarşılıqlı etimad və dinc birgəyaşayış mühitinin daha da güclənməsinə xidmət edir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən əvvəlki illərdə Beynəlxalq Sülh Günü ərəfəsində 21 avqust – 21 sentyabr tarixlərinin Sülh Aylığı elan edilməsi və bu çərçivədə paytaxtda və regionlarda müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsi sülh və insan hüquqları mədəniyyətinin təşviqinə xidmət edən mühüm institusional təcrübə formalaşdırıb. Bu təcrübənin BMTnin builki çağırışı nəzərə alınmaqla davam etdirilməsinin əhəmiyyətindən irəli gələrək, qarşıdan gələn 21 Sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə cari ilin 21 avqust – 21 sentyabr tarixlərini ölkədə Sülh Aylığı elan edirik, deyə müraciətdə bildirilib.
Qeyd edilib ki, aylığın keçirilməsində əsas məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.
Bu baxımdan dövlət orqanlarını, bələdiyyələri, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən qeyrihökumət təşkilatlarını (ictimai birliklər və fondlar), media subyektlərini və həmkarlar ittifaqlarını, elm, təhsil, mədəniyyət, səhiyyə, sosial xidmət müəssisələrini, beynəlxalq və yerli təşkilatları, habelə digər aidiyyəti qurumları və geniş ictimaiyyəti Aylıq çərçivəsində çağırışa uyğun olaraq insan hüquqlarına və insan ləyaqətinə hörmətin, tolerantlıq və dinc birgəyaşayış dəyərlərinin gücləndirilməsinə, ayrıseçkiliyin, nifrət nitqinin və zorakılığın qarşısının alınmasına, uşaqların və gənclərin sülh mədəniyyəti ruhunda maarifləndirilməsinə yönəlmiş konfranslar, dəyirmi masalar, seminarlar, təlimlər, ictimai müzakirələr, müsabiqələr, sərgilər, məlumatlandırma kampaniyaları və digər maarifləndirici tədbir və təşəbbüslər həyata keçirməyə dəvət edirik.
Aylıq müddətində həyata keçirilən fəaliyyətlər barədə məlumatların media resurslarında geniş işıqlandırılması, habelə sosial media platformalarında #SülhAylığı və #PeaceMonth həştəqlərindən istifadə edilməklə paylaşılması tövsiyə olunur.
İnanırıq ki, həyata keçiriləcək tədbir və təşəbbüslər insan hüquqlarına və insan ləyaqətinə hörmətin daha da artırılmasına, qarşılıqlı anlaşma və həmrəyliyin gücləndirilməsinə, cəmiyyətimizdə sülh mədəniyyətinin daha da möhkəmlənməsinə, eləcə də hər kəsin sülhün qorunmasına töhfə verməsinə xidmət edəcək, deyə müraciətdə bildirilib.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul planına əsasən, V ixtisas qrupu üzrə Azərbaycan bölməsinə 1 471, rus bölməsinə 115, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3 149 yer olmaqla, ümumilikdə 4 735 plan yeri ayrılıb. Dövlət sifarişi əsasında ayrılan plan yerlərinin sayı isə 1 543dür.
Qeyd olunub ki, V ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanı tələb olunan ixtisaslar arasında ən çox plan yeri ümumi fiziki hazırlıq (585 yer), dizayn (460 yer), fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (455 yer), instrumental ifaçılıq (302 yer) və təsviri incəsənət müəllimliyi (285 yer) ixtisaslarına ayrılıb.
Layihə çərçivəsində iştirakçılar müxtəlif peşələr üzrə bilik və praktiki bacarıqlar əldə edir, bu bacarıqları real iş mühitində tətbiq edərək əmək fəaliyyətinə başlamaq imkanı qazanırlar.
Layihənin iştirakçısı Fatimə Hüsiyeva modelyerdərzi peşəsi üzrə təlim keçərək qazandığı bacarıqlar sayəsində Bakı Tekstil Fabrikində işə qəbul olunub və hazırda fəaliyyətini burada davam etdirir. Nar Fatimənin peşə təlimindən iş həyatına qədər keçdiyi yolu əks etdirən qısa videomüsahibə hazırlayıb. Müsahibədə Fatimə peşə seçimi, təlim müddətində qazandığı biliklər və hazırkı iş təcrübəsi haqqında danışır. Videomüsahibəni bu linkdən izləyə bilərsiniz.
Qeyd edək ki, Narın Karlara Dəstək İctimai Birliyi ilə birgə reallaşdırıdğı layihə eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri təşkil etməklə, onların müxtəlif iş bacarıqlarına yiyələnməsinə töhfə verir. Layihə eyni zamanda sağlamlıq imkanları məhdud gənclərin əmək bazarına inteqrasiyasını dəstəkləyərək inklüziv iş mühitinin formalaşmasına diqqət çəkir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən Nar son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında Narın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
Görüşdə qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış ASAN xidmət mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə məlumat verilib. Milli brendimiz olan ASAN xidmətin intellektual məhsul kimi ixracı istiqamətində 30dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb.
Görüş zamanı ASAN xidmət təcrübəsinin Qırğız Respublikası ilə paylaşılması istiqamətində əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırılıb.
Qonaqlar ölkəmizin dövlət xidmətləri sahəsində olan qabaqcıl təcrübəsini yüksək qiymətləndiriblər.
Həmçinin görüş çərçivəsində qonaqlar INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və ABAD publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar. AzVision.az
İnsan kapitalının idarəedilməsi sahəsində qabaqcıl proqram və həllərin qiymətləndirildiyi beynəlxalq müsabiqədə şirkətin İnsan kapitalının idarəedilməsi sisteminin rəqəmsal transformasiyası layihəsi qızıl, IE Business School ilə birgə hazırladığı Liderlik bacarıqlarının inkişafı proqramı gümüş, AI Bootcamp layihəsi isə bürünc mükafata layiq görülüb.
İnsan kapitalına sərmayə şirkətimizin uzunmüddətli inkişafının əsas şərtlərindən biridir. Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olaraq biz müasir texnologiya və rəqəmsal həllər tətbiq etməklə yanaşı, bu transformasiyanı irəli aparacaq insanların bilik və bacarıqlarının inkişafına da sistemli şəkildə investisiya edirik. İnanırıq ki, texnoloji transformasiyanın real dəyəri məhz insanların yeni imkanlardan səmərəli şəkildə istifadə edərək onları real biznes nəticələrinə çevirə bilməsi ilə formalaşır, – deyə Azercellin İnsan kapitalı üzrə baş direktoru Dilarə Hüseynova qeyd edib.
Azercell şirkət miqyasında RPA və süni intellekt həllərinin tətbiqini genişləndirərək biznes proseslərinin rəqəmsal transformasiyasını davam etdirir. Bu transformasiya insan kapitalının idarəedilməsini də əhatə edir. SAP SuccessFactors platformasının tətbiqi nəticəsində əsas HR əməliyyatlarının 80–90%i avtomatlaşdırılıb. Süni intellekt və avtomatlaşdırma həlləri proseslərin səmərəliliyini artırır və məlumat əsaslı qərarvermə imkanlarını genişləndirir.
Azercell əməkdaşlarının davamlı inkişafına və liderlik bacarıqlarının gücləndirilməsinə də xüsusi önəm verir. IE Business School ilə birgə hazırlanan Liderlik bacarıqlarının inkişafı proqramı şirkət əməkdaşlarında özünüidarəetmə, təşəbbüskarlıq, məsuliyyət və qərarvermə bacarıqlarının, rəhbərlərdə isə komandanın effektiv idarə olunması və əməkdaşların inkişaf etdirilməsi bacarıqlarının gücləndirilməsini nəzərdə tutur.
Eyni zamanda, şirkət gənclərin gələcəyin texnoloji bacarıqlarına yiyələnməsinə yönəlmiş təşəbbüslərə xüsusi diqqət ayırır. Azercellin dəstəyi ilə həyata keçirilən AI Bootcamp ölkənin müxtəlif universitetlərində təhsil alan tələbələrə süni intellekt üzrə biliklərini dərinləşdirmək və AI texnologiyalarının real tətbiqi üzrə praktiki təcrübə qazanmaq imkanı yaradıb. Layihə ölkədə süni intellekt sahəsində gənc istedadların yetişdirilməsinə və gələcəyin əmək bazarı üçün zəruri kompetensiyaların formalaşdırılmasına xidmət edib.
Qeyd edək ki, Azercell beynəlxalq səviyyədə tanınan Great Place to Work® (Əla İş Yeri) sertifikatının sahibidir. Korporativ mədəniyyət və sağlam iş mühitinin dəyərləndirilməsi sahəsində qlobal standart sayılan bu nüfuzlu sertifikat yalnız əməkdaşların anonim rəylərinə əsasən təqdim olunur.
Brandon Hall Group HCM Excellence Awards® insan kapitalının idarə edilməsi (Human Capital Management — HCM) sahəsində təşkilatların innovativ proqramlarını və onların ölçülə bilən nəticələrini qiymətləndirən beynəlxalq mükafat proqramıdır. Müsabiqəyə təqdim olunan layihələr müstəqil sənaye ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən biznes ehtiyaclarına uyğunluq, proqramların hazırlanması və tətbiqi, innovativ yanaşma meyarları əsasında qiymətləndirilir. Azercellin Accenture, EY (Ernst & Young), Google, IBM, Microsoft, Salesforce, TMobile, Verizon, Vodafon və digər bu kimi böyük şirkətlərin iştirak etdiyi müsabiqədə əldə etdiyi nəticə şirkətin texnoloji transformasiya və insan kapitalının inkişafına verdiyi önəmin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsini əks etdirir.
2026–2027ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara qəbul olunan şagirdlər üçün şagirdlərin elektron yerdəyişməsi sistemində (sy.edu.az) avtomatik sorğular yaradılıb.
Bu barədə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, qəbul olunan şagirdlərin sənədləri avqustun 27si saat 12:00dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim edilməlidir.
Sənədlərin təqdim edilməsi üçün valideyn və ya qanuni nümayəndə şagirdin şəxsi kabinetinə daxil olaraq elektron ərizəni çap etməli və imzalamalıdır. Daha sonra imzalanmış elektron ərizə şagirdin hazırda təhsil aldığı məktəbə təqdim edilməli, şəxsi iş götürülərək qəbul olunduğu lisey və ya gimnaziyaya təqdim edilməlidir.
Valideynlər qəbul prosesi ilə bağlı məlumatları şəxsi kabinetdə yerləşən Sorğularım bölməsindən izləyə bilərlər.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimalqərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2225° isti, gündüz 2832° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 6065 %, gündüz 4555% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrıayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2025° isti, gündüz 3136° isti, dağlarda gecə 1318° isti, gündüz 2025° isti olacaq.
Vətəndaşların məmnunluğunun artırılması və Güzəştli mənzil sistemindən istifadənin daha əlçatan olması Mənzil İnşaatı Dövlət Agentliyinin əsas prioritetlərindən biridir. Bu məqsədlə Güzəştli mənzil sisteminin funksionallığının artırılması, istifadəçilər üçün daha rahat, təhlükəsiz və bərabər seçim prosesinin yaradılması istiqamətində Agentlik tərəfindən müntəzəm olaraq müvafiq təkmilləşdirmə işləri davam etdirilir. Yeniliklər Sistemin hər bir istifadəçisinə bərabər seçim şəraiti yaradılmasına, şəffaflıq və operativliyin yüksəldilməsinə xidmət edir.
Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Cəmşid Əmirov Güzəştli mənzil sistemində seçim prosesi ilə əlaqədar həyata keçirilən dəyişikliklərə dair bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, aparılan son təkmilləşdirilmədən sonra Güzəştli mənzil sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edilib: Güzəştli mənzillərin növbəti seçimi zamanı tətbiq ediləcək yeniliklərdən biri seçim üsulu ilə bağlıdır. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydasının 5.7ci bəndinə əsasən elektron kabinet verilmiş şəxs mənzili ünvan əsasında seçir və seçilmiş mənzili digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır.
Buna uyğun olaraq, satış günü Güzəştli mənzil sistemi vasitəsilə həyata keçirilən seçim prosesi zamanı ilk olaraq ünvan üzrə seçim üsulu aktiv olacaq. Belə ki, vətəndaşlar ən azı 30 gün öncədən verilmiş elanla ətraflı tanış olduqdan sonra sahib olmaq istədikləri mənzillərin ünvanlarını Agentliyin rəsmi internet səhifəsindəMənzillərbölməsi (04.09.2026cı il tarixində satışa çıxarılan mənzillər) vasitəsilə dəqiqləşdirib seçim günü həmin mənzilləri ünvanları üzrə axtarış edəcəklər. Vətəndaşlar ilk olaraq yalnız bir mənzili ünvanı üzrə axtarış edir və real vaxt rejimində həmin mənzilin statusu barədə məlumat alır. Daha sonra ardıcıl olaraq xəritə üzərində və parametrlər üzrə axtarış üsulları aktivləşəcək.
Cəmşid Əmirov qeyd edib ki, xəritə üzərində seçim zamanı vətəndaşlar yalnız axtarış etdikləri binada seçdiyi mərtəbəyə uyğun olaraq satışda olan mənzillərin statusları barədə məlumatları, parametrlər üzrə axtarış zamanı isə ümumilikdə layihədə yerləşən bütün binalar üzrə seçilməyən mənzilləri görə biləcəklər: Bundan öncə keçirilən seçimlər zamanı bəzi vətəndaşlar nöqsanlara yol verərək otaq sayı, ödəniş üsulunda yanlış seçimlər edirdi. Tətbiq edilən bu yenilik isə vətəndaşlara seçimi daha rahat və dəqiq reallaşdırmağa imkan verəcək və mənzil seçmək şansını artıracaq.
Gözləmə qaydasında mənzil seçimi zamanı isə vətəndaşlar öncədən mənzillərin statuslarını görə biləcəklər. Bu da onların gözləmə qaydasında mənzil seçmək şansını daha da artıracaq. Yəni vətəndaş gözləmə qaydasında seçim zamanı 1ci və ya 2ci sırada seçilməyən mənzilləri öncədən görə biləcək. Beləliklə, gözləmə qaydasında mənzil seçimi prosesinin optimallaşdırılması vətəndaşların bu xidmətdən daha çevik və səmərəli şəkildə yararlanmasına şərait yaradacaq.
Aparat rəhbərinin sözlərinə görə, növbəti yenilik Seçimlər mərhələsi ilə bağlıdır: Belə ki, verilən elana uyğun olaraq layihənin adı, daha sonra layihəyə uyğun olaraq ödəniş üsulu və mənzil seçimi üsulunun hər biri ayrılıqda yeni səhifədə yerləşdiriləcək.
Daha bir yenilik isə mənzil seçimi etdikdən sonra imzalama prosesi ilə bağlıdır. Artıq mənzili seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq. Belə ki, vətəndaş Güzəştli mənzil sistemi vasitəsilə keçirilən mənzil seçimi prosesi çərçivəsində seçim zamanı Təsdiq et düyməsini sıxdıqdan sonra dərhal Ərizəçi statusunu əldə edəcək. Bu isə əlavə vaxt itkisinin qarşısını almaqla, prosesin daha sürətli və daha operativ həyata keçirilməsinə imkan yaradacaq.
Əlavə edək ki, Agentliyin rəsmi internet səhifəsində seçim prosesinə uyğun olan yeni bölmə yaradılıb. Bunun üçün vətəndaşlar mida.gov.az internet səhifəsində Mənzillər bölməsinə, Güzəştli mənzil sistemində isə Demo satış bölməsinə keçid edərək satışa çıxarılan bütün mənzillər barədə, həmçinin mənzillərin axtarış üsulları ilə bağlı məlumatlarla ətraflı tanış ola bilərlər. Qeyd edək ki, Güzəştli mənzil sistemi vasitəsilə keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilə bilər.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi Elektron hökumət portalı üzərindən (www.egov.az) Güzəştli mənzil sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız Güzəştli mənzil sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
Asiyanın biznes müzakirələrində sahibkarlıq çox vaxt tanış obrazlarla təqdim olunur: investor təqdimatı («pitch deck»), vençur kapitalı raundu, texnoloji platforma və sürətli miqyaslanma ambisiyaları. İşin gələcəyi ilə bağlı müzakirənin digər qütbündə isə giq işçisi dayanır — sərnişin daşıyan, yemək çatdıran, rəqəmsal platforma vasitəsilə frilans tapşırıqları yerinə yetirən insanlar.
Bu iki qütb arasında isə daha böyük və daha az görünən bir qrup yerləşir: bəlkə də heç vaxt kənar kapital cəlb etməyəcək və ya texnologiya şirkəti qurmayacaq, lakin buna baxmayaraq müştəri tapmağı, məhsul və ya xidmət satmağı, əməliyyatları idarə etməyi və müstəqil qazanmağı öyrənən insanlar. Onlar Asiyanın sahibkarlıq iqtisadiyyatının gözdən qaçan orta halqasıdır.
Miqyas artıq kifayət qədər böyükdür. Asiya İnkişaf Bankının Asia Small and MediumSized Enterprise Monitor 2025 hesabatına görə, mikro, kiçik və orta müəssisələr 26 Asiya və Sakit okean iqtisadiyyatında orta hesabla bütün müəssisələrin 99,8%ni və işçi qüvvəsinin 67,6%ni təşkil edib, milli iqtisadi məhsulun isə orta hesabla 38,7%ni formalaşdırıb. Onların əksəriyyəti biznes xəbərlərində üstünlük təşkil edən texnologiya sektorlarında deyil, xidmət sahələrində fəaliyyət göstərir.
Bu rəqəmlər qeyriformal və ya müstəqil kommersiya fəaliyyəti ilə qazanc əldə edən hər bir fərdi əhatə etmir. Lakin onlar daha böyük bir həqiqətə işarə edir: Asiya iqtisadiyyatları təkcə iri işəgötürənlər və sürətlə böyüyən startaplar tərəfindən deyil, həm də qatqat kiçik miqyasda fəaliyyət göstərən milyonlarla insan tərəfindən dəstəklənir.
Sahibkarlıq çox vaxt şirkətdən əvvəl başlayır
Bir çox insanlar üçün sahibkarlıq şirkət qeydiyyatı və ya investorlara təqdimatla başlamır. O, ilk müştərini qazanmaqla başlayır: kiminsə nəyə ehtiyacı olduğunu anlamaq, qiymət qoymağı və satmağı öyrənmək, sadə uçot aparmaq və müştərilərin təkrar müraciətini qazanmaq.
«Sahibkarlıq çox vaxt elə müzakirə olunur ki, sanki o, şirkət qurmaqla və ya kapital cəlb etməklə başlayır, — deyə Asiya mənşəli həyat tərzi və sağlamlıq sahəsində birbaşa satış şirkəti olan QNETin Baş İcraçı Direktoru Mattias Mildenborn deyir. — Bir çoxları üçün isə bu, müştəri ehtiyaclarını tanımaqla, dəyəri çatdırmaqla, əməliyyatları idarə etməklə və təkrar sifarişlərə gətirib çıxaran münasibətlər qurmaqla başlayır».
Sahibkar olmaq istəyənlərin qarşılaşdığı maneələr təkcə maliyyə ilə məhdudlaşmır. Məhsul hazırlamaq, ödəniş sistemləri qurmaq, təchizatçılar tapmaq və müştərilərə çatmağın yollarını öyrənmək — bunların hamısı ciddi maneələr ola bilər. Bu infrastrukturun bir hissəsini təmin edən biznes modelləri — sosial ticarət, evdən göstərilən xidmətlər, onlayn təkrar satış, mikrofrançayzinq, kontent yaradıcılarının qurduğu bizneslər və birbaşa satış — daha idarəolunan başlanğıc nöqtəsi təklif edə bilər.
Bunlar eyni modellər deyil və eyni imkanları və ya riskləri daşımır. Lakin onlar iqtisadi iştirakın daha kiçik, daha çevik və mərkəzləşdirilməmiş formalarına doğru daha geniş dəyişikliyi əks etdirir.
Birbaşa satış bu modellərin ən oturuşmuşlarından biridir: o, fərdlərə pərakəndə satış nöqtəsi açmadan və öz təchizat zəncirini qurmadan məhsulları birbaşa müştərilərə təqdim etməyə imkan verir. Bu, giq işi ilə eyni şey deyil. Platforma işçisi adətən qiyməti və şərtləri əsasən platforma tərəfindən müəyyən edilən tapşırığı yerinə yetirir. Birbaşa satıcı isə şirkətin məhsul və kompensasiya çərçivəsi daxilində fəaliyyət göstərir, lakin müştəri tapmaq, məhsulları izah etmək və kommersiya münasibətləri qurmaq üçün daha böyük məsuliyyət daşıyır.
«Müzakirə hansı etiketin digərindən yaxşı olması barədə getməməlidir, — deyə Mildenborn bildirir. — Əsl sual odur ki, model insana növbəti əməliyyatdan sonra da dəyərini qoruyan bacarıqlar və münasibətlər inkişaf etdirməyə kömək edir, ya yox».
Çevik iş gəlir gətirir. Sahibkarlıq isə həm də bacarıq formalaşdıra bilər
Çevik iş gəlirə mühüm çıxış imkanı verir və insanlara təhsil, yaxınlara qulluq və digər öhdəliklərlə yanaşı işləməyə imkan yarada bilər. Lakin çeviklik özlüyündə heç də həmişə daha böyük iqtisadi müstəqilliyə çevrilmir.
BMTnin İnkişaf Proqramının (UNDP) 2026cı ilin iyununda dərc olunmuş hesabatı Asiya və Sakit okean regionunda giq iqtisadiyyatını çevik iş formalarının və platforma əsaslı səmərəliliyin mənbəyi kimi təsvir edib, eyni zamanda iqtisadi qeyrisabitliyi, fırıldaqçı platformaları və məhdud sosial müdafiəni də qeyd edib.
Mikrosahibkarlıq da oxşar qeyrimüəyyənlikdən sığortalanmayıb. Gəlir dəyişkən ola bilər və uğur heç vaxt zəmanətli deyil. Lakin ən yaxşı halda o, bacarıqların zamanla toplanmasına imkan verir: satış və ünsiyyət bacarıqları, maliyyə intizamı, məhsul bilikləri, müştəri münasibətləri və peşəkar reputasiya.
«Mikrosahibkarlığın dəyəri yalnız növbəti satışla ölçülməməlidir, — deyə Mildenborn deyir. — O, həm də fərdin nə öyrəndiyi ilə ölçülməlidir: müştəriləri anlamağı, məsuliyyətlə ünsiyyət qurmağı, pulu idarə etməyi, etimad qazanmağı və nəticələr dərhal gəlmədikdə ardıcıl qalmağı».
Elə buna görə də mikrosahibkarlıq varlanmağın qısa yolu kimi təbliğ olunmamalıdır. Hətta kiçik bir biznesin qurulması davamlı səy, öyrənmə və qeyrimüəyyənliyi qəbul etməyə hazırlıq tələb edir.
Aşağı maneələr həm güc, həm də zəiflik ola bilər
Sahibkarlığı daha əlçatan etmək dəyərli işdir, lakin iştirak qarşısındakı aşağı maneələr ikiağızlı qılıncdır.
Problemlər gəlir imkanları şişirdildikdə, real müştəri tələbindən çox yeni iştirakçıların cəlbinə üstünlük verildikdə və ya iştirakçılar şirkətin icazə vermədiyi iddialar səsləndirdikdə yaranır. Məsuliyyətli mikrosahibkarlıq aydın standartlar tələb edir: mərkəzində real məhsullar və müştərilər dayanmalı, qazancın avtomatik olduğuna dair heç bir işarə verilməməli, məsuliyyətli satışı əhatə edən təlimlər keçirilməli və iştirakçılar qaydaları pozduqda tədbir görülməlidir.
«Hesabatlılıq olmadan əlçatanlıq imkanların genişləndirilməsi deyil, — deyə Mildenborn bildirir. — Şirkətlər real gözləntilər formalaşdırmağa, real məhsul tələbini mərkəzdə saxlamağa, lazımi təlim təmin etməyə və standartlar pozulduqda tədbir görməyə borcludur. Etimadı yalnız imkan verməklə qurmaq olmaz. O, davranışla qazanılmalıdır».
Birbaşa satış sənayesi üçün bu, həlledici etibarlılıq sınağıdır. Müstəqil distribyutorlar adətən şirkət əməkdaşları kimi deyil, müstəqil şəkildə fəaliyyət göstərirlər, lakin onların davranışı təmsil etdikləri biznesin və bütövlükdə sənayenin necə qavranılmasını yenə də formalaşdırır.
Asiyadan dünyaya açılan biznes modeli
QNET beynəlxalq brendlərin Asiyaya artım bazarı kimi daxil olması barədə tanış hekayənin əksi istiqamətində inkişaf etmiş şirkətin nümunəsidir.
1998ci ildə Honkonqda təsis edilən şirkətin təcrübəsi Asiya mənşəli bir şirkəti müxtəlif mədəniyyətlər, bazarlar və tənzimləmə sistemləri üzrə qurmağın mürəkkəbliyini əks etdirir. Mildenborn beynəlxalq birbaşa satış sənayesində iyirmi ildən artıq fəaliyyətdən sonra 2026cı ildə Baş İcraçı Direktor vəzifəsini öz üzərinə götürüb.
«Asiyadan qlobal miqyasa çıxmaq sadəcə eyni ssenarini hər ölkədə təkrarlamaq məsələsi deyil, — deyə o bildirir.
— İstehlakçı gözləntiləri, qaydalar və mədəni normalar fərqlənir. Şirkət ünsiyyət və fəaliyyət tərzini lokallaşdırmalı, eyni zamanda məhsullar, davranış və müştərilərin müdafiəsi ilə bağlı standartlarını dəyişməz saxlamalıdır».
Texnologiya bu əhatəni asanlaşdırır, lakin eyni zamanda zərərli təcrübələrin və reputasiya problemlərinin yayılma sürətini də artırır. Buna görə də rəqəmsal miqyas daha güclü nəzarətlə müşayiət olunmalıdır.
Asiyaya qısa yollar yox, daha çox giriş yolları lazımdır
Hər mikrosahibkar böyük şirkət qurmayacaq çoxları kiçik miqyasda və ya yarımştat rejimdə qalacaq, bəziləri isə sahibkarlığın onlara uyğun olmadığına qərar verəcək. Bu, təcrübəni əhəmiyyətsiz etmir. Müştəriyə yanaşmağı, dəyəri izah etməyi, maliyyəni idarə etməyi və nəticəyə görə məsuliyyət götürməyi öyrənmək — biznesin özü təvazökar qalsa belə — faydalı kommersiya bacarığı formalaşdırır.
Məqsəd insanların öz bacarıqlarını sınaya biləcəyi etibarlı giriş nöqtələri yaratmaqdır. Bu giriş nöqtələrini təmin edən bizneslər isə daha sərt meyarlarla qiymətləndirilməlidir: real müştəri tələbi mövcuddurmu, iddialar dəqiqdirmi, təlim mənalıdırmı və iştirakçılar başladıqları vaxtla müqayisədə daha güclü bacarıqlar əldə edirlərmi.
Hər sahibkara «pitch deck» lazım deyil. Amma sahibkar olmaq istəyən hər kəs başlamaq üçün ədalətli, şəffaf və məsuliyyətli bir yerə layiqdir.
Olimpiadaya qatılmış 157 nömrəli tam orta məktəbin 11ci sinif şagirdi Həsən Vəliyev, FizikaRiyaziyyat və İnformatika Təmayüllü liseyin 10cu sinif şagirdi Əkbər Əhmədov, həmçinin Bakı Türk Anadolu liseyinin 11ci sinif şagirdi Əhməd Qəmbərli bürünc medala layiq görülüblər.
Qeyd edək ki, Azercell, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu arasında informatika üzrə milli yığmanın hazırlanması istiqamətində əməkdaşlıq 2017ci ildən həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində şagirdlər üçün əlavə hazırlıq dərsləri təşkil olunur, beynəlxalq olimpiadalara sistemli hazırlıq prosesi dəstəklənir, eləcə də gənclərin proqramlaşdırma və İT sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verilir.
Hikmət Mustafayev 1971ci ildə anadan olub. 1993cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) fərqlənmə diplomu ilə, 2006cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib.
1994–1995ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçib.
1997ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb.
O, eyni zamanda COP29 Azərbaycan Əməliyyat Şirkətində Aparat rəhbəri kimi bu mötəbər beynəlxalq tədbirin təşkilati və inzibati idarəetmə proseslərində fəal iştirak edib.
Bu təyinatadək Heydər Əliyev Mərkəzi direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərən H.Mustafayev strateji planlaşdırma, institusional koordinasiya və təşkilati idarəetmə sahələrində geniş təcrübəyə malik mütəxəssis kimi tanınır.
Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019cu il tarixli Sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimalqərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 2124°, gündüz 2933° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 7075, gündüz 5055 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrıayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2024°, gündüz 3338° isti, dağlarda gecə 1217°, gündüz 2025° isti olacağı ehtimal edilir.
BRAVO marketlər şəbəkəsi ilə birgə əməkdaşlıqla baş tutan və 15 Sentyabr Bilik Gününə həsr olunan aksiyada vətəndaşların dəstəyi ilə 614 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzuları gerçəkləşdiriləcək.
10 sentyabr tarixinədək davam edəcək aksiyada vətəndaşlar BRAVO marketlər şəbəkəsinin 20 Yanvar və Koroğlu filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilirlər.
Layihə boyunca Azərbaycanın bir çox bölgəsində 200dən çox uşağa məktəb çantası, ləvazimatları, kitablar və digər hədiyyələr təqdim olunacaq.
Xatırladaq ki, ASAN Məktub sosial proqramı çərçivəsində indiyədək 11000dən çox uşağın arzusu reallaşdırılıb. AzVision.az
Ermənistan son illərdə xarici siyasət kursunda ciddi dəyişikliklərə gedir. İrəvan Rusiyadan tədricən uzaqlaşır, Avropa İttifaqı (Aİ) ilə münasibətləri dərinləşdirir və Qərblə əməkdaşlığın yeni istiqamətlərini formalaşdırmağa çalışır.
Bununla belə, Ermənistanın Rusiyadan tam qopması hələ real görünmür. Ölkə Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalır, Rusiya Ermənistanın əsas ticarət tərəfdaşı və enerji təchizatçılarından biri olaraq qalır. Bu səbəbdən İrəvanın qarşısında əsas məsələ yalnız Qərbə yaxınlaşmaq deyil, bunu Rusiya ilə iqtisadi və digər əlaqələri birdənbirə itirmədən həyata keçirməkdir.
2026cı ildə bu ziddiyyət daha da aydın şəkildə üzə çıxıb. Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması Moskvanın narazılığına səbəb olur, eyni zamanda Rusiya tərəfindən Ermənistan məhsullarına tətbiq edilən məhdudiyyətlər İrəvanın manevr imkanlarını məhdudlaşdırır.
Erməni politoloq Norayr Dunamalyanın fikrincə, ErmənistanRusiya münasibətlərindəki böhran artıq müvəqqəti siyasi fikir ayrılığı çərçivəsindən çıxıb və daha dərin, struktur xarakter alıb.
Moskva ilə münasibətlər niyə pisləşdi?
Ermənistanın Rusiyadan uzaqlaşması bir gündə baş verməyib. Bu proses xüsusilə 2020ci ildən sonra sürətlənib və 2023cü ildə Qarabağda baş verən hadisələrdən sonra daha açıq xarakter alıb.
İrəvanın mövqeyinə görə, Rusiya Ermənistanın təhlükəsizliyinin təmin olunmasında vədinə xilaf çıxıb. Bunun ardınca Paşinyan hökuməti KTMTdə iştirakını faktiki olaraq dayandırıb və Qərblə təhlükəsizlik, siyasi və iqtisadi əlaqələri genişləndirməyə başlayıb. Ermənistan hazırda KTMTdə iştirak etmir, lakin təşkilatdan formal çıxış məsələsi ayrıca proses olaraq qalır.
Eyni zamanda Ermənistan Aİ ilə münasibətlərini yeni mərhələyə keçirib. 2026cı ilin mayında İrəvanda ilk AİErmənistan sammitinin keçirilməsi də bu yaxınlaşmanın institusional səviyyədə dərinləşdiyini göstərdi.
Beləliklə, söhbət artıq yalnız Rusiyadan narazılıqdan getmir. Ermənistan xarici siyasətində alternativ istiqamətlər yaratmağa çalışır.
İrəvanın əsas məqsədi: Rusiyadan tam ayrılmaq, yoxsa alternativ yaratmaq?
Paşinyanın son açıqlamaları göstərir ki, Ermənistan hələlik Avrasiya İqtisadi İttifaqından çıxmaq niyyətində deyil. Bununla yanaşı, baş nazir ölkəsinin alternativ iqtisadi və siyasi istiqamətlər formalaşdırmaq hüququna malik olduğunu bildirir. O, Rusiyaya da bu mövqeyini çatdırdığını deyib.
Bu, Ermənistanın hazırkı siyasətinin əsas məntiqini izah edir: İrəvan indiki mərhələdə Moskvanı Qərblə əvəz etməkdən daha çox, Rusiyadan asılılığını azaltmağa çalışır.
Bu fərq vacibdir. Çünki Ermənistanın Rusiya ilə iqtisadi əlaqələri hələ də çox böyükdür. Reutersin məlumatına görə, Rusiya 2025ci ildə Ermənistanın xarici ticarətinin təxminən 35 faizini təşkil edib. Ölkə enerji təchizatında da Rusiyadan ciddi şəkildə asılıdır.
Bu səbəbdən İrəvanın Moskvadan tamamilə üz döndərməsi iqtisadi baxımdan ciddi fəsadlar yarada bilər.
Avropa İttifaqı Ermənistana nə vəd edir?
Ermənistan cəmiyyətində Aİyə münasibətin daha müsbət olması İrəvanın Qərbə yönəlməsinin əsas siyasi dayaqlarından biridir.
Avropa İttifaqı Ermənistan üçün yalnız iqtisadi tərəfdaş deyil. Aİ ilə yaxınlaşma həm də siyasi institutların, iqtisadiyyatın, nəqliyyat və enerji əlaqələrinin şaxələndirilməsi, eləcə də təhlükəsizlik sahəsində yeni imkanların yaradılması kimi təqdim olunur.
Lakin Aİİ ilə Aİ arasında seçim Ermənistan üçün sadə məsələ deyil. Ermənistan Aİİdən çıxarsa, Rusiya bazarına çıxış imkanlarının bir hissəsini itirə bilər. Ölkənin Rusiya ilə ticarət əlaqələrinin miqyası nəzərə alınanda bu, iqtisadiyyat üçün ciddi zərbə ola bilər.
Bu baxımdan Ermənistanın qarşısında paradoksal vəziyyət yaranır: siyasi baxımdan Qərbə yaxınlaşmaq istəyir, iqtisadi baxımdan isə hələ də Rusiya ilə əlaqələrə ehtiyac duyur.
Moskva ilə qarşıdurmanın iqtisadi qiyməti
İki ölkə arasındakı siyasi gərginlik artıq iqtisadi sahədə də hiss olunur. Rusiya 2026cı ildə Ermənistanın müxtəlif məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib. Paşinyan bu məhdudiyyətlərin ErmənistanRusiya razılaşmalarına və Aİİ qaydalarına zidd olduğunu bildirib və problemin həll olunmasını tələb edib.
Paşinyan daha sonra xəbərdarlıq edib ki, Ermənistan məhsullarına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılmasa, bu, Aİİnin özünün gələcəyinə ciddi zərbə vura bilər. Bununla yanaşı, o, Ermənistanın təşkilatdan çıxmaq planının olmadığını da vurğulayıb.
Bu mövqe Ermənistanın hazırkı strategiyasındakı ziddiyyəti açıq göstərir: İrəvan Aİİdə qalır, lakin eyni zamanda təşkilat daxilində Rusiyanın dominant mövqeyinə qarşı çıxır və alternativlər axtarır.
Paşinyanın Ukraynaya səfəri niyə vacibdir?
Ermənistanla Ukrayna arasında münasibətlər hazırda tamhüquqlu müttəfiqlik səviyyəsində deyil. Lakin iki ölkə arasında siyasi yaxınlaşma müşahidə olunur.
Paşinyanın Kiyevə mümkün səfəri də bu baxımdan simvolik əhəmiyyət daşıya bilər. Bu səfər Ermənistanın Rusiya orbitindən daha da uzaqlaşdığını nümayiş etdirən siyasi mesaj kimi qəbul edilə bilər.
Lakin belə bir addımın atılması üçün İrəvanın daha geniş Avropa siyasətinin formalaşması lazımdır. Çünki Ermənistanın eyni vaxtda Rusiya ilə kəskin qarşıdurmaya girərək Qərblə yaxınlaşması iqtisadi və siyasi baxımdan risklidir.
Real Ermənistan nəyi dəyişir?
Paşinyan hökumətinin xarici siyasətindəki dəyişiklik yalnız beynəlxalq tərəfdaşların seçimi ilə məhdudlaşmır. Hakimiyyət ölkənin milli kimliyi və dövlətçilik anlayışına da yeni yanaşma formalaşdırmağa çalışır.
Real Ermənistan konsepsiyası bu siyasətin ideoloji əsaslarından biridir. Bu yanaşmada diqqət tarixi iddialardan və keçmişin siyasi gündəmindən daha çox, hazırkı Ermənistan Respublikasının ərazisinə, dövlət institutlarına və gələcək inkişafına yönəldilir.
Bu konsepsiyanın əsas məqsədlərindən biri Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasıdır. Hakimiyyət hesab edir ki, regional sabitlik və qonşularla münasibətlərin yaxşılaşdırılması Ermənistanın iqtisadi və siyasi imkanlarını genişləndirə bilər.
Lakin bu siyasət Ermənistan cəmiyyətində ciddi mübahisələr doğurur. Çünki milli kimlik və tarixi yaddaş məsələlərindən imtina cəhdi cəmiyyətin bir hissəsi tərəfindən xarici təzyiqlərə güzəşt kimi qəbul edilə bilər.
Azərbaycanla münasibətlər: sülh, yoxsa yeni asılılıq?
ErmənistanAzərbaycan münasibətlərində də oxşar paradoks müşahidə olunur. İrəvan yeni müharibənin qarşısını almaq və sülh sazişinə nail olmaq üçün Azərbaycanla münasibətlərin normallaşdırılmasına üstünlük verir. Eyni zamanda iqtisadi əlaqələrin genişləndirilməsi niyyəti də bu siyasətin mühüm hissəsidir.
Lakin Ermənistan daxilində bəzi siyasi qüvvələr hesab edirlər ki, Azərbaycanla iqtisadi əlaqələrin sürətlə genişləndirilməsi ölkəni yeni asılılıq vəziyyətinə sala bilər.
Bu narahatlığın əsas səbəbi ticarət balansının hələ tam formalaşmamasıdır. Azərbaycan üzərindən Ermənistana müəyyən məhsulların, o cümlədən yanacağın göndərilməsinə başlanıldığı halda, əks istiqamətdə Ermənistan məhsullarının ixracı hələ əhəmiyyətli həcmə çatmayıb.
Ermənistan üçün ən böyük risk nədir?
Ermənistanın əsas problemi seçim qarşısında qalmasıdır. Bir tərəfdə Rusiya ilə formalaşmış dərin iqtisadi və enerji əlaqələri var. Digər tərəfdə isə Avropa İttifaqına inteqrasiya və Qərblə daha sıx siyasi əməkdaşlıq perspektivi dayanır.
İrəvan bu iki istiqamətdən birini dərhal seçmək əvəzinə, hazırda hər ikisi ilə paralel münasibətlər saxlamağa çalışır. Lakin Moskva Aİ ilə daha dərin inteqrasiyanın Aİİ üzvlüyü ilə ziddiyyət təşkil etdiyini bildirir və Ermənistanı seçim etməyə çağırır.
Buna görə Ermənistanın qarşıdakı illərdə əsas strategiyası böyük ehtimalla Rusiya ilə bütün əlaqələri kəsmək deyil, Rusiyadan asılılığı azaltmaq və alternativlər yaratmaq olacaq.
Qarşıdakı illərdə nə baş verə bilər?
Ermənistanın gələcəyinə bir neçə əsas amil təsir edəcək: Rusiya ilə münasibətlərin hansı səviyyəyə qədər pisləşəcəyi, Aİ ilə inteqrasiyanın hansı sürətlə davam edəcəyi, Azərbaycanla sülh prosesinin nəticəsi və regional nəqliyyat layihələrinin həyata keçirilməsi.
Əgər Ermənistan Aİ ilə əlaqələri dərinləşdirə bilsə, eyni zamanda Rusiya bazarına və enerji resurslarına alternativlər yaratsa, İrəvanın manevr imkanları əhəmiyyətli dərəcədə artacaq.
Əks halda isə Rusiya ilə münasibətlərin sürətlə pisləşməsi Ermənistanı iqtisadi baxımdan çətin vəziyyətə sala bilər.
Bu səbəbdən Ermənistanın qarşısında duran məsələ sadəcə Rusiya, yoxsa Qərb? seçimi deyil. Daha mürəkkəb sual budur: İrəvan yeni xarici siyasət kursunu iqtisadi və təhlükəsizlik baxımından dayanıqlı edə biləcəkmi?
Məhz bu sual Ermənistanın növbəti illərdəki siyasi kursunun və Cənubi Qafqazdakı mövqeyinin müəyyənləşməsində əsas rol oynayacaq.
nteqrasiya nəticəsində müştərilər filiala getmədən bankın müxtəlif xidmətlərindən elektron formada yararlana bilirlər. Belə ki, SİMA İmza artıq AFB Mobile tətbiqində əmanətlərin yerləşdirilməsi, mikro kreditlərin rəsmiləşdirilməsi və nağd kreditlərin götürülməsi xidmətlərində tətbiq edilir. Bununla yanaşı, AFB Mobileda mövcud və yeni müştərilərin qeydiyyatı və rəqəmsal kartların sifarişi proseslərində də SİMA İmzadan istifadə olunur.
Bu inteqrasiya müştərilərə bank xidmətlərindən istifadə zamanı şəxsiyyətlərini rəqəmsal şəkildə təsdiqləməyə və tələb olunan sənədləri elektron formada imzalamağa imkan verir. Nəticədə bir sıra bank əməliyyatlarını filialdan kənarda, daha rahat və çevik şəkildə həyata keçirmək mümkün olur.
SİMA İmzanın bank xidmətlərinə inteqrasiyası bank əməliyyatlarının rəqəmsallaşdırılmasına və müştəri təcrübəsinin sadələşdirilməsinə xidmət edir. Eyni zamanda, kağız sənədləşməsinin və əlavə sənəd dövriyyəsinin azalmasına, bank xidmətlərindən məsafədən istifadə imkanlarının genişlənməsinə şərait yaradır.
SİMA İmza haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC tərəfindən yaradılıb. Həll istifadəçilərə sənəd və müraciətləri fiziki daşıyıcıya ehtiyac olmadan, istənilən vaxt, istənilən yerdən sürətli şəkildə imzalamaq imkanı yaradır. SİMA rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür. AzVision.az
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, abituriyentlər avqustun 19u saat 23:59dək qəbul olmaq istədikləri ixtisasları Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsinə daxil edib ərizələrini təsdiqləməlidirlər.
Avqustun 19u saat 10:05ə olan məlumata görə, 81 min 346 abituriyent (subbakalavr) ərizəsini təsdiqləyib. Müsabiqədə yalnız ərizəsini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.
Müsabiqədə iştirak edənlər elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli məsələlər və digər suallarla bağlı ödənişsiz fəaliyyət göstərən abituriyent məsləhət mərkəzlərinə müraciət edə bilərlər.
Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlərdə 50dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərir.
Yeni versiya həm ödənişsiz, həm də ödənişli olacaq. OpenAI bildirib ki, yeni funksiyalar bütün uyğun hesablarda dərhal görünməyə bilər və onların aktivləşdirilməsi yaxın həftələrdə davam edəcək. ChatGPT for Teens yeniyetmələr üçün xüsusi qeydiyyat prosesi ilə yanaşı, təhsil, yaradıcılıq və gündəlik istifadəyə yönəlmiş funksiyalar təqdim edir.
Bu funksiyalardan biri Study Mode – tədris rejimidir. Rejim istifadəçiyə hazır cavab vermək əvəzinə ipucları təqdim edir, məsələlərin həllini addımaddım izah edir, əlavə suallar verir və bilikləri yoxlayır . Mövzuların daha yaxşı mənimsənilməsi üçün testlərdən də istifadə etmək mümkün olacaq.
Şirkət ev tapşırıqları ilə bağlı xatırlatmalar da əlavə edib. Bu xatırlatmalar yeniyetməyə tədris rejimindən istifadə etməyi tövsiyə edə və tapşırığı mərhələli şəkildə yerinə yetirməyə kömək göstərə bilər. Yeniyetmələr və ya onların valideynləri tədris saatlarını müəyyən edə bilərlər. Bu halda seçilmiş saatlarda başlayan yeni söhbətlər avtomatik olaraq tədris rejimində açıla bilər.
Yeni funksiyaların bir qismi ChatGPTdən daha balanslı istifadəyə təşviq məqsədi daşıyır. Sistem yeniyetmələrə fasilə verməyi xatırlada və onların süni intellekt aləti ilə qarşılıqlı əlaqədə olduğunu açıq şəkildə bildirə bilər. Bəzi hallarda şəkil yükləməzdən əvvəl istifadəçiyə şəxsi və ya həssas məlumatları paylaşmadığından əmin olması barədə xəbərdarlıq da göstəriləcək.
OpenAInin məlumatına görə, valideynlər və qəyyumlar istəyə bağlı olaraq öz hesablarını valideyn nəzarəti funksiyası vasitəsilə yeniyetmənin hesabına bağlaya bilərlər. Bu funksiya müəyyən parametrləri idarə etməyə imkan verir. Məsələn, Quiet Hours funksiyası müəyyən saatlarda ChatGPTdən istifadəni məhdudlaşdıra bilər. Study Hours funksiyası isə ChatGPTyə çıxışı tam məhdudlaşdırmadan tədris rejimindən istifadəni təmin edir.
Valideynlər bu nəzarət vasitələri ilə yeniyetmələrin söhbətlərini oxuya və ya izləyə bilməyəcəklər . OpenAI yalnız müəyyən təhlükəsizlik hallarında valideynlərə bildiriş göndərəcək və belə vəziyyətlərdə yeniyetmənin təhlükəsizliyini təmin etmək üçün zəruri olan məlumatları paylaşacaq.
Sistem hesab sahibinin 18 yaşdan kiçik olduğunu hesab məlumatları, təsdiqlənmiş yaş və ya avtomatik yaş müəyyənləşdirməsi əsasında müəyyən etdikdə, yeniyetmələr üçün nəzərdə tutulmuş rejim avtomatik aktivləşdirilir.
Hesab sahibinin 18 və ya daha yuxarı yaşda olduğu müəyyən edildikdə isə hesab yeniyetmələr üçün nəzərdə tutulmuş rejimdən çıxarıla bilər. Bu halda yeniyetmələrə tətbiq olunan təhlükəsizlik tədbirləri və valideyn nəzarəti bağlantısı deaktiv edilə bilər. Bəzi qoruyucu funksiyalar isə sonradan yenidən aktivləşdirilə bilər.
Fotoqrafiya baş verən hadisələri, maraqlı anları, gözəl məkanları, sevdiyimiz insanları və bir daha təkrarlanmayacaq məqamları əbədiləşdirməyə imkan verir. Fotoşəkillər vasitəsilə keçmişə qayıdır, onlara baxarkən həyatımızın bir çox gözəl anlarını xatırlayırıq. Üstəlik, fotoqrafiya bəziləri üçün sadəcə hobbi deyil, həm də peşədir. Buna görə də bu sahənin özünəməxsus bayramının – Ümumdünya Fotoqrafiya Gününün olması təəccüblü deyil.
Həm həvəskar, həm də peşəkar fotoqraflar, eləcə də fotoqrafiya sənətinin pərəstişkarları bu günü hər il avqustun 19da qeyd edirlər. Ümumdünya Fotoqrafiya Günü 2009cu ildə avstraliyalı fotoqraf Korske Ara tərəfindən təsis olunub.
Günün avqustun 19da qeyd edilməsinin səbəbi 1839cu ilin həmin tarixində fotoşəklin əldə olunması üsulu – fotoqrafiyanın ilkin nümunəsi hesab edilən dagerotipin geniş ictimaiyyətə təqdim edilməsidir. Bu ixtira fransız rəssamı Lui Jak Mande Dagerə məxsusdur. Fransa hökuməti perspektivli innovasiyanın patentini satın alaraq ixtiranı dünyaya hədiyyə elan edib. J.L.Dagerin ixtirası fotoqrafiyanın geniş ictimaiyyət üçün əlçatan texnologiyaya çevrilməsi yolunda ilk addımlardan biri olub.
Bu gün həyatımızın demək olar ki, bütün sahələrində möhkəm yer tutan fotoqrafiyanın qədim tarixi var. Dagerotipiya – metal lövhə üzərində təsvirin əldə olunması prosesi – fotoşəklin əldə edilməsinin ilk praktik üsullarından biri hesab olunur. Daha dəqiq desək, təsvirin əldə olunması və sabitləşdirilməsi prosesi 1820ci illərin əvvəllərində fransız ixtiraçı Jozef Nisefor Nyeps tərəfindən yaradılıb. Lakin təsviri mis lövhə üzərində əldə edərək sabitləşdirməyə Lui Dager nail olub və proses onun şərəfinə adlandırılıb. Buna görə də dagerotipiya müasir fotoqrafiyanın əsasını qoyan ixtiralardan biri hesab olunur.
Sonrakı illərdə bir çox alim müxtəlif material və kimyəvi maddələrdən istifadə etməklə fotoşəkillərin əldə olunması prosesini təkmilləşdirib. 1861ci ildə Ceyms Maksvell rəngli fotoşəkil əldə etməyə nail olub. 1981ci ildə isə Sony şirkətinin rəqəmsal kamera ixtira etməsi rəqəmsal fotoşəkillərin çəkilməsinə imkan yaradıb və ənənəvi fotoplyonkadan imtina yolunu açıb. Buna baxmayaraq, bu gün də bir çox peşəkar fotoqraf fəaliyyətində fotoplyonkadan istifadə etməyə üstünlük verir. Rəqəmsal texnologiyalar dövründə isə hər birimiz sonradan üzümüzdə təbəssüm yaradan, bizi kövrəldən və ya heyrətləndirən anları heç bir çətinlik çəkmədən fotoşəkillərlə əbədiləşdirə bilirik.
Təbii ki, fotoqrafiyanı peşə seçən insanların həyatında bu sənətin xüsusi yeri var. Onların əməyini haqlı olaraq sənət adlandırmaq olar. Buna görə də bütün fotoqrafları peşə bayramları münasibətilə təbrik etmək mümkündür.
Ekspertlər də müasir dünyada fotoqrafiyanın xüsusi əhəmiyyət daşıdığını qeyd edirlər. Fotoqrafiya yalnız estetik zövq yaratmır, həm də tarixin mühüm məqamlarını qoruyub saxlamağa kömək edir, sənayenin və elmin müxtəlif sahələrində tətbiq olunur. Buna görə də ayrıayrı ölkələrdə və beynəlxalq səviyyədə fotoqrafiya icmalarının inkişafına və dəstəklənməsinə yönəlmiş təşəbbüslər müsbət qarşılanır.
Ümumiyyətlə, Ümumdünya Fotoqrafiya Günü foto çəkməyi və fotoşəkil çəkdirməyi sevən hər kəsin bayramıdır. Bu xüsusiyyət onu rəngarəng və pozitiv günə çevirir. Elə bu gün hər kəs yadda qalan anları və gözəl mənzərələri əbədiləşdirmək üçün fotoçəkiliş vasitəsini əlinə alaraq bu maraqlı dünyaya addım ata bilər.
Görüş zamanı iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi və potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər MİSPə qoşulma, birgə təlimlərin təşkili və təcrübə mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində kibertəhlükəsizlik və rəqəmsal idarəetmə sahəsində təcrübə və biliklərin paylaşılmasının hər iki qurum arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyi vurğulanıb.
Ankarada NATOnun Baş katibi Mark Rütte ilə bir araya gələn Tramp Türkiyənin nəhəng hərbi qüdrətə malik olduğunu xüsusi vurğulayıb.
Türkiyə nəhəng bir hərbi dövlətdir
Türkiyənin potensialını yüksək qiymətləndirən Tramp qeyd edib: Türkiyə böyük hərbi gücə malik dövlətdir. Milyonlarla əsgəri var və olduqca güclüdür. Onların sərəncamında bizim ən yaxşı hərbi texnikamız və avadanlıqlarımız var. Hazırda da F35 qırıcılarını əldə etməyə çalışırlar.
ABŞ lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibəyə qoşulmaq istədiyini, lakin özünün buna mane olduğunu iddia edib: Ərdoğan İran tərəfdən müharibəyə daxil ola bilərdi, çünki onun İsraildən və şəxsən Netanyahudan elə də xoşu gəlmir. O, məhz mənim sayəmdə bu addımı atmadı. Əgər mən olmasaydım, o, müharibəyə qoşular və digər cəbhədə (İran tərəfində) yer alardı.
Ərdoğanın ağlı başındadır, qarşı tərəf isə dəlidir
Tramp Türkiyə Prezidentinin İrana da rəğbət bəsləmədiyini bildirib: Düşünmürəm ki, onun o biri tərəfdən də xoşu gəlsin. Çünki Ərdoğan kifayət qədər sağlam düşüncəli, ağlı başında olan biridir. Qarşı tərəf isə tamamilə dəlidir. Amma ümumilikdə hesab edirəm ki, onlar (Türkiyə) bizə qarşı dürüst və düzgün davrandılar.
ABŞ Prezidenti həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunun ötən gün Türkiyə və şəxsən Ərdoğan barəsində olduqca sərt və kəskin ifadələr işlətdiyini də xatırladıb.
Görüş zamanı Azərbaycan və Özbəkistanın strateji tərəfdaşlıq münasibətlərinin hər iki ölkə rəhbərinin siyasi iradəsi və ardıcıl səyləri nəticəsində dinamik inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, iki dost və qardaş ölkə arasında bütün istiqmətlərdə olduğu kimi, dini sahədə də əlaqələr genişlənir və qarşılıqlı etimada, ortaq tariximədəni dəyərlərə əsaslanan bu münasibətlər nümunəvi xarakter daşıyır.
Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün türk dünyasında dini sahədə institusional əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Görüşün yekununda qəbul olunmuş Kommünikenin birgə fəaliyyətin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi üçün zəmin yaratdığı ifadə olunub.
Azərbaycan və Özbəkistanın müvafiq dövlət qurumları arasında təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, habelə dini maarifləndirmə sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Özbəkistan Respublikasının Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyevin də iştirak etdiyi görüşdə I Beynəlxalq İslam Sivilizasiyası Forumunun İslam sivilizasiyasının zəngin irsinin təbliği, maarifçilik ənənələrinin təşviqi, eləcə də mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Ankarada NATOnun Baş katibi Mark Rütte ilə keçirdiyi görüşdə çıxış edən Tramp İran rəhbərliyinə qarşı olduqca sərt və qeyridiplomatik ifadələr işlədib.
Hesab edirəm ki, atəşkəs rejimi başa çatıb. Həqiqəti bilmək istəyirsinizsə, onlar (iranlılar) sadəcə bir qrup rəzildir. Onlar rəzil bir kütlədir... Mənim onlardan xoşum gəlmir. Bunlar şər insanlardır, Tramp deyib.
Tramp ABŞnin İranla danışıqlar aparmaqla əbəs yerə vaxt itirdiyini qeyd edib. O, rəsmi Vaşinqtonun mənasız diplomatiya cəhdlərini davam ettirmək əvəzinə, öz işi ilə məşğul olmaq istədiyini ifadə edib.
ABŞ Prezidenti İrandakı mövcud rejimi təhlükəli bir xəstəliyə bənzədərək, hərbi əməliyyatların anonsunu verib: Biz onların bu xərçəng şişindən, bu bəlasından xilas olmalıyıq. Bilirsiniz, belə hallarda nə edirlər? Xərçəng şişini hələ ilkin mərhələdə ikən kəsib atmaq lazımdır. Mənim də mövqeyim məhz bu cürdür.
Qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlətimizin başçısına çatdırdı, İordaniya Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd etdi.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi.
Azərbaycan Prezidenti də öz növbəsində İordaniya Kralını ölkəmizə səfərə dəvət etdi.
Dövlətimizin başçısı ölkəmizdə, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseyn ilə görüşlərini məmnunluqla xatırladı.
Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm rol oynadığı vurğulandı, əlaqələrimizin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı qeyd edildi.
Siyasi, iqtisadi, energetika, bağlantılar, investisiyalar, humanitar və digər sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, regional məsələlər, gələcək təmaslar, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi və parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
Turizm sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycanla İordaniya arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi müzakirə olundu.
Çıxışına sessiya iştirakçılarının həmin gün Beynəlxalq Ədalət Məhkəməsini ziyarət etdiklərini xatırlatmaqla başlayan Azay Quliyev bildirib ki, bu məhkəmə beynəlxalq hüququn aliliyinin təmin edilməsinə xidmət edən əsas beynəlxalq təsisatlardan biridir. Bununla belə, o qeyd edib ki, müasir dövrdə beynəlxalq hüququn prinsipləri və beynəlxalq təhlükəsizlik sistemi ciddi çağırışlarla üzüzədir.
Deputat vurğulayıb ki, beynəlxalq hüquq bir çox hallarda universal deyil, selektiv şəkildə tətbiq olunur. Bu isə beynəlxalq hüquqa və çoxtərəfli institutlara etimadı zəiflədir, diplomatiyanın rolunu azaldır və beynəlxalq münasibətlərdə güc amilinin üstünlük qazanmasına şərait yaradır.
Azay Quliyev çıxışında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qlobal çağırışlara lazımi səviyyədə cavab verə bilmədiyini qeyd edərək bildirib ki, qurum öz effektivliyini və legitimliyini qorumaq üçün XXI əsrin reallıqlarına uyğun şəkildə islahat edilməli, daha çox təmsilçi, daha şəffaf və daha səmərəli qərar qəbuletmə mexanizmlərinə malik olmalıdır.
O diqqətə çatdırıb ki, dünya yeni beynəlxalq nizam haqqında çox danışsa da, mövcud beynəlxalq sistemi islah etmək və daha ədalətli, effektiv və inklüziv qlobal idarəetmə modelini formalaşdırmaq istiqamətində hələ də kifayət qədər siyasi iradə nümayiş etdirilmir.
Azay Quliyev vurğulayıb ki, beynəlxalq ictimaiyyətin qarşısında mühüm seçim dayanır: beynəlxalq hüququn aliliyini möhkəmləndirmək, çoxtərəfli əməkdaşlığı gücləndirmək, qlobal idarəetmə institutlarında islahat aparmaq və daha ədalətli beynəlxalq təhlükəsizlik sistemi qurmaq, yaxud etimadsızlığın dialoqu, qarşıdurmanın isə əməkdaşlığı əvəz etdiyi təhlükəli tendensiyanın davam etməsinə imkan vermək.
Çıxışının sonunda Azay Quliyev bildirib ki, tarix bugünkü nəsli üzləşdiyi böhranlara görə deyil, beynəlxalq nizamı vaxtında islah etmək və gələcək nəsillər naminə daha təhlükəsiz dünya qurmaq üçün nümayiş etdirdiyi siyasi iradə və cəsarətə görə qiymətləndirəcək.
ABŞ tərəfi bəyan edib ki, İran son günlərdə Hörmüz boğazından keçən üç mülki gəmiyə — Marşal adaları bayraqlı M/T Al Rekayyat, Səudiyyə Ərəbistanına məxsus M/T Wedyan və Liberiya bayraqlı M/T Cyprus Prosperity tankerlərinə hücum edib. CENTCOM bu hərəkətləri mövcud atəşkəs rejiminin və dəniz naviqasiyası azadlığının əsassız, eyni zamanda təhlükəli şəkildə pozulması kimi qiymətləndirib.
Hava zərbələri əsasən İranın hava hücumundan müdafiə (HHM) sistemlərini, sahildəki müşahidə qurğularını, raket komplekslərini və pilotsuz uçuş aparatlarının (PUA) buraxılış məntəqələrini sıradan çıxarmaq məqsədi daşıyıb. Ümumilikdə 80 strateji hədəf dəqiqliklə vurulub.
NBC News agentliyinə danışan amerikalı rəsminin sözlərinə görə, bu hücumlar əvvəlkilərə nisbətən daha genişmiqyaslı olub. Əməliyyatda ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri və Hərbi Dəniz Qüvvələrinin taktiki aviasiyası birgə iştirak edib.
İranın IRIB dövlət telekanalının yaydığı məlumata görə, güclü partlayış səsləri xüsusilə ölkənin cənubundakı mühüm liman şəhərlərində — Keşm, Sirik və BəndərAbbasda qeydə alınıb.
Öz növbəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞın gecə saatlarında reallaşdırdığı hava hücumlarına cavab olaraq Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə raket və PUAlarla kütləvi zərbələr endirdiyini bəyan edib. Bölgədə gərginlik pik həddə çatıb.
SEPAHın rəsmi bəyanatına görə, hava və dəniz qüvvələrinin iştirakı ilə Küveytdəki Əli əsSalim aviabazası və ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5ci Donanmasının qərargahı (Salman limanı) daxil olmaqla, ABŞa məxsus ümumilikdə 85 hərbi obyekt vurulub.
İran tərəfi həmçinin ABŞa məxsus mühüm kəşfiyyat platforması olan MQ9 Reaper tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu iddia edib.
İran Silahlı Qüvvələrinin Xatəm əlƏnbiya mərkəzi qərargahı Hörmüz boğazında nəzarəti tamamilə ələ aldıqlarını bəyan etdikdən dərhal sonra Bəhreyn və Küveytdə hava həyəcanı siqnalları işə düşüb. Hər iki ölkənin hava hücumundan müdafiə (HHM) sistemləri hazırda İran raketlərinin və PUAlarının qarşısını almaq üçün döyüş rejimində çalışır.
ABŞ Maliyyə Nazirliyi İranın Hörmüz boğazında üç neft tankerinə etdiyi hücumlara cavab olaraq, iyulun 7dən etibarən İran nefti ilə əməliyyatların aparılmasına icazə verən xüsusi lisenziyanı rəsmən ləğv edib. Yeni müqavilələrin bağlanması dərhal qadağan edilib, mövcud sövdələşmələrin yekunlaşdırılması üçün isə iyulun 17nə qədər vaxt verilib.
İran parlamentinin spikeri və Tehranın danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞı ikitərəfli Anlaşma Memorandumunu (MOU) dəfələrlə pozmaqda günahlandırıb. Onun sözlərinə görə, ABŞın Hörmüzdəki təhlükəsizlik tədbirlərinə müdaxiləsi, İrana yönəlik daimi hərbi təhdidlər, neft sanksiyalarının bərpası, İranın cənubuna hücumlar və İsrailin Livana qarşı davam edən təcavüzünə dəstək verməsi bu razılaşmanın açıq şəkildə pozulmasıdır. Qalibaf şantaj və təzyiq dövrünün bitdiyini qeyd edib.
Bu arada məlum olub ki, ABŞnin müdafiə naziri Pit Heqset NATOnun Ankara sammitində ABŞ Prezidenti Donald Trampı müşayiət etdikdən sonra iyulun 8də İsrailə ilk rəsmi səfərini reallaşdıracaq. Heqsetin TelƏvivdə Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats ilə təcili görüşü planlaşdırılır. Səfərin əsas məqsədlərindən biri Vaşinqtonun Türkiyəyə F35 qırıcıları satmaq niyyəti ilə bağlı İsrail tərəfində yaranan ciddi narahatlıqları aradan qaldırmaqdır.
AWS ekspertləri tərəfindən keçirilən təlimlərdə Azercellin mühəndislik, məhsulun inkişafı və texnologiyalar istiqamətləri üzrə mütəxəssisləri iştirak ediblər. Sessiyalar çərçivəsində süni intellekt əsaslı proqram təminatının hazırlanması, eləcə də rəqəmsal məhsulların inkişafına dair müasir yanaşmalar təqdim olunub.
Proqramın əsas mövzularından biri AWSin AIDriven Development Life Cycle (AIDLC) – süni intellektlə dəstəklənən proqram təminatının hazırlanması metodologiyası olub. Bu metodologiya proqram təminatının hazırlanmasının bütün mərhələlərində süni intellekt texnologiyalarının sistemli şəkildə tətbiqini nəzərdə tutur. Ənənəvi yanaşmalardan fərqli olaraq, AIDLC çərçivəsində süni intellekt planlaşdırma, kodlaşdırma, test və sənədləşdirmə kimi proseslərdə aktiv rol oynayır, mühəndislər isə ümumi nəzarəti həyata keçirir, nəticələri qiymətləndirir və strateji qərarların qəbulunu təmin edirlər. Bu həll tərtibatçılar və süni intellekt alətləri arasında əməkdaşlığın daha səmərəli qurulmasına, innovasiyaların sürətləndirilməsinə, həmçinin proqram həllərinin keyfiyyət və etibarlılığının artırılmasına imkan yaradır.
+++
Təlimlərdə iştirakçılar süni intellekt dəstəyi ilə proqram təminatının hazırlanmasına dair real nümunələrlə tanış olublar. Bundan əlavə, müasir süni intellekt alətlərinin tərtibatçıların məhsuldarlığına, inkişaf proseslərinin səmərəliliyinə, yeni funksiyaların bazara çıxarılma müddətinə və rəqəmsal həllərin etibarlılığına təsiri müzakirə edilib.
AWS ilə əməkdaşlıq Azercellin qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsinə yönəlmiş uzunmüddətli strategiyasının mühüm istiqamətlərindən biridir. Bu yanaşma eyni zamanda əməkdaşların süni intellekt sahəsində bilik və bacarıqlarının davamlı inkişafını dəstəkləyir. Davamlı öyrənmə və peşəkar inkişafa investisiya yatırmaqla şirkət əməkdaşlarının texnoloji yeniliklərə çevik uyğunlaşmasını və sürətlə dəyişən rəqəmsal mühitin tələblərinə hazır olmasını hədəfləyir.
Azərbaycanın rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olan Azercell beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirərək ölkədə qabaqcıl texnologiyaların tətbiqini təşviq etməyə və süni intellekt üzrə praktiki bacarıqların inkişafına töhfə verməyə davam edəcək.
İslam Sivilizasiyası Mərkəzində baş tutan paneldə ICESCOnun baş direktoru Salim ƏlMalik, IRCICAnın baş direktoru Mahmut Erol Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.
Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə öz nitqinə ‘’Doğma yurdum Azərbaycanla ikinci vətənim Özbəkistan arasında əbədi qardaşlıq əlaqələrinə ithaf etdiyimiz nəşrin təqdimat mərasimində bir araya gəlmişik’’ fikri ilə başlayıb. Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyeviun dinlər və mədəniyyətlərarası dialoqa verdikləri töhfələrdən danışarkən qeyd edib ki, mədəniyyətlərarası dialoqa dair 18 illik tarixə malik Bakı Prosesinin müəllifi, İslam Həmrəyliyi və insan qardaşlığı ideyalarının qlobal müstəvidə təşəbbüskarı və ardıcıl müdafiəçisi, İslamofobiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan Prezidenti Zatialiləri İlham Əliyev cənablarının səyləri hər birimiz üçün fəxr mənbəyidir: ‘’Tarixən Mavərənnəhrin, bu gün Mərkəzi Asiyasının mənəvi mərkəzi statusunu daşıyan Özbəkistanın dini dözümsüzlüyə, İslamofobiyaya qarşı İslam dünyasının manifestini BMT tribunasından təqdim edən Özbəkistan Prezidenti Zatialiləri Şavkat Mirziyoyev cənablarının səy və əməlləri ilə qürur duyuruq.
Allahşükür Paşazadə həmçinin Ümumilli Lider Heydər Əliyevin Azərbaycan Özbəkistan əlaqələrinin təməlində dayandığını da xüsusi olaraq qeyd edib: Şükürlər olsun, Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev cənablarının dönəmində müstəqil AzərbaycanÖzbəkistan əlaqələrində təməli qoyulmuş müdrik yol bu gün davam və inkişaf etdirilir.
Qeyd edək ki, ‘’Qardaşlıq və müttəfiqliyin ali zirvəsi’’ kitabalbomunun Özbəkistan ictimaiyyəti üçün təqdim etmə mərasimi iyulun 7də, Özbəkistan Kinematoqrafiya Agentliyinin geniş zalında keçirilib. Mərasimdə Özbəkistan Prezidentinin müşaviri Şuhrat Qaniyev, Millətlərarası münasibətlər və xaricdəki həmvətənlərin məsələləri komitəsinin sədri Qahramon Sarıyev, rəsmi şəxslər, ictimiayyət nümayəndələri iştirak edib, nəşri Azərbaycan və Özbəkistan xalqlarının ensiklopediyası kimi qiymətləndiriblər. İki dildə Azərbaycan və özbək dillərində işıq üzü görən nəşrin materialları müxtəlif dövrlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan və Özbəkistanda keçirilən tədbirlərdəki çıxışları, konfrans materiallarıı, məktub və məruzələri və fotoşəkillərdən ibarətdir.
Mətbuata qapalı keçirilən görüşdə Xarici İşlər Naziri Hakan Fidan, Xəzinədarlıq və Maliyyə Naziri Mehmet Şimşek, Milli Müdafiə Naziri Yaşar Güler, AK Partiyasının sədr müavini və partiya sözçüsü Ömər Çelik, Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya Direktoru Burhanəddin Duran, Prezident Aparatının rəhbəri Həsən Doğan, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç və Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal iştirak edir.
Müzakirələr zamanı TürkiyəABŞ münasibətlərinin vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional və beynəlxalq gündəmdə yer alan məsələlərin müzakirəsi gözlənilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov forumda çıxış edərək Azərbaycanda multikultural dəyərlərin təşviqi və konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat verib.
Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycanda dini etiqad azadlığının təmin olunması, millimənəvi dəyərlərin təbliği, tolerantlıq ənənələrinin qorunması üçün əlverişli mühit formalaşıb. O, ölkəmizin qlobal miqyasda sivilizasiyalararası dialoqun təşviqinə mühüm töhfələr verdiyini, bu istiqamətdə irəli sürülən təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulayıb ki, Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların bərpası dövlət tərəfindən dəstəklənir, fərqli inanclara hörmət isə milli sərvət kimi qiymətləndirilir. İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış dinimədəni irs nümunələrinin bərpası ilə bağlı tədbirlərin Azərbaycanın milli irsinin, eləcə də İslam sivilizasiyasının ayrılmaz hissəsi olan ümumbəşəri mədəni mirasın qorunmasına xidmət etdiyini diqqətə çatdırıb.
Ramin Məmmədov çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər Komitəsi, habelə Dövlət Komitəsi tabeliyində Azərbaycan İlahyyat İnstitutu ilə Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında qurulmuş əməkdaşlıq haqqında da danışıb. O, dini maarifləndirmə, radikalizmlə mübarizə, elmi tədqiqatlar və beynəlxalq layihələrin həyata keçirilməsi istiqamətlərində əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu deyib.
Dövlət Komitəsinin sədri ötən ay Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni perspektivlər yaratdığını vurğulayıb. Bildirib ki, görüşün yekununda qəbul edilmiş Kommunikedə əksini tapan müddəalar Birinci Beynəlxalq İslam Forumunun əsas müzakirə mövzuları ilə səsləşir və İslam sivilizasiyasının sülh, tolerantlıq və maarifçilik dəyərlərinin təşviqinə xidmət edir.
R.Məmmədov Azərbaycan və Özbəkistanın dövlət başçılarının müəyyən etdiyi strateji baxış əsasında iki ölkənin İslam sivilizasiyasının zəngin irsinin yaşadılması, türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsi və qlobal sülhün təşviqi istiqamətində əməkdaşlığı bundan sonra da uğurla davam etdirəcəyinə əminliyini ifadə edib.
Layihənin əsas məqsədi məcburi köçkünlərin sosialiqtisadi və demoqrafik vəziyyətinə dair geniş məlumat bazasının formalaşdırılması, həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin planlaşdırılması və qərarqəbuletmə prosesinin etibarlı məlumatlarla təmin edilməsinə töhfə verməkdir.
Sorğu çərçivəsində məcburi köçkünlərin məşğulluq vəziyyəti, peşə bacarıqları, təhsil səviyyəsi, rəqəmsal savadlılığı və elektron xidmətlərə çıxış imkanlarının qiymətləndirilməsi də nəzərdə tutulur.
Layihənin icrası çərçivəsində 30 iyun 2 iyul tarixlərində sorğuçular üçün xüsusi təlim proqramı təşkil olunub. Təlimlər zamanı iştirakçılara layihənin məqsədi, sorğu metodologiyası, müsahibə texnikaları, etik prinsiplər, eləcə də məlumatların keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı nəzəri və praktiki biliklər təqdim edilib. Təlimlərin əsas məqsədi sorğuçuların sahə işlərinə peşəkar hazırlığını təmin etməkdir.
Təlim mərhələsi başa çatdıqdan sonra ölkənin müxtəlif bölgələrində məcburi köçkünlərlə sorğular keçiriləcək və genişmiqyaslı məlumat toplanacaq. Toplanacaq məlumatların Böyük Qayıdış Proqramı çərçivəsində gələcək qərarların və proqramların hazırlanması üçün mühüm analitik baza rolunu oynayacağı gözlənilir.
O, təşəkkür nitqində göstərilən etimada görə təşəkkürünü bildirərək deyib ki, 2013cü ildən Assambleyada müxtəlif məsul vəzifələrdə xidmət edib: üç müddət Birinci Ümumi Komitənin sədr müavini, iki tam müddət, yəni 6 il ATƏT Parlament Assambleyasının Vitseprezidenti və hazırda artıq ardıcıl beşinci dəfə İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitənin sədri seçilib.
Son on üç il ərzində mənə göstərdiyiniz davamlı etimadı şəxsi uğurum kimi qiymətləndirmirəm. Əksinə, bunu Assambleyamızı daha da gücləndirmək və bizi birləşdirən dəyərlərin təşviqinə xidmət etmək üçün üzərimə düşən böyük məsuliyyət kimi qəbul edirəm, Azay Quliyev deyib.
Onun sözlərinə görə, ATƏT məkanının görünməmiş geosiyasi, geoiqtisadi, texnoloji, ekoloji və təhlükəsizlik çağırışları ilə üzüzə qaldığı bir dövrdə parlament diplomatiyası hər zamankından daha böyük əhəmiyyət daşıyır: Bütün məsələlərdə eyni mövqedə olmaya bilərik, lakin hamımızın ortaq məsuliyyəti dialoq yolu ilə həll yolları axtarmaq və başqalarının ayrılıq gördüyü yerdə körpülər qurmaqdır. Bu münasibətlə Komitəmizin sədr müavini Artur Gerasımova və məruzəçisi Paula Kardozoya birlikdə formalaşdırdığımız səmərəli əməkdaşlığa görə səmimi təşəkkürümü bildirirəm. Güclü və həmrəy rəhbərlik komandası kimi əldə etdiyimiz nəticələrlə qürur duyuram və bu uğurlu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanıram.
Açılış mərasimində çıxış edən Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə əvvəlcə Azərbaycan Respublikası Prezidentinin forum iştirakçılarına xoş arzularını çatdırıb. Bütün Qafqazın Şeyxi Azərbaycanla Özbəkistanın islam dünyasına əsrlər boyu verdiyi töhfələrdən danışıb: Bu gün toplaşdığımız İslam Sivilizasiyası Mərkəzi dünya miqyaslı elm, din məbədi, İslam mədəniyyətinin bəşəriyyətə bəxş etdiyi töhfələrin ən yüksək, müasir texnoloji səviyyədə sərgiləndiyi müzey mərkəzi, süni intellektin imkanlarından istifadəyə örnək olan və rekordlar kitabına salınmış məkandır. İslam Sivilizasiya Mərkəzinin ideya müəllifi və yaradıcısı dərin siyasi təfəkkür sahibi və müqəddəs dinimizin bəşəri əhəmiyyətli mötədil dəyərlərinə dərin ehtiramı ilə seçilən görkəmli şəxsiyyət, müdrik dövlət lideri – Özbəkistan Respublikasının Prezidenti Zatialiləri Şavkat Mirziyoyev cənablarıdır. Necə ki, Azərbaycanda millimənəvi dəyərlərimizin əsasında duran İslam dininin ümumbəşəri əhəmiyyətinə, sülhsevər mahiyyətinə önəm verən, dilindən, dinindən asılı olmayaraq insan həmrəyliyi ideyaları yönündə əməli səylər göstərən dövlət başçımız Azərbaycan Prezidenti Zatialiləri İlham Əliyev cənabları müqəddəs dinimiz İslamın və ümmətin mənafelərini dünyanın ən mötəbər xitabət kürsülərində ardıcıl müdafiə edən, İslamofobiya təzahürlərinə qarşı qətiyyətli mövqe nümayiş etdirən müdrik siyasi liderdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşzadə Türk Dövlətləri Təşkilatı müstəvisində müsəlman dini liderlər olaraq dövlət başçılarının mədənimənəvi sahədə bütün səy və əməllərinin gerçəkləşməsinə öz töhfələrini verməkdən məmnunluq duyduğunu xüsusi olaraq vurğuladı. Bu ilin sentyabr ayında Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilat dini liderlərinin 7ci görüşündən danışan Allahşükür Paşazadə görüş çərçivəsində İslam mütəfəkkiri – Seyyid Yəhya Bakuvinin irsinə dair Beynəlxalq konfransın da keçiriləcəyi barədə məlumat verib.
Qeyd edək ki, I Beynəlxalq İslam Sivilizasiyası Forumu 711 iyul tarixlərində Özbəkistanın Daşkənd, Səmərqənd və Buxara şəhərində keçirilir. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təskilatının (ISESCO) Bas Direktoru Salim M. Al Malik və Özbəkistan İslam Sivilizasiyasi Mərkəzinin direktoru Firdavs Abdulxalikovun dəvəti əsasında Bütün Qafqazın Şeyxi Allahşkür Paşazadə forumda iştirak edir.
Proqram Azərbaycan Mədəniyyəti – 2040 Konsepsiyası və Mədəniyyət Nazirliyinin Kinematoqrafiya sahəsinin inkişafı ilə bağlı Tədbirlər Planı (2026–2027) çərçivəsində yaradıcı istedadların dəstəklənməsinə, innovativ ideyaların inkişafına və gənclərin film sənayesinə cəlb olunmasına xidmət edir. Əsas məqsəd kino sənayesində yeni biznes subyektlərinin yaranmasına dəstək verməkdir.
Proqram üç mərhələdən ibarət olacaq:
Ustad dərsləri
İştirakçılar investisiyaların cəlb edilməsi, ideyanın biznes modelinə çevrilməsi, süni intellektin kinoda tətbiqi, kino marketinqi, ssenari yazılışı və digər mövzular üzrə yerli və beynəlxalq ekspertlərlə görüşəcəklər.
İdeaton – Filmaton
Filmaton çərçivəsində iştirakçılar komandalar şəklində 3 dəqiqəyədək qısa film, film posteri dizaynı, süni intellekt vasitəsilə animasiya filmi, ssenari yazılışı, mobil tətbiq və innovativ xidmətlər istiqamətləri üzrə layihələr hazırlaya biləcəklər.
İnkubasiya proqramı
Seçilmiş komandalar mentorluq, ixtisaslaşmış təlimlər, ofis dəstəyi və film sənayesi nümayəndələri ilə əməkdaşlıq imkanları əldə edəcəklər. Hazırlanan layihələr proqramın sonunda baş tutacaq Təqdimat günü tədbirində nümayiş etdiriləcəklər.
Proqrama mədəniyyət, incəsənət, dizayn, kino, texnologiya və yaradıcı sənaye sahələri üzrə təhsil alan və fəaliyyət göstərən gənclərin cəlb olunması nəzərdə tutulur.
AzVision.az bu barədə Rusiya mətbuatına istinadən xəbır verir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, həmin gecə Rusiya Silahlı Qüvvələri uzaqmənzilli yüksək dəqiqlikli silahlar və zərbə tipli pilotsuz uçuş aparatları ilə Ukraynanın hərbisənaye müəssisələrinə, yanacaqenergetika kompleksinin obyektlərinə və hərbi aerodrom infrastrukturuna kütləvi zərbələr endirib.
Hücumlar zamanı Kiyev və ətrafında, həmçinin Dnepropetrovsk, Poltava, Çerkası və Çerniqov vilayətlərində partlayışların baş verdiyi bildirilir.
Yuri Knutovun sözlərinə görə, Polşa ilə Ukrayna arasında yaşanan siyasi gərginliyə baxmayaraq, Varşava Kiyevə qapalı kanallar vasitəsilə yararlılıq müddəti bitmiş raketlər ötürüb. Ekspert iddia edir ki, bu raketlər hədəfə yönəldikdən sonra trayektoriyasını dəyişərək yerə düşüb, bəzi hallarda yaşayış məntəqələrində dağıntılara səbəb olub.
Onun sözlərinə görə, Patriot PAC2 raketlərinin döyüş başlığının çəkisi təxminən 90 kiloqramdır və bərk yanacaqlı mühərriklə təchiz olunduğundan partlayışlar güclü dağıdıcı təsir göstərir.
Knutov qeyd edib ki, texniki cəhətdən saz vəziyyətdə olan raketlər hədəfi vura bilmədikdə şaquli istiqamətdə yüksəlməli, yanacaq tam tükəndikdən sonra döyüş başlığı havada partladılmalı və yalnız qalıqları yerə düşməlidir. Onun fikrincə, bu halda dağıntıların miqyası xeyli az olardı.
Peyk görüntülərinə görə, kompleksdə aktivlik olduqca aşağıdır. Yeraltı zənginləşdirmə salonlarına giriş nöqtələri təmir edilməyib. İşçi heyətin giriş qapıları tamamilə dağıdılmış, nəqliyyat vasitələrinin girişləri isə ağır zədələnmiş halda qalmaqdadır. Əsas və ehtiyat enerji sistemləri ilə yanaşı, havalandırma (HVAC) sistemləri də sıradan çıxmış vəziyyətdədir.
Külüngqazan dağı
Natanz kompleksinin cənubunda yerləşən Külüngqazan dağı yeraltı obyektində nəqliyyat vasitələrinin hərəkəti müşahidə olunub. Qərb tunelinin girişinə aparan yollardakı bu aktivlik tunelin daxilində tikintinin və giriş hissəsinin möhkəmləndirilməsi işlərinin davam etdiyini göstərir.
Hallbuki ABŞ ilə İran arasında imzalanmış Anlaşma Memorandumuna (MOU) əsasən, Tehran mövcud statuskvonu qorumalıdır. Bu qayda Külüngqazan dağı da daxil olmaqla, hər hansı nüvə obyekti tərəfində tikinti işlərinin aparılmasını qadağan edir.
Şərq tunel portallarının qarşısı torpaq qalaqları ilə qismən örtülü qalıb. Bu addımın quru nəqliyyatının əraziyə sürətli girişçıxışının qarşısını almaq məqsədilə atıldığı ehtimal edilir.
Fordo
İran mayın 10dan 18dək tunel girişlərinə aparan yollarda torpaq və qayalardan ibarət təpəciklər yerləşdirərək passiv müdafiə tədbirlərini gücləndirib. Bu da obyektin tamamilə bağlanmasını deyil, avtomobillərin sürətli girişçıxışını əngəlləmək məqsədi daşıyır.
İyunun 21nə olan peyk görüntüləri bu maneələrin və tunellərdəki torpaq qalaqlarının toxunulmaz qaldığını göstərir.
İsfahan
2026cı il iyunun 29na olan məlumata görə, İsfahandakı obyektdə heç bir hərəkətlilik qeydə alınmayıb. Tunelin girişləri torpaq qalaqları ilə qapalı vəziyyətdə qalmaqdadır.
Rahat ödəniş imkanları: Alfa Plan istifadəçiləri nömrəyə ayrılan kredit limitindən faydalanaraq mobil xidmətlərdən fasiləsiz yararlanmaq, ödənişlərini 45 günədək həyata keçirmək imkanı əldə edir.
Azərbaycanda ilk dəfə uzunmüddətli abunə modeli: Yeni tariflərin daha bir üstünlüyü uzunmüddətli abunə modelinin tətbiqidir. Yerli telekommunikasiya bazarında ilk dəfə olaraq təqdim edilən bu model çərçivəsində istifadəçilər tarif paketlərinə 1 illik müqavilə ilə qoşulduqda aylıq abunə haqqına 10%, 2 illik müqavilədə isə 20%dək endirim əldə edə bilərlər.
Əlavə üstünlüklər: Seçdikləri tarifdən asılı olaraq istifadəçilər SIM kartın ödənişsiz dəyişdirilməsi, müraciətlərinin prioritet qaydada icrası və Azercell müştəri xidmətləri mərkəzlərində Sürətli xidmət kimi əlavə üstünlüklərdən də yararlana bilərlər.
Azercellin Yeni Alfa Plan tarifləri ilə ən üstün mobil rabitə təcrübəsindən faydalanın!
Əlavə məlumat üçün: Alfa Plan tarifi | Azercell
Ən böyük dağıntı isə Kiyevin Podol rayonunda yerləşən doqquzmərtəbəli binada baş verib.
Qeyd edək ki, hava hücumu zamanı Kiyevdə 11 nəfər həlak olub, 46 sakin isə xəsarət alıb. Kiyev şəhərinin meri Vitali Kliçko iyulun 7də Kiyevdə matəm elan edildiyini açıqlayıb. Hazırda da dağıntılar altında insanların qaldığı güman olunur.
Rusiya ordusunun şəhərə hava hücumu zamanı, ümumilikdə, 68 müxtəlif tipli raket və 351 drondan istifadə etdiyi bildirilir. Əsas hədəf Kiyev şəhəri olub.
Qafqaz və Mərkəzi Asiya IB Dünya Məktəbləri Assosiasiyasının (CCAAIBWS) təşəbbüsü ilə təşkil olunan sammit təhsil sahəsinin nümayəndələrini, məktəb rəhbərlərini, tələbələri, texnologiya mütəxəssislərini və innovasiya ekosisteminin iştirakçılarını bir araya gətirib. Tədbirin əsas məqsədi təhsil sahəsində süni intellektin yaratdığı imkanları müzakirə etmək, innovativ yanaşmaları təşviq etmək və təhsil ilə texnologiya arasında əməkdaşlığı gücləndirmək olub.
Sammit çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə çıxışlar, panel müzakirələri və interaktiv sessiyalar təşkil olunub. Tədbir iştirakçıları süni intellektin təhsildə praktik tətbiqləri, rəqəmsal transformasiya prosesləri və gələcəyin əmək bazarında tələb olunacaq bacarıqlar barədə fikir mübadiləsi aparıblar.
Bakcell innovasiya və süni intellekt sahəsində həyata keçirilən təşəbbüslərə dəstək verməklə Azərbaycanın rəqəmsal gələcəyinin formalaşdırılmasına, yeni nəsil texnologiya biliklərinin və bacarıqlarının inkişafına töhfə verməyə davam edir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyrineft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Groupa daxildir.
Ümumilikdə 400ə qədər şəhid övladını və 7 həftəni əhatə edəcək layihə çərçivəsində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları ilə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.
Lankaran Springs Wellness Resort Hotelində baş tutacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcəkdir.
Düşərgələrdə şəhidlərimizin 1011, 1213 yaş kateqoriyasında olan övladlarının iştirakı nəzərdə tutulub.
Açılış mərasimində YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıblar.
İlk gün düşərgə iştirakçısı Elçin Ömərovun doğum günü də qeyd olunub.
Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər keçiriləcək.
Tərəfdaşlar: TABİA Group və Lankaran Springs Wellness Resort Hotel
Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm ASC
Dəstəkçilər: Happy day cake, Cırtdan Entertainment MMC, Asterias Təlim və İnkişaf Mərkəzi, Circus Sea Breeze, Badamlı Mineral Suları.
Nazirliyin məlumatına görə, neytrallaşdırılan qruplar Amerika və İsrail xüsusi xidmətlərinin nəzarəti altında fəaliyyət göstərirmiş.
Həmçinin ölkənin qərbində yerləşən İlam vilayətində İsrail kəşfiyyatının göstərişi ilə müdafiə, məhkəmə, bank və telekommunikasiya idarələrinin məlumat bazalarını ələ keçirməyə çalışan bir nəfərin həbs edildiyi bildirilir. Onun qərargahında Starlink peyk rabitə terminalları və partlayıc qurğular üçün fitillər aşkar olunub.
Ölkənin cənubşərqində yerləşən Sistan və Bəlucistan vilayətində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qüvvələri daha 4 nəfəri həbs edib. Onlardan Kalaşnikov avtomatları və sursatlar götürülüb. Onlar təxribatlar hazırlamaqda və ölkənin ali hərbi komandirləri barədə məlumat toplamaqda ittiham edilirlər.
Paytaxt Tehranda isə düşmənin küçə döyüş şəbəkəsinin 126 əsas üzvü həbs olunub. Onların çoxunun əvvəllər də iğtişaşlarda iştirak etdikləri bildirilir. Şübhəlilərin evlərində aparılan axtarış zamanı 500dən çox atıcı və soyuq silah, həmçinin böyük miqdarda narkotik maddə və spirtli içkilər götürülüb.
İranın təhlükəsizlik orqanları əməliyyatların davam etdiyini vurğulayıb.
Pekin ikili oyun oynayır: İrana kömək etməklə yanaşı, paralel olaraq izləyir də. Çinlilər rəsmi Tehrana inanmır və onun müharibə itkilərilə bağlı məlumatları ciddi şəkildə təhrif etdiyini düşünürlər.
Moskva Yaxın Şərq İnstitutunun araşdırmasında deyilir ki, Yaxın Şərq istiqamətində Çin və Rusiya kəşfiyyatlarının arasında informasiyaya çıxış və agentura mövqeləri uğrunda gərgin rəqabət gedir. Bəzən məsələ kifayət qədər ciddiləşir. Məsələn, 2026cı ilin mart ayında Rusiyanın Tehrandakı mənbələri İranın İsrail ərazisinə zərbə vuracağı haqda məlumat əldə etsələr də, Çinə ötürməyiblər. Nəticədə Moskva ilə Pekinin arasında hətta diplomatik gərginlik yaranıb.
İranda ənənəvi olaraq Rusiya kəşfiyyatı güclü olub. Moskva İranın ordu rəhbərliyinin bəzi vacib addımları onunla məsləhətləşməsini istəyir və Çinin birbaşa İran hərbçilərilə işləməsinə qısqanc yanaşır. Çin isə cavabında Rusiyadan asılı olmamaq üçün YAOGAN peykini və hakerlər ordusunu İranda kəşfiyyat fəaliyyətinə yönəldib.
Pekinin məqsədləri daha çox iqtisadi maraqlardan doğur. Çin 60 milyard dollarlıq neft idxal etdiyi regionun taleyinin onsuz həll edilməsinə razılaşa bilməz. Belə vəziyyətdə qeyrimüəyyənliyin davam etməsi Səma İmperiyasına daha çox sərf edir. Çünki böhranın uzanması Pekinə İraqda, Birləşmiş Ərəb Əmirliklərində möhkəmlənməyə, Amerikanı oradan sıxışdırmağa imkan verir.
Məsələ ondadır ki Amerika slenqində to 86 ifadəsi çox vaxt nədənsə canını qurtarmaq, başından etmək mənasında işlədilir. Donald Tramp isə ABŞnin 47ci prezidentidir. Buna görə də 86 47 rəqəmi prezidentə təhdid kimi yozulur.
İkinci dünya müharibəsi memorialının yaxınlığındakı çəmənlikdəki rəqəmlər yaxından baxanda otun tapdalanmağı kimi görünsə də, yuxarı qalxdıqca aydın sezilir.
Bu məsələ ilk dəfə ötən ilin mayında qalxmışdı. FBIın keçmiş direktoru, Trampım 2017ci ildə vəzifədən azad etdiyi Ceyms Kominin Instagram sosial şəbəkəsindəki hesabında balıqqulağılardan düzəldilmiş 86 47 rəqəmlərinin şəklini paylaşması böyük hayküyə səbəb olmuşdu. Bundan sonra şəkli pozub üzr istəmisən baxmayaraq, Komiyə qarşı prezidenti təhdid etmək maddəsi ilə cinayət işi açılmışdı. Milli Kəşfiyyat Xidmətinin ovaxtkı rəhbəri Tulsi Qabbard bəyan etmildi ki, Kominin 86 47 rəqəmlərinin verdiyi mənanı bilməməsi mümkün deyil.
Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944cü ildə Qərbi Azərbaycanın Mehri rayonunun Maralzəmi kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsindən məzun olduqdan sonra geniş ədəbi və publisistik yaradıcılığa başlayıb. Hidayət Orucov 1968ci ildən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışıb. Eyni zamanda Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbəri olan ədib İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIXXX əsrlər ədəbiyyatımızı tədris edib.
Hidayət Orucov 19841986cı illərdə Bakıda Gənclik nəşriyyatının baş redaktor müavini və baş redaktoru (19861992) vəzifələrində işləyib. Bu illərdə Gənclik nəşriyyatında 50 cildlik Dünya uşaq ədəbiyyatı kitabxanası seriyası işıq üzü görüb. Bundan əlavə, 15 cildlik Azərbaycan folkloru, 25 cildlik Macəra və fantastika, 17 cildlik SSRİ xalqları ədəbiyyatı və digər mühüm seriyaların nəşrinə başlanılıb.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Hidayət Orucovun fəaliyyətində yeni səhifə açılıb. O, 19921993cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, 19932005ci illərdə isə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində işləyib. 2005–2006cı illərdə Azərbaycan Respublikası milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri vəzifəsində çalışıb. 20062012ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib.
Diplomat kimi də fəaliyyət göstərən Hidayət Orucov 20122021ci illərdə Azərbaycan Respublikasının Qırğızıstanda səfiri işləyib.
Yazıçının poeziya, nəsr, publisistika, tərcümə və s. ibarət 60dan çox kitabı nəşr olunub. Müəllifin Heydər Əliyev və Azərbaycanda milli siyasət monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb və qırğız dillərində də nəşr olunub. O, bir sıra xalqların ədəbiyyatından dilimizə tərcümələr edib. Pyesləri ölkəmizdə və xaricdə tamaşaya qoyulub.
Yaradıcılığı və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən yazıçı Əməkdar incəsənət xadimi fəxri adına, Şöhrət, 2ci dərəcəli Vətənə xidmətə görə ordenlərinə və
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb. Ədib eyni zamanda bir sıra ölkələrin mükafatları ilə təltif olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi görkəmli yazıçıdramatur Hidayət Orucovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.
C qrupunda Şotlandiya millisi Haitini 1:0 hesabı ilə məğlub edərək mundiala qələbə ilə başlayıb.
D qrupunda yer alan Türkiyə yığması isə Avstraliya seçməsi ilə qarşılaşıb. Görüş ayulduzluların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella açıqlamasında komandanın hücumda istədiyi nəticəni ala bilmədiyini bildirib: Bu gün hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı.
Qeyd edək ki, bu qrupun ilk oyununda ABŞ millisi Paraqvaya 4:1 hesabı ilə qalib gəlmişdi.
Qlobal neft qiymətlərindəki kəskin dəyişkənlik bu il bazarda likvidliyin rekord sürətlə azalmasına səbəb olub. İnvestorlar ABŞ Prezidenti Donald Trampın İranla müharibə ilə bağlı gündəlik sosial media paylaşımlarının girovuna çevrilmiş aktivə vəsait yatırmaqdan getdikcə daha çox çəkinirlər.
Maliyyə bazarlarında likvidlik aktivlərin bazar qiymətində kəskin dəyişiklik yaratmadan alqısatqı imkanını göstərir. Sadə desək, likvidlik yüksəkdirsə, bazarda çoxlu alıcı və satıcı var istənilən vaxt alqısatqı aparmaq mümkündür qiymətlər kəskin dəyişmir.
Likvidlik aşağıdırsa, alıcı və ya satıcı tapmaq çətinləşir kiçik həcmli əməliyyatlar belə qiymətə ciddi təsir göstərə bilər qiymətlər daha kəskin dəyişir.
LSEGin məlumatına görə, hazırda investorların əlində olan Brent fyuçersləri üzrə aktiv müqavilələrin həcmi bu il təxminən 17 % azalıb.
Treyderlərin sözlərinə görə, Trampın Tehrana qarşı təhdid ritorikasını sərtləşdirib, bir neçə saat sonra isə sülh sazişinin yaxın olduğunu bəyan etməsi, eləcə də neft bazarının real fundamental göstəricilərini izləməyin çətinləşməsi investorlarda ciddi yorğunluq yaradıb.
Məsələnin həssaslığı səbəbindən adının açıqlanmasını istəməyən iri ticarət şirkətlərindən birinin rəhbər əməkdaşı bildirib:
İnsanlar bu xaosdan yorulublar. Hamı bunun başa çatmasını istəyir. Mesajların hər saat dəyişdiyi bir şəraitdə ardıcıl maliyyə itkiləri ilə üzləşmədən fyuçers bazarında ticarət aparmaq mümkün deyil.
Cümə günü neft qiymətləri təxminən 3 % ucuzlaşaraq son iki ayın ən aşağı səviyyəsinə düşüb .
Avqust Brent fyuçers müqaviləsi üzrə aktiv göstəriciləri həcmi ayın əvvəlində 534 227 lot təşkil edib ki, bu da ötən ilin iyulundan bəri ən aşağı göstəricidir. Aktiv müqavilələrin həcmi adətən ayın əvvəlində zirvəyə çatır, müqavilənin yekunlaşma tarixi yaxınlaşdıqca azalır və daha sonra növbəti müqavilə ayına keçir.
Likvidlik zəiflədikdə alıcılar və satıcılar əməliyyata hazır qarşı tərəflərin çatışmazlığı səbəbindən normal şəraitdə razılaşacaqları qiymətlərdən daha yüksək və ya daha aşağı qiymətləri qəbul etməyə məcbur qalırlar. Bu isə qiymət dəyişkənliyini artırır. Nəticədə həm mümkün gəlirlər, həm də zərər riski yüksəlir.
Goldman Sachs əmtəə bazarları bölməsinin keçmiş rəhbəri Cefri Kari bildirib ki, son həftələrdə neft qiymətlərinin əhəmiyyətli şəkildə yenidən bir barel üçün 100 ABŞ dollarından yuxarı qalxmamasının əsas səbəbi bazarda təklif bolluğu deyil . Onun sözlərinə görə, Hörmüz boğazının demək olar ki, bağlanması qlobal neft təklifini ciddi şəkildə məhdudlaşdırsa da, əsas amil investor kapitalının bazardan çıxmasıdır.
Bir sözlə, siyasi qeyrimüəyyənlik nefti investorlar üçün həddindən artıq riskli və dəyişkən aktivə çevirib.
Bu barədə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli məlumat verib.
Bildirilib ki, region üzrə fəaliyyət göstərən orta məktəblərdə təhsil alan məzunlar üçün Son zəng tədbirləri təşkil olunub. Məzunlar məktəb illərində qazandıqları bilik və bacarıqlarla yeni həyat mərhələsinə qədəm qoyurlar.
Sənan Məsimli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 18 ümumtəhsil məktəbində də bu il məzun sevinci yaşanıb. Həmin məktəbləri 128 şagird bitirib.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri məzunları təbrik edərək onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb, Azərbaycanın inkişafına töhfə verən layiqli vətəndaşlar kimi yetişəcəklərinə inamını ifadə edib.
Turnirin keçirilməsində əsas məqsəd ölkədə şahmat idman növünün inkişafına dəstək vermək, hüquq ictimaiyyətinin nümayəndələri arasında intellektual yarış mühitini təşviq etmək, habelə hüquqşünasların bu sahədə bacarıqlarının nümayiş etdirilməsi üçün əlverişli şərait yaratmaq olub.
Hüquq ictimaiyyəti arasında ilk dəfə təşkil olunan yarışda Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə yanaşı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Hakimləri İttifaqını təmsil edən komandalar mübarizə aparıblar. Hər qurum yarışda 7 nəfərdən ibarət 1 komanda ilə təmsil olunub.
Açılış mərasimində çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb və qarşıdan gələn Milli Qurtuluş Günü münasibəti ilə hər kəsi təbrik edib.
Turnirin əhəmiyyətinə toxunan sədr bildirib ki, bu cür yarışlar hüquq sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə, sağlam rəqabət mühitinin formalaşdırılmasına və peşəkar həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir.
Anar Bağırov Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində və müasir dövlətçilik tarixində müstəsna yer tutduğunu vurğulayaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyinin qorunmasında, ictimaisiyasi sabitliyin bərqərar olunmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində həlledici rol oynayıb.
Sədr vurğulayıb ki, dahi liderin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoyub, milli maraqlara əsaslanan güclü dövlətçilik modeli formalaşdırılıb və hüquqi dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilib. Diqqətə çatdırılıb ki, həyata keçirilən ardıcıl islahatlar ölkənin hüquq sisteminin təkmilləşdirilməsi, qanunun aliliyinin təmin olunması və vəkillik institutlarının inkişafı üçün əlverişli zəmin yaradıb.
Eyni zamanda Anar Bağırov son illər Vəkillər Kollegiyasında idman və intellektual oyunların təşviqinə xüsusi önəm verildiyini, bu istiqamətdə müxtəlif yarış və turnirlərin mütəmadi olaraq təşkil edildiyini deyib. Nəzərə çatdırılıb ki, 2019cu ildən etibarən Kollegiyanın təşəbbüsü ilə şahmat üzrə ölkədaxili və beynəlxalq səviyyədə beşdən artıq turnir təşkil olunub və bu yarışlarda uğurlu nəticələr əldə edilib. Sədr belə təşəbbüslərin hüquq sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyini vurğulayaraq, gələcəkdə də oxşar yarışların davamlı şəkildə keçirilməsinə ümid etdiyini söyləyib.
Həmçinin sədr bu təşəbbüsə dəstək verən və turnirdə iştirak edən qurumların rəhbərlərinə təşəkkürünü bildirib. Anar Bağırov yarışın yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan Şahmat Federasiyasına, eləcə də tədbirin baş sponsoru olan BOA Agency şirkətinə minnətdarlığını ifadə edib.
Azərbaycan Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov çıxış edərək turnirin əhəmiyyətini yüksək qiymətləndirib. O bildirib ki, bu cür yarışlar idmanın və sağlam həyat tərzinin təşviqinə, şahmatın daha geniş kütlələr arasında təbliğinə xidmət etməklə yanaşı, hüquq sahəsində fəaliyyət göstərən qurumlar arasında dostluq münasibətlərinin, qarşılıqlı anlaşmanın və peşəkar əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
Ələddin Cəfərov turnirin təşkilinə görə təşəkkürünü bildirərək, bu təşəbbüsün gələcəkdə də davam etdirilməsinin hüquq ictimaiyyəti nümayəndələri arasında həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Kollegiyanın sədr müavini, İdmançı Vəkillər Fondunun İdarə Heyətinin sədri Pərviz Ələkbərov çıxışında isə bu cür yarışların hüquq ictimaiyyəti nümayəndələri arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam rəqabət mühitinin təşviqi və idmana marağın artırılması baxımından mühüm əhəmiyyət daşıdığını deyib.
Sədr müavini təşkil olunan turnirin gələcəkdə də davam etdiriləcəyinə və artıq gözəl bir ənənəyə çevriləcəyinə əminliyini ifadə edib.
BOA Agency ASCnin direktoru Samir Mustafayev çıxış edərək turnir iştirakçılarına uğurlar diləyib, intellektual və idman yönümlü layihələrin dəstəklənməsinin cəmiyyət üçün faydalı olduğunu deyib. O, gələcəkdə də bu kimi yarışların və sosial əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduqlarını bildirib.
FİDE arbitri Cavanşir Bağırov isə çıxışında turnirin keçirilmə qaydaları barədə iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, yarış dairəvi sistemi üzrə 2 dövrədən ibarətdir. Arbitrin sözlərinə görə, bu format komandaların öz güclərini daha obyektiv şəkildə nümayiş etdirməsinə və yarışın yüksək rəqabət şəraitində keçməsinə imkan yaradır.
Sonra Kollegiya sədri Anar Bağırov şahmat taxtası üzərində ilk gediş gedərək oyunu açıq elan edib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın qalibi ədliyyə orqanlarının əməkdaşlarından ibarət komanda olub. İkinci yerin sahibi vəkillər və üçüncü pillədə isə hakimlər qərarlaşıb.
Sonda turnirin qaliblərinə Baku Book Center kitab mağazasından hədiyyə kartları, kubok və diplomlar təqdim edib.
Qeyd edək ki, Hüquq Liqası 2026 şahmat turnirinin keçirilməsinə təşkilatı dəstəyi Azərbaycan Şahmat Federasiyası tərəfindən göstərilib. Yarışın baş sponsoru isə BOA Agency ASCdir.
Məlumat bildirilir ki, havanın isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir.
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Belə ki, aşağıda qeyd olunan hallar qadağandır:
çimərlik kimi nəzərdə tutulmamış yerlərdə, o cümlədən kanal və çaylarda çimmək
çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək
küləkli havada dənizə girmək
çimərlikdə gecələmək
sərxoş halda çimərlikdə olmaq
suda kobud hərəkətlər etmək
xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Yadda saxlayın:
çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Bu barədə Azərbaycan Hava Yolları QSCnin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Hava Yollarının (AZAL) J2285 və J2291 nömrəli BakıNaxçıvan reyslərini icra edən təyyarələr bölgədə ildırımlı hava şəraiti və dolu yağışı səbəbindən Bakıya geri qayıtmışdı.
Tanışlıq səfərinin məqsədi iştirakçıları Azərbaycanın turizm potensialı, əsas turizm məhsulları və qonaqpərvərlik imkanları ilə yaxından tanış etmək olub. Səfər zamanı iştirakçılar Bakı, Şabran, Quba və Qusar rayonlarını ziyarət edərək ölkənin zəngin mədəni irsi, təbii turizm resursları və istirahət imkanları barədə məlumat əldə ediblər.
Proqram çərçivəsində iyunun 12də B2B formatında şəbəkələşmə tədbiri təşkil olunub. Tədbirdə Pakistanı təmsil edən turizm şirkətlərinin nümayəndələri ilə Azərbaycanın turizm sənayesinin 50yə yaxın şirkəti arasında görüşlər keçirilib.
Qeyd edək ki, 2025ci il ərzində Pakistandan Azərbaycana səfər edənlərin sayı əvvəlki illə müqayisədə 13 faiz artaraq 91 043 nəfər təşkil edib. Hazırda Azərbaycan Hava Yolları QSC (AZAL) tərəfindən Bakı ilə Lahor və İslamabad şəhərləri arasında, eləcə də Pakistan International Airlines (PIA) və Airblue aviaşirkətləri tərəfindən LahorBakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirilir.
İyunun 11də Almaniya Federal Parlamentinin tarixi Reyxstaq binasında 30cu Beynəlxalq Berlin Toplantısının rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Almaniya Bundestaqının vitseprezidenti Bodo Ramelov, müxtəlif siyasi fraksiyaların təmsilçiləri, xarici qonaqlar və akademik dairələrin nümayəndələri çıxış ediblər.
Toplantıda müasir dövrdə qlobal çağırışların həllində əməkdaşlığın əhəmiyyəti, dinlərarası və mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təşviqi, sosial həmrəyliyin gücləndirilməsi, beynəlxalq təhlükəsizlik, davamlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Beynəlxalq Berlin Toplantısı qlobal əhəmiyyətli siyasi, sosial və humanitar məsələlərin müzakirəsi üçün nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur. Yubiley toplantısında dünyanın 50dən çox ölkəsindən parlament üzvləri, hökumət nümayəndələri, diplomatlar, alimlər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, eləcə də müxtəlif din və konfessiyaların rəhbərləri iştirak edirlər.
Tədbirin məqsədi siyasi, dini və ideoloji baxışlarından asılı olmayaraq qlobal liderlər arasında açıq və konstruktiv dialoqu təşviq etmək, beynəlxalq əməkdaşlığın inkişafına və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verməkdir.
Toplantı iyunun 12də panel müzakirələri ilə işini davam etdirir. Din və etiqad azadlığı sahəsində artan qlobal çağırışlar mövzusuna həsr olunmuş panel iclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxış edib.
Bu məqsədlə TƏBİBin müvafiq struktur bölmələrinin nümayəndələrindən ibarət müştərək komissiyalar tərəfindən tabeli tibb müəssisələrində fəaliyyətin müxtəlif istiqamətləri üzrə planlı və növbədənkənar monitorinqlər həyata keçirilir.
Monitorinqlərin məqsədi göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, mövcud risklərin müəyyən edilməsi, qanunvericiliyin tələblərinə riayət olunması, həmçinin vahid tibbi standartların tətbiqinin təmin edilməsidir. Həmçinin tibb müəssisələrində tibbi sənədləşmənin düzgün aparılması, klinik protokol və standartlara əməl olunması, müayinə və müalicə proseslərinin qiymətləndirilməsi, işçi heyətinin ştat cədvəlinə uyğunluğunun yoxlanılması, o cümlədən əmək müqavilələri və kadr sənədlərinin təhlili, işçilərin peşə hazırlığı, sertifikasiya və təlim proseslərinin monitorinqi, kadr ehtiyaclarının və işçi yükünün təhlili istiqamətində tədbirlər görülür.
Tibb müəssisələrində xidmət keyfiyyətinin artırılması, vətəndaş müraciətlərinə operativ baxılmasının təmin edilməsi, sahələr üzrə aşkarlanmış nöqsanların qısa zamanda aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, 2026cı ilin aprel ayından etibarən Sabunçu Tibb Mərkəzi, Qusar Rayon Mərkəzi Xəstəxanası, Xəzər Tibb Mərkəzi, Akademik Mirməmməd Cavadzadə Adına Respublika Kliniki Uroloji Xəstəxanası, Ə.D.Məlikov Adına Binəqədi Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Şamaxı Rayon Mərkəzi Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, 11 nömrəli Şəhər Poliklinikası, Yazıçılar Birliyi Poliklinikası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Ağdam Rayon Mərkəzi Xəstəxanası, İmişli Rayon Mərkəzi Xəstəxanası, İnnovasiya və Təchizat Mərkəzi, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası, Hövsan Tibb Mərkəzi, 9 saylı Şəhər Poliklinikasında aparılmış yoxlama və araşdırmalar nəticəsində 9 əməkdaşın əmək müqaviləsinə xitam verilib, 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, 5 araşdırmanın nəticəsi üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi və müvafiq tədbirlərin görülməsi üçün hüquqmühafizə orqanlarına göndərilib.
Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanası, Nizami Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında bu istiqamətdə tədbirlər həyata keçirilir. Prosesin ölkə üzrə digər tabeli tibb müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.
Həyata keçirilən tədbirlər tibb müəssisələrində xidmət keyfiyyətinin artırılmasına, fəaliyyətin daha səmərəli təşkilinə və mövcud çatışmazlıqların vaxtında aradan qaldırılmasına xidmət edir.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
DSXnin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 13 kiloqram 956 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyatistintaq tədbirləri davam etdirilir.
Şirkət dünya klassik musiqisinin seçilmiş nümunələrini bir araya gətirən Signature Gala Night tədbirinə tərəfdaşlıq edib.
Tədbirdə ispan səhnəsinin tanınmış ifaçısı Angeles Toledano, məşhur The Magic of Sanremo layihəsinin iştirakçıları, virtuoz gitaraçı Benito Bernal, Azərbaycanın xalq artisti Samir Cəfərov, əməkdar artist Ramil Qasımov və digər tanınmış musiqiçilər səhnə alıblar. Musiqi proqramı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Böyük Akademik Orkestrinin müşayiəti ilə təqdim olunub. Konsertə teatrın baş dirijoru, əməkdar incəsənət xadimi Əyyub Quliyev rəhbərlik edib.
Bakcellin tədbirə verdiyi dəstək şirkətin mədəni irsin qorunması, incəsənətin təşviqi və cəmiyyət üçün dəyər yaradan təşəbbüslərin inkişafına yönəlmiş fəaliyyətinin tərkib hissəsidir. Şirkət ölkədə mədəniyyət və incəsənətin inkişafına töhfə verən layihələri dəstəkləməyə davam edir.
Qeyd edək ki, Signature Gala Night yerli və beynəlxalq sənətçilərin iştirakı ilə klassik musiqi ənənələrini bir araya gətirən xüsusi mədəniyyət layihəsidir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyrineft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Groupa daxildir.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təhsil müəssisələrində və kütləvi tədbirlərin keçirildiyi məkanlarda Son zəng və Məzun günü tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq avtomobil yollarında hərəkətin intensivliyinin və nizamsız parklama ehtimalının artacağı gözlənilir. Belə vəziyyətdə nəzərə almaq lazımdır ki, yollarda hadisə yerinə tələsən xüsusi təyinatlı texnikalara, o cümlədən yanğınsöndürmə və xilasetmə avtomobillərinə yol verilməməsi, habelə nizamsız parklama baş verən yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün həmin nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına çətinlik törədir.
Həmçinin tikililərin giriş və həyətyanı ərazilərində, eləcə də avtomobil yollarının hərəkət hissəsində, yanğına qarşı su təchizatı sistemlərinə gedən yollarda və onların bilavasitə yaxınlığında avtomobillərin park edilməsi, habelə parklama ərazilərindəki nizamsızlıq və pərakəndəlik fövqəladə hadisə zamanı texnikaların operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə mane olur, yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə müraciət edərək onları müvafiq qaydalara riayət etməyə çağırır.
Belə ki, avtonəqliyyat vasitələrinin sürücüləri yollarda operativ nəqliyyat vasitələri olan yanğınsöndürmə və xilasetmə avtomobillərinə dərhal yol verməli, həmçinin avtomobillər yalnız təyin olunmuş yerlərdə, birbiri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
Xatırladırıq ki, avtomobil yollarında yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşımaqla yanaşı, yanğın, qəza və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik törətməklə həm də mənəvi məsuliyyət daşıyırlar.
AzVision.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Sent Lüsiya yığması ilə üzüzə gəlib. Bu, Azərbaycan millisinin 2026cı ildə ilk oyunu olub.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş yığmamızın 6:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Bu, millimizin tarixinə ən böyükhesablı qələbə kimi düşüb.
Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125ci, Sent Lüsiya isə 167ci yeri tutur.
Azərbaycan millisi martın 30da Syerra Leone yığması ilə qarşılaşacaq.
FIFA Series – 2026
Azərbaycan Sent Lüsiya 6:1
Qollar: Emin Mahmudov, 2, (1:0), Rəhim Sadıxov, 21 (2:0), Musa Qurbanlı, 37 (3:0), Filip, 52pen (3:1), Toral Bayramov, 64 (4:1), Vüsal İsgəndərli, 87 (5:1), Rüstəm Əhmədzadə, 89 (6:1)
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Martın 27si saat 20:00a olan məlumata əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, dağlıq ərazilərə Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq, Qrıza qar, ölkənin əksər bölgələrinə isə yağış yağır.
Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağan yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195 %ni təşkil edir.
AzVision.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rəsmi Tehran diplomatların ölümünü təşkil olunmuş terrorizmin nümunəsi və beynəlxalq hüququn fundamental prinsiplərinə qəsd kimi qiymətləndirir.
Qeyd edək ki, daha əvvəl İranın BMTdəki daimi nümayəndəsi Amir Saeid İravani martın 12də ABŞ və İsrailin hücumları nəticəsində 1,3 mindən çox insanın həlak olduğunu bildirmişdi.
Bu gün isə Tasnim Xəbər Agentliyi İranda hücumlar nəticəsində yaralananların sayının 22 minə çatdığını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün X sosial şəbəkə hesabında paylaşım edib.
H.Hacıyev bildirib ki, görüş çərçivəsində TDTnin Qəbələ Sammitinin yekunları müzakirə olunub, eyni zamanda Azərbaycanın sədrliyi dövründə müəyyən edilmiş prioritetlər fonunda mövcud qlobal çağırışlar şəraitində təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.
O qeyd edib ki, Prezident İlham Əliyevin TDTnin əvvəlki sammitlərində də vurğuladığı kimi, Türk dünyası gənc əhali potensialı, zəngin təbii ehtiyatları, enerji imkanları və əsas nəqliyyat dəhlizlərini əhatə edən strateji coğrafi mövqeyi ilə Avrasiya məkanında mühüm rol oynayır və TDT artıq önəmli geosiyasi mərkəzlərdən birinə çevrilib.
AzVision.az xəbər verir ki, bu barədə FHNdən bildirilib.
Daxil olan məlumatlarla əlaqədar FHNin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb edilib.
Görülmüş xilasetmə tədbirləri nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 4ü azyaşlı olmaqla ümumilikdə 9 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.
Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi (Stratcom Summit 2026) çərçivəsində baş tutan Rəqəmsal kommunikasiya ekosistemində qlobal ictimai rəyin transformasiyası adlı panel sessiyada çıxışı zamanı deyib.
Ə.İsmayılov xatırladıb ki, Medianın İnkişafı Agentliyi və bir sıra xarici ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığa dair ikitərəfli sənədlər mövcuddur. Bu sənədlər çərçivəsində milli maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, media sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur:
Bu əməkdaşlıqlar çərçivəsində Azərbaycan–Türkiyə Birgə Media Platformasını xüsusi vurğulamaq istəyirəm. İki ölkənin mediasının əlaqəli şəkildə, səmərəli fəaliyyət göstərməsini nəzərdə tutan Platforma çərçivəsində müvafiq işlər görülüb, bu prosesin qarşıdakı dövrdə daha geniş şəkildə inkişaf etdirilməsi planlaşdırılır.
İcraçı direktor qeyd edib ki, türk dünyasında çoxtərəfli əməkdaşlıq çərçivəsində prioritet istiqamətlərdən biri kimi informasiya təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət kəsb edir.
Bu sahədə əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi isə ümumi informasiya məkanının dayanıqlılığının və etibarlılığının təmin olunmasına mühüm töhfə verir, deyə o qeyd edib.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.
Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.
O, bu barədə Dərbənddə Azərbaycan Dövlət Musiqili Dram Teatrının binasının açılışında videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.
Rusiya ilə Azərbaycan arasında münasibətlər ümumi tarixi keçmişin, o cümlədən mədəni irsin möhkəm təməli üzərində inkişaf edir. Qeyd etmək lazımdır ki, Bakıda 100 ildən artıq əvvəl açılmış məşhur Rus Dram Teatrı çox uğurla fəaliyyət göstərir. Bu baxımdan, teatrın fəaliyyətinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Qeyd etmək istəyirəm ki, bu iki səhnə — Bakıda Rus Dram Teatrı və Dərbənddə Azərbaycan Dram Teatrı — mədəniyyətlərimiz arasında körpü rolunu oynayır, deyə Rusiya Prezidenti vurğulayıb.
Bu halda bütün aqressiyasını Latın Amerikası və Avropa ölkələrinə qarşı yönəldəcək və onları öz müstəmləkəsinə çevirməyə çalışacaq. Bunun üçün isə hərbisənaye kompleksinin (HSK) istehsal gücünü artırmalıdır. Bildiyimiz kimi, bu istiqamətdə Tramp tərəfindən müvafiq tapşırıqlar verilib, Pentaqon HHM raketlərinin, tomahavkların və digər sursatların illik istehsalının azı 4 dəfə artırılması üzrə kontraktlar bağlayıb. Belə böyük hərbi təchizat kontraktlarının imzalanması onu göstərir ki, ABŞ çoxsaylı kiçik və ya iri müharibələr aparmağı planlaşdırır.
Yəni ABŞ İran müharibəsində geri çəkilərsə, bu məcburi və müvəqqəti xarakter daşıyacaq – uzağı 2 il (sursat ehtiyatını təmin etdikdən) sonra o yenidən İrana qarşı hərbi əməliyyatlara başlaya bilər. Bu müddət ərzində isə ABŞ daha kiçik müharibələrlə Latın Amerikası ölkələrində çevrilişlər edə, öz vassallarını hakimiyyətə gətirə bilər. Çinin buna qarşı hansı planı var?
Məncə, Çin üçün İran müharibəsi onun ABŞı supergüclər liqasından çıxartmaq planının 2ci mərhələsidir. 1ci mərhələ Ukrayna müharibəsində başlamışdı – 4 il ərzində ABŞın bütün müttəfiqləri artilleriya qurğuları və mərmiləri, HHM sistemləri və raketləri, zirehli maşınları və şair üzrə bütün ehtiyatlarını Ukraynanın dibsiz quyusuna tökdülər. ABŞ da Ukrayna müharibəsində arsenallarının böyük qismini boşaltdı.
2ci mərhələ İran müharibəsi oldu. Çinə görə, bu mərhələdə ABŞ olanqalan sursatını sərf etməli idi. Avropanın ABŞİsrail cütlüyünə qoşulmamasının bir səbəbi də bu idi ki, onların sursatı yox idi.
Peyn İnstitutunun (Payne Institute for Public Policy at Colorado School of Mines) xüsusi monitorinq vasitəsi İran müharibədə sursat sərfini izləyir. Onun məlumatına görə, müharibənin ilk 16 günündə ABŞİsrail cütlüyü 11.294 sursat istifadə edib. Bu sursatın yeniləri ilə əvəz edilməsi üçün illər tələb olunur. ABŞ ordusunun THAAD raketləri uzağı 1 aya tükənəcək. İsrailin vəziyyəti daha da kritikdir. Arrow (HHM sistemi) raketlərinin mart ayının sonunadək tükənəcəyi gözlənilir.
Aydındır ki, ABŞ İran müharibəsini uzun müddət davam etdirə bilməz – buna, sadəcə, sursatı çatmayacaq. 3cü mərhələdə isə Çin ABŞın sursat istehsalını bloklamalıdır. Buna nail olsa, ABŞ supergüclər liqasından xaric ediləcək.
Müasir silahsursatın – patrondan tutmuş sualtı qayıqlaradək – demək olar ki, hamısında nadir torpaq elementlərindən (NTE) istifadə olunur. Pentaqonun istifadə etdiyi silahsursatın 80 mindən çox komponentinin tərkibində NTE var. Müqayisə üçün aşağıdakı hərbi texnika üçün tələb olunan NTEnin kütləsinə baxaq:
▪️ F35 qırıcı təyyarəsi – 417 kq
▪️ Arleigh Burke tipli esmines – 2,3 t
▪️ Virginia tipli atom sualtı qayığı – 4,1 t
Qlobal NTE hasilatının ~70%i, qlobal NTE emalının ~91%i Çinin nəzarətindədir. Keçən il Tramp Çinə qarşı çip müharibəsinə başlayanda Çin də cavab kimi ABŞa əvvəl 2, bir neçə ay sonra 17 NTE ixracı üzrə embarqo qoydu. ABŞ şirkətləri Çin istehsalı NTEləri başqa ölkələr vasitəsilə almağa başladılar. ABŞ daxilində NTE qiymətləri artdı.
ABŞın Tayvana Tomahavk raketləri satmasına cavab olaraq isə Çin avqustda NTE ixracının məhduslaşdırılması qaydalarını tətbiq etdi. Çin idxalçı şirkətə NTE satmazdan əvvəl onun nəyə istifadə ediləcəyi, azı 3 il əvvəlki istifadə həcmləri, şirkətin aktual istehsal gücü, alınmış sifarişləri haqda təsdiqedici sənədlərin təqdim edilməsini tələb edir, bütün bunlara baxmayaraq, idxalçının Çindən aldığı NTEni üçüncü şirkətə satması aşkar olunursa, ona NTE satışı dayandırılır. Nəticədə 3cü ölkələrdən NTE idxalı mümkünsüz olduğuna görə ABŞda NTE qiymətləri azı 5 dəfə, bəzi elementlər üzrə 20 dəfədən də çox artdı. Bu da hərbi məhsullarının həm qiymətinin artmasına, həm də istehsal müddətinin uzanmasına səbəb oldu. NTEdən kritik asılı olan avtomobil şirkətləri dayanmaq həddində çatdı.
NTE ehtiyatı tükənən şirkətlərin təzyiqi altında Tramp tələsik bir bəhanə tapıb, 30 avqustda Si ilə C.Koreyada görüşməyə məcbur oldu. Həmin görüşdə ABŞÇin ticarət müharibəsində müvəqqəti (1 illik) yumşalma barədə razılaşma əldə olundu. Lakin Tramp Çinin ABŞ şirkətlərinə tətbiq etdiyi NTE embarqosunu tam ləğv etdirə bilmədi. Çin mülki şirkətlərə NTE embarqosunu ləğv etsə də HSKya qarşı NTE embarqosunu saxladı. İxrac məhdudiyyətləri qüvvədə olduğundan ABŞın mülki şirkətləri idxal etdikləri NTEni HSK şirkətlərinə sata bilmirlər.
South China Morning Post qəzetinin 4 mart tarixli məlumatına görə, ABŞ HSKsının cəmi 2 aylıq NTE ehtiyatı qalıb. Bu ehtiyat indiki istehsal həcminə görə hesablanıb. Əgər Pentaqonun sifarişinə əsasən istehsal 4 dəfə artırılarsa, ehtiyatlar heç 1 aya da çatmaya bilər.
Trampın planına görə, o, İranı işğal etdikdən sonra Pekinə səfər etməli (31 mart 2 aprel), Si ilə qalib kimi görüşməli və NTE problemini öz xeyrinə həll etməli idi. Alınmadı...
İndi ABŞın HSKsinin taleyi Trampdan yox, Sidən asılıdır. ABŞ yeni gəmilərsiz, təyyarələrsiz bəlkə də 35 il güc nümayiş etdirə bilər, lakin sursatsız bu texnikalar muzey eksponatları kimi bir şeydir. Siyə qaldıqda isə... niyə onun ölkəsini 1 nömrəli düşməni elan edən ölkənin hərbi sənayesini xilas etməlidir?!
F.Oktay jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, baş verən hadisələrin İrana heç bir faydası yoxdur və məsələ ilə bağlı Azərbaycan tərəfi ilə mütəmadi müzakirələr aparılır. Onun sözlərinə görə, həm Azərbaycana, həm də Türkiyəyə qarşı belə hücumların baş verməsi qəbuledilməzdir.
Komitə sədri bildirib ki, hadisədə təxribat ehtimalı da nəzərdən keçirilir. O vurğulayıb ki, İranın bu iki ölkəyə hücum etməsinin məntiqi izahı yoxdur. Bu kontekstdə Məsud Pezeşkian da açıqlamasında hücumların İran tərəfindən həyata keçirilmədiyini bildirib.
F.Oktay əlavə edib ki, raketin İran ərazisindən atıldığı məlum olsa da, əsas məsələ əmri verən şəxsin kimliyinin müəyyən edilməsidir.
Raketin buraxılması texniki olaraq mümkün olub, lakin əsas sual həmin əmrin kim tərəfindən verildiyidir, – deyə o qeyd edib.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Açılış mərasimi videokonfrans formatında keçiriləcək. Peskovun sözlərinə görə, bu tarixi teatrın kökləri XIX əsrə gedib çıxır. Vaxtilə Dərbənddə Azərbaycan ziyalıları tərəfindən yaradılmış türk dərnəyi sonradan Azərbaycan teatrına çevrilib.
Bildirilib ki, açılış günü münasibətilə Dərbəndə Azərbaycandan da qonaqlar gələcək.
Qeyd edək ki, teatrın yenidən qurulması 2025ci ilin dekabr ayının sonunda başa çatıb. Binada 272 yerlik müasir tamaşa zalı yaradılıb, qrim otaqları, xidmət və texniki sahələr yenilənib. Teatr həmçinin müasir işıq və səs avadanlıqları ilə təchiz olunub.
IDEAdan bildiriblər ki, kampaniyaya qoşulan bir çox qurum və təşkilatlar yerli vaxtla saat 20:30dan başlayaraq binalarının fasad işıqlarını bir saatlıq söndürəcəklər.
Qeyd edək ki, bu il dünyada Yer saatının 20 illiyi qeyd olunur. Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin siyahısına 2011ci ildə qoşulub və o vaxtdan bəri kampaniya hər il IDEAnın dəstəyi ilə ölkəmizdə keçirilir.
Dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, Yer saatı milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007ci ildə Avstraliyanın Sidney şəhərində işıqların kütləvi söndürülməsi təşəbbüsü kimi başlanmış bu kampaniya dünyanın əksər ölkələrində, minlərlə şəhərlərdə qeyd edilir. Hər il mart ayının son şənbə günündə qeyd olunan Yer saatı aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları bir saatlıq söndürülür. Bununla yanaşı, milyonlarla insan fərdi olaraq da bu aksiyaya qoşulmaqla, ətraf mühitin mühafizəsi istiqamətində həmrəylik nümayiş etdirir.
İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) hər kəsi martın 28də saat 20:30da işıqları 60 dəqiqəlik söndürməklə aksiyaya qoşulmağa və planetimizə bir saat vaxt ayırmağa dəvət edir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az a bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Yarımadanın ayrıayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimalqərb küləyi gündüz cənubqərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 79° isti, gündüz 1013° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 9095 faiz olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yağıntıların şərq rayonlarında güclü olacağı, ayrıayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 510° isti, gündüz 1116° isti, dağlarda gecə 26° şaxta, gündüz 02° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16° isti, gündüz 611° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin DaşkəsənGədəbəy, Göygöldə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 04° isti, gündüz 49° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 05° isti, dağlıq ərazilərdə 3°dək şaxta, gündüz 611° isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüzdən tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 59° isti, gündüz 1318° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda arabir yağıntılı, bəzi yerlərdə intensiv xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrıayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 38° isti, gündüz 1216° isti, dağlarda gecə 25° şaxta, gündüz 02° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrıayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 510° isti, gündüz 1116° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrıayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şimalşərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 811° isti, gündüz 1116° isti, dağlarda gecə və gündüz 36° isti olacaq. AzVision.az
Ekspert Eldəniz Əmirovun fikrincə, bu nəticə İranın 24 mart tarixində BMT Təhlükəsizlik Şurasına və BMTnin Dəniz Nəqliyyatı Təşkilatına ünvanladığı məktuba daha uyğun görünür: Buna görə də mənim baza ssenarim belədir ki, martın sonu və ya aprelin ilk yarısı ərzində boğazda qismən hərəkət bərpa oluna bilər, amma bu bərpa qeyribərabər olacaq. Bəzi gəmilər keçəcək, bəziləri gözləyəcək, sığorta haqları və daşınma xərcləri yüksək qalacaq, hərbi və siyasi gərginlikdən asılı olaraq bir neçə günlük yeni fasilələr də mümkündür. Yəni açıldı xəbəri gəlsə belə, bu, normallaşdı demək olmayacaq.
Onun fikrincə, daha kəskin risk ssenarisi də var: İran qeyridüşmən gəmi formulunu daha da sərtləşdirir və keçiddə faktiki olaraq siyasi filtr tətbiq edir. Bu halda boğaz hüquqi olaraq tam bağlanmamış görünəcək, amma kommersiya baxımından yarıblokada rejimi formalaşacaq. Hazırda ən real təhlükə məhz budur. Keçid tam sıfır deyil, davamlı qeyrimüəyyənlik və bahalı keçid olacaq.
Ən aşağı ehtimallı, amma ən ağır nəticəli ssenari isə apreldə daha geniş regional eskalasiyadır. Bu halda neft bazarı sadəcə qiymət şoku yox, fiziki çatdırılma böhranına doğru gedəcək. Ekspert bunu əsas ssenari saymasa da, etiraf edir ki, bazarın qiymətində bu risk artıq hiss olunur.
Əlqərəz, yekun proqnozum budur ki, Hörmüz boğazının aqibəti tam açılma ilə tam bağlanma arasında qalacaq, amma yaxın perspektivdə onun əvvəlki kimi normal, ucuz və proqnozlaşdırılan tranzit dəhlizi kimi işləməsi çətin görünür. Daha inandırıcı ssenari odur ki, aprel boyunca boğaz qismən işləyəcək, lakin siyasi icazə, sığorta, təhlükəsizlik və hərbi risklər səbəbindən bazara tam rahatlıq verməyəcək. Başqa sözlə, boğazın aqibətini tam blokada yox, uzanan nəzarətli qeyrinormallıq kimi görürəm, Eldəniz Əmirov fikirlərini yekunlaşdırıb.
İran təhlükəsizlik qüvvələri və İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) bölmələri hamılıqla xidməti avtomobillərin qeydiyyat nömrələrini çıxarmağa başlayıblar. Küçələrdə günün istənilən vaxtında qeydiyyat nişanı olmayan maşınlarla qarşılaşmaq mümkündür.
Əvvəllər etirazçılar üzlərini gizlətmək üçün xüsusi maska istifadə edirdilərsə, indi tibbi maskalar dövlət qüvvələrinin əməkdaşları üçün anonimliyi qorumaq vasitəsinə çevrilib.
Qum–Tehran avtomobil yolunun, xüsusən də hava limanı yaxınlığında əlavə yoxlamapostları qurulub və bölgəyə hərbi nəzarət artırılıb.
Bəsic və hökumət tərəfdarı olan digər qruplara silah paylanılır. Maraqlıdır ki, silah həm də qadın üzvlərə verilir.
Ənənəvi toplanış yerləri — məscidlər — artıq hökumət tərəfdarları üçün təhlükəsiz sığınacaq hesab olunmur. Yayılan məlumatlara görə, bu obyektlər İsrail tərəfindən hədəf götürülə bilər.
Müstəqil vəkillərin internetə çıxışı məhdudlaşdırılır, əsasən dövlət strukturları ilə əlaqəli və ya hökuməti dəstəkləyən şəxslərin şəbəkəyə çıxışına icazə verilir.
Mənbələrin verdiyi məlumata görə, hökumətə dəstək aksiyalarına qatılan şəxslər (Heydər Heydər şüarı ilə) gündəlik təxminən 3 milyon tümən (təxminən 19 ABŞ dolları) alır və üç dəfə yeməklə təmin edilirlər. Hər aksiyada adətən 10–15 nəfər iştirak edir.
Qum şəhərində dini rəhbərlərə isə küçələrdə ənənəvi geyimdə görünməmək tövsiyə olunur. Müftilər mülki geyimdə gəzirlər, dövlət simvollarını (bayraqlar) tanınma nişanı kimi istifadə edirlər.
Mütəxəssislərin fikrincə, bu cür fırıldaqçılıq hallarında əsas vasitə psixoloji manipulyasiyadır. Psixoloqlar bildirirlər ki, manipulyasiya insanın zəif tərəflərinə təsir etməklə emosional tələ yaratmağa əsaslanır. Əvvəllər daha çox asan qazanc vədlərindən istifadə olunurdusa, hazırda əsasən hüquqi məsuliyyət qorxusu ön plana çəkilir. Bu isə bəzi hallarda insanların böyük məbləğlər ödəməsinə, hətta əmlaklarını satmasına səbəb olur.
Ekspert qeyd edir ki, oxşar psixoloji təsir üsullarından yalnız fırıldaqçılar deyil, bəzi dini qruplar və reklam kampaniyaları da istifadə edir. İnsanlarda qəbul olunmaq, diqqət çəkmək və ya daha yaxşı həyat arzusu kimi hisslər manipulyasiya alətinə çevrilir.
Manipulyasiyanın əsas əlamətləri
Yaltaqlıq – süni şəkildə özəl və dəyərlilik hissi aşılamaq Qorxutma – cəza və ya təhlükə ilə bağlı təzyiq göstərilməsi Günah hissi aşılamaq – edilməmiş hərəkətlərə görə məsuliyyət yüklənməsi Tələsməyə məcbur etmə – qərar vermək üçün vaxtın az olduğunu iddia etmək Saxta seçim təqdim etmək – hər iki variant manipulyatorun xeyrinə olur Məlumatın gizlədilməsi – yalnız birtərəfli informasiyanın təqdim olunması Məhdudluq effekti – indi etməsən, gec olacaq kimi iddia.
Necə qorunmalı?
Mütəxəssislər belə hallarda emosional deyil, rasional davranmağı tövsiyə edir. Əsas yanaşmalar aşağıdakılardır:
• Qərar verməyə tələsməmək və vaxt qazanmaq
• Qarşı tərəfin təzyiq etdiyini açıq şəkildə üzünə vurmaq
• Şəxsi sərhədləri qorumaq
• Səbrli olub, emosional halda qərar qəbul etməmək
• Şübhəli məlumatları müstəqil şəkildə yoxlamaq.
Qeyd edək ki, insan öz ehtiyaclarını və prioritetlərini düzgün dərk etdikdə manipulyasiyaya qarşı daha dayanıqlı olur. Əsas məsələ başqalarının təsiri altına düşmədən qərar vermək və şəxsi maraqları qorumaqdır.
Bəzən fırıldaqçılar ayrıayrı şəxslərin messencer hesablarını ələ keçirməyə çalışırlar. Bunun üçün çox vaxt müxtəlif şirnikləndirici hədiyyələr təklif edirlər. Oğurlanan hesablar vasitəsilə fişinq linkləri göndərilir, istifadəçilər saxta botlara yönləndirilir, həmçinin bank və dövlət xidmətlərinə çıxış əldə edilməyə çalışılır. Bundan əlavə, şəxsi yazışmalardan əldə edilən məlumatlar şantaj və ya maliyyə vasitələrinə giriş üçün istifadə oluna bilər.
Kibercinayətkarlara lazım olan hesabın özü deyil, onunla bağlı formalaşmış etibardır. Yəni bilinən ad, profil şəkli, yazışma tarixçəsi və kontaktlar siyahısı cinayətkarların imkanlarını xeyli genişləndirir.
Ələ keçirilmiş hesab vasitəsilə yalnız bir nəfər deyil, onun yaxın ətrafı – ailə üzvləri, həmkarları, valideynləri, bir sözlə bütün çevrəsi də hədəfə çevrilir. Bu səbəbdən fırıldaqçılar avtorizasiya kodlarını əldə etməyə və messencerlərə giriş qazanmağa çalışırlar.
Tələyə düşməyərək hesab təhlükəsizliyini qorumaq üçün iki mərhələli identifikasiyadan istifadə etmək, avtorizasiya kodlarını heç kimlə paylaşmamaq və hətta tanış hesabdan gələn mesajlara qarşı ehtiyatlı yanaşmaq tövsiyə edilir.
Yaxın Şərqdə baş verən münaqişə artıq qlobal iqtisadi artımı tormozlamağa başlayıb. Hörmüz boğazının bağlı qalması isə inflyasiya riskini artırır.
Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) son hesabatında bildirilib.
AzVision.az xəbər verir ki,Yaxın Şərqdə münaqişənin inkişaf trayektoriyası qeyrimüəyyən olaraq qalır və bu, mövcud iqtisadi proqnozlar üçün ciddi risklər yaradır. Münaqişənin uzanması və enerji qiymətlərinin 2026cı ilin ortalarınadək yüksək səviyyədə qalması qlobal iqtisadi artım perspektivlərini daha da zəiflədə bilər deyə qeyd olunub.
Təşkilat bildirir ki, 2026cı ildə ümumi daxili məhsulun (ÜDM) artımı 2,9 faiz həddində planlaşdırılır. Halbuki, 2025ci ildə artım 3,3 faiz olmuşdu. 2027ci ildə isə 3 faizlik artım gözlənilir.
Proqnozlara əsasən, ABŞ iqtisadiyyatında ÜDM artımının 2026cı ildə 2,0%, 2027ci ildə isə 1,7%ə qədər zəifləyəcəyi gözlənilir. Avrozonada artım tempinin 2026cı ildə 0,8%, 2027ci ildə isə 1,2% olacağı proqnozlaşdırılır. Çində isə iqtisadi artımın 2026cı ildə 4,4%ə, 2027ci ildə isə 4,3%ə qədər yavaşlayacağı ehtimal edilir.
Eyni zamanda, qeyd olunur ki, inflyasiya təzyiqlərinin daha uzun müddət davam edəcəyi gözlənilir. Qlobal enerji qiymətlərindəki artım fonunda 2026cı il üzrə inflyasiya göstəricilərinin əvvəlki proqnozlardan daha yüksək olacağı bildirilir. G20 ölkələrində ümumi inflyasiyanın 2026cı ildə 4,0%, 2027ci ildə isə 2,7%ə qədər azalacağı proqnozlaşdırılır.
İƏİTin ekspertləri geriləməni başlıca olaraq enerji qiymətlərinin artması ilə izah edirlər.
Əgər İran qlobal gəmiçiliyə təhdidləri dayandırsa, boğazı sabah açmaq mümkündür, – deyə Rubio jurnalistlərə açıqlamasında vurğulayıb.
Fevralın 28dən sonra ABŞ və İsrailin İran ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar regionda gərginliyi kəskin şəkildə artırıb. Buna cavab olaraq İran İsrailə, eləcə də ABŞın Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Münaqişənin genişlənməsi fonunda Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkəti faktiki olaraq dayanıb. Qlobal enerji təchizatı baxımından olduqca əhəmiyyətli bu marşrut Fars körfəzi ölkələrindən neft və mayeləşdirilmiş təbii qazın əsas ixrac xətti hesab olunur.
+++
Qeyd edək ki, İran daha əvvəl yalnız bəzi dost ölkələrin gəmilərinə boğazdan məhdud keçidə icazə verildiyini açıqlayıb.
H.Hacıyev bu barədə X sosial media hesabında paylaşım edib.
Görüş Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısı çərçivəsində baş tutub.
Azərbaycanla Macarıstan arasındakı strateji tərəfdaşlıq bütün sahələr üzrə uğurla inkişaf etməkdə davam edir. Macarıstanın milli maraqlara əsaslanan müstəqil siyasəti, habelə ortaq tarixi, etnik və mədəni bağlara söykənən türk dünyası ilə sıx əlaqələri və TDT çərçivəsindəki fəaliyyəti yüksək qiymətləndirilir, deyə H.Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, mövcud qlobal turbulentlik şəraitində türk dünyasının birliyi və həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir.
Müsabiqə kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin dəstəklənməsi, film istehsalının stimullaşdırılması və birgə istehsal imkanlarının genişləndirilməsi məqsədi daşıyır.
Müraciətlər müəyyən edilmiş qaydalara uyğun olaraq elektron qaydada qəbul edilir.
Son müraciət tarixi: 23 aprel 2026cı ildir. Ətraflı reqlament arka.culture.az saytında yerləşdirilib.
Zəfər Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf və qürur duyur, ölkənizin davamlı tərəqqisi və rifahı naminə ən səmimi arzularımı yetirirəm.
Bu əlamətdar gün Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyır, milli məqsədlərinizə çatmaq yolunda nümayiş etdirilən gücü, əzmkarlığı və birliyi bir daha yada salır.
Ölkənizin inkişafını və uğurlarını, eləcə də regionda sabitliyin və rifahın qorunması naminə göstərdiyiniz səyləri xüsusi diqqətlə izləyirik.
Əminəm ki, Serbska Respublikası, Bosniya və Herseqovina və Azərbaycan xalqları arasında dostluq münasibətləri ortaq mənafeyimizə uyğun olaraq qarşılıqlı anlaşma və hörmət ruhunda bundan sonra da inkişaf edəcəkdir.
Zatialiləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə cansağlığı və uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSCdən məlumat verilib.
Bildirilib ki, qeyd olunan dövrdə ümumilikdə 112 608 TEU konteyner yük daşınıb ki, bu da 2024cü ilin analoji dövrünün göstəricisindən (95 483 TEU) təxminən 18 faiz çoxdur.
AzVision.az xəbər verir ki, layihənin ərsəyə gəlməsi üçün peşəkar komanda yaradılıb. Film üzərində işlər ümumilikdə 4 il davam edib, çəkilişlər isə 2 il ərzində Bakı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Lerik, Şuşa və digər bölgələrdə aparılıb.
Filmin yaradıcı heyəti, ekran əsərində rol alan istedadlı aktyorlar Vətən müharibəsinin real döyüş səhnələrini, tarixi Zəfər uğrunda ağır mübarizəni məharətlə canlandırmaqla şanlı 44 günü, ordumuzun qəhrəmanlığını, xalqımızın birliyini əbədiləşdiriblər.
Filmin treyleri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Livanda Hizbullaha qarşı hava əməliyyatı keçirəcəyi ilə bağlı bildiriş yayaraq Ayta alJabal, Taybeh və Tayr Debba adlanan ərazilərində hədəflərə zərbələr endirəcəyini elan edib.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATOdakı daimi nümayəndələri, eləcə də ABŞ və Fransanın NATOdakı daimi nümayəndələrinin müavinləri daxildir.
Görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin əsas aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, Azərbaycan Ermənistan sülh prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
İşğal tarixi, postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlar və sülh perspektivləri, bölgədə nəqliyyat dəhlizləri üzrə planlar barədə səfirlərə məlumat verib.
Bununla yanaşı, bölgədəki mina təhdidi diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az xəbər verir ki, bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəyi ilə 2010cu ildən həyata keçirilən Azərbaycan Respublikasında ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə növbəti reintroduksiya tədbiri həyata keçirilib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə Şirvan Milli Parkından götürülən 7 baş ceyran Cəbrayıl rayonu ərazisində öz tarixi arealına buraxılıb.
Xidmət rəsmisinin sözlərinə görə, Azərbaycan Respublikasında ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası layihəsi çərçivəsində bugünədək ümumilikdə 424 baş ceyran tarixən yaşadıqları təbii areallara reintroduksiya olunub.
AzVision.az xəbər verir ki,satışdan əldə olunan bütün gəlirlər isə YAŞAT Fonduna ianə ediləcək. Beləliklə, hər bir məhsul şəhid ailələri və qazilərimizə mənəvi dəstəyin, həmrəylik və minnətdarlığın simvoluna çevriləcək.
Bu təşəbbüs Zəfər – qarşılığı olmayan ən böyük hədiyyəmizdir mesajını paylaşaraq qəhrəmanlarımızın fədakarlığını ehtiramla yad edir və Zəfərimizin mənəvi dəyərini gələcək nəsillərə ötürməyi hədəfləyir.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Invest in Azerbaijan informasiya sistemi investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsini, habelə Azərbaycanda investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasını təmin edəcək.
Sistemin sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə nazirliyin tabeliyində olan AZPROMO həyata keçirəcək.
İqtisadiyyat Nazirliyinə sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.
Almaniya mətbuatının rəsmi mənbələrə istinadən yaydığı məlumata əsasən, hadisə ilə əlaqədar hava limanının fəaliyyətini dayandırılıb, bütün uçuşlar təxirə salınıb, təyyarələr başqa şəhərlərdəki hava limanlarına yönləndirilib. Eyni zamanda, Niderlandın paytaxtı Amsterdamdan gələn sərnişin təyyarəsi təhlükəsizlik tədbirləri çərçivəsində geriyə qaytarılıb.
Ölkənin Hava Nəqliyyatına Nəzarət İdarəsinin məlumatına görə, bu, cari ilin sentyabrından bəri hava limanlarında qeydə alınan 5ci naməlum PUA hadisəsidir.
Hazırda PUAnın mənşəyinin və hava limanına yaxınlaşmasının səbəbinin öyrənilməsi istiqamətində təhqiqat aparılır.
Bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.
Bu park, həm Qarabağın yenidənqurma prosesinin bir simvolu, həm də insanların istirahəti və birliyi üçün gözəl bir məkana çevriləcək, deyə o qeyd edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan final mərhələsində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər iştirakçıları Böyük Zəfərin 5ci ildönümü münasibətilə təbrik edərək bu möhtəşəm qələbənin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və sərkərdə məharəti, Azərbaycan xalqının birliyi, əsgər və zabitlərimizin rəşadəti sayəsində qazanıldığını vurğulayıblar.
İdmanın döyüş hazırlığının ayrılmaz tərkib hissəsi olduğu, ölkə rəhbərliyinin hərbi quruculuqla birlikdə vətənpərvər gənclərin yetişdirilməsinə, onların fiziki və mənəvi inkişafına böyük önəm verdiyi xüsusi olaraq qeyd edilib.
Çıxışların sonunda iştirakçılara qələbə əzmi, uğurlar və 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələrinə layiq final arzulanıb.
Final mərhələsinə vəsiqə qazanmış dörd komanda arasında gərgin və maraqlı mübarizə şəraitində keçirilən oyunların nəticəsinə əsasən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri Komandanlığının Çevikçilər komandası birinci yerə, Xüsusi Hava Əməliyyatları Komandanlığının Şahinlər komandası ikinci, Sərhəd Nəzarətinin Zəfər komandası üçüncü yerə layiq görülmüş, DSX Akademiyasının Cəsurlar komandası isə dördüncü yerdə qərarlaşıb.
Qalib və müvafiq yerləri tutan komandaların mükafatlandırılma mərasimi keçirildikdən sonra Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin müşayətində konsert proqramı təşkil edilib.
Böyük Zəfərin 5ci ildönümü münasibətilə təşkil olunan voleybol yarışları ümummilli qürur, vətənpərvərlik və qələbə ruhu ilə yekunlaşıb.
Beləliklə, ikinci Haval H6 Ultra avtomobilinin sahibi artıq bəlli olub. Nar qalib – İsrayıl Məmmədovu təbrik edərək ona avtomobilin açarını təqdim edib.
Bundan əlavə, Xiaomi Redmi Note 14 Pro smartfonlarını qazanan Nar abunəçiləri – Ziya Salayev, Ülvi Nağıyev və Nərminə Məmmədova hədiyyələrini böyük sevinclə qəbul ediblər.
Qaliblər tam təsadüfi seçimlə müəyyən olunub və nəticələr canlı yayımda elan edilib.
Qeyd edək ki, Çoox Şanslı lotereyası ilin sonuna qədər davam edəcək. Bu müddət ərzində Nar abunəçiləri hər gün Xiaomi Redmi Note 14 Pro, hər həftə Haval H6 Ultra və finalda Li L9 Ultra avtomobili kimi möhtəşəm hədiyyələr qazanmaq imkanı əldə edirlər.
Xatırladaq ki, Çoox Şanslı lotereyasında iştirak etmək üçün Nar abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran şanslı paketlərdən birini aktivləşdirə bilərlər.
1 AZNlik şanslı paketə daxil olan 3 şans və 15 şəbəkədaxili danışıq dəqiqəsini *71#YES
2 AZNlik şanslı paketə daxil olan 7 şans və 35 şəbəkədaxili danışıq dəqiqəsini *72#YES
3 AZNlik şanslı paketə daxil olan 12 şans və 55 şəbəkədaxili danışıq dəqiqəsini isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür.
Hər balans artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib olmaq ehtimalını artırır.
Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını Nar+ tətbiqi və nar.az veb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən Nar son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında Narın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
Azərbaycan Müdafiə Nazirliyi və Azercell Telekom MMC arasında əsgərlər üçün xüsusi rabitə imkanlarının yaradılması məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Bu tərəfdaşlıq çərçivəsində Azercell ölkəmizin müdafiə qüvvələrinin üzvlərinə dəstək məqsədilə Əsgərcell adlı xüsusi təklif təqdim edəcək. Təşəbbüs əsgərlərin xidmət dövründə ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz əlaqə saxlamasına imkan yaradacaq.
2026cı ildən etibarən qüvvəyə minəcək Əsgərcell təklifi çərçivəsində əsgərlərə xüsusi şərtlər ilə mobil cihaz və yeni nömrə təqdim olunacaq. Həmçinin, istənilən 5 nömrəni ağ siyahıya əlavə etmək imkanı veriləcək və yalnız həmin nömrələrlə qarşılıqlı zənglər həyata keçirmək mümkün olacaq. Eyni zamanda, təcili yardım, polis və yanğınsöndürmə kimi zəruri xidmət nömrələrinə də zənglər əlçatan olacaq. Rabitə təhlükəsizliyini qorumaq və xidmətin təyinatına uyğun istifadəsini təmin etmək məqsədilə bu nömrələrdə SMS, internet, beynəlxalq və rouminq xidmətləri əlçatan olmayacaq.
Əsgərlərə hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən cihaz və yeni nömrəni əldə etmək imkanı yaradılacaq. Azercell nümayəndələri qeydiyyat prosesini yerindəcə həyata keçirərək nömrəni aktivləşdirib, cihazı abunəçiyə təqdim edəcəklər.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deyib.
Onun sözlərinə görə, səhiyyə sahəsində kadr çatışmazlığı mövcuddur:
Bilirsiniz ki, Bərdədə ilkin tibbi xidmətlə bağlı pilot layihəyə start verilib. Bu istiqamətdə səy göstəririk. Gələn ilin martında görülən işlərlə əlaqədar məlumat veriləcək.
Bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) rəhbəri Brayn Bedford yerli mətbuata məlumat verib. O bildirib ki, kommersiya uçuşlarının təhlükəsizliyi şatdaun səbəbi ilə sual altında qaldığı üçün müxtəlif tədbirlər görülür. Bu çərçivədə kosmik uçuşlara da məhdudiyyətlər qoyulacaq.
Xatırladaq ki, oktyabrın 1də ABŞ federal hökuməti qismən bağlanıb. Bu – şatdaun respublikaçılar ilə demokratların büdcə xərcləri üzrə razılığa gələ bilmədikləri üçün baş verib. Bu çərçivədə dövlət təşkilatları öz işini dayandırıb, sosial proqramlar dondurulub, yüz minlərlə dövlət işçisi ödənişsiz məzuniyyətə göndərilib. Şatdaun ölkə üzrə bütün sahələrə öz mənfi təsirini göstərib.
AzVision.az bildirir ki, məlumatlı mənbələrə istinad edən Bloomberg agentliyi belə xəbər yayıb.
Türkiyə rəsmiləri S400 sistemlərinin davamlı istifadəsində güzəştə getməyə hazır olduqlarını bildiriblər. Lakin Ankara Vaşinqtonun Rusiya hava hücumundan müdafiə (HHM) sistemlərinin istifadəsindən tamamilə imtina tələbini rədd edib, agentlik yazır.
Mənbələrin sözlərinə görə, Türkiyə hakimiyyəti bu sistemlərin istifadəsinə nəzarət üçün birgə hərbi mexanizmin yaradılmasını müzakirə etməyə hazırdır.
Xatırladaq ki, 2017ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollara dörd divizion S400 HHM sistemləri alıb. 2019cu ilin oktyabrında Rosoboroneksport bu sistemlərin tədarükü üçün müqavilənin tam şəkildə yerinə yetirildiyini elan edib.
S400lərin alay dəstinin tədarükü ilə bağlı razılaşmadan sonra Türkiyə Amerikanın yeni nəsil F35 qırıcı təyyarələrinin hazırlanması proqramından kənarlaşdırılb.
Bu sözləri maliyyə naziri Sahil Babayev noyabrın 6da Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda icbari tibbi sığorta zərfinin daha da genişləndirilməsi istiqamətində böyük addım atılır:
Buraya səkkiz müxtəlif istiqamət daxil edilib. Gələcəkdə digər istiqamətlərin də zərfə daxil edilməsini birmənalı olaraq istəyirik. Əlbəttə, təqdim olunan prioritetlərdən, əhatə etdiyi insan sayından, müxtəlif effektivlik göstəricilərindən asılı olaraq hər bir istiqamət müzakirə ediləcək və növbəti dövrlərdə bu məsələlər təmin olunacaq.
Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko yerli mətbuata müsahibəsində dilə gətirib. O vurğulayıb ki, ölkəsinin qapıları Ukrayna vətəndaşları üçün açıqdır.
Ailələrinizə, uşaqlarınıza təhsil və səhiyyə baxımından belaruslularla eyni həyat şəraiti verəcəyik , – deyən prezident həmçinin bildirib ki, artıq Ukraynadan gəlmiş bir çox məcburi köçkün hazırda Belarusda müxtəlif işlərdə işləyir.
Aleksandr Lukaşenko diqqətə çatdırıb ki, Belarus ölkələrinə bəla gəlmiş ukraynalılara dəstək göstərməyə hazırdır.
Leyla Əliyeva mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, burada uşaqlar üçün qurulmuş sosial mühit və xidmət modelləri ilə maraqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, Tut Əlimdən Sosial Reabilitasiya Mərkəzi çətin həyat şəraitində olan və ailə himayəsindən məhrum uşaqlar üçün təhlükəsiz, sağlam, qayğı ilə əhatə olunmuş bir mühit təmin etmək məqsədilə yaradılıb.
Mərkəzdə uşaqların ilkin psixososial vəziyyətinin qiymətləndirilməsi, təcili müdaxilə, müvəqqəti yerləşdirmə, tibbi yardım və sosial reabilitasiya xidmətləri həyata keçiriləcək. Eyni zamanda, onların cəmiyyətə inteqrasiyası və gələcək həyatlarının təminatı üçün fərdi inkişaf planları hazırlanacaq.
Həmçinin qeyd edilib ki, uşaqların təhlükəsizliyi və rahatlığı üçün müasir standartlara uyğun, geniş və işıqlı otaqlar, istirahət və müxtəlif məşğələ guşələri yaradılıb. Geniş həyətyanı sahədə müxtəlif oyun meydançaları və yaşıllıq zonaları salınıb.
Bütün görülmüş işlərlə yaxından tanış olan, eyni zamanda, öz tövsiyə və məsləhətlərini də verən Leyla Əliyeva Mərkəzin ailə əsaslı alternativ qayğı prinsiplərinə uyğun fəaliyyət göstərməsi üçün tələb olunan yüksəkixtisaslı və peşəkar gənc kadrlardan formalaşmış əmək kollektivi ilə də görüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Vladimir Putin hər iki dövlətin diqqətinin sözügedən regionlar kimi ümumi maraq doğuran mövzulara yönəldiyini bildirib.
Onun sözlərinə görə, bütün bu sahələrdə RusiyaTürkiyə əməkdaşlığı yaxşı qurulub, konkretdir, faydalıdır və qarşılıqlı etimada əsaslanır.
Putin, eyni zamanda, Türkiyənin RusiyaUkrayna müharibəsinin sona çatmasında xüsusi rolundan danışaraq, Moskvanın Ankaraya etibarlı və zamanın sınağından keçmiş tərəfdaş kimi baxdığını vurğulayıb.
Bu ilin may ayından etibarən İstanbul platformasında birbaşa RusiyaUkrayna danışıqlarının üç raundu artıq keçirilib və bu, humanitar sahədə bir sıra praktiki məsələlərin həllində irəliləməyə imkan verib, Kremlin rəhbəri deyib.
O, Türkiyənin vasitəçilik səylərinə gələcəkdə də tələbat olacağına əminliyini bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, öz növbəsində, Azərbaycanla Ermənistan arasında danışıqlar yolu ilə davamlı sülhə nail olunacağına ümid etdiyini söyləyib. Türkiyə lideri Qafqazda sabitliyin həm Türkiyə, həm də Rusiya üçün faydalı olduğunu vurğulayıb.
Bu barədə AzVision.az AnewZa istinadən xəbər verir. Pekin Çində keçirilən ŞƏT sammitində Azərbaycanın ərizəsini dəstəklədiyini təsdiqləyib və onun Şanxay ruhu prinsiplərinə uyğun olduğunu qeyd edib.
Öz növbəsində, vəziyyətlə tanış olan rəsmi şəxslər AnewZa bildiriblər ki, Hindistanın qərarı çoxtərəfli diplomatiya və Şanxay ruhu prinsiplərinə ziddir. Bu prinsiplər ikitərəfli mübahisələrin çoxtərəfli platformalara köçürülməsinin yolverilməzliyini nəzərdə tutur. Bu məlumatlara əsasən, Hindistanın mövqeyi Azərbaycanın Pakistan ilə qardaşlıq münasibətləri ilə sıx bağlıdır, telekanal qeyd edib.
Telekanalın müsahiblərindən biri qeyd edib ki, belə addımlar Azərbaycanın strateji kursunu dəyişmir, yalnız Hindistan siyasətinin məhdudluğunu nümayiş etdirir.
AzVision.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən Azərbaycan müəllimi qəzetinə bildirilib ki, 20252026cı tədris ilinin başlamasına təsadüf edən Formula 1 üzrə Azərbaycan Qranprisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir.
Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı Formula 1 Azərbaycan Qranprisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək, açıqlamada qeyd olunub.
Bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ölkənin Vedomosti qəzetinə müsahibəsində dilə gətirib. O vurğulayıb ki, ötən günlərdə hökumətlərarası komissiyada da bu məsələyə toxunulub, iqtisadi sahədə əməkdaşlığın irəlilədiyi vurğulanıb.
Rusiya ilə Azərbaycan arasında mövcud əməkdaşlıq ölkələrimiz üçün çox vacibdir. Hər iki tərəf çalışır ki, münasibətlər yaxşılaşsın, – Overçuk bildirib.
Digər tərəfdən, Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu gün Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammiti çərçivəsində İlham Əliyev ilə Vladimir Putinin görüşü gözlənilir.
+++
Xatırladaq ki, avqustun 22də Həştərxan şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə rusiyalı həmkarı Aleksey Overçukun rəhbərliyində iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçirilib. Tərəflər protokol imzalayıblar.
AzVision.az ın məlumatına görə, o, DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
V.Nuriyev həbs olunub, onun qanunsuz əməlləri ilə bağlı başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Kriti Vüsal törətdiyi müxtəlif cinayətlərə görə dəfələrlə məhkumluq həyatı yaşayıb.
AzVision.az mütəxəssislərə istinadən xəbər verir ki, Günəşdən yerə doğru plazma avqustun 30da atılıb.
Bununla sinxron şəkildə M2.76 səviyyəli alov qeydə alınıb ki, bu da gün ərzində ikinci püskürmə olub. Yerdən əvəvl Günəş özünün külək axınlarını Venera planetinə yönəldib.
Plazma buludunun hərəkət istiqaməti və bucaq ölçüləri onun planetdən yan keçmə ehtimalını istisna edir. İlkin olaraq, günəş maddəsi Yerin orbitinə 2 sentyabrda gələcək və G2G4 səviyyəli maqnit qasırğalarına səbəb olacaq, astronomlar bildirirlər.
Ekspertlər təkrar partlayışlar ehtimalını istisna etmirlər Günəş hələ ki, bütün toplanmış enerjisini sərf etməyib. Bir sıra güclü alovlarla oxşar vəziyyət 2024cü ilin may ayında baş verib. Onda son 20 ilin ən yüksək səviyyəli ən böyük maqnit qasırğaları qeydə alınıb.
Maraqlıdır ki, Vaşinqton Universitetinin iqlim üzrə çütəxəssisləri tərəfindən hazırlanmış yeni süni intellekt (Sİ) modeli yalnız bir prosessorun gücündən istifadə əsasında Yerin hazırkı iqlimini və onun min il ərzindəki dəyişkənliyini bir gündə simulyasiya edə bilir. Bu nailiyyət iqlim elmində yeni dövr açır və uzunmüddətli proqnozları geniş tədqiqatçılar üçün əlçatan edir.
Dərin Öyrənmə əsasında Yer Sistemi Modeli (DLESyM Deep Learning Earth SYstem Model ) adlanan inqilabi inkişaf iqlimin proqnozlaşdırılmasına ənənəvi yanaşmalara meydan oxuyur.
Belə ki, tədqiqat mərkəzlərindəki böyük həcmdə enerji tələb edən superkompüterlərdə işləyən adi modellərin eyni işi yerinə yetirməsi üçün təxminən 90 gün tələb olunur. Yeni Sİ modeli onu standart prosessorda 12 saat ərzində tamamlayır. Bununla yanaşı, görünməmiş sürət, həm də əhəmiyyətli dərəcədə daha az karbon izi nümayiş etdirir.
Yeni sistemin əsas prinsipi iki neyron şəbəkənin birləşdirilməsidir: onlarda biri atmosferin modelləşdirilməsinə, digəri isə okeana cavabdehdir. Bu yanaşma ənənəvi modelləşdirmədə məlum olsa da, ilk dəfədir ki, tam şəkildə Sİ intellekt çərçivəsində uğurla həyata keçirilir.
Okean modeli dəniz temperaturunun ləng dəyişkənliyinə görə məlumatları dörd gündən bir, atmosfer modeli isə hər 12 saatdan bir yeniləyir.
Yeni model konkret ekstremal hava hadisəsinin daşqın, quraqlıq və ya qasırğanın təbii iqlim dəyişkənliyinin təzahürü və ya qlobal iqlim dəyişikliyinin nəticəsi olduğunu daha dəqiq müəyyən etmək imkanı yaradır.
AzVision.az xəbər verir ki, bu barədə nazirlik X hesabında məlumat yayıb.
Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Bu çətin zamanda Əfqanıstan xalqının yanındayıq.
Qeyd edək ki, Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 800ə çatıb, daha 2 800 nəfər yaralanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimalqərb küləyi səhər cənubşərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2024, gündüz 3035 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət isə gecə 7075 %, gündüz 3540 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2025, gündüz 3439, dağlarda gecə 1318, gündüz 2025 dərəcə isti olacaq.
AzVision.az xəbər verir ki, Polşa prezidenti bu məsələnin Almaniya ilə ədalətli münasibətlərin qurulmasının şərti kimi qiymətləndirib.
Həqiqətə və yaxşı münasibətlərin təməlinə əsaslanan tərəfdaşlıq qurmaq üçün biz Almaniyadan təzminat məsələsini həll etməliyik. Mən Polşa prezidenti kimi birmənalı qaydada ümumi mənafe üçün lazım olanı tələb edirəm, Karol Navrotski II Dünya müharibəsinin başlanmasının ildönümü ilə bağlı anım tədbirlərində deyib.
Siyasətçi həmçinin bildirib ki, NATOnun şərq cinahında əsas ölkə olan Polşanın Almaniya ilə ədalətə, həqiqətə və şəffaf münasibətlərə ehtiyac duyur. Onun sözlərinə görə, bununla belə, Polşanın Almaniyadan təzminatlara da ehtiyacı var.
İnanıram ki, baş nazir və Polşa hökuməti prezidentin beynəlxalq arenada səsini dəstəkləyəcək və biz Qərb qonşularımızla birlikdə həqiqətən təhlükəsiz gələcəyimizi quracağıq, Karol Navrotski bir sıra məsələlərdə ona müxalif mövqedə dayanan baş nazir Donald Tuska xitabən vurğulayıb.
AzVision.az xəbər verir ki, Əfqanıstan hökumətinin rəsmi nümayəndəsinin verdiyi məlumata görə, ölkədə yaşaşan güclü zəlzələ nəticəsində ölənlərin sayı 800ə çatıb, 2500 nəfər isə yaralanıb.
********
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) yaydığı məlumatda UTC vaxtı ilə (UTC – Koordinasiya edilmiş Universal vaxt) saat 19:17də 200 mindən çox insanın yaşadığı Cəlalabad şəhərindən 57 kilometr şimalşərqdə güclü zəlzələnin qeydə alındığı bildirilir. Yeraltı təkanın ocağı 35 kilometr dərinlikdə yerləşib.
Əfqanıstan Milli Televiziya və Radio Yayımları Şirkəti (RTA) yerli hakimiyyət orqanlarına istinadən bildirib ki, zəlzələ nəticəsində 620 insan həlak olub, ən azı 1500 nəfər yaralanıb. Lakin qurbanların çoxu dağıntılar altında qaldığı üçün ölənlərin sayı arta bilər.
Gürcüstanın Birinci Kanal telekanalının yaydığı xəbərə əsasən, bu ifadələr Prezident Mixeil Kavelaşvilinin amerikalı həmkarı Donald Trampa ünvanladığı açıq məktubda vurğulanır. Kavelaşvili diqqətə çatdırıb ki, ABŞ ilə münasibətlərin bərpası, strateji tərəfdaşlığın sıfırdan qurulması rəsmi Tbilisinin xarici siyasətinin mühüm prioritetlərindən biridir.
Co Bayden hökumətinin ədalətsiz, kobud və aqressiv siyasəti nəticəsində münasibətlərimiz zərər görüb. Hərçənd sizin hökumətiniz də Gürcüstana lazımi diqqəti göstərmir. Belə bir vəziyyət, Tbilisi və Vaşinqtonun dəyər yanaşmaları tamamilə üstüstə düşsə də, cəmiyyətimizdə çaşqınlıq yaradır. Bu gün diqqət mərkəzində saxladığınız məsələləri Gürcüstan hələ illər əvvəl qaldırmışdı. Bu cür oxşar dünyagörüşünə baxmayaraq, təəssüf ki, ABŞ müxtəlif təşkilatların vasitəsilə ölkəmizdə sabitliyi pozmağa çalışır, – məktubda deyilir.
Mixeil Kavelaşvilinin sözlərinə əsasən, Vaşinqton son bir neçə ay ərzində Gürcüstanın bütün qonşu ölkələri ilə sıx əlaqələr qurub:
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına uğurla kömək göstərdiniz, Türkiyə ilə fəal əməkdaşlıq qurdunuz, hətta Rusiya Prezidenti Vladimir Putinlə tərəfdaşlığı canlandırdınız. Halbuki sizin hökumətiniz Gürcüstan haqqında bir kəlmə də dilə gətirmir. Dediyim kimi, belə bir münasibət cəmiyyətimizdə çaşqınlıq yaradır. Deyirlər, son bir neçə ayda dünyanın yarısında vəziyyəti dəyişmisiniz, ancaq hökumətinizin ölkəmizə diqqət göstərmədiyini nəzərə alsaq, regionda sülh naminə atdığınız addımların səmimiliyi şübhə doğurur.
Gürcüstan Prezidenti məktubun axırında bildirib ki, bütün anlaşılmazlıqlara baxmayaraq, Vaşinqtonun Tbilisiyə münasibətinin dəyişəcəyinə ümidvardır.
Gürcü xalqının təsəvvüründə ABŞnin güclü prezidentlə, sülhü quruculuğu ilə, ənənəvi dəyərlərə hörmətlə əlaqələndirilməsi vacib məsələdir. Şəxsən Gürcüstan Prezidenti qismində ABŞ ilə strateji tərəfdaşlığın yenidən qurulmasına maksimum dərəcədə töhfə verməyə hazıram. Bu məqsədə çatmaq üçün zəruri şərt hökumətinizin Gürcüstan dövlətinə və xalqına ədalətli, diqqətli münasibətinin yaradılmasıdır, – Mixeil Kavelaşvili söyləyib.
Bu barədə AzVision.az a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, müraciətlərin 4 min 626sı ünvanlı dövlət sosial yardımı, 3 min 23ü pensiya təyinatı, 3 min 671i sosial müavinət və təqaüd, 228i sosial sığorta və fərdi uçot, 2 min 93ü isə digər istiqamətlər üzrə olub.
AzVision.az xəbər verir ki, liderlər AzərbaycanErmənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar.
Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.
Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.
Hüseyn kişi tarladan arğınyorğun dönmüşdü. Sazı götürdü. Bəsti xala çay gətirmək istədi.
Yox, çayı bir azdan verərsən, eyvanda oturub sazı köklədi, yorğunluğumu ancaq sazla çıxarıram, bu gün əldən düşmüşəm.
Sazı sinəsinə basıb ayrıldı bu dünyanın qayğılarından,beynini gündəlik məşğul edən taxıl planından,əməkgünü cədvəlindən,sədrlik məsuliyyətindən.
Qazaxda, Yuxarı Göycədə o qədər qəm yiyəsi tanıyırdı, onları düşünürdü, ikinci cahan savaşının başsız qoyduğu ailələri, atasız uşaqları göz önünə gətirirdi, kədərli duyğuları ürəyindən barmağına,ordan da dərdə simsar simlərə ötürürdü. Bir də başını qaldırdı ki, İbrahim, İsrafil əmioğlanları dayanıblar qarşısında, ona baxırlar
Ağrın aleym, tanımasaydım səni,elə bilərdim ki, Qori seminariyasını yox, aşıqlar məktəbini bitirmisən, İbrahim heyranlıqla gülümsədi.
İsrafil də zarafata qoşuldu:
Əmioğlu, öleym, ta sənin yanında əlimə saz götürmərəm.
Bəsdirin, məni çox tərifləməyin, sonra sizin çalğınızı bəyənmərəm ha, Hüseyn müəllim ürəkdən güldü, sonra Bəstiyə səsləndi:
Vidadi haradadır, a Bəsti,bayaqdan gözümə dəymir axı.
Harada olacaq, teatr çıxarır, Bəsti çayları gətirdi.
İbrahim sevincək dilləndi:
Hə, Hüseyn qağa, doğrudan ha, Allah saxlasın, dünən biz də baxdıq, əminəvəsi əməllibaşlı oyun çıxarır.
Yaxşı, balam, bəs tamaşa nədən bəhs edir? Bildiyimə görə palpaltar, müəyyən əşyalarfilan lazım olur tamaşa üçün. Bəs onları hardan tapıb?
İndiyəcən kəndimizdə nə qədər məzəli hadisə baş veribsə, yığırmış çinədanına, özü yazıbpozub, internat məktəbdən də döşəkağı gətirib, soyunma otağı, bir də səhnə düzəldib. Maşallah, fərasətli uşaqdır, yaxşı gələcəyi var.
İbrahim əmisi oğlunun sözünə qüvvət verdi:
Hə, dünən əslində yığışdırmaq istəyirdi, camaat əl çəkmədi. Daha iki gün oynayacaqlar.
Onda sabah vaxt tapıb mən də gəlib baxaram. Amma kənardan. Mənim orda olduğumu deməyəsiniz ha! Uşaq məni görəndə çəkinər, karıxar.
Bakı İrəvan qatarı
Vidadi Əliyev arzularının ardınca yüyürdü, İncəsənət institutunun aktyorluq fakültəsinə qəbul olundu. Kursun rəhbəri Tofiq Kazımov, müəllimi Nəsir Sadıqzadə idi. İstedadı,zəhmətsevərliyi,öyrənmək təşnəsi, fəallığı və şübhəsiz ki, iki böyük sənətkardan öyrəndikləri tələbəlik illərindən onun uğur hekayəsinin yazılmasına rəvac verdi. Azərbaycan Dövlət Televiziyasında çəkilən Birincilər və sonuncular teletamaşasına dəvət aldı. Ünlü aktyor Səməndər Rzayevlə tərəfmüqabil oldu.
Təyinatını Akademik Dövlət Dram Teatrına ayırmışdılar. Amma hələlik kurs yoldaşları ilə birlikdə Sevil tamaşasını diplom işi üçün hazırlayırdılar. Yenicə fəaliyyəti bərpa olunmuş İrəvan Azərbaycan Dövlət Dram Teatrından gəlmiş nümayəndənin çıxışı onun və həmkurslarının taleyini dəyişdirdi.
Arayış
1882ci ildən başlayaraq qədim İrəvan şəhərinin aydınları bir truppa təşkil edirlər. Beləliklə, Qafqazın mədəni mərkəzlərindən biri tarixə düşür. Ədəbiyyatşünas alim, görkəmli ictimai xadim Firudin bəy Köçərlinin təşəbbüsü və yaxından köməyi ilə 1886cı ildə İrəvan truppası Mirzə Fətəli Axundovun Müsyo Jordan və dərviş Məstəli şah komediyasını hazırlayır. Sovet hakimiyyəti qurulduqdan sonra,1928ci ildə teatr dövlət statusu alır, 1935ci ildə isə sənət ocağına Cəfər Cabbarlının adı verilir.
SSRİ rəhbərinin Ermənistan SSR dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR in KürAraz ovalığına köçürülməsi haqqında 1947ci ilin 27 dekabr və Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR dən Azərbaycan SSR nin KürAraz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında 1948ci il,10 mart tarixli qərarları ilə azərbaycanlıların ulu yurdlarından kütləvi deportasiyası, Mərkəzi hakimiyyətin və Ermənistan rəhbərliyinin qərəzli siyasəti teatra da öz zırbəsini vurdu: teatr bağlandı.
1967ci ildə Qərbi Azərbaycan ziyalılarının gərgin səyləri, davamll müraciətləri, Şıxəli Qurbanovun milli təəssübkeşliyi sayəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyəti bərpa olundu.
Qərar
Milli qürur hissi, sənət sevdası on bir tələbəyə təyinatdan imtinanı, İrəvana yollanmağı diktə etdi. Vidadi Əliyev, Mərziyyə Məmmədbəyova, Qasım Qasımov, Ədalət Ziyadxanov, Hacı İsmayılov, Qurban Ələkbərov, Ramiz Məlikov, Hacı Xəlilov, Sara Əliyeva, Nəsimi Eminov dərslərdən azad olunaraq İrəvan Dövlət Azərbaycan Dram Teatrına göndərildilər.
Bakıİrəvan qatarının sərnişinləri arasında tələbəaktyorlar yol gedirdilər. Şirin xəyallarla, böyük arzularla, romantik duyğularla yollara baxırdılar. Onlar şərəfli, amma çətin bir yola çıxmışdılar. Düşmən hikkəsinin qurbanı olmuş milli mədəniyyətin bərpası uğrunda böyük fədakarlıq, ağrılıacılı günlərlə dolu yol düşmüşdü qismətlərinə.
1967ci il, martın 16 da boyunlarına şərəfli bir missiya götürmüş gənclər İrəvana çatdılar.
Doğma yurdda qəriblik
Nəsir Sadıqzadə tələbələrini tək buraxmadı. Teatrın şəaritsiz məkanında Sevilin məşqləri davam etdi. Aprelin 28də tamaşanın premyerası Ermənistan Dövlət Akademik Dram Teatrında keçirildi.
Bir ildən sonra istedadlı şairpublisist Hidayət Orucov teatra direktor təyin olundu.
Təkcə sənətkar kimi yox, həm də düşmən ölkənin iqlimində doğma teatrımızın keşiyini çəkən qəhrəman Böyük Adam: Vidadi Əliyev (İlhamə Nasir, yazıçı)
21 il ərzində Vidadi müəllim aktyorluqla bərabər uğurlu rejissor fəaliyyəti də göstərdi. Yazıpozu bacarığı, dünya və Azərbaycan dramaturgiyasına bələdçiliyi, nəzəri bilikləri ona ədəbi hissə müdiri işləmək imkanı da verdi. Bir də tale Vidadi Əliyevin yolunun üstünə Elmira xanımı çıxartdı.
Xatırlatma
Elmira Məhərrəm qızı İsmayılova 1945 ci il,noyabrın 13 də İrəvanda ziyalı ailəsində dünyaya göz açıb. Şəcərəsi İrəvan xanına bağlanır. 1968ci ildə İrəvan Dövlət Pedoqoji İnstitutunu bitirib. Elə həmin ildən İrəvan teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Humay (Əliqulu evlənir), Afət (Qayınana), Dilarə (Şəhərin yay günləri), Dilbər (Hacı Qənbər), Böyükxanım (Aydın), Xala (Arşın mal alan), Nazik (Ulduz) və s. onun obrazlar qalereyasında mühüm yer tutur. Ömürdən uzun gecə və Əkizlərin nağılı televiziya filmlərində çəkilib. Beş il televiziyada fəaliyyət göstərib.
Teatr naminə
Yaradıcı heyət var qüvvəsi ilə çalışırdı. Tamaşalar hazırlanırdı, amma şəraitsizlik ucbatından premyeralar İrəvan Dövlət Musiqili Komediya Teatrında, Rus Dram Teatrında, Ermənistan Dövlət Dram Teatrında, Zabitlər evində təşkil edilirdi. Bəzən də ətraf kəndlərə qastrollara çıxırdılar. Soğun çiçəklər, Sənsiz, Hacı Qənbər, Aydın, Nəsrəddin, Məşədi İbad, İkinci səs, Molla İbrahimxəlil kimyagər, Arşın mal alan, Toy kimindir, Ulduz, Toy, Qayınana, Tribunal, Şərəfin sandığı, Sən nə üçün yaşayırsan, Məni qınamayın, Məhv olmuş gündəliklər, Atayevlər ailəsi, Təklif, Hicran, Müsyo Jordan və dərviş Məstəli şah, Ər və arvad, Qarağaclar altında məhəbbət tamaşaları maraqla qarşılanmışdı
Ağlama, yasəmən, salamat qal, tut ağacı
1988ci ilin payızında teatr Neftçala və Cəlilabad rayonlarına qastrol səfərinə yollandı. Geri qayıdarkən rastlaşdıqları mənzərədən əndişələndilər. Aktyor Şamil Dəmirçiyevin bağlı qapısının arasından benzin töküb mənzilini yandırmışdılar. Qorbaçov hakimiyyəti tarixən Azərbaycana kin bəsləmiş ermənilərin əlqol açmalarına münbit şərait yaratmışdı. İrəvan meydanında qızışan mitinqlərdə Azərbaycan əleyhinə aqressiv şüarlar səslənir, İrəvanda yaşayan azərbaycanlıların şəhəri təcili tərk etmələri ilə bağlı ultimatum verilirdi.
Teatrın normal fəaliyyətinə imkan vermirdilər, bağlanması üçün hər tərəfdən təzyiq göstərirdilər. Bunun qarşısını almaq üçün bütün qüvvə ilə çalışırdıq. Fəhlə işini də özümüz görürdük. Mitinqlərdən bir az öncə,uzun süründürməçilikdən sonra ev almışdım. Baylrda mitinqlər gedirdi, mən mənzilə oboy vururdum. İşin sonluğunu ağlıma belə gətirmirdim. Son anda qədim yurdumuzdan çıxmaq məcburiyyətində qaldıq. Qaldığım həyətdə yasəmən əkmişdim, bir də tut ağacı. Uzun müddət yuxumda ağlayan yasəmənləri görürdüm,budaqlarından ney səsi gələn tutun harayını eşidirdim. (Vidadi Əliyev)
Dar günlər və dar günün dostları
Bakı
Bakıda yerləşəndən sonra Vidadi Əliyev bir neçə həmkarı ilə birlikdə Azərbaycanfilm kinostudiyasının direktoru Ramiz Fətəliyevə müraciət etdi. Kinodramaturq onların vəziyyətini anladı. Dərhal aktyorları ştata götürdü. Maddi cəhətdən vəziyyət düzəlsə də, səhnə eşqi, teatr təşnəsi Vidadi müəllimi rahat buraxmırdı. O yeni təşəbbüslə Mədəniyyət Nazirliyinə getdi. Həmkarlarının bir neçəsi Vidadi Əliyevi tək buraxmadı.
Nazir Polad Bülbüloğlu, nazir müavini Ədalət Vəliyev və Akademik Dövlət Dram Teatrının direktoru, SSSİ Ali Sovetinin deputatı Həsənağa Turabov bizi anlayışlı qarşıladılar. Onlara dedim ki, düşmən içində qədim mədəniyyətimizi təbliğ etmiş,qorumuş teatrımızı qorumaq lazımdır. Söylədiklərimə şərik çıxdılar. Beləliklə, 1989cu il, iyulun 4də Xırdalanda bizə yer verildi. Elə ordaca qərara gəldilər kin, teatra rəhbərlik işini mən boynuma götürüm. (Vidadi Əliyev)
Akademik Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Opera və Balet Teatrının, Sumqayıt Dövlət Dram Teatrının köməyi ilə studiya rekvizit, əlbəsə, geyimlə təmin olundu. Altı aya qədər məvacibsiz çalışan fədailərə Qayğı cəmiyyətinin sədri,akademik İmam Mustafayev əl tutdu.
1989 cu il,noyabrın 4 də teatrstudiya ilk işini təqdimata çıxardı. Georgi Xuqayevin Elbrus evlənir əsəri maraqla qarşılandı.
Mədəniyyətimizin hamisi
1993 cü ilin yayında xalqın tələbi, ziyalıların müraciəti ilə görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Dövlət quruculuğu, ordu formalaşdırılması ilə bərabər Ulu Öndər ədəbiyyat və incəsənəti də diqqət mərkəzində saxladı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyətini yaxşllaşdlrmaq barədə 31 avqust, 1994 cü il tarixli,320 sayll əmri verildi. Əmrə əsasən,sənət ocağı Nəsimi rayoni ərazisində, Hüseynqulu Sarabski adına Mədəniyyət evinə yerləşdi. Vidadi Əliyev teatrın direktoru və bədii rəhbəri kimi fəaliyyətini davam etdirdi. Yaradıcılıq ruhu artdı. Dramaturgiyadan seçmələr səhnəyə gətirildi. Muxtəlif teatrlardan tanınmış rejissorlar dəvət olundular.
20 Yanvar faciəmizə həsr etdiyimiz tamaşanl Təbriz və Ərdəbil şəhərlərində oynadıq. Tehran televiziyası tamaşanı lentə aldı. (Vidadi Əliyev)
Portretə cizgilər
Çətin məqamlarda hər kəs ağır psixoloji sarsıntıya, çıxılmaz vəziyyətə düşəndə. Vidadi müəllim qəhrəmanlıq göstərərək teatrın kollektivini bir araya cəmlədi. Bütün bunlar heç bir texniki maddi bazası olmayan teatr üçün əvəzsiz xidmət idi. O həm aktyor, həm rejissor, həm də direktor kimi layiqli sənətkar, vətəndaşdır. Ümumiyyətlə, İrəvan teatrında onun haqqsayı sonsuzdur. Vaxt olub ki, direktorluq dövründə fəhlə yerinə də iş görüb. Elmira teatrın Azərbaycanda fəaliyyətinin yenidən davam etdirilməsində çox böyük zəhmət çəkib. O, teatrı son dərəcə sevən, teatrın önündə gedən, onun yükünü çiynində daşıyan sənətkarlardan biridir. Bir sözlə, Elmira xanım İrəvan teatrının anasıdır. (Almaz Ülvi, filologiya elmləri doktoru)
Vidadi Əliyev 1988ci ildən 2000ci ilə qədər rəhbər kimi bütün enerjisini teatrın inkişafı naminə sərf etdi. 14 nəfərlik məhdud aktyor ştatı ilə dəyərli tamaşaların ərsəyə gəlməsi üçün həm direktorbədii rəhbər, həm də quruluşçu rejissor kimi əzmlə çalışdı.
Verdiyi quruluşlar rejissorun yüksək sənətkarlığından, tükənməz təxəyyülündın xəbər verir. İşində əsas gücü aktyor ifasına verən Vidadi Əliyev maraqlı və təkrarolunmaz yozumları ilə tamaşaçı rəğbəti qazanmış səhnə əsərləri yaradıb. Onun yaradıcılığında lirik məqamlar, psixoloji vəziyyətlər, realistcəsinə poetik ifadələr yer alıb. Vidadi Əliyevin quruluşunda aktyor mizanla, psixoloji durumla dediyi söz arasında üzvilik, vəhdət yaradıb, sadə, səmimi və inandırıcı şəkildə ifa edir. (İlham Rəhimli, professor, əməkdar incəsənət xadimi).
Vidadi Əliyevin aktyorluq imkanları kino rejissorlarının da diqqətini çəkib. Bayquş gələndə, Küçələrə su səpmişəm, Doğma sahillərdə, Qəzəlxan, Təxribat, Yalan, Nabat, Girov, Cavid ömrü bədii filmlərində xarakterik obrazlar yaradıb.
Bu yaxınlarda Yurd yeri filminə baxdım. İlahi,necə təsirli idi?! Onun baxışları atamın baxışlarını xatırlatdı. Qabarıbçəkilən sinəsində Qubadlı deyədeyə dünyadan köçən atamın Vətən ağrılarını hiss etdim. Həm də o baxışlarda, gözlərinin dərinliklərində Vətən nisgili, İrəvan həsrəti. (İlhamə Nasir, yazıçı)
Sədaqət
Çətin zamanlarda Musiqili Komediya Teatrının direktoru Hacıbaba Bağırovdan Vidadi müəllimə də, Elmira xanıma da iş təklifi gəlib. Daha sonra Xalq artisti Afaq Bəşirqızı Elmira xanımı teatra dəvət edib. Hər ikisi dəvətə görə minnətdarlıq edib, doğma teatrı dar ayaqda qoyub getməyi özlərinə sığışdırmayıblar. Onlar üçün sədaqət önəmli prinsipdir. 2016 cı ildə Türkiyədə,qastrol səfərində Abidəmin dastanı tamaşasında bir yerdə oynayıblar və bu,ömürlərini səhnəyə həsr etmiş fədakar cütlük üçün vida oyunu olub.
Qəfil zərbə
Dəmirçi dəmiri döyür,
saat zamanı,
ürəyim sükutu.
dəmir əyildi,
zaman əridi,
ürəyim hanı?! Faiq İsmayılov
Mən bu ailəni rəhmətlik Oqtayla tanımışdım Tələbəlik illərindən. Sonralar Azırbaycan televiziya sınayesinı mükəmməl menecer konsepsiyasını uğurla tətbiq edən peşəkar, böyük təşkilatçı, SOYun yaradıcısı kimi daha yaxından tanıdım.
Oqtayın qəfil gedişi sarsıtdı məni, qəddimi əydi. Dözməli dərd deyil. İçimdə ağlayıram. Göz yaşım ürəyimi yandırır. Yuxuma girir tez tez. Həmişə də, həyatda olduğu kimi, qaynar, hayküylü, harayhəşirli, tələsən, həm də zarafatcıl (Vidadi Əliyev).
Mustika
Oqtay mənə bir telefon almışdı. O, haqqın dərgahına qovuşan gün telefon birdən birə işləmədi. Heç kimin də başı çıxmadı. Oqtayın üçü çıxan gün telefon özüözündən açıldı, işləməyə başladı. (Elmira İsmaylova)
Ailənin ikinci övladı Elçinlə məni CNF productionda unudulmaz şairimiz Cabir Novruzun oğlu, rəhmətlik Müşfiq tanış etdi.
Fundamental əsərlərini, televiziyaşünaslıqla bağlı araşdırmalarını həvəslə oxuyuram. Elçin Əlibəyli böyük intellekt sahibidir.
İrəvan teatrının baş rejissoru Tofiq müəllimin qurduğu tamaşaya daxili baxış keçirilirdi. Elçini də özümüzlə götürmüşdük. Hardasa, 5 yaşı olardı. Çıxışlar bitəndən sonra birdən Tofiq müəllim Elçinə tərəf döndü:
Balaca, tamaşa xoşuna gəldi?
Elçin elə bir irad bildirdi ki, hamımız heyrətləndik. Və maraqlı burasıdır ki, rejissor o iradla razılaşdı, düzəlişi etdi. (Vidadi Əliyev)
74 gün
Onlar birbiri üçün bu dünyaya gəliblər.
Tale onları İrəvanda görüşdürdü.
Sevgilərini etiraf edib ailə oldular.
Sevgi və sənət eşqi üzərində qurulmuş ailə modeli yaratdılar.
Azərbaycan incəsənətinə mühüm töhfə verən iki övlad böyütdülər.
Sərvət həvəsinə düşmədilər, vardövlət dalınca qaçmadılar. İradələri, gözütoxluqları nəfsə qalib gəldi.
Ən böyük kapitalın intellektual övladların olması düşüncəsinə aksiom təntənəsi yaşatdılar.
Çətinliklərə birlikdə sinə gərdilər.
Faciənin, övlad itkisinin acısını da birgə yaşadılar. Birbirinə hayan oldular, toxtaqlıq verdilər.
Və hər ikisinin 80 illik yubiley məqamıdır. Arada vurtut 74 gün fərq var.
Sentyabrın 1də əməkdar artist Vidadi Əliyevin, noyabrın 13də Xalq artisti Elmira İsmayılovanın doqquzuncu onilliyə qədəm qoyduqları ünlü tarixdir.
Mübarəkdir!
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovun İstanbul Universiteti Hüquq fakültəsi tərəfindən nəşr olunan İstanbul Hukuk Mecmuası elmi jurnalının 2025, №2 sayının, 83cü cildində Adli yardım hakkı ile bilgi edinme hakkı arasındaki etkileşim: Hukuk teknolojisinin sağladığı fırsatlar adlı məqaləsi dərc olunub.
Məqalədə hüquqi yardım və informasiya əldə etmək hüquqlarının qarşılıqlı təsirinin təhlili əsasında insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş institusional yanaşmalar irəli sürülür. Bu yanaşmalar, xüsusən hüquqi yardımın effektivliyinin artırılması və informasiya əldə etmək hüququnun tam təmin olunması ilə bağlı əsas məsələləri vurğulayır.
Qeyd olunur ki, hüquqi yardım və informasiya əldə etmək hüquqları arasında mövcud olan əlaqə, insan hüquqlarının müdafiəsi üçün mühüm rol oynayır və bu hüquqların təmin olunması mexanizmlərinin təkmilləşdirilməsi hər bir hüquqi sistemin inkişafı üçün vacibdir.
Xatırladaq ki, İstanbul Hukuk Mecmuası həm nəzəri, həm də praktiki hüquqi problemlərin elmi baxımdan təhlilini özündə birləşdirir. Jurnalda tədqiqat məqalələri ilə yanaşı, qanunvericiliyə dair təhlillər, məhkəmə qərarlarının hüquqi analizi və digər aktual məsələlər dərc olunur. Jurnal Clarivate Analytics (Web of Science https://mjl.clarivate.com/searchresults) bazasına daxildir.
AzVision.az BKİnin Teelgramkanalında yerləşdirilən məlumata istinadən xəbər verir ki, hücum nəticəsində Rusiyanın iki ədəd Mi8 helikopteri vurulub.
Məhv edilən texnikanın ilkin dəyəri 2030 milyon dollar civarında qiymətləndirilir. BKİ bildirir ki, əməliyyat zamanı Sevastopol körfəzində yerləşən Rusiya yedək gəmisinə də, ehtimala görə, BUK2190 zərbə endirilib. Hücum zamanı bu gəmiyə qarşı xüsusi döyüş başlığı yönəldilib.
AzVision.az ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə deyib.
AzərbaycanPakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlət başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb.
Hindistanın qisasa çalışmasının Azərbaycan üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan prezident qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.
Məhəmməd Şahbaz Şərif bu ilin aprelmay aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlətimizin başçısına bir daha təşəkkürünü bildirdi.
AzərbaycanPakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlətimizin başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını dedi. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.
Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırladı, həmçinin Laçında Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli formatda keçirilmiş görüşün əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı öz növbəsində üçtərəfli əsasda AzərbaycanTürkiyəPakistan formatında müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığını vurğuladı.
Pakistanın Baş naziri Prezident İlham Əliyevə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nəticələr münasibətilə təbriklərini çatdırdı, bunun tarixi əhəmiyyət daşıdığını qeyd etdi.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə edilmiş uğurların regionda davamlı sülhün təmin olunması baxımından önəminə toxundu. Prezident İlham Əliyev, həmçinin Vaşinqtona səfərinin AzərbaycanABŞ əlaqələrinin inkişafı baxımından da mühüm əhəmiyyətə malik olduğunu dedi və bütün bu proseslərdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğuladı.
Görüşdə Azərbaycanla Pakistan arasında hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu, mövcud siyasi münasibətlərimizin ruhuna uyğun olaraq iqtisadi, ticari əlaqələrin inkişafına dair müzakirələr aparıldı, hökumət üzvlərinə əlavə tapşırıqlar verildi. Azərbaycanın ASAN xidmət modelinə uyğun olaraq Pakistanda da analoji layihənin həyata keçirilməsi məsələsi müsbət addım kimi qiymətləndirildi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1də Çinin Tiencin şəhərində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.
AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.