Normal görünüm

Dünden önceki gün alınanlar Azerbaycanca Haberler

Qranuloma Anulare nədir ?  

Dərinizdə halqa formasında, çəhrayı və ya dəri rəngində kiçik səpkilər görmüsünüz? Bu, Qranuloma Anulare ola bilər.Mövzu ilə bağlı Oxu24.com-a danışan dermatoveneroloq İlqar Quluzadə bu vəziyyət haqqında bilməli olduğunuz əsas məqamları açıqlayıb.Təhlükəsizdir ama geniş şəkildə yayılıbsa altda yatan xəstəliyin əlaməti ola bilər:"Qranuloma Anulare yoluxucu deyil və xərçəng xarakteri daşımır.Şəkərli Diabet: prediabet, İnsulin müqaviməti və Tip 2 Diabet arasında sıx əlaqə müşahidə olunur (Acqarına qlükoza və HbA1c).Qalxanvarı Vəzi Xəstəlikləri: Xüsusilə autoimmun tireoiditlər (Haşimato tireoiditi, hipotiroidizm/hipertiroidizm) ilə yanaşı getmə riski var (TSH, sFT4 və Anti-TPO).Dislipidemiya: Yağ mübadiləsinin pozulması və yüksək xolesterin səviyyəsi sistemik formalarla əlaqələndirilir (Lipid paneli: Ümumi xolesterin, Triqliserid, HDL, LDL).Autoimmun Xəstəliklər: Sistemik qırmızı qurd eşənəyi (SLE) və ya revmatoid artrit kimi autoimmun proseslərin ilkin təzahürü və ya müşayiətçisi ola bilər.Xroniki İnfeksiyalar: Nadir hallarda Hepatit B, Hepatit C və ya Virus mənşəli digər infeksiyalar fonunda tətiklənə bilir.Atipik və Yaşlı Pasiyentlərdə Paraneoplastik Proseslər: Xüsusilə müalicəyə müqavimətli, sürətlə yayılan və yaşlı şəxslərdə təkrarlanan hallarda bədxassəli şişləri (hematoloji və ya solid) istisna etmək üçün ümumi skrining nəzərdən keçirilməlidir.Səbəbi: Dəqiq səbəbi bəlli olmasa da, immun sisteminin kiçik reaksiya verməsi, zədələnmələr və ya bəzən maddələr mübadiləsi dəyişiklikləri ilə əlaqələndirilir.Əlamətləri: Əsasən əllərdə, ayaqlarda və oynaqlarda halqavari, adətən qaşınmayan və ağrısız qabarmalar şəklində görünür.",-deyə həkim bildirib.Jalə

Hər gün içdiyiniz bu dərmanlar təzyiqi və şəkəri qaldırırmış! – Açıqlama

Günümüzdə bir çox insan yüngül baş, əzələ və ya oynaq ağrısı hiss etdikdə həkimlə məsləhətləşmədən, özbaşına ağrıkəsicilərə müraciət edir. Lakin gündəlik həyatda tez-tez istifadə olunan bu adi preparatlar orqanizm üçün gözlənilməz və ciddi təhlükələr yaradır. Mütəxəssislərin xəbərdarlığına görə, nəzarətsiz qəbul edilən ağrıkəsicilər yalnız simptomları müvəqqəti gizlədir, arxa fonda isə arterial təzyiqin kəskin yüksəlməsinə və qanda şəkərin artmasına birbaşa şərait yaradır. Bir çox pasiyent səhhətində yaranan mənfi dəyişikliklərin məhz qəbul etdiyi bu həblərlə bağlı olduğunu anlamır və öz fərqində olmadan orqanizminə ağır zərbə vurur. Əslində isə ağrını sadəcə kəsməyə çalışmaq xəstəliyin kökünü dərinləşdirir və gələcəkdə qaraciyər zədələnməsi, allergik reaksiyalar kimi daha təhlükəli fəsadlara yol açır. Bəs ağrı zamanı nə etməli və hansı preparatlara üstünlük verilməlidir? Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən kardioloq Aynur Məmmədova həyəcan təbili çalaraq vacib məqamları diqqətə çatdırıb:"Əksər insanlar nəzarətsiz olaraq ağrıkəsicilərdən istifadə edirlər. Lakin bu dərmanlar həm arterial təzyiqin, həm də hətta qanda şəkərin qalxmasına səbəb ola bilər. Pasiyentlər özləri də fərqinə varmadan orqanizmlərinə ciddi zərər verirlər. Baş ağrısı, əzələ və ya yüngül oynaq ağrıları zamanı parasetamol əsaslı dərmanlar yetərlidir”.Həkim qeyd edib ki, əgər həqiqətən ağrıkəsiciyə ehtiyac varsa, ilk növbədə qızdırmasalıcı dərmanlardan istifadə edilə bilər, çünki onların da az da olsa ağrıkəsici effekti var:“Lakin nəzərə almaq lazımdır ki, adətən yaxşı tolerə olunsa da, bəzi hallarda allergik reaksiyalar və qaraciyər zədələnməsi baş verə bilər. Xüsusilə qaraciyər xəstəliyi olanlar, spirtli içki qəbul edənlər və ya digər dərmanlar istifadə edənlər mütləq həkim məsləhəti ilə hərəkət etməlidirlər. Unutmayın ki, ağrı varsa, onun kökündə duran ana səbəbi araşdırmaq və ona qarşı müalicə aparmaq vacibdir”.Onun sözlərinə görə, tibbi araşdırmalar göstərir ki, xüsusilə qeyri-steroid iltihabəleyhinə preparatlar (NSAİD) orqanizmdə böyrəklərin işinə və damar tonusuna birbaşa təsir edir. Bu dərmanlar orqanizmdə maye və duz tutulmasına səbəb olur ki, bu da qan həcmini artıraraq arterial təzyiqin yüksəlməsi ilə nəticələnir. Eyni zamanda, damarların genişlənməsinə kömək edən maddələrin bloklanması təzyiq xəstələrində vəziyyəti daha da gərginləşdirir.A.Məmmədova əlavə edib, ağrıkəsicilərin lazımsız və yüksək dozada qəbulu qaraciyər toxumalarında toksik zədələnmələrə gətirib çıxara bilir:“Xüsusilə xroniki xəstəliyi olan şəxslərdə və ya müntəzəm digər dərmanlar qəbul edənlərdə bu risk dəfələrlə artır. Orqanizmdə yaranan maddələr mübadiləsi pozuntusu fonunda qanda şəkərin də kəskin tərəddüdləri müşahidə edilə bilər”.Həkim tövsiyə edib ki, təzyiq və şəkər xəstələri hər hansı bir ağrıkəsici həb qəbul etməzdən əvvəl mütləq mütəxəssislə məsləhətləşməlidir. Ağrı orqanizmin verdiyi bir siqnaldır. Simptomu aradan qaldırmaq yerinə, onun yaranma səbəbi diaqnostika olunmalıdır. Parasetamol tərkibli yüngül preparatlar belə, müəyyən edilmiş sutkalıq dozadan artıq qəbul edilməməlidir.Jalə

Həyəcan təbili: Adi diş çürüyü ürəyi sıradan çıxarır – Mütəxəssisdən XƏBƏRDARLIQ  

Bir çox insan diş və diş əti problemlərini sadəcə estetik və ya yerli ağrı məsələsi hesab edərək laqeyd yanaşır. Lakin mütəxəssislər bildirirlər ki, ağız boşluğundakı kiçik bir infeksiya belə insan həyatı üçün ciddi təhlükə yarada bilər. Diş çürükləri və diş əti qanamaları vaxtında müalicə olunmadıqda orqanizmin ən həyati vacib orqanı olan ürəyə birbaşa zərbə vurur. Qana keçən zərərli toksinlər damar sistemini və ürək qapaqlarını zədələyərək ağır fəsadlara yol açır. Məhz bu səbəbdən stomatoloji problemləri olan şəxslərin kardioloji müayinə olunması böyük əhəmiyyət kəsb edir. Oxu24.com xəbər verir  ki,ağız boşluğundakı iltihabi proseslər ürək-damar sistemini ciddi risk altında saxlayır. Nəinki çürük dişlər, hətta ağız boşluğunun iltihabi xəstəlikləri və diş əti qanamaları ürəyə birbaşa təsir edir. Çünki bu zaman qana toksinlər və zərərli maddələr keçərək damar divarını zədələyir, onun sərtləşməsinə, damar divarında iltihab prosesinin və trombositlərin aktivliyinin artmasına səbəb olur.Eyni zamanda bu proses ürək qapaqlarının zədələnməsinə, onların qalınlaşmasına və geri qan axınının artmasına yol aça bilər. Bütün bunlara görə, əgər çürük dişləriniz varsa, mütləq ürəyin də profilaktik yoxlanılması tələb olunur. İnsanlar diş həkiminə müraciət edərkən ürəklərində hər hansı xəstəlik varsa, paralel olaraq ürəyin müayinəsi də profilaktik olaraq aparılmalıdır.Jalə

Əsəbiləşmək və xoşbəxtlik qana necə təsir edir? — Mütəxəssisdən AÇIQLAMA  

İnsan orqanizmində baş verən emosional dəyişikliklər fiziki və kimyəvi səviyyədə də müəyyən izlər buraxa bilər. Stress, əsəbilik və digər emosional gərginliklər zamanı orqanizmdə bir sıra hormonal dəyişikliklər baş verir.Bəs insanın psixoloji vəziyyəti qan analizlərində özünü göstərə bilərmi?Həkim Mir Eldar Babayev Oxu24.com-a açıqlamasında mövzu ilə bağlı mühüm məqamlara toxunub.Mütəxəssis bildirib ki, qan analizləri bəzi hallarda insanın psixoloji vəziyyəti ilə bağlı müəyyən göstəricilər haqqında məlumat verə bilər:“Qan həm də insan psixologiyasından xəbər verə bilər. Qan analizi yalnız xəstəlikləri deyil, eyni zamanda psixoloji vəziyyətimizi də müəyyən dərəcədə əks etdirə bilər. Məsələn, stress zamanı kortizol səviyyəsi yüksəlir. Depressiya zamanı isə serotonin və dopaminlə bağlı dəyişikliklər müşahidə oluna bilər. Bu baxımdan, gələcəkdə qan testləri yalnız bədən sağlamlığını deyil, psixoloji vəziyyəti izləmək üçün də əlavə vasitələrdən birinə çevrilə bilər”.Mütəxəssisin sözlərinə görə, insan gərgin və əsəbi vəziyyətdə olduqda böyrəküstü vəzilər tərəfindən stress hormonları – kortizol və adrenalin ifraz olunur:“Bu proses ürək döyüntüsünün sürətlənməsi, qan təzyiqinin yüksəlməsi və orqanizmin stressə cavab reaksiyasının güclənməsi ilə nəticələnə bilər.Əksinə, insan özünü xoşbəxt və rahat hiss etdikdə orqanizmdə serotonin, dopamin və endorfin kimi neyrotransmitter və hormonların fəaliyyəti dəyişir. Bu maddələr insanın əhval-ruhiyyəsinə və ümumi fizioloji vəziyyətinə təsir göstərir”.Psixoloji vəziyyət qan analizi ilə müəyyən edilə bilərmi?Həkim qeyd edib ki, tibbin inkişafı gələcəkdə psixi pozuntuların, depressiv hallar və xroniki stressin müəyyən edilməsində laborator müayinələrin rolunu artıra bilər:“Bununla belə, qan analizinin hazırda insanın psixoloji vəziyyətini təkbaşına müəyyən edən diaqnostik vasitə olmadığını nəzərə almaq vacibdir. Psixoloji və psixiatrik qiymətləndirmə üçün mütəxəssis müayinəsi və digər diaqnostik üsullar da tələb olunur”.Nigar

Alkoqolun az miqdarda qəbulu belə insan beynini kiçildir – Uzman həkimdən TƏCİLİ XƏBƏRDARLIQ  

Cəmiyyətdə geniş yayılan yanlış inanclardan biri də az miqdarda qəbul edilən spirtli içkilərin guya insan orqanizminə faydalı olduğu fikridir. Çox vaxt insanlar stresdən azad olmaq, həyəcanı unutmaq və ya yuxunu rahatlaşdırmaq üçün spirtli içkilərə müraciət edirlər. Hətta uzun illər gündə bir qədəh qırmızı şərab içməyin ürək-damar sisteminə müsbət təsir etdiyi iddiası tibbi dairələrdə belə təbliğ olunurdu. Lakin son elmi tədqiqatlar və müasir tibbi müşahidələr bu yanaşmanın tamamilə səhv olduğunu ortaya çıxarıb. Müfəssəl araşdırmalar göstərir ki, spirtin az və ya çox miqdarda qəbul edilməsindən asılı olmayaraq, o, orqanizm üçün sırf toksik maddə hesab olunur. Mütəxəssislər bildirirlər ki, alkoqol beyin hüceyrələrini zəhərləyərək geri dönməz nevroloji fəsadlara və ağır xəstəliklərə yol açır.Mövzu ilə bağlı Oxu24.com-a məsələnin elmi və tibbi tərəflərini şərh edən uzman həkim Dr. Nailə Ələkbərova spirtli içkilərin insan beyninə və ümumi sağlamlığına vurduğu sarsıdıcı zərbələri açıqlayıb."Alkoqol gida və ya vitamin deyil, neyrotoksindir"Mütəxəssis bildirib ki, bir çox insan alkoqolu rahatlamaq, əhval-ruhiyyəni qaldırmaq və ya yuxuya getməyi asanlaşdırmaq üçün bir vasitə kimi görür. Lakin real mənzərə tamamilə fərqlidir:•Beynin zəhərlənməsi: Alkoqol qəbul edildikdə beyin bunu dərhal neyrotoksin (sinir sistemi üçün zəhər) kimi qəbul edir və sinir əlaqələrini zəiflədir.•Yuxu rejiminin pozulması: Spirt insanı tez yuxuya aparsa da, yuxunun ikinci və en vacib olan dərin fazasını tamamilə pozur. Nəticədə insan səhər yorğun, baş ağrısı, halsızlıq və diqqət zəifliyi ilə oyanır.•”Şərab faydalıdır" mifinin çökməsi: İllərlə "fransız paradoqsu" adı altında gündə bir qədəh şərabın ürəyə faydalı olması haqqında yayılan tədqiqatların yanlış olduğu elmi olaraq sübut olunub.•Beynin kiçilməsi: Son MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinələri göstərir ki, hətta az və ya nadir hallarda alkoqol qəbul edən insanların beyin həcmində kiçilmə (atrofiya) baş verir.Uzman həkim vurğulayıb ki, alkoqolun brendindən, qiymətindən və ya neçə illik olmasından asılı olmayaraq, hər bir qədəh organizm üçün zəhərdir. Davamlı və ya mütəmadi spirt qəbulu insult, ağır yuxusuzluq, yaddaş pozuntusu və müxtəlif nevroloji xəstəliklərin yaranmasına birbaşa təkan verir.Jalə

Sürətli yerimək və pilləkən çıxmaq ürək xəstəliklərinin əlamətlərini üzə çıxara bilər — Kardioloqdan AÇIQLAMA  

Ürək-damar xəstəlikləri dünyada ölüm və əlilliyin əsas səbəbləri arasında yer alır. Bu xəstəliklərin bir qismi uzun müddət simptomsuz inkişaf edə və yalnız fiziki gərginlik zamanı özünü büruzə verə bilər. Bu səbəbdən fiziki aktivlik zamanı yaranan təngnəfəslik, sinə nahiyəsində ağrı və ya yanma hissi, tez yorulma kimi əlamətlərin vaxtında qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.Oxu24.com xəbər verir ki, invaziv kardioloq Üzeyir Rəhimov fiziki aktivliyin ürək-damar xəstəliklərinin ilkin əlamətlərinin müəyyənləşdirilməsində rolu barədə açıqlama verib.Mütəxəssis bildirib ki, pasiyentlərə müntəzəm yerimək və pilləkən çıxmaq tövsiyəsinin səbəblərindən biri fiziki yüklənmə zamanı ortaya çıxan simptomların müşahidə edilməsidir:“Pasiyentlərimizə çox gəzməyi, pilləkən çıxmağı tövsiyə etməyimizin əsas səbəblərindən biri ürək-damar xəstəliyinin ilk əlamətlərini üzə çıxarmaqdır. Yol gedərkən təngnəfəs olmaq, əvvəl rahat qət etdiyi məsafəni gedə bilməmək, fiziki hərəkət zamanı sinədə göynəmə və yanma hissinin yaranması ürək xəstəliyinin göstəricisi ola bilər”.Həkim qeyd edib ki, çox zaman insanlar bu əlamətləri bildikləri üçün və reallığı qəbul etməmək məqsədilə fiziki aktivlikdən uzaqlaşırlar. ‘Mənim ağrım yoxdur’ deyərək həkimə müraciət etmirlər. Lakin hərəkət zamanı yaranan şikayətlərə diqqət yetirilməsi problemin daha erkən mərhələdə aşkarlanmasına imkan verə bilər:“Oturaq vəziyyətdə və ya sakitlik zamanı hər zaman ağrı müşahidə olunmaya bilər. Halbuki insan pilləkən çıxdıqda və ya sürətli yeridikdə əvvəllər rahatlıqla qət etdiyi məsafəni gedə bilmirsə, təngnəfəslik və sinə nahiyəsində narahatlıq yaranırsa, bu əlamətlər həkim tərəfindən qiymətləndirilməlidir”.“Vaxtında aparılan tibbi müayinə ürək-damar xəstəliklərinin erkən aşkarlanmasına və müvafiq müalicənin başlanmasına şərait yarada bilər. Bu baxımdan fiziki aktivlik yalnız sağlam həyat tərzinin mühüm komponenti deyil, eyni zamanda fiziki gərginlik zamanı meydana çıxan simptomların müşahidə edilməsi baxımından da əhəmiyyətlidir”,- deyə həkim fikrini tamamlayıb.Nigar

Burnumuz havanı necə isidir? – MARAQLI FAKT  

Burnumuz havanı isitmək üçün yaradılmış möhtəşəm bir sistemdirHeç düşündünüzmü, əgər burnumuz nəfəs aldığımız havanı isitməsəydi, xüsusilə qış aylarında orqanizmimizə nə olardı? Soyuq havada nəfəs aldığımız zaman çöldəki bəzən dondurucu temperaturda olan hava birbaşa nəfəs yollarımıza və ağciyərlərimizə çatardı. Lakin insan orqanizmi bunun qarşısını almaq üçün son dərəcə mürəkkəb və mükəmməl bir qoruyucu sistemə malikdir. Bu sistemin ən vacib hissələrindən biri məhz burnumuzdur.Oxu24.com-un məlumatına əsasən, burnumuz sadəcə qoxu almaq üçün nəzərdə tutulmuş orqan deyil. O, hər nəfəs zamanı havanı ağciyərlərə çatmamışdan əvvəl müəyyən mərhələlərdən keçirərək orqanizm üçün daha uyğun vəziyyətə gətirir. Xaricdən daxil olan hava burun boşluğundan keçərkən isidilir, nəmləndirilir və müəyyən dərəcədə təmizlənir.Xüsusilə soyuq havalarda bu proses daha böyük əhəmiyyət daşıyır. Çöldəki buz kimi hava birbaşa ağciyərlərə daxil olsaydı, tənəffüs yolları üçün ciddi narahatlıq yarada bilərdi. Burnun daxilində yerləşən zəngin qan damarları havanın istiləşdirilməsində mühüm rol oynayır. Soyuq hava burun boşluğundan keçərkən bu toxumalarla təmas edir və tədricən bədən temperaturuna uyğunlaşmağa başlayır.Bununla yanaşı, burun havanı nəmləndirir. Xaricdən daxil olan hava, xüsusilə soyuq və quru havalarda, tənəffüs yollarının selikli qişasına mənfi təsir göstərə bilər. Burnun daxili quruluşu havaya lazımi rütubət verməyə kömək edir. Beləliklə, ağciyərlərə çatan hava daha yumşaq və tənəffüs sistemi üçün daha münasib vəziyyətə gətirilir. Burnun daha bir mühüm funksiyası isə havanın süzülməsidir. Nəfəs aldığımız havanın içərisində toz, müxtəlif hissəciklər, allergenlər və digər yad maddələr ola bilər. Burun daxilindəki tüklər və selikli qişa bu hissəciklərin bir hissəsini tutaraq onların aşağı tənəffüs yollarına keçməsinin qarşısını alır.Yəni, hər dəfə nəfəs aldığımız zaman burnumuz eyni anda bir neçə mühüm iş görür: havanı isitməyə, nəmləndirməyə və süzməyə çalışır.Bu proses o qədər sürətli və səssiz şəkildə baş verir ki, biz onun fərqinə belə varmırıq. İnsan sadəcə nəfəs alır, lakin həmin sadə görünən nəfəsin arxasında orqanizmin son dərəcə mürəkkəb mexanizmi fəaliyyət göstərir.Məhz buna görə də ağızdan nəfəs almaqla burundan nəfəs almaq arasında fərq var. Ağız havanı burun qədər effektiv şəkildə isitmir, nəmləndirmir və süzmür. Burun isə daxil olan havanı ağciyərlərə çatmazdan əvvəl müəyyən mənada hazırlayır.Soyuq qış günlərində küçəyə çıxarkən hiss etdiyimiz havanın nəfəs aldıqca tədricən “yumşalması” da bu mexanizmlə əlaqəlidir. Burnumuz hər nəfəsdə xarici mühitlə bədənimizin daxili mühiti arasında qoruyucu vasitəçi rolunu oynayır.Əslində, hər nəfəsimiz adi bir proses kimi görünsə də, onun arxasında böyük bir biologiya və fiziologiya sistemi dayanır. Biz fərqinə varmadan burnumuz hər saniyə öz işini davam etdirir, havanı ağciyərlərimiz üçün uyğunlaşdırmağa çalışır.Deməli, burnumuz sadəcə nəfəs aldığımız bir keçid yolu deyil. O, hər nəfəsdə havanı isidən, nəmləndirən, süzən və ağciyərlərimizi xarici mühitin təsirlərindən qorumağa çalışan səssiz bir müdafiə sistemidir.Hər nəfəs, əslində, burnumuzun saniyələr içində həyata keçirdiyi möhtəşəm hazırlıq prosesinin nəticəsidir.Jalə

Aylarla davam edən stress bu xəstəliklərin riskini artırır – Həkimdən XƏBƏRDARLIQ  

Müasir həyatın ayrılmaz hissəsinə çevrilən stress və əsəbilik çox vaxt insanlar tərəfindən adi hal kimi qəbul edilir. İş problemləri, ailədaxili gərginlik, maddi çətinliklər, gündəlik qayğılar və müxtəlif psixoloji təzyiqlər insanı davamlı stress vəziyyətində saxlaya bilir. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, qısamüddətli stress müəyyən hallarda orqanizmin müdafiə mexanizmi kimi faydalı olsa da, uzun müddət davam edən stress həm psixi, həm də fiziki sağlamlıq üçün ciddi təhlükələr yarada bilər.Həkim-nevroloq Qalib Əsədov Oxu24.com-a açıqlamasında bildirib ki, stress əslində insan orqanizminin təhlükəyə və ya çətin vəziyyətə verdiyi təbii reaksiyadır. İnsan müəyyən təhlükə, qorxu və ya gərginliklə qarşılaşdıqda orqanizm özünü qorumaq üçün xüsusi mexanizmləri işə salır. Bu zaman sinir sistemi aktivləşir, ürək döyüntüləri sürətlənə, nəfəsalma dəyişə və insan daha diqqətli, çevik və hazırlıqlı vəziyyətə gələ bilər.Nevroloqun sözlərinə görə, qısamüddətli stress hər zaman zərərli hesab edilmir. Əksinə, müəyyən vəziyyətlərdə stress insanın özünü toparlamasına, təhlükəyə daha sürətli reaksiya verməsinə və problemlərin həlli üçün bütün imkanlarını səfərbər etməsinə kömək edə bilər.Lakin əsas təhlükə stressin qısa müddətli deyil, davamlı və xroniki xarakter almasıdır.Həkim qeyd edir ki, insan hər gün, uzun müddət ərzində gərginlik və narahatlıq içində yaşayırsa, bir müddətdən sonra orqanizmin ehtiyatları tükənməyə başlayır.Orqanizm daim “təhlükə vəziyyətində” qalır və bu vəziyyət müxtəlif sistemlərin fəaliyyətinə mənfi təsir göstərə bilər.“Qısa müddətli stress orqanizmin müdafiə mexanizmlərindən biridir. Amma stress uzun müddət davam etdikdə, insan hər gün gərgin həyat yaşayanda orqanizm tükənməyə başlayır. Məhz bu zaman insanın orqanizmində olan zəif nöqtələr və müxtəlif xəstəliklər özünü daha aydın şəkildə göstərə bilər”, – deyə həkim-nevroloq bildirib.Qalib Əsədovun sözlərinə görə, hər insanın orqanizmində müəyyən xəstəliklərə genetik və ya fərdi meyillilik ola bilər. Bir şəxsdə yüksək arterial təzyiqə meyillilik, digərində şəkərli diabet riski, başqa bir insanda isə mədə-bağırsaq sistemi ilə bağlı problemlər ön planda ola bilər.Uzunmüddətli stress bu problemlərin yaranmasını və ya ağırlaşmasını tətikləyən amillərdən birinə çevrilə bilər.Məsələn, insanın yüksək qan təzyiqinə meyilliliyi varsa, davamlı stress arterial təzyiqin nəzarətdən çıxmasına səbəb ola bilər. Şəkərli diabet riski olan insanlarda stress hormonal və metabolik tarazlığa mənfi təsir göstərə bilər. Mədə-bağırsaq sistemi həssas olan şəxslərdə isə uzunmüddətli gərginlik müxtəlif şikayətlərin artmasına, mövcud problemlərin ağırlaşmasına səbəb ola bilər.Nevroloq bildirir ki, stressi yalnız “əsəbilik” kimi qiymətləndirmək düzgün deyil. İnsan uzun müddət psixoloji gərginlik yaşadıqda bu vəziyyət tədricən bütün orqanizmə təsir göstərməyə başlayır.Davamlı stress zamanı ürək döyüntülərinin sürətlənməsi, tez-tez nəfəsalma, əzələlərdə gərginlik, titrəmə, tərləmə, qorxu hissi və güclü həyəcan kimi əlamətlər meydana çıxa bilər. Bəzi hallarda insan heç bir aydın təhlükə olmadığı halda belə qəfil ürək döyüntüsü və nəfəs darlığı hiss edə bilər.Bu vəziyyətlər bəzi şəxslərdə panik tutmalar və təşviş pozuntuları ilə də əlaqəli ola bilər.Həkimin sözlərinə görə, stress mexanizmlərinin uzun müddət normal fəaliyyətini itirməsi insanın psixoloji vəziyyətinə də ciddi təsir göstərə bilər. İnsan daim təhlükə gözləyirmiş kimi yaşamağa başlayır, ən adi hadisələr belə güclü narahatlıq yaradır, ürək döyüntüləri artır və bədən davamlı gərgin vəziyyətdə qalır.“Bəzi insanlarda stress o həddə çatır ki, heç bir ciddi səbəb olmadan ürək döyüntüsü başlayır, nəfəsalma tezləşir, insanın bədənini qorxu hissi bürüyür, əzələlərdə gərginlik yaranır. Belə hallarda artıq təşviş və panik tutmalar kimi problemlər də meydana çıxa bilər”, – deyə Qalib Əsədov vurğulayıb.Uzun müddət davam edən stressin ürək-damar sistemi üçün də risk yaratdığı bildirilir. Davamlı psixoloji gərginlik arterial təzyiqin yüksəlməsinə, ürək-damar xəstəlikləri üçün mövcud risk faktorlarının ağırlaşmasına və həssas insanlarda ciddi problemlərin yaranmasına şərait yarada bilər.Mütəxəssis  qeyd edib  ki, stress birbaşa olaraq hər bir xəstəliyin yeganə səbəbi hesab edilə bilməz.Lakin o, bir çox xəstəliklərin yaranmasında və ya ağırlaşmasında tətikləyici və provokasiyaedici faktor kimi mühüm rol oynaya bilər.Xüsusilə genetik meyilliliyi olan insanlarda davamlı stress mövcud risklərin daha tez üzə çıxmasına şərait yarada bilər. Yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri, şəkərli diabet və digər problemlərə meyillilik olan şəxslərin stressə qarşı daha diqqətli davranması vacibdir.Ən ağır hallarda isə uzunmüddətli və nəzarətsiz stress ürək-damar sistemi üçün ciddi təhlükə yarada bilən vəziyyətlərin inkişaf riskini artıra bilər. Həkimlər xəbərdarlıq edirlər ki, xüsusilə arterial təzyiqi yüksək olan, ürək-damar xəstəlikləri olan və ya bu xəstəliklərə genetik meyilliliyi olan şəxslər davamlı stressi adi hal kimi qəbul etməməlidirlər.Qalib Əsədov stressin idarə olunmasının və vaxtında psixoloji yardım alınmasının vacibliyini vurğulayır. Onun sözlərinə görə, insan uzun müddətdir davam edən gərginlik, qorxu, narahatlıq və yuxu problemləri yaşayırsa, bunu gizlətmək və ya “öz-özünə keçəcək” deyərək gözləmək düzgün yanaşma deyil.Bu hallarda psixoloq və ya digər müvafiq mütəxəssislərin dəstəyi faydalı ola bilər. Psixoloji seanslar insanın stressin səbəblərini daha yaxşı anlamasına, gərginlik yaradan vəziyyətlərlə düzgün mübarizə aparmasına və emosional vəziyyətini idarə etməsinə kömək edə bilər.Bəzi hallarda isə həkim tərəfindən müvafiq müalicə və əlavə dəstək üsulları tövsiyə oluna bilər. Bununla yanaşı, insanın öz həyat tərzində də müəyyən dəyişikliklər etməsi vacibdir.Nevroloq hesab edir ki, hər bir insan özünə müsbət təsir göstərən fəaliyyətlərə həyatında daha çox yer ayırmalıdır. İnsanın zövq aldığı məşğuliyyətlər, istirahət, sevdiyi insanlarla vaxt keçirmək, fiziki aktivlik və gündəlik həyatın gərginliyindən müəyyən qədər uzaqlaşmaq stressin idarə olunmasında mühüm rol oynaya bilər.Əsas məsələ stressi tamamilə həyatımızdan çıxarmaq deyil. Çünki stress müəyyən hallarda insanın təbii müdafiə reaksiyasıdır. Vacib olan onun uzunmüddətli, davamlı və nəzarətsiz hala keçməsinin qarşısını almaqdır.Beləliklə, qısa müddətli stress bəzən orqanizmin özünü qoruma mexanizmi kimi fəaliyyət göstərsə də, aylarla və illərlə davam edən gərgin həyat insanın həm psixoloji, həm də fiziki sağlamlığını tükəndirə bilər. Davamlı stress insanın zəif nöqtələrini üzə çıxara, mövcud xəstəlikləri ağırlaşdıra və ürək-damar sistemi də daxil olmaqla müxtəlif sağlamlıq problemləri üçün əlavə risk yarada bilər.Mütəxəssisin tövsiyəsi isə aydındır: stressi həyatın adi və dəyişməz hissəsi kimi qəbul edib onunla yaşamağa çalışmaq əvəzinə, vaxtında kömək almaq, psixoloji vəziyyətə diqqət yetirmək və insanın özünə yaxşı təsir edən fəaliyyətlərə həyatında daha çox yer vermək lazımdır.Nigar

 EKQ-də görünməyən xəstəlik qəfil ölümə səbəb ola bilər — Kardioloqdan XƏBƏRDARLIQ  

Ürək-damar xəstəlikləri insan sağlamlığı üçün ciddi risklərdən biri olaraq qalır. Bəzi patologiyalar isə uzun müddət heç bir əlamət vermədən inkişaf edə və yalnız təsadüfi müayinə zamanı aşkarlana bilər.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən kardioloq Aynur Məmmədova bildirib ki, belə xəstəliklərdən biri də aorta anevrizmasıdır.Həkimin sözlərinə görə, aorta anevrizması ürəkdən çıxan ən iri arterial damar olan aortanın divarlarının zəifləyərək genişlənməsi ilə xarakterizə olunur:“Xəstəliyin yaranmasında bir sıra amillər rol oynaya bilər. Bunlara genetik meyillilik, uzun müddət nəzarətsiz qalan arterial təzyiq, yaş faktoru, xüsusilə 65 yaşdan yuxarı olmaq, eləcə də siqaret və digər tütün məhsullarından istifadə daxildir”.Aynur Məmmədovanın sözlərinə görə, aorta anevrizmasının təhlükəli tərəflərindən biri uzun müddət heç bir simptom yaratmamasıdır:“Xəstəlik uzun müddət heç bir əlamət verməyə bilər və hətta profilaktik və ya təsadüfi müayinə zamanı aşkarlana bilər. Bəzi pasiyentlər müxtəlif ağrılarla müraciət edir və EKQ müayinəsindən keçirlər. Bu zaman nəticə tam normal görünə bilər. Lakin bu, aortada problemin olmadığı anlamına gəlmir. Aorta anevrizması EKQ müayinəsində aşkarlanmır”.Mütəxəssis bildirib ki, aortanın vəziyyətini qiymətləndirmək üçün əlavə instrumental müayinələrdən istifadə olunur. Onun sözlərinə görə, Exokardioqrafiya (EXO) müayinəsi aortanın ölçülərinin qiymətləndirilməsində mühüm rol oynayır.Həkim vurğulayıb ki, müayinə zamanı aortanın ölçülərinin normadan böyük olduğu müəyyən edilərsə, pasiyent mütəmadi olaraq kardioloq nəzarətində olmalıdır:“Arterial təzyiq və çəki nəzarətdə saxlanılmalı, siqaretdən imtina edilməlidir. Aortanın genişlənməsi kritik ölçülərə çatdıqda isə vaxtında müdaxilə və cərrahi müalicə məsələsi qiymətləndirilməlidir. Əks halda aorta anevrizması ciddi fəsadlara, o cümlədən həyati təhlükəli vəziyyətlərə səbəb ola bilər”, – deyə kardioloq əlavə edib.Jalə

"Yaşlanıram" deyib keçməyin! — 10 saniyə sonra adı unutmağın gizlinləri  

Gündəlik həyatda bir çox insanın qarşılaşdığı hallardan biri də yeni tanış olduğu şəxsin adını cəmi bir neçə saniyə sonra unutmasıdır. İnsanlar çox vaxt bunu yaddaşın zəifləməsi və ya yaşlanma ilə əlaqələndirirlər. Lakin mütəxəssislərin fikrincə, bu vəziyyət hər zaman yaddaş problemi ilə bağlı olmur.Oxu24.com xəbər verir ki,insan qarşı tərəfin üzünü, harada tanış olduğunu və hətta söhbət zamanı danışılan detalları xatırladığı halda, həmin şəxsin adını xatırlamaqda çətinlik çəkə bilər. Bunun əsas səbəblərindən biri məlumatın ilk anda beyində lazımi səviyyədə qeyd olunmamasıdır.Mövzu ilə bağlı Oxu24.com-a danışan uzman həkim Nailə Ələkbərova bildirib ki, insan adları beyin üçün xüsusi məlumat növüdür.“Bir insanla tanış olub əl sıxırsınız, adını eşidirsiniz və cəmi 10 saniyə sonra adı yaddan çıxır. Çox vaxt insanlar bunun zəif yaddaşdan qaynaqlandığını düşünür, lakin problem yaddaşda deyil, diqqətdədir.‘Müəllim’, ‘həkim’ və ya ‘sürücü’ kimi sözlərdən fərqli olaraq, adlar beynin asanlıqla əlaqələndirə biləcəyi məntiqi ipucu vermir. Ona görə də beyin adı eşitdiyi ilk saniyələrdə tam fokuslanmasa, həmin məlumat yaddaşa düzgün yazılmır. Məlumat itmir, sadəcə heç vaxt düzgün qeyd olunmur”. N.Ələkbərova vurğulayıb ki, məhz bu səbəbdən insan yeni tanış olduğu şəxsin üzünü, görüş yerini və söhbətin detallarını xatırlaya, lakin adını xatırlaya bilməyə bilər.O həmçinin qeyd edib ki, ad unutma halları son zamanlar daha tez-tez müşahidə olunursa, bunu yalnız yaşlanma ilə əlaqələndirmək düzgün deyil.“Yaddaş problemləri çox vaxt unutmaqla yox, diqqətin zəifləməsi ilə başlayır. Beynin diqqət sistemi zəifləyəndə ilk itən məlumatlardan biri məhz adlar olur”, – deyə həkim əlavə edib.Jalə

Başgicəllənməyə aldanmayın: Bu əlamət insultdan xəbər verə bilər — XƏBƏRDARLIQ  

Baş gicəllənməsi gündəlik həyatda bir çox insanın qarşılaşdığı şikayətlərdən biridir. Yorğunluq, təzyiq dəyişiklikləri və daxili qulaq problemləri ilə əlaqələndirilən bu hal bəzi hallarda daha ciddi səbəblərdən də qaynaqlana bilər.Oxu24.com xəbər verir  ki,xüsusilə qəfil başlayan və uzun müddət davam edən başgicəllənmə insultun, o cümlədən beynin arxa hissəsində baş verən insultun əlamətlərindən biri ola bilər. Belə hallarda qol və ayaqda keyimə, zəiflik və nitq pozğunluğu kimi klassik simptomlar hər zaman müşahidə olunmaya bilər.Arxa beyin, beyincik və beyin kötüyü nahiyəsində baş verən damar problemləri zamanı xəstədə qəfil başgicəllənmə, tarazlığın itirilməsi və ayaqüstə dayanmaqda çətinlik yarana bilər. İnsan sanki yerin sürüşdüyünü və ya ətrafın fırlandığını hiss edə bilər.Adi başgicəllənmə ilə insultla əlaqəli başgicəllənməni ayırd etmək isə olduqca vacibdir. Qəfil başlayan, saniyələrlə deyil, uzun müddət davam edən və xüsusilə tarazlıq pozğunluğu ilə müşayiət olunan başgicəllənmə diqqətdən kənarda saxlanılmamalıdır.Bəzi hallarda başın hərəkəti ilə dəyişməyən və davamlı xarakter daşıyan başgicəllənmə də ciddi nevroloji problemin göstəricisi ola bilər. Üstəlik, insult zamanı xəstədə baş ağrısı və ya yüksək arterial təzyiq mütləq müşahidə olunmaya bilər.Hansı əlamətlər təhlükə siqnalıdır?Baş gicəllənməsi ilə yanaşı aşağıdakı simptomlardan hər hansı biri müşahidə olunarsa, vəziyyət təcili tibbi qiymətləndirmə tələb edir:•İkiqat görmə;•Nitqin yavaşlaması və ya pozulması;•Sözləri düzgün ifadə edə bilməmək;•Dilin dolaşması;•Udqunmaqda çətinlik;•Tarazlıq və koordinasiyanın pozulması;•Ayaqüstə dayanmaqda və yeriməkdə çətinlik.Bu cür əlamətlər zamanı simptomların öz-özünə keçməsini gözləmək təhlükəli ola bilər. İnsult zamanı vaxtında tibbi yardım göstərilməsi müalicənin nəticəsinə və xəstənin sonrakı vəziyyətinə ciddi təsir göstərə bilər.Qəfil başlayan və xüsusilə digər nevroloji əlamətlərlə müşayiət olunan başgicəllənmə zamanı təcili tibbi yardıma müraciət etmək vacibdir.Jalə

Evdə ürək-damar riskini necə yoxlamaq olar? — 3 GÖSTƏRİCİYƏ DİQQƏT  

Ürək-damar xəstəlikləri dünyada ən çox rast gəlinən sağlamlıq problemləri sırasında yer alır. Bəzi hallarda heç bir ciddi əlamət yaratmadan inkişaf edən bu xəstəliklər vaxtında müəyyən edilmədikdə infarkt və insult kimi ağır fəsadlara səbəb ola bilər.Oxu24.com xəbər verir ki,ürək-damar sistemi ilə bağlı riskləri əvvəlcədən qiymətləndirmək üçün yalnız tibbi müayinələr deyil, ev şəraitində aparılan bəzi sadə ölçmələr də faydalı ola bilər. Xüsusilə arterial təzyiq, bel çevrəsi və bədən kütlə indeksinə diqqət yetirmək vacibdir.Arterial təzyiqEvdə mütəmadi olaraq arterial təzyiqi ölçmək ürək-damar sağlamlığı barədə ilkin təsəvvür yarada bilər.Təzyiq göstəricilərinin təkrar ölçmələr zamanı yüksək olması risk faktorlarından biri hesab olunur. Xüsusilə 140/80 mm civə sütunu və daha yüksək nəticələr müşahidə edilərsə, bu hal diqqətdən kənarda saxlanılmamalı və həkimlə məsləhətləşmək lazımdır.Bel çevrəsiArtıq qarın piylənməsi də ürək-damar xəstəlikləri üçün risk yaradan amillərdən biridir.Bel çevrəsinin qadınlarda 88 santimetrdən, kişilərdə isə 102 santimetrdən çox olması əlavə risk göstəricisi kimi qiymətləndirilə bilər.Ölçmə zamanı lent ölçüsünü qarın nahiyəsinin ən uyğun səviyyəsində yerləşdirərək nəticəni santimetrlə müəyyən etmək mümkündür.Bədən kütlə indeksiÜrək-damar riskini qiymətləndirərkən bədən kütlə indeksinə (BKİ) də diqqət yetirilir.BKİ-ni hesablamaq üçün çəki boyun metrlə ifadə olunan kvadratına bölünür.Ümumilikdə BKİ-nin 25-dən yuxarı olması artıq çəki, 30-dan yuxarı olması isə piylənmə kimi qiymətləndirilir.Bu göstəricilər ürək-damar xəstəlikləri üçün riskin müəyyənləşdirilməsində köməkçi məlumat verə bilər. Lakin yalnız evdə aparılan ölçmələr əsasında xəstəlik diaqnozu qoymaq mümkün deyil. Yüksək göstəricilər təkrarlandıqda və ya hər hansı narahatedici əlamət müşahidə edildikdə həkim müayinəsindən keçmək vacibdir.Jalə

Ət yeməyənlərdə hemoqlobin aşağı olur? – Həkimdən VACİB AÇIQLAMA  

Son illərdə sağlam qidalanma və vegetarian həyat tərzi geniş yayılsa da, ətsiz rasionun insan orqanizminə təsirləri barədə müzakirələr davam edir. Çox vaxt bitki mənşəli qidalara üstünlük verənlərin daha sağlam olduğu düşünülsə də, mütəxəssislər qandakı vacib göstəricilərin dəyişməsinə diqqət çəkirlər. Xüsusilə ət məhsullarından imtina edilməsi orqanizmdə dəmir elementi çatışmazlığına və hemoqlobin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Buna baxmayaraq, daxil olan digər qida maddələri sayəsində vegetarianların gündəlik həyat keyfiyyətini və fəallığını qoruyub saxlaması mümkündür. Cəmiyyətdə tez-tez müzakirə olunan bu mövzu ilə bağlı həkim rəyinə böyük ehtiyac duyulur. Oxu24.com məsələnin tibbi tərəflərini öyrənmək üçün mütəxəssis görüşünü oxuculara təqdim edir.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim-pediatr Dr. Mireldar Babayev vegetarianların qan göstəriciləri və həyat tərzi ilə bağlı fikirlərini tam olaraq belə ifadə edib:"Vegetarianlarda, bitki ilə qidalanan insanlarda hemoqlobinin səviyyəsi nisbətən aşağı olacaq. 10, 20 və ya 30 qram/litrə qədər mütləq aşağı ola bilər. Nəyə görə? Çünki ət məhsullarını, yani belə deyək də, qana verən, rəngi verən bizim bədənə hemoqlobindir”.Onun sözlərinə görə, Hemoqlobinin də rəng verən göstəricisi dəmirdir:“Dəmir elementi ət məhsullarında daha çoxdur. Əslində elə ət məhsullarında olur. Bitki məhsullarında isə bunun faizi əhəmiyyətsiz dərəcədə aşağıdır.Məz bu səbəbdən də iki müxtəlif qrup — dediyimiz kimi, bitki ilə qidalananlar və ətlə qidalananlar arasında hökmən və hökmən fərq olacaq”.O qeyd edib ki, amma onların həyat keyfiyyətləri ikisində də eyni olacaq:“Çünki onlar, məsələn, vegetarianlar elə qidalanmağa öyrəniblər. Amma o təkcə elə bitki yemir, o başqa məhsullardan da istifadə edir. Onda elə onun yoxsa hiç qanı yaranmazdı. Amma başqa məhsulların hesabına yaranan qan nisbətdə digərlərindən aşağı olur. Amma bütün həyat funksiyaları — oxumaları, durmaları, gəzməkləri — əlbəttə, hamısı demək olar ki, eyni səviyyədə olur”.

Maqnit qasırğası ürəyə necə təsir edir? — Kardioloqdan XƏBƏRDARLIQ  

Avqust ayında gözlənilən geomaqnit aktivliyi və maqnit qasırğaları ilə bağlı yayılan məlumatlar əhali arasında müəyyən narahatlığa səbəb olub. Xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən və meteohəssas şəxslər bu cür təbiət hadisələrinin onların səhhətinə mənfi təsir göstərəcəyindən narahatlıq keçirirlər. Elmi baxımdan maqnit qasırğasının insan orqanizminə birbaşa zərər vurması barədə qəti sübutlar olmasa da, belə günlərdə bəzi insanlarda təzyiq tərəddüdləri, ritm pozuntuları, baş ağrıları və yorğunluq hissi müşahidə edilə bilər. Mütəxəssislər xroniki xəstələrin belə havalarda qəbul etdikləri həbləri kəsməmələrini və sağlamlıqlarına daha diqqətlə yanaşmalarını tövsiyə edirlər. Eyni zamanda sinədə göynəmə, təngnəfəslik və şiddətli ağrı kimi əlamətlər yaranarsa, bunu meteohəssaslıqla əlaqələndirmədən dərhal mütəxəssisə müraciət etmək vacib sayılır. Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən kardioloq Dr. Aynur Məmmədova maqnit qasırğası günlərində orqanizmin qorunması yollarını və vacib məqamları diqqətə çatdırıb:"İlk olaraq qeyd etmək istəyirəm ki, maqnit qasırğasının insan sağlamlığına təsiri barədə heç bir elmi sübut və dəlil yoxdur. Lakin belə günlərdə həqiqətən də insan səhhətində bəzi dəyişikliklər ola bilər və bu, əsasən meteohəssas insanlarda özünü göstərir”.Həkim qeyd edib ki, təzyiqin qalxması, ritm pozuntusu, baş ağrısı, ümumi zəiflik və yorğunluq hissi yarana bilər. Belə hallarda insanlar dərmanlarını heç bir şəkildə dayandırmamalı, eyni qaydada qəbul etməyə davam etməlidirlər:“Təmiz havada olsunlar, yuxuya fikir versinlər, bol su içsinlər, stresi idarə etsinlər, vaxtında yatıb-qidalansınlar və daha çox sağlam qidalara üstünlük versinlər. Amma sinədə göynəmə, ağrı, yanıq və təngnəfəslik kimi hallar olarsa, bunu meteohəssaslığa bağlamasınlar, dərhal həkimə müraciət etsinlər”.

“Ac qarına qan analizi verməyin!" – Həkimdən ƏHALİYƏ ÇAĞIRIŞ  

Cəmiyyətdə geniş yayılan tibbi vərdişlərdən biri də qan analizlərinin mütləq ac qarına verilməsi ilə bağlıdır. İllərdir formalaşan bu yanaşma səbəbindən pasiyentlər səhər saatlarından günortayadək ac qalaraq klinikalarda uzun növbələrdə gözləməli olurlar. Lakin müasir tibbi araşdırmalar və ekspert rəyləri göstərir ki, bu qayda hər zaman özünü doğrultmur. Çünki insan gündəlik həyatını ac qarına yaşamır və ac qarına alınan nümayişlər orqanizmin real fəaliyyət mənzərəsini hər zaman tam əks etdirmir. Xüsusilə xolesterin kimi vacib göstəricilərin yoxlanılması zamanı ac və tox qarına verilən analizlər arasında ciddi fərqin olmadığı elmi şəkildə sübut olunub. Mövzu ilə bağlı əhalini maraqlandıran suallara aydınlıq gətirmək üçün Oxu24.com mütəxəssis rəyini öyrənib.Mövzu ilə bağlı Oxu24.com-a invaziv kardioloq Üzeyir Rəhimov məlumat verib.Həkim-mütəxəssis bildirişində ac qarına analiz verməyin tərəflərinə diqqət çəkib:"Əslində biz normal həyatımızı ac qarına yaşamırıq. Onun üçün ac qarına verilən analizlər hər zaman bizə həqiqəti göstərmir. Ayrıca pasiyentlərin səhərdən günortaya qədər ac qalıb xəstəxanalarda növbə gözləmələri heç də məntiqli bir şey deyil”.Onun sözlərinə görə, aparılan elmi çalışmalar da ortaya qoyub ki, pasiyentlərin ac və ya tox qarına verdikləri xolesterin analizləri arasındakı fərq çox cüzidir:“Onun üçün də pasiyentlərə xolesterin analizi üçün ac qalmağı məsləhət görmürük. Bunun bir istisnası var: endokrinoloqa müraciət edən şəkər xəstələri ac qarına gedib aclıq şəkərlərini yoxlada bilərlər. Ama digər analizlər — kardioloji analizləri nəzərdə tuturam — ac qalmağınıza gərək yoxdur”.

Alzheimer xəstəliyinin erkən diaqnozunda inqilab

ABŞ Qida və Dərman Administrasiyası (FDA) beyində Alzheimer xəstəliyinin əsas göstəricilərindən biri hesab olunan amiloid lövhələrinin mövcudluğunu müəyyən edən yeni qan testini təsdiqləyib.Test sağlam insanlarda xəstəliyi əvvəlcədən müəyyən etmək üçün nəzərdə tutulmayıb. Həkimlər koqnitiv problemləri olan xəstədə Alzheimer xəstəliyindən şübhələndikdə, bu qan testindən diaqnostika prosesində istifadə edə biləcəklər.Testin istehsalçısı İsveçrənin Roche şirkəti FDA-nın qərarını bazar ertəsi açıqlayıb. Test ABŞ-ın Eli Lilly şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.Roche bildirir ki, yeni test bu sahədəki digər qan analizlərindən fərqlənir. FDA 2025-ci ildə Alzheimer xəstəliyinin diaqnostikasında istifadə olunan ilk qan testini təsdiqləmişdi. Fujirebio tərəfindən hazırlanan həmin test iki fərqli zülalı ölçürdü.Roche-nin yeni testi isə amiloid üçün biomarker rolunu oynayan tək bir zülalı ölçən ilk qan testi kimi təqdim olunur.Alzheimer xəstəliyinin əsas göstəricilərindən biri olan amiloid lövhələrinin mövcudluğunu müəyyən etmək üçün hazırda PET müayinəsi və onurğa beyni mayesinin analizi kimi üsullardan istifadə olunur. Yeni qan testi bu üsullarla müqayisədə daha az invaziv və daha əlçatan alternativ təqdim edir.Şirkətin məlumatına görə, testin istifadəsi yalnız ixtisaslaşmış həkimlərlə məhdudlaşmayacaq və ilkin tibbi yardım göstərən ailə həkimləri üçün də əlçatan ola bilər.Şirkət hesab edir ki, yeni qan analizi xəstələrə və onların ailələrinə Alzheimer xəstəliyi ehtimalını daha erkən mərhələdə təsdiqləməyə və ya istisna etməyə kömək edə bilər.Bununla belə, testin istifadəsi həkimin klinik qiymətləndirməsi ilə birlikdə həyata keçiriləcək və qan analizi Alzheimer xəstəliyinin diaqnostikasında digər tibbi məlumatları əvəz etməyəcək.

Xolesterini normal olan şəxslər də infarkt keçirə bilər? - Mütəxəssis xəbərdarlığı  

Ürək-damar xəstəlikləri müasir dövrdə ən çox rast gəlinən və həyatı təhlükə altına alan problemlərdən biridir. Çox vaxt infarkt və insult riskinin əsas səbəbi kimi qanda xolesterin səviyyəsinin yüksək olması göstərilir. Lakin son elmi araşdırmalar sübut edir ki, xolesterin göstəriciləri tam norma daxilində olan şəxslərdə də qəfil infarkt riskləri mövcuddur. İrsi amillər, erkən yaşda damar tıxanması və stent müalicəsi alan xəstələrdə gizli qalan başqa bir risk faktoru var. Məsələ ilə bağlı invaziv kardioloq Dr. Üzeyir Rəhimov xəbərdarlıq edərək vacib məqamlara toxunub.Dr. Üzeyir Rəhimov bildirib ki, xolesterin səviyyəsi tam ideal olan, lakin erkən yaşda stent qoyulan, damar tutulması yaşayan və ya genetik ürək problemi olan şəxslərin bir çoxunda Lipoprotein (a) tərkibi yüksək göstəriciyə malikdir:“Lipoprotein (a) bədəndəki ən kiçik, lakin ən təhlükəli xolesterin növü hesab olunur. Adi "pis xolesterin"dən fərqli olaraq, o yalnız damarları tutmur, həm də qapaqlarda kirəclənməyə səbəb olur”.Həkim aşağıdakı risk qrupuna daxil olan şəxslərin və onların ailə üzvlərinin mütləq Lipoprotein (a) analizi verməsini tövsiyə edib:•Ailəsində irsi və genetik ürək-damar xəstəliyi olanlar•Gənc yaşda infarkt keçirənlər və ya stent qoyulanlar•Stentləri və ya damar şuntları tez-tez tutulan xəstələr•Erkən yaşda aorta qapaq darlığı diaqnozu qoyulanlarOnun sözlərinə görə, hazırda aparılan son elmi araşdırmalar Lipoprotein (a) səviyyəsini düşürən dərman preparatlarının ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaltdığını sübut edib:“Yaxın zamanlarda bu preparatların geniş istifadəyə verilməsi ilə ürək xəstəliklərinin müalicəsində böyük bir dönüş yaranacağı gözlənilir.Ürək-damar sağlamlığınızı qorumaq üçün vaxtında müayinələrdən keçməyi və həkim tövsiyələrinə riayət etməyi unutmayın. Sağlamlıqla qalın!”

Ağciyərə su yığılması hansı təhlükəli xəstəliklərin əlamətidir? – Həkimdən XƏBƏRDARLIQ  

Ağciyər xəstəlikləri və respirator sistemdə meydana gələn fəsadlar müasir tibbdə ən ciddi diqqət tələb edən sağlamlıq problemləri sırasındadır. Xüsusilə xalq arasında “ağciyərə su yığılması” kimi bilinən pleural efuziya və ya plevral maye toplanması, orqanizmdə baş verən dərin və ciddi patoloji proseslərin xəbərçisi ola bilər. Bir çox hallarda insanlar bu halı adi təngnəfəslik və ya yorğunluqla qarışdıraraq vaxtında mütəxəssisə müraciət etmirlər. Lakin vaxtında diaqnoz qoyulmadıqda və müvafiq müalicə tədbirləri görülmədikdə, ağciyərdə maye toplanması həyati təhlükə yaradan ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən vətəndaşların sözügedən simptomlar haqqında maariflənməsi və ilkin siqnallara qarşı həssas olması vacib şərtlərdən biridir. Bəs ağciyərə su yığılması konkret olaraq hansı daxili xəstəliklərin göstəricisidir və orqanizmdə hansı dəyişikliklərdən xəbər verir?Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı təfərrüatlı açıqlama verən mütəxəssis, həkim Dr. Günay Qasımova ağciyərə maye toplanmasının əsas səbəblərini və bu vəziyyətə yol açan xəstəlikləri diqqətə çatdırıb.Həkim bildirib ki, ağciyərə su yığılmasına ən çox səbəb olan 5 əsas patologiya aşağıdakılardır:•Ürək çatışmazlığı: Ürək qan dövranını tam təmin edə bilmədikdə qan damarlarda ləngiyir, nəticədə təzyiq artır və maye ağciyər toxumasına və plevra boşluğuna sızır.•Pnevmoniya (Ağciyərin iltihabı): Şiddətli infeksion və iltihabi proseslər plevra pərdələrinin qıcıqlanmasına və bölgədə iltihabi mayenin toplanmasına gətirib çıxarır.•Xərçəng xəstəlikləri: Həm ağciyərin özünün bədxassəli şişləri, həm də digər orqanlardan ağciyərə metostaz verən xərçəng hüceyrələri maye balansını pozaraq ciddi su yığılmasına səbəb olur.•Vərəm və autoimmun xəstəliklər: Vərəm mikobakteriyaları və ya orqanizmin öz imunitet sisteminin dokulara hücum etdiyi autoimmun xəstəliklər (məsələn, qırmızı qurd eşənəyi) plevrada xroniki iltihab yaradır.•Qaraciyər və böyrək çatışmazlığı: Qaraciyər sirrozu zamanı zülal sintezi pozulur, böyrək çatışmazlığında isə mayenin bədəndən xaric olunması ləngiyir. Nəticədə bədəndə tutulub qalan maye ağciyər pərdələri arasına toplanır.Mütəxəssis vurğulayıb ki, tövşümə, təngnəfəslik, dərin nəfəs alarkən sinədə batan ağrılar və quru öskürək kimi simptomlar müşahidə edildikdə vaxt itirmədən həkim-pulmonoloqa müraciət olunmalıdır. Düzgün diaqnostika və vaxtında başlanılan müalicə xəstənin həyatını xilas edən en mühüm amildir.

Narkoz altında xəstə hər şeyi eşidə bilərmi?  

Ümumi anesteziya ilə bağlı insanların ən çox narahat olduğu məsələlərdən biri əməliyyat zamanı ətrafda baş verənləri eşitmək və ya hiss etmək ehtimalıdır. Bəzən filmlərdə anesteziya altında olan şəxsin əməliyyat zamanı həkimlərin danışdıqlarını eşitdiyi, lakin hərəkət edə bilmədiyi səhnələr göstərilir. Bu cür görüntülər isə insanlarda təbii olaraq qorxu və narahatlıq yarada bilər.Oxu24.com xəbər verir ki , mütəxəssislərin izahına görə, söhbət ümumi anesteziyadan gedirsə, onun əsas məqsədlərindən biri xəstənin şüurunun söndürülməsi və əməliyyat prosesindən xəbərsiz vəziyyətə gətirilməsidir. Yəni ümumi anesteziya zamanı xəstənin əməliyyat otağında baş verənləri eşitməməsi və xatırlamaması gözlənilir. Anestezioloq əməliyyatın xüsusiyyətinə, xəstənin vəziyyətinə və digər amillərə uyğun olaraq müvafiq dərmanları seçir və anesteziyanın dərinliyini davamlı şəkildə nəzarətdə saxlayır.Ümumi anesteziya yalnız insanı yuxuya verməkdən ibarət deyil. Bu proses zamanı müxtəlif dərmanların fərqli məqsədləri olur. Onlardan biri şüuru söndürərək xəstənin əməliyyat prosesini dərk etməsinin qarşısını alır. Digər dərmanlar isə əzələlərin boşalmasına səbəb ola bilər. Bu xüsusilə bəzi mürəkkəb cərrahi əməliyyatların aparılması üçün əhəmiyyətlidir. Əzələlərin kifayət qədər boşalması cərrahın əməliyyatı daha təhlükəsiz və rahat şəkildə həyata keçirməsinə imkan verir.Bəzi hallarda xəstənin özbaşına nəfəs alması da müvəqqəti olaraq zəifləyə və ya dayana bilər. Belə vəziyyətlərdə xəstənin nəfəs alması xüsusi avadanlıq vasitəsilə təmin edilir və bütün proses anestezioloq tərəfindən nəzarətdə saxlanılır. Bu səbəbdən ümumi anesteziya zamanı xəstənin ürək fəaliyyəti, tənəffüsü, qanda oksigen səviyyəsi və digər həyati göstəriciləri daim izlənilir.Filmlərdə göstərilən və insanın əməliyyat zamanı hər şeyi eşitməsi ilə bağlı səhnələr isə real tibbi praktikadakı vəziyyəti tam əks etdirməyə bilər. Şüurun tam və ya qismən geri qayıtması ilə bağlı hadisələr tibbdə çox nadir hallarda rast gəlinən ağırlaşmalar sırasındadır. Bu ehtimalın mövcud olması ümumi anesteziyanın normal olaraq belə işlədiyi anlamına gəlmir.Regional və ya lokal anesteziyada isə vəziyyət fərqlidir. Məsələn, yalnız bədənin müəyyən hissəsi keyləşdirildikdə insanın şüuru açıq qala bilər və ətrafdakı səsləri eşidə bilər. Bu, ümumi anesteziyadan fərqli olaraq, şüurun söndürülmədiyi anesteziya üsuludur. Buna görə də müxtəlif anesteziya növlərini bir-birindən fərqləndirmək vacibdir.Mütəxəssislər bildirirlər ki, son dərəcə nadir hallarda baş verə bilən belə hadisələr barədə məlumatların insanlarda həddindən artıq qorxu yaratması düzgün deyil. Əməliyyatdan imtina etmək və ya zəruri tibbi müdaxiləni yalnız filmlərdə göstərilən səhnələrə əsaslanaraq təxirə salmaq sağlamlıq baxımından doğru yanaşma sayılmır. Anesteziya zamanı istifadə ediləcək dərmanlar və metodlar isə hər bir xəstənin vəziyyətinə uyğun olaraq anestezioloq tərəfindən müəyyən edilir.Bu baxımdan əməliyyat qarşısında narahatlıq yaşayan xəstənin öz qorxularını anestezioloqla əvvəlcədən bölüşməsi vacibdir. Həkim xəstəyə hansı anesteziyanın tətbiq olunacağını, prosesin necə aparılacağını və əməliyyat zamanı hansı göstəricilərin nəzarətdə saxlanılacağını ətraflı izah edə bilər. Bu isə həm xəstənin narahatlığının azalmasına, həm də anesteziya prosesinin daha düzgün planlaşdırılmasına kömək edir.

Hiperprolaktinemiya nədir və necə müalicə olunur? — Endokrinoloq xəbərdarlıq edir  

Müasir dövrdə insan organizmində baş verən hormonal pozuntular müxtəlif səhhət problemlərinə və həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bu cür geniş yayılmış hormonal problemlərdən biri də hipofiz vəzisinin fəaliyyəti ilə bağlı olan hiperprolaktinemiya vəziyyətidir. Prolaktin hormonu orqanizmdə əsasən süd vəzilərinin fəaliyyətinə cavabdeh olsa da, onun normadan yüksək olması həm qadınlarda, həm də kişilərdə ciddi fəsadlar yarada bilər. Qadınlarda aybaşı dövrünün pozulması, sonsuzluq və çəki artımı kimi əlamətlərlə özünü göstərən bu vəziyyət, kişilərdə potensiyanın zəifləməsinə və süd vəzilərinin böyüməsinə gətirib çıxarır. Xəstəliyin yaranma səbəbləri arasında hipofiz vəzisinin şişləri, qalxanabənzər vəz xəstəlikləri, dərman qəbulu və hətta xroniki stres önəmli yer tutur. Diaqnostikası sadə qan analizi və ehtiyac olduqda kontrastlı MRT müayinəsi ilə aparılan bu vəziyyət müasir təbabətdə tam nəzarət altına alına bilir. Vaxtında həkimə müraciət edildikdə dərman müalicəsi ilə orqanizmin reproduktiv sağlamlığını tam bərpa etmək mümkündür. Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən endokrinoloq Lalə Hacıyeva bildirib ki, Hiperprolaktinemiya orqanizmdə prolaktin hormonunun normadan yüksək olmasıdır. Prolaktin əsasən süd vəzilərinin fəaliyyətinə cavabdehdir. Amma onun artması qadınlarda və kişilərdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.Onun sözlərinə görə, qadınıarda olan əlamətlər əsasən bunlardır: aybaşı dövrünün gecikməsi və ya tam kəsilməsi, sonsuzluq, doğuş olmadan və ya əmizdirmədən belə süd vəzilərdən südün gəlməsi (qalaktoreya), libido azalması, cinsi istəksizlik, bəzən baş ağrıları və görmə zəifləməsi, çəki artımı.Kişilərdə olan əlamətlərə isə daxildir: potensiyanın zəifləməsi, libido azalması, sonsuzluq, süd vəzilərinin böyüməsi və ya süd ifrazı, baş ağrısı, görmə pozğunluğu, çəki artımı.Niyə baş verir? Həkim qeyd edib ki, hiperprolaktinemiya hipofiz vəzində şiş, bəzi dərmanların qəbulu, qalxanabənzər vəzin xəstəlikləri, stres və hətta yuxu pozğunluqları ilə əlaqəli ola bilər:“Diaqnoz sadə qan analizi və lazım gələrsə, kontrastlı MRT müayinəsi nəticəsində qoyulur. Müalicə isə çox vaxt dərmanlarla uğurla aparılır və reproduktiv sağlamlıq bərpa olunur.Unutmayın, vaxtında müraciət etsəniz, hiperprolaktinemiya tam idarə olunan bir vəziyyətdir”.

Xolesterin dərmanları ömürlükdür? – Kardioloqdan XƏBƏRDARLIQ  

Cəmiyyətdə xolesterin dərmanları (statinlər) ilə bağlı ən geniş yayılmış yanlış düşüncələrdən biri bu həblərin mütləq ömürlük qəbul edilməli olması fikridir. Bir çox pasiyentlər xolesterin səviyyəsi normallaşsa belə, dərmanı kəsməkdən çəkinir və ya əksinə, ömürlük asılılıq yaradacağı qorxusu ilə ümumiyyətlə müalicədən imtina edirlər. Bu cür tərəddüdlər və cəmiyyətdə formalaşan yanlış təsəvvürlər xəstələrin vaxtında lazımi tibbi yardım almasına ciddi maneə törədir və nəticədə damar tıxanması, infarkt kimi ağır fəsadlara yol aça bilir. Mütəxəssislər bildirirlər ki, xolesterin dərmanlarının qəbulu fərdi yanaşma tələb edir və hər bir pasiyentin anatomik göstəricilərindən, orqanizminin tələbatından, eləcə də ümumi sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir. Əgər yüksək xolesterin göstəriciləri müvəqqəti amillər, məsələn, yanlış və həddindən artıq yağlı qidalanma, oturaq həyat tərzi və ya sonradan qazanılmış çəki artımı ilə bağlıdırsa, bu zaman dərman müalicəsi yalnız müəyyən bir keçid və bərpa dövrü üçün təyin edilir. Dərman qəbul olunduğu vaxt ərzində xolesterinin kəskin qalxmasının qarşısı alınır, orqanizmə lazımi müdafiə dəstəyi göstərilir, qan dövranı yaxşılaşdırılır və damarların kirəcləşmə riski minimuma endirilir. Mövzu ilə bağlı kardioloq Aynur Məmmədova Oxu24.coma açıqlamasında bildirib ki, xolesterin göstəriciləri normadan yuxarı olduqda biz pasiyentə müəyyən bir müddət üçün xolesterinsüzdürücü dərman preparatları təyin edirik:“Bu müalicənin əsas məqsədi qanda xolesterinin kəskin şəkildə artmasının, yeni piy çöküntülərinin əmələ gəlməsinin və damar divarlarında yığılmasının qarşısını almaq, yəni prosesi tormozlamaqdır”.O qeyd edib ki, bu dərman müalicəsi pasiyentin öz həyat tərzində ciddi dəyişikliklər etdiyi dövrə qədər davam edir. Şəxs artıq çəkidən azad olana, ciddi pəhriz rejimini gözləyənə, gündəlik fiziki aktivliyini bərpa edənə və orqanizmdəki yağ mübadiləsini (lipid balansını) tam normaya salana qədər preparat qəbulu vacibdir.Onun sözlərinə görə, pasiyent bu addımları atdıqdan, maddələr mübadiləsi qaydaya düşdükdən və analizin nəticələri sabitləşdikdən sonra həkim nəzarəti altında xolesterin dərmanının qəbulunu tamamilə kəsmək mümkündür.

Zob əməliyyatı nə zaman qaçılmaz olur? – Həkim-cərrahdan MÜHÜM XƏBƏRDARLIQ  

Qalxanabənzər vəz (zob) xəstəlikləri müasir dövrdə ən çox rast gəlinən səhhət problemlərindən biridir. Bir çox hallarda vəzdə aşkarlanan düyünlər və ya dəyişikliklər xəstələrdə dərhal cərrahi müdaxilə qorxusu yaradır. Lakin mütəxəssislər bildirirlər ki, hər bir zob diaqnozu olan xəstənin təcili əməliyyat olunmasına ehtiyac yoxdur. Bəzən illərlə yalnız dərman müalicəsi və ya sadəcə həkim müşahidəsi yetərli olduğu halda, bəzi hallarda isə əməliyyat qaçılmaz olur. Səbəbsiz yerə orqanın kəsib götürülməsi orqanizm üçün ciddi fəsadlar törədə bildiyi üçün düzgün diaqnostika böyük əhəmiyyət kəsb edir. Xüsusilə ultrasəs müayinəsi zamanı aşkarlanan düyünlərin xarakteri, ölçüsü və hormon ifrazı mütləq nəzərə alınmalıdır. Əgər düyünlər nəfəs darlığı, udqunma çətinliyi yaratmırsa və xərçəng riski daşımıramsa, cərrahi müdaxiləyə tələsmək lazımdır. Bəs hansı simptomlar və müayinə nəticələri xəstənin dərhal əməliyyat olunmasını tələb edir?Bu vacib suallara aydınlıq gətirən həkim-cərrah Dr. Səməd Həsənli zob xəstəliyinin müalicəsi və cərrahi göstərişlər barədə Oxu24.com-a məlumat verib:"Niyə bəzi zoblar illərlə dərmanla müalicə olunur, bəziləri dərhal əməliyyata gedir? Biz cərrah olaraq demək istəyirəm ki, bəzi zobları dərhal əməliyyat etmək pasientə qarşı edilmiş ən böyük cinayətdir. Size də zobun var dərhal əməliyyat olunmalısan deyib qorxudurlar? Bəzən pasientlər ultrasəs müayinəsi ilə gəlir və biz baxırıq: bu düyünlər nə həddindən artıq hormon ifraz eləyir, nə xərçəng riski daşıyır, nə də ölçüləri o qədər böyükdür ki, sıxıb boğulma, udqumada çətinlik yaratsın. Bu kimi hallarda biz sadəcə müşahidə edirik”.O qeyd edib ki, ciddi bir səbəb olmadan bədənimizdə önəmli funksiyaları yerinə yetirən orqanı çıxartmağa dəyməz.Bəs nə zaman əməliyyat tövsiyə edirik? Həkimin sözlərinə görə, düyün sizin nəfəs almanıza, udqumanıza çətinlik yaradırsa, dərmanla müalicə olmayan hormon artıqlığı varsa və yaxud da biopsiya nəticəsində bədxassəli xərçəng hüceyrələri görürüksə, biz bu əməliyyatları komandamızla ən yüksək səviyyədə icra edirik.

Gənclər arasında insult riski artır: Gizli təhlükəyə qarşı XƏBƏRDARLIQ  

Müasir dövrdə insult yalnız yaşlı nəsildə deyil, gənclər və yeniyetmələr arasında da sürətlə yayılmağa başlayıb. Həyat tərzinin dəyişməsi və oturaq rejim bu xəstəliyin cavanlaşmasında əsas rol oynayır. Bir çox gənclər yüksək qan təzyiqindən əziyyət çəksələr də, hər hansı narahatlıq hiss etmədikləri üçün buna biganə yanaşırlar. Lakin yüksək arterial təzyiq orqanizmdə heç bir əlamət büruzə vermədən xroniki şəkildə inkişaf edərək gizli düşmən rolunu oynaya bilər. Gün ərzində saatlarla masa arxasında oturmaq, zərərli vərdişlər və nizamsız qidalanma qanda xolesterinin dərəcəsini qaldıraraq damar tutulmalarına zəmin yaradır. Bu cür laqeydlik gənc yaşda beyin qan dövranının kəskin pozulmasına və qəfil insulta səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, hər bir gənc orqanizmindəki bu siqnallara vaxtında diqqət ayırmalı və mütəmadi həkim nəzarətindən keçməlidir. Erkən müayinə və həyat tərzində edilən dəyişikliklər gələcəkdə yarana biləcək ağır fəsadların qarşısını almağın tək yoludur.Oxu24.com mütəxəssis rəyini öyrənmək üçün həkim-nevropatoloq Yeganə Rəşidovaya müraciət edib.Nevropatoloq Yeganə Rəşidovanın açıqlamasında bildirib ki, bu problem çox zaman həqiqətən çox ciddi narahatlıqlara gətirib çıxarır:“Əgər bir gənc də arterial təzyiqi yüksəkdir də və biraz öz səhhətinə ciddi fikir vermirsə, bu doğrudan da çox ciddi bir narahatlığa, xüsusilə də ki, beyin qan dövranının kəskin pozuntusuna səbəb ola bilər”.O qeyd edib ki, arterial təzyiq bəzən lal bir düşmən rolunu oynayır.Əgər bu insanda arterial təzyiq yüksəkdirsa, hərəkətsiz bir işdə çalışırsa, bütün günü oturaq rejimdə çalışırsa, xolesterin fraksiyaları yüksəkdirsa və irsi faktoru varsa, gənc yaşına baxmayaraq bu istənilən bir an, istənilən bir vaxtda bu beyin qan dövranı pozuntusu sizin qapınızı da döyə bilər.Həkimin sözlərinə görə, mütləq xolesterin fraksiyaları normada saxlanılmalıdır, arterial təzyiq normada saxlanılmalıdır, yuxu rejiminə və qida rejiminə çox ciddi fikir verilməlidir. Siqaret varsa aradan qalxmalı, alkroqol qəbulu aradan qalxmalı, şəkər varsa normaya salınmalı — birmanalı, yəni həkimin, kardiolok və nevroloq nəzarəti altında olmalıdır.

Ayaqlarınız sizə nə deməyə çalışır?  

Bəzən ayaqlarda yaranan dəyişiklikləri sadəcə yorğunluq kimi qəbul edirik. Halbuki bəzi əlamətlər orqanizmdə müəyyən çatışmazlıqlar və ya sağlamlıq problemləri ilə əlaqəli ola bilər.Oxu24.com tibbi məlumatı təqdim edir: Ayaqların daim soyuq olması — dəmir/ferritin səviyyəsini yoxlamaq faydalı ola bilər. Ayaqlarda yanma hissi — B12 vitamini və qan şəkəri yoxlanıla bilər. Ayaq altlarının çox tərləməsi — maqnezium səviyyəsinə diqqət etmək olar. Barmaqlarda sancma və iynələnmə — kalium və digər elektrolitlər yoxlanıla bilər. Axşam saatlarında ayaqlarda şişkinlik — duz qəbulu, B1 vitamini və digər səbəblər qiymətləndirilməlidir. Ayaqlarda uyuşma — D vitamini ilə yanaşı, sinir və qan dövranı problemləri də nəzərə alınmalıdır. Dabanlarda çatlar — qidalanma və dəri sağlamlığı ilə bağlı amillər araşdırıla bilər. Dırnaqların qopması və zəifləməsi — sink və dəmir çatışmazlığı, həmçinin qan dövranı ilə əlaqəli səbəblər ola bilər. Ayaqlarda ağırlıq və damarların görünməsi — venoz problemlər ola bilər və həkim müayinəsi vacibdir. Vacib: Bu əlamətlər konkret diaqnoz demək deyil. Eyni simptomun bir neçə fərqli səbəbi ola bilər. Özbaşına vitamin və mineral qəbul etməkdənsə, analiz və həkim müayinəsi ilə səbəbi müəyyənləşdirmək daha doğrudur. Davamlı yanma, şişkinlik, uyuşma və ya ayaqda sağalmayan yara varsa, xüsusilə qan şəkərinizi yoxlatdırın və həkimə müraciət edin. Ayaqlarınıza diqqət yetirin — bəzən onlar orqanizminiz haqqında düşündüyünüzdən daha çox məlumat verir.Jalə

Qadınlara testosteron nə vaxt təyin olunur?  

Qadınlara testosteron nə vaxt təyin olunur?Son vaxtlar bir çox qadına testosteron preparatları təyin edilir. Xüsusilə arıqlamaq, enerji artırmaq, əzələ qurmaq və ya “hormonları bərpa etmək” məqsədilə.Bəs bu, həqiqətən klinik tövsiyələrə uyğundurmu?Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim Oktay Hüseynov bildirib ki,cavab qısadır: əksər hallarda yox.Həkimin sözlərinə görə,beynəlxalq endokrinoloji və menopauza cəmiyyətlərinin klinik tövsiyələrinə görə, qadınlarda testosteronun yeganə sübut olunmuş istifadəsi postmenopauza dövründə olan qadınlarda hipoaktiv cinsi istək pozğunluğunun (HSDD) müalicəsidir. Bu diaqnoz yalnız həkim tərəfindən aparılan ətraflı qiymətləndirmədən sonra qoyulur.Testosteron nə üçün rutin olaraq təyin olunmur? Klinik tövsiyələr testosteronu aşağıdakı məqsədlərlə tövsiyə etmir:• arıqlamaq üçün,• qarın piyini azaltmaq üçün,• əzələ kütləsini artırmaq üçün,• enerjini artırmaq üçün,• depressiya və ya yorğunluğu müalicə etmək üçün,• osteoporozun profilaktikası üçün.Yəni analizdə testosteronun aşağı çıxması öz-özlüyündə müalicə göstərişi deyil.Arıqlamaq üçün testosteron? Hazırda elmi sübutlar göstərmir ki, testosteron qadınlarda effektiv arıqlama preparatıdır. Əksinə, lazımsız istifadəsi bəzi yan təsirlərə səbəb ola bilər:• sızanaq,• üz və bədəndə tüklənmənin artması,• saç tökülməsi,• səsin qalınlaşması,• menstrual pozğunluqlar.Ən vacib məqam Qadında çəki artımı, halsızlıq və ya libido azalması varsa, ilk növbədə səbəb araşdırılmalıdır. Bu şikayətlər qalxanabənzər vəz xəstəlikləri, dəmir çatışmazlığı, menopauza, depressiya, yuxu pozğunluğu, şəkərli diabet və digər səbəblərlə əlaqəli ola bilər.Müalicə analizə deyil, diaqnoza əsaslanmalıdır.Bu məlumatlar Global Consensus Position Statement (2019) və ISSWSH Clinical Practice Guideline (2021) sənədlərinə əsaslanır.Sağlamlığınız üçün hormonları yalnız göstəriş olduqda qəbul edin.Nigar

Uşaqlarda immuniteti necə gücləndirməli? – Faydalı reseptlər  

Uşaqların tez-tez xəstələnməsi xüsusilə payız-qış aylarında valideynləri narahat edən əsas məsələlərdəndir. Lakin mütəxəssislərə görə, uşağın immun sistemini bir anda “gücləndirən” xüsusi qida və ya resept yoxdur. İmmunitetin normal fəaliyyəti üçün balanslı qidalanma, kifayət qədər yuxu, fiziki aktivlik və yaşa uyğun peyvəndlərin vaxtında edilməsi əsas amillər sırasındadır. Uşağın gündəlik menyusunda müxtəlif qida qruplarının olması vacibdir. Tərəvəz və meyvələr, zülal mənbələri, süd məhsulları, taxıl və digər faydalı qidalar uşağın böyüməsi və orqanizmin normal fəaliyyəti üçün lazım olan qida maddələrini təmin edir.Valideynlər uşağın menyusuna mövsümi meyvə-tərəvəzləri əlavə edə, şirin və yüksək dərəcədə emal olunmuş məhsulların miqdarını isə məhdudlaşdıra bilərlər.İmmunitet üçün faydalı sadə reseptlər:1.Meyvəli qatıq: Təbii qatığa banan, alma, armud və ya mövsümi giləmeyvə əlavə edilə bilər. Şəkər əvəzinə meyvənin öz şirinliyindən istifadə etmək daha məqsədəuyğundur.2.Tərəvəzli şorba: Kök, balqabaq, kartof, brokoli və digər tərəvəzlərdən hazırlanan şorba uşağın gündəlik rasionunu zənginləşdirə bilər.3.Yulaf sıyığı: Yulafı süd və ya su ilə bişirib üzərinə banan, alma və az miqdarda qoz-fındıq əlavə etmək mümkündür. Qoz-fındıq yalnız uşağın yaşına və udma təhlükəsizliyinə uyğun formada verilməlidir.4.Toyuq və tərəvəz yeməyi: Toyuq əti ilə kök, brokoli, balqabaq və digər tərəvəzlərin birlikdə hazırlanması zülal və müxtəlif qida maddələri baxımından balanslı seçim ola bilər.Uşağın immun sistemi üçün yalnız qidalanmaya diqqət yetirmək kifayət deyil. Kifayət qədər yuxu uşaqların sağlamlığı və inkişafı üçün mühüm rol oynayır. Fiziki aktivlik də sağlam həyat tərzinin əsas hissələrindən biridir. Bununla yanaşı, uşaqların yaşına uyğun peyvəndlərinin vaxtında edilməsi də infeksiyalardan qorunmanın ən mühüm vasitələrindəndir. Peyvəndlər immun sisteminə müəyyən xəstəlik törədicilərini tanımağı və onlara qarşı müdafiə formalaşdırmağı “öyrədir”. Valideynlər bəzən uşağın tez-tez xəstələnməsini vitamin çatışmazlığı ilə əlaqələndirərək həkim məsləhəti olmadan müxtəlif preparatlar verməyə çalışırlar. Lakin balanslı qidalanan uşaqların əksəriyyətinin bütün zəruri qida maddələrini qidadan aldığı bildirilir və vitamin əlavələrinin hər uşaqda immuniteti artırdığına dair əsas yoxdur. Həddindən artıq bəzi vitaminlərin qəbulu isə zərərli ola bilər. Buna görə vitamin və digər əlavələr yalnız pediatrın məsləhəti ilə istifadə edilməlidir. Uşaq həddindən artıq tez-tez və ya ağır xəstələnirsə, uzunmüddətli hərarət, çəki itkisi və digər narahatedici əlamətlər müşahidə olunursa, bunu sadəcə “zəif immunitet” kimi qiymətləndirmək əvəzinə pediatra müraciət etmək lazımdır. Xüsusilə immun sistemi zəif olan uşaqlarda infeksiyalar daha ağır keçə bilər və fərdi tibbi yanaşma tələb olunur.

Yoğun bağırsaqda yara və iltihab olanlar nə etməli? – Mütəxəssisdən təbii müalicə üsulu  

Məşədə və həzm sistemində yaranan problemlər, xüsusilə yoğun və düz bağırsaqda rast gəlinən yaralar müasir dövrdə bir çox insanların əziyyət çəkdiyi ciddi sağlamlıq məsələlərindəndir. Mütəxəssislər bildirirlər ki, bağırsaqda yaranan eroziya və yaralar kolit, eləcə də qeyri-spesifik xoralı kolit kimi xəstəliklərin əsas əlamətləri sayılır. Bu cür problemlər zamanı vaxtında müdaxilə etmək və orqanizmi təbii vasitələrlə dəstəkləmək müalicə prosesini sürətləndirir. Bağırsaq xəstəliklərinin əlamətləri və onların təbii üsullarla müalicəsi haqqında Oxu24.com-a açıqlamasında Füzuli Hüseynov ətraflı məlumat verib.Füzuli Hüseynov bildirib ki, düz bağırsaqdan təxminən 15 santimetr dərinlikdə eroziya və ya yaralar varsa, bu kolitin, yaxud qeyri-spesifik xoralı kolitin göstəricisi ola bilər. Belə hallarda xəstələrdə cüzi ishal, nəcisdə selik və ya qan, həmçinin yalançı gücənmə hissiyyatı müşahid olunur. Biz bu cür xəstəliklərin müalicəsində həmişə effektiv nəticə verən standart təbii üsul tətbiq edirik.Mütəxəssis qeyd edib ki, müalicə üçün 600 qram boymadərən və 600 qram dazıotu götürülür:“Hər iki bitkidən ayrı-ayrılıqda 1 orta xörək qaşığı götürərək 1 stəkan suda 5-7 dəqiqə qaynadıb süzürsünüz və gündə 3 dəfə içirsiniz. Bu dəmləmələri qəbul etdikdən sonra ishal və selik əlamətləri azalarsa, qəbul sayını gündə 2 dəfəyə endirmək olar. Əgər ishal hələ də davam edərsə, əlavə olaraq gündə 1 dəfə qızılağac meyvəsinin dəmləməsini içmək məsləhətdir. Bunun üçün 1 orta xörək qaşığı qızılağac meyvəsini 200 qram suda 10 dəqiqə zəif odda qaynadıb süzmək və gündə 1 dəfə qəbul etmək lazımdır”

Qulaqlarda küy və uğultunun səbəbi nədir?  

Qulaqlarda küy və uğultu (tinnitus) mərkəzi və periferik sinir sisteminin, eləcə də damar patologiyalarının tez-tez rast gəlinən simptomlarından biridir. Klinik müşahidələr göstərir ki, bu hal kəskin respirator virus infeksiyalarından (qrip) sonra etiofunksional pozuntu kimi və ya fəqərəarası struktur dəyişiklikləri — boyun osteoxondrozu fonunda inkişaf edə bilər. Post-virus etiologiyalı tinnitus adətən rekonvalessensiya dövründə spontan olaraq reqress edir. Lakin simptomatikanın 3 aydan artıq davam etməsi prosesin mərkəzi sinir sistemi səviyyəsində patologiyalarla bağlı olduğunu göstərir. Boyun osteoxondrozu zamanı vertikal arteriyaların mexaniki kompressiyası nəticəsində beyin toxumasının xroniki hipoksiyası və işemiyası baş verir. Maqnit-Rezonans Tomoqrafiya (MRT) müayinəsində bu hal mikrosirkulyasiya pozuntularına bağlı qlioz ocaqları və differensial atrofiya əlamətləri ilə təzahür edir. Mərkəzi hemodinamikanı və serebral perfüziyanı yaxşılaşdırmaq məqsədilə biologiya yönümlü kompleks terapiya tətbiq olunur. Fitoterapiya çərçivəsində antioksidant və vasodilatator xüsusiyyətlərə malik tərkib təyin edilir: 15 ədəd hil (Elettaria cardamomum), barmaq ölçüsündə təzə zəncəfil kökü (Zingiber officinale) və 0.2 qram zəfəran (Crocus sativus) 4-5 stəkan həcmində termosa əlavə edilərək dəmlənir. Əldə olunan ekstrakt gün ərzində dozalanmış şəkildə qəbul edilir.Bununla yanaşı, mikrosirkulyasiyanı bərpa etmək və venoz durğunluğu aradan qaldırmaq üçün hirudoterapiya (zəli ilə müalicə) məqsədəuyğundur. Boyun-yaxa nahiyəsinə həftəlik 8 ədəd olmaqla, ümumilikdə 5-6 ədəd zəli tətbiq olunur. Eyni zamanda, kapillyar qan dövranını stimullaşdırmaq və serebral dekompressiyanı təmin etmək üçün baş nahiyəsindən 5 nöqtə üzrə kapilyar qanaldırma (hicamə) proseduru icra edilir. Bu inteqrativ metodlar kompleksi mikrosirkulyasiyanı normallaşdıraraq tinnitus simptomlarını effektiv şəkildə neytralizə edir.

Xoralı kolit zamanı qidalanma: Hansı qidalar faydalıdır, hansılardan uzaq durmaq lazımdır?  

Xoralı kolit yoğun bağırsağın selikli qişasının xroniki, residivləşən iltihabi-destruktik xəstəliyidir. Patologiyanın kəskinləşmə dövründə peroral yolla qəbul edilən qidaların tərkibi bağırsaq peristaltikasına və selikli qişanın bərpasına bilavasitə təsir göstərir. Təqdim olunmuş tövsiyələr xoralı kolit zamanı rasionun korreksiyası və həzm traktının epitelizasiyasına dəstək məqsədi daşıyır.Yoğun bağırsaq epiteli üçün qıcıqlandırıcı təsiri minimum olan, büzücü və bərpaedici xüsusiyyətlərə malik meyvələrin istifadəsi məqsədəuyğundur:•Xurma (Diospyros) və finik (Phoenix dactylifera): Tərkibindəki yüksək miqdarda tənən (aşı maddələri) maddələri sayəsində bağırsaq selikli qişasında büzücü və iltihabəleyhinə təsir göstərir.•Armud (Pyrus) və Nar (Punica granatum): Həzm sisteminin selikli qişasının regenerasiyasına kömək edir və ishalın (diareyanın) tezliyini azaltmağa yönəlmişdir.•Kəl əzgil (Mespilus germanica) və İğdə (Elaeagnus): Yüksək fitonsid və büzücü komponent tərkibinə görə bağırsaqda sekretor disfunksiyanı normallaşdırır.•Banan (Musa): Tərkibindəki həll olan liflər (pektin) və yumşaq struktur sayəsində mexaniki qıcıqlanma yaratmadan asan mənimsənilir.Məhdudlaşdırılması və ya qadağan olunması gərəkən qidalarXəstəliyin kəskinləşmə riskini artıran və hipermotorikanı stimullaşdıran qida məhsullarının rasiondan çıxarılması vacibdir:•Yüksək turşuluq və lif tərkibli meyvələr: Gavalı, şaftalı, alma, alça və üzüm kimi meyvələr fermetasiya proseslərini sürətləndirir, bağırsaq peristaltikasını kəskin artırır və meteorizmə (qaz əmələgəlməyə) səbəb olur.•Zəngin lipidli (yağlı) və yüksək karbohidratlı qidalar: Doymuş yağlar, xəmir xörəkləri, rafinə olunmuş karbohidratlar və rafinə olunmuş şəkər həzm fermentlərinin yükünü artırır, bağırsağın mikrobiota balansı pozularaq iltihabi ocaqların genişlənməsinə şərait yaradır.Xoralı kolit xəstələrində dietoterapiya mexaniki, kimyəvi və termiki qoruyucu rejim prinsipinə əsaslanmalı, qida maddələri iltihablaşmış selikli qişanı qıcıqlandırmayacaq şəkildə seçilməlidir.

Qalxanabənzər vəz üçün vitamin içirsiniz? – Həkimdən vacib XƏBƏRDARLIQ  

Qalxanabənzər vəzin normal fəaliyyəti orqanizmdə gedən bir çox mühüm proses üçün əhəmiyyət daşıyır. Bu vəzin ifraz etdiyi hormonlar maddələr mübadiləsinə, enerji səviyyəsinə, ürək-damar sisteminin fəaliyyətinə və ümumi hormonal tarazlığa təsir göstərir. Buna görə də qalxanabənzər vəzin sağlamlığını qorumaq üçün düzgün qidalanma və orqanizmin ehtiyac duyduğu mikro və makroelementlərin kifayət qədər qəbul edilməsi vacibdir. Lakin son dövrlərdə insanların müxtəlif vitamin və mineral preparatlarını analiz vermədən, həkim məsləhəti olmadan qəbul etməsi narahatlıq doğurur.Oxu24.com xəbər verir ki, mütəxəssislər bildirirlər ki, qalxanabənzər vəzin normal fəaliyyəti üçün orqanizmin müəyyən mikroelementlərə ehtiyacı olsa da, bu, hər kəsin aptekə gedərək yod, maqnezium, kalsium, selen və digər preparatları özbaşına qəbul etməsi anlamına gəlmir. Əksinə, orqanizmdə hər hansı elementin çatışmazlığının olub-olmaması əvvəlcə qiymətləndirilməli, zərurət yarandıqda müvafiq analizlər aparılmalı və bundan sonra müalicə və ya qida əlavəsinin qəbuluna qərar verilməlidir.Qalxanabənzər vəzin fəaliyyətində xüsusi əhəmiyyət daşıyan elementlərdən biri yoddur. Yod qalxanabənzər vəz hormonlarının sintezində iştirak edir. Bu səbəbdən əhalinin gündəlik qidalanmasında yodlaşdırılmış duzdan istifadə profilaktik baxımdan əhəmiyyətli hesab olunur. Lakin burada da əsas məsələ normaya riayət etməkdir. Yodun faydalı olması onun nə qədər çox qəbul edilməsinin bir o qədər yaxşı olduğu anlamına gəlmir.Mütəxəssislərin fikrincə, qalxanabənzər vəzin sağlamlığı üçün xüsusi və sərt pəhrizlərə ehtiyac olduğu düşüncəsi də hər zaman doğru deyil. Əsas məqsəd gündəlik qidalanmanın balanslı və müxtəlif olmasıdır. Rasionda zülal, tərəvəz, meyvə, tam taxıllı məhsullar və digər faydalı qida komponentlərinin kifayət qədər yer alması ümumi sağlamlıq baxımından vacibdir.Xüsusilə qalxanabənzər vəz xəstəliyi aşkarlanan şəxslər qidalanma məsələsində sosial şəbəkələrdə yayılan və elmi əsası olmayan məsləhətlərə kor-koranə əməl etməməlidirlər. Bəzi hallarda xəstəyə müəyyən qidaların məhdudlaşdırılması və ya əksinə, müəyyən qidaların rasiona əlavə edilməsi tövsiyə oluna bilər. Bu isə konkret xəstəliyin növündən, analiz nəticələrindən və pasiyentin ümumi vəziyyətindən asılıdır.Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, “təbii olduğu üçün zərərsizdir” düşüncəsi ilə müxtəlif qida əlavələrindən istifadə etmək düzgün deyil. Vitamin və mineralların da normadan artıq qəbulu orqanizmdə arzuolunmaz dəyişikliklərə səbəb ola bilər. Xüsusilə bir neçə preparatın eyni vaxtda qəbul edilməsi zamanı bəzi elementlərin miqdarı normadan artıq arta bilər.Bu səbəbdən qalxanabənzər vəzin fəaliyyətində problem olduğunu düşünən şəxslər ilk növbədə həkimə müraciət etməli, müvafiq müayinələrdən keçməli və yalnız mütəxəssisin tövsiyəsindən sonra dərman və ya qida əlavəsi qəbul etməlidirlər.Mütəxəssislər vurğulayırlar ki, sağlam qalxanabənzər vəz üçün əsas prinsiplər balanslı qidalanma, kifayət qədər yodun qəbulu, dərman və qida əlavələrinin özbaşına istifadəsindən uzaq durmaq və hər hansı şübhəli əlamət yarandıqda vaxtında tibbi müayinədən keçməkdir. Orqanizmdə mikro və makroelementlərin balansını qorumağın ən doğru yolu isə fərdi ehtiyaca uyğun yanaşmanın müəyyənləşdirilməsidir.

Qulaq ağrısına bu üsulları sınamayın! – uzman Nuru Əliyevdən vacib xəbərdarlıq  

Qulaq ağrısı insanların tez-tez qarşılaşdığı problemlərdən biridir. Lakin ağrı yaranan kimi səbəbi müəyyənləşdirmədən qulağa müxtəlif yağlar, sarımsaq və ya aptekdən alınan damcıları tökmək düzgün deyil. Xüsusilə xalq arasında geniş yayılan “qulağa sarımsaq qoymaq” kimi üsullar bəzi hallarda vəziyyəti daha da çətinləşdirə bilər. Eyni zamanda burun spreylərinin uzun müddət və nəzarətsiz istifadəsi də ciddi problemlərə səbəb ola bilər.Mövzu ilə bağlı Oxu24.com-a danışan uzman doktor, otorinolarinqoloq Nuru Əliyev bildirib ki, qulaq ağrısı zamanı əsas məsələ ağrının səbəbini müəyyənləşdirməkdir. Onun sözlərinə görə, qulaqda yaranan ağrının mənbəyi xarici qulaq yolu, orta qulaq və ya digər problemlərlə bağlı ola bilər və hər vəziyyətdə eyni müalicə üsulundan istifadə etmək doğru yanaşma deyil.Nuru Əliyev qulağa sarımsaq qoyulmasını qəti şəkildə tövsiyə etmədiyini bildirib. Həkim qeyd edib ki, sarımsaq qulaq kanalının daxilinə keçərsə, onun çıxarılması üçün pasiyentin yenidən həkimə müraciət etməsi lazım gələ bilər. Eyni zamanda isti yağın və ya təsadüfi seçilmiş qulaq damcılarının da müayinəsiz tətbiqi düzgün hesab olunmur.“Qulağınız ağrıyanda ilk növbədə ağrının səbəbi önəmlidir. Əgər problem xarici qulaq yolu ilə bağlıdırsa, müəyyən damcılar faydalı ola bilər. Amma problem orta qulaqla əlaqəlidirsə, istifadə etdiyiniz hər damcının fayda verməsi mümkün deyil. Ona görə də səbəb müəyyənləşdirilmədən qulağa müxtəlif vasitələr tökmək olmaz”, – deyə mütəxəssis vurğulayıb.Otorinolarinqoloq burun damcıları və spreylərindən istifadə ilə bağlı da xəbərdarlıq edib. Həkim bildirib ki, bütün burun spreyləri eyni təsirə malik deyil. Allergiyanın müalicəsində istifadə olunan steroid tərkibli burun spreyləri ilə damar daraldıcı preparatları bir-birindən fərqləndirmək lazımdır.Nuru Əliyevin sözlərinə görə, ksilometazolin və naftizin tipli damar daraldıcı burun spreyləri burun selikli qişasındakı damarları daraldaraq burun ətlərinin müvəqqəti kiçilməsinə və nəfəsalmanın asanlaşmasına səbəb olur. Lakin bu preparatların uzun müddət istifadə edilməsi əks təsir yarada bilər.“Bu tip spreylər beş gündən artıq istifadə edilməməlidir. Çünki müəyyən müddətdən sonra dərmanın təsir müddəti qısalır. İnsan əvvəlcə bir neçə saat rahat nəfəs alırsa, sonradan daha tez-tez spreydən istifadə etmək ehtiyacı yaranır. Beləliklə, xəstə saatda bir, hətta daha qısa müddətdən bir preparat istifadə etmədən nəfəs ala bilmədiyini hiss edə bilər”, – deyə həkim bildirib.Mütəxəssis qeyd edib ki, burun spreylərindən yaranan bu vəziyyətdən xilas olmaq mümkündür. Bunun üçün pasiyentin dərmanı özbaşına artırması və ya uzun müddət davam etdirməsi deyil, həkim nəzarətində müalicə alması vacibdir.Nuru Əliyev burun tıxanıqlığının arxasında daha ciddi və struktur problemlərin də dayana biləcəyini diqqətə çatdırıb. Burun çəpərinin əyriliyi, burun polipləri və digər anatomik dəyişikliklər uzunmüddətli burun tutulmasına səbəb ola bilər. Belə hallarda spreylər yalnız müvəqqəti rahatlıq yaradır və problemin əsas səbəbini aradan qaldırmır.Həkimin sözlərinə görə, burun çəpərində əyrilik olan pasiyentlərdə müalicə üsulu problemin dərəcəsindən və nəfəsalma çətinliyinin səviyyəsindən asılı olaraq müəyyənləşdirilməlidir. Anatomik problem olduğu halda yalnız dərman vasitələri ilə qalıcı nəticə əldə etmək hər zaman mümkün olmur.Mütəxəssis vətəndaşlara xəbərdarlıq edərək qulaq və burun problemlərinin müalicəsində xalq arasında yayılan təsdiqlənməmiş üsullardan istifadə etməməyi tövsiyə edib. Onun sözlərinə görə, qulağa sarımsaq, yağ və digər maddələrin qoyulması, eləcə də burun spreylərinin nəzarətsiz və uzun müddət istifadəsi sağlamlıq üçün əlavə risklər yarada bilər.Nuru Əliyev bildirib ki, qulaq ağrısı ilə yanaşı eşitmənin zəifləməsi, qulaqdan axıntı, davamlı burun tutulması və ya nəfəsalma çətinliyi kimi əlamətlər müşahidə olunursa, pasiyent mütləq otorinolarinqoloqa müraciət etməli və problemin dəqiq səbəbini müəyyənləşdirməlidir. Düzgün diaqnoz qoyulmadan aparılan müalicə isə problemi aradan qaldırmaq əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.

Dəqiqələr həyat xilas edir: Nevroloqdan kəskin İNSULT XƏBƏRDARLIĞI – "Dərhal təcili yardım çağırın!"  

Mütəxəssislər bildirirlər ki, insan sağlamlığında qəfil baş verən bəzi dəyişikliklər ciddi həyati təhlükədən və xroniki fəsadlardan xəbər verə bilər. Xüsusilə nevroloji pozuntular zamanı vaxtında və düzgün müdaxilə olunmaması ağır, bəzən isə bərpa olunmaz nəticələrə gətirib çıxarır. Cəmiyyətdə bəzən adi yorğunluq, keyləşmə və ya keçici başgicəllənmə kimi qiymətləndirilən simptomlar əslində beynin kəskin qan dövranı pozulmasının ilkin göstəricisi ola bilir. Belə kritik vəziyyətlərdə "Bu gün tezdir, sabah gecdir" prinsipi ilə hərəkət etmək və heç bir dəqiqəni itirməmək həyati əhəmiyyət kəsb edir. Qəfil yaranan nitq pozuntusu, üz əzələlərində əyilmə, qolda və ya ayaqda zəiflik dərhal təcili tibbi yardımın çağırılmasını tələb edən əsas siqnallardır. Xəstəyə ilk dəqiqələrdə göstərilən doğru tibbi yardım onun gələcək sağlamlığını və həyat keyfiyyətini birbaşa müəyyən edir. Bir çox hallarda yaxınlarının məlumatsızlığı və ya gecikməsi səbəbindən qiymətli vaxt itirilir və bu da müalicə imkanlarını məhdudlaşdırır. Mütəxəssislər vurğulayırlar ki, saniyələrin belə böyük rol oynadığı bu xəstəlikdə vaxtında müdaxilə xəstənin həyatını xilas etmək və əlilliyin qarşısını almaq üçün yeganə şansdır. Hər bir vətəndaşın bu simptomları tanıması və təhlükə anında operativ addım atması vacib şərtlərdən biridir.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim-nevropatoloq Yeganə Rəşidova bildirib ki, nevrologiyada bəzi kəskin simptomlar zamanı tibbi yardıma vaxtında müraciət edilməsi həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, xüsusilə qəfil başlayan güclü baş ağrısı və başgicəllənmə, üz nahiyəsində, qollarda və ya ayaqlarda uyuşma və keyləşmə, nitq pozğunluğu, ətraflarda gücsüzlük, əşyanı tutmaqda çətinlik, koordinasiyanın və yerişin qəfil pozulması kimi əlamətlər ciddi nevroloji vəziyyətlərin göstəricisi ola bilər.Həkim qeyd edib ki, bu cür simptomlar beyin qan dövranının kəskin pozulmasına, o cümlədən insult riskinə işarə edə bilər:“Belə hallarda vaxt itirmədən təcili tibbi yardım çağırılmalı və xəstə mümkün qədər qısa müddətdə xəstəxanaya çatdırılmalıdır. Çünki bəzi kəskin nevroloji vəziyyətlərdə müalicənin effektivliyi birbaşa tibbi müdaxilənin başlanma vaxtından asılıdır və hətta dəqiqələr belə mühüm rol oynaya bilər”.

D vitamini kapsul, yoxsa duru yağ kimi qəbul edilməlidir?   

Günümüzdə insan sağlamlığı üçün vacib olan D vitamini çatışmazlığı ən çox rast gəlinən problemlərdən biridir. Əhalinin böyük bir hissəsi orqanizmdəki bu boşluğu doldurmaq üçün müxtəlif həblərə və kapsullara müraciət edir. Lakin bu preparatların hansı formada və necə qəbul edilməsi barədə bir çox insan kifayət qədər məlumatlı deyil. Yanlış qəbul forması orqanizmin bu faydalı maddədən yetərincə yararlanmasına mane ola bilir. Bu səbəbdən D vitamininin bədəndə necə mənimsənildiyini bilmək hər bir şəxs üçün böyük vaciblik daşıyır. Oxu24.com-un məlumatına görə, D vitamini xaraktercə özü bir yağdır. Bədənimiz isə bu D vitaminini vitamin olaraq deyil, ferment olaraq qarşılayır. Ona “vitamin” adını vermək belə yanlışdır, bütün dünya alimləri də təsdiqləyir ki, bədən bunu ferment kimi qəbul edir. Bu, yağda olan bir fermentdir.Kapsulun içərisindəki də həmin yağdır. Mədə tərəfindən udulanda kapsulun üst təbəqəsi əriyir və içindəki yağ mədəyə tökülür. Ona görə də elə birbaşa yağ kimi istifadə etmək daha rahatdır. Məsələn, hər gün bir dəfə yeməklərinizə bir çay qaşığı töküb rahatlıqla istifadə edə bilərsiniz.

Dağ havası orqanizmə nə edir? – Terapevt mühüm faydaları açıqladı  

Son illər insanlar gündəlik həyatın gərginliyindən uzaqlaşmaq üçün daha çox dağlıq bölgələrdə istirahət etməyə üstünlük verirlər. Mütəxəssislər bildirirlər ki, təmiz hava, meşəlik ərazilər, dağ çaylarının səsi və təbiətlə birbaşa təmas təkcə istirahət hissi yaratmır, həm də insan sağlamlığına ciddi müsbət təsir göstərir. Lakin bəzi xəstəliklər zamanı dağlıq ərazilərdə uzun müddət qalmaq hər kəs üçün uyğun olmaya bilər.Terapevt İslam Əziz Oxu24.com-a açıqlamasında bildirib ki, dağlıq rayonlarda keçirilən istirahət həm fiziki, həm də psixoloji sağlamlığın qorunması baxımından olduqca faydalıdır. Onun sözlərinə görə, şəhərin səs-küyündən uzaq, sakit təbiət mühiti insan orqanizminin bərpasına kömək edir və bir çox sağlamlıq göstəricilərinin yaxşılaşmasına səbəb olur.Həkim qeyd edib ki, meşələrin sakitliyi, quşların səsi, dağ çaylarının axını və şəlalələrin yaratdığı təbii atmosfer insanın sinir sisteminə sakitləşdirici təsir göstərir. Bu mühitdə orqanizmdə stress hormonu hesab olunan kortizolun səviyyəsi azalır, insan özünü daha rahat hiss edir və emosional gərginlik xeyli zəifləyir.İslam Əzizin sözlərinə görə, dağ havasının ən böyük üstünlüklərindən biri onun təmiz və oksigenlə zəngin olmasıdır. Belə şəraitdə nəfəsalma sistemi daha rahat fəaliyyət göstərir, toxumaların oksigenlə təminatı yaxşılaşır və orqanizmin ümumi fəaliyyəti aktivləşir. Təmiz hava xüsusilə şəhər mühitində yaşayan insanlar üçün əsl istirahət rolunu oynayır.Terapevt bildirib ki, dağlıq ərazilərdə keçirilən istirahət yuxu keyfiyyətinə də müsbət təsir edir. Sakit mühit və təmiz hava sayəsində insanlar daha tez yuxuya gedir, gecə yuxusu dərinləşir və beyin daha effektiv şəkildə dincəlir. Bunun nəticəsində səhər saatlarında insan özünü daha enerjili və gümrah hiss edir.Mütəxəssis vurğulayıb ki, ürək-damar sistemi də dağlıq mühitdən müsbət təsirlənə bilər. Sakit atmosfer, fiziki hərəkətin artması və təmiz hava qan dövranını yaxşılaşdırır, ürək döyüntülərinin tənzimlənməsinə kömək edir və arterial təzyiqin stabilləşməsinə müsbət təsir göstərir. Bununla yanaşı, təbiətdə gəzintilər və yüngül fiziki aktivlik əzələlərin möhkəmlənməsinə və ümumi fiziki hazırlığın artmasına da şərait yaradır.İslam Əziz qeyd edib ki, günəş şüalarının təsiri altında D vitamininin sintezi də daha səmərəli gedə bilər. Bu isə immun sisteminin güclənməsinə, sümük sağlamlığının qorunmasına və orqanizmin müxtəlif infeksiyalara qarşı müqavimətinin artmasına kömək edir.Həkimin sözlərinə görə, dağlıq rayonlarda istirahət psixoloji baxımdan da əhəmiyyətlidir. Təbiətlə ünsiyyət insanın əhval-ruhiyyəsini yüksəldir, narahatlıq və depressiya əlamətlərini azalda, emosional balansın bərpa olunmasına kömək edə bilər. Müasir həyatın yaratdığı psixoloji yorğunluqdan çıxmaq üçün qısa müddətli belə istirahət belə əhəmiyyətli nəticələr verə bilər.Terapevt əlavə edib ki, dağlıq ərazilərdə aktiv hərəkət – piyada gəzintilər, təbiət qoynunda vaxt keçirmək və açıq havada fiziki fəaliyyət – orqanizmin dözümlülüyünü artırır, maddələr mübadiləsini sürətləndirir və insanların özlərini daha sağlam hiss etməsinə şərait yaradır.Lakin mütəxəssis xəbərdarlıq edib ki, dağlıq bölgələr hər kəs üçün eyni dərəcədə uyğun deyil. Ağır ürək çatışmazlığı, ciddi anemiya, oksigen çatışmazlığı ilə müşayiət olunan tənəffüs xəstəlikləri və bəzi xroniki patologiyaları olan şəxslər yüksək dağlıq ərazilərə getməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. Çünki yüksəklikdə oksigenin nisbətən azalması bu xəstələrin vəziyyətinə mənfi təsir göstərə bilər.İslam Əziz sonda bildirib ki, sağlam insanlar üçün dağlıq rayonlarda keçirilən istirahət həm bədənin, həm də beynin yenilənməsi baxımından olduqca faydalıdır. Bununla belə, istirahət planlaşdırılarkən hər bir insan öz sağlamlıq vəziyyətini nəzərə almalı və ciddi xroniki xəstəlikləri olan şəxslər mütləq həkim tövsiyəsi əsasında hərəkət etməlidirlər. Bu halda dağ havasının və təbiətin verdiyi faydalardan maksimum şəkildə yararlanmaq mümkün olacaq.

Daha bir qadın estetik əməliyyatdan sonra öldü 

Bakı şəhər Nəsimi rayonu ərzisində yerləşən “Kəpəz” Hospitalda ölüm hadisəsi baş verib.“Qafqazinfo” xəbər verir ki, Almaniya vətəndaşı olan Türkiyə əsilli Tulin Turp dünən tibb müəssisəsində keçirdiyi plastik əməliyyatdan sonra vəfat edib.Bildirilib ki, Tulin Turp klinikada estetik cərrah Seymur Məmmədov tərəfindən əməliyyat edilib və səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib.Qeyd edək ki, daha əvvəl Seymur Məmmədovun əməliyyat etdiyi 2 qadının ölümü ilə bağlı məlumatlar yayılıb. Bunlar 1989-cu il təvəllüdlü Nilufər Abdulla və 1991-ci ildə anadan olmuş Pərvanə Mirzəyevadır. Hər iki qadının S.Məmmədov tərəfindən “Etalon” klinikasında əməliyyat ediləndən sonra öldüyü bildirilib.

Kollagen nədir? Təbii kollagenin mənbələri — Həkim AÇIQLADI  

Müasir dövrdə orqanizmin gəncliyini və dəri sağlamlığını qoruyub saxlamaq bir çox insanın əsas məqsədlərindən birinə çevrilib. Xüsusilə dəri qırışları, göz ətrafındakı qara halqalar və saç tökülməsi kimi fəsadlar gündəlik həyatda ən çox rast gəlinən narahatlıqlar sırasındadır. Bu cür problemlərlə mübarizədə və orqanizmin təbii bərpasında kollagen zülalının rolu əvəzsiz hesab olunur. Düzgün seçilmiş təbii kollagen mənbələri yalnız xarici görünüşü yaxşılaşdırmır, həm də daxili toxumaların möhkəmlənməsinə birbaşa təsir göstərir. Son zamanlar təbii cavanlıq eliksiri kimi dəyərləndirilən bu maddənin faydaları haqqında geniş maarifləndirməyə ehtiyac daha da artıb. Oxu24.com xəbər verir ki, təbii kollagen mənbələri orqanizmə ilk növbədə sağlam, parlaq və elastik dəri bəxş edir. Vaxtından əvvəl yaranmış dəri qırışlarını aradan qaldıraraq insanı cavanlaşdırır. Qadınlarda tez-tez rast gəlinən sellülitlərin əmələ gəlməsinin qarşısını alır, mövcud sellülitlərdə isə gözəçarpan dərəcədə düzəlmələr yaradır. Eyni zamanda göz ətrafında əmələ gələn qara halqaları və göz çökmələrini aradan qaldırmağa kömək edir. Dırnaqların və saçların uzanma prosesini sürətləndirir, saç tökülməsini dayandıraraq yeni saçların əmələ gəlməsini təmin edir. Bir sözlə, kollagen bir növ cavanlıq eliksiridir; insanı enerjiləndirir və sümüklərin toxumasını bərkidir.

“Ürək qidalandırıcı" dərman qəbul edənlərin NƏZƏRİNƏ - Kardioloqdan VACİB XƏBƏRDARLIQ  

Günümüzdə bir çox insan həkim nəzarəti olmadan müxtəlif vitaminlər, qida əlavələri və "ürək qidalandırıcısı" adı altında təqdim olunan preparatlardan istifadə etməyə meyl göstərir. Xüsusilə yaş artdıqca və ya yüngül yorğunluq hiss edildikdə, ürəyi qüvvətləndirmək bəhanəsilə özbaşına dərman qəbulu hallarına tez-tez rast gəlinir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, hər bir preparatın özünəməxsus tibbi göstərişi var və lüzumsuz qəbul orqanizmə fayda vermək əvəzinə fəsadlar yarada bilər. Ürəyin funksional vəziyyətini dəqiq müayinə etmədən bu cür vasitələrə müraciət etmək tibbi baxımdan yanlış yanaşma hesab olunur. Bəs "ürək gücləndirici" dərmanlar həqiqətən varmı və onlar hansı hallarda təyin edilməlidir? Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı kardioloq Fatma Qasımova hər kəsi maraqlandıran suallara aydınlıq gətirib.Kardioloq Fatma Qasımovanın sözlərinə görə, pasiyentlər tərəfindən həkimlərə ən çox verilən suallardan biri məhz ürək qüvvətləndirici dərmanların mövcudluğu və istifadə qaydaları ilə bağlıdır:"Ürək qüvvətləndirici dərmanlar var, lakin bu preparatların nə vaxt, harda və necə istifadə olunmalı olduğunu bilmək vacibdir. Pasiyentlər tez-tez müraciət edərək ürəyi qidalandıran və ya gücləndirən dərman yazmağımızı xahiş edirlər. Nəzərə almaq lazımdır ki, yerli-yersiz qəbul olunan qidalandırıcıların heç bir xeyri yoxdur”.Onun sözlərinə görə, ürək müayinəsi zamanı EKG, Exokardioqrafiya (Exo), MRT və digər müayinə metodları ilə diaqnostika aparılır və ürəyin xəstə olub-olmadığı dəqiq müəyyən edilir. Əgər müayinələr nəticəsində ürəyin atım fraksiyası, gücü, funksiyası yaxşıdırsa, ürəyin özünə və koronar damarlara bağlı hər hansı problem yoxdursa, yerli-yersiz ürək qidalandırıcılarından istifadə etmək olmaz.

Hicama şəkər xəstəliyinə çarədirmi? – Həkimdən DİQQƏT ÇƏKƏN AÇIQLAMA  

Şəkərli diabet fonunda yaranan kapilyar və damar tutulmaları pasiyentlərin həyat keyfiyyətini ciddi şəkildə aşağı salan əsas fəsadlardan biridir. Qan dövranının zəifləməsi nəticəsində əzələ və toxumaların qidalanması pozulur, bu da xüsusilə ayaq nahiyəsində sağalmayan ağır yaraların yaranmasına gətirib çıxarır. Müasir təbabətlə yanaşı, son dövrlərdə bir çox pasiyentlər alternativ üsullara, xüsusən də hicama prosedurlarına müraciət edirlər. Mütəxəssislər bildirirlər ki, düzgün tətbiq olunan qanaldırma üsulu mikrosirkulyasiyanı aktivləşdirərək orqanların qan təchizatını dəfələrlə artıra bilir. Bəs hicama həqiqətən də şəkər xəstələrində ayaq yaralarının sağalmasına və damar keçiriciliyinin bərpasına kömək edirmi?Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən mütəxəssis, həkim Füzuli Hüseynov diabet xəstələrində hicamanın reabilitasiya prosesinə təsiri və faydaları haqqında ətraflı məlumat verib:"Əgər biz hər hansı bir orqanı təmir etmək, bərpa etmək istəyiriksə, ilk növbədə həmin orqanın qanla təchizatını yaxşılaşdırmalıyıq. Qanla təchizatı yaxşılaşan orqan və ya toxuma mütləq şəfa tapacaq, çünki qan özü ilə birlikdə qida maddələri gətirir”.Mütəxəssisin sözlərinə görə, hicamadan əvvəl bir orqan, tutaq ki, bir saatda 50 qram qan qəbul edirdisə, hicamadan sonra bu göstərici 70–80, bəzi hallarda isə 100 qrama qədər yüksələ bilir:“Biz dəfələrlə görmüşük ki, şəkər xəstələrinin ayağında illərlə sağalmayan yara və ya fəsadlar olur. Şəkər xəstələrində kapilyar qan dövranı demək olar ki, olmur və ya çox zəifləyir. Çünki kapilyar damarların gözləri çöküntülər və toksik maddələrlə tutulur, yalnız magistral damarlar işləyir. Magistral damarların özü də bəzən 80 faiz tutulmuş olur, cəmi 15–20 faizi fəaliyyət göstərir”.Həkim qeyd edib ki, bu pasiyentlər müntəzəm olaraq hicama olunduqdan sonra yaralar öz-özünə sağalmağa başlayır, ayağın rəngi açılır və xəstədə ümumi bir aktivlik yaranır.

Kompleks yanaşma və sosial dəstək niyə vacibdir? – AÇIQLAMA  

Müasir dövrdə zərərli vərdişlər və müxtəlif asılılıq növləri cəmiyyətin qarşısında duran nəzarəti vacib olan sosial-psixoloji problemlərdən birinə çevrilmişdir. Cəmiyyətdə geniş yayılmış yanlış yanaşmalardan biri asılılıqdan azad olma prosesini yalnız fərdin şəxsi iradəsi və qətiyyəti ilə əlaqələndirməkdir. Lakin mütəxəssislər bildirirlər ki, asılılıq təkcə bir davranış pozuntusu olmayıb, bioloji, psixoloji və sosial amillərin qovşağında meydana gəlir. Bu səbəbdən zərərli vərdişlərlə mübarizə aparan şəxsin sağalma yolu fərdi səylərlə yanaşı, ətraf mühitin təsirindən də çox asılıdır. Ailənin anlayışlı münasibəti, sağlam dost çevrəsi və cəmiyyətin dəstəyi bu mürəkkəb prosesdə həlledici rol oynayır. Asılılıqdan xilas olan insanların damğalanmadan cəmiyyətə reinteqrasiya olunması müsbət nəticələrin davamlılığını təmin edən əsas şərtlərdəndir. Məsələyə fərdin deyil, bütövlükdə cəmiyyətin və dövlətin cəlb olunması sistemli mübarizənin effektivliyini dəfələrlə artırır. Problemin mənşəyini və həlli yollarını dərindən təhlil etmək sağlam cəmiyyətin qurulması üçün müstəsna əhəmiyyət kəsb edir.Mövzu ilə bağlı araşdırmaçı ekspert Məhbubə Mehdiyeva bildirib ki, zərərli vərdişlər və asılılıqlara qarşı aparılan mübarizəni sırf insanın daxili iradəsi ilə məhdudlaşdırmaq tamamilə yalnış yanaşmadır.“Məsələ yalnız şəxsi iradədə bitmir”Ekspertin sözlərinə görə, hərçənd insanın şəxsi qərarı və motivasiyası bərpa prosesinin sütununu təşkil etsə də, asılılıq kökləri daha dərinə işləyən – bioloji, psixoloji və sosial amillərin sintezindən yaranan mürəkkəb bir problemdir. Bu səbəbdən də bərpa yolu təkcə fərdin iradə gücü ilə yekunlaşa bilməz.Məhbubə Mehdiyeva vurğulayıb ki, insanın böyüdüyü və yaşadığı mühit onun davranış modelini formalaşdırır:“Bu zəncirdə ailə faktoru xüsusi çəkiyə malikdir. Aparılan tədqiqatlar göstərir ki, yaxınlarının anlayışlı, səbirli və dəstəkləyici tutumu insanın sağalmasını sürətləndirdiyi halda, fasiləsiz qınaq, təzyiq və etimadsızlıq yenidən zərərli vərdişlərə yönəlmə riskini kəskin artırır. Şəxs özünü sosial mühitdə dəyərli və qəbul olunmuş hiss etdikdə yaxşılığa doğru addım atmağa daha çox həvəslənir”.Mütəxəssis dost mühitinin də bu prosesdə müstəsna rol oynadığını diqqətə çatdırıb. Onun fikrincə, köhnə riskli çevrəsində qalmağa davam edən şəxsin əvvəlki pis vərdişlərinə qayıtması an məsələsidir:"Əksinə, idmanla məşğul olan, təhsilə və inkişafa önəm verən, sağlam həyat tərzini mənimsəmiş insanların arasında olmaq motivasiyanı artırır. Məhz bu səbəbdən bir çox reabilitasiya mərkəzləri ilk növbədə sosial çevrənin yenilənməsini vacib şərt kimi irəli sürür”.Ekspert qeyd edib ki, bu mübarizədə cəmiyyətin də üzərinə böyük öhdəliklər düşür. İctimai maarifləndirmənin genişləndirilməsi, psixoloji və sosial xidmətlərin hamı üçün əlçatan olması, gənclərin məşğulluğunun təmin edilməsi və asudə vaxtlarının səmərəli təşkili xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu asılılıqdan qurtulmuş şəxslərin cəmiyyətdən təcrid olunmaması və onların yenidən mühitə adaptasiyasına kömək edilməsi vacibdir.Sonda Məhbubə Mehdiyeva əlavə edib ki, zərərli vərdişlərdən imtina bir anın və ya qısamüddətli qərarın məhsulu deyil, mərhələli və uzun sürən bir prosesdir:"Bu çətin yolda insanın öz istəyi ilə yanaşı, ailə sevgisi, müsbət dost mühiti, peşəkar dəstək və cəmiyyətin həssas münasibəti əsas şərtlər sırasındadır. Zərərli vərdişlərə qarşı mübarizə təkcə fərdin deyil, ailənin, cəmiyyətin və dövlətin birgə məsuliyyəti olmalıdır. İnsanları sağlam həyata yalnız kompleks və sistemli addımlarla qaytarmaq mümkündür”.Çimnaz Telmanqızı

Boğazı ağaran uşağa bunu etməyin! – Həkimdən vacib xəbərdarlıq  

Valideynlərin ən çox narahat olduğu hallardan biri uşağın boğazında ağ örtük və ya ağarmanın yaranmasıdır. Bir çox ailə belə vəziyyətlə qarşılaşan kimi müxtəlif boğaz spreylərindən istifadə edir, boğazı antiseptik məhlullarla silməyə çalışır və ya özbaşına dərman müalicəsinə başlayır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür müdaxilələr hər zaman düzgün yanaşma deyil və bəzi hallarda uşağın vəziyyətini daha da ağırlaşdıra bilər.Həkim-pediatr Ülviyyə Aslanova Oxu24.com-a açıqlamasında bildirib ki, boğazın ağarması təkbaşına hər hansı bir xəstəliyin diaqnozu demək deyil. Bu əlamət virus infeksiyalarında, bakterial boğaz iltihablarında, badamcıq problemlərində və digər səbəblərlə əlaqədar yarana bilər. Buna görə də yalnız boğaza baxaraq müalicəyə başlamaq düzgün hesab olunmur.Pediatrın sözlərinə görə, valideynlərin ən çox etdiyi səhvlərdən biri uşağın boğazına müxtəlif spreylər vurmaq və ya boğazı antiseptik məhlullarla, o cümlədən müxtəlif dezinfeksiyaedici vasitələrlə silməyə çalışmaqdır. Bu cür müdaxilələr xüsusilə kiçik yaşlı uşaqlarda əlavə narahatlıq yarada, selikli qişanı zədələyə və hətta qusma refleksini gücləndirə bilər.Ülviyyə Aslanova qeyd edib ki, uşağın boğazında ağ örtük görünən zaman ilk növbədə onun ümumi vəziyyəti qiymətləndirilməlidir. Əgər uşaq maye qəbul edə bilirsə, əsas tövsiyələrdən biri orqanizmin susuz qalmamasını təmin etməkdir. Bol maye qəbulu həm boğazın selikli qişasının nəmlənməsinə, həm də xəstəlik dövründə orqanizmin bərpasına kömək edir.Həkim bildirib ki, valideynlər özbaşına antibiotik və ya digər güclü dərmanlardan istifadə etməməlidirlər. Antibakterial müalicəyə yalnız həkim müayinəsindən sonra ehtiyac olub-olmadığı müəyyən edilə bilər. Çünki virus mənşəli xəstəliklərdə antibiotiklərin heç bir faydası olmur və onların əsassız istifadəsi gələcəkdə antibiotiklərə qarşı davamlılığın yaranmasına səbəb ola bilər.Pediatr vurğulayıb ki, uşağın hərarəti yüksələrsə və ya ümumi vəziyyəti pisləşərsə, yaşına uyğun hərarətsalıcı preparatlar yalnız həkimin tövsiyəsi əsasında istifadə edilməlidir. Müalicənin əsas məqsədi uşağın vəziyyətini yüngülləşdirmək və xəstəliyin səbəbini düzgün müəyyən etməkdir.Ülviyyə Aslanovanın sözlərinə görə, boğaz ağrısı ilə yanaşı yüksək hərarət, udqunmanın çətinləşməsi, nəfəsalma problemi, davamlı halsızlıq və ya boyun limfa düyünlərinin böyüməsi müşahidə olunarsa, uşaq mütləq pediatr tərəfindən müayinə edilməlidir. Belə hallarda vaxtında qoyulan diaqnoz mümkün ağırlaşmaların qarşısını almaqda mühüm rol oynayır.Mütəxəssis sonda valideynlərə müraciət edərək bildirib ki, uşağın boğazı ağardıqda panikaya düşmək və təsadüfi müalicə üsullarına əl atmaq əvəzinə, düzgün müşahidə aparmaq, bol maye qəbulunu təmin etmək və zərurət olduqda həkimə müraciət etmək ən doğru yanaşmadır. Bu, həm lazımsız dərman istifadəsinin qarşısını alır, həm də uşağın sağlamlığının təhlükəsiz şəkildə qorunmasına kömək edir.

Mioqard infarktı nədir və nə üçün baş verir?   

Son illər dünyada və ölkəmizdə ürək-damar xəstəliklərinin görülmə tezliyi sürətlə artmaqdadır. Xüsusilə ani inkişaf edən və vaxtında müdaxilə olunmadıqda həyati təhlükə yaradan mioqard infarktı hər yaş qrupundan olan insanları təhdid edir. Bəs bu xəstəliyin yaranmasına hansı faktorlar zəmin yaradır və kimlər daha çox risk altındadır?Oxu24.com xəbər verir ki, mütəxəssislər müasir dövrdə geniş yayılmış və həyati təhlükə yaradan xəstəliklərdən biri olan mioqard infarktı və onun yaranma səbəbləri barədə vacib məlumatlar bölüşüblər.Mioqard infarktı mioqardın kəskin işemiyası nəticəsində ürək əzələsində baş verən nekrozdur (toxumaların zədələnməsi və məhv olmasıdır).İnfarktın yaranmasında rol oynayan 5 əsas risk amili bunlardır: 1.Yüksək qan təzyiqi: Qan təzyiqi yüksək olan şəxslərdə mioqard infarktının baş vermə ehtimalı dəfələrlə artır.2.Şəkərli diabet: Şəkərli diabet bütün damarları, o cümlədən ürəyin koronar arteriyalarını zədələyərək infarkta yol açır.3.Siqaret istifadəsi: Siqaret damar spazmı yaradır, damarların kirəcləşməsini sürətləndirir və infarkt riskini yüksəldir.4.LDL xolesterin ("pis xolesterin"): Bu xolesterinin səviyyəsi damar divarlarında artdıqca xəstəliyin meydana gəlmə ehtimalı çoxalır.5.Genetik amillər (İrsiyyət): Ailə tərkibində və ya irsiyyətində ürək-damar xəstəlikləri və buna bağlı ölüm riski olan şəxslər xüsusi risk qrupuna daxildir.Xüsusilə irsi meyilliliyi və sözügedən risk amilləri olan şəxslər müntəzəm olaraq həkim nəzarətində qalmalıdırlar.

Ayaqlarda limfostaz və şişkinliyin təbii müalicəsi – Həkimdən XƏBƏRDARLIQ  

Ayaqlarda tez-tez müşahidə olunan şiddətli ağrılar və ödəmlər bir çox insanın qarşılaşdığı əsas sağlamlıq problemlərindən biridir. Xüsusilə günün müxtəlif saatlarında yaranan şişkinliklər orqanizmdə ciddi pozuntuların göstəricisi ola bilər. Bəs ayaqlarda yaranan bu problemlərin əsl səbəbi nədir və ondan təbii yolla necə xilas olmaq olar?Oxu24.com xəbər verir ki, həkim Füzuli Hüseynov ayaqlarda yarandığı müşahidə olunan şiddətli ağrılar, ödem və davamlı şişkinliklərlə bağlı mühüm xəbərdarlıq edib.Mütəxəssis bildirib ki, ayaqlarda səhər əmələ gəlib axşam çəkilən, yaxud axşam yaranıb səhər yatan və ya daimi olaraq qalan ödemlər gələcəkdə daha ciddi problemlərin yaranacağından xəbər verir. Bu hallar orqanizmdə limfostazın əmələ gəlməsinin və limfa mayesinin durğunluğunun ilkin siqnalları hesab olunur.Füzuli Hüseynov bu kimi xəstəliklərin qarşısını almaq və limfaları müalicə etmək üçün təbii ud hindi bitkisini məsləhət görür.İstifadə qaydası: Gündə 3 dəfə, 1 çay qaşığı ud hindi tozunu ağza atıb üstündən 1 stəkan su içmək lazımdır.Ud hindi bitkisinin orqanizmə faydaları:•Qanı durulaşdırır: Qan dövranını yaxşılaşdıraraq qanın damarlarda rahat axmasını təmin edir.•Toxumaları tez qidalandırır: Qanın tərkibindəki faydalı maddələr və oksigen toxumalara daha sürətlə çatır, damarları gəvşədir.•İltihabəleyhinə təsir göstərir: Tərkibindəki xüsusi maddələr sayəsində iltihabi proseslərin qarşısını alır.•Ödəmi aradan qaldırır: Ayaqlarda artıq mayenin toplanmasına imkan vermir.

Buz kimi içkilər mədəyə necə təsir edir? – Mütəxəssislər açıqladı  

Əksər insanlar havalar soyuyan kimi ilk növbədə başlarını, qulaqlarını, boğazlarını və ayaqlarını isti saxlamağa çalışırlar. Şübhəsiz ki, bu, vacibdir. Lakin mütəxəssislərin fikrincə, insanların çoxunun diqqətdən qaçırdığı daha həssas bir orqan var – mədə. Həkimlər bildirirlər ki, soyuğun orqanizmə təsiri təkcə xarici mühitlə məhdudlaşmır. Soyuq qida və içkilərin həddindən artıq qəbulu da həzm sisteminə ciddi mənfi təsir göstərə bilər.Oxu24.com xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, mədə temperatur dəyişikliklərinə qarşı kifayət qədər həssasdır. Həddindən artıq soyuq su, buzlu içkilər və dondurulmuş məhsullar mədənin damarlarında spazm yarada, həzm prosesini ləngidə və mədə selikli qişasının qıcıqlanmasına səbəb ola bilər. Nəticədə mədədə ağrı, köp, spazm, qıcqırma, həzm pozğunluğu və digər narahatlıqlar meydana çıxa bilər.Həkimlər qeyd edirlər ki, insanların çoxu “soyuqdəymə” anlayışını yalnız boğaz və ya tənəffüs yolları ilə əlaqələndirir. Halbuki, həzm sistemi də soyuğun təsirinə məruz qalır və xüsusilə mədə-bağırsaq xəstəlikləri olan şəxslərdə bu təsir daha ciddi fəsadlara səbəb ola bilir.Mütəxəssislər bildirirlər ki, mədənin qorunması yalnız qış aylarında deyil, yay mövsümündə də vacibdir. İsti havada ardıcıl şəkildə buz kimi su içmək, soyuducudan yeni çıxmış qidaları qəbul etmək və ya həddindən artıq dondurma yemək də mədəyə əlavə yük yaradır.Həkimlərin sözlərinə görə, xüsusilə qastrit, mədə xorası, reflüks, həzm pozğunluğu və bağırsaq problemlərindən əziyyət çəkən insanlar soyuq qidalara qarşı daha diqqətli olmalıdırlar. Belə şəxslərdə soyuq qida və içkilər mövcud xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.Mütəxəssislər qidalanma ilə bağlı daha bir vacib məqama da diqqət çəkirlər. Onların sözlərinə görə, son illər insanlar təbii məhsullardan uzaqlaşaraq uzun müddət saxlanılan, dondurulmuş və sənaye üsulu ilə istehsal olunan qidalara daha çox üstünlük verirlər. Halbuki, kənd təsərrüfatı məhsulları, təzə meyvə və tərəvəzlər, yerli istehsal olunan təbii qidalar həm qida dəyərinə, həm də sağlamlıq baxımından daha faydalıdır.Həkimlər bildirirlər ki, bəzi insanlar qiyməti ucuz olduğu üçün keyfiyyəti şübhə doğuran məhsulları almağa üstünlük verirlər. Lakin ucuz məhsulun sonradan sağlamlığa vurduğu zərərin müalicəsi dəfələrlə baha başa gələ bilər.Mütəxəssislərin fikrincə, insanın ən böyük sərvəti sağlamlığıdır. Buna görə də qida seçərkən yalnız qiymətə deyil, məhsulun mənşəyinə, saxlanma şəraitinə və keyfiyyətinə də diqqət yetirilməlidir.Həkimlər tövsiyə edirlər ki, mədəni qorumaq üçün:Çox soyuq içkiləri sürətlə qəbul etməmək;Buzlu qidaları həddindən artıq istifadə etməmək;Qidaları normal temperaturda qəbul etmək;Təbii və təzə məhsullara üstünlük vermək;Həzm sistemi ilə bağlı narahatlıqlar olduqda isə vaxtında həkimə müraciət etmək lazımdır.Mütəxəssislər vurğulayırlar ki, başı, qulağı və boğazı isti saxlamaq vacib olsa da, sağlam həzm sistemi üçün mədəni də soyuğun təsirindən qorumaq ən azı onlar qədər əhəmiyyətlidir. Sağlam qidalanma və düzgün həyat tərzi isə mədə-bağırsaq xəstəliklərinin qarşısını almağın ən təsirli yollarından biri hesab olunur.

Davamlı qarın köpü təhlükəli ola bilər – Həkimdən xəbərdarlığı  

Qarında köp, qaz yığılması, sancı və diskomfort hissi insanların ən çox rastlaşdığı həzm sistemi problemlərindən biridir. Bir çoxları bu vəziyyəti sadə narahatlıq hesab etsə də, mütəxəssislər bildirirlər ki, meteorizm bəzən mədə-bağırsaq sistemində mövcud olan müxtəlif xəstəliklərin ilk əlaməti ola bilər. Buna görə də tez-tez təkrarlanan köp və qaz problemləri diqqətdən kənarda qalmamalıdır.Mövzu ilə bağlı Oxu24.com-a danışan həkim-terapevt Elnur Seyidov bildirib ki, meteorizm dedikdə mədə-bağırsaq traktında normadan artıq qazın toplanması nəzərdə tutulur. Onun sözlərinə görə, bu qazların əmələ gəlməsi insan orqanizmi üçün tamamilə təbii fizioloji prosesdir. Problem yalnız qazın həddindən artıq yaranması və ya orqanizmdən xaric ola bilməməsi zamanı meydana çıxır.Həkim izah edib ki, qazların bir hissəsi qida qəbulu zamanı udulan hava hesabına yaranır. İnsan yemək yeyərkən və ya maye qəbul edərkən müəyyən miqdarda hava da udur. Bu hava əsasən azot və oksigendən ibarət olur və ilk olaraq mədədə toplanır.Elnur Seyidovun sözlərinə görə, həzm prosesi zamanı mədə turşusu ilə müxtəlif maddələr arasında gedən kimyəvi reaksiyalar nəticəsində karbon qazı əmələ gəlir. Sonrakı mərhələlərdə isə nazik və yoğun bağırsaqda həzm olunmayan qida qalıqları bakteriyalar tərəfindən parçalanır və bu proses nəticəsində hidrogen, metan, hidrogen-sulfid, karbon qazı, indol və digər qazlar yaranır.“İnsan orqanizmində gün ərzində təxminən 20 litrədək qaz əmələ gəlir. Bu qazların böyük hissəsi gəyirmə, bağırsaq divarından sorulma, bakteriyalar tərəfindən istifadə olunma və düz bağırsaq vasitəsilə xaric edilir. Sağlam insanın bağırsaqlarında daimi olaraq müəyyən miqdarda – təxminən 200-300 millilitr qaz olur və bu, normal fizioloji hal hesab edilir”, – deyə həkim bildirib.Mütəxəssis qeyd edib ki, meteorizmin yaranmasının əsas iki səbəbi var. Bunlardan biri qazların həddindən artıq yaranması, digəri isə onların bağırsaqlardan normal şəkildə xaric ola bilməməsidir.Elnur Seyidov bildirib ki, meteorizmin ən geniş yayılmış səbəblərindən biri düzgün olmayan qidalanmadır.“Gündəlik həyatda qazlı içkilərin həddindən artıq qəbulu, paxlalılar, süd məhsulları, alma, armud, bəzi meyvə və tərəvəzlər, şokolad və digər qaz əmələ gətirən qidaların çox istifadəsi bağırsaqlarda qazın artmasına səbəb ola bilər. Bu, alimentar mənşəli meteorizm adlanır”, – deyə o qeyd edib.Həkimin sözlərinə görə, ikinci geniş yayılmış səbəb mexaniki meteorizmdir. Bu vəziyyət daha çox xroniki qəbizlik zamanı müşahidə olunur. Belə hallarda qaz bağırsaqda toplanır, normal şəkildə xaric ola bilmir və nəticədə qarında köp, ağrı və gərginlik hissi yaranır. Bağırsaq daralmaları, müxtəlif şişlər və digər mexaniki maneələr də eyni problemlərə səbəb ola bilər.Terapevt vurğulayıb ki, ferment çatışmazlığı nəticəsində yaranan həzm pozğunluqları da meteorizmin mühüm səbəblərindəndir.“Xroniki qastrit, pankreatit, xolesistit, enterit və digər həzm sistemi xəstəlikləri zamanı qidalar tam həzm olunmur. Nəticədə bağırsaqda qıcqırma və parçalanma prosesləri güclənir, bu isə qazın normadan artıq əmələ gəlməsinə səbəb olur”, – deyə Elnur Seyidov bildirib.Onun sözlərinə görə, bağırsaq hərəkətlərinin pozulması nəticəsində yaranan dinamik meteorizm də kifayət qədər geniş yayılıb. Bu problem əsasən qıcıqlanmış bağırsaq sindromu, spastik kolit, bağırsaq infeksiyaları və digər funksional xəstəliklər zamanı müşahidə edilir.Həkim əlavə edib ki, bağırsaq mikroflorasının pozulması da köp və qazın əsas səbəblərindən biridir.“Yoğun bağırsaqda yaşayan faydalı bakteriyalarla şərti patogen mikroorqanizmlər arasında tarazlıq pozulduqda həzm prosesi dəyişir. Bu zaman qıcqırma və çürümə prosesləri güclənir, nəticədə daha çox qaz yaranır. Bu vəziyyət disbioz adlanır və müalicə tələb edir”, – deyə o bildirib.Elnur Seyidov qeyd edib ki, meteorizm zamanı yalnız qarında köp deyil, həm də qarın ağrısı, sancılar, tez-tez qaz xaric olması, gəyirmə, bağırsaqlarda gurultu, qıcqırma hissi və ümumi diskomfort müşahidə oluna bilər. Bu əlamətlər uzun müddət davam edərsə və ya tez-tez təkrarlanarsa, mütləq həkim müayinəsi aparılmalıdır.Həkim vurğulayıb ki, bir çox insanlar belə hallarda reklam olunan və ya tanış məsləhəti ilə qəbul edilən dərmanlardan istifadə edirlər. Lakin bu yanaşma hər zaman düzgün nəticə vermir.“Qaz yığılması müxtəlif səbəblərdən yarana bilər. Hər xəstədə səbəb fərqlidir və buna uyğun müalicə seçilməlidir. Özbaşına dərman qəbul etmək əvəzinə problemin mənbəyini müəyyənləşdirmək lazımdır. Bəzən sadə qidalanma dəyişikliyi kifayət edir, bəzi hallarda isə ciddi həzm sistemi xəstəlikləri aşkarlanır”, – deyə terapevt bildirib.Mütəxəssis sonda vətəndaşlara qarında uzunmüddətli köp, davamlı ağrılar, qəbizlik və ya ishal kimi əlamətlər olduqda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edib. Onun sözlərinə görə, erkən diaqnoz həm xəstəliyin səbəbini müəyyənləşdirməyə, həm də daha ağır fəsadların qarşısını almağa imkan verir.

D vitamini kapsul, yoxsa damcı kimi qəbul edilməlidir?  

D vitamini insan orqanizminin sağlam fəaliyyəti, immunitet sisteminin güclənməsi və sümük sağlığının qorunması üçün böyük əhəmiyyət kəsb edir. Xüsusilə günəş işığının az olduğu dövrlərdə bədəndə bu vitaminin çatışmazlığı daha tez-tez müşahidə olunur. Çox vaxt vətəndaşlar D vitaminini kapsul, yoxsa damcı (yağ) formasında qəbul etməyin daha faydalı olduğu mövzusunda tərəddüd edirlər. Mütəxəssislər bildirirlər ki, D vitamininin bədəndə mənimsənilmə mexanizmini bilmək doğru seçim etməyə kömək edir. Bu maddə orqanizm tərəfindən sadəcə klassik vitamin kimi deyil, daha çox ferment kimi qarşılanır və yağda həll olan struktura malikdir. Oxu24.com xəbər verir ki, D vitamininin xarakterində özünəməxsus bir xüsusiyyət var. Bədənimiz D vitaminini adi vitamin kimi yox, ferment kimi qarşılayır. Ona görə də elmdə buna sadəcə vitamin demək müəyyən mənada yanlışlıq hesab olunur. Bütün dünya alimləri də təsdiqləyir ki, bədən bunu ferment kimi qəbul edir və bu, yağda olan bir fermentdir.Kapsulun içərisində olan da elə həmin yağdır. İnsan kapsulu udduqda mədədə onun üst qatı əriyir və içindəki yağ tökülür. Buna görə də elə birbaşa yağ (damcı/məhlul) formasında istifadə etmək daha rahatdır.Gündə bir dəfə yeməklərinizin üzərinə tökərək istifadə edə bilərsiniz. Məsələn, elə bizim ümumqəbul olunmuş dərman dəyərinə malik yağlar (məsələn, zəncirotu/laboy yağı) həm ucuzdur, həm də yüksək təsir gücünə malikdir. Hər gün bir çay qaşığı yeməyinizə əlavə edib qəbul etməyiniz kifayətdir.

Gecə yemək yeməyin ürəyə gizli təhlükəsi: İnfarkt riskini artırır   

Müasir dövrdə bir çox insanın vərdiş etdiyi gecə qidalanması təkcə çəki artımına deyil, daha ciddi səhhət problemlərinə də yol açır. Gün ərzində fasiləsiz çalışan ürək üçün gecə saatları dincəlmək və bərpa olunmaq üçün ən əlverişli zamandır. Lakin gecə vaxtı həzm sistemini yükləmək orqanizmin təbii ritmini pozur və ürəyin iş rejimini çətinləşdirir. Mədəyə daxil olan qidanın həzmi üçün qan axını həmin nahiyəyə yönəldiyindən ürək əzələsi kifayət qədər oksigen və qida maddələri ala bilmir. Bu hal xüsusilə damar darlığından əziyyət çəkən və ya şəkərli diabeti olan şəxslərdə ani və ağır fəsadlara gətirib çıxarır. Mütəxəssislər bildirirlər ki, gecə yeməyi vərdişi miokard infarktı riskini dəfələrlə artırır.Gün ərzində ürək işləsə də, gecələr ürək üçün dinlənmək və dincəlmək üçün ən yaxşı vaxtdır. Bu zaman puls aşağı düşür və ürək öz-özünü qidalandırır. Əgər biz gecə yemək yeyiriksə, mədə həzm prosesi üçün ürəyi köməyə çağırır və qan təchizatı tələb edir. Gecələr çox yemək həzm problemləri yaratmaqla yanaşı, ürəkdə olan ağırlaşmaları, xüsusilə koronar damarlarda darlıq və tıxanıqlıq varsa, onu daha da sürətləndirə bilər.Ürək dincələ bilmədikdə və mədəyə daha çox qan ötürdükdə, özünün koronar qan təchizatı və oksigen tələbatı pozulur. Bu vaxt koronar gizli darlığı olan xəstələrdə infarkt riski əmələ gəlir və miokard infarktı keçirə bilərlər. Bu, ən çox şəkər xəstələrinə aiddir. Diabet olan xəstələrdə gecələr aclıq hiss olunur və eyni zamanda onlarda damar darlıqları daha tez-tez müşahidə olunur, gizli qala bilir. Mənim diabeti, piylənməsi olan və tez-tez acan xəstələrə məsləhətim odur ki, gecə yeməyinin ürək üçün belə təhlükələr yarada biləcəyini nəzərə alsınlar.

Dəri xərçəngindən necə qorunmalı? – Həkim əsas riskləri açıqladı 

Yay mövsümündə insanlar daha çox vaxtlarını açıq havada və çimərliklərdə keçirirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, günəş şüalarına uzun müddət və qorunmadan məruz qalmaq dəri sağlamlığı üçün ciddi risk yarada bilər. Bəs günəş şüaları həqiqətən də dəri xərçənginin yaranma ehtimalını artırırmı? Oxu24.com mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, günəş şüalarının insan orqanizminə həm faydalı, həm də zərərli təsirləri var. Onun sözlərinə görə, əsas məsələ günəş vannasının düzgün vaxtda və təhlükəsizlik qaydalarına riayət etməklə qəbul edilməsidir.CROSSMEDIA - Onkoloji xəstələrə şad xəbər: Artıq bu da mümkün olacaq“Günəş şüalarından faydalanmaq üçün günün uyğun saatlarını seçmək vacibdir. Lakin saat 11:00-dan 17:00-dək Günəş şüaları Yer səthinə daha dik bucaq altında düşdüyündən bu vaxt uzun müddət açıq havada qalmaq tövsiyə edilmir. Çünki ultrabənövşəyi (UV) şüalara uzunmüddətli məruz qalmaq dəri xərçənginin yaranmasının əsas risk amillərindən biridir”, – deyə həkim bildirib.Onkoloq qeyd edib ki, dəri xərçəngi dünyada ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir. Bu səbəbdən profilaktik tədbirlərə ciddi əməl olunmalıdır.“Çimərliyə getməzdən əvvəl mütləq günəşdən qoruyucu kremlərdən istifadə edilməlidir. Həm uşaqlar, həm də böyüklər dərilərini ultrabənövşəyi şüaların zərərli təsirindən qorumaq üçün SPF tərkibli günəşdən qoruyucu vasitələrdən istifadə etməlidirlər”, – deyə Fərid Museyibov vurğulayıb.Həkimin sözlərinə görə, dəri xərçəngi daha çox günəş şüalarına məruz qalan nahiyələrdə – alın, burun ətrafı və dodaq bölgəsində müşahidə edilir. O əlavə edib ki, xəstəliyin yaranmasında irsi meyillilik də mühüm rol oynayır.Onkoloq vətəndaşlara günəş altında uzun müddət qalmamağı, xüsusilə günün ən isti saatlarında qoruyucu vasitələrdən istifadə etməyi, həmçinin dəridə rəng, forma və ya ölçü dəyişikliyi, sağalmayan yara və digər şübhəli əlamətlər müşahidə olunduqda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edib.

Allergiyası olanlar bal yeyə bilər? — Həkimdən vacib AÇIQLAMA  

Təbii müalicə vasitələri arasında xüsusi yer tutan bal insan orqanizmi üçün min bir dərdin dərmanı hesab olunsa da, bəzi hallarda ciddi allergik reaksiyalara səbəb ola bilir. Xüsusilə müxtəlif allergik xəstəliklərdən əziyyət çəkən şəxslərin bal istehlak edib-edə bilməyəcəyi məsələsi hər zaman aktual müzakirə mövzusudur. Mütəxəssislər bildirirlər ki, balın tərkibindəki güclü allergen maddələr səbəbindən istifadə zamanı dozaya diqqət yetirmək vacibdir. Hətta allergiyadan əziyyət çəkməyən insanlarda belə ilk dəfə bal qəbulundan sonra gözlənilməz reaksiyaların müşahidə olunması mümkündür. Bəs allergik şəxslər balı rasionlarına necə təhlükəsiz əlavə edə bilərlər və bu zaman hansı addımlar atılmalıdır? Mövzu ilə bağlı Oxu24.com-a tanınmış fitoterapevt Füzuli Hüseynov danışıb.Fitoterapevt bildirib ki, allergiyanın kəskin formalarında bal qəbul etmək olmaz:"Allergiyanın kəskin mərhələsində bal istehlakı düzgün deyil. Bal özü güclü allergendir və allergik prosesləri kəskinləşdirə bilər. Hətta əvvəllər allergiyası olmayan bir insanda da qəfildən bala qarşı reaksiya yarana bilər. Lakin biz belə insanlara orqanizmi yavaş-yavaş bala öyrətmək metodunu tətbiq edirik”.Onun sözlərinə görə, məsələn, ilk 10-15 gün ərzində balı yalnız qaşığın ucunda çox kiçik dozada qəbul etmək lazımdır. Növbəti 15-20 gün ərzində dozanı yarım çay qaşığına, daha sonrakı həftələrdə isə 1 çay qaşığına çatdırmaqla orqanizmi vərdiş etdirmək mümkündür.Füzuli Hüseynov həmçinin allergiyaya qarşı qara zirə və bal qarışığından ibarət müalicəvi resepti də diqqətə çatdırıb:"Orqanizm bala öyrəşdikdən sonra 1 kiloqram bala 200 qram üyüdülmüş qara zirə toxumu qataraq məcun hazırlanır. Əgər bala qarşı reaksiya tam yoxdursa, gündə 3 dəfə yeməkdən yarım saat əvvəl bu qarışıqdan 1 çay qaşığı qəbul etmək faydalıdır. Bal və qara zirənin düzgün dozada müntəzəm qəbulu allergik problemlərin aradan qaldırılmasına kömək edir”.

Mikrosefaliya nədir və təbii yollarla necə müalicə olunur?   

Mikrosefaliya uşaqlarda beynin anadangəlmə inkişafdan qalması və baş ölçüsünün norma ilə müqayisədə kiçik olması ilə müşahidə edilən patoloji vəziyyətdir. Bu narahatlıq zamanı uşaqlarda nitq, davranış və qavrama problemləri, habelə fiziki inkişafın yaşıdlarından geri qalması kimi müxtəlif fəsadlar ortaya çıxır. Mütəxəssislərin fikrincə, beynin inkişafını dəstəkləmək və fəsadları minimuma endirmək üçün kompleks müalicə metodları tətbiq olunmalıdır. Xüsusilə qan dövranını stimullaşdıran təbii prosedurlar və xüsusi qidalanma rejimi uşaqların sağlamlıq vəziyyətinə müsbət təsir göstərir. Tərkibi karotinoidlər, arıçılıq məhsulları və digər faydalı maddələrlə zəngin olan təbii vasitələr beynin fəaliyyətini bərpa etməyə kömək edir.Oxu24.com xəbər verir ki, Mikrosefaliya – anadangəlmə beynin inkişafdan qalmasıdır. Bu zaman beyin inkişaf etmir, ölçüləri normadan balaca olur. Nəticədə həmin insanlarda müəyyən fəsadlar meydana gəlir: bəzən danışa bilmirlər, hərəkətlərində, davranışlarında və qavramalarında yaşıdlarından geri qalırlar.Mikrosefaliya zamanı ən yaxşı müalicə üsullarından biri başa tətbiq edilən hicamə prosedurudur. Əgər uşaqda qanazlığı yoxdursa, baş nahiyəsindən mütəmadi olaraq hicamə etdirmək lazımdır. Məsələn, hər 3 ildən bir 5-6 ədəd başdan hicamə etdirmək beynin inkişafı üçün çox faydalıdır.Tərkibində karotin bol olan qida vasitələrinə üstünlük verilməlidir. Məsələn, kök, kök şirəsi və balqabaq bu baxımdan çox zəngindir. 100 qram balqabağın tərkibində 5-6 mq karotin var ki, bu da hər qidada olmur. Uşaqlara kök-balqabaq şirəsi, eləcə də kök və çuğundur qarışığından hazırlanan şirədən gündə 2 stəkan vermək olar.

Sol qolda ağrı hər zaman ürək xəstəliyinin əlamətidirmi? – Mütəxəssisdən XƏBƏRDARLIQ  

Günümüzdə bir çox insanlar qol nahiyəsində yaranan ağrılardan şikayətlənir və bu halı dərhal ürək problemi ilə əlaqələndirirlər. Xüsusilə sol qolda hiss edilən diskomfort pasiyentlər arasında böyük təşviş və narahatlığa səbəb olur. Lakin mütəxəssislərin fikrincə, sol qoldakı hər ağrı birbaşa ürək xəstəliyinin göstəricisi sayılmır. Çox vaxt təkbaşına və uzunmüddətli sol qol ağrıları onurğa, sinir sistemindəki sıxılmalar və ya artrozlarla bağlı ortaya çıxır. Bununla belə, fiziki hərəkət zamanı yaranan və təngidənfəsliklə müşayiət olunan ağrıları diqqətdən kənarda saxlamaq həyati təhlükə yarada bilər. Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən həkim kardioloq Fatma Qasımova bildiri ki, pasiyentlərin ən çox müraciət etdiyi suallardan biri məhz sol qol ağrısı ilə bağlıdır:"Pasiyentlər tez-tez 'doktor, qolum ağrıyır, ürəyimdən şübhələnirəm' deyərək müraciət edirlər. Lakin sol qolda təkbaşına və uzunmüddət davam edən ağrının ürək xəstəliyi ilə birbaşa aidiyyatı yoxdur. Bu, daha çox onurğa, sinir problemləri və artrozlarla əlaqədardır”.Həkimin sözlərinə görə, bəzi hallarda isə ağrı təkcə sol qolda deyil, hər iki qolda fiziki hərəkət vaxtı meydana gəlir və tez yorulma hissiyyatı ilə müşayiət olunur. O xəbərdarlıq edib ki, əgər  belə bir hal varsa, bu artıq ürək şikayəti ola bilər. Bu cür simptomlar müşahidə edildikdə mütləq müayinələrdən geçmək, EKG, EXO və qan analizləri verməklə ürək riskinin olub-olmadığını aydınlaşdırmaq lazımdır.

Arıqlama iynəsi ömürlükdür?

“Doktor, bu iynələri nə qədər istifadə etməliyəm?”Wegovy®, Mounjaro®, Sejaro® və digər arıqlama preparatları ilə bağlı mənə ən çox verilən suallardan biri məhz budur.Bu sözləri Oxu24.com-a açıqlamasında həkim Oktay Hüseynov bildirib.Bir çox insan düşünür ki, bir neçə ay iynə vuracaq, arıqlayacaq və problem tamamilə həll olunacaq.Amma müasir tibb bir qədər fərqli düşünür… Piylənmə sadəcə artıq çəki deyil. Piylənmə iradə zəifliyi deyil. Piylənmə xroniki xəstəlikdir. Beynəlxalq klinik tövsiyələrə əsasən, piylənmə hipertoniya və şəkərli diabet kimi uzunmüddətli nəzarət tələb edən bir vəziyyətdir. Bəs dərmanı dayandırdıqdan sonra nə baş verir?Araşdırmalar göstərir ki, bir çox insanda iştah tədricən artır və itirilmiş çəkinin müəyyən hissəsi geri qayıda bilir. Bu, preparatın təsirsiz olması demək deyil. Bu, sadəcə olaraq xəstəliyin xroniki olmasını göstərir.Məsələn, təzyiq dərmanını dayandırdıqda təzyiq yenidən yüksələ bildiyi kimi… Bəs bu preparatlar nə qədər istifadə olunmalıdır? Müasir klinik tövsiyələrə görə piylənmə xroniki xəstəlik hesab olunur.Bu səbəbdən bir çox xəstədə müalicə uzunmüddətli olur. Buna görə də bəzi xəstələrdə preparatın uzun illər, bəzən isə çox uzun müddət istifadəsi tələb oluna bilər. Müalicənin davam etdirilməsi və ya dozanın dəyişdirilməsi hər bir xəstə üçün fərdi şəkildə həkim tərəfindən müəyyən edilir. Əsas məqsəd sadəcə arıqlamaq deyil, əldə olunmuş nəticəni uzun müddət qoruyub saxlamaqdır. Unutmayın: Məqsəd sadəcə arıqlamaq deyil. Məqsəd verilmiş çəkini qorumaqdır. Məqsəd şəkərli diabet, yüksək təzyiq, ürək-damar xəstəlikləri və digər riskləri azaltmaqdır.Jalə

Yayda uşaqlarla bağlı bunlara diqqət edin!

Yayda uşağı qorumaq onu günəşdən tam gizlətmək deyil, düzgün qorumaqdır.İsti havalarda uşaqların günəş altında qalma müddəti, geyimi və maye qəbulu daha diqqətlə izlənməlidir.Bunu Oxu24.com-a açıqlamasında həkim Kənan Qarayev bildirib.Həkimin sözlərinə görə,günorta saatlarında günəş altında uzun müddət qalmaq, baş geyimsiz çölə çıxmaq, az maye qəbul etmək və qalın, sintetik geyim seçmək uşaqlarda narahatlıq, susuzlaşma və istiliklə bağlı problemlərin riskini artıra bilər.Yay aylarında diqqət edin: Səhər və axşam saatlarında gəzintiyə üstünlük verin Uşağa papaq və yüngül, nəfəs alan geyim seçin Yaşına uyğun maye qəbulunu təmin edin Kölgəli və sərin yerlərə üstünlük verin6 aydan böyük uşaqlarda açıq dəri sahələrinə SPF 30+ günəş qoruyucu istifadə edin6 aydan kiçik körpələrdə əsas qorunma kölgə, papaq və qoruyucu geyim olmalıdır.Əgər uşaqda halsızlıq, başgicəllənmə, ürəkbulanma, həddindən artıq tərləmə, süstlük və ya maye qəbulundan imtina varsa, pediatra müraciət edin.Unutmayın: yayda əsas məqsəd uşağı çöldən uzaqlaşdırmaq deyil, onun təhlükəsiz və rahat qalmasını təmin etməkdirJalə.

Yumurtanı belə yeyin -HƏKİMDƏN TÖVSİYƏ

Körpənin qidalanmasında hər zaman bahalı və xüsusi qidalara ehtiyac olmur. Bəzən mətbəximizdə olan ən sadə qidalar belə inkişaf üçün dəyərli rol oynaya bilər.Yumurta da bu qidalardan biridir.Bunu Oxu24.com-a açıqlamasında həkim Kənan Qarayev bildirib.Tərkibində olan  xolin beyin və sinir sisteminin normal inkişafını dəstəkləyən vacib qida maddələrindəndir. Xolin yaddaş, öyrənmə, əzələ nəzarəti və sinir hüceyrələri arasında əlaqələrin formalaşması ilə bağlı proseslərdə rol oynayır.Bundan əlavə, yumurta körpənin böyüməsi üçün lazım olan keyfiyyətli protein, B qrupu vitaminləri və digər faydalı qida maddələri ilə də zəngindir.Yumurta körpəyə nə vaxt verilə bilər?Körpə əlavə qidaya hazır olduqdan sonra, yəni başını yaxşı saxlaya bilir, qidaya maraq göstərir və qaşıqla verilən qidanı udmağa hazırdırsa, yumurta menyuya daxil edilə bilər.Amma burada 3 vacib məqam var: Yumurta yaxşı bişmiş olmalıdır Körpənin yaşına uyğun yumşaq formada verilməlidir İlk dəfə az miqdarda təqdim edilməli və reaksiya izlənməlidirƏgər yumurta verdikdən sonra səpki, qusma, ishal, dodaq və göz ətrafında şişkinlik, nəfəsalmada çətinlik kimi əlamətlər yaranarsa, qidanı dayandırmaq və həkimlə əlaqə saxlamaq lazımdır.Unutmayın: yumurta faydalıdır, amma sağlam inkişaf tək bir qida ilə deyil, balanslı və müxtəlif qidalanma ilə dəstəklənir. Körpənizin qidalanması ilə bağlı tərəddüdünüz varsa, pediatr məsləhəti almağınız daha doğru olar.Jalə

Maqnit qasırğalarının sağlamlığa təsiri: kimlər özünü qorumalıdır? 

Son günlərdə maqnit qasırğaları ilə bağlı məlumatlar geniş müzakirə olunur və insanlar haqlı olaraq bunun sağlamlığa təsiri ilə maraqlanırlar. İlk növbədə, qeyd etmək lazımdır ki, maqnit qasırğaları günəşdə baş verən aktiv proseslər nəticəsində Yer kürəsinin maqnit sahəsində yaranan dəyişikliklərdəndir. Elmi araşdırmalar göstərir ki, bu dəyişikliklər bəzi insanlara, xüsusilə də ürək-damar xəstəlikləri olan şəxslərə təsir göstərə bilər.Oxu24.com xəbər verir ki,bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Birinci daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Leyla Əfəndiyeva səsləndirib. Onun sözlərinə görə, maqnit qasırğaları zamanı vegetativ sinir sisteminin fəaliyyəti dəyişə, arterial təzyiqdə dalğalanmalar yarana və ürək ritminin müəyyən pozğunluqları müşahidə oluna bilər: “Xüsusilə də arterial hipertenziyadan, ürək işemik xəstəliyindən, ürək çatışmazlığından əziyyət çəkən və ya insult keçirmiş şəxslər bu dövrlərdə özlərini daha həssas hiss edə bilərlər. Belə insanlarda baş ağrısı, halsızlıq, arterial təzyiq yüksəlməsi, ürək döyüntüsü və ya nəfəs darlığı kimi şikayətlər daha çox müşahidə oluna bilər. Aparılmış elmi tədqiqatlar göstərir ki, maqnit qasırğaları ürək-damar xəstəliklərinə birbaşa səbəbi deyil, lakin onlar mövcud xəstəliklərin gedişini ağırlaşdıra bilər, əlavə risk və sürətləndirən amil kimi çıxış edə bilər. Mənim apardığım elmi tədqiqatlarda da geofiziki qeyri-sabitlik dövrlərində ürək-damar hadisələrinin və bəzi hallarda hospitalizasiyanın artması müşahidə edilib”.Mütəxəssis bildirib ki, xüsusilə də yaşlı insanlar və xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər daha diqqətli olmalıdırlar: “Bu günlərdə vətəndaşlara tövsiyə olunur ki, həkim tərəfindən təyin olunmuş dərmanları vaxtında qəbul etsinlər, arterial təzyiqi nəzarətdə saxlasınlar. Kifayət qədər maye içsinlər, yuxu rejiminə riayət etsinlər. Həddindən artıq fiziki və emosional gərginlikdən uzaq dursunlar. Əgər döş qəfəsində ağrı, güclü nəfəs darlığı, ürək döyünmə və ya arterial təzyiqin kəskin yüksəlməsi müşahidə olunarsa, dərhal həkimə müraciət etmək lazımdır. Sağlam insanlarda maqnit qasırğaları ciddi problem yaratmır. Əsas risk qrupu ürək-damar xəstəlikləri olan yaşlı və yanaşı xəstəliklərindən əziyyət çəkən insanlardır. Buna görə də belə dövrlərdə profilaktik tədbirlərə və həkim tövsiyələrinə əməl etmək xüsusi əhəmiyyət daşıyır”.

Çəplik nə zaman yaranır?

Çəplik əsasən uşaqlıq dövründə yaranan görmə zəifliyi ilə bağlı inkişaf edir Göz sağlamlığı uşaqlıqdan etibarən diqqət tələb edən ən vacib sahələrdən biridir. Erkən yaşlarda yaranan bəzi görmə problemləri vaxtında aşkar olunmadıqda, gələcəkdə daha ciddi fəsadlara yol aça bilər. Bu problemlərdən biri də çəplikdir.Oftalmoloq Benjamin Kərimov Oxu24.com-a açıqlamasında çəplik və onun yaranma səbəbləri barədə ətraflı danışıb. Həkimin sözlərinə görə, çəplik əsasən uşaqlıq dövründə formalaşan və çox zaman gözlərdən birinin digərinə nisbətən zəif görməsi ilə əlaqəli olan görmə pozğunluğudur. Bu hal xüsusilə 3 yaşdan sonra daha çox müşahidə olunur və vaxtında müdaxilə edilmədikdə daha da dərinləşə bilər.Mütəxəssis bildirib ki, uşaqlarda çəpliyin əsas səbəblərindən biri refraksiya qüsurlarıdır, yəni gözün fokuslama qabiliyyətində olan pozğunluqlardır. Xüsusilə “plus” dioptriyalı görmə zəifliyi bu baxımdan daha çox risk yaradır. Əgər bu problem vaxtında aşkarlanmır və uşağa uyğun eynək təyin olunmursa, zəif göz düzgün şəkildə fokuslana bilmir. Nəticədə həmin göz beyin tərəfindən daha az istifadə olunur və zamanla gözlə beyin arasındakı vizual əlaqə zəifləməyə başlayır. Bu proses davam etdikcə gözün istiqamətində dəyişiklik yaranır və çəplik formalaşır.Benjamin Kərimov vurğulayıb ki, çəpliyin qarşısının alınmasında ən vacib amil erkən diaqnostikadır. Uşaqlıq dövründə mütəmadi göz müayinələrinin aparılması və görmə zəifliyinin vaxtında müəyyən edilməsi bu problemin qarşısını əhəmiyyətli dərəcədə azalda bilər. Düzgün eynək korreksiyası tətbiq edildikdə bir çox hallarda çəpliyin inkişafı dayanır və görmə funksiyası qorunur.Həkim əlavə edib ki, artıq formalaşmış çəplik hallarında isə vəziyyət fərqli olur. Əgər eynək istifadəsi ilə çəplik aradan qalxmırsa, bu zaman cərrahi müdaxilə zəruri hesab edilir. Çünki gözün düzgün istiqamətdə fokuslanmaması davam etdikcə həmin göz daha da zəifləyir və görmə qabiliyyətinin azalması riski artır.Mütəxəssisin sözlərinə görə, çəplik əməliyyatı yalnız estetik məqsəd daşımır, həm də funksional əhəmiyyətə malikdir. Bu müdaxilə gözün görmə qabiliyyətini qorumaq və iki gözün koordinasiyasını bərpa etmək baxımından mühüm rol oynayır. Vaxtında aparılmayan müalicə isə gələcəkdə daha ciddi və geri dönüşü çətin olan görmə problemlərinə səbəb ola bilər.Nigar

Miqren nə zaman təhlükəli hesab olunur? – Nevroloq açıqladı  

Baş ağrıları arasında miqren ən çox rast gəlinən və həyat keyfiyyətinə ciddi təsir edən nevroloji problemlərdən biridir. Lakin hər baş ağrısı miqren olmaya bilər və bəzən miqrenə bənzər ağrılar daha fərqli səbəblərlə bağlı olur.Nevroloq Yeganə Rəşidova Oxu24.com-a açıqlamasında miqren və miqrenoz tipli baş ağrıları barədə danışıb, bu halların necə fərqləndirilməli olduğunu izah edib.Həkimin sözlərinə görə, miqrenlə miqrenoz tipli baş ağrılarını qarışdırmaq çox yayılmış səhvlərdən biridir. Miqrenoz tipli ağrılar çox zaman boyun əzələlərində gərginlik, boyun fəqərələrində olan problemlər, protruziya və ya disk yırtıqları ilə əlaqəli şəkildə meydana çıxır. Bu halda ağrı mənbəyi birbaşa beyində deyil, boyun və onurğa sütunu strukturlarında olur və ağrı baş nahiyəsinə yayılır.Mütəxəssis qeyd edib ki, bu səbəbdən düzgün diaqnoz çox vacibdir. Çünki xəstələr çox vaxt adi miqren düşündükləri ağrıların arxasında boyun fəqərələri ilə bağlı ciddi problemlərin ola biləcəyindən xəbərsiz olurlar. Aparılan müayinələr və anamnez nəticəsində bəzən məlum olur ki, ağrıların əsas səbəbi boyun nahiyəsində olan degenerativ dəyişikliklər və ya disk problemləridir.Nevroloqun sözlərinə görə, miqren halları bəzən ağırlaşa bilər və bu zaman diqqətli olmaq lazımdır. Xüsusilə ağrıların intensivləşməsi, tez-tez təkrarlanması, ürəkbulanma, qusma, işığa və səsə həssaslıq kimi əlamətlər miqren üçün xarakterik sayılır. Lakin ağrıların fərqli və daha ağır gedişatı varsa, bu artıq ciddi nevroloji problemlərə işarə edə bilər.Yeganə Rəşidova vurğulayıb ki, bəzi hallarda miqrenoz tipli ağrılar boyun fəqərələrində ciddi patologiyalarla müşayiət oluna bilər və bu zaman vəziyyət daha da ağırlaşa bilər. Belə hallarda vaxt itirmədən həkimə müraciət etmək və lazımi instrumental müayinələrdən keçmək vacibdir.Həkim əlavə edib ki, xüsusilə qəfil başlayan, çox güclü baş ağrıları, nevroloji defisitlər, görmə pozğunluğu və ya huş bulanıqlığı ilə müşayiət olunan hallar artıq təhlükəli sayılır və təcili tibbi yardım tələb edir.Nevroloq sonda bildirib ki, düzgün diaqnoz və vaxtında müalicə miqrenin ağırlaşmasının qarşısını ala bilər və xəstənin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.Hazırladı: Jalə

Yaddaş problemi olanlara həkimdən XƏBƏRDARLIQ

Unutqanlıq hər zaman yaddaş problemi demək deyil.Bunu Oxu24.com-a açıqlamasında nevroloq  Lətafət Osmanlı bildirib. Həkimin sözlərinə görə,bəzən əsas səbəb yaddaş yox, diqqət dağınıqlığı olur. Yuxusuzluq, stress və yorğunluq fikrin yayınmasına, məlumatı tam yadda saxlamamağa səbəb ola bilər.Amma eyni mövzuları təkrar-təkrar unutmaq, yaxın zamanda baş verənləri xatırlamamaq və bunun gündəlik həyata təsir etməsi daha ciddi qiymətləndirilməlidir.Bu fərqi düzgün müəyyən etmək üçün nevroloji müayinə vacibdir.Jalə

Toyuğun bu hissəsini yeyin: Həkim faydasını AÇIQLADI

Toyuğun ən faydalı hissəsi hansıdır? Toyuq gündəlik qidalanmada ən çox istifadə olunan məhsullar sırasındadır.Çox adam elə bilir ki, toyuğun bir hissəsi hamı üçün “ən yaxşıdır”.Əslində isə bu, sənin məqsədindən asılıdır.Toyuq ətinin daha çox faydalı hissəsi ilə bağlı Oxu24.com-a danışan endokrinoloq Ayşən Eldar bir sıra maraqlı məlumatları da açıqlayıb. Döş əti — ən çox protein, ən az yağ. Arıqlamaq və əzələ qorumaq istəyənlər üçün daha uyğundur. Bud əti — daha ləzzətlidir, yağ miqdarı döş ətindən çoxdur. Enerji və toxluq hissi üçün yaxşı seçim ola bilər. Baldır — nə çox yağlıdır, nə də çox quru. Daha balanslı variantdır. Qanad — dadlıdır, amma yağı daha çoxdur. Xüsusilə qızardılmış halda kalorisi artır. Toyuq ayağı — kollagenlə zəngindir, amma yağ miqdarı da nisbətən yüksək ola bilər.Arıqlamaq istəyirsənsə — dərisiz döş əti daha uyğundur.Daha çox dad, enerji və kalori istəyirsənsə — bud və baldır seçə bilərsən.Əsas məsələ hissəni düzgün seçmək və bişirmə üsuluna fikir verməkdir.Hazırladı: Jalə

Burun tutulanda nə etmək olar?  

Körpənin burnu tutulanda bu, təkcə nəfəs almasını yox, yuxusunu və qidalanmasını da çətinləşdirə bilər.Belə hallarda valideynlər bəzən “tez açılsın” deyə müxtəlif üsullara əl atırlar. Amma hər eşitdiyimiz üsul körpə üçün təhlükəsiz deyil.Bunu Oxu24.com-a açıqlamasında həkim Kənan Qarayev bildirib.Həkimin sözlərinə görə,burnuna ana südü damızdırmaq,sarımsaq qoymaq,dərmanlı burun spreylərini həkimsiz istifadə etmək körpənin burun selikli qişasını qıcıqlandıra və narahatlığı artıra bilər.Daha doğru yanaşma isə sadədir: Serum fizioloji ilə burundakı seliyi yumşaltmaq Lazım olduqda aspiratordan yumşaq şəkildə istifadə etmək Otaq havasını çox quru saxlamamaqKörpənin qidalanmasını, yuxusunu və ümumi vəziyyətini izləməkSerum fizioloji adi steril duzlu sudur. Dərman deyil, sadəcə burundakı qurumuş və yapışqan seliyi yumşaltmağa kömək edir. Bundan sonra aspiratorla ehtiyatlı təmizləmə körpənin daha rahat nəfəs almasına dəstək ola bilər.Amma aspiratoru da çox tez-tez və sərt istifadə etmək olmaz. Çünki bu, burun içini qıcıqlandıra bilər.Əgər burun tutulması ilə yanaşı qızdırma, nəfəsalma çətinliyi, döşdən və ya butulkadan imtina, halsızlıq, göyərmə və ya susuzlaşma əlamətləri varsa, pediatra müraciət edin.Unutmayın: məqsəd burnu zorla açmaq deyil, körpənin nəfəs almasını təhlükəsiz və yumşaq şəkildə rahatlaşdırmaqdır.Nigar

İnfarktdan 24 saat əvvəl hansı əlamətlər olur?   

İnfarktın bir çox hallarda qəfil baş verməsi barədə cəmiyyətdə geniş yayılmış fikir olsa da, bəzi pasiyentlərdə ürək tutmasından 24 saat əvvəl xəbərdaredici əlamətlər müşahidə oluna bilər. Bu barədə Oxu24.com-a açıqlama verən kardioloq, aritmoloq Günay Rəhimova bildirib ki, həmin siqnallar vaxtında diqqətə alınarsa, həyati risklərin qarşısını almaq mümkündür.Həkimin sözlərinə görə, infarktdan əvvəl ən çox rast gəlinən əlamətlərdən biri sinə nahiyəsində yaranan basıcı və sıxıcı hissdir. Pasiyentlər bunu adətən “sinəmin üzərinə ağır bir yük qoyulub” kimi ifadə edirlər. Bu ağrı və diskomfort bəzən sol qola, kürəyə və çənə istiqamətinə də yayıla bilər.Günay Rəhimova qeyd edib ki, digər mühüm əlamətlərdən biri anormal təngnəfəslikdir. Normal fiziki aktivliklə əlaqəli olmayan, hətta istirahət zamanı, oturaq və ya uzanmış vəziyyətdə yaranan nəfəs darlığı ürək-damar sistemi ilə bağlı ciddi siqnal ola bilər.Kardioloqun sözlərinə görə, bəzi pasiyentlərdə səbəbsiz və ritmdən kənar ürəkdöyünmə hissi də müşahidə olunur. İnsan öz ürək döyüntüsünü qulağında və ya sinəsində aydın şəkildə hiss edir və bu hal heç bir fiziki və ya emosional səbəb olmadan baş verə bilər.Həkim əlavə edib ki, infarktdan öncə təşviş və daxili narahatlıq hissi də ortaya çıxa bilər. Pasiyentlərdə “nəsə pis bir hadisə olacaq” kimi izah edilən izahsız qorxu və həyəcan halları müşahidə olunur.Digər diqqətçəkən əlamət isə gecə saatlarında uzanarkən yaranan boğulma hissidir. Bəzi insanlar uzananda nəfəs darlığı səbəbilə oyanır, oturaraq nəfəs almağa məcbur qalır və qısa müddət sonra yenidən uzandıqda eyni hal təkrarlana bilər.Günay Rəhimova vurğulayıb ki, bu əlamətlər tək-tək də yarana bilər və hər zaman infarkt demək deyil. Lakin bir neçə simptomun birlikdə müşahidə olunması ciddi risk siqnalı kimi qiymətləndirilməlidir.Kardioloq bildirib ki, ən təhlükəli yanaşma bu əlamətləri “keçib gedər” düşüncəsi ilə görməzlikdən gəlməkdir. Çünki müasir dövrdə ürək-damar xəstəlikləri, o cümlədən infarkt gənc yaşlarda da daha çox rast gəlinir.Həkim vətəndaşlara tövsiyə edib ki, sinədə basıcı ağrı, ani təngnəfəslik, ritmsiz ürəkdöyünmə, izahsız təşviş və gecə boğulma hissi kimi əlamətlər olduqda vaxt itirmədən həkimə müraciət etsinlər. Onun sözlərinə görə, erkən müdaxilə bir çox hallarda həyatı xilas edə bilər.Hazırladı: Nigar

Beçterev xəstəliyi nədir və əlamətləri hansılardır?   

 Beçterev xəstəliyi (ankilozan spondilit) əsasən 20–40 yaş aralığında daha çox rast gəlinən xroniki iltihabi revmatik xəstəliklərdən biridir. Bu barədə Oxu24.com-a açıqlama verən revmatoloq professor Nadir Hüseynov bildirib ki, xəstəlik daha çox gənc yaşlarda başlayır və xüsusilə kişilər arasında daha geniş yayılır.Professorun sözlərinə görə, xəstəlik əsasən onurğa sütununu və çanaq-belin oynaqlarını zədələyir. Zamanla iltihabi proseslər onurğada sərtlik yaradır və bu da hərəkət məhdudiyyətinə səbəb ola bilər. Erkən mərhələdə aşkarlanmadıqda xəstəlik proqressiv xarakter alaraq həyat keyfiyyətinə ciddi təsir göstərir.Nadir Hüseynov qeyd edib ki, Beçterev xəstəliyinin ən xarakterik əlaməti bel və onurğa nahiyəsində xroniki ağrılardır. Bu ağrılar xüsusilə uzun müddət hərəkətsiz qalarkən, oturaq vəziyyətdə və istirahət zamanı daha da güclənir. Əksinə, fiziki aktivlik və hərəkət zamanı ağrıların azalması bu xəstəliyə xas tipik göstəricilərdən biridir.Professor əlavə edib ki, xəstəliyin digər əsas əlaməti səhər saatlarında yaranan sərtlik hissidir. Xəstələr adətən oyandıqdan sonra bel və onurğa nahiyəsində hərəkət məhdudluğu hiss edir, lakin gün ərzində hərəkət etdikcə bu şikayətlər nisbətən azalır.Mütəxəssis bildirib ki, xəstəlik yalnız onurğa ilə məhdudlaşmır, bəzi hallarda digər oynaqlara da təsir edə bilər. Bu zaman diz, çanaq və çiyin oynaqlarında ağrı, şişkinlik və hərəkət məhdudluğu müşahidə oluna bilər.Revmatoloq professorun sözlərinə görə, erkən diaqnoz Beçterev xəstəliyinin gedişatında həlledici rol oynayır. Vaxtında aşkar edilən hallarda müasir müalicə üsulları ilə xəstəliyin proqressivləşməsinin qarşısını almaq, ağrıları azaltmaq və xəstənin normal həyat keyfiyyətini qorumaq mümkündür.Nadir Hüseynov vurğulayıb ki, gecikmiş hallarda xəstəlik onurğada qalıcı dəyişikliklərə, sərtləşməyə və ciddi hərəkət məhdudiyyətinə səbəb ola bilər. Buna görə də uzunmüddətli bel ağrısı olan şəxslərə vaxt itirmədən həkim-revmatoloqa müraciət etmələri tövsiyə olunur.Hazırladı: Jalə

Gecə tərləməsi nə zaman təhlükəli ola bilər?   

Gecə tərləməsi bir çox hallarda normal fizioloji səbəblərlə bağlı ola bilər və hər zaman ciddi xəstəlik göstəricisi sayılmır. Bu barədə Oxu24.com-a açıqlama verən həkim infeksionist Zəba Hüseynova bildirib ki, insanlar gecə tərləməsi yaşadıqda dərhal ağır xəstəliklərdən şübhələnməməlidirlər, lakin bəzi hallarda bu əlamət diqqətdən qaçırılmamalıdır.Həkimin sözlərinə görə, gecə tərləməsinin ən çox rast gəlinən səbəbləri arasında otaq temperaturunun yüksək olması, qalın örtüklərdən istifadə, stress və emosional gərginlik, hormonal dəyişikliklər, eləcə də bəzi dərman preparatlarının təsiri yer alır. Bundan əlavə, xroniki ürək və ağciyər xəstəlikləri olan şəxslərdə də gecə tərləmələri müşahidə oluna bilər.Zəba Hüseynova qeyd edib ki, gecə tərləməsi təkbaşına olduqda çox zaman ciddi problemə işarə etmir. Lakin bu əlamət digər klinik simptomlarla birlikdə müşahidə olunduqda vəziyyət daha ciddi qiymətləndirilməlidir.Həkim bildirib ki, aşağıdakı əlamətlər gecə tərləməsi ilə birlikdə ortaya çıxarsa, mütləq şəkildə həkimə müraciət edilməlidir: uzunmüddətli və izahsız hərarət, davamlı və keçməyən öskürək, boyun və ya digər nahiyələrdə limfa düyünlərinin böyüməsi, səbəbsiz çəki itkisi, uzun sürən halsızlıq, eləcə də əzələ və oynaq ağrıları.Mütəxəssisin sözlərinə görə, bu tip simptomlar bəzi infeksion xəstəliklərin və sistemik xəstəliklərin ilkin əlamətləri ola bilər. Xüsusilə infeksion proseslərdə orqanizmin immun reaksiyası nəticəsində gecə tərləmələri daha qabarıq şəkildə özünü göstərə bilər.Həkim infeksionist əlavə edib ki, insanların çoxu gecə tərləməsini əhəmiyyətsiz sayaraq uzun müddət həkimə müraciət etmir. Lakin əgər bu vəziyyət yuxarıda sadalanan simptomlarla birgə davam edirsə, erkən diaqnoz üçün tibbi müayinə mütləqdir.Zəba Hüseynova vurğulayıb ki, xüsusilə uzunmüddətli simptomlar orqanizmdə gedən ciddi proseslərin xəbərçisi ola bilər və vaxtında müdaxilə həm müalicənin effektivliyini artırır, həm də ağırlaşmaların qarşısını alır.Sonda həkim vətəndaşlara tövsiyə edib ki, gecə tərləməsi təkbaşına qorxulu olmasa da, digər xəbərdaredici əlamətlərlə birlikdə müşahidə olunduqda bunu laqeyd yanaşmadan mütəxəssisə müraciət etsinlər.HAZIRLADI: TURAN

Alça nəyə xeyirdir? -BİLİNMƏYƏN FAYDALARI

Alça (xüsusilə də yaz fəslində sevilərək yeyilən yaşıl alça) dadlı olmaqla yanaşı, insan sağlamlığı üçün də olduqca faydalı bir meyvədir.Oxu24.com alçanın orqanizmə məlum olan əsas faydalarını təqdim edir:1. Həzm sistemini tənzimləyirAlça liflərlə zəngin bir meyvədir. Bu xüsusiyyəti sayəsində bağırsaqların fəaliyyətini sürətləndirir, qəbizliyin qarşısını alır və həzm prosesini asanlaşdırır. Xüsusilə şişkinlik və qaz problemlərindən əziyyət çəkənlər üçün faydalıdır.2. İmmuniteti gücləndirirTərkibində yüksək miqdarda C vitamini var. C vitamini bədənin müdafiə sistemini gücləndirir, infeksiyalara qarşı müqaviməti artırır və soyuqdəymə kimi xəstəliklərdən qorunmağa kömək edir.3. Arıqlamağa kömək edirAlçanın kalorisi olduqca aşağıdır (100 qramında təxminən 40-45 kalori var) vı su balansı yüksəkdir. Eyni zamanda maddələr mübadiləsini sürətləndirdiyi üçün pəhriz saxlayanlar və çəkisini nəzarətdə saxlamaq istəyənlər üçün ideal bir qəlyanaltıdır.4. Qan şəkərini tənzimləyirAlçanın glisemik indeksi aşağıdır. Bu isə o deməkdir ki, alça yedikdə qan şəkəri qəfil yüksəlmir. Diabet (şəkər) xəstələri həkim məsləhəti ilə normanı aşmamaq şərtilə rahatlıqla istehlak edə bilərlər.5. Dəri və göz sağlamlığını dəstəkləyirTərkibindəki A və C vitaminləri, eləcə də antioksidantlar dərinin qocalmasını ləngidir, ona parlaqlıq verir. A vitamini həmçinin göz sağlığını qorumaq və görmə qabiliyyətini yaxşılaşdırmaq üçün vacibdir.6. Sümük və dişləri gücləndirirAlçanın tərkibində kalsium və maqnezium kimi mühüm minerallar var. Bu minerallar sümük sıxlığını qorumağa kömək edir və diş ətlərinin sağlamlığına müsbət təsir göstərir.Xəbərdarlıq: Alçanı həddindən artıq duzlayaraq yemək bədəndə su toplanmasına (şişkinliyə) və təzyiqin yüksəlməsinə səbəb ola bilər. Həmçinin, həddindən çox yeyildikdə mədə qıcqırması və ya diş minasının həssaslaşması riski var. Hər şeydə olduğu kimi, alçanı da qədərində yemək ən doğrusudur.Jalə

Uşağı çimizdirərkən bu səhvləri etməyin! - Pediatrdan AÇIQLAMA

Körpə baxımında sevgi qədər düzgün yanaşma da vacibdir.Körpəni yedizdirmək və çimizdirmək gündəlik baxımın ən adi hissəsi kimi görünə bilər. Amma bu anlarda seçdiyimiz yanaşma körpənin həm rahatlığına, həm də özünü təhlükəsiz hiss etməsinə təsir edir.Bunu Oxu24.com-a açıqlamasında pediatr Kənan Qarayev bildirib.Həkimin sözlərinə görə,yemək zamanı uşağı məcbur etmək, qaşığı zorla vermək və “bir az da yesin” deyə israr etmək onda yeməyə qarşı narahatlıq yarada bilər. Daha doğru yanaşma uşağın aclıq və toxluq siqnallarına diqqət etmək, yeməyi sakit şəkildə təklif etmək və ona öz ritmində yeməyə imkan verməkdir. Responsiv qidalanma uşağın özünü tənzimləmə bacarığını dəstəkləyir."Çimizdirmə zamanı da əsas məqsəd tələsmək yox, körpəni sakit və güvəndə hiss etdirməkdir. Körpənin başını və bədənini dəstəkləmək, suyun temperaturuna diqqət etmək və onu vannada bir an belə nəzarətsiz qoymamaq vacibdir.Unutmayın: körpəyə qulluqda məcburiyyət yox, sakitlik, nəzarət və sevgi dolu yanaşma önəmlidir",-deyə həkim bildirib.Hazırladı: Nigar

Niyə asqıran adama SAĞLAM OL deyilir? - MARAQLI FAKT

Asqırma insanın narahatlığı səbəbiylə burnun selikli qişasındakı xarici maddələrin ağız və ya burun vasitəsilə xaric edilməsidir. İnsanların asqırmasının bir çox səbəbi var. Asqırma allergiya, ani temperatur dəyişiklikləri və ya soyuq havaya məruz qaldıqda baş verə bilər.Bundan əlavə, insan qrip, soyuqdəymə kimi xəstəliklərə tutulduqda bədənindəki virusları xaric etmək üçün asqırır. Asqırmanın baş verməsi üçün insanın burnunda olan selikli qişada insanın asqırmasına səbəb olacaq sürətlə burnuna yad bir maddə daxil olmalıdır. Bu yad maddələrin təsiri ilə burundakı tük köklərinin qıcıqlanması səbəbindən asqırma meydana gəlir.Bundan əlavə, asqırma, fərdlərin qismən idarə edə biləcəyi bir refleks adlandırıla bilən bir reaksiyadır. Asqırmağın insanlara faydası var. Fərdin orqanizminə daxil olan zərərli maddələr asqırmaqla orqanizmdən xaric olur. Gündə orta hesabla dörd dəfə asqırmaq fərdlər üçün sağlam sayılır.Asqıranda Nə Deyirsiniz?Asqıran şəxslərə adətən, sağlam ol, çox yaşa kimi xoş arzular deyilir. İslamda asqıran adama “Yerhamukallah” deyilir. Bu söz “Allah rəhmət eləsin” mənasında işlənir. Başqa dillərdə istifadəsini nəzərə alsaq, ingilis dilində “xeyir-dua” kimi ifadə edilir.ABŞ-da yaşayanlar “Allah rəhmət eləsin”, Yunanıstanda da türk xalqı kimi uzun ömür mənasını verən bir ifadə işlədirlər. Almaniyadakı fərdlər isə asqıran fərdlərin sağlam həyat sürməsini diləmək üçün “Gesundheit” sözündən istifadə edirlər.İfadənin işlədilmə tarixiAsqıran insanın sağlam olması üçün deyilən xoş arzular 1300-cü illərə gedib çıxır. O dövrdə bütün dünyaya yayılan vəba epidemiyası ilə asqıran adama çox yaşa demək ortaya çıxıb.Taun xəstəliyi səbəbilə insanlarda asqırmaq refleksi yaranırdı. Can itkisinə səbəb olan bu ölümcül xəstəlikdə insanlar həyata bağlandıqda şükür edirdilər. Bu səbəbdən o zamandan asqıran şəxslərə sağ qalmaları üçün şəfa diləmək adətə çevrilib.Asqırmağın Faydaları Nələrdir?Refleksiv bir davranış olan asqırma hərəkətinin fərdlər üçün bir çox faydası var. İnsanlar asqırdıqda beyin və ürək qanı pompalayır. Beləliklə, ürəyin və beynin daha sağlam işləməsində təsirli olur. Damarların genişlənməsi üçün də mükəmməldir. Fərdin ağciyərlərinə daxil olan zərərli sayıla biləcək maddələr asqırma yolu ilə bədəndən xaric olur.Asqırma zamanı ürək bir saniyəlik fəaliyyətini dayandırır, başqa sözlə, dayanır. O zaman ürək üçün bu dayanma hərəkəti, bir saniyəlik də olsa, fasiləsiz işdən sonra istirahət kimi ifadə edilir. Baş və ətrafdakı fərdlərin sinuslarının açılmasında da faydalı olaraq görülür.Saglamolun.Az

Polisomnoqrafiya ilə aşkarlanan gizli təhlükə - apnoye sindromu NƏDİR? 

Azərbaycanda son illər yuxu pozğunluqları ilə bağlı müraciətlərin sayı sürətlə artır. Xüsusilə xorultu, yuxuda nəfəs dayanması, xroniki yorğunluq və səbəbsiz yüksək təzyiqdən əziyyət çəkən şəxslər yuxu laboratoriyalarına yönləndirilir. Həkimlər bildirirlər ki, bir çox hallarda bu problemlərin arxasında “apnoye sindromu” dayanır.Oxu24.com xəbər verir  ki,polisomnoqrafiya isə bu xəstəliyin diaqnostikasında istifadə olunan əsas müayinə üsuludur.Polisomnoqrafiya yuxu zamanı bədənin funksiyalarını ölçən xüsusi diaqnostik testdir. Müayinə zamanı insanın yuxu mərhələləri, nəfəs ritmi, ürək döyüntüsü, qandakı oksigen səviyyəsi və bədən hərəkətləri izlənilir. Bu üsul əsasən yuxu pozğunluqlarını və yuxuda tənəffüs problemlərini, xüsusilə apnoye sindromunu müəyyən etmək üçün tətbiq olunur.Otolarinqoloqların sözlərinə görə, apnoye sindromu tənəffüs yollarının daralması nəticəsində yaranır və ağır hallarda həyati təhlükəyə səbəb ola bilər. Bildirilir ki, bu sindromdan əziyyət çəkən şəxslərdə yuxuda ölüm halları digərlərinə nisbətən təxminən 5 faiz daha çox müşahidə olunur.Qeyd olunur ki, yuxu zamanı nəfəsin qısa müddətli dayanması baş verir. Bu zaman insanı vəziyyətdən çıxarmaq üçün beyin davamlı şəkildə oyanır və orqanizmdə ciddi dəyişikliklər yaranır. Nəticədə arterial qan təzyiqi yüksəlir. Hazırda beynəlxalq tibbi statistikada yüksək təzyiqin əsas səbəblərindən biri kimi məhz apnoye sindromu göstərilir.Otolarinqoloqlar vurğulayırlar ki, problemin diaqnostikası yalnız yuxu zamanı mümkündür. Çünki sindrom özünü əsasən yuxuda göstərir.Araşdırmalara əsasən, 30 yaşdan yuxarı insanların təxminən 5 faizi bu sindromdan əziyyət çəkir. Yaş artdıqca risk daha da yüksəlir. 60 yaşdan yuxarı şəxslərin isə təxminən yarısında müxtəlif dərəcəli apnoye sindromu aşkarlanır.Azərbaycanda aparılan müşahidələr zamanı heç bir şikayəti olmayan sağlam insanlar üzərində də araşdırma aparılıb və məlum olub ki, ölkədə insanların təxminən 14 faizində bu sindroma rast gəlinə bilər.Xəstəlik əsasən 40 yaşdan sonra səbəbsiz kökəlmə, güclü xoruldama və nəzarət altına alınmayan yüksək təzyiqlə özünü büruzə verir. Apnoye sindromundan əziyyət çəkən şəxslər dərin yuxuya gedə bilmirlər. Bu isə piylərin əriməsinə cavabdeh olan somototrop hormonunun ifrazını azaldır və nəticədə insan sürətlə çəki almağa başlayır.Həkimlər bildirirlər ki, belə şəxslər ildə orta hesabla 5-6 kiloqram kökələ bilər. Bu isə tənəffüs yollarının daha da daralmasına və problemin ağırlaşmasına səbəb olur.Apnoye sindromu olan şəxslərdə şəkərli diabet, arterial hipertenziya, aritmiya, ürəyin işemik xəstəliyi, miokard infarktı, yaddaş zəifləməsi, görmə problemləri, beyin funksiyalarının pozulması və vaxtından əvvəl beyin qocalması riski artır. Bundan əlavə, hemorragik insult kimi həyati təhlükəli xəstəliklərin yaranma ehtimalı da yüksəlir.Otolarinqoloqlar bildirirlər ki, sindromun simptomları qeyri-spesifik olduğundan bir çox başqa xəstəliklə qarışdırıla bilər.Xəstəliyin ağırlıq dərəcəsi isə yuxu zamanı bir saat ərzində nəfəs dayanmasının sayına görə müəyyən edilir. Saatda 10-15 dəfə nəfəs dayanması yüngül, 15-30 dəfə ağır, 30-dan çox olması isə çox ağır forma hesab edilir.Apnoye sindromunun müalicəsi xəstəliyin formasına uyğun aparılır. Müalicə üsullarına dərman terapiyası, cərrahi əməliyyat və CPAP terapiyası daxildir. CPAP terapiyası zamanı xəstə ev şəraitində xüsusi maskadan istifadə edir və bu maska yuxu zamanı tənəffüs yollarını açıq saxlayır.Otolarinqoloqlar vurğulayırlar ki, düzgün və vaxtında diaqnoz həm yuxu keyfiyyətini, həm də ümumi həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.Hazırladı:Vüsal Qarabağlı

Beyin xərçənginin İLKİN ƏLAMƏTLƏRİ 

Baş ağrısı beyin xərçənginin ən çox görülən əlamətidir.Oxu24.com  məlumatına görə, bu barədə rusiyalı onkoloq, tibb elmləri namizədi Mixail Myasnyankin bildirib.O, eyni zamanda ilk mərhələlərdə xəstəliyin asemptomatik inkişaf etdiyini və müəyyənləşdirməyin çox çətin olduğunu qeyd edib.Həkimin sözlərinə görə, xərçəng başlayanda yorğunluq, başgicəllənmə, ürək bulanması, huşun itməsi, qıcolma, görmə və eşitmədə zəiflik kimi əlamətlər görünə bilər.Mütəxəssis orqanizmin vestibulyar işindən məsul olan orqanların zədələnməsinin yazı və danışıq qabiliyyətinin pozulmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.M.Myasnyankin ilk simptomlar görünəndə həkimə müraciət etməyin vacibliyini vurğulayıb.Saglamolun.Az

“Bu 3 şeyi acqarına etməyin” – Dietoloq mühüm xəbərdarlıq etdi  

Gündəlik qidalanma vərdişləri insan orqanizminin sağlamlığına birbaşa təsir edən əsas amillərdən biridir. Mütəxəssislər bildirir ki, xüsusilə acqarına edilən bəzi davranışlar mədə-bağırsaq sistemində ciddi narahatlıqlara səbəb ola bilər. Bu barədə Oxu24.com-a açıqlama verən dietoloq Ələkbər Hüseynov vacib məqamlara toxunaraq vətəndaşlara gündəlik həyat tərzində diqqətli olmağı tövsiyə edib.Dietoloqun sözlərinə görə, ilk növbədə acqarına qəhvə içmək vərdişi sağlamlıq üçün risk yarada bilər. Xüsusilə tünd və acı qəhvələr mədədə turşuluğun artmasına səbəb olur və bu da mədə divarının qıcıqlanması ilə nəticələnə bilər. Mütəxəssis qeyd edir ki, səhər saatlarında mədənin boş olduğu zaman qəhvə qəbul edildikdə mədə yanması, qastrit və ümumi narahatlıq halları daha çox müşahidə oluna bilər. Onun sözlərinə görə, qəhvəni yeməkdən sonra qəbul etmək daha təhlükəsiz hesab olunur.İkinci vacib məqam isə acqarına turş meyvələrin yeyilməsidir. Dietoloq bildirir ki, sitrus meyvələri və digər turş tərkibli qidalar boş mədədə qəbul edildikdə mədə divarını qıcıqlandırır. Bu isə xüsusilə həssas mədə sistemi olan insanlarda yanma hissi, köp və diskomfort yarada bilər. Ələkbər Hüseynov vurğulayır ki, bu cür meyvələr günün daha çox yeməkdən sonra və ya digər qidalarla birlikdə qəbul edilməlidir ki, mədəyə düşən təsir yumşaldılsın.Üçüncü mühüm xəbərdarlıq isə acqarına market və ya mağazaya getmək vərdişi ilə bağlıdır. İlk baxışda adi görünsə də, mütəxəssisin sözlərinə görə, ac insan alış-veriş zamanı daha emosional və impulsiv qərarlar verir. Bu isə planlaşdırılmamış və çox zaman yüksək kalorili, sağlamlığa uyğun olmayan məhsulların alınmasına səbəb olur. Dietoloq qeyd edir ki, tox qarına alış-veriş etmək həm sağlam qidalanma rejiminə nəzarəti asanlaşdırır, həm də lazımsız xərclərin qarşısını alır.Ələkbər Hüseynov əlavə edir ki, bu üç sadə qaydaya əməl etmək ümumi sağlamlıq vəziyyətinə müsbət təsir göstərir və xüsusilə mədə-bağırsaq problemlərinin qarşısının alınmasında mühüm rol oynayır. Onun sözlərinə görə, insanlar gündəlik vərdişlərinə diqqət etmədikdə, kiçik səhvlər zamanla ciddi sağlamlıq problemlərinə çevrilə bilər.Mütəxəssis sonda vətəndaşlara balanslı qidalanma, düzgün rejim və sağlam seçimlər etməyi tövsiyə edib.Hazırladı: Şahbaz

Burunda polip olanda bu əlamətlər yaranır -LOR XƏBƏRDARLIQ EDİR

Polip nəfəs alma keyfiyyətini ciddi poza bilər.Bu səbbədən də mütləq həkimə müraciət edilməlidir.Bu sözləri Oxu24.com-a açıqlamasında  lor Elmir Qəhrəmanlı bildirib.Həkimin sözlərinə görə,poliplərin ilkin  əlamətləri var. Bunları özündə hiss edən şəxs müayinə olunmalıdır.Lor poliplərin ilkin əlamətlərini də açıqlayıb: burun tıxanıqlığı ağızdan nəfəs alma iybilmənin zəifləməsi xoruldama tez-tez sinusit burunda doluluq hissi gecə nəfəs alma çətinliyi yorğunluq və keyfiyyətsiz yuxuHazırladı: Jalə

Ebola epidemiyası ilə bağlı XƏBƏRDARLIQ: Peyvəndin hazırlanması 9 aya qədər çəkə bilər 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında (KDR) yayılan nadir bir Ebola ştammına qarşı peyvəndin hazırlanmasının doqquz aya qədər çəkə biləcəyini açıqlayıb.Oxu24.com  xəbər verir ki, ÜST-ün məsləhətçisi Dr. Vasee Moorthy çərşənbə günü bildirib ki, “Bundibugyo” adlanan bu virus ştammına qarşı iki peyvənd namizədi hazırlanır, lakin heç biri hələ klinik sınaqlardan keçməyib.Yoluxma hallarının sayı artır: Beynəlxalq fövqəladə vəziyyət elan edilibÜST-ün baş direktoru Dr. Tedros Adhanom Ghebreyesus epidemiyada indiyə qədər 600 şübhəli halın və 139 şübhəli ölüm hadisəsinin olduğunu və virusun aşkarlanması üçün lazım olan vaxtı nəzərə alsaq, bu rəqəmlərin artacağı gözlənildiyini bildirib.Cenevrədə jurnalistlərə danışan Ghebreyesus ilk halın bildirildiyi KDR-də 51, qonşu Uqandada isə 2 halın təsdiqləndiyini bildirib.ÜST bazar günü epidemiya səbəbindən “beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti” elan edib, lakin vəziyyətin hələ pandemiya (qlobal epidemiya) səviyyəsində olmadığını vurğulayıb. Ghebreyesus bildirib ki, fövqəladə hallar komitəsinin risk qiymətləndirməsi epidemiyanın milli və regional səviyyədə yüksək, qlobal səviyyədə isə aşağı olduğunu göstərir.KDR-də təsdiqlənmiş yoluxma halları epidemiyanın episentri olan şərqdəki İturi bölgəsində, eləcə də Şimali Kivu əyalətində qeydə alınıb. Uqandanın Kampala şəhərində iki yoluxma halının KDR-ə səyahətdən qaynaqlandığı bildirilir və bu şəxslərdən biri ölüb.Səhiyyə mərkəzləri həddindən artıq yüklənibEpidemiyanın episentri olan İturi bölgəsindəki qızıl mədən şəhərlərindən gələn məlumatlar səhiyyə sisteminin gərgin vəziyyətdə olduğunu göstərir.Sərhədsiz Həkimlər (MSF) təşkilatının fövqəladə hallar proqramının meneceri Trish Newport bildirib ki, regiondakı müəssisələr şübhəli hallarla dolub və yer qalmayıb.Böyük Britaniya hökuməti epidemiyanın qarşısını almaq üçün ön cəbhədə çalışan səhiyyə işçiləri, infeksiya nəzarəti və xəstəliklərə nəzarət üçün 20 milyon funt sterlinqə qədər maliyyə ayıracağını açıqlayıb.İlk məlum epidemiyanın hadisəsi 24 apreldə İturi əyalətinin paytaxtı Bunia şəhərində vəfat edən tibb bacısı idi. Səlahiyyətlilər virusun nə qədər müddətdir yayıldığını müəyyən etmək üçün araşdırmalarını davam etdirirlər.Bundibugyo ştammı və peyvənd çatışmazlığıİnsanlarda xəstəlik yaradan Ebola virusunun dörd məlum ştammı var. Ölkənin əvvəllər tez-tez rast gəlinən “Zaire” ştammından fərqli olaraq, on ildən artıqdır ki, müşahidə olunmayan “Bundibugyo” ştammı epidemiyanın qarşısını almağı çətinləşdirir.Əvvəllər yalnız 2007-ci ildə Uqandada və 2012-ci ildə Konqo Demokratik Respublikasında müşahidə edilən Bundibugyo ştammı yoluxanların təxminən üçdə birinin ölümünə səbəb olub. Ölüm nisbəti digər Ebola ştammlarından daha aşağı olsa da, nadir olması ona qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicənin olmaması deməkdir.ÜST rəsmiləri hazırda mövcud olan eksperimental peyvəndlərin birincisinin hazır olması üçün 6-9 ay vaxt lazım olacağını təxmin edirlər.COVID-19 peyvənd platformasına bənzər texnologiyadan istifadə edilərək istehsal edilən ikinci bir peyvənd namizədi heyvan təcrübələrinin nəticələrindən asılı olaraq 2 və ya 3 ay ərzində klinik sınaqlara hazır ola bilər, lakin bu proses boyunca qeyri-müəyyənliklər yüksək olaraq qalır.(Təzadlar)

Körpələr qusarkən təhlükə varmı?

Uşaqlar qusarkən nəyə diqqət edilməlidir?Mövzu ilə bağlı Oxu24.com-a danışan həkim Afət İbrahimli bildirib ki,körpələrdə qusma və gəyirmə bir çox hallarda normal hal sayılır. Hətta uşaq orqanizminin statusuna görə belə olması lazımdır. Biz pediatrlar bunu fizioloji hal kimi qiymətləndiririk. Amma qusmalar müxtəlif cür və müxtəlif xarakterdə olur. Patalogiya və ya fizioloji hal olduğu müayinə zamanı aydınlaşdırılır.Nigar

Kök uşaqlarla bağlı AÇIQLAMA

Kök uşaqlarda hansı problem olur?Mövzu ilə bağlı Oxu24.com-a danışan həkim Afət İbrahimli bildirib ki,uşaqlarda piylənmə zamanı yaşına və boyuna görə olması çox kök olan uşaqlarda aşağıdakı problemlər yarana bilər:Qız uşaqlarında yetkinliyə erkən girməOğlan uşaqlarında ginekomastopatiya deyilən döş böyüməsiOğlan uşaqlarında damar tutulmalarına bağlı olaraq irəli yaşlarda spermanın keyfiyyətində düşməsiAyaq aralarında və dərinin qıvrım bölgələrində sürtünməyə bağlı olaraq pişşikDəri altı yağ toxumasının artmasına bağlı olaraq dəri infeksiyalarıDüz dabanlılıq, qıçlarda əyrilik kimi ortopedik problemlərQol və ayaqlarda kökəlməQandakı yağların (lipidlərin) artması ilə bağlı olaraq erkən yaşda ürək damar xəstəlikləriNəfəs alıb vermədə çətinlik, tənəffüs çətinlikləriBalansız qidalanmaya bağlı olaraq immunitet sisteminin zəif qalması və tez-tez infeksion xəstəliklərinin keçirilməsiHəyatın erkən dövrlərində ürək, şəkər, təzyiq və xərçəng kimi xəstəliklərə uyğunluğun artması kimi sağlamlıq problemləri və s. çox sıxlıqla görülməkdədir.Jalə

Qarnımız niyə ağrıyır?

Uşaqların qarnı niyə ağrıyır?Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim Afət İbrahimli bildirib ki,qarın ağrısını əvvəlcə müddətinə görə təsnif etmək lazımdır. Qısa davamlı (kəskin) qarın ağrısı ümumiyyətlə altda yatan bir xəstəliyə bağlı əlamətdir. Yaş qruplarına bağlı olaraq altda yatan xəstəliklər bir-birindən çox fərqli ola bilər. Yenidoğan dövründə anadangəlmə inkişaf qüsurları, bağırsaq dövrləri və tıxanıqları, mekonium tıxaclarının kimi xəstəliklər görülərkən irəliləyən yaşlarda, 2 yaş əvvəlində yırtıqlar, daha sonrakı dövrlərdə də appendisit kimi cərrahi patologiyalar görülə bilər. Mütləq həkimə müraciət edilməlidir.Jalə

D vitamini haqqında bilinməyən FAKT AÇIQLANDI

D vitamini prediabeti olan bəzi insanlarda şəkər xəstəliyinin (tip 2 diabet) qarşısını ala bilər. Lakin araşdırmalar göstərir ki, bu fayda bədənimizin genetik quruluşundan asılıdır.Bunu Oxu24.com-a həkim Fərhad Burzu bildirib.D vitamininin bədəndə işləməsi üçün xüsusi qəbuledicilərə (reseptorlara) ehtiyacı var. İnsanların genetikası fərqli olduğu üçün bu qəbuledicilər də fərqli işləyir. Nəticədə D vitamini bəzi insanlara kömək edir, bəzilərinə isə təsir göstərmir.Aparılmış bir araşdırmada prediabet diaqnozu qoyulmuş 2000-dən çox insanın məlumatlarını incələyiblər. Bu insanlar iki qrupa bölünüb və hər qrup gündəlik yüksək dozada (4000 IU) D3 vitamini qəbul edib.Təxminən 2.5 il davam edən analizlər nəticəsində məlum olubki "CC" və ya "AC" genotipinə sahib olanlarda D vitamini şəkər xəstəliyi riskini 19% azaldıb. "AA" genotipinə sahib olanlarda isə demək olar ki, heç bir təsir göstərməyib.Tip 2 diabet çox mürəkkəb xəstəlikdir və bədəndə onunla bağlı 500-dən çox genetik faktor var. D vitamini bu böyük sistemin sadəcə kiçik bir hissəsidir və təsiri hər insanda eyni olmur. Gələcəkdə genetik testlər sayəsində hər xəstə üçün daha uyğun və fərdi müalicə seçmək mümkün ola bilər.Şahbaz

Ürəyi dayanan professor həyata belə qaytarıldı - ANBAAN GÖRÜNTÜLƏR - VİDEO

70 yaşlı professor Hikmət Əlizadə iş yerində özünü narahat hiss etdikdən sonra Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım xidmətinə müraciət edib.Oxu24.com xəbər verir ki, hadisə yerinə çatdırılan təcili tibbi yardım briqadası tərəfindən pasiyentdə döş qəfəsində güclü ağrı, arterial təzyiqin enməsi və ürək döyüntülərinin sürətlənməsi müşahidə olunub.Mərkəzi Gömrük Hospitalına çatdırılarkən Hikmət Əlizadənin ürəyi dayanıb və dərhal təxirəsalınmaz reanimasiya tədbirlərinə başlanılıb. Təxminən 20-30 dəqiqə davam edən intensiv ürək masajı və reanimasiya tədbirləri nəticəsində pasiyentin həyati göstəricilərini bərpa etmək mümkün olub.Mərkəzi Gömrük Hospitalının rəisi -Baş həkimi Bəxtiyar Musayevin rəhbərliyi, Kardiologiya şöbəsinin rəisi, invaziv-kardioloq İlqar Tahiroğlu, Əməliyyatxana, Reanimasiya və Anesteziologiya şöbəsinin anestezioloq-reanimatoloqlar Xəyal Məmmədov, Günel Cəfərova, Təcili tibbi yardım şöbəsinin rəisi, təcili tibbi yardım həkimi Füzuli Abışov və hospitalın peşəkar tibbi heyətinin operativ müdaxiləsi nəticəsində pasiyentə dərhal yüksək ixtisaslı tibbi yardım göstərilib./Yeni Sabah/Həmin görüntüləri təqdim edirik:

Dil üzərindəki ağ ərp nədən yaranır? – AÇIQLANDI

Mədə və həzm sistemi problemləri yaşayan insanlarda tez-tez rast gəlinən şikayətlərdən biri də dilin üzərində ağ ərpin yaranmasıdır. Bir çox pasiyent bunu birbaşa mədə xəstəlikləri ilə əlaqələndirsə də, mütəxəssislər bildirirlər ki, bu əlamətin səbəbi təkcə mədə olmaya bilər.Mövzu ilə bağlı mütəxəssislər qeyd edirlər ki, dilin üzərində ağ ərpin əmələ gəlməsi bəzən ağız boşluğunun gigiyenası, bağırsaq mikroflorasının pozulması, öd durğunluğu, vitamin çatışmazlığı və ya həzm sistemindəki digər problemlərlə əlaqəli ola bilər.Həkimlərin sözlərinə görə, xüsusilə mədədə atrofiya, həzm pozğunluğu və öd axınının zəifləməsi olan şəxslərdə qidaların tam sorulmaması nəticəsində orqanizmdə müxtəlif dəyişikliklər yaranır. Bu zaman həm bağırsaq fəaliyyəti zəifləyir, həm də dil səthində ağ ərp müşahidə oluna bilir.Mütəxəssislər bildirirlər ki, xalq təbabətində istifadə olunan bəzi bitki dəmləmələri, xüsusilə solmazçiçəyi (ölməzçiçək) öd axınının yaxşılaşmasına kömək edə bilər. Onun öd kisəsinin fəaliyyətini stimullaşdırdığı, qatı ödü durulaşdırdığı və öd istehsalını artırdığı qeyd olunur.Həkimlərə görə, öd mübadiləsinin düzgün işləməsi orqanizm üçün olduqca vacibdir. Çünki öd qidaların, xüsusilə yağların parçalanmasına və vitamin-mineralların sorulmasına kömək edir. Əgər öd normal şəkildə ifraz olunmursa, insanlarda köp, həzmsizlik, vitamin çatışmazlığı, halsızlıq və bağırsaq problemləri yarana bilər.Mütəxəssislər qeyd edirlər ki, qara ciyərdə istehsal olunan ödün böyük hissəsi bağırsaqlarda yenidən sorularaq orqanizmdə dövriyyəyə qayıdır. Bu sistemin pozulması həm həzm prosesinə, həm də ümumi sağlamlığa mənfi təsir göstərə bilər.Bununla yanaşı, həkimlər xəbərdarlıq edirlər ki, dil üzərində uzun müddət davam edən ağ ərp göbələk infeksiyası, vitamin B12 çatışmazlığı, ağız boşluğu xəstəlikləri və ya digər ciddi problemlərin də əlaməti ola bilər. Buna görə də özbaşına müalicə aparmaq əvəzinə mütəxəssis müayinəsindən keçmək tövsiyə olunur.Həkimlər bildirirlər ki, düzgün qidalanma, kifayət qədər su qəbulu, ağız gigiyenasına diqqət və həzm sisteminin vaxtında müalicəsi bu kimi problemlərin qarşısını almaqda mühüm rol oynayır.Jalə

Narkotik və alkoqol qara ciyəri necə məhv edir? – Nevroloq AÇQILADI

Qara ciyər və böyrəklər insan orqanizminin ən vacib müdafiə və təmizləmə sistemlərindən hesab olunur. Bu orqanlar bədənə daxil olan zərərli maddələrin zərərsizləşdirilməsi və qanın təmizlənməsi funksiyasını yerinə yetirir. Lakin narkotik vasitələr və alkoqolun uzunmüddətli istifadəsi zamanla bu həyati vacib orqanların fəaliyyətini ciddi şəkildə pozur.Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən nevroloq Qalib Əsədov bildirib ki, qara ciyər insan orqanizminin əsas “laboratoriyası” hesab olunur və bağırsaqlardan sorulan bütün maddələr ilk olaraq qara ciyərə daxil olur.Onun sözlərinə görə, qida və digər maddələr bağırsaqlardan sorulduqdan sonra qapı venası vasitəsilə qara ciyərə çatır. Burada həmin maddələr süzülür, zərərli komponentlər parçalanır və yalnız bundan sonra ümumi qan dövranına ötürülür.Qalib Əsədov qeyd edib ki, narkotik vasitələr və alkoqol qəbul edildikdə qara ciyər və böyrəklər həmin toksik maddələri zərərsizləşdirməyə çalışır. Lakin insan davamlı şəkildə yeni dozalar qəbul etdikcə orqanizm fasiləsiz yük altında qalır.Nevroloqun sözlərinə görə, xüsusilə uzun müddətli narkotik və alkoqol istifadəsi qara ciyər hüceyrələrinin – hepatositlərin məhvinə səbəb olur. Bu proses illər ərzində davam etdikdə qara ciyərin normal fəaliyyəti zəifləyir və ciddi xəstəliklər yaranmağa başlayır.Qalib Əsədov vurğulayıb ki, qara ciyər müəyyən həddə qədər özünü bərpa edə bilən orqandır. Lakin toksiki maddələrin təsiri uzun müddət davam etdikdə orqanda geri dönməyən dəyişikliklər başlayır. Bu dəyişikliklərin ən ağır formalarından biri isə sirrozdur.Həkim bildirib ki, sirroz zamanı qara ciyər artıq qanı normal şəkildə təmizləyə bilmir, nəticədə orqanizmdə ciddi pozğunluqlar yaranır. Bu xəstələrdə qarında maye toplanması, zəiflik, sarılıq, iştahasızlıq və digər ağır simptomlar müşahidə edilir.Nevroloq qeyd edib ki, qara ciyərin konkret xəstəliklərinə uyğun xüsusi müalicə üsulları tətbiq olunur. Məsələn, hepatitlər üçün ayrıca dərman preparatları, sirroz üçün isə fərqli müalicə yanaşmaları mövcuddur. Lakin toksiki maddələrin davamlı istifadəsi müalicə prosesini daha da çətinləşdirir.Qalib Əsədov əlavə edib ki, alkoqol və narkotik vasitələr təkcə qara ciyərə deyil, eyni zamanda böyrəklərə, sinir sisteminə və digər daxili orqanlara da ciddi zərər vurur.Mütəxəssis insanlara sağlam həyat tərzinə üstünlük verməyi, alkoqol və narkotik vasitələrdən uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, orqanizmi məhv edən bu vərdişlərdən qorunmaq bir çox ağır xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır.JALƏ

Dərman qutularındakı CR, SR, XR, MR nə deməkdir? – Çoxlarının bilmədiyi vacib məqam  

Bir çox insan dərman qutularının üzərində yazılan CR, SR, XR, MR, ODT və EC kimi qısaltmaları görsə də, onların nə mənaya gəldiyini bilmir. Halbuki bu işarələr sadəcə texniki ad deyil, dərmanın orqanizmdə necə təsir göstərəcəyini və necə qəbul edilməli olduğunu müəyyən edən vacib göstəricilərdir.Oxu24.com xəbər verir  ki, mütəxəssislər bildirirlər ki, dərmanın üzərində yazılan bu qısaltmalar onun bədəndə sorulma sürətini, təsir müddətini və istifadə qaydasını göstərir. Buna görə də həmin preparatları düzgün istifadə etməmək dərmanın effektini azalda və hətta yan təsirləri artıra bilər.Ən çox rast gəlinən qısaltmalardan biri CR və SR-dir. Bu ifadələr “kontrollu” və ya “yavaş buraxılan” dərman forması deməkdir. Belə preparatlar bədəndə tədricən həll olur və təsirini uzun müddət ərzində göstərir. Bu səbəbdən gün ərzində daha az qəbul edilir və qanda dərman səviyyəsini daha stabil saxlayır.XR və MR yazılan preparatlar isə “uzadılmış təsirli” dərmanlar hesab olunur. Bu tip preparatlar dərmanın birdən-birə deyil, mərhələli şəkildə orqanizmə keçməsini təmin edir. Nəticədə təsir daha uzunmüddətli və stabil olur.ODT qısaltması isə ağızda əriyən tabletləri ifadə edir. Bu dərmanlar su olmadan belə qəbul edilə bilər və ağız boşluğunda sürətlə həll olur. Xüsusilə udmaqda çətinlik çəkən şəxslər üçün belə preparatlar daha rahat hesab olunur.EC və ya “enterik örtüklü” preparatlar isə mədədə deyil, bağırsaqda həll olur. Bu texnologiya dərmanın mədə turşusundan qorunmasına və birbaşa bağırsaqda təsir göstərməsinə kömək edir. Eyni zamanda mədə qıcıqlanmasının qarşısını almaq üçün istifadə olunur.Mütəxəssislər xəbərdarlıq edirlər ki, CR, SR, XR və MR tipli dərmanları qətiyyən bölmək, sındırmaq və ya çeynəmək olmaz. Çünki həmin preparatların xüsusi qoruyucu örtüyü var və bu örtük pozulduqda dərman birdən-birə orqanizmə keçə bilər. Bu isə həm təsirin pozulmasına, həm də yan təsirlərin artmasına səbəb ola bilər.Həkimlər qeyd edirlər ki, yalnız bəzi sadə tabletlər üzərində xüsusi bölmə xətti olduqda və həkim məsləhəti ilə iki hissəyə bölünə bilər. Lakin bağırsaqda həll olan, ağızda əriyən və uzunmüddətli təsirə malik preparatların bölünməsi təhlükəli hesab olunur.Mütəxəssislər vurğulayırlar ki, dərmanın forması onun təsir mexanizminin əsas hissəsidir. Buna görə də preparatları qəbul etməzdən əvvəl qutunun üzərindəki işarələrə diqqət etmək və həkim və ya əczaçı məsləhətinə əməl etmək vacibdir.Nigar

ALT və AST göstəriciləri heç də həmişə xəstəliyin ağırlıq dərəcəsi ilə uyğun gəlmir

ALT, AST qaraciyər sağlamlığını yoxlamaq üçün ən çox istifadə olunan analizdir və qaraciyər hüceyrələrinin zədələnmələri zamanı yüksəlir.Bunu Oxu24.com-a infeksionist Roza Murad bildirib.Həkimin sözlərinə görə, bilmək lazımdır ki, ALT və AST göstəriciləri heç də həmişə xəstəliyin ağırlıq dərəcəsi ilə uyğun gəlmir.Bu fermentlərin mülayim yüksəlmələri çox vaxt xroniki qaraciyər xəstəliklərinə işarət edir. Hətta sirroz kimi ağır hallarda belə normal sərhədlər daxilində görünə bilər.Buna görə də qaraciyər sağlamlığının təkcə ALT, AST ilə deyil, xəstənin ümumi kliniki vəziyyəti, digər qaraciyər funksional testləri və görüntüləmə müayinələri ilə birlikdə dəyərləndirilməsi tövsiyə olunur.Nigar

QSOFA nədir və xəstə yaxınları nələrə diqqət etməlidir?

Təəssüf ki, tez-tez evdə gecikdirilərək kritik həddə ağırlaşmış xəstələr görməli oluruq. Xüsusilə yaşlı xəstələr arasında "keçər, düzələr, adi xəstəlikdir" deyərək müalicə olunmayan sadə yuxarı tənəffüs yolu, sidik yolu infeksiyalarının bəzən ağır sepsis, septik şok, müxtəlif ensefalopatiyalarla və s. nəticələnə bilir.Bəs qSOFA nədir və xəstə yaxınları nələrə diqqət etməlidir?Mövzu ilə bağlı oxu24.com-a danışan  infeksionist Roza Murad bildirib ki,qSOFA - infeksion şübhəsi olan xəstələrdə vəziyyətin ağırlığını və ölüm riskini sürətlə təyin etmək üçün istifadə olunan 3 parametrli sadə bir şkaladır. Hər hansı laborator analiz tələb etmədiyi üçün ağır xəstəni evdə də qSOFA ilə qiymətləndirmək mümkündür.Bu parametrlər hansılardır?1) Tənəffüs sayının artması - dəqiqəlik tənəffüs sayının 22 dən artıq olması - bəsit şəkildə smartfonunuzun taymerindən istifadə etməklə 1 dəqiqə ərzindəki tənəffüs almasını və ya verməsini (ikisindən biri) saymaqla öyrənmək olar2) Sistolik(yuxarı təzyiq) qan təzyiqinin <100 mmHg aşağı olması. İşlək təzyiqi davamlı yüksək olan xəstələrdə isə bu onun gündəlik ölçülən təzyiqindən 30-40 mm aşağı olması halında da nəzərə alınmalıdır. Yəni, məsələn gündəlik təzyiqi 180 mm olan biri üçün 150 mm və aşağısı həyəcan təbili ola bilər. Sadə təzyiqölçən cihazlarla ailə üzvlərinizin təzyiqinə nəzarət edə bilərsiniz.3) Huşun alaqaranlıqlaşması - bu ən yanlış anlaşılandır. Çünki, huş dəyişikliyi dedikdə əksər hallarda bayılma, koma başa düşülür.Lakin, xüsusən 65+yaşlı, şəkərli diabeti olan, yanaşı ürək, böyrək, qaraciyər, ağciyər xəstəliyi olan xəstələrdə ilk başda özünü sadə yuxululuq halının olması - söhbət əsnasında yuxulayır, çağırdıqda tam oyana bilmir; gözlənilməz aqressiivlik; cümlə qura bilməmə - çağırışa qırıq-qırıq sözlər, anlaqsız səslərlə cavab verir; səndələmə, evin içində istiqaməti təyin edə bilməmə kimi göstərə bilər. Daha ağır mərhələdə isə xəstə gözünü açmır, səsə ağrıya reaksiya vermir.Bu 3 haldan hər biri ciddidir və həyati əhəmiyyətlidir.Xüsusilə 3 - cü punktda olan əlamətləri olan xəstənin artıq tam adekvat olmadığını nəzərə alın və imtina etməsinə baxmayaraq dərhal təcili yardıma və ya xəstəxanaya müraciət edin.Nigar

Hansı peşə sahiblərində göz xəstəlikləri daha çox rast gəlinir? – Oftalmoloqdan açıqlama  

Göz sağlamlığı bir çox amillərlə yanaşı, insanın işlədiyi mühitdən də birbaşa asılıdır. Gün ərzində uzun müddət çətin şəraitdə işləmək, yüksək temperatur, külək, toz və ya ekran qarşısında fasiləsiz fəaliyyət göz xəstəliklərinin yaranma riskini artıra bilər.Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən oftalmoloq Benjamin Kərimov bildirir ki, göz xəstəliklərinə ən çox məruz qalan ilk qrup açıq havada, kəskin iqlim şəraitində çalışan insanlardır. Buraya çöldə işləyən mühəndislər, fermerlər və fiziki əmək fəaliyyəti ilə məşğul olan şəxslər daxildir. Onların gözləri günəş şüası, isti hava və külək kimi xarici təsirlərə daha çox məruz qalır.Həkimin sözlərinə görə, ikinci risk qrupuna yüksək temperatur və istilik mənbələri ilə işləyən şəxslər daxildir. Bu sahəyə metallurgiya, istehsalat sexləri və soba, od və ya yüksək istiliklə bağlı işlərdə çalışan insanlar aiddir. Belə mühitlərdə göz quruluğu və qıcıqlanma halları daha tez-tez müşahidə olunur.Benjamin Kərimov qeyd edir ki, üçüncü risk qrupu isə uzun müddət kompüter və rəqəmsal ekran qarşısında işləyən insanlardır. Xüsusilə İT sektorunda çalışanlar gün ərzində fasiləsiz ekran istifadəsi səbəbindən göz yorğunluğu, quruluq, bulanıq görmə və diqqət azalması kimi problemlərlə daha çox üzləşirlər.Mütəxəssis bildirir ki, bu halların qarşısını almaq üçün düzgün iş rejimi, müntəzəm fasilələr və gözlərin dincəlməsi vacibdir. Eyni zamanda açıq havada işləyən şəxslər üçün qoruyucu eynəklərdən istifadə, kompüter qarşısında çalışanlar üçün isə 20-20-20 qaydasına əməl etmək tövsiyə olunur.Benjamin Kərimov vurğulayır ki, göz xəstəlikləri təkcə genetik və ya yaşla bağlı deyil, həm də gündəlik iş şəraiti ilə birbaşa əlaqəlidir və vaxtında profilaktik tədbirlər görmək ciddi problemlərin qarşısını ala bilər.Şahbaz

Telefonu olan hər kəs OXUSUN: Bu cür istifadə...

Gündəlik hər birimiz telefondan istifadə edirik.Bəs,telefona baxmaq gözə zərərlidirmi?Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən oftalmoloq Benjamin Kərimov bildirir ki, telefon ekranından yayılan işıq birbaşa gözə ciddi zərər verən şüa hesab olunmur. Onun sözlərinə görə, göz sağlamlığı üçün əsas risk telefonun özü deyil, uzun müddət fasiləsiz və yaxın məsafədən istifadəsidir.Son dövrlərdə sosial şəbəkələrdə telefonun gözləri zəiflətdiyi və ciddi görmə problemlərinə səbəb olduğu barədə müxtəlif iddialar yayılır. Lakin mütəxəssisin fikrincə, bu məlumatların böyük hissəsi elmi cəhətdən tam təsdiqini tapmayıb.Həkim qeyd edir ki, insan gözünə ən zərərli təsir günəşdən gələn ultrabənövşəyi (UV) şüalardır. Telefon ekranından yayılan “blue light” (mavi işıq) isə gündəlik istifadə səviyyəsində qalıcı və ciddi göz zədələnməsi yaratmır.Benjamin Kərimov vurğulayır ki, telefon və kitabdan oxumaq arasında gözə zərər baxımından ciddi fərq yoxdur. Əsas problem uzun müddət fasiləsiz yaxın məsafəyə baxmaqdır ki, bu da göz yorğunluğu, quruluq və müvəqqəti görmə zəifliyinə səbəb ola bilər.Mütəxəssislər bu kimi halların qarşısını almaq üçün “20-20-20” qaydasına əməl etməyi tövsiyə edirlər. Yəni hər 20 dəqiqədən bir 20 saniyə ərzində təxminən 6 metr uzağa baxmaq gözlərin dincəlməsinə kömək edir.Nəticə olaraq, Benjamin Kərimov bildirir ki, telefon düzgün istifadə edildiyi halda göz üçün təhlükəli deyil, əsas risk istifadə vərdişlərinin səhv olmasıdır.Nigar

Sinə ağrısı və təngnəfəslik nəyi xəbər verir? – Kardioloqdan vacib açıqlama  

Ürək-damar xəstəlikləri dünyada ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir və çox zaman ilkin mərhələdə adi yorğunluq, stress və ya gündəlik halsızlıq kimi qəbul edilir. Halbuki bəzi əlamətlər var ki, onlar bəzən ciddi ürək xəstəliklərinin ilk siqnalı ola bilər. Bu səbəbdən sinə nahiyəsində ağrı, təngnəfəslik və ümumi halsızlıq kimi şikayətlərə laqeyd yanaşmaq olmaz.Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən kardioloq Aytən Musayeva bildirir ki, ürək xəstəliklərində simptomların xarakteri diaqnostika üçün həlledici rol oynayır. Onun sözlərinə görə, bəzi pasiyentlərdə xəstəlik uzun müddət yalnız tez yorulma, fiziki aktivliyə dözümsüzlük və ümumi enerji azalması kimi qeyri-spesifik əlamətlərlə özünü göstərə bilər.Həkim qeyd edir ki, xüsusilə sinə ağrısının forması və davranışı çox vacibdir. Gənc yaşlarda rast gəlinən iynəbatırma və ya sancı tipli ağrılar daha çox sinir sistemi və ya əzələ mənşəli ola bilər. Lakin sinədə sıxılma, göynəmə, ağırlıq hissi və “təzyiq varmış kimi” hiss edilən ağrılar ürək-damar sistemində ciddi problemlərə işarə edə bilər.Aytən Musayeva vurğulayır ki, ağrının davamlı və ya tutma şəklində olması da mühüm diaqnostik əlamətdir. Səhərdən axşama qədər eyni formada davam edən ağrılar çox zaman tipik ürək ağrısı sayılmır. Əsas diqqət ağrının fiziki hərəkət zamanı artması, istirahətdə azalması və ya müəyyən dərmanlara cavab verməsi istiqamətində olmalıdır.Eyni zamanda ağrının yayılma xüsusiyyəti də ciddi göstərici hesab edilir. Sinə ağrısının sol qola, kürəyə, boyuna və çənəyə yayılması ürək mənşəli problemlər üçün daha xarakterik əlamətlərdəndir. Bu hallarda xüsusilə infarkt və ya damar daralması kimi riskli vəziyyətlər istisna edilməməlidir.Təngnəfəslik isə çox zaman xəstələrin gec fərq etdiyi, lakin mühüm əlamətlərdən biridir. Kiçik fiziki aktivlik zamanı belə nəfəs darlığının yaranması, pilləkən qalxarkən tez dayanma ehtiyacı və normal gəzintidə belə yorulma ürək çatışmazlığının ilkin əlaməti ola bilər. Aytən Musayeva bildirir ki, bu vəziyyət xüsusilə risk qrupunda olan şəxslərdə — şəkərli diabeti olanlarda və yüksək təzyiq xəstələrində daha “səssiz” şəkildə irəliləyə bilər.Mütəxəssis əlavə edir ki, belə şikayətləri olan şəxslər vaxt itirmədən həkimə müraciət etməlidir. İlkin mərhələdə aparılan EKQ müayinəsi, exokardioqrafiya, qan analizləri və lazım gəldikdə stress test və koronar angioqrafiya ürək-damar xəstəliklərinin erkən aşkarlanmasında mühüm rol oynayır. Erkən diaqnoz isə həm ağırlaşmaların qarşısını alır, həm də müalicənin effektivliyini artırır.Ümumilikdə, kardioloqlar bildirir ki, sinə ağrısı və təngnəfəslik kimi əlamətlər heç vaxt “keçər” deyə gözardı edilməməli, mütləq peşəkar tibbi qiymətləndirmə aparılmalıdır.Nigar

Hepatit B ilə bağlı AÇIQLAMA 

Hepatit B-də yoluxuculuq virus yükü ilə birbaşa əlaqəlidir. Yəni, virus varsa yoluxma da var və virus miqdarı artdıqca yoluxma riski də artır.Bunu oxu24.com-a infeksionist  Roza Murad bildirib.Buna görə də həm aktiv xəstələr, həm də inaktiv daşıyıcılar xəstəliyi başqalarına yoluxdura bilər.Müalicəyə başlamış xəstələrdə virus yükü ciddi dərəcədə azala, hətta aşkar edilməyəcək səviyyələrə düşə bilər, bununla birlikdə yoluxduruculuq qabiliyyəti də xeyli azalır, lakin yenə də risk mövcuddur.Kəskin Hepatit B keçirib sağalan şəxslər sağlam sayılır və yoluxucu hesab edilmir. Lakin bu şəxslərin qan donorluğu tövsiyə edilmir.Jalı

Siqaret xərçəng yaradır?

Uşaqlıq boynu xərçənginin əsas səbəbləri yüksək riskli HPV virusuna yoluxmaq və siqaret çəkməkdir. Yaxşı xəbər odur ki, uşaqlıq boynu xərçəngindən qorunmaq mümkündür.Bunu Oxu24.com-a açıqlamasında Onkoloq -mammoloq   Rena Niftaliyeva bildirib.Həkim  Uşaqlıq boynu xərçəngdən qorunmağın yollarını da açıqlayıb. HPV peyvəndi: Bu yüksək riskli HPV virusuna qarşı immun sistemini gücləndirir, ən effektiv müdafiə üsullarından biridir. Pap test: uşaqlıq boynu hüceyrələrində olan xərçəngönü dəyişiklikləri erkən aşkarlayaraq vaxtında qarşısını almağa kömək edir. Təhlükəsiz cinsi əlaqə: cinsi yolla keçən infeksiyalardan qorunmaq. Sağlam həyat tərzi: Siqaret çəkməmək və sağlam qidalanmaq xərçəng riskini azalda bilər. HPV virusuna qarşı İNTEQRATİV TİBBLƏ MÜALİCƏ. Bu müalicə immun sistemini aktivləşdirərək papilloma virusunu bədəndən qovur, beləliklə virusun xərçəng yaratmasının qarşısını alır. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində virusa yoluxmuş pasiyentlər bu üsulla müalicə olunur, qısa müddət ərzində HPV testi neqativləşir.. Unutmayın! Vaxtında müayinə xərçəngdən qoruyur. Sağlamlığınıza diqqət edin və müntəzəm müayinələr keçin!Jalə

İsti havalarda qida zəhərlənmələri niyə artır?  

Yay aylarında havaların temperaturunun yüksəlməsi ilə birlikdə qida zəhərlənmələrinin sayı da ciddi şəkildə artır. Xüsusilə düzgün saxlanılmayan və açıq havada uzun müddət qalan qidalar insan sağlamlığı üçün təhlükəli hesab olunur. Mütəxəssislər bildirirlər ki, isti hava bakteriyaların və müxtəlif mikroorqanizmlərin çoxalması üçün ən əlverişli mühit yaradır.Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən qastroenteroloq Tərlan Qasımov qeyd edib ki, isti havalarda qida məhsullarında mikrobların çoxalma sürəti dəfələrlə artır və bu da zəhərlənmə riskini yüksəldir.Həkimin sözlərinə görə, xüsusilə soyuducudan kənarda saxlanılan qidalar qısa müddətdə təhlükəli hala gələ bilir. Ən riskli məhsullar sırasında isə mayonezli salatlar, kremli şirniyyatlar, süd məhsulları, açıq havada satılan fast-food məhsulları və uzun müddət isti şəraitdə qalan dönərlər yer alır.Tərlan Qasımov bildirib ki, yay aylarında insanların ən çox yol verdiyi səhvlərdən biri bişmiş yeməkləri saatlarla otaq temperaturunda və ya açıq havada saxlamaqdır.“Bəzi insanlar düşünür ki, yeməyin görünüşündə və ya qoxusunda dəyişiklik yoxdursa, onu istifadə etmək olar. Halbuki bakteriyalar çox vaxt qidanın dadını və görünüşünü dəyişmədən sürətlə çoxala bilir”, – deyə həkim vurğulayıb.Qastroenteroloq qeyd edib ki, xüsusilə toy məclislərində, pikniklərdə və açıq havada təşkil olunan tədbirlərdə qidaların düzgün saxlanmaması kütləvi zəhərlənmələrə səbəb ola bilər.Ekspertin sözlərinə görə, isti havalarda süd məhsulları və mayonez tərkibli yeməklər daha tez xarab olur. Kremli tortlar və şirniyyatlar isə bakteriyaların inkişafı üçün ən uyğun qidalardan hesab edilir.Həkim əlavə edib ki, küçə şəraitində uzun müddət saxlanılan dönər və digər ət məhsulları da ciddi risk yaradır. Xüsusilə temperatur rejiminə əməl edilmədikdə qida təhlükəsizliyi pozulur və nəticədə insan orqanizmində ağır bağırsaq infeksiyaları yarana bilir.Tərlan Qasımov bildirib ki, qida zəhərlənmələrinin əsas əlamətləri arasında ürəkbulanma, qusma, ishal, qarın ağrısı, halsızlıq və qızdırma yer alır. Bəzi hallarda isə susuzlaşma və ciddi elektrolit pozğunluqları müşahidə oluna bilər.Qastroenteroloq xəbərdarlıq edib ki, xüsusilə uşaqlarda, yaşlı insanlarda və xroniki xəstəliyi olan şəxslərdə qida zəhərlənməsi daha ağır keçə bilər. Bu səbəbdən əlamətlər yarandığı halda özbaşına müalicə ilə vaxt itirmək düzgün deyil.“Əgər yeməkdən sonra qusma, ürəkbulanma, ishal, yüksək hərarət və ya güclü halsızlıq yaranırsa, mütləq həkimə müraciət olunmalıdır. Çünki bəzi qida zəhərlənmələri ciddi fəsadlara səbəb ola bilər”, – deyə həkim bildirib.Mütəxəssis vətəndaşlara yay aylarında qidaların saxlanma qaydalarına xüsusi diqqət yetirməyi, tez xarab olan məhsulları uzun müddət açıq havada saxlamamağı və xüsusilə küçə qidalarını seçərkən diqqətli olmağı tövsiyə edib.Turan

Qastroenteroloqdan xəbərdarlıq: “Hər xəstəyə elastometriya lazım deyil”  

Son illər Azərbaycanda qaraciyər elastometriyası – daha çox “Fibroscan” adı ilə tanınan müayinə üsulu geniş yayılmağa başlayıb. Bir çox klinikalarda və tibb mərkəzlərində aktiv şəkildə təklif olunan bu müayinə artıq vətəndaşlar arasında da populyarlaşıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, elastometriya hər xəstə üçün lazım olan müayinə deyil və bəzi hallarda onun həddindən artıq təyin olunması doğru yanaşma hesab edilmir.Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən qastroenteroloq Babək Sultanzadə bildirib ki, elastometriya əslində ultrasəs müayinəsinin xüsusi bir formasıdır və əsas məqsədi qaraciyərin sərtlik dərəcəsini ölçməkdir.Həkimin sözlərinə görə, adi ultrasəs – yəni ultrasonoqrafiya – qaraciyərin quruluşu, ölçüsü və ümumi vəziyyəti haqqında məlumat verir. Elastometriya isə qaraciyər toxumasının nə qədər sərtləşdiyini müəyyən edir və bu göstərici əsasən fibroz və sirrozun qiymətləndirilməsi üçün istifadə olunur.Babək Sultanzadə qeyd edib ki, sağlam insanlarda və ya qaraciyərlə bağlı ciddi şübhə olmayan şəxslərdə elastometriyanın aparılması hər zaman vacib deyil. Onun sözlərinə görə, bu müayinə daha çox qaraciyər sirrozu şübhəsi olan, qaraciyərdə düyünlü dəyişiklik müşahidə edilən, analizlərdə trombosit səviyyəsi aşağı çıxan, hepatit xəstələri və uzun müddət alkoqol istifadə edən şəxslərə tövsiyə olunur.Qastroenteroloq bildirib ki, elastometriya nəticələri əsasən F1, F2, F3 və F4 mərhələləri ilə qiymətləndirilir. Bu mərhələlər qaraciyərdə fibrozun hansı səviyyədə olduğunu göstərir.Mütəxəssisin sözlərinə görə, ən ağır mərhələ hesab olunan F4 artıq qaraciyər sirrozu deməkdir və bu mərhələdə qaraciyərdə geri dönməyən dəyişikliklər baş verir.Babək Sultanzadə vurğulayıb ki, bəzi hallarda xəstələrə təkrar-təkrar elastometriya təyin olunur ki, bu da tibbi baxımdan hər zaman əsaslı sayılmır.“Həqiqi qaraciyər sirrozu olan bir xəstədə hər 2-3 aydan bir elastometriya aparmağın ciddi tibbi əhəmiyyəti yoxdur. Əgər xəstədə artıq F4 mərhələsi təsdiqlənibsə və klinik olaraq sirroz məlumdursa, bu nəticənin qısa müddətdə F3 və ya F2-yə dönməsi mümkün deyil”, – deyə həkim bildirib.Ekspert qeyd edib ki, bəzi xüsusi hallarda – məsələn, hepatit B infeksiyası və ya kəskin alkoqol zədələnməsi zamanı elastometriya yalancı yüksək nəticə göstərə bilər. Bu hallarda müalicədən sonra göstəricilərdə müəyyən yaxşılaşma müşahidə oluna bilər. Lakin tam formalaşmış sirrozun geri dönüşü mümkün hesab olunmur.Qastroenteroloq əlavə edib ki, elastometriya ultrasəs müayinəsinə nisbətən daha bahalı müayinə üsuludur və ehtiyac olmadan təkrar-təkrar aparılması həm xəstə üçün əlavə maddi yük yaradır, həm də tibbi baxımdan faydasız ola bilər.Həkimin fikrincə, sirroz diaqnozu qoyulmuş xəstələrdə əsas nəzarət üsullarından biri mütəmadi ultrasəs müayinəsi və laborator analizlərdir. Elastometriya isə daha çox xəstəliyin ilkin və orta mərhələlərində fibrozun irəliləyib-irəliləmədiyini izləmək üçün əhəmiyyət daşıyır.Babək Sultanzadə sonda vətəndaşlara çağırış edərək bildirib ki, sosial şəbəkələrdə və reklam xarakterli təqdimatlarda yayılan məlumatlara əsasən özbaşına müayinələr etdirmək əvəzinə, mütləq həkim məsləhəti ilə hərəkət etmək lazımdır. Onun sözlərinə görə, hər populyarlaşan tibbi müayinə hər pasiyent üçün uyğun və vacib hesab edilə bilməz.Şahbaz

Hər gün acqarına sarımsaq yeməyin təsiri nədir?  

Hər gün acqarına sarımsaq yesək nə baş verər? Maraqlı sualdır, elə deyilmi? Cavabı isə düşündüyünüzdən daha maraqlıdır. Sarımsağın sağlamlıq üçün faydalarını demək olar ki, hər kəs eşidib. Min illərdir həm qida, həm də təbii müalicə vasitəsi kimi istifadə olunan sarımsaq qədim dövrlərdən “təbii antibiotik” kimi tanınır.Hətta tarixçilərin fikrincə, qədim Misirdə piramidaları tikən fəhlələrə güclü və sağlam qalmaları üçün mütəmadi sarımsaq verilirmiş.Sarımsağın əsas təsiredici maddəsi “allisin” adlanır. Məhz bu maddə ona kəskin qoxu verməklə yanaşı, antibakterial, antiviral və iltihabəleyhinə xüsusiyyətlər qazandırır. Araşdırmalar göstərir ki, sarımsaq immun sistemini gücləndirməyə, orqanizmi bəzi infeksiyalara qarşı daha davamlı etməyə kömək edə bilər.Acqarına sarımsaq yeməyin ən çox danışılan faydalarından biri ürək-damar sisteminə təsiri ilə bağlıdır. Mütəxəssislər bildirirlər ki, sarımsaq müəyyən hallarda qan təzyiqinin tənzimlənməsinə, damarların elastikliyinin qorunmasına və “pis xolesterin” hesab olunan LDL səviyyəsinin azalmasına dəstək ola bilər. Bununla yanaşı, qan dövranını yaxşılaşdırdığı və damar tıxanıqlığı riskini müəyyən qədər azaltdığı da qeyd olunur.Bəzi insanlar sarımsağın həzm sisteminə də müsbət təsir etdiyini düşünür. Acqarına qəbul edilən sarımsaq mədə-bağırsaq fəaliyyətini stimullaşdıra, həzmi sürətləndirə və bağırsaq mikroflorasına müsbət təsir göstərə bilər. Həmçinin iştahanın tənzimlənməsinə də kömək etdiyi bildirilir.Sarımsağın antioksidant xüsusiyyətləri də diqqət çəkir. Orqanizmdə sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin zədələnməsinin qarşısını almağa kömək edə bilər. Bu isə ümumi sağlamlığın qorunması və yaşlanma prosesinin ləngiməsi baxımından əhəmiyyətli hesab olunur.Lakin bütün faydalarına baxmayaraq, sarımsaqdan həddindən artıq istifadə etmək düzgün deyil. Xüsusilə acqarına çox miqdarda sarımsaq yemək bəzi insanlarda mədə yanması, ürəkbulanma, köp, qarın ağrısı və həzm problemləri yarada bilər. Mədə xorası, qastrit və reflüks xəstəliyi olan şəxslər isə sarımsağı ehtiyatla istifadə etməlidirlər.Həkimlər qeyd edirlər ki, sarımsaq qanın durulaşmasına təsir göstərə bildiyi üçün qan durulaşdırıcı dərman qəbul edən şəxslər də diqqətli olmalıdırlar. Bəzi hallarda həddindən artıq sarımsaq istifadəsi qanaxma riskini artıra bilər.Mütəxəssislərin fikrincə, sağlam qidalanmanın əsas prinsipi hər şeyi ölçülü şəkildə qəbul etməkdir. Sarımsaq faydalı məhsul hesab olunsa da, onu “möcüzəvi dərman” kimi qəbul etmək doğru yanaşma deyil. Orqanizmin ehtiyaclarına uyğun, balanslı və düzgün qidalanma hər zaman daha vacibdir.Hazırladı: Jalə

Mağazalarda satılan dilimlənmiş qidaları almaq olarmı?

Hazır dilimlənmiş qidalar qida zəhərlənməsinə səbəb olur? – Ekspert izah edirGündəlik həyatın intensiv ritmində vaxta qənaət etmək üçün mağazalardan dilimlənmiş kolbasa, pendir, hazır salat və ya doğranmış meyvə-tərəvəzlər almağa üstünlük veririk. Lakin bu rahatlıq sağlamlığımız üçün ciddi fəsadlar törədə bilər.Bəs, mağazalarda satılan dilimlənmiş qidaları almaq olarmı? Bu tip məhsulların tez xarab olma riski nə qədərdir və düzgün saxlanılmadıqda hansı təhlükələr yarana bilər?Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı qida eksperti Fərid Səfərov mühüm məqamlara toxunub və istehlakçılara xəbərdarlıq edib.Dilimlənmiş qidalar niyə daha tez xarab olur?Ekspert bildirir ki, dilimlənmiş qidaları almaq olar, lakin bu məhsullarda risk bütöv məhsullarla müqayisədə qat-qat yüksəkdir. Bunun əsas səbəbləri aşağıdakılardır:“Məhsul dilimləndikcə onun hava ilə təmas sahəsi genişlənir. Qidanın təbii və ya süni qoruyucu qatı zədələnir. Hava ilə təmas və qoruyucu təbəqənin olmaması bakteriyaların artması üçün ideal şərait yaradır. Dilimlənmiş kolbasa, pendir, meyvə, tərəvəz və hazır salat məhsulları digərlərinə nisbətən daha tez xarab olma potensialına malikdir”.Düzgün saxlanılmadıqda hansı təhlükələr yarana bilər?Fərid Səfərovun sözlərinə görə, bu tip məhsullarda əsas risk düzgün saxlanılmama ilə bağlıdır. Xüsusilə yay aylarında və isti havalarda bu risk maksimum həddə çatır:“Məhsulun daşınması və ya saxlanması zamanı temperatur rejiminə əməl edilməməsi, məhsulun uzun müddət soyudulmayan açıq vitrinlərdə qalması, gigiyenik olmayan şəraitdə və ya təmizlənməmiş bıçaq/aparatlarla dilimlənmə bakterial çirklənmə ehtimalını kəskin artırır”.Sağlamlığa zərərləri nədir?Bu qaydalara əməl edilmədikdə qidada sürətlə çoxalan bakteriyalar insan orqanizmində ciddi fəsadlara yol açır. Nəticədə qida zəhərlənməsi, mədə-bağırsaq pozuntuları, ürəkbulanma, qusma və ishal kimi sağlamlıq problemləri meydana çıxa bilər.İstehlakçılar nələrə diqqət etməlidir?Ekspert dilimlənmiş məhsul alarkən zəhərlənməmək üçün alıcılara bu 5 qızıl qaydaya əməl etməyi tövsiyə edir: 1. Məhsulun mütləq işlək və soyuq soyuducuda saxlandığından əmin olun. 2. Qablaşdırma zədələnmiş, cırılmış və ya şişmiş olmamalıdır. 3. Məhsulun rəngində, qoxusunda və ümumi görünüşündə hər hansı bir şübhəli dəyişiklik olmamalıdır. 4. Dilimlənmə tarixi və son istifadə müddəti mütləq yoxlanmalıdır. 5. Vitrində açıq şəkildə və uzun müddət qalan məhsullardan uzaq durmaq lazımdır.Ən təhlükəsiz seçim hansıdır?“Ən təhlükəsiz seçim isə mümkün olduqda məhsulu bütöv almaq və istifadəyə yaxın zamanda evdə dilimləməkdir. Bu həm saxlanma müddətini artırır, həm də çirklənmə riskini azaldır", - deyə Fərid Səfərov vurğulayıb.Unutmayın, sağlam qidalanmaq həm də düzgün məhsul seçimi deməkdir. Sağlam qidalanaraq sağlam yaşayın!Çimnaz Telmanqızı

Gözlər niyə tez-tez sulanır?  - Həkim AÇIQLADI

Gözlər niyə tez-tez sulanır?Bəzi insanlar bu sualı tez-tez özünə verir.Mövzu ilə bağlı Oxu24.com-a danışan oftalmoloq -cərrah Polad Məhərrəmov bildirib ki,bu çox vaxt göz quruluğu ilə bağlı olur. Göz kifayət qədər nəmlənmədikdə, orqanizm bunu kompensasiya etmək üçün daha çox yaş ifraz edir.Həkimin sözlərinə görə,amma səbəb təkcə bu deyil.Aşağıdakı hallarda da gözlərdə sululuq yarana bilər. Allergiya (toz, polen və s.) Külək və soyuq hava Uzun müddət telefon/kompüter istifadəsi Göz kanalının tıxanmasıƏgər sulanma uzun müddət davam edirsə və qızartı, qaşınma da varsa — mütləq həkimə müraciət etmək lazımdır.Hazırladı: Nigar

SON DƏQİQƏ! 42 günlük karantinlə bağlı ÇAĞIRIŞ

And hantavirusunun yayıldığı “MV Hondius” kruiz gəmisindən təxliyə edilən sərnişinlərə 42 günlük karantin tətbiq olunması tövsiyə edilib. Oxu24.com  xəbər verir ki, bu barədə Tedros Adhanom Ghebreyesus brifinq zamanı açıqlama verib. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri bildirib ki, mayın 10-dan etibarən sərnişinlərin 42 gün müddətində aktiv nəzarət altında saxlanılması tövsiyə olunur. O qeyd edib ki, ÜST üzv ölkələrə yalnız tövsiyə verir və bu qərarları məcburi şəkildə tətbiq etmir. Məlumata görə, göyərtəsində təxminən 150 sərnişinin olduğu “MV Hondius” üç həftə əvvəl Argentinanın Ushuaia limanından yola düşərək Canary Islands istiqamətində hərəkət edib. Sərnişinlərin əksəriyyətinin ABŞ, Böyük Britaniya, İspaniya və Niderland vətəndaşları olduğu bildirilib. Qeyd edək ki, hantavirus gəmiricilərdən insanlara keçən təhlükəli viruslar ailəsinə daxildir. Virus xüsusilə siçanların sidiyi, tüpürcəyi və ifrazatı ilə təmas nəticəsində yayılır. Xəstəlik ağır ağciyər sindromu və böyrək çatışmazlığı ilə müşayiət olunan hemorragik qızdırma yarada bilər./musavat

Dəhşətli virusa yoluxmamaq üçün bunları edin - XƏBƏRDARLIQ 

"MV Hondius" kruiz gəmisində həftələrlə davam edən qeyri-müəyyənlik Tenerife sahillərində beynəlxalq səhiyyə əməliyyatı ilə yekunlaşıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və İspaniya hökumətinin sıx koordinasiyası nəticəsində sərnişinlər və heyət üzvləri ciddi nəzarət altında gəmidən təxliyə ediliblər.Gəmidə üç nəfərin ölümü ilə nəticələnən hantavirus epidemiyası (Andes virusu - ANDV) beynəlxalq ictimaiyyətdə narahatlıq yaratsa da, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus bu vəziyyətin "yeni bir COVID" olmadığını və geniş kütlə üçün riskin minimum səviyyədə qaldığını bəyan edib. Gəmidə qeydə alınan 8 yoluxma halından 6-sı laboratoriya üsulu ilə təsdiqlənsə də, mayın 2-dən bəri yeni ölüm halının baş verməməsi vəziyyətin nəzarət altına alındığını göstərir. Təxliyə edilən şəxslər ciddi sağlamlıq protokolları çərçivəsində, kommersiya uçuşlarından kənar, xüsusi çarter reysləri ilə ölkələrinə göndərilir və onların 42 günlük aktiv monitorinq dövrü başlayır.Oxu24.com xəbər verir ki,məsələ ilə bağlı NOCOMMENT.az-a danışan infeksionist Mərdan Əliyev bildirib ki, hantavirusun bu növü xüsusi diqqət tələb etsə də, genişmiqyaslı pandemiya riski daşımır: "Andes virusu digər hantaviruslardan fərqli olaraq insandan-insana keçmə qabiliyyətinə malikdir, lakin bu yoluxma yolu adətən çox yaxın təmas tələb edir və virus havada COVID-19 qədər sürətlə yayılmır".Onun sözlərinə görə, tətbiq edilən 42 günlük karantin və respirator rejimi tamamilə elmi əsaslara söykənir: "Virusun inkubasiya dövrü uzun ola bildiyi üçün 6 həftəlik izləmə və gündəlik temperatur nəzarəti zəruridir; bu müddət ərzində simptomların vaxtında aşkarlanması həm xəstənin həyatını xilas edir, həm də ətrafdakıların təhlükəsizliyini zəmanət altına alır".İnfeksionistin sözlərinə görə, ictimaiyyətin təşvişə düşməsi üçün əsas yoxdur: "Bu, lokal xarakterli bir epidemiyadır və beynəlxalq səhiyyə qurumlarının çevik reaksiyası göstərir ki, hər bir yoluxma zənciri ciddi şəkildə qapadılıb, bu səbəbdən virusun gəmidən kənarda geniş yayılma ehtimalı olduqca aşağıdır".

Onkoloqdan qadınlara mühüm XƏBƏR

"Ailəmdə süd vəzi xərçəngi yox idi... bu sözləri çox eşidirəm.Amma reallıq ondan ibarətdir ki, süd vəzi xərçəngi olan qadınların çoxunun ailəsində bu xəstəlik olmayıb".Bunu Oxu24.com-a açıqlamasında  Onkoloq -mammoloq  Rena Niftaliyeva  bildirib.Həkimin sözlərinə görə,yəni risk təkcə genetikaya bağlı deyil."Buna görə bütün qadınlar süd vəzi müayinələri keçməlidir.Unutmayın: erkən aşkarlanan süd vəzi xərçəngi asanlıqla müalicə olunur",-deyə onkoloq bildirib.Hazırladı: Jalə

Daltoniklər dünyanı necə görür?

Daltoniklik, rəng körlüğü kimi tanınan bir görmə fərqidir. Bu zaman insan bəzi rəngləri normal şəkildə ayırt edə bilmir. Ən çox rast gəlinən forma, qırmızı ilə yaşıl rənglərin bir-birinə qarışdırılmasıdır. Bəzi insanlarda isə mavi və sarı rəngləri ayırmaq çətin olur. Oxu24.com xəbər verir  ki,çox nadir hallarda isə insan dünyanı demək olar ki, ağ-qara tonlarda görür. Bu vəziyyət adını ingilis alimi John Daltondan alıb.O, özü də daltonik idi və bu vəziyyəti ilk dəfə elmi şəkildə araşdırmışdı. Maraqlıdır ki, bir çox insanlar daltonik olduqlarını uzun illər fərq etmir. Onlar sadəcə düşünürlər ki, hamı rəngləri eyni şəkildə görür. Daltoniklik adətən irsi olur, yəni ailədən keçə bilər. Xüsusilə kişilərdə daha çox rast gəlinir. Bunun səbəbi genetik quruluşla bağlıdır. Qadınlarda da ola bilər, amma daha az hallarda görülür.Bəzən isə göz xəstəlikləri, sinir sistemi problemləri və ya yaşlanma nəticəsində sonradan da yarana bilər. Daltonik insanlar gündəlik həyatda bəzi çətinliklərlə qarşılaşırlar. Məsələn, yol işıqlarını seçmək, xəritələri oxumaq, bəzi peşələrdə işləmək və ya rəngi əsaslanan tapşırıqları yerinə yetirmək onlar üçün daha çətin ola bilər. Pilotluq, elektrik işi və bəzi texniki sahələrdə rəngləri düzgün ayırmaq çox vacibdir.Amma bu o demək deyil ki, daltonik insanlar normal həyat yaşaya bilmirlər. Əksinə, bir çox məhşur rəssamlar, dizaynerlər və elm adamları daltonik olublar. Sadəcə onlar dünyanı bir az fərqli görürlər. Müasir texnologiyada xüsusi eynəklər və mobil tətbiqlər də var ki, rəngləri ayırmağa müəyyən qədər kömək edir. Daltoniklik xəstəlikdən çox görmə fərqi kimi qəbul edilir.İnsan gözünün necə mürəkkəb və maraqlı olduğunu göstərən nümunələrdən biridir. Hər kəs dünyanı eyni görmür və bu da insan bədəninin ən maraqlı xüsusiyyətlərindən biridir. Jalə

Pankreas xərçənginin əlamətləri – xəstəlik niyə gec aşkarlanır?  

Pankreas (mədəaltı vəzi) xərçəngi müasir onkologiyada ən təhlükəli xəstəliklərdən biri hesab olunur və onun əsas problemi erkən mərhələdə demək olar ki, gizli gedişə malik olmasıdır. Bu səbəbdən xəstələrin böyük bir hissəsində diaqnoz artıq xəstəlik irəliləmiş mərhələyə çatdıqdan sonra qoyulur. Mütəxəssislərin fikrincə, məhz bu gecikmə pankreas xərçənginin müalicəsini çətinləşdirən əsas amillərdən biridir.Ümumi və transplantasiya cərrahı Jalə İsmayılovanın Oxu24.com-a açıqlamasına görə, pankreas xərçəngi uzun müddət heç bir xüsusi əlamət verməyə bilər və ilk mərhələdə müşahidə olunan şikayətlər çox vaxt ümumi xarakter daşıdığı üçün digər xəstəliklərlə qarışdırılır. Lakin şiş böyüdükcə və ətraf toxumalara, xüsusilə öd yollarına və sinirlərə təzyiq göstərdikcə daha aydın klinik simptomlar ortaya çıxmağa başlayır.Həkimin sözlərinə əsasən, xəstəliyin ilk və ən çox rast gəlinən ümumi əlamətlərindən biri iştahasızlıq və izah olunmayan çəki itkisidir. Xəstə normal qidalanmasına baxmayaraq, tədricən arıqlama müşahidə edir və bu hal çox vaxt diqqətdən qaçırılır. Bu proses orqanizmdə maddələr mübadiləsinin pozulması və şişin enerji balansına təsiri ilə əlaqədardır. Eyni zamanda xəstələrdə ümumi zəiflik, tez yorulma və halsızlıq da müşahidə oluna bilər.Xəstəliyin inkişafı ilə yanaşı qarın boşluğunun yuxarı hissəsində, xüsusilə epiqastral bölgədə ağrılar meydana çıxır. Bu ağrılar adətən küt xarakterli olur, davamlı şəkildə hiss edilir və zamanla intensivliyi artır. Bəzi hallarda ağrı bel nahiyəsinə də yayıla bilər ki, bu da xəstələrin onu bel və ya mədə-bağırsaq problemi ilə səhv salmasına səbəb olur. Lakin fərqləndirici xüsusiyyət ondan ibarətdir ki, bu ağrılar keçici olmur və uzun müddət davam edir.Pankreasın əsas funksiyalarından biri həzm fermentlərinin ifrazıdır. Xəstəlik bu funksiyanı pozduqda qidaların, xüsusilə yağların parçalanması zəifləyir. Nəticədə həzm sistemi pozğunluqları yaranır və steatoriya adlanan vəziyyət inkişaf edir. Bu zaman nəcis yağlı, parlaq və xoşagəlməz qoxulu olur, eyni zamanda rəng dəyişiklikləri müşahidə edilə bilər. Bu simptom xəstəliyin həzm sisteminə ciddi təsir göstərdiyini göstərən mühüm əlamətlərdən biridir.Mütəxəssis əlavə edir ki, pankreas xərçənginin bəzən daha az nəzərə çarpan, lakin mühüm göstəricilərindən biri də səbəbsiz şəkildə ortaya çıxan şəkərli diabetdir. Xüsusilə 40–50 yaşdan yuxarı şəxslərdə, əvvəlcədən diabet anamnezi olmadan yaranan şəkər xəstəliyi pankreas funksiyasının pozulmasına işarə edə bilər. Bu vəziyyət mədəaltı vəzinin insulin ifraz edən hüceyrələrinin zədələnməsi ilə əlaqədar ola bilər.Xəstəlik daha da irəlilədikdə ən xarakterik və diqqət çəkən əlamətlərdən biri sarılıqdır. Şişin öd yollarını sıxması nəticəsində öd axını çətinləşir və qanda bilirubin səviyyəsi yüksəlir. Bunun nəticəsində dəridə və gözlərin ağ hissəsində saralma müşahidə olunur. Eyni zamanda sidiyin tündləşməsi və nəcisin açıq rəng alması da sarılığın tipik klinik göstəriciləri sırasındadır. Bəzi hallarda dəri qaşınması da əlavə simptom kimi ortaya çıxa bilər.Jalə İsmayılova vurğulayır ki, bu əlamətlərdən hər hansı biri və ya bir neçəsi birlikdə müşahidə olunarsa, vaxt itirmədən həkim müayinəsinə müraciət edilməlidir. Çünki pankreas xərçəngində erkən diaqnoz müalicə nəticələrinə birbaşa təsir göstərir və xəstənin həyatının xilas olunmasında həlledici rol oynayır. Gecikmiş hallarda isə xəstəlik artıq ətraf orqanlara yayılmış olur və müalicə imkanları məhdudlaşır.Nigar

Çiyələyin bu faydası da var imiş...

Məlum olduğu kimi,artıq çiyələk mövsümü başlayıb.Bazarlarda yerli və xarici çiyələr növləri alıcılara təqdim olunur.Bəs,çiyələyin hansı faydaları var?Mövzu ilə bağlı Oxu24.com-a danışan həkim Fərhad Burzu bildirib ki,çiyələk aşağı kalorili və faydalı meyvələrdən biridir. 100 qramında təxminən 33 kalori var və C vitamini, lif, kaliumla zəngindir.Həkimin sözlərinə görə,çiyələyin  əsas faydaları bunlardır:• Antioksidant təsiri göstərərək hüceyrələri qoruyur• Beyin fəaliyyətini dəstəkləyə bilər• İmmunitetin güclənməsinə kömək edir• Ürək-damar sağlamlığını dəstəkləyir• İltihabın azalmasına kömək edə bilər• Qan şəkərinin daha stabil qalmasına dəstək olurÇiyələk həm dadlı, həm də sağlam seçimdir. Gündəlik qidalanmaya əlavə edilməsi ümumi sağlamlığa müsbət təsir göstərə bilər.Bütün qeyd olunanlar mövsümündə orqanik şəraitdə yetişmiş çiyələyə aiddir.Nigar

Laboratoriyada insan böyrəyi yaradıldı - 60 saat fasiləsiz işləyir

Çinli alimlər laboratoriya şəraitində tam funksional insan böyrəyi hazırladıqlarını açıqlayıb. Kök hüceyrələrdən əldə edilən orqanoidlər və xüsusi hidrogel strukturlar əsasında yaradılan bu böyrək tibb sahəsində böyük maraq doğurub.Oxu24.com xəbər verir ki aparılan testlər göstərib ki, süni böyrək qanın süzülməsi, elektrolit balansının tənzimlənməsi, sidik istehsalı və hormonlara cavab vermə kimi əsas funksiyaları yerinə yetirir. Mütəxəssislərin sözlərinə görə, bu göstəricilər onun təbii orqana çox yaxın işlədiyini göstərir. Bundan əlavə, laboratoriya sınaqları zamanı orqan 60 saat ərzində fasiləsiz və stabil şəkildə fəaliyyət göstərib.Ekspertlər bildirir ki, bu yenilik gələcəkdə orqan transplantasiyası sahəsində ciddi dönüş yarada və donor çatışmazlığı probleminin həllinə kömək edə bilər.Saglamolun.Az

Hepatit C niyə qayıdır?

Hepatit C müalicəsindən sonra virusun təkrar aşkarlanmasının bir çox səbəbləri vardır.Bu barədə Oxu24.com-a danışan Həkim-infeksionist Roza Murad bildirib.Həkimin sözlərinə görə,müalicə müddətinin düzgün seçilməməsi,genotipə uyğun olmayan müalicə,spesifik antiviral preparatlarla deyil, ödqovucu, hepatoprotektorlar və s kimi dəstəkləyici dərmanlarla müalicə xəstəliyin yenidən görünməsinə səbəb ola bilər.Həkimin bildirdiyinə görə,xəstənin dərmanları fasiləli qəbul etməsi,dərmanları təkli qəbul etməsi,təkrar yoluxma(risk amillərinin davam etməsi),İmmunçatışmazlıq halları,dərmanlara qarşı davamlılığın olması,keyfiyyətsiz dərmanların istifadəsi də xəstəliyin tam sağalmasına mənfi təsir göstərə bilər.Hazırladı: Nigar

Vitaminlərlə bağlı nələri səhv bilirik?

Maqnitoterapiya ilə bağlı məsələ fərdi yanaşma tələb edir. Ürək ritmi aşağı olan şəxslərdə və arterial təzyiqi normaldan xeyli aşağı olan insanlarda maqnit məsləhət görülmür. Çünki maqnitoterapiya həm qan təzyiqini bir qədər sala bilər, həm də ürək döyüntüsünü zəiflədə bilər. Bu səbəbdən belə pasiyentlərdə həkim məsləhəti olmadan tətbiqi risklidir.Oxu24.com xəbər verir ki,vitaminlərlə bağlı isə cəmiyyətdə yayılmış bəzi miflər var. Məsələn, onkoloji xəstələr arasında “mənə vitamin olmaz, şişi aktivləşdirər” kimi bir qorxu geniş yayılıb. Bu, düzgün yanaşma deyil. Vitaminlər onkoloji xəstələrdə xərçəng prosesini aktivləşdirmir. Axı insan gündəlik qidalar vasitəsilə də vitamin qəbul edir. Problem vitaminin özü yox, onun dozasıdır. Yüksək, nəzarətsiz və uzunmüddətli dozalar istənilən insanda, o cümlədən onkoloji xəstələrdə arzuolunmaz təsirlər yarada bilər.Eyni yanaşma böyrək xəstələrinə də aiddir. Böyrək daşı riski olan şəxslərdə bəzi vitaminlərin, xüsusilə yüksək dozada və uzun müddət qəbulu problem yarada bilər. Amma gündəlik tələbatı ödəyən, profilaktik dozalar əksər hallarda ciddi təhlükə daşımır. Əsas şərt odur ki, vitaminlər analizsiz, həkim məsləhəti olmadan və uzun fasiləsiz dövrlərdə qəbul edilməsin. Yəni vitamin ümumilikdə qadağa deyil, düzgün dozada və düzgün müddətdə istifadə olunmalıdır.Hazırladı: Nigarxanım

Kişilərin bilməli olduğu VACİB MƏLUMAT (18+)

Kişilər bu qidalardan mütləq şəkildə uzaq olmalıdırlar. Söhbət   kişilərdə  spermanın  keyfiyyətini aşağı salan 6 qidadan gedir.Oxu24.com tibbi məlumatlara istinadən yazır ki,gündəlik olaraq qəbul etdiyiniz bəzi qidalar sperma sayını azaldır, testosteronu aşağı sala bilər.Bunlara: Kolbasa və sosislər, Spirtli içkilər, Yağlı süd məhsulları, Şəkər,Enerji içkiləri, Trans yağlar daxildir.Tamamilə imtina etmək çətin ola bilər. Amma sağlamlığınızı qorumaq üçün mümkün qədər azaldın və uzaq durun.Hazırladı: Elçin

Günboyu yuxululuq hissi NƏDƏNDİR?

Bir çox insan oxşar bir haldan şikayətlənir: gecə kifayət qədər yatmasına baxmayaraq gün ərzində özünü halsız, yorğun və daim yuxulu hiss etmək. Səhər yuxudan durmaq çətinləşir, günorta yeməyindən sonra isə gözlər sözün əsl mənasında öz-özünə bağlanır. “Nə qədər yatsam da, yuxuya doymuram” deyənlərin sayı bu fəsildə xüsusilə artır.Mütəxəssislərin fikrincə, bu vəziyyətin bir neçə əsas səbəbi var və onların böyük hissəsi mövsümi dəyişikliklərlə bağlıdır.Həkimlərin tövsiyəsinə görə, ilk səbəb vitamin çatışmazlığıdır.Yaz aylarında orqanizm qış mövsümündən çıxdığı üçün bəzi vitaminlərin defisiti ilə üzləşə bilər. Xüsusilə B qrupu vitaminləri, B12 vitamini və fol turşusunun azalması orqanizmdə enerji səviyyəsinin enməsinə, nəticədə isə yuxululuğun artmasına səbəb olur. Ümumilikdə vitamin və mineral balansının pozulması günboyu halsızlıq və süstlük hissini gücləndirir. Buna görə də bu dövrdə qida rasionunda təzə tərəvəz və meyvələrin payını artırmaq tövsiyə olunur.İkinci mühüm amil günəş işığının azlığıdır.Qış aylarında günəş şüalarının məhdud olması beyində bəzi hormonların, xüsusilə də oyanıqlıq və əhval-ruhiyyəyə təsir edən hormonların səviyyəsinin azalmasına gətirib çıxarır. Bu isə yazın ilk aylarında özünü yuxululuq və diqqət azalması ilə göstərir. Mütəxəssislər bildirir ki, günəşli hava gördükdə açıq havaya çıxmaq, təmiz havada gəzmək və mümkün qədər günəş şüalarından faydalanmaq bu problemin azalmasına kömək edə bilər.Beləliklə, yaz aylarında yaranan davamlı yuxululuq çox zaman ciddi xəstəliklə deyil, mövsümi vitamin çatışmazlığı və günəş işığının azlığı ilə bağlı olur. Düzgün qidalanma və aktiv həyat tərzi bu halın qarşısını almaqda əsas rol oynayır.

Bronxit zamanı ən çox edilən SƏHV

Payız və qış mövsümündə tənəffüs yolları xəstəlikləri, xüsusilə bronxitlə bağlı müraciətlər xeyli artır. Bir çox hallarda xəstələr öskürək və nəfəs darlığı ilə üzləşən kimi antibiotik qəbuluna başlayır. Halbuki mütəxəssislər xəbərdarlıq edir: bronxit hər zaman antibiotiklə müalicə edilmir və yanlış dərman seçimi xəstəliyin gedişini ağırlaşdıra bilər.Tibbi yanaşma: bronxit necə müalicə olunur?Bronxit bronxların iltihabı ilə xarakterizə olunan xəstəlikdir və əksər hallarda virus mənşəli olur. Məhz buna görə də klassik bronxit zamanı antibiotiklərin effektivliyi olmur. Antibiotiklər yalnız bakterial infeksiya sübut edildikdə və ya ağırlaşma riski yarandıqda təyin edilir.Mütəxəssislərin fikrincə, bronxitin ən təsirli və təhlükəsiz müalicə üsullarından biri inqalyasiyadır. İnhalyasiya zamanı dərman və ya buxar birbaşa tənəffüs yollarına çataraq bronxların selikli qişasını yumşaldır, bəlğəmin durulaşmasına və xaric olmasına kömək edir. Bu üsul öskürəyi yüngülləşdirir, nəfəsalmanı rahatlaşdırır və sağalma prosesini sürətləndirir.İnhalyasiya fizioloji məhlul, mineral sular və ya həkim tərəfindən təyin edilmiş dərman vasitələri ilə aparıla bilər. Xəstənin vəziyyətindən asılı olaraq, bu müalicə üsulu ev şəraitində və ya tibbi nəzarət altında tətbiq olunur.Nəticə olaraq, bronxitin müalicəsində əsas məqsəd simptomları yüngülləşdirmək və orqanizmin özünü bərpa etməsinə şərait yaratmaqdır. Antibiotiklər isə yalnız zəruri hallarda və həkim məsləhəti ilə istifadə edilməlidir. Özbaşına antibiotik qəbulu həm faydasızdır, həm də gələcəkdə dərmanlara qarşı davamlılıq riskini artırır.

“Qızıl yel” nədir və niyə son vaxtlar daha çox rast gəlinir?  

Son zamanlar ictimaiyyət arasında “qızıl yel” adlandırılan xəstəliklə bağlı müraciətlərin və sualların artdığı müşahidə olunur. Bir çox insanlar bu ifadəni sadəcə dəri xəstəliyi kimi qəbul etsə də, mütəxəssislər bildirir ki, qızıl yel yalnız dəridə görünən dəyişikliklərlə məhdudlaşmayan, daha ciddi iltihabi prosesdir. Xəstəliyin yayılması və ağır gedişi onu aktual tibbi mövzuya çevirib.Tibbi izah: qızıl yel necə yaranır?Qızıl yel streptokok mənşəli mikrobların yaratdığı infeksion-iltihabi xəstəlikdir. Bu mikrob əsasən ayağın yumşaq toxumalarında kəskin iltihabi prosesə səbəb olur. Xəstəlik qəfil başlayır və qısa müddət ərzində ağır klinik əlamətlərlə özünü göstərir.Qızıl yel zamanı xəstədə kəskin qızdırma, şiddətli ağrılar, halsızlıq və ayaqda nəzərəçarpacaq dərəcədə qızartı müşahidə olunur. Ayağın dərisi bəzən moruq rənginə çalan parlaq qızartı alır, toxunduqda ağrılı olur və şişkinlik yaranır. Bu vəziyyət xəstənin hərəkətini ciddi şəkildə məhdudlaşdırır.Mütəxəssislər qeyd edirlər ki, ağır hallarda xəstələr yeriməkdə çətinlik çəkir, ümumi vəziyyətləri kəskin pisləşir, hətta danışmaqda belə çətinlik yaşayırlar. Praktik müşahidələrə əsasən, qızıl yelin əsl klinik mənzərəsində xəstələr yüksək hərarət və güclü ağrılar səbəbindən normal ünsiyyət qura bilmir.Nəticə olaraq, qızıl yel sadəcə dəri üzərində qızartı ilə keçən yüngül bir problem deyil. Vaxtında tibbi müdaxilə olunmadıqda xəstəlik ağırlaşa və ciddi fəsadlara yol aça bilər. Bu səbəbdən ayaqda qəfil qızartı, yüksək qızdırma və güclü ağrı müşahidə edildikdə, mütləq həkimə müraciət etmək tövsiyə olunur.

 Vitamin dərmanlarını necə qəbul edək?

Vitaminlər sağlamlıq üçün vacib olsa da, özbaşına qəbul edildikdə ciddi risklər yarada bilər. Oxu24.com  xəbər verir   ki,vitaminləri mütəmadi olaraq qəbul etmək sağlamlıq üçün təhlükəlidir. Çox insan düşünür ki, “Vitamin alıram, zərər olmaz”, amma həqiqət bundan fərqlidir.C vitamininin həddindən artıq qəbulu böyrək daşlarının yaranmasına gətirib çıxara bilər. D vitamininin çoxluğu isə kalsiumun böyrəklərdə, ürəkdə və damar divarlarında yığılmasına, nəticədə osteoporozla nəticələnər. A vitamini xüsusilə təhlükəlidir. Onun həddindən artıq qəbulu onkoloji xəstəliklər riskini artırır. Həkim məsləhəti olmadan vitaminləri özbaşına qəbul etmək ağır fəsadlarla gətirib çıxara bilər. Hazırladı: Nigarxanım

Yolda qəfil panik atak tutsa, insan nə etməlidir?  

Bəzən insanlar gündəlik həyatlarında, hətta yolda gedərkən belə qəfil ürək döyüntüsü, nəfəs darlığı və qorxu hissi ilə üzləşirlər. Bu hallar bir çox hallarda panik atakla bağlı olur və yaşanan ani həyəcan bəzən fərdləri ciddi narahat edir.Oxu24.com-un məlumatına görə, tibb elmi panik atakı, gözlənilmədən və intensiv şəkildə ortaya çıxan ani qorxu və narahatlıq hissi olaraq təsvir edir. Panik atak zamanı ürək ritmi sürətlənir, nəfəs alma çətinləşir, baş gicəllənməsi, soyuq tər və hətta ölümlə bağlı qorxu kimi simptomlar meydana çıxa bilər. Bu halın yaşanması, şəxsin sosial fəaliyyətlərini və gündəlik həyatını da əhəmiyyətli dərəcədə təsir edə bilər.Panik atak nədən yaranır?Panik atak bir çox səbəblərdən qaynaqlana bilər. Bunlar arasında genetik meyl, beyindəki kimyəvi balansın pozulması, stress, uzun müddətli yuxusuzluq, kafein və bəzi dərmanlar, həmçinin travmatik hadisələrdən sonra yaranan psixoloji gərginliklər qeyd olunur. Həmçinin, bəzi insanlarda panik atak irsi olaraq da ortaya çıxa bilər.Panik atak zamanı nə etmək lazımdır?Yolda və ya ictimai yerdə panik atak tutduqda bəzi addımlar vəziyyəti yüngülləşdirməyə kömək edə bilər:Dərin nəfəs alın: Burnunuzdan yavaş-yavaş nəfəs alın, 4 saniyə saxlayın və ağızdan yavaşca verin. Bu, ürək ritminin və nəfəsin tənzimlənməsinə kömək edir.Ətrafı müşahidə edin: Özünüzü təhlükəsiz bir məkana yaxın hiss edin və sakitləşməyə çalışın.Özünüzə sakitləşdirici sözlər deyin: “Bu keçəcək”, “Mən təhlükədə deyiləm” kimi ifadələr qorxu hissini azaltmağa yardım edir.Qısa fiziki fəaliyyət edin: Ayaqlarınızı yüngülcə hərəkət etdirin, əllərinizi açın və bədəninizdəki gərginliyi boşaldın.Dəstək axtarın: Əgər mümkün olsa, yaxınınızdan və ya tanışdan kömək istəyin.Əgər panik ataklar tez-tez təkrarlanırsa və gündəlik həyatınıza mane olursa, psixoloq və ya psixiatrla məsləhətləşmək vacibdir. Müasir tibb panik atakın effektiv müalicə yollarını təqdim edir, bunlara terapiya, dərman müalicəsi və stres idarəetmə texnikaları daxildir.Panik atak hər kəsin başına gələ bilər, lakin doğru yanaşma və müalicə ilə onun təsiri əhəmiyyətli dərəcədə azaldıla bilər. Öyrənmək və tətbiq etmək, həyat keyfiyyətinizi qorumaq üçün önəmlidir.Tunar

Artrozun ilkin əlamətləri  bunlar İMİŞ

Hərəkət çətinliyi sadəcə yorğunluq deyil.Bəzən pilləkən qalxarkən ayaqların tez yorulması, şişkinlik hissi, yerindən qalxanda ilk addımların ağır gəlməsi adi hal kimi qəbul edilir. Səhərlər yuxudan oyananda ayaqların “açılmaması”, bir müddət hərəkətsizlik hissinin yaşanması isə çox vaxt yaşın və gündəlik iş yükünün üzərinə yazılır. Halbuki bu əlamətlər bədənin verdiyi ciddi siqnallar ola bilər.Oxu24.com xəbər verir  ki, mütəxəssislərin fikrincə, pilləkən çıxarkən diz və oynaqlarda ağrı, hərəkətə başlama zamanı çətinlik, səhərlər oynaq sərtliyi erkən artrozun ilkin əlamətləri sırasında yer alır. Xüsusilə 48–50 yaşdan sonra hormonal dəyişikliklərlə əlaqədar olaraq bu problem qadınlarda daha çox müşahidə olunur və gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərə bilər.Tibbdə qəbul olunmuş yanaşmaya görə, artrozun erkən mərhələdə aşkarlanması və vaxtında müdaxilə böyük əhəmiyyət daşıyır. Həkim nəzarəti altında aparılan müalicə, oynaqların qorunması, düzgün fiziki aktivlik və balanslı qidalanma xəstəliyin irəliləməsinin qarşısını almağa kömək edə bilər.Bəzi hallarda mütəxəssislər oynaqların qidalanmasını dəstəkləyən xondroprotektorlar, eləcə də maqnezium və D vitamini kimi maddələrin qəbulunu tövsiyə edirlər. Lakin bu preparatların növü, dozası və qəbul müddəti fərdi yanaşma tələb edir və yalnız həkim məsləhəti əsasında müəyyənləşdirilməlidir.Müşahidələr göstərir ki, sağlamlığına diqqətlə yanaşan, vaxtında müayinədən keçən və özünü qoruyan insanlarda artrozun ağır formalarına daha az rast gəlinir. Odur ki, bu cür əlamətlər müşahidə olunarsa, problemi gözardı etmək deyil, düzgün zamanda mütəxəssisə müraciət etmək ən doğru seçimdir.Hazırladı: Jalə

Pişikləri qırxarkən bunlara diqqət edin!

Baytarlar tərəfindən pişikləri qırxmaq tövsiyə edilmir, çünki bu, ağır stressə səbəb olur, termorequlyasiyanı və dərinin günəşdən, zədələrdən və parazitlərdən qorunmasını pozur və həmçinin tükün keyfiyyətinə zərər verə bilir,onu kövrək edir və dəri problemlərinə (quruluq, qaşınma) və hətta alopesiyaya (tük tökülməsinə) səbəb ola bilir.Oxu24.com  xəbər verir  ki,tük pişiyin bədən temperaturunu tənzimləyərək,onu istidən, soyuqdan, günəş yanığından və mexaniki zədələrdən qoruyan təbii müdafiə sistemidirƏsas səbəbləriStress: Sağlamlıq problemlərinə, iştahsızlığa və hətta sistitə səbəb ola biləcək ciddi bir vəziyyətdirTermorequlyasiyanın pozulması: Tük yayda həddindən artıq istiləşmədən və qışda hipotermiyadan qoruyan bir hava yastığı yaradır.Bu olmadan pişiklər həssas olurDəri ​​həssaslığı: Dəri günəş yanığına, yara və zədələrə, həşərat sancmalarına və çirkə qarşı təbii müdafiəsini itirirİstiqamət problemləri:Pəncələrdəki tükləri və bığları kəsmək qəti qadağandır, çünki onlar pişiyin hərəkət etməsinə yardım edirAnesteziya (sedasiya)ilə olunmanın riskləriÜrək və böyrəklərə yük:Sakitləşdirici maddələr qaraciyər və böyrəklər tərəfindən metabolizə olunur və bu da,sevimli dostlarınızda,xüsusən də xroniki xəstəlikləri olanlar üçün təhlükə yaradırFəsadlar: Allergik reaksiyalar, anesteziyadan sonra koordinasiyanın itirilməsi və tənəffüs problemləri mümkün ola bilirPişiklər öz tüklərinə qulluq etməyi bilən təmiz heyvanlardır, buna görə də müntəzəm olaraq daranılması qırxımın ən yaxşı alternativdir.Hazırladı: Nigarxanım

HPV təhlükəlidir?

İnsan papilloma virusu (HPV)-cinsi yolla ötürülən ən geniş yayılmış infeksiyalardan biridir. Oxu24.com  xəbər verir  ki,bu virus bədənin müxtəlif yerlərində ziyillərin və ət xallarının (kondilomaların) əmələ gəlməsi ilə özünü üzə verir. Onlar müxtəlif rəngli ( boz,qəhvəyi və çəhrayı) törəmələr kimi təyin olunurlar.Virusun əsas təhlükəsi yalnız törəmələrin əmələ gəlməsi deyil, müxtəlif onkoloji xəstəliklərin inkişafı ehtimalının artırılmasıdır. Bu xəstəliklərə uşaqlıq boynu, uşaqlıq yolu, cinsiyyət üzvü və digər nahiyələrin xərçəngləri aiddir.Nigar

Yalnız qadınlar üçün: Həkim sirləri AÇIQLADI

"Düzənli olaraq süd vəzi müayinəsi etmək və illik mammoqrafiya etmək sağlamlığınız üçün olmazsa olmazdır, amma hər şey demək deyil".Bu barədə Oxu24.com-a açıqlamasında onkoloq Rəna Niftaliyeva bildirib.Həkimin sözlərinə görə,xərçəng xəstəliyi döşlərə diqqət etməyin başlıca səbəbi olsa da bunu etməyə başqa səbəblər də var. Aylıq öz-özünü süd vəzi kontrolu etməkdən əlavə tez tez süd vəziləri nəzərdən keçirmək və ona qulluq lazımdır. Kontrol zamanı süd vəzidə olan hər hansı dəyişiklik süd vəzi xərçəngindən başqa, dəri infeksiyası və s. problemlərin əlamətləri ola bilər. Məs: süd vəzi böyük ölçülü qadınlarda boyun ağrıları ola bilər, döşlərin altında qalan bolğə tərləyə bilər, səpkilər yarana və ya infeksiya düşə bilər və s. Süd vəzi sağlamlığı üçün diqqət edilməsi gərəkən digər ipucları:Qidalanmanıza diqqət edin. Sağlam qidalanma sizi xəstəliklərdən qoruyacaq. Sizi sağlam və gümrah edən, xüsusilə də zamanla döş sallanmasının və boşalmasını önləyə bilən idman növləri ilə müntəzəm məşğul olun. Dərinizi nəmləndirin. Xüsusilə də gilə və ətrafinda quruluq olan zaman kokos və ya badam yağından istifadə etmək dərini sağlam və gözəl saxlayacaq. Doğru busqalter istifadə edin. Həm sağlam materiallı həm də düzgün ölçü götürülməsi vacibdir. Dərinizi tanıyın. Döşlərin dərisinə tez-tez nəzarət etmək sadəcə dəriniz üçün deyil, hər hansı dəyişikliyi vaxtında aşkarlanması üçün də önəmlidir.Hazırladı: Nigarxanım

Evdə vurulan bu iynə sizi öldürə bilər

Bəzi insanlar evdə qan azlığı əleyhinə iynələr vurdururlar.Onlar bununla qanazlığından müalicə olunduqlarını düşünürlər.Əslində bunun faciəyə səbəb ola biləcəyini bilirdinizmi?Mövzu ilə bağlı Oxu24.com-a danışan həkim Günel Qasımova bildirib ki,evdə,özbaşına vurulan iynələr ciddi fəsadlara səbəb ola bilər."Evdə qan iynəsi vurmaq qəti tövsiyə etmirəm.Çünki ciddi alergik şoklar yaşaya bilərsiniz.İlk olaraq qanın ümumi analizi,transferin,feritin fol turşusu,B12 yoxlanılmalıdır.Daha sonra tərkibində C vitamini olan dəmir preporatı ilə müalicəyə başlamaq olar.Bir tabletdən,yaxud kapsoldan gündə iki dəfə yeməkdən sonra qəbul məsləhətdir.Bu müddətdə çay və kofe içməyin",-deyə hkim bildirib.Nigarxanım

Ailəsində xərçəng olmuş qadınlar mütləq bunu BİLMƏLİDİR

"Anam süd vəzi xərçəngi keçirdi… Bəs mən nə vaxtdan yoxlanmalıyam?"Bu sual çox qadının ağlındadır. Mövzu ilə bağlı Oxu24.com-a danışan onkoloq Rəna Niftaliyeva bildirib ki,əgər ailədə – xüsusilə ana, bacı, xala və ya bibi kimi yaxın qohumlarda süd vəzi (döş) xərçəngi olubsa, sənin riskin artmış sayılır. "Ailədə süd vəzi xərçəngi varsa, yoxlanışlara -qohumda xəstəlik aşkarlandığı yaşdan 10 il əvvəl başlanmalıdır.Məsələn, anaya 45 yaşında süd vəzi xərçəngi diaqnozu qoyulubsa, sən 35 yaşından mütəmadi yoxlanmalısan",-deyə həkim bildirib.Nə etməli?Hər il: onkoloqa müraciət, Ultrasəs müayinəsi və ya mammoqrafiya, aybaay öz-özünü müayinə edin.Unutma:Erkən diaqnoz – həyat xilas edir.Hazırladı: Jalə

Xərçəngdən müalicə alanlara vacib XƏBƏR: Həkim çoxlarının demədiyi üsulu AÇIQLADI 

Xərçəng əleyhinə müalicənin yan təsirlərini necə azaltmaq olar?Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran mammoloq-onkoloq Rəna Niftaliyeva bildirib ki,xəstəliyi dayandırmaq üçün tətbiq olunan — kimyaterapiya və radioterapiya kimi müalicələr xəstəliyi zəiflədə bilir. Amma bu müalicələrlə yanaşı yorğunluq, gücsüzlük, iştahsızlıq, yuxusuzluq, ağrı kimi yan təsirlər də başlayır.Nəticədə xəstə həm xəstəliklə, həm də müalicənin ağırlığı ilə mübarizə aparmalı olur.Bəzən yan təsirlər müalicəyə davam etməyi belə çətinləşdirir…Xərçəng əleyhinə müalicə alan xəstələrin ən çox ehtiyac duyduğu şey — bədəni yenidən gücləndirən, müalicəni asanlaşdıran bir dəstəkdir.Artıq bir neçə ildir ki, kimyoterapiya zamanı yan təsirlərə görə müraciət edən xəstələrə dəstək məqsədilə bir çox ölkədə də İnteqrativ onkologiya klinikalarında istifadə edilən yüksək dozalı C vitamini terapiyasından istifadə edirəm. Xəstələr bu müalicədən sonra yorğunluq, zəiflik, iştahsızlıq, ürək bulanma, ağrı kimi şikayətlərinin azalmasını, keçməsini qeyd edirlər.Hər hansı səbəbdən onkoloji müalicəni dayandıran və ya müalicəyə uyğun olmayan xəstələrdə isə bu terapiya xərçəng xəstəliyinin yaratdığı əlamətləri azaltmaq, aradan qaldıramaq üçün təyin edirəm. bu terapiya onkoloji xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərərcədə artırmağa kömək edir.Beləliklə, yüksək dozalı C vitamini;- xərçəng müalicəsinin yan təsirlərini əhəmiyyətli dərəcədə azaldır;- müalicələrin əsas təsirini gücləndirdirir;- xərçənglə bağlı yaranan simptomları yüngülləşdirir;- ömür uzunluğunu artırır.Qeyd edim ki, Yüksək dozalı C vitamini-alternativ müalicə deyil,-klassik onkoloji müalicəni əvəz etmir.- həkim nəzarəti altında tətbiq edilir. Sağlamlıq bir yoldur… Və bu yolda tək deyilsiniz. İteqrativ müalicə üsulları ilə , bədəninizin gücünü yenidən aktivləşdirmək üçün kömək edə bilərik!Məqsədimiz yalnız xəstəliyi müalicə etmək deyil – müalicə gedərkən həyat keyfiyyətini də qorumaqdır.Hazırladı: Nigarxanım

Qadınlara vacib XƏBƏR: Kələmi belə istifadə edin...

Bəli, kələm yarpaqları bəzi hallarda döş ağrılarının yüngülləşdirilməsində kömək edə bilər. Kələm yarpaqları, xüsusilə soyuq tətbiq edildikdə, bəzən ağrıları azalda bilər. Bu fikirləri Oxu24.com saytına açıqlamasında  mammoloq-onkoloq Rəna Nifatiyeva bildirib."Bu, kələmin tərkibindəki bəzi maddələrin, məsələn, antiinflamatuar xüsusiyyətlərə sahib olan bəzi maddələrin, həm də soyuq kompres kimi ağrıları azaldıcı təsir göstərməsindən qaynaqlanır.Kələm yarpaqlarını döş ağrıları üçün necə istifadə edə bilərsiniz:Kələm yarpaqlarını təzə və yuyulmuş halda götürün.Yarım ölçüdə yarpaqları parçalayıb, ya da üstünü açıb bir neçə zədələyici hərəkət ilə şirələrinin çıxmasına kömək edin.Soyuq şəkildə döş üzərinə qoyun.20-30 dəqiqə ərzində qalmasına icazə verin.Bununla yanaşı, bu üsul hər kəsdə eyni təsiri göstərməyə bilər, ona görə də ağrılar davam edirsə və ya şiddətlənirsə, həkimlə məsləhətləşmək vacibdir. Döş ağrıları hormonal dəyişikliklər, stres və ya digər sağlamlıq problemlərindən qaynaqlana bilər, buna görə də müvafiq tibbi yanaşma lazımdır",-deyə həkim bildirib.Hazırladı: Şahbaz

Yeniyetmələrdə tez-tez rastlanan xoşxassəli düyün ola bilər - HƏKİM

Qızımda erkən yaşda süd vəzisində düyün tapılıb… Bu nə deməkdir? Qorxulu bir şeydirmi? Xərçəng ola bilər? Yoxsa sadəcə izləmək kifayətdirmi?..Mövzu ilə bağlı Oxu24.com-a danışan mammoloq-onkoloq Rəna Niftalıyeva bildirib ki,yeniyetmələrdə tez-tez rastlanan xoşxassəli düyün ola bilər." Bu suallar sizi də düşündürürsə, tək deyilsiniz. Çünki son illər erkən yaşda süd vəzi dəyişiklikləri ilə bağlı həkimə müraciətlər artmaqdadır..Beləliklə, qızınızda erkən yaşda süd vəzisində düyün aşkarlanıbsa, bu çox vaxt qorxulu diaqnoz demək deyil, amma diqqətlə yanaşmaq vacibdir. Bu düyün:🔸 Fibroadenoma – yeniyetmələrdə tez-tez rastlanan xoşxassəli düyün ola bilər.🔸 Kist – maye ilə dolu, zərərsiz quruluş.🔸 Hormonal dəyişikliklərlə bağlı müvəqqəti toxuma dəyişməsi ola bilər.🔸 Daha nadir hallarda isə, əlavə müayinə tələb edən ciddi səbəblər də istisna olunmalıdır. Nə etməli?– USM (ultrasəs) müayinəsi– Mammoloq və ya pediatr-onkoloq konsultasiyası– İzləmə və ya əlavə analizlər həkim qərarından asılı olaraq təyin edilirUnutmayın: Erkən diaqnoz – həm məlumat, həm də rahatlıq deməkdir.",-deyə həkim qeyd edib.Jalə

Ağız yaraları ilə bağlı qorxunc XƏBƏRDARLIQ

Təkrarlayan və ya sağalmayan ağız yaralarının səbəbləri zəif ağız gigiyenası, bəsit ağızdaxili travmalardan həyati əhəmiyyətli immunçatışmazlıqlar, revmatoloji və onkoloji xəstəliklərə qədər dəyişə bilər.Bu barədə oxu24.com-a  infeksionist  Roza Murad bildirib."O cümlədən qanazlığı, müxtəlif mineral və vitamin çatışmazlıqları ağız yaralarının yaranması ilə özünü göstərə bilir.Müxtəlif infeksion amillər ağızda təkrarlayan və gec sağalan yaralara səbəblərindəndir:Virus infeksiyaları:Herpesviruslar, İnsan papilloma virusu, Epştein-Barr virusu, Sitomeqalovirus və sGöbələk xəstəlikləri:Kandidozlar, Aktinomikozlar və sHİV - ə bağlı yaralar və fürsətçi infeksiyalarSistemik infeksiyaların ağız əlamətləri:Vərəm, Sifilis, Qonoreya və s 2 həftədən uzun çəkən, il ərzində 3-4 dəfədən artıq təkrarlanan yaralar; eyni vaxtda bir neçə yaranın olması, yara sahəsinin geniş olması ciddi siqnaldır. Bu halda mütləq həkimə müraciət etmək lazımdır",-deyə həkim bildirib.Hazırladı: Nigarxanım

Bu əlamətlər ağır xəstəliyin xəbərçisidir 

Rusiyalı nevroloq Olqa Zinçeva demensiyanın ilkin əlamətləri barədə danışıb.Oxu24.com  xəbər verir ki, nevroloqun sözlərinə görə bu xəstəlik beyin strukturlarının zədələnməsi nəticəsində inkişaf edir və yaddaş, diqqət, nitq, düşünmə, gündəlik fəaliyyətlər kimi koqnitiv funksiyaların pozulması ilə müşayiət olunur.Demensiya əvvəlcə insanın gündəlik həyatına təsir edir, iş və məişət işlərini çətinləşdirir, gec mərhələdə isə şəxsiyyətin dərin dağılmasına gətirib çıxarır.Ən erkən simptomlardan biri qısamüddətli yaddaşın zəifləməsidir. İnsan yaxınlarının adını unuda, son günlərdə baş verən hadisələri xatırlamaya, tanış marşrutlarda çaşa bilər. Bəzi hallarda pasiyentlər eyni sualı dəfələrlə təkrarlayır.Xəstəliyin başlanğıcında səbəbsiz depressiv hallar da tez-tez rast gəlinir. Pasiyentlərdə kədərli əhval, təşviş, şübhəçilik və inamsızlıq yaranır. Digər vacib əlamət isə məişətdə səliqəsizlikdir - insan şəxsi gigiyenaya laqeyd yanaşır, geyim və xarici görünüşünə fikir vermir. Zamanla vaxt və məkanda orientasiya da pozulur, dərmanların qəbulu və gündəlik rejim qarışır.Zinçeva qeyd edib ki, intellektual qabiliyyətlər də zəifləyir: sadə hesablamaları və alış-verişi etmək çətinləşir, fikirlərini aydın ifadə etmək və sözləri seçməkdə problem yaranır. Bəzi hallarda isə hallüsinasiyalar müşahidə olunur.Nevroloq vurğulayıb ki, demensiyadan şübhələndikdə vaxtında həkimə müraciət etmək vacibdir. Diaqnoz xüsusi testlər və müayinələr əsasında qoyulur, daha sonra müalicə təyin edilir. Profilaktika üçün isə koqnitiv funksiyaların mütəmadi məşqi, aktiv həyat tərzi və ümumi sağlamlığın qorunması əsas amillərdir./milli.az

Pnevmoniya halları artıb  - Necə qorunaq?

Azərbaycanın bəzi bölgələrində pnevmoniya halları artıb.Oxu24.com xəbər verir ki,son dövrlərdə Azərbaycanda pnevmoniya (ağ ciyər iltihabı) hallarında artım müşahidə olunur. Həkimlər bildirirlər ki, xüsusilə payız-qış dövründə soyuq hava, immunitetin zəifləməsi və respirator virusların aktiv yayılması xəstəliyin artmasına səbəb olur.Pnevmoniya xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlarda ağır gedişata malik ola bilər. Xəstəliyin əsas əlamətləri yüksək hərarət, öskürək, nəfəs darlığı və halsızlıqdır.Həkimlər profilaktik tədbirlərin görülməsinin vacibliyini vurğulayır. Əllərin tez-tez yuyulması, maska istifadəsi, izdiham yerlərindən çəkinmək və mövsümi peyvəndlərin tətbiqi xəstəliyin qarşısını almağa kömək edir.Pnevmoniya əlamətləri olan şəxslərə dərhal tibbi yardım göstərmək tövsiyə olunur. Xəstəliyin erkən diaqnostikası və vaxtında müalicəsi ağırlaşmaların qarşısını almaq üçün həyati əhəmiyyət daşıyır.Hazırladı: Nigarxanım

Bu meyvədən cəmi 5 ölkədə yetişir - Biri də Azərbaycandır 

Bu meyvə dünyada cəmi 5 ölkədə yetişdirilir.Onlardan biri də Azərbaycandır.Söhbət hallabong  meyvəsindən gedir.Oxu24.com həmin meyvənin faydalarını təqdim edir:İmmunitet sistemini gücləndirir.Ürək-damar sağlamlığı dəstəkləyir.Həzm sistemini yaxşılaşdırır.Qan şəkəri balansını qoruyur.Antioksidant və iltihab əleyhinə təsiri var.Göz sağlamlığı üçün faydalıdır.Dərini zədələnmədən qoruyur.Qan təzyiqini azaldır.Xolesterini aşağı salır.Qəbizliyin qarşısını alır.100 qram üçün tərkibi.Enerji: 49 kkalKarbohidratlar: 11,89 qZülal: 0,94 qÜmumi yağ: 0,30 qQida lifi: 2,50 qFolatlar: 39 mkqNiasin (B3 vitamini): 0,274 mqPantoten turşusu (B5): 0,250 mqPiridoksin (B6): 0,063 mqRiboflavin (B2): 0,040 mqTiamin (B1): 0,087 mqC vitamini: 48,5 mqA vitamini: 230 IUKalium: 179 mqKalsium: 40 mqMis: 39 mkqDəmir: 0,09 mqMaqnezium: 10 mqManqan: 0,023 mqSink: 0,06 mqHazırladı: Nigarxanım

Yumurtanı yumayın! - XƏBƏRDARLIQ

Yumurtadan demək olar ki,hər birimiz istifadə edirik.Bu dəfə yumurtanın düzgün şəkildə istifadə qaydası barədə məlumatı təqdim edəcəyik.Oxu24.com bildirir  ki,mütəxəssislər yumurtanın qabığının yuyulmasının zərərli olduğunu açıqlayıb.Belə  ki,yumurtanın qabığında kutikula (bloom) adlı nazik təbii qoruyucu təbəqə var. Yuduqda bu örtük zədələnir.Bu örtük bakteriyaların yumurtanın içinə keçməsinin qarşısını alır, yumurtanı xarici çirklənmədən qoruyur.Hazırladı: Şahbaz 

Toyuq ətinin rəngi nəyi göstərir?  - VACİB MƏLUMAT 

Toyuq ətindən demək olar ki,gündəlik qidalanmada istifadə edirik.Onun keyfiyyəti bizim üçün önəmlidir.Bəs toyuq ətini rənginə görə keyfiyyətini təyin etmək mümkündürmü?Oxu24.com  xəbər verir  ki,qida mütəxəssisləri toyuq əti ilə bağlı rəylərini açıqlayıblar.Çox açıq, solğun çəhrayı (soldakı)Nə deməkdir:-Toyuq təzədir-Düzgün temperaturda saxlanılıb (0-4°C)-Ən ideal və təhlükəsiz görünüşdürSeçmək üçün ən yaxşı variant Sarımtıl və ya krem rəng (ortadakı)Nə deməkdir:-Toyuq yağlıdır və ya-Yemi qarğıdalı əsaslı olub (normal hal ola bilər)-Bəzən uzun müddət soyuducuda saxlanma və ya vakuum təsiri Pis deyil, amma:Qoxu mütləq yoxlanmalıdır Yapışqanlıq olmamalıdır Tünd çəhrayı / qırmızımtıl (sağdakı)Nə deməkdir:-Toyuq köhnəlmiş ola bilər-Temperatur pozuntusu yaşanıb-Oksidləşmə və ya bakterial artım riski var-Bəzən dondurulub-dondan açılıbRəng təkbaşına 100% göstərici deyil. Qoxu, saxlanma temperaturu, son istifadə tarixinədə baxmaq vacibdir.Hazırladı: Jalə

Yuxu dərmanı atıb yatanlara VACİB XƏBƏR 

İnsan neçə saat yatmalıdır?Yuxu dərmanı ilə yatmaq zərərlidirmi?Oxu24.com bu dəfə  sözügedən suallar ətrafında araşdırma aparıb.Mövzu ilə bağlı Oxu24.com-a danışan nevroloq Nailə Ələkbərova bildirib ki,normada 8 saat olduğu deyilən yuxu zamanı əslində nisbidir.Bu,insan orqanizmindən asılı olaraq dəyişə bilər."Çox zaman həkimlər yuxusu olmayan insanlara dərman verir  ki,8 saat yatsınlar. Bu,əslində doğru yanaşma deyil.Çünki,hər bi insanda yuxu norması bədənə uyğun tənzimlənir.6-8 saat aralığında deyilən yuxu norması təxminən 80-85 faiz  insana aiddir.Yerdə qalan 15 faiz insanda bu norma dəyişə bilir.Ya arta,ya da azala bilir.Elə insan var ki,3-4 saat yatır və kifayətlənir.Elə insan da var ki,10-11 saat yatır.Biz onlara dərman verib 8 saat dediyimiz normaya sala bilmərik",-deyə nevroloq bildirib.Hazırladı: Jalə

Qulunc qırmağın bu  mənfi nəticəsi var imiş    —   Həkim XƏBƏRDARLIQ ETDİ

Bir sıra insanlar qulunc qırmaq,boyun dartmaq və  bu kimi üsullardan istifadə etməklə baş,boyun ağrısından,qulaqdakı cingiltidən  xilas olacağını düşünür.Bəs,bu hərəkətlər bizə hansı mənfi nəticələri verə bilər?Mövzu ilə bağlı Oxu24.com-a danışan nevroloq Nailə Ələkbərova bildirib ki,sözügedən hərəkətlər insulta səbəb ola bilər."Bu prosesdən bir neçə saat,yaxud bir neçə gün sonra insan isult keçirə bilir. Beyni qidalandıran boyun bölgəsindən qalxan ana damarların divarının tamlığının pozulması nəticəsində bir pıxtı atdığında həmin əlaqəli beyin şöbələrinin artıq fəaliyyəti itir.Yəni,insan insult keçirir və bunun əslində heç o hərəkətlərlə əlaqələri olduğu da ağlımıza gəlməyə bilər.Bu bizim təcrübəmizdə çox rast gəlinir.Ona görə də insanları bu kimi hərəkətlərdən çəkinməyi tövsiyə edirik ",-deyə nevroloq bildirib.Nigarxanım
❌