Türkiyədə yeni arxeoloji kəşflər: qədim heykəllər və tarixi abidələr üzə çıxarılıb - FOTOLAR









Azərbaycanda turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya verilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, Proqramda hava nəqliyyatı ilə qeyrimüntəzəm (çarter) uçuşların təşkilinə görə təşkilatçıların xərclərinin kompensasiyası, hədəf turizm bazarları üzrə əlavə müntəzəm aviareyslərin təşkili, turizm əhəmiyyətli tədbirlərin, o cümlədən konsert, əyləncəli proqramların təşkilinə görə tədbir təşkilatçılarının xərclərinin bir hissəsinin kompensasiyası ilə bağlı subsidiya mexanizmlərinin yaradılması, yerləşmə xidmətlərinin infrastrukturu üzrə investorlara və turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyinin verilməsi yer alıb.

Azərbaycanda turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi mexanizminin tətbiq edilməsi hədəflənir.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, Proqramda 3 yeni turizm və rekreasiya zonasının yaradılması; turizm və rekreasiya zonalarının tərkibində azı 3 turizm mərkəzinin yaradılması və baş inkişaf planlarının hazırlanması, turizm və rekreasiya zonalarının ərazisində mehmanxanalarda (hotellərdə) və digər yerləşmə vasitələrində xidmət göstərilməsi, sanatoriya-kurort müəssisələrinin fəaliyyətinə, qış idman növləri üçün stadion və arenaların fəaliyyətinə, konqreslərin və peşəkar salonların təşkili işinə dair investisiya layihələri çərçivəsində kredit təşkilatlarından manatla alınan kreditlər üzrə faiz subsidiyalarının verilməsi yer alıb.

Azərbaycanda Turizm İnformasiya Sisteminin yaradılması və inkişaf etdirilməsi hədəflənir.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, Proqramda hava yolu, dəmir yolu, rayonlararası avtobus, metro, ictimai şəhər nəqliyyatı üzrə sərnişindaşımaya dair məlumatların (dayanacaq, marşrut, səfər və müntəzəm reyslərə dair digər məlumatlar) "GFTS" (General Transit Feed Specification) formatında hazırlanması, audiobələdçi hazırlanacaq turizm nümayiş obyektlərinin siyahısının müəyyən edilməsi və həmin obyektlər üzrə 5 xarici dildə bələdçi mətnlərinin rəqəmsallaşdırılması və audio formata çevrilməsi, audiobələdçilərin QR kod və digər rəqəmsal alətlər vasitəsilə istifadəyə verilməsi, "Azerbaijan. travel" rəqəmsal turizm platformasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi yer alıb.

Azərbaycanda Bayıl Kulinariya Təcrübə Mərkəzinin və Tuğ Enoturizm Təcrübə Mərkəzinin (Şərab Zavodu və üzüm bağları) yaradılması hədəflənir.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, Proqramda "Milli dadlar" elektron qastronomiya portalının təkmilləşdirilməsi məqsədilə, portalındakı məlumatların beynəlxalq axtarış və süni intellekt sistemlərinə inteqrasiyası, portalın beynəlxalq və yerli arenada təbliğ edilməsi yer alıb.
Eyni zamanda azı 1 beynəlxalq qastronomiya-tədbirinin, seçilmiş qastronomiya regionlarında 5 festivalın təşkili, 200 aşpazın beynəlxalq dərəcəli sertifikat əldə etməsi, 4 beynəlxalq statuslu açıq çempionatın keçirilməsi, 400 aşpazın iştirakının təmin edilməsi və bilik və bacarıqlarının təkmiləşdirilməsi, 80 əcnəbi mütəxəssisin cəlb edilməsi yolu ilə təcrübə mübadiləsinin təşkili, ümumilikdə 500 min nəfər beynəlxalq media əhatəsinin təmin edilməsi Proqramın hədəfləri sırasındadır.

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulunun yaradılması və inkişaf etdirilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, Proqramda 8 mədəni turizm məhsulunun istifadəyə verilməsi, dövrün sonuna 4 yerli, 1 beynəlxalq təbliğat tədbirinin (festival və s.) keçirilməsi, dövlət qoruqlarında abidələrin bərpası və infrastruktur işlərinin görülməsi yer alıb.
Həmçinin ölkədə sağlamlıq turizminin inkişafı strategiyasının və fəaliyyət planının hazırlanması, tibb müəssisələrinin akkreditasiyası üzrə normativ hüquqi aktların tibbi turizm istiqamətində təkmilləşdirilməsi, tibbi turizm xidmətləri göstərən azı 5 müəssisənin beynəlxalq akkreditasiya prosesinə cəlb olunması, illik əsasda Sağlamlıq Turizmi Konfransının keçirilməsi Proqramın hədəfləri sırasındadır.

Azərbaycanda turistlər üçün gündəlik, həftəlik, aylıq dəmir yolu bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təkliflərinin yaradılması hədəflənir.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Eyni zamanda Proqramda dəmir yolu bileti satışının Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası, Naxçıvan Muxtar Respublikasına turist səyahətlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi məqsədilə Bakı–Naxçıvan– Bakı istiqaməti üzrə qeyri-müntəzəm (çarter) uçuşlarının həyata keçirilməsi şərtlərinin müəyyən edilməsi, turoperatorlara turizm zərfinin satışı şərtilə Bakı–Naxçıvan–Bakı reysi üzrə biletlərin sifarişini təmin edən satış modelinin hazırlanması yer alıb.

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi bazanın yaradılması hədəflənir.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, Proqramda dayanıqlı turizm, o cümlədən turizmdə iqlim fəaliyyəti ilə bağlı tənzimləmə mexanizminin yaradılması yer alıb.
Həmçinin, dövlət qoruqlarında (abidələrin ərazilərində) dayanıqlı turizmin təşkil edilməsi, təbiət ərazilərində, o cümlədən milli parklarda
dayanıqlı turizmin təşkil edilməsi, ov turizminin inkişafı məqsədilə ov təsərrüfatlarının yenidən qurulması, Naftalan şəhərində turizmin inkişaf etdirilməsi, turizm potensialı olan kəndlərdə "turizm kəndi" konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması Proqramın hədəfləri sırasındadır.

Azərbaycanda 2030-cü ilin sonuna kimi azı 4 yeni hədəf turizm istiqaməti üzrə uçuşların həyata keçirilməsi, mövcud uçuş istiqamətləri üzrə tezliyin (intensivliyin) 20 % artırılması planlaşdırılır.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, Proqramda azı 10 hədəf turizm bazarı üzrə regional rəqib destinasiyalarla müqayisədə rəqabətqabiliyyətli aviabilet qiymətləri səviyyəsinə nail olunmaqla, ölkəyə gələn turistlərin sayının artırılması, regionlarda yerləşən hava limanlarının beynəlxalq sərnişindaşımada payının artması məqsədilə beynəlxalq uçuşların və aşağı büdcəli aviaşirkətlərin cəlb edilməsi ilə bağlı tədbirlərin (hava limanı yığımları, yerüstü xidmət haqları və doluluq səviyyəsi üzrə təşviq və kompensasiya mexanizmi) müəyyənləşdirilməsi və razılaşdırılması yer alıb.

Prezident İlham Əliyev "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiqləyib.
"Report" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti 6 ay müddətində Dövlət Turizm Agentliyinin təklifləri əsasında "Turizm haqqında" qanunun təkmilləşdirilməsi, üç ay müddətində isə turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsini təmin etməlidir.
Bundan başqa, Azərbaycan hökuməti Dövlət Proqramında nəzərdə tutulmuş dövlət büdcəsi hesabına verilən subsidiya şərtlərinə dair, həmçinin nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli və tədbirlərin icrası barədə ildə bir dəfə Prezidentə məlumat verməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Turizm Agentliyi ilə birgə Dövlət Proqramındakı tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.
Tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Agentliyin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Azərbaycanda dağ və macəra turizmi fəaliyyətləri üzrə peşəkar bələdçilik və təhlükəsizlik sisteminin yaradılması hədəflənir.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, Proqramda "Turizm haqqında" qanunun təkmilləşdirilməsi, turizm sənayesi subyektlərinin fəaliyyətinə dair minimum
tələblərin və nəzarət mexanizmlərinin müəyyən edilməsi, turizm sahəsində istehlakçı hüquqlarının qorunması məqsədilə mübahisələrin
həlli mexanizminin təkmilləşdirilməsi, mehmanxana (hotel) və digər yerləşmə vasitələri üçün normativ hüquqi aktlarla sanitariya
və gigiyena ilə bağlı tələblərin, təhlükəsizlik və fövqəladə hallarla bağlı minimal tələblərin müəyyən edilməsi yer alıb.

Azərbaycanda yeni "rəqəmsal səyyah" viza altnövünün təsis edilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, Proqramda hava nəqliyyatı ilə sərnişindaşıma və turizm siyasətinin uzlaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi, hədəf turizm bazarlarından gəlmə turizmi təşviq etmək məqsədilə vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayının artırılması (Ümumvətəndaş pasportu əsasında 34 hədəf turizm ölkəsinin vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejiminin tətbiqinin
təmin edilməsi), gəlmə turizmi məqsədilə çoxdəfəlik elektron vizaların verilməsi prosesinin təkmilləşdirilməsi, gəlmə turizmi məqsədilə elektron viza (sərhəddə viza daxil olmaqla) rejimi tətbiq edilən ölkələrin sayının artırılması, turizm siyasətinin ölkənin sosial-iqtisadi inkişafına töhfəsinin artırılması və iqtisadiyyatın əlaqəli sahələrinin inkişaf siyasətləri ilə qarşılıqlı əlaqələndirilməsini təmin edən uzlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi öz əksini tapıb.

Azərbaycan hökuməti 2030-cu ilə qədər turizm üçün xarakterik sahələrdə yaradılmış əlavə dəyərdə təxminən 40 % real artım hədəfləyir.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, gələn il sektorda 8,5 milyard manatlıq əlavə dəyər formalaşdırılacaq. Bu rəqəmin 2030-cu ildə 12,2 milyard manata çatdırılması hədəflənir.
Dövlət Proqramının icrası nəticəsində Azərbaycanın turizm sektorunun regional və qlobal rəqabət qabiliyyəti gücləndiriləcək, ölkə dayanıqlılıq prinsipləri əsasında müxtəlif turizm növləri üzrə yüksəkkeyfiyyətli turizm təcrübəsi təqdim edən rəqabətqabiliyyətli destinasiyaya çevriləcəkdir. Turizm potensialından səmərəli istifadə genişlənəcək, yerli və xarici investisiyaların cəlb edilməsi təşviq olunacaq, regionların balanslı sosial-iqtisadi inkişafı dəstəklənəcək, yeni iş yerləri yaradılacaq, regionlarda məşğulluq və əhalinin pul gəlirləri artacaq, eyni zamanda qeyri-neft-qaz sektorunun ümumi daxili məhsuldakı payının artırılmasına töhfə veriləcəkr.
Bununla yanaşı, turizm infrastrukturu müasirləşdiriləcək, turizm xidmətlərinin keyfiyyəti yüksəldiləcək və turist axınının davamlı artımı təmin ediləcək. Bununla belə, regional və qlobal səviyyədə geosiyasi vəziyyətin gərginləşməsi, beynəlxalq münaqişələrin baş verməsi və yoluxucu xəstəliklərin kütləvi şəkildə yayılması Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlərin tam icrasına maneələr yaranmasına, habelə ayrı-ayrı hədəf göstəricilərindən qismən kənarlaşmalara səbəb ola bilər.

Ben-Qurion hava limanının əməkdaşları tətil ediblər.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Məlumata görə, bu da hava limanının bağlanmasına və onlarla reysin təxirə salınmasına səbəb ola bilər.
Pilotlara və aviaşirkətlərə hava limanının Bakı vaxtı ilə saat 15:00-da bağlanacağı barədə məlumat verilib. Bir təyyarə artıq havada geri dönməyə məcbur olub, daha onlarla reys analoji vəziyyətlə üzləşə bilər.
İşçilər sərnişinlərə xidmət göstərmək üçün personal çatışmazlığından şikayətlənirlər. İsrail Hava Limanları İdarəsi əməkdaşlardan işə qayıtmağı tələb edib və hava limanı işçilərinin həmkarlar ittifaqına qarşı məhkəmə tədbirləri görəcəyi ilə hədələyib.
İsrail Nəqliyyat Nazirliyinin nümayəndələri bildiriblər ki, tətil təsdiqlənəcəyi təqdirdə "başlar uçacaq, işçilər isə evlərinə yollanacaq".
Bu gün hava limanı 600 reys üzrə rekord sayda – 107 min sərnişinə xidmət göstərməlidir, bu da son bir ilin ən yüksək göstəricisidir. Uçuş zalı qeydiyyatdan və təhlükəsizlik nəzarətindən keçməyi gözləyən sərnişinlərlə doludur.






Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələrinə səyahət etmək istəyən xarici vətəndaşlar üçün vahid turizm vizasının tətbiqi üzrə işləri fəallaşdırmağı təklif edib.
"Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, o, bu təkliflə Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının Çolpon-Atada keçirilən qeyri-rəsmi məşvərət görüşündə çıxış edib.
XƏBƏR YENİLƏNİR


Yay mövsümündə Türkiyə istiqamətinə aviabilet qiymətləri ətrafında müzakirələr daha da intensivləşir.
Bəs fərqli aviaşirkətlərin təklifləri arasında qiymət fərqi, həqiqətən, nə qədərdir?
"Report" xəbər verir ki, turizm eksperti Rəhman Quliyev Bakı-İstanbul marşrutu üzrə müxtəlif aviaşirkətlərin tariflərini müqayisə edərək qiymət fərqlərinin səbəblərini və sərnişinlərin aviabilet seçərkən diqqət yetirməli olduğu əsas məqamları təhlil edib.
Müqayisə məqalənin hazırlanması tarixinə "Aviasales" və "Kayak" platformalarında mövcud olan tariflər əsasında aparılıb. Bu zaman yalnız biletin ilkin qiyməti deyil, həm də tarifə daxil olan xidmətlər, əlavə ödənişlər və sərnişinin yekunda ödədiyi məbləğ nəzərə alınıb:
"Cədvəldən göründüyü kimi, müqayisə zamanı "Ajet" və Azərbaycan Hava Yollarının başlanğıc tarifləri arasında cüzi fərq müşahidə olunur. "Pegasus" və "Turkish Airlines" tərəfindən təklif olunan tariflər isə daha yüksəkdir. Bununla belə, aşağıbüdcəli aviadaşıyıcıların bir çox tariflərində qeydiyyata verilən baqaj, qidalanma və oturacaq seçimi əlavə ödənişlə təqdim olunur. Tam xidmət göstərən aviadaşıyıcılarda isə bu xidmətlərin əksəriyyəti tarifə daxil olduğundan sərnişin əlavə ödəniş etmədən daha geniş xidmət paketindən yararlana bilir.
Aviasiyada bilet qiymətləri sabit olmur və bir neçə əsas amilin təsiri altında formalaşır. Qiymətlər bazardakı rəqabət mühiti, konkret reys üzrə tələbat, təyyarənin doluluq səviyyəsi və uçuşa qalan müddətdən asılı olaraq dəyişir. Uçuş tarixi yaxınlaşdıqca və reyslər dolduqca daha sərfəli tariflər mərhələli şəkildə tükənir, nəticədə satışda daha yüksək qiymətli biletlər qalır. Buna görə də, xüsusilə yay mövsümündə səyahət etməyi planlaşdıran sərnişinlərə biletlərini son günlərə saxlamamaq tövsiyə olunur. Erkən planlaşdırma həm daha münasib qiymətlərlə bilet əldə etməyə, həm də uçuş vaxtı və tarif seçimi baxımından daha geniş imkanlardan yararlanmağa şərait yaradır.
Davamlı yüksək sərnişin tələbatı aviaşirkətlərin əməliyyat qərarlarına da birbaşa təsir göstərir. Məhz bu səbəbdən son aylarda Bakı-İstanbul marşrutu üzrə reyslərin sayı artırılıb".
"Beləliklə, aviabilet seçərkən yalnız başlanğıc qiymətinə əsaslanmaq düzgün yanaşma deyil. Müxtəlif aviaşirkətlərin təkliflərini obyektiv müqayisə etmək üçün tarifə hansı xidmətlərin daxil olduğunu, əlavə ödənişlərin yekun qiymətə necə təsir etdiyini, eləcə də uçuş şərtləri və ümumi rahatlıq səviyyəsini birlikdə qiymətləndirmək vacibdir. Bu yanaşma sərnişinlərə öz ehtiyac və büdcələrinə uyğun daha əsaslandırılmış seçim etməyə imkan verir", - ekspert bildirib.

Dövlət Turizm Agentliyi Azərbaycanın turizm potensialının nümayiş etdirilməsi məqsədi ilə "Netflix" platformasında təbliğat xarakterli məlumatlar yerləşdirəcək.
"Report" xəbər verir ki, Agentlik bununla bağlı hazırlıqlara başlayıb.
Məlumata görə, bu məqsədlə "Netflix Ads LLC" şirkətinə 510 min manat ödəniləcək.

Azərbaycan və Yunanıstan ikitərəfli münasibətlərin inkişafı üçün müntəzəm birbaşa hava əlaqəsinin genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyinin feysbuk sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
Məlumata görə, bununla bağlı müzakirələr Yunanıstanın Bakıdakı səfiri Mariya Papakonstantinu ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev arasında görüşdə aparılıb.
Bundan başqa, tərəflər artıq ardıcıl olaraq ikinci ildir ki, həyata keçirilən Bakı–İraklion birbaşa aviareysinin saxlanılmasının vacibliyini vurğulayıblar.
Qeyd edilib ki, iki ölkə arasında müntəzəm birbaşa hava əlaqəsinin işə düşməsi turizm, iqtisadi və humanitar əlaqələrin möhkəmləndirilməsi yolunda mühüm addım olacaq.

Bu yay Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti gündəlik həyatla yanaşı, turizm sektoruna da təsirsiz ötüşməyib. Davamlı yağıntılar, qəfil hava dəyişiklikləri və bəzi bölgələrdə yaranan yol problemləri daxili turizmə təsir göstərərək bəzi istiqamətlərdə turist axınının azalmasına, eləcə də səyahət planlarının dəyişməsinə səbəb olub.
İqlim dəyişiklikləri fonunda turizm sektorunun yeni reallıqlara uyğunlaşması zərurətə çevrilir. Bunun üçün alternativ turizm məhsullarının inkişaf etdirilməsi, hava şəraitindən asılı olmayan xidmətlərin genişləndirilməsi və çevik turizm paketlərinin hazırlanması xüsusi əhəmiyyət kəsb edir.
"Report" mövzu ilə bağlı araşdırma aparıb.
Bakıda fəaliyyət göstərən hotellərdən birinin rəhbəri, turizm eksperti İbrahim Qəfərov deyir ki, bu yay Azərbaycanda müşahidə olunan hava şəraiti turizm sektoru üçün ciddi sınağa çevrilib: "Bir gün kəskin isti, ertəsi gün isə gözlənilməz leysan yağışları müşahidə olundu. Bu dəyişkənlik təkcə kənd təsərrüfatına deyil, turizm sənayesinə də ciddi təsir göstərdi. Son illərin təcrübəsi göstərir ki, qeyri-sabit hava artıq istisna hal deyil, yay mövsümünün ayrılmaz xüsusiyyətinə çevrilib. Əsas məsələ sektorun yeni reallığa nə dərəcədə hazır olmasıdır.
Qeyri-sabit hava şəraitinin təsirini statistikadan daha çox gündəlik fəaliyyətimizdə hiss edirik. Məsələn, iyulun əvvəlində Qusara göndərdiyimiz turist qrupu yağışlı hava proqnozuna görə səyahət proqramını dəyişmək məcburiyyətində qaldı və marşrut Nabran istiqamətinə yönəldildi. Lakin orada da məlum oldu ki, çimərlik infrastrukturu Bakı ətrafındakı istirahət zonaları ilə müqayisədə kifayət qədər inkişaf etməyib. Bu isə göstərir ki, alternativ istiqamət təklif etmək kifayət deyil, həmin ərazidə də turistə eyni səviyyədə xidmət göstərilməlidir".
Ekspertin sözlərinə görə, belə hallar xüsusilə kiçik hotellər, qonaq evləri və qlempinqlər üçün ciddi gəlir itkisi yaradır: "Bu obyektlərin fəaliyyəti əsasən açıq hava şəraitindən asılıdır. Piknik zonaları, açıq hovuzlar, təbiət marşrutları və digər xidmətlər yağışlı və ya küləkli havada demək olar ki, istifadə olunmur. Əslində bu problem yeni deyil. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev hələ 2023-cü ildə hava şəraitindəki dəyişikliklərin turizmə təsir göstərdiyini bildirmişdi. Bu il müşahidə olunan vəziyyət isə göstərir ki, söhbət artıq mövsümi təsadüfdən deyil, uzunmüddətli və sistemli yanaşma tələb edən çağırışdan gedir".
İ.Qəfərovun sözlərinə görə, hava şəraitinin təsiri bütün regionlarda eyni olmur: "Qəbələ, Şamaxı və İsmayıllı kimi həm açıq, həm də qapalı istirahət imkanları təqdim edən istiqamətlər dəyişkən hava şəraitinə daha davamlıdır. Bu da sübut edir ki, turizm məhsullarının şaxələndirilməsi artıq təkcə rəqabət üstünlüyü deyil, həm də risklərin idarə olunmasının vacib elementidir".
Ekspert hesab edir ki, Azərbaycanda hava şəraitindən asılı olmayan turizm məhsulları hələ kifayət qədər inkişaf etməyib: "Hazırkı vəziyyətdə bunu yetərli hesab etmək çətindir. Halbuki ölkədə böyük potensial mövcuddur. Məsələn, Naftalanın sağlamlıq turizmi hava şəraitindən demək olar ki, asılı deyil və ilboyu sabit turist axınını qoruyur. Oxşar imkanlar Masallı və Lənkəran kimi bölgələrdə də var.
Bakıda yerləşən Qala Muzey Kompleksi, Azərbaycan Milli Xalça Muzeyi və digər qapalı turizm obyektləri maraqlı məkanlar olsa da, onlar hələ də turizm marşrutlarına sistemli şəkildə inteqrasiya edilməyib. Nəticədə hava şəraiti pisləşdikdə turoperatorların turistlərə təqdim edə biləcəyi alternativ proqramlar məhdud qalır".
Onun sözlərinə görə, qonşu Gürcüstan və Türkiyənin təcrübəsi göstərir ki, şərab zavodları, qapalı əyləncə mərkəzləri, tematik parklar və digər oxşar turizm məhsulları ilboyu turist axınını saxlamağa imkan verir.
"Azərbaycanda isə turizm hələ də əsasən "yay – çimərlik", "qış – xizək" modeli üzərində qurulub. Mövsümlərarası dövrdə turistlər üçün kifayət qədər alternativ məhsul formalaşdırılmayıb. Halbuki qastronomiya, sağlamlıq və MICE (işgüzar tədbirlər və konqres) turizmi istiqamətlərində böyük potensial mövcuddur. Lakin bu imkanlar hələ tam şəkildə turizm məhsuluna çevrilməyib. İlk növbədə, hər bir regional turizm paketində hava şəraitinə uyğun alternativ proqramlar nəzərdə tutulmalıdır. Muzeylər, emalatxanalarda ustad dərsləri, qapalı əyləncə və mədəniyyət məkanları belə proqramların ayrılmaz hissəsinə çevrilməlidir.
Bununla yanaşı, dövlət və özəl sektor regionlarda qapalı turizm infrastrukturunun inkişafına daha çox investisiya yatırmalıdır. Rəqəmsal platformalar isə real vaxt rejimində hava məlumatlarını turistlər üçün alternativ marşrut və fəaliyyət təklifləri ilə əlaqələndirməlidir. Bu yay bir daha göstərdi ki, iqlim dəyişikliyinə uyğunlaşmayan turizm modeli uzunmüddətli perspektivdə dayanıqlı olmur. Azərbaycanın zəngin təbii, mədəni və sağlamlıq turizmi potensialı var. İndi əsas məqsəd bu imkanları hava şəraitindən minimum asılı olan, daha çevik və dayanıqlı turizm məhsullarına çevirməkdir".
Mövzu ilə bağlı fikirlərini bölüşən turizm eksperti Rəhman Quliyev isə bildirir ki, bu il bölgələrdə hava şəraitinin qeyri-sabit keçməsi Azərbaycanın daxili turizm bazarına müəyyən təsir göstərib.
"Xüsusilə yağıntılı günlərdə bəzi istiqamətlərə səfərlərdə ləngimələr müşahidə olunsa da, hava şəraiti normallaşdıqdan sonra turizm aktivliyi yenidən artmağa başlayıb. Həm yerli, həm də xarici turistlər regionlara səfər etməzdən əvvəl hava proqnozlarını diqqətlə izləməlidirlər. Çünki intensiv yağıntılar və hava şəraitinin qəfil dəyişməsi, xüsusilə dağlıq və ucqar kəndlərə aparan yollarda hərəkəti çətinləşdirə bilər. Turistlər səfərə çıxmazdan əvvəl hava proqnozunu yoxlamalı, mümkün riskləri nəzərə almalı və zərurət yarandıqda alternativ istiqamətlər seçməlidirlər. Bu, həm təhlükəsizlik, həm də səyahətin rahat keçməsi baxımından vacibdir", – deyə o qeyd edib.
R.Quliyevin sözlərinə görə, hava şəraitindəki dəyişkənliyə baxmayaraq, Azərbaycanda daxili turizm inkişafını davam etdirir: "Bu il Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərində müəyyən azalma müşahidə olunur. Bu isə əsasən dünyada davam edən geosiyasi proseslər və bəzi istiqamətlərdə hökm sürən əlverişsiz iqlim şəraiti ilə bağlıdır. Avropanın bir sıra ölkələrində anomal istilər müşahidə olunur. Asiyanın bir çox istiqamətlərində isə yay mövsümü turizm baxımından əlverişli hesab edilmir. Bu səbəbdən yerli turistlər daha çox Azərbaycanın regionlarında istirahətə üstünlük verirlər", – deyə ekspert vurğulayıb.
O əlavə edib ki, regionlarda fəaliyyət göstərən hotellərdə doluluq səviyyəsi yüksək olaraq qalır: "Xarici turistlərin sayında müəyyən azalma müşahidə olunsa da, daxili turizmdəki artım bu azalmanı qismən kompensasiya edir. Daxili turizmin inkişafında Dövlət Turizm Agentliyinin həyata keçirdiyi təşviq layihələri mühüm rol oynayır. Bu istiqamətdə görülən işlərin genişləndirilməsi gələcəkdə daxili turizm göstəricilərinin daha da yaxşılaşmasına imkan verəcək".
Turizm üzrə digər ekspert Nizami Həsənov isə deyir ki, qeyri-sabit hava şəraiti turizm sektoruna, xüsusilə də daxili turizmə bir sıra təsirlər göstərir. Onun sözlərinə görə, hava dəyişikliklərindən ən çox təsirlənən istiqamətlərdən biri dəniz turizmidir.
"Azərbaycan Xəzər dənizi sahilində yerləşir, Bakı və Abşeron yarımadası ölkənin əsas çimərlik turizmi məkanları hesab olunur. Çimərlik turizmi isə hava şəraitindən birbaşa asılıdır. Buna görə də qeyri-sabit hava şəraiti həm yerli turistlər, həm də ölkəyə gələn xarici qonaqlar üçün müəyyən çətinliklər yaradır. Bu, hazırkı vəziyyətin ən bariz nümunələrindən biridir", – deyə ekspert bildirib.
N.Həsənov hesab edir ki, Azərbaycanda hava şəraitindən asılı olmayan turizm məhsullarının inkişafı hələ tam qənaətbəxş səviyyədə deyil: "Son illər bu istiqamətdə müəyyən müsbət tendensiyalar müşahidə olunur. Turizm sektorunda davamlı olaraq yeni məhsullar formalaşdırılır və yeni xidmətlər təqdim edilir. Bu proses sürətli olmasa da, inkişaf davam edir. Bunun üçün isə turizm infrastrukturunun daha da gücləndirilməsi, sahə üzrə peşəkar kadrların hazırlanması, digər vacib istiqamətlərdə işlərin davam etdirilməsi böyük əhəmiyyət daşıyır".
Rəsmi statistikaya görə, bu ilin ilk yarısında Azərbaycana 189 ölkədən 1 milyon 92,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % azdır. Eyni zamanda, ölkədə fəaliyyət göstərən mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə qeydə alınan gecələmələrin sayı da azalıb. Belə ki, yanvar-iyun aylarında bu obyektlərdə keçirilən gecələmələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 % azalaraq 1 milyon 807,9 min təşkil edib.





Dövlət Turizm Agentliyinin (DTA) Kollegiyası "Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları"nı təsdiqləyib.
"Report" xəbər verir ki, bununla bağlı DTA-nın sədri Fuad Nağıyev qərar imzalayıb.
Qərara əsasən, mehmanxana (hotel) yalnız müvafiq ulduz kateqoriyası (dərəcəsi) üzrə bütün məcburi meyarlara cavab verdikdə və həmin dərəcə üçün müəyyən edilmiş minimal bal topladıqda həmin kateqoriyaya uyğun hesab olunacaq.
Belə ki, "1*" kateqoriyası almaq üçün məcburi meyarların sayı 51-dən 53-ə, "2*" kateqoriyası almaq üçün məcburi meyarların sayı 58-dən 56-ya, "3*" kateqoriyası almaq üçün məcburi meyarların sayı 80-dən 77-yə, "4*" kateqoriyası almaq üçün məcburi meyarların sayı 97-dən 96-ya, "5*" kateqoriyası almaq üçün məcburi meyarların sayı 118-dən 119-a çatıdırlıb.
Bundan başqa, minimal bal tələbi və üstünlük dərəcəsi (superior) üzrə bal tələbləri isə bütün ulduz kateqoriyaları üzrə dəyişdirilməyib.
Qeyd edək ki, eyni sahibkarlıq subyekti tərəfindən idarə olunan və müxtəlif ünvanlarda eyni ad altında fəaliyyət göstərən hotellərin hər biri üzrə qiymətləndirmə onların yerləşdiyi bina (obyekt) üzrə ayrıca aparılacaq.
Həmçinin yeni qərarda hotellərin keyfiyyət göstəriciləri və onlayn imkanlarına 'Yaşıl keçid' yanaşması da əlavə edilib. Belə ki, sənəddə hotellərin ekoloji standartlara cavab verməsi və enerjiyə qənaət edən sistemlərin qurulması məcburi bəndlər sırasına daxil edilib.





Bu ilin yanvar-aprel aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 696 milyon 666 min manat xərcləyib.
"Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 22,9 % azdır.
Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 4 ay ərzində nəqliyyata 317 milyon 866 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 24,1 % azalıb.
Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 32,5 % azalaraq 126 milyon 142 min manat təşkil edib.
Turistlər qidalanmaya 131 milyon 491 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 19,3 % azalıb.
Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər də 18,7 % azalaraq 3 milyon 969 min manat olub.
Yanvar-apreldə turizm zərfinin alınmasına isə 322 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 20 % azalıb.
Nəqliyyat vasitələrinin icarəsinə 1 milyon 82 min manat (- 4 %), idman və əyləncə xidmətlərinə 4 milyon 201 min manat (+0,6 %), malların və hədiyyələrin alınmasına 85 milyon 403 min manat (- 6,2 %), digər istiqamətlərə isə 26 milyon 187 min manat (- 19,3 % ) xərclənib.
Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 9,4 % azalaraq 204 milyon 677 min manat təşkil edib.
Türkiyədən gələn turistlərin xərcləri 97 milyon 049 min manat olub ki, bu da illik müqayisədə 3% artım deməkdir. Hindistandan səfər edənlərin xərcləri isə 4 dəfə azalaraq 39 milyon 999 min manata düşüb.
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 175 ölkədən 658,5 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Məlumata görə, gələnlərin 26,7 %-i Rusiya, 22,4 %-i Türkiyə, 8,7 %-i İran, 5,3 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 3,0 %-i Hindistan, 2,7 %-i Pakistan, 2,2 %-i Çin, 2,1 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,5 %-i Türkmənistan, 1,4 %-i İsrail, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,5 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 70,9 %-ini kişilər, 29,1 %-ini qadınlar təşkil edib.
1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,1 % artaraq 32,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,5 % artaraq 251,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 27,8 % azalaraq 85,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,7 % azalaraq 289,3 min nəfər təşkil edib.
Ölkəyə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,1 %-i hava, 29,3 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.




Dövlət Turizm Agentliyi yanınmda Azərbaycan Turizm Bürosu (ATB) 5-7 mayda Litvanın Vilnüs, Latviyanın Riqa və Estoniyanın Tallin şəhərlərində təşkil olunan "TTR Baltic 2026" silsilə tədbirlərində ölkəmizin turizm potensialını tanıdıb.
"Report" agentliyə istinadən xəbər verir ki, 200-ə yaxın turizm şirkəti və turoperatorunun iştirak etdiyi tədbirlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilib.
İştirakçılara Bakı və Şəki şəhərlərinin turizm imkanları, mədəni turizm, İpək Yolu irsi, dağ piyada marşrutları, qış turizmi və "Sea Breeze Resort"un yay turizmi imkanları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, tədbirlər çərçivəsində B2B formatlı görüşlər keçirilib.
Silsilə tədbirlər Baltik regionu turizm sənayesi nümayəndələri ilə yeni əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycanın regiondakı turizm mövqeyinin gücləndirilməsi baxımından əlverişli əməkdaşlıq platforması rolunu oynayıb.
Litva, Latviya və Estoniya vətəndaşları üçün Azərbaycana səfər məqsədilə sadələşdirilmiş elektron viza sistemi tətbiq olunur.

Beynəlxalq aviaşirkətlər yanacağın əlçatanlığı ilə bağlı narahatlıqlar fonunda son iki həftə ərzində may cədvəllərindəki yerlərin sayını təxminən iki milyon azaldıb.
"Report" xəbər verir ki, bu barədə "Cirium" analitik şirkətinin məlumatlarına istinadən "Financial Times" (FT) qəzeti məlumat yayıb.
"Cirium"un məlumatına görə, may ayında uçuşlarda mövcud yerlərin ümumi sayı aprel ayının ortaları və sonu ilə müqayisədə 132 milyondan 130 milyona enib.
Onun məlumatına görə, minlərlə reys ləğv edilib və ehtimal olunan qıtlıq şəraitində yanacaq sərfiyyatını azaltmaq üçün bəzi aviadaşıyıcılar daha az tutumlu təyyarələrdən və ya daha qənaətcil modellərdən istifadə etməyə başlayıblar.
Buna səbəb kimi İran ətrafındakı münaqişə göstərilir: Yaxın Şərqdə hərbi əməliyyatlar başlayandan bəri aviasiya yanacağının qiymətləri demək olar ki, iki dəfə artıb və bu, şirkətləri biletlərin qiymətini qaldırmağa məcbur edib. Eyni zamanda, Avropa və Asiya arasında həyata keçirilən reyslərin üçdə birinin keçdiyi Fars körfəzi ölkələrinin hava limanlarının bağlanması qlobal aviasiya logistikasını ciddi şəkildə pozub.
FT qeyd edib ki, "Emirates", "Etihad" və "Qatar" da daxil olmaqla, Fars körfəzi ölkələrindən olan daşıyıcılar artıq may cədvəllərinə dəyişikliklər edib və bəzi reysləri ləğv ediblər. Beynəlxalq aviaşirkətlər - o cümlədən "British Airways", "United", "China Air" və ANA-da ən problemli istiqamətlərdə yükü azaltmaq məqsədilə reysləri ixtisar edərək və ya yenidən bölüşdürərək öz marşrut şəbəkələrini yenidən nəzərdən keçiriblər.
Bir sıra aviadaşıyıcılar artıq yanacaq xərclərinin artdığını və maliyyə göstəricilərinin pisləşdiyini bildiriblər. Yaponiyanın ANA şirkəti gələn ilin mart ayına qədər yanacaq üçün əlavə xərclərin 650 milyon funt sterlinq (880 milyon dollardan çox) təşkil edəcəyini açıqlayıb, "Japan Air" isə mənfəətin təxminən 20 % azalacağı barədə xəbərdarlıq edib.
"ABŞ-nin "Delta Air Lines" şirkəti bu yolla yanacağa qənaət etməyi hədəfləyərək ikinci rübdə reyslərin sayını 3,5 % azaldıb. "EasyJet" və "Virgin Atlantic" də böhran fonunda gəlirliliyin azalacağı ilə bağlı xəbərdarlıq ediblər. Ən çox ləğv edilmiş reys sayı "Lufthansa"nın payına düşüb, o, yanacaq qiymətlərinin artması bəzi istiqamətləri gəlirsiz etdiyi üçün may-oktyabr ayları arasında təxminən 20 min reysi ixtisar edib.
Bu vəziyyətə görə aviaşirkətlər həmçinin istifadə olunan təyyarə tiplərini də dəyişdirirlər. Belə ki, "Etihad" Əbu-Dabi və Honq-Konq arasındakı reyslərdə təxminən 400 sərnişin üçün nəzərdə tutulmuş "Airbus A350"ni daha qənaətcil, 220-300 yerlik "Boeing 787" ilə əvəz edib. Eyni zamanda, bəzi daşıyıcılar, əksinə, Avropa və Asiya arasındakı ən çox tələbat olan birbaşa marşrutlarda təyyarələrin tutumunu artırırlar. Xüsusilə, "Air France" Mumbay xəttində, "Air China" isə Londonun Hitrou və Pekin arasındakı reyslərdə "Boeing 777"nin daha böyük versiyasından istifadə etməyə başlayıb.
"Ryanair"in baş direktoru Maykl O'Liri mayın 1-də xəbərdarlıq edib ki, əgər yüksək yanacaq qiymətləri bütün yay boyu davam edərsə, bəzi Avropa aviaşirkətləri artıq payıza qədər müflisləşmə ilə üzləşə bilər:
"İyul, avqust və sentyabr aylarında neftin bir bareli 150 ABŞ dolları olarsa, Avropa aviaşirkətləri müflis olacaq".
Avropa Komissiyasının energetika üzrə komissarı Dan Yorgensen də xəbərdarlıq edib ki, artıq iyun ayının əvvəlində Avropa aviaşirkətləri yay hava əlaqəsi üçün risklər yaradacaq yanacaq tədarükündə fasilələrlə qarşılaşa bilər.
"Artıq indidən biz aviaşirkətlərin uçuşları və marşrutları necə ləğv etdiyini, qiymətlərin isə artdığını görürük", - D.Yorgensen "Politico"ya müsahibəsində qeyd edib.
"Independent"in məlumatına görə, ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başlayan əməliyyatından və Hörmüz boğazının bağlanmasından sonra yanacağın qiymətləri təxminən 84 % artıb.



