Eyfel qülləsinin pilləkəni 450 min avroya satıldı
Eyfel Qülləsinin orijinal spiral pilləkəninə aid fraqment hərracda 450 min avrodan (təxminən 888 min manat) çox məbləğə satılıb. “Qafqazinfo” xəbər verir ki, “Artcurial” tərəfindən Parisdə təşkil olunan hərracda satışa çıxarılan 14 pillədən ibarət metal konstruksiya 450 min 160 avroya alıcı tapıb. 2,75 metr hündürlüyündə olan bu fraqment 1889-cu ildə istifadəyə verilən Eyfel Qülləsinin ikinci və üçüncü mərtəbələrini birləşdirən orijinal spiral pilləkənin bir hissəsi olub. Qüllədə 1983-cü ildə aparılan yenidənqurma işləri zamanı liftlər quraşdırılıb və həmin pilləkən sökülərək 24 hissəyə bölünüb. […]