Normal görünüm

Dünden önceki gün alınanlar Azerbaycanca Haberler

Müştəri jurnalist çıxdı,falçının "ürəyi getdi"  — Bakıda ŞOK ANLAR

Bakıda özünü falçı və ekstrasens kimi təqdim edən Məhəbbət adlı xanım jurnalistlərə hücum edib.Oxu24.com xəbər verir ki,BTV kanalının əməkdaşları sözügedən ünvanda olan zaman gərginlik yaşanıb.Jurnalistləri görən falçı qadın yerə yıxılıb və gərginlik yaranıb.Sözügedən görüntüləri təqdim edirik:

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada “Poyi-Kalon” kompleksi ilə tanış olub - VİDEO 

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Poyi-Kalon” kompleksi ilə tanış olublar.Bu barədə Oxu24.com  xəbər verir.Bu kompleksin adı “Böyüyün ətəyində” mənasını verir. Onun əsas abidələrindən biri olan Kalon minarəsi 1127-ci ildə inşa olunub.Kalon məscidi Buxaranın ən böyük məscididir. XVI əsrdə inşa olunan məsciddə eyni anda 12 min insanın ibadət etməsi mümkündür.Kompleksdəki Mir-i Ərəb mədrəsəsi dini təhsil müəssisəsidir. Mədrəsə XVI əsrdə Abdullah Yəməni - Mir-i Ərəb tərəfindən inşa etdirilib.

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada “Ark” qalası ilə tanış olublar - VİDEO 

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Ark” qalası ilə tanış olublar.Bu barədə Oxu24.com  xəbər verir.Qeyd edək ki, “Ark” qalası eramızdan əvvəl IV əsrdə inşa olunub. Onun hazırkı görkəmi isə əsasən XVII–XVIII əsrlərdə formalaşıb. Qaladan XX əsrin əvvəllərində Buxara hökmdarlarının qış iqamətgahı kimi istifadə olunurdu. Hazırda qala 4 hektar ərazini əhatə edir. Qalanın böyük hissəsi 1920-ci ildə dağılıb. 1947-ci ildən qala ərazisində Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.

DİN-in Baş İdarəsi əməliyyat keçirib:Tutulan şəxslər kimlərdir?

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müxtəlif xarici ölkələrin informasiya sistemlərinə kiberhücumlar təşkil etməkdə şübhəli bilinən 23 yaşlı Ramil Feyziyev və 22 yaşlı Elçin Abdullazadə saxlanılıblar.DİN-in Mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxslər xarici dövlətlərə məxsus çoxsaylı veb-saytların serverlərinə müdaxilələr edərək onların idarəetmə panellərinə icazəsiz giriş əldə ediblər. Daha sonra məxfi məlumatları ələ keçirən bu şəxslər internet resurslarının əsas səhifələrində dəyişikliklər edib, özlərinə məxsus proqram təminatı yerləşdirərək nəzarətə götürüblər. Bununla da onlar ələ keçirdikləri internet resurslarının idarəetmə panellərinin satışını təşkil ediblər.Araşdırma zamanı müəyyən edilib ki, R.Feyziyev ümumilikdə 2300, E.Abdullazadə isə 179 xarici veb-sayta qanunsuz müdaxilə edərək həmin internet resurslarını ələ keçiriblər.Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, kiberpolis tərəfindən müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir."Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, informasiya sistemlərinə qanunsuz müdaxilə etmək, onları ələ keçirmək və ya satışını həyata keçirmək cinayət əməlidir. Bu kimi qanunsuz hərəkətlərə yol verən şəxslər həm yerli, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar. Rəqəmsal mühitdə anonim qalacaqlarını düşünən şəxslər müasir istintaq və kiberkriminalistik imkanlar sayəsində müəyyən edilərək qanun qarşısında cavab verməyə məcbur olurlar. Unutmaq olmaz ki, yüksək texniki bilik və bacarıqlar yalnız qanuni məqsədlərə, cəmiyyətin, dövlətin və informasiya təhlükəsizliyinin qorunmasına xidmət etməlidir", DİN-dən bildirilib.

Bakıda Yol Polisi faciənin qarşısını aldı — ANBAAN VİDEO

Yol polisi skuter sürücüsünü qəzadan xilas edib.Oxu24.com xəbər verir  ki,paytaxtın intensiv hərəkətli yollarından birində skuter sürücüsü qəza riski yaradan təhlükəli manevr edib. Vəziyyəti vaxtında görən yol polisi əməkdaşı dərhal müdaxilə edərək onun hərəkət hissəsinə çıxmasının qarşısını alıb.Saniyələr içində faciəyə çevrilə biləcək hadisə yol polisinin çevik reaksiyası sayəsində baş vermədi. View this post on Instagram A post shared by oxu24.az (@oxu24.az)

"Sehrbaz" canlı yayımda biabır OLDU -VİDEO

Özündə fövqəltəbii qabiliyyətlərin olduğunu iddia edən hindistanlı kişi bunu televiziya efirində sübut etməyə çalışıb. Oxu24.com xəbər verir ki,o, ağır əşyaları naməlum enerji vasitəsilə havaya qaldıra bildiyini deyərək kameralar qarşısında daşın levitasiyasını nümayiş etdirib.Lakin fokus tez bir zamanda ifşa olunub.Tamaşaçılar və çəkiliş qrupu daşın nazik saplarla qaldırıldığını aşkar ediblər. Görünür, kişi müasir kameraların xırda detalları belə qeydə ala bildiyini unudub. Hadisədən sonra onun çıxışı sosial şəbəkələrdə geniş müzakirə və istehza mövzusuna çevrilib, istifadəçilər isə onu növbəti fırıldaqçı kimi qiymətləndiriblər. View this post on Instagram A post shared by oxu24.az (@oxu24.az)

Azərbaycanda bu sahəyə milyonlar ayrıldı -VİDEO

"Bakı metrosunun genişləndirilməsi layihəsi - I mərhələ" çərçivəsində 180 milyon ABŞ dolları məbləğində maliyyələşmə müqaviləsi imzalanıb. İnvestisiyaların təmin edilməsi sahəsində beynəlxalq məsləhətçi şirkət cəlb olunub və investisiya mühitinin cazibədarlığının yüksəldilməsi naminə 10 prioritet istiqamət üzrə xüsusi proqram işlənib hazırlanıb".Oxu24.com  xəbər verir ki, bunu "AZCON Holding"in icraçı direktoru Şahib Babayev bildirib. Bu maliyyələşməyə nələr aiddir? Hansı işlər görülə bilər?"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, metro şəbəkəsinin genişləndirilməsi çoxşaxəli prosesdir və bir sıra mürəkkəb layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Aygün Kazımova qəfil onun konsertinə gəldi -VİDEO

Elçin Cəfərov bu gün Heydər Əliyev Sarayında konsert verib. Oxu24.com xəbər verir ki,Xalq artisti Aygün Kazımova gecəyə qatılaraq sürpriz edib. Pop kraliça gecədə Elçinlə birlikdə mahnı oxuyub. Посмотреть эту публикацию в Instagram Публикация от oxu24.az (@oxu24.az)

Quş nəhəng balığı diri-diri uddu — ANBAAN VİDEO  

Sosial mediada quşun nəhəng balığı udması videosu viral olub.Oxu24.com xaric mediaya istinadən xəbər verir ki,quşun təxminən özü çəkisində balığı diri-diri udması izləmə rekordu qırıb.Görüntülər xarici ölkələrin birində qeydə alınıb.Həmin anları təqdim edirik: Посмотреть эту публикацию в Instagram Публикация от oxu24.az (@oxu24.az) Jalə

DYP-dən şikayət edən sürücüyə RƏSMİ CAVAB -VİDEO

Sabirabad sakini Firudin Şəmiyev ünvanına 100 manat məbləğində cərimə və 4 balın tətbiqinin əsassız olduğunu iddia edir. Sürücü iddia edir ki, qayda pozuntusunun qeydə alındığı ərazidə yol nişanlanması qırıq xətlə olduğundan, onun etdiyi hərəkət cərimələnməyə əsas vermir.Oxu24.com xəbər verir ki,Xezerxeber.az-ın məlumatına görə, şikayətçi bildirib ki, hadisə paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki yol polisi postunun yaxınlığında, sement zavodunun qarşısındakı ərazidə baş verib. O iddia edir ki, nəqliyyat vasitəsilə yanacaqdoldurma məntəqəsindən çıxaraq qırıq xətt olan hissədə dönüb. Lakin buna baxmayaraq cərimə tətbiq olunub.Firudin Şəmiyev məsələ ilə bağlı həmin əraziyə yenidən gedərək yolun vəziyyətini mobil telefonla qeydə aldığını və aidiyyəti qurumlara təqdim etdiyini deyir. Vətəndaş tətbiq edilən cəriməyə yenidən baxılmasını və problemin araşdırılmasını istəyir.Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, Firudin Şəmşiyevin ünvanladığı müraciət araşdırılıb. Müəyyən edilib ki, sürücünün yol hərəkəti qaydalarını pozması xüsusi texniki vasitə ilə qeydə alınıb və onun barəsində qanunvericiliyin tələbinə uyğun olaraq elektron protokol tərtib edilib. Aparılan əlavə araşdırmalar zamanı da sürücü barədə tətbiq olunan inzibati tədbirin tam əsaslı olduğu təsdiqini tapıb.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Əlillik pensiyası ilə bağlı yeni qaydalar tətbiq olunacaq - VİDEO 

İstehsalatda bədbəxt hadisələr nəticəsində əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq.Oxu24.com-un  məlumatına görə,millət vəkili Vüqar Bayramov bildirib ki, Nazirlər Kabineti bununla bağlı qaydalardan birini təsdiqləyib, digərində isə dəyişiklik edib.Dəyişikliklər əlillik dərəcəsinin daha şəffaf və konkret meyarlar əsasında müəyyən edilməsinə imkan yaradacaq. Yeni qaydalara əsasən, əlillik dərəcəsinin təyin olunması üçün xüsusi formuladan istifadə ediləcək.Millət vəkili qeyd edib ki, yeni qaydalar proseslərin elektronlaşdırılmasını da nəzərdə tutur.Deputat vurğulayıb ki, yeni mexanizmlərin tətbiqi istehsalat qəzaları zamanı əlillik dərəcəsinin daha operativ, şəffaf və vahid meyarlar əsasında müəyyənləşdirilməsinə imkan yaradacaq.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? - Açıqlama 

Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə Qurban bayramı münasibətilə ət payı göndərilib.Oxu24.com  xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda həmin ətin köhnə olduğu üçün artıq istifadəyə yaramadığı iddia edilib. Vətəndaşlar bildirib ki, ət göyərmiş və qurdlamış şəkildə göndərildiyi üçün kəskin qoxu hiss olunub. Görüntülərlə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, isti hava və məsuliyyəsizlik səbəbindən bəzi qurban paylarında problem yaransa da, artıq aradan qaldırılıb: “Qurban bayramı münasibətilə Cəlilabad RİH tərəfindən 1800 şəhid, qazi və aztəminatlı ailəyə qurban payı göndərilib. Lakin qəssab və ərazi üzrə nümayəndə tərəfindən məsuliyyətsizliyə yol verilib. İsti hava olduğundan sellofana yığılan və çatdırılma zamanı ləngiyən bayram payında problem yaranıb. Bir neçə nəfərə çatacaq ət keyfiyyətini itirib. Problem dərhal aradan qaldırılıb, həmin qurban payları yenisi ilə əvəz olunub”.Qafqazinfo

Səməd Vurğunun avtomobilini illər sonra sürdülər -VİDEO

Xalq şairi Səməd Vurğunun illər sonra Vətənə qayıdan "Pobeda"sı bərpa olunub.Oxu24.com xəbər verir ki,bu barədə İTV məlumat yayıb.Qeyd edək ki,Xalq şairinin avtomobili uzun müddət istifadəsiz və təmirsiz halda qarajda saxlanılırdı.İllər sonra avtomobil təmir edildikdən sonra ilk dəfə sürülüb.Avtomobil Qazax Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə Xalq şairinin 120 illik yubileyi münasibəti ilə təmir edilib.Daha ətraflı video materialı təqdim edirik: Посмотреть эту публикацию в Instagram Публикация от oxu24.az (@oxu24.az)NİGAR

Bazarlarda qiymət artımına səbəb olacaq - VİDEO

Ötən gün yağan güclü dolu bəzi bölgələrdə meyvə bağlarını, tərəvəz sahələrini yararsız hala salıb. Oxu24.com  xəbər verir ki, Tovuzun Kirən və Çatax inzibati ərazi dairəsinə tabe olan kəndlərə yağan dolu səbəbindən yeni yetişən məhsullar zərər görüb. Kənd sakinləri deyir ki, aylardır çəkdikləri zəhmət məhv olub.Satıcıların sözlərinə görə, isə məhsuldarlığın azalması bazarlarda qiymət artımına səbəb olacaq. Satıcılar qiymət artımının  xüsusilə mövsümi meyvə və tərəvəzlərdə olacağını bildiriblər.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Əli Mirəliyevin evindən görüntülər: Bacısı görün kim imiş  +VİDEO

Müğənni Əli Mirəliyevin evindən görüntülər yayılıb.Oxu24.com xəbər verir ki,bu barədə jurnalist Afət Rahilqızı paylaşım edib.Jurnalist ƏşMirəliyevin Mərdəkanda yerləşən bağ evində qona qolub.Müğənni tək yaşadığını və bir neçə evinin olduğunu bildirib."Yoldaşım gəlib-gedir.Özüm belə tək yaşayıram.Belə öyrəşmişəm",-deyə sənətçi bildirib.Veriliş zamanı Əli Mirəliyev bacısından və ailəsindən də söz açıb.Ətraflı videonu təqdim edirik:Hazırladı: Nigar

Polis Astarada əməliyyat keçirib, 45 kq narkotik aşkarlanıb - VİDEO 

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.DİN-dən Oxu24.com-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində keçirilən növbəti əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik vasitə gətirməyə cəhd edən əvvəllər məhkum olunmuş 38 yaşlı Tural Bəkirov və 53 yaşlı Mehman Abdurahmanov saxlanılıblar.Onlardan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 45 kiloqram marixuana, eləcə də 650 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.Əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

Səhər mən duranda bu xəbər olmasın - TƏHDİD 

Amnistiya aktı qərarı ləğv edilən və özünü kosmetoloq kimi təqdim edən Elnarə Rzayeva medianı təhdid edib.Oxu24.com Ajans.az -a istinadən xəbər verir ki, yanvar ayında Bakıda fəaliyyət göstərən “Dr. Elnara” MMC-nin rəhbəri Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktı tətbiq edilmişdi. Xəbər portalı olaraq bu məlumatı sosial şəbəkə hesabımızda və saytımızda paylaşmışdıq. Həmin rəsmi qərarın paylaşılmasından sonra Elnarə Rzayeva tərəfindən “Siz bu xəbəri silməsəz, sabah sizin səhifənizi şikayət edib ömürlük bağlatdıracam. Sabah mən duranda bu xəbər olmasın” məzmunlu təhdid mesajı göndərilib.Elnarə Rzayeva Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum edilmişdi.Prezident tərəfindən irəli sürülmüş təşəbbüs əsasında Milli Məclisin “Konstitusiya və Suverenlik İli” münasibətilə 19 dekabr 2025-ci il tarixli amnistiya qərarı Elnarə Rzayevaya da şamil olunmuşdu. Lakin bir müddət sonra həmin qərarda dəyişiklik edilib və Elnarə Rzayevaya tətbiq olunan amnistiya aktı ləğv olunub.Qeyd edək ki, ötən il Bakı və Sumqayıtda fəaliyyət göstərən “LBC” estetik kosmetoloji klinikalarının idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Rzayevanı məhkəməyə veriblər. Nərimanov Rayon Məhkəməsi onun barəsində ekspertiza təyin etmişdi.Ajans.az olaraq hazırda kosmetoloq kimi fəaliyyət göstərən Elnarə Rzayevanın lisenziyasının olub-olmaması ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq.Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən verilən cavabda bildirilib:“Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə və Nazirliyin Analitik Ekspertiza Mərkəzinin qüvvədə olan lisenziyalara dair məlumat bazasında Rzayeva Elnarə Ramiz qızının “dermatologiya” ixtisası üzrə kosmetoloji tibbi fəaliyyətlə məşğul olmaq üçün nə müvafiq təhsilə, nə də fərdi sahibkar kimi həmin fəaliyyət növü üzrə lisenziyaya malik olması müəyyən edilməyib.”Ajans.az olaraq bizə qarşı təhdid mesajları göndərən bu şəxslə bağlı qanuni tədbir görülməsi üçün DİN və Baş Prokurorluğa müraciət edəcəyik. Посмотреть эту публикацию в Instagram Публикация от Tural Museyibov (@museyibovtural_official_page)

“Arzum 9999” qəzanın anbaan videosunu yaydı

“Arzum 9999” ləqəbli bloger İlduz Hacıyeva aylar öncə baş verən qəzadan danışıb.Oxu24.com xəbər verir ki, o bu barədə İnstaqram hesabında açıqlama yayıb və hadisənin anbaan videosunu təqdim edib.O bildirib ki, qəza qarşı tərəfin kobud səhvi ucbatından baş verib. Bloger qəza videosunun artıq məhkəmədə təqdim edildiyini bildirib.Qeyd edək, sözügedən hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində bir nəfər ölüb, digər bir şəxs isə ağır xəsarət alıb.Xatırladaq ki, istintaq dövründə bloger Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Посмотреть эту публикацию в Instagram Публикация от oxu24.az (@oxu24.az)

Cərimələrə görə bal ləğv edilir? — SÜRÜCÜLƏRƏ XƏBƏR VAR

Bəzi yerlərdə qanunsuz parklanma və ikinci cərgədə dayanma və durma qaydasının pozulmasına görə cərimə ilə yanaşı, 2 bal da tətbiq edilir.Nəzərə alsaq ki, 20 ballıq limit var, bu da xüsusən də gündəlik taksi fəaliyyəti ilə məşğul olanlar üçün o qədər yetərli deyil.Oxu24.com xəbər verir  ki,yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, gün ərzində saatlarla sükan arxasında olan taksi sürücülərinə dayanma-durma və avtobus zolağı ilə bağlı tətbiq olunan cərimə balları onların qısa müddətdə limitə yaxınlaşmasına səbəb olur. Nəticədə sürücülük hüququnun məhdudlaşdırılması riski yaranır.O hesab edir ki, məsələnin həlli üçün qanunvericiliyə yenidən baxılmalıdır. Amma burda bəzi istisinalar da var. Mütəxəssislər təklif edirlər ki, işıqforun qırmızı işığında keçmə və digər daha ağır qəzalara səbəb ola biləcək inzibati xətalarda bal olsun. Elməddin Muradlının fikirincə, yaxın vaxtlarda cərimə balları sistemi yenidən nəzərdən keçirilməsi və xüsusilə dayanma-durma qaydalarına görə tətbiq olunan ballarla bağlı dəyişiklik edilməsi gözlənilir. Bununla bağlı təklif hazırlanır.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Kredit gecikməsinə görə 100-dən çox tanışına zəng etdilər - VİDEO 

Kredit gecikməsi səbəbindən təkcə şirkət qarışısında yox, həm də yaxınları arasında pis vəziyyətdə qaldığını bildirir. Dediyinə görə, telefonunun kontakt siyahısında olan 100-dən çox şəxsə onun krediti gecikdirməsi ilə bağlı zəng edilib. Hadisə paytaxt sakini Kənan Əlizadənin başına gəlib. "Xəzər Xəbər" müraciət edən vətəndaş deyir ki, təxminən 5 ay əvvəl bank olmayan kredit təşkilatından 500 manat kredit götürüb. Elə olanlar da bundan sonra baş verib. Belə ki, kreditinin bir neçə gün gecikməsi onu tanışları arasında çətin vəziyyətə salıb. Kənan Əlizadə deyir ki, kredit təşkilatının mobil əlavəsi vasitəsi ilə onun telefonundakı əlaqə siyahısındakı məlumatlar ələ keçirilib. Beləliklə kontaktında olan 100 nəfərdən çox şəxsə gecikmə ilə bağlı zəng daxil olub. Vəkil Anar Ramazanov isə deyir ki, bankların və ya kredit təşkilatlarının, kredit götürən şəxsin onlarla yaxınına zəng etməyi düzgün olmasa da, bu bəzən müqavilədə qeyd olunur. Vətəndaş imzaladıqdan sorna müqavilə əsas götürülərək bəzən sui-istifadə halları müşahidə oluna bilir. Anar Ramazanovun sözlərinə görə, bu vəziyyətdən və belə zənglərdən narahat olan şəxslər məhkəməyə müraciət etdikdə, vurulan mənəvi sarsıntı və ya zərər qiymətləndirilərək şirkətdən tələb edilə bilər.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

FHN bu obyekti bağladı

Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.Bu barədə Oxu24.com-aFövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxiində zəruri tədbirlərin görülməsini davam etdirir. Agentliyin müfəttişləri tərəfindən Qəbələ rayonu, Zarağan qəsəbəsində fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Sərdar Rəhbər oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Prezidentin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı videoçarx paylaşılıb 

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı videoçarx paylaşılıb.Oxu24.com  paylaşımı təqdim edir:WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı videoçarx#WUF13 #WUF13Azerbaijan@WUF13Azerbaijan pic.twitter.com/jxi5N1g6nG— İlham Əliyev (@azpresident) May 18, 2026

Zeynəb Xanlarovanın arxiv videosu yayıldı: Nə deyib?  

Xalq artisti Zeynəb Xanlarovanın arxiv videosu yayılıb.Oxu24.com xəbər verir ki,görüntülər bağlanmış ANS telekanalının arxivindən yayımlanıb.Videoda Xalq artisti həmkarı Aygün Kazımova haqqında danışıb."Açığını deyim sizə,Aygünü çox bəyənirəm.Aygün özüdür,nə varsa odur.Bir də var obraza girib, özünü gizlədən bəzi müğənnilər...O,qızın həm oxumağı xoşuma gəlir,həm də təbiiliyi..."Sözügedən videonu təqdim edirik: Jalə

Azərbaycanda ağır QƏZA: 20-yə yaxın YARALI VAR

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com xəbər verir ki, "Mercedes Sprinter" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə rayon ərazisində qeydə alınıb.İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.(apa)

Plastik cərrahiyyə QALMAQALI: Meyit piyini silikon əvəzinə İSTİFADƏ EDİRLƏR – VİDEO

Ufalı alim amerikalıları texnologiyasını oğurlamaqda ittiham edib. İnterpress.az xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb. Başqırdıstandan olan professor Ernst Muldaşev […]

Source

💾

Polkovnik vəfat etdi

Rusiya Daxili İşlər Nazirliyinin təqaüddə olan polkovniki Vidadi Orucov vəfat edib.Oxu.Az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 68 yaşında Moskvada dünyasını dəyişib.Qeyd edək ki, Vidadi Orucov 1957-ci ildə Göygöl rayonunda anadan olub.O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb. Uzun müddət Rusiya Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə çalışıb.Mərhum Göygöl rayonunda dəfn olunub.

Polis bu  uşaqla bağlı müraciət etdi -DİQQƏT!

Bakıda azyaşlı uşağın valideynləri axtarılır.Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev paylaşım edib.Bildirilib ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Səid adlı 8 yaşlı uşağı aşkarlayıblar.O, valideynindən küsdüyü üçün evdən qaçdığını və yolunu azdığını söyləyib.Ətraflı videoda:

"Bandotdel" əməliyyat keçirib: Həbs olunanlar kimlərdir? -VİDEO

Bakıda polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.Bu barədə Oxu24.com  DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 41 yaşlı Orxan Ağamalı, tanışı 37 yaşlı Zahid Əliyev və 40 yaşlı Mahir Qasımov saxlanılıblar. Onlardan 34 kiloqram 450 qram müxtəlif xassəli narkotik vasitələr aşkarlanıb.Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.İstintaq tədbirləri davam etdirilir.

Polis Yasamalda əməliyyat keçirdi: Həmin qadın TUTULDU   +VİDEO

Yasamalda mənzillərin giriş qapılarını yoxlayaraq açıq evlərdən birinə daxil olmaqla oğurluq törədilməsi barədə polisə məlumat daxil olub.Oxu24.com  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, diqqət çəkməmək üçün müxtəlif geyimlərdən istifadə edən naməlum şəxs bu üsulla bir mənzildən 900 manat nağd pul, həmçinin 38800 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Mətanət Hüseynova saxlanılıb. Onun üzərindən oğurlanan qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda talanmış əmlakın qalan hissəsinin aşkar edilməsi və iş üzrə digər halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.Vətəndaşlara tövsiyə edilir ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, şəxsi əmlaklarının təhlükəsizliyinə diqqətlə yanaşsınlar və şübhəli hallarla qarşılaşdıqda dərhal polisə məlumat versinlər.Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Yasamalda qara geyimli qadının üzünü gizlədərək evlərə girməsi və oğurluq etməsinə dair məlumatlar yayılmışdı.

DÜNYA BU PİNQVİNİ DANIŞIR: “Ölümə gedən nihilist” 

Sosial şəbəkələrdə milyonlarla insanın ürəyini sızladan və geniş müzakirələrə səbəb olan bir video yenidən gündəmə çevrilib. Söhbət məşhur alman rejissoru Verner Hersoqun hələ 2007-ci ildə lentə aldığı “Dünyanın sonundakı görüşlər” sənədli filmindən olan kadrlarından gedir.Koloniyadan ayrılıb ölümə doğru qaçır...Oxu24.com  xəbər verir  ki,Antarktidadakı buzlaqlarda çəkilən görüntülərdə digər pinqvinlərdən fərqli davranan bir canlının taleyi əks olunub. Hamı dənizə, yeməyə doğru getdiyi halda, bu pinqvin koloniyadan ayrılaraq təkbaşına tam əks istiqamətdə, sonsuz buzlu dağlara doğru irəliləyir. Rejissorun filmdə vurğuladığı kimi, bu yolun sonu heç də ümidverici deyil: bu, qəti bir ölümə gedişdir.İllər sonra yenidən viral olan bu kadrlar sosial şəbəkə istifadəçiləri tərəfindən “Nihilist Pinqvin” adlandırılıb. İnsanlar bu canlını sadəcə bir heyvan kimi deyil, dərin düşüncələrin, səssiz etirazın və müasir insanın yaşadığı emosional tükanmışlığın simvolu kimi qəbul edirlər.Amma niyə?Heç bir fiziki zədəsi olmayan, tamamilə sağlam görünən bu pinqvinin niyə belə bir seçim etməsi elmi izahlardan daha çox, fəlsəfi sualları doğurur.Xatırladaq ki, Verner Hersoq bu görüntüləri çəkərkən vurğulamışdı ki, pinqvinlərdə bəzən belə "orientasiya pozğunluğu" yaşanır və onlar geri dönməmək şərti ilə uzaqlara qaçırlar.Çimnaz Telmanqızı

Deputat Zaur Şükürovdan  Avropa Parlamentinin saxta qətnaməsinə SƏRT REAKSİYA  -VİDEO

Deputat Zaur Şükürov  Avropa Parlamentində yalan məlumatlar və saxta iddialar əsasında dekabrın 18-də qətnamə qəbul olunmasını şərh edib.Oxu24.com  xəbər  verir   ki, bu  barədə  millət  vəkili  REAL TV -nin efirində  yayımlanan “Real intervyu” verlişində  çıxışı zamanı fikirlərini bölüşüb.Deputat   AP-nin bir daha siyasi riyakarlıq nümayiş etdirərək atdığı bu addımı sərt şəkildə qınayaraq, AR Milli Məclisinin dekabrın 19-da keçirilən plenar iclası zamanı bununla bağlı bəyanatın qəbul olunmasını vurğulayıb.Həmçinin dekabrın 2-də Aİ ilə Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq gündəliyində yer almış, Azərbaycan əleyhinə qərəzli və təxribatçı müddəlara diqqət çəkərək, Aİ və AP-nin ikili standartlara əsaslanan mövqeyinin 8 avqustda Vaşinqtonda əldə olunmuş razılaşmalarla ziddiyyət təşkil etdiyini və regionda həqiqi sülh və sabitliyin bərqərar olmasına maneə törətdiyini bildirib.Daha ətraflı  video materialı  təqdim edirik:

"Quranda  ziyarətgah anlayışı  yoxdur"   —  ELŞAD MİRİ (VİDEO)

Quranda ziyarətə getmək yoxdur.Oxu24.com  xəbər  verir   ki,bu sözləri "Baku TV"-yə açıqlamasında  ilahiyyatçı  Elşad  Miri  deyib."İslamda ziyarətgah anlayışı yoxdur. Bunlar sonradan uydurulub.Din adı altında həll edilən məsələlərdir",-deyə  ilahiyyatçı bildirib.Daha ətraflı videodan izləyə bilərsiniz:Nigar
❌