Normal görünüm

Dünden önceki gün alınanlar Azerbaycanca Haberler

"Napoli" "Çelsi"nin hücumçusu Mark Qiunu transfer edə bilər

İtaliyanın "Napoli" klubu İngiltərə təmsilçisi "Çelsi"nin hücumçusu Mark Qiunun transferində maraqlıdır.

"Report"xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu neapolluların hücum xətti üçün prioritet namizədə çevrilib.

"Barselona"nın yetirməsinin ön plana çıxmasına klubun maraqlandığı digər hücumçuların – Coşua Zirkze ("Mançester Yunayted"), Qabriel Jesus ("Arsenal") və Nikolas Ceksonun ("Çelsi") yüksək dəyəri, eləcə də onlar uğrundakı kəskin rəqabət səbəb olub.

"Napoli" gənc hücumçunun birdəfəlik transferini rəsmiləşdirmək variantını nəzərdən keçirir.

Qeyd edək ki, M.Qiu ötən mövsüm bütün turnirlərdə keçirdiyi 16 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Anxel Di Mariya Libertadores Kubokunda məğlubiyyətdən sonra karyerasını bitirmək istəyir

Argentinanın "Rosario Sentral" klubunun hücumçusu Anxel Di Mariya Libertadores Kubokunun 1/8 final mərhələsinin "Korintians"a qarşı cavab oyunundakı (0:1) məğlubiyyətdən sonra karyerasını başa vurmaq istədiyini açıqlayıb.

"Report" UOL-a istinadən xəbər verir ki, təcrübəli hücumçu ağır məqam yaşandığını, arzularının və davam etmək istəyinin fərqli olduğunu, indi isə gələcəkdə nə etmək istədiyini anlamalı olduğunu vurğulayıb.

38 yaşlı futbolçu ötən ilin yayından çıxış etdiyi "Rosario Sentral" ilə müqavilənin müddətini bu yaxınlarda daha 1 il artırıb. "Transfermarkt" portalına görə onun dəyəri 1 milyon 800 min avro qiymətləndirilir.

Qeyd edək ki, A.Di Mariya daha əvvəl Portuqaliyanın "Benfika", İtaliyanın "Yuventus", Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Real" klublarının şərəfini qoruyub.

"Aston Villa" Leon Qoretska ilə danışıqlara başlayıb

İngiltərənin "Aston Villa" klubu Almaniyanın "Bavariya" komandasının sabiq yarımmüdafiəçisi Leon Qoretska ilə danışıqlar aparır.

"Report" xarici mediaya istinadən xəbər verir ki, tərəflər arasında proses artıq başlayıb.

31 yaşlı almaniyalı futbolçu "Bavariya"dan ayrıldıqdan sonra azad agent statusundadır.

Qeyd edək ki, L.Qoretzka ötən mövsüm bütün turnirlərdə 48 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalında onun dəyəri 12 milyon avro qiymətləndirilir.

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Misli Premyer Liqasının II turuna bu gün start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Qəbələ" evdə "Şəfa" ilə üz-üzə gələcək. Saat 18:30-da start götürəcək qarşılşamanı İnqilab Məmmədov idarə edəcək.

Günün son matçında "Zirə" doğma arenada "İmişli"ni qəbul edəcək. Əli Əliyevin baş hakim olacağı görüş saat 20:45-də başlayacaq.

Misli Premyer Liqası

I dövrə, I tur

22 avqust

18:30. "Qəbələ" – "Şəfa"

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Qəbələ şəhər stadionu

20:45. "Zirə" – "İmişli"

Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, II tura avqustun 23-də yekun vurulacaq. Avrokuboklarda çıxışla əlaqədar bu turda "Sabah"ın "Sumqayıt"la, "Qarabağ"ın isə "Kəpəz"lə görüşləri təxirə salınıb.

Malayziya futbol klubu məğlubiyyətsizlik seriyası üzrə dünya rekordu müəyyənləşdirib

Malayziyanın "Cohor Darul Tazim" futbol klubu milli çempionatda məğlubiyyətsizlik seriyasının müddətinə görə dünya rekordu müəyyənləşdirib.

"Report" bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

Həmçinin çempionatda hesaba alınan Malayziya Superkuboku matçında komanda "Kuching City"ni 3:0 hesabı ilə darmadağın edib. Cohor-Baru şəhərindən olan komanda artıq ardıcıl 109 matçdır ki, məğlub olmur.

Əvvəlki dünya rekordu - məğlubiyyətsiz 108 matç - Kot-d'İvuarın "ASEK Mimozas" klubuna məxsus idi və 1989–1994-cü illərdə qeydə alınmışdı.

"Cohor Darul Tazim" 2021-ci ilin aprelindən Malayziya çempionatında məğlub olmur. O, 1972-ci ildə yaradılıb? 2013-cü ildə bugünkü adı altında yenidən qurulub. Klub ardıcıl olaraq son 12 çempionluq titulunu qazanıb.

İndi "Cohor" başqa bir rekordu - ardıcıl çempionluq titullarının sayına görə rekordu hədəfləyə bilər. Hazırda bu nailiyyət Vanuatunun "Tafea" klubuna məxsusdur - Port-Vila futbol liqasında ardıcıl 15 titul.

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan milli komandası Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Bu barədə "Report"a AFFA-dan məlumat verilib.

Qarşılaşma noyabrın 16-da səfərdə baş tutacaq.

Görüş Enkam inzibati bölgəsində yerləşən Nou Estadi de la FAF stadionunda reallaşacaq.

FİFA Paredesi DÇ-2026-nın final matçından sonrakı hərəkətlərinə görə diskvalifikasiya edib

Argentina yığmasının yarımmüdafiəçisi Leandro Paredes ABŞ-də keçirilən dünya çempionatının finalında komandasının İspaniyaya məğlubiyyətindən sonrakı davranışına görə 10 beynəlxalq matçdan diskvalifikasiya edilib.

"Report" xəbər verir ki, bu barədə "Vanguard" portalı FİFA-nın bəyanatına istinadən məlumat yayıb.

Paredes həmçinin 90 min dollar cərimələnib.

Portal qeyd edib ki, o, Argentinanın İspaniyaya 1:0 hesabı ilə uduzduğu Nyu-Cersidəki final matçında baş vermiş hadisələrə görə diskvalifikasiya edilən və cərimələnən bir neçə argentinalı oyunçudan biri olub.

"Sabah"ın serbiyalı futbolçusu Velko Simiç: "Rekordlara imza atmaq həmişə xoşdur"

Rekordlara imza atmaq həmişə xoşdur.

Bunu "Report"a açıqlamasında paytaxt təmsilçisinin futbolçusu Velko Simiç deyib.

31 yaşlı serbiyalı yarımmüdafiəçi UEFA Çempionlar Liqasında ardıcıl 5 matçda qol vurmaqla rekorda imza atmasına münasibət bildirib:

"Düzü, oyundan öncə bu barədə düşünməmişdim. Əsas məqsədim yüksək səviyyədə çıxış edərək komandaya müsbət nəticələr qazanmaqda kömək olmaqdır. Azərbaycanda UEFA Çempionlar Liqasının ardıcıl 5 matçında qol vuran ilk futbolçu olduğumu bilmək xoşdur. Rekordlara imza atmaq həmişə xoşdur. Ümid edirəm ki, qol vurmağa davam edəcəyəm və komandama uğur qazanmaqda yardımçı olacağam".

Qeyd edək ki, Velko Simiç UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" (Finlandiya) ilə hər iki matçında (1:0, 2:0), ardınca isə III təsnifat mərhələsinin "Orhus" (Danimarka) ilə görüşlərində (1:2, 4:0), həmçinin pley-off mərhələsinin "Hapoel" (Beer Şeva, İsrail) ilə səfər oyununda (1:2) fərqlənib.

O, bununla da Azərbaycan futbolu tarixinə klubların heyətində UEFA Çempionlar Liqasında ardıcıl 5 matçda qol sevinci yaşayan ilk oyunçu kimi düşüb. Bunadək şərikli rekord "Qarabağ"ın hücumçularına məxsus idi. Redon Cica 2023/2024, Olavio Juninyo 2024/2025 mövsümündə ardıcıl 4 qarşılaşmada azarkeşləri sevindirib. Cica I və II təsnifat mərhələlərində 4 oyunda 5, Juninyo II və III təsnifat mərhələlərindəki 4 görüşdə 6 qol vurub.

Con van den Brom: "Bəzi futbolçular "Qarabağ"la oyunda səviyyələrindən aşağı oynadılar"

"Tvente"nin bəzi futbolçuları "Qarabağ"la matçda öz səviyyələrindən aşağı oynadılar.

"Report" Niderland mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Con van den Brom açıqlama verib.

Mütəxəssis 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Mövcud raundda yaxşı rəqiblərlə mübarizə aparırsınız. Bu o deməkdir ki, siz də yaxşı olmalısınız. Bu gün bəzi futbolçularımız öz səviyyələrindən aşağı oynadılar. Amma cavab qarşılaşması üçün ümidim var. Çünki daha yaxşı çıxış edə bilərik".

Con van den Brom "Qarabağ"ın da yaxşı komanda olduğunu söyləyib: "Onların keyfiyyətlərini gördük. Rəqib yaxşı kollektivdir. Amma məncə, biz daha yaxşı oynaya bilərdik".

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Qurban Qurbanov: "Futbolçular "Tvente" ilə oyunda çox güc sərf etdilər"

"Qarabağ"ın futbolçuları "Tvente" ilə matçda çox güc sərf ediblər.

"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Niderlandda "Tvente"yə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Futbolçuları təbrik edirəm. Yaxşı mübarizə apardılar, çox güc sərf etdilər. Komanda olaraq üçüncü dəfədir ki, bu meydanda oynayırıq. Bu stadiondan, azarkeşlərdən və oyundan hər dəfə daha çox zövq aldıq. Bizim fanatlarımız da tribunadan dəstək olurdular. Onlara da təşəkkür edirəm".

Q.Qurbanov çox vacib qalibiyyət əldə etdiklərini vurğulayıb:

"Bakıda cavab qarşılaşması olacaq. İkinci oyunda daha diqqətli və intizamlı çıxış etməliyik. İnanıram ki, həmin matç da maraqlı keçəcək və azarkeşlərimizi sevindirə biləcəyik".

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

UEFA və dünya konfederasiyaları İnfantinoya etimadsızlıq votumu irəli sürə bilər

Ən böyük beynəlxalq futbol konfederasiyaları, futbol üzrə dünya çempionatındakı payın özəl investorlara satılması təklifi ilə bağlı yaranan narazılıqdan sonra FİFA Prezidenti Canni İnfantinonun istefasına nail olmaq məqsədilə ona etimadsızlıq votumu irəli sürmək imkanını müzakirə edirlər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə müzakirələrin gedişatından xəbərdar olan yüksək vəzifəli mənbələr məlumat verib.

Agentliyin məlumatına görə, UEFA, Asiya Futbol Konfederasiyası (AFC) və Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Futbol Konfederasiyası (CONCACAF) etimadsızlıq votumu irəli sürməyi nəzərdən keçirir.

"Çıxış yolu yoxdur. Ya o, sülh yolu ilə gedib mart ayında namizədliyini irəli sürməmək qərarına gələcək, ya da sərt yolu seçəcək", - mənbələrdən biri bildirib.

FİFA-nın nizamnaməsinə əsasən, növbədənkənar konqres təşkilatın Şurası tərəfindən istənilən vaxt çağırıla bilər.

Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vurub.

"Report"un məlumatına görə, hücumçu Xorvatiyada "Hayduk"a qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda fərqlənib.

Forvard 27-ci dəqiqədə meydan sahiblərini məyus edib. Hazırda matçda hesab bərabərdir - 1:1.

Xatırladaq ki, Mahir Emreli iyulun 17-də "Rakuv"a keçib. Bu, onun yeni komandasında üçüncü qoludur.

UEFA Avropa Liqası: "Beşiktaş" pley-off mərhələsinin ilk oyununda inamlı qələbə qazanıb

Türkiyənin "Beşiktaş" komandası UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, İstanbul təmsilçisi doğma azarkeşlər önündə Litvanın "Jalqiris" kollektivi ilə üz-üzə gəlib.

"Ağ-qaralar" rəqibini üç cavabsız qolla üstələyib. Qolları 6-cı dəqiqədə O Hen Qyu, 12-ci dəqiqədə Mikael Murilyo və 59-cu dəqiqədə Orkun Kökçü (p) vurub.

Xatırladaq ki, tərəflər arasındakı cavab qarşılaşması bir həftə sonra olacaq.

UEFA Konfrans Liqası: "Qarabağ" Niderlandda "Tvente"ni məğlub edib - YENİLƏNİB-4

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda "Tvente"nin qonağı olub.

Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Matçda yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyununda hesab açılıb.

"Report" xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub - 1:0.

Kadi Borges 52-ci dəqiqədə fərqlənib.

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hələlik görüşdə hesab açılmayıb.

Qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir. Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir. Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir.

Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.

Xatırladaq ki, komandalar arasında cavab qarşılşaması avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

"Yuventus"un futbolçusu Artur Melo karyerasını Türkiyədə davam etdirə bilər

İtaliyanın "Yuventus" klubunun futbolçusu Artur Melo karyerasını Türkiyədə davam etdirə bilər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, "Beşiktaş" 30 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

İstanbul təmsilçisi braziliyalı oyunçu üçün təklif göndərməyə hazırlaşır. İtaliya klubu A.Melonu növbəti mövsüm üçün planlarına daxil etməyib.

Xatırladaq ki, 2020-ci ildə "Yuventus"a keçən futbolçu bu müddət ərzində bir neçə kluba icarəyə verilib.

İtaliya millisinin futbolçusu Kostantino Favasuli "Napoli"yə keçib

İtaliya millisinin futbolçusu Kostantino Favasuli karyerasını "Napoli"də davam etdirəcək.

"Report" xəbər verir ki, Neapol təmsilçisi 22 yaşlı yarımmüdafiəçini "Katanzaro" klubundan icarəyə götürdüyünü açıqlayıb.

Mövsümün sonunda oyunçunun birdəfəlik transfer hüququ da mövcuddur.

Xatırladaq ki, "Fiorentina"nın yetirməsi olan Kostantino Favasuli iyun ayında iki dəfə İtaliya yığmasının formasını geyinib. O, ötən mövsüm B Seriyasında 36 matçda 5 qolla yadda qalıb.

"Karvan-Yevlax" Türkiyə klublarında oynamış Antoni Uzodimma ilə anlaşıb

"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb.

"Report" xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.

Nigeriyalı yarımmüdafiəçi Antoni Uzodimma ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

27 yaşlı oyunçu karyerası ərzində Türkiyənin "Kayserispor", "Girəsunspor", "Ankara Keçiörəngücü", həmçinin öz ölkəsinin "Emordi" və "Rasinens" klublarında forma geyinib.

"Barselona" Juan Kanselu ilə 2029-cu ilədək müqavilə imzalayıb

İspaniyanın "Barselona" klubu azad agent statusunda olan Portuqaliya millisinin futbolçusu Juan Kanselu ilə müqavilə imzalayıb.

"Report" Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi ilə müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

32 yaşlı oyunçu komandaya azad agent kimi qoşulub.

Kanselu daha əvvəl kataloniyalıların heyətində icarə əsasında çıxış edib. O, 2023/2024 mövsümündə "Mançester Siti"dən (İngiltərə) "Barselona"ya keçərək 42 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.

Daha sonra Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna yollanan futbolçu 2026-cı ilin yanvarında yenidən icarə əsasında İspaniya təmsilçisinə qayıdıb və keçirdiyi 23 qarşılaşmada 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Karyerası ərzində"Mançester Siti" ilə yanaşı, Portuqaliyanın "Benfika", İspaniyanın "Valensiya", İtaliyanın "İnter" və "Yuventus" klublarında da çıxış edən müdafiəçi "Bavariya"da (Almaniya) da icarədə olub.

Qeyd edək ki, 2016-cı ildən Portuqaliya millisinin formasını geyinən J.Kanselu 73 matçda çıxış edib. O, 2018/2019 mövsümündə Millətlər Liqasının qalibi olub.

"Tvente" "Qarabağ"la oyundan əvvəl futbolçusu Sayf Ltayeflə yollarını ayırıb

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Niderlandın "Tvente" klubu futbolçusu Sayf Ltayeflə yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə Erediviziya təmsilçisi məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi Polşanın "Krakoviya" klubu ilə müqavilə imzalayıb.

Tunis millisinin üzvü ötən mövsüm icarə əsasında Niderlandın "Sparta" və Almaniyanın "Qroyter Fyurt" komandalarının formasını geyinib.

Xatırladaq ki, "Qarabağ" bu gün "Tvente"yə qarşı pley-off mərhələsinin ilk oyununu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

"Liverpul" futbolçusu Kiran Morrisonu icarəyə verib

İngiltərənin "Liverpul" klubu futbolçusu Kiran Morrisonu icarəyə verib.

"Report" xəbər verir ki, bu barədə Mersisayd təmsilçisi məlumat yayıb.

19 yaşlı vinger 2026/2027 mövsümündə "Şeffild Uensdey"də çıxış edəcək.

Xatırladaq ki, Kiran Morrison 2019-cu ildə "Liverpul"un aşağı yaş qruplarına cəlb olunub. O, 2025-ci ildən əsas komandada yer alırdı.

Qabriel Martinelli "Əl-Hilal"ın maraq dairəsinə düşüb

İngiltərənin "Arsenal" klubunun braziliyalı vingeri Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin cinah hücumçusu mövqeyi üçün hazırladığı 3 nəfərlik namizəd siyahısına braziliyalı futbolçu da daxil edilib.

Siyahıda yer alan oyunçulardan biri İngiltərənin "Çelsi" klubunda çıxış edən portuqaliyalı Pedru Netudur. Q.Martinelli karyerasını Avropada davam etdirməyə üstünlük versə də, "Əl-Hilal" onu prioritet seçəcəyi təqdirdə təklifi dəyərləndirə bilər.

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli" və Türkiyənin "Qalatasaray" klubları da hücumçu ilə maraqlansalar da, o, İstanbul təmsilçisinin təklifini rədd edib.

Rəhim Həsənov Premyer Liqanın I turunun mübahisəli epizodlarını şərh edib

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının I turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

"Report"un məlumatına görə, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

O, ümumilikdə 3 oyundakı mübahisəli epizodu dəyərləndirib.

R.Həsənov FIFA referisi Kamal Umudlunun "Sumqayıt" - "Neftçi" görüşündə bir epizodda səhv qərar verdiyini bildirib.

Vaqif Sadıqov: "Sabah"ın buraxdığı qollar müdafiədəki diqqətsizlikdən irəli gəldi"

"Sabah"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində "Hapoel" (Beer-Şeva) komandası ilə səfər görüşündə buraxdığı qollar müdafiədəki diqqətsizlikdən irəli gəlib.

Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Mütəxəssis Valdas Dambrauskasın rəhbərliyi altında komandanın səhvlərdən nəticə çıxararaq cavab matçına tam hazır olacağını vurğulayıb:

"Sabah" ilk oyunda məğlub olsa da, mərhələ adlamaq şansını qoruyur. Valdas Dambrauskasın bir həftə ərzində nöqsanları aradan qaldıraraq azarkeşlər önünə mükəmməl hazırlaşmış komanda çıxaracağına və tarixində ən böyük ilkə imza atmaqla UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacağına inanıram. Dünənki qarşılaşmada göründü ki, "Sabah" rəqibin topla yaxşı davrandığını bildiyi üçün düzgün oyun planı seçib. Təəssüf ki, komanda 1:0 hesabı ilə öndə olarkən ikinci qolu vurmaq imkanlarından yararlana bilmədi".

Azərbaycan millisinin sabiq baş məşqçisi qolların diqqətsizlikdən buraxıldığını bildirib:

"Duran toplar"dan və lazımsız qarışıqlıqdan buraxılan qollar müdafiədəki xətalardan irəli gəldi. Bu, Azərbaycan futbolunun ümumi çatışmazlığıdır. Hətta deyərdim ki, rəqib təsadüfən qol vurmuşdu. Lakin bu nöqsanları aradan qaldırmaq mümkündür. Heç kim deyə bilməz ki, cavab oyunu rahat keçəcək. Artıqlaması ilə güc sərf etmək lazım olacaq. "Sabah"ın üstünlüyü ondadır ki, çox istəkli və intizamlı kollektivdir. Futbolçular baş məşqçinin tapşırıqlarını meydanda yerinə yetirməyi bacarırlar. Cavab qarşılaşmasında futbolçuların lazımi nəticəni qazanaraq yola davam edəcəklərinə əminəm".

Qeyd edək ki, "Sabah" pley-off mərhələsinin ilk matçında səfərdə İsrail təmsilçisinə 1:2 hesabı ilə məğlub olub. Tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Rauf Əliyev: "Qarabağ"ın Niderland təmsilçisini keçəcəyinə inanıram"

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" komandası ilə matçlarda mərhələ keçəcəyinə inam böyükdür.

Bunu "Report"a açıqlamasında Ağdam təmsilçisinin sabiq hücumçusu Rauf Əliyev deyib.

37 yaşlı mütəxəssis rəqibin yaxşı kollektiv olduğunu vurğulayıb:

"Hazırda "Tvente" haqqında o qədər də məlumatlı deyiləm. Lakin onlar Niderland çempionatında həmişə yüksək pillələr uğrunda mübarizə aparan tanınmış klubdur. Şübhəsiz ki, yaxşı vəziyyətdədirlər. "Qarabağ" ilk matçı səfərdə keçirəcəyi üçün bir qədər ehtiyatlı oynaya bilər. Cütün taleyinin həlli cavab qarşılaşmasına da qala bilər. İnanıram ki, komanda ölkəni layiqincə təmsil edəcək, bu görüşlərdə qalib gələrək mərhələni keçəcək".

Qeyd edək ki, "Tvente" – "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

"Real" ardıcıl üçüncü il dünyanın ən dəyərli futbol brendi seçilib

İspaniyanın "Real" klubu ardıcıl üçüncü il dünyanın ən dəyərli futbol brendi adını qoruyub.

"Report" "Brand Finance"a istinadən xəbər verir ki, Madrid təmsilçisinin dəyəri 25 faiz artaraq 2,4 milyard avroya çatıb.

Siyahıda ikinci yeri brend dəyəri 15 faiz artaraq 2 milyard avroya çatan İspaniyanın digər təmsilçisi "Barselona" tutub.

İngiltərənin "Arsenal" klubu dəyərini 28 faiz artıraraq 1,5 milyard avroya çatdırıb və ilk dəfə dünyanın ən dəyərli 3 futbol brendi sırasına daxil olub. London təmsilçisi həmçinin "Mançester Yunayted"i geridə qoyaraq Böyük Britaniyanın ən güclü futbol brendinə çevrilib.

Siyahının ilk "onluğ"unda Almaniyanın "Bavariya" (1,5 milyard avro), Fransanın PSJ (1,5 milyard avro), İngiltərənin "Mançester Siti" (1,5 milyard avro), "Liverpul" (1,5 milyard avro), "Mançester Yunayted" (1,4 milyard avro), "Çelsi" (955 milyon avro) və Almaniyanın "Borussiya" (Dortmund, 664 milyon avro) klubları da yer alıblar.

Ən çox artıma Almaniyanın "Ştutqart" komandası nail olub. Bu kollektivin brend dəyəri 99 faiz artaraq 183,5 milyon avroya yüksəlib. İngiltərənin "Aston Villa" klubu isə dəyərini 60 faizdən çox artıraraq 483,5 milyon avroya çatdırıb.

Qeyd edək ki, dünyanın ən dəyərli 50 futbol klubunun ümumi brend dəyəri 23,9 milyard avro təşkil edib ki, bu da reytinqin 15 illik tarixində rekord artım göstəricisidir. İlk 10 klub bu məbləğin 60 faizindən çoxunu - 14,9 milyard avrosunu təşkil edir.

"Sabah"ın futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasında rekorda imza atıb

"Sabah"ın futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasında ardıcıl 5-ci oyunda qol vurmaqla rekorda imza atıb.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, pley-off mərhələsinin "Hapoel" (Beer Şeva, İsrail) ilə səfər oyununda (1:2) fərqlənib.

Serbiyalı yarımmüdafiəçi bunadək II təsnifat mərhələsinin "KuPS" (Finlandiya) ilə hər iki matçında (1:0, 2:0), ardınca isə III təsnifat mərhələsinin "Orhus" (Danimarka) ilə görüşlərində (1:2, 4:0) də rəqib qapısına yol tapmışdı.

Simiç bununla da Azərbaycan futbolu tarixinə klubların heyətində UEFA Çempionlar Liqasında ardıcıl 5 matçda qol sevinci yaşayan ilk oyunçu kimi düşüb. Bunadək şərikli rekord "Qarabağ"ın hücumçularına məxsus idi. Redon Cica 2023/2024, Olavio Juninyo 2024/2025 mövsümündə ardıcıl 4 qarşılaşmada azarkeşləri sevindirib. Cica I və II təsnifat mərhələlərində 4 oyunda 5, Juninyo II və III təsnifat mərhələlərindəki 4 görüşdə 6 qol vurub.

Qeyd edək ki, Velko Simiç rekord seriyanı növbəti qarşılaşmalarda uzada da bilər.

"Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb

Misli Premyer Liqasının I turunun "Sumqayıt" – "Neftçi" oyununda birbaşa qırmızı vərəqə alan "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Təcavüzkar davranışa görə cəzalandırılan futbolçuya görə "Sumqayıt" klubu 3 min manat cərimə olunub. Eyni qarşılaşmada həmçinin 4 futbolçusu sarı vərəqə alan "Neftçi" 700 manat cərimələnib.

Sözügedən turda baş tutan "Qarabağ" – "Şamaxı" matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan qonaq komanda 700 manat cərimələnib.

Xorxe Dominqes "Atletiko"nun heyətində La Liqada çıxış edən ən gənc futbolçu olub

Xorxe Dominqes "Atletiko"nun heyətində İspaniya çempionatında çıxış edən ən gənc futbolçusu olub.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Madrid komandasının start heyətində La Liqanın I turunda "Malaqa"ya qarşı oyunda (2:0) meydana çıxıb.

Debüt zamanı ispaniyalı müdafiəçi 16 yaş 241 günlüyündə olub.

Qeyd edək ki, X.Dominqes 21 dekabr 2009-cu ildə Madriddə anadan olub. O, 2026/2027 mövsümündə UEFA Gənclər Liqasında 6 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Aksel Vitsel karyerasını "Nitsa"da başa vurmaq istəyir

Fransanın "Nitsa" klubunun yeni transferi Aksel Vitsel bu komandanın karyerasında sonuncu olacağını istisna etməyib.

"Report" "L"Equipe" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı belçikalı yarımmüdafiəçi karyerasını məhz "Nitsa"da bitirmək niyyətində olduğunu bildirib.

Təcrübəli futbolçu Fransa təmsilçisi ilə "1+1" illik sözləşmə imzalayıb.

Qeyd edək ki, A.Vitsel karyerası ərzində "Standard" (Belçika), "Benfika" (Portuqaliya), "Zenit" (Rusiya), "Borussiya" (Dortmund, Almaniya), "Atletiko" (İspaniya) və "Tyantszin Teda" (Çin) klublarının da formasını geyinib.

UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Niderlandda "Tvente" ilə qarşılaşacaq

"Qarabağ" UEFA Konfrans Liqasında bu gün növbəti matçına çıxacaq.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi turnirin pley-off mərhələsinin ilk görüşündə "Tvente" (Niderland) ilə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 22:00-da Enshededəki "Tvente" stadionunda start götürəcək qarşılaşmanı albaniyalı FIFA referisi Yucin Caya idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab qarşılşaması avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Hapoel" yüksək səviyyəli komandadır"

"Hapoel" (Beer-Şeva) komandası yüksək səviyyəli kollektivdir.

"Report"un məlumatına görə, bu barədə "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas açıqlama verib.

Mütəxəssis Rumıniyada İsrail təmsilçisinə 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar. "Hapoel" yüksək səviyyəli komandadır. Bir həftə ərzində səhvlərimizi düzəltməliyik".

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

"Hapoel"in baş məşqçisi Ran Kojuk: "Sabah"la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik"

İsrailin "Hapoel" (Beer-Şeva) komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsinin Bakıda keçiriləcək cavab matçında yaxşı oyun göstərmək istəyir.

"Report" yerli "Sports Channel"a istinadən xəbər verir ki, bu barədə Beer-Şeva təmsilçisinin baş məşqçisi Ran Kojuk açıqlama verib.

Mütəxəssis "Sabah"a Rumıniyada 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra fikirlərini bölüşüb:

"Hazırda xoşbəxtəm. Amma bu, yalnız mübarizənin yarısıdır. Futbolçuların oyunundan razıyam. Meydanda çox çalışdılar. "Sabah"ın qoluna hazır idik. Rəqib topla yaxşı oynayan kollektivdir. Biz ötürmə vaxt səhv etmişdik. Onlar da bundan yararlandılar. "Orhus" (Danimarka) evdə "Sabah"a 2:1 hesabı ilə qalib gəlmişdi. Səfərdə dörd cavabsız topla uduzdu. Rəqibi qiymətləndiririk. Səfərdə də yaxşı oyun göstərmək istəyirik".

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

UEFA Çempionlar Liqası: "Sabah" ilk oyunda "Hapoel"ə uduzub - YENİLƏNİB-6

"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi İsrailin "Hapoel" (Beer-Şeva, İsrail) komandası ilə üz-üzə gəlib.

Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 2:1.

6-cı dəqiqədə "Sabah"ın heyətində Velko Simiç hesabı açıb. İsrail klubunda 43-cü dəqiqədə Ceyvon İst, 79-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" oyununda üçüncü qol vurulub.

"Report"un məlumatına görə, İsrail təmsilçisi hesabda önə keçib - 2:1

79-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hazırda hesab bərabərdir - 1:1.

6-cı dəqiqədə "Sabah"ın heyətində Velki Simiç matçda ilk qolu vurub. 43-cü dəqiqədə Ceyvon İst tarazlığı bərpa edib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.

6-cı dəqiqədə "Sabah"ın heyətində Velki Simiç hesabı açıb.

43-cü dəqiqədə Ceyvon İst tarazlığı bərpa edib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, İsrail təmsilçisi 43-cü dəqiqədə tarazlığı bərpa edə bilib - 1:1.

Ceyvon İst adını tabloya yazdırıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" oyununda hesab açılıb.

"Report"un məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.

6-cı dəqiqədə Velko Simiç fərqlənib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" oyunu başlayıb.

"Report"un məlumatına görə, matç Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda keçirilir.

Qarşılaşmanın baş hakimi italiyalı FIFA referisi Davide Massadır.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

"Barselona" "Mançester Yunayted"in Qavi üçün göndərdiyi təklifi qəbul etməyib

İngiltərənin "Mançester Yunayted" klubu İspaniya millisinin futbolçusu Pablo Qavi üçün "Barselona"ya təklif göndərib.

"Report" xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

"Qırmızı şeytanlar" 22 yaşlı yarımmüdafiəçiyə görə 45+10 milyon avro ödəmək istəyib.

Lakin Kataloniya klubu bu təklifi qəbul etməyib. "Barselona" həmin məbləği yetərli hesab etmir və Qavini təxminən 100 milyon avroya satmağı düşünür.

Xatırladaq ki, oyunçu bu il İspaniya millisi ilə dünya çempionu olub.

"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununun biletləri satışa çıxarılıb.

Bu barədə "Report"a Azərbaycan təmsilçisindən məlumat verilib.

Standart biletlərin qiymətləri 5, 10, 15 və 20 manatdır.

VİP sektorlarda 50, 75 və 100, VVİP sektorda 150 manatlıq biletlər mövcuddur.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Qeyd edək ki, oyun avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasındakı ilk matç avqustun 20-də baş tutacaq.

İngiltərə millisinin futbolçusu Ezri Konsa karyerasını "Arsenal"da davam etdirəcək

İngiltərə millisinin futbolçusu Ezri Konsa karyerasını "Arsenal"da davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

28 yaşlı müdafiəçi 50 milyon avro qarşılığında "Aston Villa"dan "topçular"a keçir.

Xatırladaq ki, Ezri Konsa İngiltərə millisi ilə Avropa çempionatında (2024) gümüş, dünya çempionatında (2026) bürünc medal qazanıb.

"Səbail" "Sakaryaspor"la heç-heçə edib

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Səbail" növbəti yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, komanda "Sakaryaspor"la üz-üzə gəlib.

Qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.

Xatırladaq ki, "Səbail" daha əvvəl Şimali Kipr Respublikasının TOL komandasını 1:0 hesabı ilə məğlub edib.

AFFA-nın Lisenziya Komissiyasının iclasında "Goranboy" OİK-in sənədlərinə baxılıb

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Bu barədə "Report"a milli assosiasiyadan məlumat verilib.

Toplantıda 2026/2027 AFFA "Yüksək Qızlar Liqası"nda iştirak etmək üçün xüsusi dövr çərçivəsində müraciət etmiş "Goranboy" OİK-in sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası "Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə Qaydalar"ın (Buraxılış 2025) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra sözügedən kluba AFFA "Yüksək Qızlar Liqası"nda iştirak etmək üçün lisenziyanın verilməsi qərarını qəbul edib.

Ramiz Zerruki: "Qarabağ" təcrübəli komandadır"

"Qarabağ" təcrübəli komandadır.

"Report" xəbər verir ki, bu barədə Niderlandın "Tvente" klubunun futbolçusu Ramiz Zerruki mətbuat konfransında deyib.

28 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl fikirlərini bölüşüb:

"Oyuna tam hazırıq. Rəqib futbol oynamağı sevən təcrübəli komandadır. Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik".

Əlcəzairli oyunçu qarşılaşmanı səbirsizliklə gözlədiklərini söyləyib:

"Cütün taleyi iki oyundan sonra həll olacaq. Amma ümid edirik ki, sabah çox vacib addım atacağıq. UEFA Avropa Liqasında mübarizəni dayandırmağımız məyusedici idi. Amma indi bu turnirə diqqət yetirməliyik".

Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

"Tvente"nin baş məşqçisi Con van den Brom: "Qarabağ" topa sahib olmağa önəm verir"

"Qarabağ" topa sahib olmağa önəm verən komandadır".

"Report" xəbər verir ki, bu barədə Niderlandın "Tvente" klubunun baş məşqçisi Con van den Brom mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycan təmsilçisinə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl fikirlərini bölüşüb:

"Rəqib Konfrans Liqasından daha yüksək səviyyədə də oynayıb. Bu da onların yaxşı kollektiv olmasından xəbər verir. "Qarabağ"ın fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Onlar topa sahib olmağa önəm verirlər. Düşünürəm ki, biz də mərhələ adlaya bilərik. İlk matçda maksimum nəticə qazanmaq üçün azarkeşklərin dəstəyi də vacibdir".

Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İngiltərəli futbolçu Kortis Con "Liverpul"dan "İnter"ə keçir

İngiltərənin "Liverpul" klubunun futbolçusu Kortis Con İtaliya təmsilçisi "İnter"ə keçir.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər 25 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəliblər. İngiltərəli oyunçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.

Xatırladaq ki, Kortis Con 6 dəfə İngiltərə millisinin formasını geyinib.

Avstraliyalı tennisçi Nik Kiryos dopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb

Avstraliyalı tennisçi Nik Kiryos dopinq-testinin müsbət nəticə verməsinə görə müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.

"Report" "The Telegraph"a istinadən xəbər verir ki, 31 yaşlı idmançının 2026-cı ilin iyununda Malyorkadakı turnirdə götürülmüş analizində kokain metaboliti aşkar olunub.

İyulun 17-də təsdiqlənən analizin nəticəsindən sonra Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) avqustun 4-dən etibarən tennisçiyə müvəqqəti qadağa tətbiq edib və idmançı bu qərardan şikayət etməyib.

Məsələyə münasibət bildirən N.Kiryos böyük səhv etdiyini və baş verənlərə görə tam məsuliyyət daşıdığını söyləyib. O, azarkeşlərindən, ailəsindən, sponsorlarından, xüsusilə də onu izləyən uşaqlardan üzr istəyib.

31 yaşlı idmançı son iki ildə zədələrin ona həm fiziki, həm də mənəvi cəhətdən ciddi təsir göstərdiyini, karyerasının sonuna yaxınlaşması ilə barışmağın çətin olduğunu, bu səbəbdən bəzən özünü çarəsiz və tənha hiss etdiyini qeyd edib. Avstraliyalı tennisçi baş verənlərdən nəticə çıxaracağını, özünü qaydaya salmaq üçün 28 gün ərzində sosial şəbəkələrdən və ictimai həyatdan uzaqlaşacağını söyləyib. Həmçinin ictimaiyyətdən özünün və ailəsinin şəxsi həyatına hörmətlə yanaşılmasını da xahiş edib.

Qeyd edək ki, Uimbldon-2022-nin finalçısı olan Nik Kiryos hazırda dünya reytinqində 919-cu pillədə qərarlaşıb.

"Roma" Rodriqu Moranı heyətinə qatdığını açıqlayıb

İtaliyanın "Roma" klubu Portuqaliyanın "Portu" komandasının hücumameyilli yarımmüdafiəçisi Rodriqu Moranı heyətinə qatıb.

"Report" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu komandada 86 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, R.Mora "Portu"nun əsas komandasında keçirdiyi 80 matçda 16 qol vurub. "Transfermarkt" portalı futbolçunun qiymətini 38 milyon avro dəyərləndirib.

"Qarabağ"ın sabiq futbolçusu Elvin Məmmədov: "Tvente" ilə oyunlar çox çətin olacaq"

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderland təmsilçisi "Tvente" ilə oyunları çətin keçəcək.

Bunu "Report"a açıqlamasında komandanın sabiq futbolçusu Elvin Məmmədov deyib.

O, "Tvente"nin yaxşı komanda olduğunu vurğulayıb:

"İlk növbədə "Qarabağ"a uğurlar arzu edirəm. Ümidvaram ki, 2 oyunun nəticəsinə əsasən sevinən tərəf "Qarabağ" olacaq. Bizim çıxış etdiyimiz dövrdə də "Tvente" yaxşı komanda idi. İllər keçdikcə də güclənirlər. Niderland futbolu dünyada ilk "10-luq"dadır".

E.Məmmədov "Qarabağ"ın da inkişaf etdiyini diqqətə çatdırıb:

"Qarabağ" da illərdir inkişaf edir, dəyişir, böyük komandalara başağrı olur. Bu il komandaya yeni gələnlər çoxdur, bir az vaxt lazımdır. Amma oyunlar çox çətin olacaq, son illərdə "Tvente"də işlər yaxşı gedir".

Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

"Monako" Pol Poqba ilə müqaviləyə xitam verib

Fransanın "Monako" klubu yarımmüdafiəçi Pol Poqba ilə müqaviləyə xitam verib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər müqavilənin ləğvinə dair qarşılıqlı razılıq əldə ediblər.

Fransalı futbolçunun müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulmuşdu.

Qeyd edək ki, P.Poqba 2025/2026 mövsümünün hazırlıq dövründə "Monako"ya keçmişdi. O, Fransa yığmasının heyətində 2018-ci ildə dünya çempionu olub.

"Aston Villa" Matteo Ruceri və Dzion Sudzukinin transferini elan edib

İngiltərənin "Aston Villa" klubu İtaliyanın "Parma" komandasından qapıçı Dzion Sudzukinin və İspaniyanın "Atletiko" (Madrid) klubundan müdafiəçi Matteo Rucerinin transferini elan edib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki keçid daimi əsasla reallaşıb.

Yaponiya millisinin heyətində 22 matça çıxan 24 yaşlı D.Sudzuki karyerası ərzində "Urava Red Daymonds" (Yaponiya), "Sent-Trüden" (Belçika) və "Parma" (İtaliya) klublarının şərəfini qoruyub.

O, həmçinin DÇ-2026-da Yaponiyanın əsas komandasının heyətində çıxış edib.

İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında oynayan 24 yaşlı sol cinah müdafiəçisi M.Ruceri isə ötən yay "Atalanta"dan "Atletiko"ya keçib. O, İtaliya A Seriyası təmsilçisinin heyətində 100-dən çox matçda meydanda olub və 2024-cü ildə UEFA Avropa Liqasının qalibi adını qazanıb.

ABŞ millisinin müdafiəçisi Mark Makkenzi "Filadelfiya"ya keçib

"Filadelfiya" klubu Fransanın "Tuluza" komandasının və ABŞ millisinin müdafiəçisi Mark Makkenzinin keçidini başa çatdırıb.

"Report" ESPN-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu 2027-ci ilin yanvarında, MLS mövsümünün yaz hissəsindən əvvəl Amerika təmsilçisinə qoşulacaq.

Keçidin məbləği təxminən 2 milyon 160 min avro təşkil edir.

Müdafiəçi 2024-cü ilin avqustundan "Tuluza"da çıxış edir və onun klubla müqavilənin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub. O, 2025/2026 mövsümündə keçirdiyi 33 matçda 2 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, "Filadelfiya"nın yetirməsi olan M.Makkenzi daha əvvəl də bu komandanın formasını geyinib. O, Avropada Belçikanın "Genk" klubunda da oynayıb.

"Transfermarkt" portalı oyunçunun dəyərini 7 milyon avro qiymətləndirir.

"Qarabağ" "transfer pəncərəsi" bağlanana qədər heyətini gücləndirməyə çalışacaq

"Qarabağ" "transfer pəncərəsi" bağlanana qədər heyətini gücləndirməyə çalışacaq.

"Report" xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) ilə ilk matçından öncə Bakıda təşkil edilən mətbuat konfransında deyib.

Mütəxəssis Jeremi Qnalinin potensialının olduğunu vurğulayıb:

"İştirak ərizəsində dünən dəyişiklik olmalı idi. Yeni transfer olmalı idi. Amma müəyyən problemlər üzündən alınmadı. Hələ vaxtımız var, dəyişiklik edə bilərik. Jeremi Qnalinin çox yaxşı potensialı var. Oyun praktikası qazanması üçün icarəyə verilməsi variantını nəzərdən keçiririk. "Transfer pəncərəsi" bağlanana qədər ehtiyac duyulan mövqelərə uyğun futbolçu axtarışlarını davam etdiririk".

Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qurban Qurbanov: "Qarabağ" çox vacib səfərə çıxacaq"

"Qarabağ" çox vacib səfərə çıxacaq.

"Report" xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) ilə ilk matçından öncə Bakıda təşkil edilən mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmaya ciddi hazılaşdıqlarını bildirib:

"Çox vacib səfərə çıxırıq. Köhnə, tanış komandadır. İlk xoş xatirələrimiz həmin stadionda olub. İnanıram ki, qələbə qazanmaq üçün futbolçular əllərindən gələni edəcəklər. Sabah səhər məşqçimiz var. Komandanı hazırlamağa çalışacağıq. İnanıram ki, futbolçuların təcrübəsi özlərini idarə etməyə yetəcək".

O, komandanın çətin dönəmdən keçdiyini deyib:

"Həm insan, həm idmançı, həm də klub çətinliklərlə böyüyür. UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq istəyirik. Oyuna ciddi hazırlaşmışıq. Bundan da çətin dönəmlərdən keçmişik".

Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Rüfət Abdullazadə: "Hapoel" İsrail çempionatının ən təcrübəli və intizamlı komandalarından biridir"

"Hapoel" (Beer-Şeva) İsrail çempionatının ən təcrübəli və taktiki cəhətdən intizamlı komandalarından biridir.

Bu barədə "Report"a "Hapoel" (Kiryat Şmona) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadə açıqlama verib.

25 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisi "Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel" (Beer-Şeva) komandasına qarşı keçirəcəyi matçlara toxunub:

"Artıq 2 aydır ki, İsraildəyəm və yerli futbolun ritmini, buradakı komandaların xarakterini yaxından görürəm. "Hapoel" İsrail çempionatının ən təcrübəli və taktiki cəhətdən intizamlı klublarındandır. Avrokuboklarda kifayət qədər böyük təcrübələri var, xüsusilə standart vəziyyətlərdə çox təhlükəlidirlər və topla sürətli hücuma çıxmağı yaxşı bacarırlar. Müdafiədə sıx oynayırlar".

R.Abdullazadə "Sabah"ın da çox keyfiyyətli heyətə və formalaşmış öz oyun dəsti-xəttinə malik olduğunu vurğulayıb:

"Oyun nizamını qoruyub 90 dəqiqə konsentrasiyanı saxlasalar, rəqibin təzyiqinə soyuqqanlı cavab verib yaradılan epizodlardan maksimum istifadə etsələr, istədikləri nəticəni qazana bilərlər. Güclü olan qalib gəlsin. Ümid edirəm ki, bu, "Sabah" olacaq".

Qeyd edək ki, "Hapoel" - "Sabah" matçı bu gün, Bakı vaxtı ilə saat 23:00-da Buxarestdəki "Quleşti" stadionunda start götürəcək.

Komandalar arasında cavab matçı avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Braziliyalı futbolçu Andre Luij MLS klubuna rekord məbləğə keçib

ABŞ-nin "Kanzas Siti" klubu Yunanıstanın "Olimpiakos" komandasının hücumçusu Andre Luiji rekord məbləğə heyətinə qatıb.

"Report" ESPN-ə istinadən xəbər verir ki, 24 yaşlı braziliyalı futbolçu ilə müqavilənin müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulub.

Transferin məbləği təxminən 15 milyon 500 min avro təşkil edib. Bu, ABŞ təmsilçisinin tarixində rekord göstəricidir.

Əvvəlki rekord Meksikanın "Çivas" klubundan Alan Pulidonun 6 milyon 500 min avroya transfer edilməsi olub. Keçid viza və beynəlxalq transfer sertifikatının rəsmiləşməsindən sonra tam yekunlaşacaq.

Qeyd edək ki, A.Luij 2025/2026 mövsümündə keçirdiyi 30 matçda 7 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun dəyərini 6 milyon avro qiymətləndirir.

Kristofer Nkunku "Milan"dan ayrıla bilər

Fransalı futbolçu Kristofer Nkunku İtaliyanın "Milan" klubundan ayrıla bilər.

"Report" "Foot Mercato"ya istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə Almaniyanın "Borussiya" (Dortmund), "Leyptsiq" və İngiltərənin "Nyukasl" klubları maraqlanır.

Ona Səudiyyə Ərəbistanı və Türkiyə təmsilçilərindən də təkliflər var.

Qeyd edək ki, K.Nkunku ötən yay "Çelsi"dən "Milan"a keçib. O, İtaliya təmsilçisinin heyətində keçirdiyi 35 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.

"Transfermarkt" portalı oyunçunun dəyərini 25 milyon avro qiymətləndirir. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilədək nəzərdə tutulub.

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk matçına çıxacaq.

"Report"un məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv səfərdə İsrail təmsilçisi "Hapoel"lə (Beer-Şeva) üz-üzə gələcək.

Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Hapoel"lə oyunu səbirsizliklə gözləyirik"

"Sabah" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) kollektivi ilə oyunu böyük səbirsizliklə gözləyir.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında bildirib.

Mütəxəssis raundun birinci matçından əvvəl fikirlərini bölüşüb: "UEFA Çempionlar Liqasının pley-off mərhələsi xüsusi həyəcan doğurur. Klubumuz tarixində ilk dəfə bu raundda iştirak edir. Biz bu oyunu böyük səbirsizliklə gözləyirik.

Fürsətdən istifadə edib rəqibi bu mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. İki həftədən sonra komandalardan biri tarix yazaraq Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək. Biz bu yola başlayanda heç vaxt favorit hesab edilməmişik. Həmişə autsayder kimi görünmüşük. Eyni şeyi rəqibimiz haqqında da demək olar. Amma burada oynamağa layiq olduğumuzu sübut etmişik. İndi isə bizi maraqlı mübarizə gözləyir. Çünki bir-birinə çox bənzəyən iki komanda qarşılaşavaq. Sabahkı oyuna hazırıq".

Qeyd edək ki, "Hapoel" - "Sabah" matçı avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da Buxarestdəki "Quleşti" stadionunda start götürəcək.

Komandalar arasında cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu qarşılaşmaya saat 20:45-də start veriləcək.

İspaniyaya üzərək çatmaq istəyən mərakeşli futbolçu həlak olub

Mərakeşin "Maqreb Atletik" klubunun futbolçusu Faten Ben Amar əl-Əziz İspaniyanın Seuta şəhərinə üzərək keçməyə cəhd edərkən həlak olub.

"Report" xəbər verir ki, bu barədə Mundo Deportivo nəşri məlumat yayıb.

Qeyd edək ki, iyulun 30-da minlərlə miqrant dənizi üzərək şəhərə daxil ola bilib. Şəhər rəhbərliyi Seutaya təxminən 60 min, İspaniya Daxili İşlər Nazirliyi isə 50 min miqrantın gəldiyini açıqlayıb.

Son 30 saat ərzində təxminən 69,5 min miqrant Mərakeşə geri qaytarılıb. Seuta ərazisinə çatmağa çalışarkən 90 nəfər həyatını itirib.

"Arsenal" Vinisius üçün "Real"a 135 milyon avro təklif edib

İngiltərənin "Arsenal" klubu İspaniyanın "Real" komandasında çıxış edən braziliyalı vinger Vinisius Juniorun transferi üçün 135 milyon avro təklif edib.

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, bonuslar da nəzərə alınmaqla sözügedən transferin ümumi dəyəri 145 milyon avroya çata bilər.

Bildirilir ki, Vinisius da karyerasını "topçular"da davam etdirməyə müsbət yanaşır.

Belə ki, braziliyalı futbolçu "Kral klubu"nun 2027-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı təklifini qəbul etməyib.

26 yaşlı Vinisius 2018-ci ildən "Real"ın formasını geyinir. O, Madrid təmsilçisinin heyətində keçirdiyi 375 oyunda 128 qol vurub, 100 məhsuldar ötürmə ilə yadda qalıb.

CONCACAF İnfantinonun FIFA-nın rəhbəri postunda qalmasını istəmir

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) Canni İnfantinonun Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti postunda qalmasının məqsədəuyğunluğu məsələsini nəzərdən keçirməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə CONCACAF məlumat yayıb.

Təşkilatdan xatırladıblar ki, son günlər İnfantino dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması təşəbbüsünü irəli sürüb, lakin sonradan tənqidlər fonunda bu ideyadan imtina edib.

"Son günlərin hadisələri artıq gözardı edilməsi mümkün olmayan bir şeyi aşkara çıxardı: dünya futbolunun ən böyük aktivi olan dünya çempionatının gələcəyi hər hansı müəyyən edilmiş idarəetmə sistemindən kənarda, şəffaflıq, məsləhətləşmələr və ya lazımi proses olmadan irəli sürülürdü", - bəyanatda bildirilir.

CONCACAF hesab edir ki, baş verənlər FIFA-nın idarəetmə sistemindəki problemlərdən xəbər verir və təşkilatın rəhbərliyinin tam qiymətləndirilməsi zəruridir. Konfederasiyanın fikrincə, bu narahatlığı digər futbol birlikləri, milli assosiasiyalar və futbol ictimaiyyətinin nümayəndələri də bölüşürlər.

Bəyanatda həmçinin vurğulanır ki, FIFA özəl şirkət deyil, dünya futbolunun maraqları naminə fəaliyyət göstərən bir təşkilatdır, buna görə də onun rəhbərliyi öz qərarlarına görə məsuliyyət daşımalıdır.

Daha əvvəl İnfantino FIFA-nın ən böyük kişi və qadın turnirlərinin kommersiya hüquqlarını idarə etməli olan "FIFA Forward Enterprise" şirkətinin yaradılmasını təklif edib. Təşkilatın qiymətləndirməsinə görə, layihə təxminən 4,2 milyard dollar cəlb edə bilərdi, lakin təşəbbüs futbol federasiyaları və konfederasiyaları tərəfindən kəskin tənqidlərə səbəb olub.

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) da layihənin əleyhinə çıxış edib. Təşəbbüsdən imtina edildikdən sonra UEFA-da bildiriblər ki, FIFA rəhbəri kimi İnfantinoya etimadı itiriblər. "The Telegraph"ın məlumatına görə, Avropa təşkilatı o, postunu könüllü tərk etməyəcəyi təqdirdə etimadsızlıq votumu ifadə etmək niyyətindədir.

"Mançester Yunayted" Lyuis Hollun transferi üçün təklif hazırlayıb

İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqanın digər təmsilçisi "Nyukasl"ın müdafiəçisi Lyuis Hollun transferi üçün rəsmi müraciət ünvanlayacaq.

"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Mançester təmsilçisinin müdafiə xəttini gücləndirmək üçün prioritet hədəfidir.

"Nyukasl" müdafiəçinin transfer dəyərini 70 milyon 200 min avro qiymətləndirir.

Qeyd edək ki, L.Holl ötən mövsüm bütün turnirlərdə 47 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. Oyunçunun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.

Frank De Blekere AFFA-dan ayrılaraq Serbiya Futbol Federasiyasına keçib

Belçikalı FIFA referisi Frank De Blekerin AFFA-dakı fəaliyyəti başa çatıb.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

2024-cü ilin iyul ayında AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan Frank De Blekere 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edib.

O, fəaliyyəti dövründə Azərbaycan hakimliyinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və hakimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində öz töhfəsini verib. Belçikalı mütəxəssisin fəaliyyəti dönəmində, xüsusən də, gənc hakimlərin inkişafına göstərilən diqqət tezliklə öz bəhrəsini verib.

2026-cı ildən etibarən Azərbaycanın tarixində ilk dəfə FIFA dərəcəli hakimlərinin sayının 4-ə yüksəlməsinin bunun ən bariz nümunələrindən biri olduğu qeyd edilib. Bu nailiyyətin ölkə hakimliyinin beynəlxalq arenadakı nüfuzunun artmasının, eyni zamanda mütəxəssisin həyata keçirdiyi fəaliyyətin uğurlu nəticəsi olduğu vurğulanıb.

Frank De Blekere karyerasını Serbiyada davam etdirəcək. O, Serbiya Futbol Federasiyasında Hakimlər Komissiyasının sədri vəzifəsinə təyin olunub.

"Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilməyib

İspaniyanın "Real" və Almaniyanın "Leyptsiq" klubları arasında Fil Dişi Sahili yığmasının vingeri Yan Diomandenin transferi ilə bağlı aparılan danışıqlarda yekun razılıq əldə olunmayıb.

"Report" "Bild"ə istinadən xəbər verir ki, Almaniya klubu Madrid təmsilçisinin 100 milyon və 115 milyon avroluq iki təklifini qəbul etməyib.

"Leyptsiq" hazırda futbolçu üçün 120 milyon avro tələb edir və əlavə bonuslarla bu məbləğ 135 milyon avroya çata bilər.

Qeyd edək ki, Y.Diomande 2025-ci ildən "Leyptsiq"də çıxış edir. O, 2025/2026 mövsümündə 36 matçda meydana çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalına görə dəyəri 90 milyon avro qiymətləndirilən futbolçunun klubla müqaviləsinin müddətinin bitməsinə hələ 4 il var. Vinger DÇ-2026-da keçirdiyi 4 qarşılaşmada 1 məhsuldar ötürmə edib.

PSJ "Ayaks"ın vingeri Mika Qodtsla danışıqlara başlayıb

Fransanın PSJ klubu Niderland təmsilçisi "Ayaks"ın vingeri Mika Qodtsun transferi ilə bağlı danışıqlara başlayıb.

"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 21 yaşlı belçikalı futbolçunun transferi 1-ci Liqanın digər təmsilçisi "Monako"nun vingeri Manes Akliuşun Paris təmsilçisinə ehtimal olunan keçidindən sonra reallaşa bilər.

M.Qodts ötən mövsüm "Ayaks"ın heyətində bütün turnirlərdə 44 matçda meydana çıxıb, 17 qol vurub və 15 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, oyunçunun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.

CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurub

Cənubi Afrika Respublikasının (CAR) futbol yığmasının belçikalı baş məşqçisi Hüqo Bros postunu tərk edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssisin ölkənin futbol assosiasiyası ilə iyulun 31-də başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

O, yerli qurumun gələn ilin iyulunda keçiriləcək Afrika Millətlər Kubokunun sonunadək olan yeni təklifini qəbul etməyərək peşəkar karyerasını bitirməyə qərar verib.

Təcrübəli mütəxəssis 2021-ci ilin may ayından CAR yığmasına rəhbərlik edib. Onun idarəçiliyi altında komanda 2023-cü il Afrika Millətlər Kubokunda 3-cü yeri tutub, DÇ-2026-da isə 1/16 finala qədər irəliləyərək Kanadaya məğlub olub.

Qeyd edək ki, H.Bros DÇ-2026-nın A qrupunun son matçında Cənubi Koreya üzərində qazanılan qələbə zamanı 74 yaş 75 günlüyündə olub və dünya çempionatlarında oyun qazanan ən yaşlı baş məşqçi kimi tarixə düşüb.

İnfantino DÇ-2030-un tarixdə ən yaxşı çempionat olacağını bildirib

Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino 2030-cu il dünya çempionatının tarixdə ən yaxşısı olacağına əminliyini ifadə edib.

"Report" xəbər verir ki, İnfantino bu barədə Mərakeşə səfəri zamanı bildirib.

"Mərakeşlilər öz milli komandasının uğurlarını sevinc və coşqu ilə qeyd edən ehtiraslı futbol azarkeşləridir", - İnfantino qeyd edib.

Onun sözlərinə görə, 2030-cu il dünya çempionatı tarixdə ən yaxşısı olacaq.

"O ən yaxşısı olacaq, çünki ən gözəl ölkələrin ən gözəli olan Mərakeşdə keçiriləcək. Yaşasın Mərakeş! Məni qəbul etdiyiniz üçün təşəkkür edirəm", - deyə "COPE" radiostansiyası FIFA rəhbərinin sözlərini çatdırıb.

2030-cu il dünya çempionatı Argentina, Paraqvay, Uruqvay, İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Bununla belə, turnirin əsas hissəsinə İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək, Uruqvay, Argentina və Paraqvay isə ilk dünya çempionatının 100 illiyi şərəfinə bir start matçı keçirəcək.

NYP: FIFA dünya çempionatının hüquqlarının bir hissəsini satmaq ideyasından imtina edib

Beynəlxalq Futbol Federasiyası (FIFA) təşkilatın prezidenti Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq ideyasından imtina edib.

"Report" xəbər verir ki, bu barədə "New York Post" (NYP) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu qərar təşəbbüsün futbol funksionerləri tərəfindən kəskin tənqid edilməsindən sonra, eləcə də FIFA daxilindəki fikir ayrılıqları səbəbindən qəbul edilib.

Qəzetin mənbəyi qeyd edib ki, təşkilatda milli komandaları və klubları dünya futbolu gəlirlərinin əhəmiyyətli hissəsini təmin edən Avropa ölkələrinin mövqeyini lazımınca dəyərləndirməyiblər.

"Onlar bundan məmnun deyillər. Onlar heç bir halda bu qarışıqlıqda iştirak etməyə davam etmək istəmirlər", - "New York Post" mənbələrdən birinin sözlərini sitat gətirib.

"Turan Tovuz" Ankarada "Iğdır"ı minimal hesabla məğlub edib

Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışını davam etdirən "Turan Tovuz" bu gün yoxlama matçı keçirib.

"Report" xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda Türkiyənin "Iğdır" klubu ilə qarşılaşıb.

I Liqa təmsilçisi ilə oyun "Turan Tovuz"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Jo Batista vurub.

Xatırladaq ki, "Turan Tovuz" Ankaradakı hazırlıq çərçivəsində İranın U-21 yığması və Türkiyənin Ən Liqa təmsilçisi "Fatih Karagümrük"lə üz-üzə gəlib. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb.

AFFA Məşqçilər Komitəsinin üzvü: "Qarabağ"ın heyəti 2-3 ildən bir yenilənsə də, sistem dəyişmir"

"Qarabağ"ın heyəti 2-3 ildən bir yenilənsə də, sistem sabit qalır.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis UEFA Konfrans Liqasında Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq "Qarabağ"ın şanslarını dəyərləndirib:

"Dinamo" güclü rəqibdir. Ukraynada müharibə getdiyi üçün onlar ev oyunlarını Polşada keçirirlər, bu da azarkeş dəstəyi baxımından çətinlik yaradır. "Qarabağ"a gəldikdə, komanda hər 2-3 ildən bir yenilənir, lakin sistem sabit qalır. Yeni gələn futbolçuların uyğunlaşması üçün vaxt lazımdır. "Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsinə düşməli və orada böyük üstünlüyə malik olmalıdır".

O, UEFA Çempionlar Liqasında yoluna davam edən "Sabah" komandasının çıxışına da toxunub:

"Sabah"dan öz oyununu nümayiş etdirməsini və irəliləməsini gözləyirəm. Böyük işlər görüblər və rahat futbol oynayırlar. İndi "Orhus" kimi daha güclü rəqiblə qarşılaşacaqlar. Məhz bu matçlarda komandanın əsl gücü bəlli olacaq. Düşünürəm ki, "Sabah" get-gedə daha yaxşı oyun nümayiş etdirəcək".

Qeyd edək ki, UEFA Avropa Liqasında Bolqarıstan ÇSKA-sına iki oyunun (0:0, 0:0, p. - 4:5)) nəticəsinə əsasən məğlub olan "Qarabağ" yoluna UEFA Konfrans Liqasında davam edəcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda turnirin III təsnifat mərhələsində "Dinamo" (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

"Sabah" isə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubu ilə üz-üzə gələcək.

Ağasəlim Mircavadov: "Neftçi" və "Zirə"nin mübarizəni dayandırması gözlənilməz oldu"

"Neftçi" və "Zirə"nin UEFA Konfrans Liqası ilə vidalaşması gözlənilməz olub.

Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Milli komandanın sabiq baş məşqçisi "Neftçi"nin Belarus təmsilçisi "Dinamo"ya (Minsk) iki oyunun nəticəsinə əsasən yenilərək mübarizəni dayandırmasına münasibət bildirib:

"Neftçi"nin "Dinamo" səddini daha rahat keçəcəyini düşünürdüm. Komanda ilk matçın əvvəlində komanda istəkli görünürdü və 2:0 hesabı ilə irəlidə idi. Deməzdim arxayınlıq var idi. Lakin sonradan oyunçularda hərəkətlilik dayandı, sanki beyinlə ayaq arasında əlaqə pozuldu. Heyət və büdcə baxımından "Neftçi" rəqibindən üstün olsa da, bunu meydanda göstərə bilmədi. "Dinamo" isə istəyinə çatdı. Cavab matçında qol epizodları olsa da, vəziyyəti dəyişmək mümkün olmadı. "Dinamo" komanda oyunu nümayiş etdirdi".

Mütəxəssis "Zirə"nin də mübarizəni dayandırmasının təəssüf doğurduğunu vurğulayıb:

"Zirə"nin də uduzacağına inanmırdım. Estoniya futbolu ilə Azərbaycan futbolu fərqlidir. Amma hiss olunur ki, onlar inkişaf edirlər. Baltikyanı ölkələrdə büdcə az olduğu üçün gənc futbolçular xaricə üz tuturlar. "Zirə" bu matçda qol vəziyyətlərindən istifadə edə bilmədi, buraxılan səhv ucbatından qapısında qol gördü və bu səbəbdən növbəti mərhələyə adlaya bilmədi. Həm "Zirə", həm də "Neftçi"nin mərhələ adlayacağını gözləyirdim".

Qeyd edək ki, UEFA Konfrans Liqasında "Neftçi" Belarus təmsilçisi "Dinamo"ya (2:4, 1:0), "Zirə" isə Estoniyanın "Payde" komandasına (0:1, 1:1) iki oyunun nəticəsinə əsasən uduzaraq mübarizəni dayandırıb.

Uruqvay millisinin hücumçusu Federiko Vinyas "Toluka"ya keçib

Uruqvay millisinin və "Leon" komandasının hücumçusu Federiko Vinyas "Toluka"ya (Meksika) keçib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu trannsfer üçün "Leon" klubuna 11,7 milyon avro ödənilib.

Qeyd edək ki, Federiko Vinyas Uruqvay millisinin heyətində DÇ-2026-da iştirak edib. 28 yaşlı hücumçu komandasının qrup mərhələsindəki hər üç oyununda meydana çıxıb.

"Çelsi"nin hücumçusu Liam Delap komandanı dəyişə bilər

İngiltərənin "Çelsi" klubunun hücumçusu Liam Delap yay "transfer pəncərəsi"ndə komandasını dəyişə bilər.

"Report" "The i Paper"ə istinadən xəbər verir ki, 23 yaşlı forvardın xidmətində Premyer Liqanın digər təmsilçisləri - "Nottingem Forest", "Everton" və "Lids" klubları maraqlıdır.

"Nottingem Forest" hücumçu Kris Vuda rəqabət yarada biləcək oyunçu axtarır. Komandanın yeni baş məşqçisi Oliver Qlasner ingiltərəli forvardın keçidində maraqlıdır.

"Everton"un baş məşqçisi Devid Moyes də hücumçunun xidmətində maraqlı olduğu halda, "Lids" hücum xəttində rəqabəti artırmaq niyyətindədir.

"Çelsi" futbolçunu satmağa hazırdır və onun dəyərini 47 milyon avro qiymətləndirir.

Rəcəb Fərəczadə: "Çempionlar Liqasında hədəf ən azı 1/4 finala qədər irəliləməkdir"

"Aznur" minifutbol komandasının Çempionlar Liqasında hədəfi ən azı 1/4 finala qədər irəliləməkdir.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Rəcəb Fərəczadə deyib.

O, əvvəlki nəticələri yaxşılaşdırmaq istədiklərini vurğulayıb:

"Əvvəlki mövsümlərdə olduğu kimi, hədəfimiz bacardığımız qədər uzağa getməkdir. 2 il əvvəl 1/8 finalda məğlub olmuşduq. Ötən mövsüm isə həmin mərhələdə penalti seriyasında mübarizəni dayandırdıq. Əsas məqsədimiz ötənilki nəticəni daha da yaxşılaşdırmaq, ən azı 1/4 finala qədər irəliləməkdir".

Mütəxəssis heyətdəki dəyişikliklər barədə danışıb:

"Çempionlar Liqasında hələ ki rəqiblərimiz məlum deyil. Komandadan 5 nəfər ayrılıb, 4 yeni futbolçu gətirmişik. Yaxşı oyunçular transfer etdiyimizi düşünürəm. Ümid edirəm ki, komandaya köməkləri dəyəcək".

R.Fərəczadə təlim-məşq toplanışına başlanılmamalarının səbəbini açıqlayıb:

"Əslində hazırlığa iyulun sonu və ya avqustun əvvəlində start verməyi planlaşdırmışdıq. Lakin futbolçuların yarısından çoxu yay turnirində iştirak edir. Əlavə yüklənmə olmasın deyə "Aznur" məşqlərə başlamayıb. Yay mövsümü turniri avqustun ilk 10 günündə bitməlidir. Yarış yekunlaşan kimi, avqustun 10-dan hazırlığa start verməyi nəzərdə tuturuq".

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Azərbaycan avrokubokların ilk iki təsnifat mərhələsində bonuslar nəzərə alınmamaqla ən çox reytinq əmsalı toplayan iki ölkədən biri olub.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, sözügedən mərhələlərdə 9 qələbə qazanan komandalarımız 3 heç-heçə edib və 2 dəfə uduzub.

Bu, ölkənin UEFA reytinqinə 2,625 əmsal əlavə edib. Cari mövsümün baş tutan mərhələlərində yalnız Latviya eyni göstəriciyə malikdir.

Bonusları da nəzərə alsaq, ümumilikdə yalnız 5 ölkənin hesabında daha çox əmsal var. Bir sözlə, Azərbaycanla Latviya ümumilikdə mövsümdə 6-7-ci yerləri bölüşür.

Daha çox əmsala malik olanlardan dördü – İspaniya (3,750), Almaniya (3,428), İtaliya (3,428) və İngiltərə (3,333) birbaşa Liqa mərhələsində oynayan klublarına görə yüksək əmsal əldə edib. İki komandası mübarizəyə başlayan Portuqaliya isə 3,000 əmsalın 0,600-nü təsnifat mərhələlərində, 2,400-nü isə bonuslarla qazanıb.

2026/2027 mövsümündə bonuslar nəzərə alınmadan ən çox əmsal qazanan ölkələr:

Yer Ölkə Q H M X

1-2 Azərbaycan 9 3 2 2,625

Latviya 10 1 3 2,625

3 Estoniya 8 4 4 2,500

4 Finlandiya 7 3 4 2,125

5 Lixtenşteyn 2 0 0 2,000

Azərbaycan klublarının nəticələri və ölkə reytinqində payı:

Yer Komanda Q H M X

1 Sabah 4 0 0 1,000

2 Qarabağ 2 2 0 0,750

3 Zirə 2 1 1 0,625

4 Neftçi 1 0 1 0,250

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir, "Qarabağ" UEFA Avropa Liqasından UEFA Konfrans Liqasına düşüb, "Zirə" və "Neftçi" isə mübarizəni dayandırıb.

İngiltərə futbolunda diskriminasiyaya görə cəzalar sərtləşdirilib

İngiltərə futbolunda yeni mövsümdən etibarən diskriminasiya hallarına görə futbolçulara və məşqçilərə 10 oyunluq cəza veriləcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) mövsümün başlamasından əvvəl matç iştirakçılarının ağırlaşdırıcı qayda pozuntularına görə sanksiyaları sərtləşdirib.

Qərar etnik mənşə, dəri rəngi, irq, milliyyət, din və ya əqidə, cins, cinsi orientasiya və əlilliklə bağlı hər hansı birbaşa və ya dolayısı ilə diskriminasiya hallarını əhatə edir.

Tənzimləyici komissiyalar belə hallarda minimum 10 matçlıq standart diskvalifikasiya tətbiq edəcəklər. Ağırlaşdırıcı hallar olduqda cəza müddəti daha da artırıla bilər. Yüngülləşdirici amillər nəzərə alındıqda isə cəza 6 oyundan az olmamaq şərtilə azaldıla bilər.

Analoji qayda pozuntusunun təkrarı zamanı isə daha ağır sanksiyaların nəzərdə tutulduğu bildirilib.

Azərbaycan futbolu tarixində ilk iki mərhələ üzrə ən yüksək UEFA reytinq göstəricisi qeydə alınıb

Azərbaycan klubları avrokubokların ilk iki təsnifat mərhələlərində UEFA reytinqinə 2,625 əmsal qazandırıb.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, ölkə futbolu tarixində ilk iki mərhələ üçün ən yaxşı nəticədir.

İndiyədək təmsilçilərimiz ilk iki raundda ən yaxşı nəticəni 2017/2018 mövsümündə göstərmişdilər. Həmin vaxt bu göstərici 2,250 əmsala bərabər olub.

Qeyd edək ki, cari mövsümdə ölkəmiz üçün "Sabah" 1,000, "Qarabağ" 0,750+, "Zirə" 0,625, "Neftçi" 0,250 əmsal əldə edib.

"Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi vəfat edib

"Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi 66 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Milan təmsilçisi məlumat yayıb.

O, ciyərində keçirdiyi əməliyyatdan sonra ağır xəstəliklə mübarizə aparırdı.

F.Barezi bütün peşəkar karyerasını 1978-1997-ci illərdə çıxış etdiyi "Milan"da keçirib. O, bu müddətdə 719 matçda iştirak edib, 6 dəfə İtaliya çempionu olub, 3 dəfə Avropa Çempionları Kubokunu (UEFA Çempionlar Liqası) və 2 dəfə Qitələrarası Kuboku qazanıb, həmçinin 15 il komandanın kapitanı olub. Karyerasını başa vurduqdan sonra onun geyindiyi 6 nömrəli forma tədavüldən çıxarılıb.

İtaliya millisinin heyətində 81 oyun keçirən sabiq müdafiəçi 1982-ci ildə dünya çempionu olub və 1994-cü il dünya çempionatının finalına yüksələn milli komandanın kapitan sarğısını daşıyıb.

UEFA reytinqi: Azərbaycanın mövqeyində dəyişiklik baş verməyib

Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib.

"Report"un məlumatına görə, ölkə hazırda 21.187 əmsalla 26-cı pillədə qərarlaşıb.

25-ci yerdə olan İsrail 22.125 əmsala malikdir.

Reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, ötən gün "Qarabağ" UEFA Avropa Liqasında Bolqarıstan ÇSKA-sına iki oyunun (0:0, 0:0, p.-4:5)) nəticəsinə əsasən məğlub olub. UEFA Konfrans Liqasında isə "Neftçi" Belarus təmsilçisi "Dinamo"ya (2:4, 1:0), "Zirə" isə Estoniyanın "Payde" klubuna (0:1, 1:1) iki oyunun nəticəsinə əsasən uduzaraq mübarizəni dayandırıb.

Qurban Qurbanov: "Futbolçularımız 120 dəqiqəlik oyuna tam hazır deyildilər"

"Qarabağ" komandasının futbolçuları 120 dəqiqəlik oyuna tam hazır deyildilər.

"Report" xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı keçirilən cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Maraqlı oyuna şahidlik etdik. Əvvəlcə də bildirmişdim ki, iki eyni səviyyədə olan komandalar qarşılaşacaq. Çox söz danışmağa ehtiyac yoxdur. Futbolçularım xarakter nümayiş etdirdilər. Konfrans Liqasının oyununa hazırlaşacağıq. Sadəcə 120 dəqiqə oyun biraz həddindən çox oldu və yorucu idi. Futbolçularımız buna tam hazır deyildilər".

Qeyd edək ki, ÇSKA və "Qarabağ" komandaları arasında baş tutan hər iki görüşdə hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq çıxış edən (5:4) Bolqarıstan klubu növbəti mərhələyə adlayıb.

Bununla da Ağdam təmsilçisi Avropa Liqasında mübarizəni dayandırıb. Komanda avrokuboklardakı çıxışını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək.

"Qarabağ" Konfrans Liqasında "Dinamo" ilə qarşılaşacaq

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi Ukraynanın "Dinamo" (Kiyev) klubu olacaq.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) klubuna penaltilər seriyasında (4:5) uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanıb.

"Dinamo" (Kiyev) isə UEFA Avropa Liqasının II təsnifat mərhələsində Yunanıstanın PAOK komandası ilə qarşılaşıb. Ukrayna təmsilçisi iki oyunun nəticəsinə əsasən 2:5 hesabı ilə məğlub olaraq Avropa Liqası ilə vidalaşıb və Konfrans Liqasına yuvarlanıb.

Beləliklə, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ" "Dinamo" (Kiyev) ilə üz-üzə gələcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab görüşləri isə 13-də keçiriləcək.

Murad Məmmədov "Pafos"da ilk rəsmi oyununa çıxıb, komandası qələbə qazanıb

"Neftçi"dən ayrılaraq Kiprin "Pafos" klubuna transfer olunan Murad Məmmədov yeni komandasında ilk rəsmi oyununa çıxıb.

"Report" xəbər verir ki, 20 yaşlı futbolçu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandasına qarşı keçirilən cavab görüşünün 82-ci dəqiqəsində meydana daxil olub.

Murad Məmmədov bu dəqiqədə İvan Şuniçi əvəzləyərək "Pafos"un heyətində rəsmi debütünü gerçəkləşdirib.

Qeyd edək ki, "Pafos" "Hayduk"u iki oyunun nəticəsinə əsasən 4:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

"İnter" İngiltərə millisinin müdafiəçisi Con Stounzu transfer edib

İngiltərə millisinin müdafiəçisi Con Stounz karyerasını İtaliyanın "İnter" klubunda davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 32 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb. O, "İnter"ə azad agent statusunda qoşulub.

Stounz 2016-cı ilin yayından "Mançester Siti"də çıxış edirdi. Sözləşməsinin müddəti başa çatdığı üçün ötən mövsümün sonunda İngiltərə klubundan ayrılıb. Müdafiəçi Mançester təmsilçisinin heyətində bütün turnirlərdə 295 oyuna çıxıb, 19 qol vurub və 9 məhsuldar ötürmə edib.

O, "şəhərlilər"lə altı dəfə İngiltərə çempionu olub, üç dəfə İngiltərə Kubokunu və Liqa Kubokunu, iki dəfə ölkə Superkubokunu, həmçinin bir dəfə UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.

İngiltərə millisində 94 oyun keçirən Stounzun hesabında 3 qol və 4 məhsuldar ötürmə var. O, 2021 və 2024-cü il Avropa çempionatlarının ikiqat gümüş, 2026-cı il dünya çempionatının və 2019-cu il UEFA Millətlər Liqasının bürünc mükafatçısıdır.

Rəşad Sadıqov: "Çoxsaylı qol vəziyyətləri yaratsaq da, top qapıdan keçmək istəmədi"

"Zirə" "Payde" ilə matçda çoxsaylı qol vəziyyətləri yaratsa da, topu qapıdan keçirə bilməyib.

"Report"un məlumatına görə, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde" (Estoniya) ilə cavab matçından sonra mətbuat konfransında bildirib.

"Məyusedici məğlubiyyət oldu. Mərhələni keçə bilmədik. Çoxsaylı qol vəziyyətlərimiz oldu. Təəssüf ki, top qapıdan keçmək istəmirdi. Bəzən belə olur və nəticədə uduzduq. Rəqibi təbrik edirəm. Mərhələni keçməyə biz layiq idik, amma alınmadı",- deyə mütəxəssis bildirib.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın "Payde" klubuna iki oyunun nəticəsinə (0:1, 1:1) əsasən uduzaraq mübarizəni dayandırıb.

Tarmo Kink: "Payde"nin qələbəsində heç bir sirr yoxdur"

"Payde"nin qələbə qazanmasında heç bir sirr yoxdur.

"Report" xəbər verir ki, bunu Estoniya təmsilçisinin baş məşqçisi Tarmo Kink UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə cavab matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis bərabərliklə başa çatan qarşılaşmanı dəyərləndirib:

"Heç bir sirrimiz yoxdur. Kollektiv şəkildə qalib gəldik. Qələbə qazanmaq üçün döyüşmək lazım idi. Döyüşdük və buna nail olduq. III mərhələyə yüksəlmək özü bir tarixdir, ümumiyyətlə, Avropada mərhələ keçmək tarixdir. Düşünürəm ki, bununla kifayətlənməməli və irəli getməliyik".

Qeyd edək ki, "Zirə" - "Payde" oyunu 1:1 hesablı bərabərliklə bitib. İlk matçda 1:0 hesablı qələbə qazanan Estoniya təmsilçisi növbəti mərhələyə yüksəlib.

Avropa Liqasında ÇSKA-ya uduzan "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNİB-6

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ" Bolqarıstanda ÇSKA (Sofiya) ilə cavab oyununa çıxıb.

"Report"un məlumatına görə, Sofiyadakı "Vasil Levski" stadionunda keçirilən qarşılaşmanın əsas vaxtında hesab açılmayıb - 0:0.

Bakıda keçirilən ilk görüş də qolsuz heç-heçə ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Lakin hər biri 15 dəqiqədən ibarət iki hissədə də hesab dəyişməyib və cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib.

11 metrlik cərimə zərbələrində daha dəqiq oynayan Bolqarıstan təmsilçisi 5:4 hesablı qələbə qazanaraq UEFA Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Bununla da "Qarabağ" Avropa Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi çıxışını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Komanda bu raundda Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 6-da və 13-də keçiriləcək.

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda əlavə vaxt başa çatıb.

"Report"un məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Matçda hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulacaq.

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ilk əlavə vaxt başlayıb.

"Report"un məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Matçda hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılır. Burada da qalib müəyyənləşməsə, penaltilər seriyasına ehtiyac duyulacaq.

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ikinci hissə başa çatıb.

"Report"un məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Matçda hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Burada da qalib müəyyənləşməsə, penaltilər seriyasına ehtiyac duyulacaq.

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edir.

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edir.

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma "Vasil Levski" stadionunda keçirilir.

Görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edir.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatıb.

"Qarabağ" Avropa Liqasında mərhələ adlayacağı təqdirdə "Makkabi" ilə qarşılaşacaq

"Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan təmsilçisi ÇSKA-nı (Sofiya) məğlub edəcəyi təqdirdə növbəti raundda İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşacaq.

"Report" xəbər verir ki, bu, İsrail təmsilçisinin II təsnifat mərhələsinin hər iki oyununda Moldovanın "Şerif" klubunu məğlub etməsindən (5:0, 1:0) sonra dəqiqləşib.

Bununla da "Makkabi" iki oyunun nəticəsinə əsasən 6:0 hesablı ümumi qələbə qazanaraq III təsnifat mərhələsinə yüksəlib və ÇSKA – "Qarabağ" cütünün qalibini gözləməyə başlayıb.

Qeyd edək ki, ÇSKA ilə "Qarabağ" arasında cavab görüşü bu gün Bakı vaxtı ilə saat 22:00-da Bolqarıstanda keçiriləcək. Tərəflər arasında Bakıda baş tutan ilk qarşılaşmada hesab açılmayıb.

"Neftçi" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB-4

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi" "Dinamo" (Minsk, Belarus) komandası ilə qarşılaşıb.

"Report"un məlumatına görə, Beroe şəhər stadionunda keçirililən qarşılaşmada Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

13-cü dəqiqədə Breno Almeyda fərqlənib.

"Ağ-qaralar" səfərdə minimal hesablı qələbə qələbə qazanasa da, ilk görüşdə 2:4 hesabı ilə uduzduğundan mübarizəni dayandırıb.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Neftçi" oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Beroe şəhər stadionunda keçirililən qarşılaşmada Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.

13-cü dəqiqədə Breno Almeyda fərqlənib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Neftçi" oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, Beroe şəhər stadionunda keçirililən qarşılaşmada Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.

13-cü dəqiqədə Breno Almeyda fərqlənib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Neftçi" oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Beroe şəhər stadionunda keçirililən qarşılaşmada Azərbaycan təmsilçisi hesabda irəli çıxıb - 1:0.

13-cü dəqiqədə Breno Almeyda fərqlənib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Neftçi" oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Beroe şəhər stadionunda keçirilir.

Görüşü şimali irlandiyalı FIFA referisi Tim Marşal idarə edir.

Qeyd edək ki, komandalar arasında Bakıda baş tutan ilk görüşdə rəqib komanda 4:2 hesablı qələbə qazanıb.

Avropa Liqası: ÇSKA və "Qarabağ" komandalarının start heyətləri bəlli olub

UEFA Avropa Liqasının II tənsifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək Bolqarıstanın ÇSKA və "Qarabağ" kollektivlərinin start heyətləri bəlli olub.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

ÇSKA: Fyodor Lapouxov, Pastor, Can-Filipp Qpamen, Brunu Jordan, Maks Ebonq, Stefano Sensi, Santyaqo Qodoy, Teodor İvanov, Anxelo Martino, İonnis Pittas, Serxio Rodriqes

"Qarabağ": Kochalski 2 Silva 4 Várkonyi 8 Janković 10 Zoubir 11 Sawo 20 Kady 21 Kashchuk 35 Pedro Bicalho 44 Jafarguliyev 55 C Bədavi Hüseynov

Qeyd edək ki, ÇSKA - "Qarabağ" görüşü bu gün saat 22:00-da "Vasil Levski" stadionunda start götürəcək. Komandalar arasında Bakıda baş tutan ilk görüşdə hesab açılmayıb.

"Sumqayıt" yoxlama oyununda "Şamaxı"ya qalib gəlib

Azərbaycan Premyer Liqası təmsilçilərindən "Şamaxı" və "Sumqayıt" yoxlama oyununda üz-üzə gəliblər.

"Report" xəbər verir ki, qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüş Qəbələ şəhər stadionunun köməkçi meydanında keçirilib.

UEFA-nın 55 üzvü FIFA-nın kommersiya hüquqlarının satışı planına qarşı çıxıb

UEFA-ya üzv olan bütün 55 milli futbol assosiasiyası FIFA prezidenti Canni İnfantinonun dünya çempionatı və digər turnirlərin kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planına etiraz olaraq təşkilatın turnirlərini boykot etmək qərarı qəbul edib.

"Report" xəbər verir ki, bu barədə UEFA-nın yaydığı bəyanatda bildirilib.

Məlumata görə, UEFA-nın 55 üzvü FIFA-nın dünya çempionatı və digər yarışların mülkiyyət hüquqlarının bir hissəsinin özəl investorlara verilməsi ilə bağlı təklifini yekdilliklə rədd edib.

Bəyanatda qeyd olunub ki, UEFA üzvləri futbolun əsas turnirlərinin idarəetməsi və kommersiya hüquqları üzərində nəzarətin futbol qurumlarında qalmasının vacibliyini vurğulayıb.

"Zirə" "Payde" kollektivi ilə bərabərə qalaraq UEFA Konfrans Liqası ilə vidalaşıb - YENİLƏNİB-5

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Zirə" "Payde" (Estoniya) ilə qarşılaşıb.

"Report"un məlumatına görə, Sumqayıt şəhər stadionunda keçirilən matçda hesab bərabər olub - 1:1.

Azərbaycan klubunun heyətində 5-ci dəqiqədə Eren Aydın hesabı açıb. Qonaq komanda 71-ci dəqiqədə Henri Anierin dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib.

İlk matçda "Payde" doğma meydanda 1:0 hesablı qələbə qazandığı üçün bərabərlik Estoniya təmsilçisini növbəti mərhələyə çıxarıb.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" (Estoniya) matçında ikinci qol vurulub.

"Report"un məlumatına görə, Sumqayıt şəhər stadionunda keçirilən matçda qonaq komanda hesabı bərabərləşdirib - 1:1.

71-ci dəqiqədə Henri Anier adını tabloya yazdırıb.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" (Estoniya) matçında ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Sumqayıt şəhər stadionunda keçirilən matçda Bakı klubu hesabda irəlidədir - 1:0.

5-ci dəqiqədə Eren Aydın fərqlənib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" (Estoniya) matçında ilk hissə yekunlaşıb.

"Report"un məlumatına görə, Sumqayıt şəhər stadionunda keçirilən matçda Bakı klubu hesabda irəlidədir - 1:0.

5-ci dəqiqədə Eren Aydın fərqlənib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" (Estoniya) matçında ilk qol vurulub.

"Report"un məlumatına görə, Sumqayıt şəhər stadionunda keçirilən matçda Bakı klubu hesabı açıb - 1:0.

5-ci dəqiqədə Eren Aydın fərqlənib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" (Estoniya) matçı başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Sumqayıt şəhər stadionunda keçirilir.

Görüşü xorvatiyalı FIFA referisi Patrik Kolariç idarə edir.

Qeyd edək ki, tərəflər arasında Estoniyada keçirilən ilk oyunda Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda 0:1 hesabı ilə məğlub olmuşdu.

UEFA Konfrans Liqası: "Dinamo" və "Neftçi" komandalarının start heyətləri bəlli olub

UEFA Konfrans Liqasının II tənsifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək "Dinamo" (Minsk, Belarus) və "Neftçi" kollektivlərinin start heyətləri bəlli olub.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Dinamo": İvan Şimakoviç, Yevgeni Malaşeviç, Aleksandr Selyava, Karen Vardanyan, Aleksey İvanov, Abdul Aziz Ture, Vladislav Kalinin, Mustafa Cime, Abdullahi Favaz, Qleb Qurban, Artyom Sokolovski

"Neftçi": Emil Balayev, Rüfət Abbasov, Emin Mahmudov (k), İmad Faraj, Murad Xaçayev, İfeanyi Metyu, Qustavo Klisman, Lyubomir Tupta, Breno Almeyda, Endryu Qravilyon, Falaye Sako

Qeyd edək ki, "Dinamo" - "Neftçi" görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da Beroe şəhər stadionunda start götürəcək. Komandalar arasında Bakıda baş tutan ilk görüşdə rəqib 4:2 hesablı qələbə qazanıb.

Konfrans Liqası: "Zirə" və "Payde" komandalarının start heyətləri açıqlanıb

UEFA Konfrans Liqasının II tənsifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək "Zirə" və Estoniyanın "Zirə" kollektivlərinin start heyətləri bəlli olub.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Zirə": Aydın Bayramov, Qismət Əliyev (k), Ruan Renato, İssa Cibrilla, Mutsinzi Anje, Vieyra, Quima, Brahim Konate, Ayxan Hüseynov, Davit Volkov, Eren Aydın.

"Payde": Ebrima Cardju, Mixael Lilander, Viktor Uqo, Nikita Baranov, Edqar Tur, Pamodu Sohna, Oskar Hiym, Martin Miller, Siim Luts, Abdurahman Badamosi, Daniel Luts

Qeyd edək ki, "Zirə" - "Payde" görüşü bu gün saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.

"Fulhem" klubu "Real"ın hücumçusu Qonsalo Qarsiyanın transferini tamamlayıb

İngiltərənin "Fulhem" klubu İspaniya təmsilçisi "Real"ın hücumçusu Qonsalo Qarsiyanın transferini tamamlayıb.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London klubu 22 yaşlı ispaniyalı futbolçu üçün sabit məbləğ olaraq 40 milyon avro, həmçinin potensial bonuslar şəklində 2 milyon avro ödəyəcək. "Real" öz akademiyasının yetirməsinin gələcəkdə mümkün satışından 30 % əlavə gəlir də əldə edəcək.

Xatırladaq ki, Qonsalo Qarsiyanın "Real"la 2030-cu ilin iyununa qədər nəzərdə tutulan müqaviləsi qüvvədədir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 39 matç keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

"Yuventus" Kerim-Sem Alaybeqoviçin transferini razılaşdırıb

İtaliyanın "Yuventus" klubu "Bayer 04"ün (Almaniya) hücumçusu Kerim-Sem Alaybeqoviçin transferi ilə bağlı razılıq əldə edib.

"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, keçidin ümumi dəyəri bonuslar da daxil olmaqla 35 milyon avro təşkil edəcək.

Məbləğin 33 milyon avrosu sabit ödəniş, 2 milyonu isə müxtəlif bonuslar şəklində nəzərdə tutulub.

Bosniya və Herseqovinadan olan futbolçu 2025-ci ilin yayında "Bayer 04"ün gənclər komandasından "Zaltsburq"a (Avstriya) keçib. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 44 matçda 13 qol vurub və 4 məhsuldar ötürmə edib,. Bundan sonra Almaniya təmsilçisi hücumçunu geri alıb.

Qeyd edək ki, Kerim-Sem Alaybeqoviç DÇ-2026-da milli komandasının heyətində keçirdiyi 4 matçda 1 qolla yadda qalıb.

Braziliyalı keçmiş futbolçu Tassio Maya dos Santos divarın uçması nəticəsində həlak olub

Braziliyanın "Botafoqo" klubunun keçmiş futbolçusu Tassio Maya dos Santos Rio-de-Janeyroda divarın uçması nəticəsində 41 yaşında faciəvi şəkildə həlak olub.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bədbəxt hadisə şəhərin Santa-Tereza rayonunda baş verib.

Küləyin sürətinin saatda 90 kilometri keçməsi divarın aşmasına səbəb olub.

Qeyd edək ki, 2019-cu ildə karyerasını başa vuran sabiq futbolçu Braziliya, Portuqaliya, Kipr, Cənubi Koreya, Yunanıstan, Bolqarıstan, Çin, BƏƏ və Kosta-Rikada ümumilikdə 27 klubun formasını geyinib.

"Çelsi" Maksens Lakruanın transferini rəsmiləşdirib

İngiltərənin "Çelsi" klubu Premyer Liqanın digər təmsilçisi "Kristal Pelas"ın müdafiəçisi Maksens Lakruanın transferini rəsmiləşdirib.

"Report" London klubuna istinadən xəbər verir ki, 26 yaşlı fransalı futbolçu ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.

2024-cü ildən "Kristal Pelas"da oynayan Lakrua bu müddətdə bütün turnirlərdə 98 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə edib. O, komandanın heyətində İngiltərə Kuboku, İngiltərə Superkuboku və UEFA Konfrans Liqasının qalibi olub.

Futbolçu daha əvvəl Fransanın "Soşo" və Almaniyanın "Volfsburq" klublarının da formasını geyinib.

Azərbaycanın minifutbol üzrə U-23 millisi Qazaxıstan yığmasına qalib gəlib

Azərbaycanın minifutbol üzrə U-23 millisi yoxlama görüşündə Qazaxıstan yığmasına qalib gəlib.

Bu barədə "Report"a Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.

İyulun ilk həftələrindən hazırlıq keçən Rəcəb Fərəczadənin baş məşqçi olduğu komanda Bakıda toplanışda olan Qazaxıstanın U-23 millisini 2:0 hesabı ilə məğlub edib.

Hər iki komanda oktyabrda Xorvatiyada təşkil olunacaq dünya çempionatına hazırlaşır.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 7-də startı veriləcək dünya çempionatının B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə mübarizə aparacaq.

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasının 2026/2027 mövsümündə üç komanda təmsil edə bilər

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasının 2026/2027 mövsümündə üç komanda təmsil edə bilər.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Minifutbol Federasiyasından bildirilib.

"Zirə" və "Birbaşa Bakı" klublarının Çempionlar Liqasında oynayacağı dəqiqdir. "Aznur"un da sözügedən turnirə qatılmaq ehtimalı var. Bu məsələ Avropa Minifutbol Federasiyasının reytinqlə bağlı qərarından sonra dəqiqləşəcək. Komandaların sıralamadakı yeri açıqlandıqdan sonra "Aznur"un Çempionlar Liqasında, yoxsa Avropa Kubokunda çıxış edəcəyi bəlli olacaq.

Federasiyadan minifutbol üzrə Azərbaycan çempionatının oktyabrın ilk həftəsində başlanılmasının planlaşdırılıdığı da bildirilib.

Qeyd edək ki, ötən il Azərbaycan çempionatının qalibi "Zirə" olub. "Birbaşa Bakı" ikinci, "Aznur" isə üçüncü pilləni tutub.

UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri müəyyənləşib

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Sabah" - "Orhus" (Danimarka) matçının hakimləri müəyyənləşib.

"Report" UEFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Juan Pineyruya, Lusiano Maria və Hüqo Markes kömək edəcək. Dördüncü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək.

Görüşün VAR hakimi Tyaqu Martins, AVAR hakimi isə Andre Narkiso olacaq.

Qeyd edək ki, komandalar arasında ilk görüş avqustun 5-də Danimarkada, cavab matçı isə 11-də Bakıda baş tutacaq.

Qurban Qurbanov: "ÇSKA komandası cavab qarşılaşması üçün iddialı və həvəslidir"

Bolqarıstanın ÇSKA (Sofiya) komandası "Qarabağ"a qarşı UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün çox iddialıdır.

"Report" xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sözügedən matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis sabah onları çətin qarşılaşmanın gözlədiyini bildirib:

"Hər iki komanda üçün çox vacib oyundur. Cavab matçında hər iki tərəf də qalib gəlmək istəyir. Rəqib komanda çox iddialı və həvəslidir. Bu bir daha bizi məsuliyyətli olmağa vadar edir. Hər iki komandanı eyni səviyyədə adlandırardım. Hər iki tərəfin də qələbə qazanmaq ehtimalı var. Düşünürəm ki, azarkeşlər baxımlı görüşə şahidlik edəcəklər. Biz isə ən yaxşı oyunlarımızdan birini nümayiş etdirmək istəyirik".

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab matçı iyulun 30-da, Bakı vaxtı ilə saat 22:00-da Sofiyada başlayacaq.

"Sabah" fransalı futbolçusu Aaron Maluda ilə yollarını ayırıb

"Sabah" fransalı futbolçusu Aaron Maluda ilə yollarını ayırıb.

Bu barədə "Report"a Bakı klubundan məlumat verilib.

20 yaşlı futbolçu İsveçrənin "Bazel" klubuna transfer olunub.

A.Maluda ötən ilin sentyabrından "Sabah"ın uğurları üçün çalışırdı. O, komandanın heyətində ümumilikdə keçirdiyi 31 oyunda 9 qola imza atıb.

Tarmo Kink: "İlk qarşılaşmada "Zirə"nin bizdən üstün çıxış etdiyini söyləmək doğru olmaz"

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində - "Payde" (Estoniya) və "Zirə" komandaları arasında keçirilən ilk görüşdə Azərbaycan təmsilçisinin üstün oyun nümayiş etdirdiyini söyləmək olmaz.

"Report" xəbər verir ki, bunu Estoniya təmsilçisinin baş məşqçisi Tarmo Kink tərəflər arasında baş tutacaq cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

O, "Zirə"nin ciddi rəqib olduğunu bildirib:

"Qarşıdakı görüşün asan keçəcəyini düşünmürük. Bununla belə, mərhələni uğurla başa vurmaq üçün nə etməli olduğumuzu bilirik. Məqsədimiz meydanda maksimum gücümüzü ortaya qoyaraq növbəti mərhələyə vəsiqə qazanmaqdır. İlk qarşılaşmada rəqibin bizdən üstün çıxış etdiyini söyləmək düzgün olmaz. Əksinə, oyunun böyük hissəsində təşəbbüs bizim tərəfdə idi və rəqibə ciddi təzyiq göstərirdik".

Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah, saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.

İqor Ponomaryov: "Sabah" istənilən rəqiblə mübarizə aparmağa qadirdir"

"Sabah" istənilən rəqiblə mübarizə aparmağa qadirdir.

Bunu "Report"a açıqlamasında paytaxt təmsilçisinin idman direktoru, Olimpiya çempionu İqor Ponomaryov deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "KuPS"la (Finlandiya) matçı dəyərləndirib:

"Komandamız çox yaxşı oyun göstərdi. Hiss olunurdu ki, rəqib oyuna çox yaxşı hazırlaşıb. İlk hissədə "KuPS" həqiqətən yaxşı çıxış etdi. Kənardan baxanda görünürdü ki, xüsusilə ilk hissədə futbolçularımıza süni örtüklü meydan müəyyən çətinlik yaradır".

O, ilk qoldan sonra durumun dəyişdiyini söyləyib:

"Komanda özünü daha rahat hiss etməyə başladı. Bunun nəticəsi olaraq sürətli əks-hücum zamanı daha bir qol vurduq. Oyuna gəlib komandamızı tribunadan dəstəkləyən bütün azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, stadionda olmasalar da, bizi izləyən və komandamıza azarkeşlik edən hər kəsə minnətdaram. İndi isə diqqətimizi növbəti oyuna yönəltməli və unutmamalıyıq ki, biz istənilən rəqiblə mübarizə aparmağa qadirik".

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" komandasını iki oyunun nəticəsinə (1:0, 2:0) əsasən məğlub edib.

"Zirə" – "Payde" matçının biletləri sabah satışa çıxarılacaq

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Payde" (Estoniya) oyununun biletləri sabah satışa çıxarılacaq.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

Saat 12:00-dan etibarən Sumqayıt şəhər stadionunun kassasında satışda olacaq biletlərin qiymətləri sektorlara əsasən müvafiq olaraq 5 və 10 manat təşkil edir.

Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah, saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Tərəflər arasında ötən həftə baş tutan ilk görüşdə rəqib 1:0 hesabı ilə qalib gəlib.

İngiltərə millisinin futbolçusu Cordan Henderson "Brentford"dan ayrılıb

İngiltərə millisinin dayaq yarımmüdafiəçisi Cordan Henderson "Brentford" klubundan ayrılıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

36 yaşlı futbolçu 2025-ci ilin iyulunda "Ayaks"dan azad agent kimi London təmsilçisinə keçib və ötən mövsüm bütün turnirlərdə 34 oyuna çıxıb.

Təcrübəli oyunçunun karyerasını "Çelsi"də davam etdirəcəyi gözlənilir. Yarımmüdafiəçi 2026-cı il dünya çempionatında biləyi sındığı üçün müalicəsini davam etdirir.

Qeyd edək ki, C.Henderson karyerasının böyük hissəsini "Liverpul"da keçirib. O, bu klubun heyətində 492 matçda 33 qol vurub və 58 məhsuldar ötürmə edib.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev çimərlik futbolu millisinin üzvləri ilə görüşüb

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Gürcüstanın Batumi şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa çempionatının (EBSL) B Liqasının qalibi olan Azərbaycan millisinin üzvləri ilə görüşüb.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, millinin məşqçi heyəti və futbolçuları iştirak ediblər.

Cahangir Fərəcullayev komandanı B Liqasının qalibi olması və A Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib. Baş katib milliyə Avropanın ən güclü komandalarının mübarizə apardığı A Liqasında uğurlar arzulayıb.

Mirbağır İsayev: "Əvvəl tək "Qarabağ" sözünü deyirdisə, artıq "Sabah" da bu mübarizəyə qoşulub"

"Qarabağ" kimi, "Sabah" da avrokuboklarda sözünü deyən komandaya çevrilib.

Bunu "Report"a açıqlamasında futbol mütəxəssisi Mirbağır İsayev deyib.

O, "Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi "KuPS"u hər iki oyunda məğlub etməsi barədə danışıb:

"Sabah" Azərbaycan klubları arasında hazırda ən sabit və baxımlı futbol nümayiş etdirən komandadır. Ötən mövsüm Premyer Liqadakı çıxışı ilə də bunu sübut etmişdi. Əvvəl tək "Qarabağ" sözünü deyirdisə, artıq "Sabah" da bu mübarizəyə qoşulub. Bu, çox sevindirici haldır. Komanda hazırda çox sürətli və inamlı futbol oynayır. Bu gedişatın "Sabah"ı Çempionlar Liqasının əsas mərhələsinə aparıb-aparmayacağını deyə bilmərəm. Lakin onlar ən pis halda Konfrans Liqasının Liqa mərhələsində çıxış edəcəklər. Düşünürəm ki, komanda burada uğur əldə edəcək. Lakin hadisələri qabaqlamayaq, "Sabah" bir qədər də irəli gedə bilər".

O, "KuPS"la matçda tərəflərin ilk hissədə bərabər oyun sərgilədiyini, lakin ikinci yarıda "Sabah"ın üstünlüyü ələ aldığını bildirib:

"Sabah"ın oyununu çox bəyənirəm. Ürəyimcə olmayan tək məqam odur ki, qol fürsətlərini çox boşa verirlər. Səfər matçında da bunu gördük, evdəki qarşılaşmada da eyni ssenari yaşanmışdı. Əslində, "Sabah" Bakıdakı qarşılaşmada cütün taleyini həll edə bilərdi".

M.İsayev "Sabah"ın III təsnifat mərhələsindəki potensial rəqibləri olan "Orhus" (Danimarka) və "Lex" (Polşa) komandalarını da dəyərlənidirib:

"İlk matçda "Lex" 4:1 hesablı qələbə qazanıb. Böyük ehtimalla rəqib "Lex" olacaq. "Sabah"ı bu komandadan zəif hesab etmirəm. Sadəcə, gözləyərək, rəqib dəqiqləşsin. "Orhus" da mübariz komandadır".

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu hər iki oyunda məğlub edib (1:0, 2:0).

"Şəfa" futbolçusu Pərviz Azadovla vidalaşıb

2026/2027 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak etmək hüququ qazanan "Şəfa" futbolçusu Pərviz Azadovla vidalaşıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Zirə"nin futbolçusu Ruan Renato: "Payde" ilə Estoniyada keçirilən oyunda üstün tərəf biz idik"

"Zirə" "Payde" ilə Estoniyada keçirdiyi oyunda üstün tərəf olub.

"Report"un məlumatına görə, bunu komandanın futbolçusu Ruan Renato UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde" (Estoniya) ilə cavab matçından öncə mətbuat konfransında bildirib.

O, qələbə qazanmağa çalışacaqlarını vurğulayıb:

"İlk oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Baxmayaraq ki üstün tərəf biz idik. Bu dəfə ciddi hazırlaşmışıq. Mərhələni keçən tərəf olmaq istəyirik"

Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah Sumqayıt şəhər stadionunda saat 20:00-da start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.

Rəşad Sadıqov: "Payde" ilə matçda mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik"

"Zirə" "Payde" ilə matçda mərhələni keçmək üçün əlindən gələni edəcək.

"Report"un məlumatına görə, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde" (Estoniya) cavab matçından öncə mətbuat konfransında bildirib.

O, matça hazırlıqları dəyərləndirib:

"Mərhələnin ilk oyununda 0:1 hesabı ilə udizmişuq. Əlimizdən gələni edəcəyik ki mərhələni keçən tərəf biz olaq".

Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah Sumqayıt şəhər stadionunda saat 20:00-da start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.

Braziliyanın Ali İdman Məhkəməsi futbolçuya qeyri-adi cəza tətbiq edib

Braziliyanın Ali İdman Məhkəməsi (STJD) "İnternasional"ın müdafiəçisi Viktor Qabrieli "Kruzeyro"nun hücumçusu Qabriel Peki zədələdiyinə görə futbolçu tam sağalanadək yarışlardan kənarlaşdırıb.

"Report" xəbər verir ki, bu barədə "The Touchline" portalı məlumat yayıb.

Hadisə komandalar arasında keçirilən görüşün 58-ci dəqiqəsində baş verib. Viktor Qabriel rəqib futbolçuya qarşı kobud müdaxiləyə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Nəticədə Qabriel Pekin baldır sümüyü sınıb. Hücumçu əməliyyat olunub və onun bərpa prosesinin 3-4 ay davam edəcəyi gözlənilir.

STJD qərarında bildirib ki, intizam qaydalarında nəzərdə tutulan 1-6 oyunluq diskvalifikasiya zədənin ağırlığını nəzərə alaraq kifayət etmir. Bu səbəbdən Viktor Qabrielin cəzasının Qabriel Pek tam sağalana qədər qüvvədə qalmasına qərar verilib. Bununla yanaşı, müdafiəçinin diskvalifikasiya müddəti maksimum 180 gün ola bilər.

Qeyd edək ki, qarşılaşma "Kruzeyro"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Eldəniz Yusubov: "Bakı və Sumqayıtdakı stadionlarla bağlı müraciətimizə müsbət cavab ala bilmədik"

Yeni mövsümdə ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək "Araz-Naxçıvan" Bakıda və Sumqayıtda yerləşən arenalarla bağlı müraciətinə müsbət cavab ala bilməyib.

Bunu "Report"a açıqlamasında klubun icraçı direktoru Eldəniz Yusubov deyib.

O, əvvəllər istifadə etdikləri "Liv Bona Dea Arena"nın təmirə bağlandığı üçün müxtəlif variantları dəyərləndirdiklərini diqqətə çatdırıb:

"Liv Bona Dea Arena" təmirə bağlandığından oradan istifadə etmək mümkün deyil. Bakı və Sumqayıt şəhərlərindəki stadionların rəhbərlikləri ilə danışıqlar apardıq. Müsbət cavab ala bilmədiyimiz üçün ən optimal variant kimi Qəbələ şəhər stadionunu seçdik".

İcraçı direktor Naxçıvan şəhər stadionunun təmir olunması məsələsinin gündəmdə qaldığını vurğulayıb:

"Naxçıvandakı stadionun təmiri ilə bağlı ciddi müzakirələr gedir. Yəqin ki, növbəti mövsümdən sonra bu bizim üçün əsas məsələ olacaq. Əslində bu məsələ həmişə gündəmdə olub, sadəcə, müəyyən səbəblərdən proses gecikib. Yavaş-yavaş məsələni həll etmək niyyətindəyik ki, növbəti mövsümlərdə belə çətinlik yaranmasın".

E.Yusubov kollektivin hazırlıq prosesini Bakıda keçirəcəyini sözlərinə əlavə edib:

"Məşqlər üçün Bakı Olimpiya Stadionunun təbii örtüklü ehtiyat meydanından istifadə edirik. Bu stadionla müqaviləmiz var. Ev oyunlarından bir gün əvvəl Qəbələyə yola düşəcəyik. Matçdan dərhal sonra isə geri qayıdacağıq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümü avqustun 14-də start götürəcək.

Neymar Braziliya millisində karyerasını başa vurub

"Santos"un hücumçusu Neymar Braziliya millisində karyerasını başa vurduğunu açıqlayıb.

"Report" xəbər verir ki, 34 yaşlı futbolçu sosial şəbəkə hesablarında artıq yığmada oynamaq istəmədiyini bildirib.

"Düşünürəm ki, Braziliya milli komandasındakı tarixim başa çatdı. Bütün qəlbimi və həyatımı verdim, lakin indi daha bunu etmək istəmədiyimə inanıram", - futbolçu vurğulayıb.

Qeyd edək ki, DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 hesabı ilə uduzan Braziliya milli komandasının yeganə qolunu Neymar vurub.

Xatırladaq ki, 2010-cu ildən yığmada çıxış edən forvard keçirdiyi 130 matçda 80 qol vurub və 59 məhsuldar ötürmə müəllifi olub. Komanda tarixinin ən yaxşı bombardiri olan Neymar Braziliya yığması ilə 2013-cü ildə Konfederasiyalar Kubokunun, 2016-cı ildə isə Yay Olimpiya Oyunlarının qalibi olub.

ÇSKA-nın baş məşqçisi Xristo Yanev: "Qarabağ"la matçda müdafiəyə çəkilmək niyyətimiz yoxdur"

Bolqarıstanın ÇSKA (Sofiya) klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Qarabağ"a qarşı cavab oyununda müdafiəyə çəkilmək niyyətində deyil.

"Report" xəbər verir ki, bunu Bolqarıstan təmsilçisinin baş məşqçisi Xristo Yanev sözügedən matçdan öncə baş tutan mətbuat konfransında bildirib.

O, Ağdam təmsilçisi ilə görüşdə qələbə qazanmaq istədiklərini söyləyib:

"İlk qarşılaşmada tətbiq etməyə çalışdığımız oyun planını bu görüşdə də davam etdirmək niyyətindəyik. "Qarabağ" keyfiyyətli heyətə malikdir. Rəqibin oyun modelini ətraflı təhlil etmişik və buna uyğun taktiki həllərlə meydana çıxmağa hazırlaşırıq. Heç zaman yalnız müdafiəyə çəkilməyin tərəfdarı olmamışam. Bu dəfə də məqsəd dəyişməyəcək. Hədəfimiz böyük futbol arenasında uğur qazanmaq və Bolqarıstanı güclü rəqiblər qarşısında layiqincə təmsil etməkdir. Komandamızın üstün cəhətləri kifayət qədərdir. Top bizdə oarkən futbolçular rəqibin müdafiəsində yaranan boşluqları dəyərləndirməli və bundan maksimum faydalanmağa çalışmalıdırlar".

Mütəxəssis komandada özünəinamın yüksək olduğunu vurğulayıb:

"Komandamızın daxilində özünəinamın tədricən yüksəldiyini hiss edirik. Bu isə düzgün inkişaf yolunda olduğumuzun göstəricisidir. Bilirəm ki, Bolqarıstanda nəticələrin qısa müddətdə əldə olunması gözlənilir. Ancaq davamlı inkişaf zaman və səbir tələb edir. Biz də kollektiv olaraq bu prosesi uğurla başa vurmaq və qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün birlikdə əzmlə çalışırıq".

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab matçı iyulun 30-da, Bakı vaxtı ilə saat 22:00-da Sofiyada başlayacaq.

"Araz-Naxçıvan" əvəzedicilərdən ibarət komandası ilə bağlı AFFA-ya müraciət edib

"Araz-Naxçıvan"ın əvəzedicilərdən ibarət komandasının 2026/2027 mövsümündə ev oyunlarını keçirmək istədiyi stadion bəlli olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq klubdan bildirilib.

Komandanın ev matçlarının Binə stadionunda təşkili üçün AFFA-ya müraciət olunub.

Qeyd edək ki, "Araz-Naxçıvan"ın əsas komandası Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək.

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

"Report" xəbər verir ki, ölkə 20.687 əmsalla əvvəlki kimi 26-cı pillədə qərarlaşıb.

25-ci yerdəki İsrailin 21.500 əmsalı var.

UEFA reytinqində İngiltərə (101.852) liderdir.

Qeyd edək ki, "Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "KuPS"u (Finlandiya) 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanması Azərbaycanın əmsalını artırsa da, mövqeyinə təsir etməyib.

UEFA FIFA-nı kommersiya hüquqlarını investorlara satmaq planlarına görə qınayıb

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasının (FIFA) dünya çempionatındakı kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ehtimalını pisləyib.

"Report"un məlumatına görə, təşkilat "X" sosial şəbəkəsindəki səhifəsində bəyanat yayıb.

Məlumatda ittifaq dünya çempionatında payın satılması planları barədə yayılan xəbərləri futbolun rəhbər orqanlarının "heç vaxt keçməməli olduğu" "qırmızı xəttin keçilməsi" adlandırıb. UEFA təkcə milli assosiasiyaları deyil, eyni zamanda liqaları, klubları, oyunçuları, azarkeşləri, hökumətləri və bütün maraqlı tərəfləri vəziyyətə son dərəcə ciddi yanaşmağa çağırıb.

Bəyanatda vurğulanır ki, xüsusilə də sövdələşmədən kimin maliyyə faydası əldə edəcəyi ilə bağlı şəffaflığın olmadığı bir vaxtda, "futbolun ruhu və idarəetmə sistemi dəyişdirilə bilən əmtəə deyil". İttifaq əlavə edib ki, heç bir orqan "futbolun sahibi deyil" və FIFA-nın "onu satmaq hüququ yoxdur".

Daha əvvəl "The Telegraph" nəşri xəbər vermişdi ki, FIFA prezidenti Canni İnfantino dünya çempionatındakı payın özəl investorlara satılmasını nəzərdən keçirir.

Bununla yanaşı, "Sky" telekanalı qeyd edir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) tərkibinə daxil olan milli federasiyaların nümayəndələri FİFA rəhbərinin təşəbbüsü ilə razılaşmadıqlarını müzakirə etmək üçün bu həftə təcili iclas keçirəcəklər.

Qeyd olunur ki, müvafiq planlar FIFA prezidenti Canni İnfantinonun təşkilatı necə idarə etməsi ilə bağlı UEFA-da yeni qəzəb dalğasına səbəb olub. Mənbənin məlumatına görə, əgər Beynəlxalq Futbol Federasiyasının rəhbəri öz niyyətindən əl çəkməsə, UEFA üzvləri dünya çempionatlarını boykot etmək kimi sərt hədəyə əl ata bilərlər.

Bu xəbərlər fonunda Böyük Britaniyanın Baş naziri Endi Börnhem də kəskin tənqidlə çıxış edib.

"İcazə verin, fikrimi aydın ifadə edim. Futbol investorlara məxsus deyil. O, tribunaları dolduran və hər həftə istənilən hava şəraitində meydançanın kənarında duran insanlara məxsusdur. Dünya çempionatı əmtəə deyil. Bu, idman dünyasında ən böyük yarışdır. Və heç kimin onu satmağa haqqı yox idi. Bu sövdələşməni necə istəyirsiniz adlandırın, ancaq oyunun heç olmasa bir hissəsini satan kimi onun əsl mahiyyətinə xəyanət etmiş olursunuz. Futbol azarkeşlərə məxsusdur. Belə olub və həmişə belə olacaq", - deyə Britaniya hökumətinin rəhbəri "X"də yazıb.

"Sabah" Azərbaycan futbolu tarixinə avrokuboklarda Liqa mərhələsinə yüksələn 4-cü komanda olub

"Sabah" Azərbaycan futbolu tarixinə avrokuboklarda Liqa mərhələsinə yüksələn 4-cü komanda kimi düşüb.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, paytaxt təmsilçisi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu hər iki oyunda məğlub edərək (1:0, 2:0) III təsnifat mərhələsinə yüksəlib.

Bununla da "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib.

Komandanın UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və ya UEFA Konfrans Liqasının hansı liqa mərhələsində çıxış edəcəyi növbəti iki təsnifat mərhələsinin nəticələrindən sonra dəqiqləşəcək.

Qitəmiqyaslı turnirlərdə 2023/24 mövsümündə debüt edən "Sabah" bu uğura avrokuboklardakı 4-cü mövsümündə imza atıb.

Bunadək Azərbaycan futbolunda yalnız üç komanda – "Neftçi", "Qarabağ" və "Qəbələ" qitə kuboklarının əsas mərhələsində çıxış edib. Həmin klublar birlikdə 15 dəfə bu uğuru təkrarlayıblar.

"Neftçi" – 1 dəfə

UEFA Avropa Liqası – 2012/13

"Qarabağ" – 12 dəfə

UEFA Avropa Liqası – 2014/15

UEFA Avropa Liqası – 2015/16

UEFA Avropa Liqası – 2016/17

UEFA Çempionlar Liqası – 2017/18

UEFA Avropa Liqası – 2018/19

UEFA Avropa Liqası – 2019/20

UEFA Avropa Liqası – 2020/21

UEFA Konfrans Liqası – 2021/22

UEFA Avropa Liqası – 2022/23

UEFA Avropa Liqası – 2023/24

UEFA Avropa Liqası – 2024/25

UEFA Çempionlar Liqası – 2025/26

"Qəbələ" – 2 dəfə

UEFA Avropa Liqası – 2015/16

UEFA Avropa Liqası – 2016/17

"Sabah" – 1 dəfə

Avrokuboklar - 2026/27

"Sabah" avrokuboklarda 10-cu qələbəsini qazanıb

"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "KuPS"a qarşı keçirdiyi cavab oyunu yubileylərlə əlamətdar olub.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Finlandiyada 2:0 hesabı ilə qalib gələn Bakı klubu avrokuboklarda 10-cu qələbəsini qazanıb.

Qitə miqyaslı turnirlərdə 4-cü mövsümünü keçirən komanda yubiley qələbəsini 18-ci matçında əldə edib. "Sabah" ölkə futbolu tarixində ən azı 10 avrokubok matçında qalib gələn 5-ci komanda olub.

Bu, Azərbaycan klublarının avrokuboklarda səfərdə qazandığı 70-ci qələbə kimi tarixə düşüb. Təmsilçilərimiz rəqib meydanındakı 251 sınaqdan bu qədər qələbə qazanıb.

"Sabah"ın ikinci qolunun müəllifi Coy Lens Mikels avrokuboklarda 10-cu dəfə fərqlənib. Almaniyalı futbolçu buna paytaxt təmsilçisi ilə çıxdığı 16-cı belə matçda imza atıb. Mikels Azərbaycan klublarının heyətində 10 və daha çox qola imza atan 7-ci futbolçu olub. O, Emin Mahmudov və Filip Ozobiçlə eyni sayda fərqlənib.

Qeyd edək ki, cari mövsüm keçirdiyi 4 oyunun hamısında qalib gələn "Sabah" ölkəmizin UEFA reytinqinə 1,000 xal qazandırıb və avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib.

Valdas Dambrauskas: "Sabah" klubunun avrokuboklarda əsas mərhələyə vəsiqə qazanması tarixi uğurdur"

Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə vəsiqə qazanması tarixi uğurdur.

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubu ilə cavab matçından sonra mətbuat konfransında bildirib.

Litvalı mütəxəssis komandasının çıxışını yüksək qiymətləndirib:

"Komandanı, azarkeşləri, rəhbərliyi və Azərbaycan futbol ictimaiyyətini təbrik etmək istəyirəm. Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə adlaması tarixi uğurdur. Çox çətin oyundan sonra bunu bacardığımız üçün qürur duyuram. "KuPS" azarkeşlərini də təbrik edirəm, onlar öz komandaları ilə fəxr edə bilərlər".

O, ilk hissədə rəqibin daha yaxşı oynadığını vurğulayıb:

"İlk matçdakı 1:0 hesablı qələbəyə baxmayaraq, rəqib yaxşı hazırlaşmışdı. Birinci yarıda onlar daha fəal idilər. Fasilədə futbolçularla nə etməli olduğumuz barədə müzakirə apardıq və şadam ki, onlar tapşırıqları dəqiq yerinə yetirdilər. İkinci yarıda daha üstün oynadıq, qol vurduqdan sonra isə təşəbbüsü tamamilə ələ aldıq. İki oyunun nəticəsinə görə mərhələ adladığımız üçün məmnunam. Bu gecə Bakıya uçuruq və növbəti həftə keçiriləcək qarşılaşmaya hazırlaşmalıyıq. Çünki avrokuboklar böyük güc tələb edir".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Sabah" "KuPS"u iki oyunun nəticəsinə (1:0, 2:0) əsasən məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. "Sabah" bu nəticədən sonra ən azı UEFA Konfrans Liqasının əsas mərhələsini təmin edib.

"Sabah" tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu iki oyunun nəticəsinə (1:0, 2:0) əsasən mübarizədən kənarlaşdıran "Sabah" ən azı Konfrans Liqasının Liqa mərhələsində iştirakını təmin edib.

"Report" xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Çempionlar Liqasının III təsnifat mərhələsində məğlub olacağı təqdirdə, Avropa Liqasının pley-off mərhələsində çıxış etmək hüququ qazanacaq.

"Sabah" həmin raundda da uduzarsa, birbaşa Konfrans Liqasının əsas mərhələsində mübarizə aparacaq. Bununla da Bakı klubu tarixində ilk dəfə avrokubokların əsas mərhələsində çıxış etmək hüququ əldə edib.

Kukurelya vəd etdiyi döyməni qoluna vurdurub

İspaniya millisinin müdafiəçisi Mark Kukurelya futbol üzrə dünya çempionatındakı qələbədən sonra qoluna milli komandanın baş məşqçisi Luis de la Fuentenin üzü əks olunan döymə vurdurub.

"Report" xəbər verir ki, futbolçu müvafiq fotonu özünün "Instagram" səhifəsində paylaşıb.

"Vədə əməl olundu", - oyunçu paylaşımda yazıb.

Döymə ağ-qara çalarlarda işlənib: Fuente başa çatmış turnirin loqosu fonunda Dünya Kubokunu əlində tutur. Futbolçu bu barədə planını əvvəl bildirmişdi.

Qeyd edək ki, iyulun 19-da futbol üzrə dünya çempionatının finalında İspaniya yığması Argentina millisi üzərində 1:0 hesabı ilə qələbə qazanaraq ikinci dəfə dünya çempionu olub.

2024-cü ildə keçirilən Avropa çempionatı zamanı müdafiəçi bildirmişdi ki, əgər İspaniya millisi turnirdə qalib gələrsə, saçlarını qırmızı rəngə boyayacaq. Finalda ingilislər üzərində qələbədən sonra o, verdiyi sözə əməl etdi.

"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib - YENİLƏNİB-4

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçı başa çatıb.

"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" 2:0 hesablı qələbəyə sevinib.

Qolları Velko Simiç (53) və Coy-Lens Mikels (70) rəqib qapısından keçirib.

Bu nəticədən sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv turnirin III təsnifat mərhələsinə yüksəlib. Bakı təmsilçisi bu mərhələdə "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanmışdı.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında növbəti qol vurulub.

"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" fərqi iki topa çatdırıb - 2:0.

Coy-Lens Mikels 70-ci dəqiqədə rəqib qapısına yol tapıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında hesab açılıb.

"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" hesabda önə çıxıb - 1:0.

53-cü dəqiqədə Velko Simiç fərqlənib.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında ikinci hissəyə start verilib.

"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda qolsuz bərabərlik davam edir.

Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçına start verilib.

"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunu israilli FIFA referisi Qal Leyboviç idarə edir.

Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə məğlub edib.

Roberto Mançini İtaliya millisinin baş məşqçisi təyin edilib

Roberto Mançini İtaliyanın futbol üzrə milli komandasının baş məşqçisi təyin edilib.

"Report" xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.

61 yaşlı mütəxəssis 2018-2023-cü illərdə də ölkəsinin yığmasını çalışdırıb. Komanda onun rəhbərliyi altında 2021-ci ildə Avropa çempionatının qalibi olub.

Qeyd edək ki, Roberto Mançini ötən mövsüm Qətərin "Əl-Sədd" komandasına rəhbərlik edib.

"Mançester Siti" Yoşko Qvardiolla müqavilə müddətini 2031-ci ilədək uzadıb

Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol "Mançester Siti" klubu ilə yeni 5 illik müqavilə imzalayıb.

"Report" Mançester təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər uzadılıb.

Həm mərkəzdə, həm də sol cinahda çıxış edən xorvatiyalı oyunçu 2023-cü ilin yayında Almaniyanın "Leyptsiq" klubundan İngiltərə təmsilçisinə keçib.

O, indiyədək "şəhərlilər"in heyətində keçirdiyi 122 matçda 13 qol vurub. Müdafiəçi bu müddətdə İngiltərə Premyer Liqası və Kuboku, İngiltərə Liqa Kuboku, FIFA Klublararası Dünya Çempionatı, UEFA Superkuboku və İngiltərə Superkuboku daxil olmaqla 6 titul qazanıb.

Qeyd edək ki, Y.Qvardiol Xorvatiya millisində 52 oyuna çıxıb, həmçinin DÇ-2026-da iştirak edib.

AFFA "İmişli" klubunun akademiya məşqçiləri üçün maarifləndirici təlim keçirib

AFFA-nın Futbolun İnkişafı Departamenti tərəfindən "İmişli" klubunun akademiyasının məşqçi heyəti üçün növbəti maarifləndirici təlim təşkil olunub.

"Report" quruma istinadən xəbər verir ki, təlim ölkədə futbol akademiyalarının inkişafına dəstək göstərilməsi və vahid inkişaf yanaşmasının tətbiqi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində baş tutub.

Görüşdə AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov, fiziki hazırlıq üzrə ekspert Turcay Əhmədov, akademiyalar üzrə supervayzer Sakit Rzayev və koordinator Səid Abasov iştirak ediblər.

Akademiya direktoru Rövşən Babayev, klubun icraçı direktoru Aqşin Mürsəlov, uşaq və gənclər üzrə bütün məşqçilər tədbirdə fəallıq nümayiş etdiriblər.

Təlim zamanı müasir futbol akademiyalarında oyunçu inkişafının əsas istiqamətləri müzakirə olunub. Sessiyalar çərçivəsində Oyun Modeli (Game Model), Oyunçu İnkişaf Yolu (Player Pathway), məşq prosesinin planlaşdırılması, oyunçu profillərinin düzgün müəyyənləşdirilməsi, inkişaf mərhələlərinə uyğun məşq məzmununun seçilməsi, eləcə də dünya səviyyəli futbolçuların yetişdirilməsi üçün tələb olunan əsas prinsiplər barədə ətraflı təqdimatlar keçirilib.

Bununla yanaşı, gənc futbolçuların meydandan kənar həyat tərzi və peşəkar davranış vərdişlərinin formalaşdırılması, yaş qrupları üzrə fiziki hazırlığın planlaşdırılması, həmçinin akademiyanın bütün yaş qruplarında vahid məşq və oyun terminologiyasının tətbiqinin əhəmiyyəti də iştirakçıların diqqətinə çatdırılıb.

İnteraktiv müzakirələr və praktiki nümunələr əsasında keçirilən təlim məşqçilərin peşəkar biliklərinin artırılmasına, vahid metodologiyanın tətbiqinə və oyunçuların uzunmüddətli inkişaf prosesinin daha səmərəli təşkilinə töhfə verməyi hədəfləyib.

AFFA-nın Futbolun İnkişafı Departamentinin ölkə üzrə futbol akademiyalarının inkişafına dəstək məqsədilə bu kimi maarifləndirici tədbirləri gələcəkdə də davam etdirəcəyi bildirilib.

"Araz-Naxçıvan" Premyer Liqanın 2026/2027 mövsümündə rəqiblərini Qəbələdə qəbul edəcək

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 2026-2027-ci illər mövsümündə rəqiblərini Qəbələ şəhər stadionunda qəbul edəcək.

Bu barədə "Report"a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, "Araz-Naxçıvan" daha əvvəl oyunlarını Mərdəkanda yerləşən "Liv Bona Dea Arena"da keçirirdi.

PFL prezidenti Elxan Səmədov Superliqanın baş katibi Darko Ramovsla Serbiyada görüşə bilər

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Serbiya Superliqasının baş katibi Darko Ramovsla səfərdə görüşə bilər.

Bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasınım texniki-idman direktoru Elgiz Abbasov bildirib.

O, Darko Ramovsun Azərbaycana səfər çərçivəsində PFL-in qonağı olmasından və görüşün detallarından danışıb:

"Təbii ki, qonağın vəzifəsindən irəli gələrək əsas müzakirə predmeti yerli liqalar, təşkilatçılıq, struktur, azarkeş marağı, infrastruktur oldu. Diqqətçəkən məqamlardan biri Darko Ramovsun Serbiyadakı bəzi klubların sırf Avropaya futbolçu satışı sayəsində ayaqda qalmaları yönündə dedikləri idi. Ramovs Azərbaycan futbolu ilə bağlı da xoş sözlər dedi. "Qarabağ", "Sabah", "Zirə" kimi klubların beynəlxalq arenada çıxışının təsadüf olmadığını vurğulayan qonaq bu sayın artacağına əminlik ifadə etdi".

Qurum rəsmisi əlavə edib ki, görüş zamanı Serbiya Superliqası və Azərbaycan Peşəkar Futbol Liqası arasında əməkdaşlıq və perspektivlər müzakirə olunub:

"Darko Ramovs Azərbaycan futboluna uğurlar arzuladı. Bu tip görüşlərin gələcəkdə Serbiyada da baş tuta biləcəyi vurğulandı".

Qeyd edək ki, Elxan Səmədov dörd gün öncə Peşəkar Futbol Liqasının (PFL) Ümumi Yığıncağında növbəti dəfə qurumun prezidenti vəzifəsinə seçilib.

Ayxan Abbasov: "Sabah" hazırda Azərbaycanda ən yaxşı formada olan komandadır"

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün səfərdə Finlandiya təmsilçisi "KuPS" ilə oynayacaq "Sabah" hazırda Azərbaycanda ən yaxşı formada olan komandadır.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

O, Bakıdakı ilk matçda "Sabah"ın rəqibindən fəal təsir bağışladığını xatırladıb:

"İlk görüşü izlədim, "Sabah"ın üstün oyunu nəzərə çarpırdı. Təəssüf ki, əlverişli imkanlardan istifadə edə bilmədilər. "KuPS" "Sabah"ın ilk rəqibindən fərqləndiyini göstərdi. Sistematik futbola üstünlük verən komandadır. Qol vəziyyətlərindən yararlana bilməsələr də, oyundan qopmurlar və öz vaxtlarını gözləyirlər. Topa sahibolmada və mövqe hücumlarında sonluğu gətirə bilirlər. Səfərdə bunu edə bildilərsə, evdə azarkeşləri qarşısında daha effektli ola bilərlər".

A.Abbasov "Sabah"ın yenə qol imkanları yaxalayacağını qeyd edib:

"İlk matçda "Sabah" yaxşı hücumlar etdi, qol şansları oldu. Deməli, həmin boşluqları yenə tapmaq mümkündür. Çempionlar Liqasında zəif rəqib yoxdur, hər bir komanda öz ölkəsinin çempionudur. Mübarizə yüksək səviyyədə olmalı, diqqətli davranılmalıdır. İnanıram ki, "Sabah" bu turu keçəcək. Çünki bu, vacibdir. "Sabah" Çempionlar Liqasında təcrübə qazanır, ilk ilidir. Hər oyun onlar üçün böyük sınaqdır. Ümidimiz böyükdür. Çünki "Sabah" hazırda ölkədə ən yaxşı formada olan kollektivdir".

Qeyd edək ki, "KuPS" - "Sabah" matçı bu gün, Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər Mərkəzi stadionunda start götürəcək.

Zinəddin Zidan Fransa millisinin baş məşqçi vəzifəsinə təyin olunub

Zinəddin Zidan Fransa millisinin baş məşqçi vəzifəsinə təyin olunub.

"Report"un məlumatına görə, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.

Mütəxəssislə müddəti DÇ-2030-cu ilin sonunadək olan 4 illik müqavilə imzalanıb. O, avqustun 1-dən rəsmən vəzifəsinin icrasına başlayacaq və komandaya UEFA Millətlər Liqasının 2026/2027 mövsümündən rəhbərlik edəcək.

Fransalı mütəxəssis, həmçinin AVRO-2028-in seçmə mərhələsi, UEFA Millətlər Liqasının 2028/2029 mövsümü və DÇ-2030-un seçmə mərhələ oyunlarında yığmanın "sükanı arxasında" olacaq. Onun köməkçiləri sentyabrın əvvəlində müəyyənləşəcək.

Qeyd edək ki, Z.Zidan 1964-cü ildən bəri Anri Qerendən sonra Fransa millisinin tarixində 18-ci baş məşqçidir. O, bu postda Didye Deşamı əvəzləyib.

"Qarabağ" Leandro Andradenin Ukraynanın "Polesye" klubuna keçidini açıqlayıb

"Qarabağ" futbolçusu Leandro Andradenin transferi ilə bağlı Ukraynanın "Polesye" klubunun təklifini yarımmüdafiəçinin istəyini nəzərə alaraq müsbət cavablandırıb.

"Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

2022-ci ilin yanvarından "Qarabağ"ın formasını geyinən kabo verdeli futbolçu komandanın heyətində 2021/2022, 2022/2023, 2023/2024 və 2024/2025 mövsümlərində Azərbaycan çempionu olub, 2021/2022 və 2023/2024 mövsümlərində ölkə kubokunu qazanıb.

"Köhlən atlar"ın 2023-2024 mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan oyunçu 2022/2023 və 2024/2025 mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021/2022 və 2022/2023 mövsümlərimdə UEFA Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub. O, "Qarabağ"da keçirdiyi 213 matçda 60 qol vurub.

Andrade "Qarabağ"da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. O, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə futbolçudur.

Lukaku dünya çempionatlarında Belçika millisinin ən məhsuldar oyunçusu olub

Romelu Lukaku Belçika millisinin heyətində dünya çempionatlarında ən çox qol vuran futbolçu adına sahib çıxıb.

"Report"un məlumatına görə, 33 yaşlı hücumçu buna Yeni Zelandiyanı 5:1 hesabı ilə məğlub etdikləri G qrupunun III turunun oyununda fərqlənməklə nail olub.

O, mundiallardakı qollarının sayını altıya çatdırıb. Beləliklə, forvard Mark Vilmotsu (beş qol) geridə qoyub.

Xatırladaq ki, Belçika millisi beş xalla G qrupunu birinci pillədə bitirib və pley-offa yüksəlib.

Rudi Qarsiya: "Kənardan gələn fikirlər motivasiya mənbəyimiz deyil"

Belçika millisi haqqında kənardan deyilən sözlər komanda üçün motivasiya mənbəyi deyil.

"Report" xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Rudi Qarsiya açıqlama verib.

Mütəxəssis Yeni Zelandiyanı 5:1 hesabı ilə məğlub etdikləri G qrupunun III turunun oyunundan sonra fikirlərini bölüşüb:

"Hazırda heç nəyə nail olmamışıq. Sadəcə, növbəti mərhələyə vəsiqə qazanmışıq. Pley-offdakı rəqibimizi gözləyəcəyik. Amma ilk növbədə bugünkü qələbəyə sevinəcəyik. Daha sonra diqqətimizi növbəti görüşə yönəltməliyik. Mən heç vaxt kənardan edilən açıqlamaları motivasiya vasitəsi kimi qəbul etmirəm. Ən vacib olan komandamızın daxilindəki inamdır".

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

İran millisinin baş məşqçisi Əmir Qalenoy: "Futbolçular Misirlə matçda əllərindən gələni etdilər"

İran millisinin futbolçuları dünya çempionatında Misirə qarşı keçirdikləri oyunda əllərindən gələni ediblər.

"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Əmir Qalenoy açıqlama verib.

Mütəxəssis G qrupunun III turunda heç-heçə (1:1) başa çatan matçdan sonra fikirlərini bölüşüb:

"Bəxt tərəfimizdə olmadı. Futbolçular meydanda əllərindən gələni etdilər. Səfər şəraiti və hazırlıq prosesi bizim üçün olduqca ağır keçdi. Son anda həyata keçirilən dəyişikliklər və bərpa üçün yetərli vaxtın olmaması komandanın performansına təsir göstərdi. İndi yalnız növbəti qarşılaşmaların nəticələrini gözləməliyik və ümid edək ki, ən yaxşı üçüncülərdən biri kimi növbəti mərhələyə yüksələcəyik".

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

Misir millisinin baş məşqçisi Husam Hasan: "Pley-offa vəsiqə qazanmağımız tarixi nəticədir"

Futbol üzrə millisinin dünya çempionatında pley-offa vəsiqə qazanması tarixi nəticədir.

"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Husam Hasan açıqlama verib.

Mütəxəssis G qrupunun III turunda İranla heç-heçə etdikləri (1:1) matçdan sonra fikirlərini bölüşüb:

"Komandamızın qrupdan çıxması tarixi nəticədir. İlk dəfə dünya çempionatlarında bunu bacardıq. Oyunçularımla fəxr edirəm. Son matçımız çətin alındı. Amma xarakter göstərdik. İndi bütün diqqətimizi Avstraliya ilə pley-off oyununa yönəldəcəyik".

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün sözügedən ölkədə ilk yoxlama oyunu keçirəcək.

"Report" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli "Tirol" klubu ilə üz-üzə gələcək.

"In Gernot Langes" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xatırladaq ki, "Qarabağ" Bakıdakı yoxlama matçında "Zirə"ni məğlub edib - 4:3.

DÇ-2026: Pley-offa vəsiqəni rəsmiləşdirən komandaların sayı 28-ə çatıb

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatında 28 komanda pley-offa vəsiqəni rəsmiləşdirib.

"Report" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Meksika, Cənubi Afrika Respublikası, İsveçrə, Kanada, Bosniya və Herseqovina, Braziliya, Mərakeş, ABŞ, Avstraliya, Paraqvay, Almaniya, Fildişi Sahili, Ekvador, Niderland, Yaponiya, İsveç, Belçika, Misir, İspaniya, Kabo Verde, Fransa, Norveç, Seneqal, Argentina, Kolumbiya, Portuqaliya, İngiltərə və Qana 1/16 finalda oynamaq hüququ qazanıblar.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Misir - İran oyununun ən yaxşı fubolçusu Ramin Rezaeyan olub

Futbol üzrə dünya çempionatında Misir və İran yığmaları arasında keçirilən G qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.

"Report" xəbər verir ki, asiyalıların heyətində Ramin Rezaeyan oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, futbolçu 1:1 hesabı ilə başa çatan qarşılaşmada komandasının bərabərlik qolunu vurub.

Leandro Trossard Yeni Zelandiya - Belçika matçının ən yaxşı fubolçusu adına layiq görülüb

Futbol üzrə dünya çempionatında Yeni Zelandiya və Belçika yığmaları arasında keçirilən G qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.

"Report" xəbər verir ki, avropalıların heyətində Leandro Trossard oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, futbolçu komandasının 5:1 hesabı ilə qalib gəldiyi matçda dubl edib.

Yorqos Donis: "Dünya çempionatındakı yolumuz futbolçular üçün yaxşı təcrübə oldu"

Səudiyyə Ərəbistanı millisinin dünya çempionatındakı yolu onlar üçün yaxşı təcrübə olub.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Yorqos Donis Kabo Verdeyə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis komandasının qol vəziyyətləri yaratmaqda problemlər yaşadığını bildirib:

"Hücumlar qurmaqda çox zəif çıxış etdik. Belə oyunla qələbə qazanmaq mümkün deyil. Bu gün ən böyük problemimiz qol vəziyyətləri yarada bilməməyimiz idi. Hücum xəttimiz istədiyimiz səviyyədə oynamadı.

"Bu, istədiyimiz nəticə deyildi. Özümüzə yaxın səviyyədə olan rəqibə qarşı bu cür çıxış narahatlıq doğurur. Bununla belə, dünya çempionatındakı yolumuz futbolçular üçün yaxşı təcrübə oldu və onlara təşəkkür edirəm".

Qeyd edək ki, Kabo Verde - Səudiyyə Ərəbistanı görüşündə hesab açılmayıb - 0:0.

Bubista: "Kabo Verde olaraq sübut etdik ki, futbol təkcə böyük ölkələr üçün deyil"

Kabo Verde millisi fubolun tək böyük ölkələr üçün olmadığını sübut edib.

"Report" xarici mediaya isitnadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Bubista Səudiyyə Ərəbistanı yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis tarixlərində ilk dəfə qatıldıqları mundialda əldə etdikləri uğurlu nəticə barədə danışıb:

"Bu uğur təkcə Kabo Verde üçün deyil, bütün futbol dünyası üçün bir mesajdır. Biz sübut etdik ki, futbol təkcə böyük ölkələr üçün deyil. İnam, birlik və fədakarlıqla hər şey mümkündür. Futbolçularımla fəxr edirəm. Onlar cəsarətlə mübarizə apardılar və tarix yazdılar".

Qeyd edək ki, Kabo Verde - Səudiyyə Ərəbistanı görüşündə hesab açılmayıb - 0:0.

Luis de la Fuente: "Uruqvay millisi həddindən artıq sərt oynayırdı"

Uruqvay millisinin futbolçuları İspaniyaya qarşı həddindən artıq sərt oynayıblar.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Luis de la Fuente Uruqvaya qarşı keçirdikləri DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları görüşü şərh edib:

"Çox çətin, gərgin və yüksək səviyyəli oyun oldu. Rəqib həddindən artıq sərt oynayırdı, amma qaydaların tətbiqi hakimlərin işidir. Futbolçular vəziyyəti çox düzgün qiymətləndirdilər və qələbə qazanmaq üçün lazım olan hər şeyi etdilər. Bu komanda ilə həqiqətən fəxr edirəm. Onlar daim inkişaf edir və müxtəlif oyun variantlarına malikdirlər. Bu qarşılaşma futbol baxımından bizim sevdiyimiz üslubun tam əksi idi. Buna baxmayaraq, komandam bunun öhdəsindən gəlməyi bacardı".

Qeyd edək ki, İspaniya yığması Uruqvayı 1:0 hesabı ilə məğlub edib.

Marselo Byelsa: "Məni nəticə verməyən baş məşqçi kimi xatırlayacaqlar"

Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa yığmada nəticə verməyən məşqçi kimi xatırlanacağını düşünür.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Cənubi Amerika təmsilçisinin baş məşqçisinin özü İspaniyaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşma barədə danışıb:

"Uruqvay millisinin futbolçularının potensialından maksimum yararlana bilmədim. Valverdeni əvəzləməklə hücum xəttində daha çox təsir gücü yaratmaq istəyirdim. Uruqvay futboluna verdiyim töhfə əslində heç nədir. Çünki baş məşqçinin milli komandaya etdiyi istənilən xidmət müsbət nəticə ilə tamamlanmırsa, onun heç bir əhəmiyyəti qalmır. Necə xatırlanacağımı soruşsanız, deyərəm ki, məni nəticə verməyən biri kimi xatırlayacaqlar.

"Oyun kifayət qədər bərabər mübarizə şəraitində keçdi. Heç-heçəyə layiq idik və ən azı bir xal qazanmalı idik. Problem komandamızın oyununda deyildi".

Qeyd edək ki, İspaniya yığması Uruqvayı 1:0 hesabı ilə məğlub edib.

ABŞ yenidən futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir

ABŞ 2038-ci il FİFA Dünya Kubokuna ev sahibliyi etmək üçün ərizə verə bilər.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin 2026-cı il Dünya Kuboku üzrə işçi qrupunun icraçı direktoru Endryu Culiani məlumat verib.

"Nəzərə alsaq ki, bir vaxtlar Dünya Kubokunda 64 komanda iştirak edə bilər, düşünürəm ki, ABŞ bunun öhdəsindən gələ bilər. Amma əvvəlcə, 2038-ci il və ya sonrakı dövr üçün planlarımızı açıqlamadan əvvəl bu Dünya Kubokunu 19 iyulda uğurla başa vurduğumuza əmin olmalıyam", - deyə o əlavə edib.

DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb - YENİLƏNİB-5

Futbol üzrə dünya çempionatında Misir İranla qarşılaşıb.

"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun III turunun matçında bərabərlik qeydə alınıb - 1:1.

Misirin heyətində 5-ci dəqiqədə Mahmud Saber fərqlənib. 14-cü dəqiqədə isə İranın bərabərlik qolunu Ramin Rezaeyan vurub.

Bu nəticənin ardından qrupdakı xallarının sayını 5-ə çatdıran Afrika təmsilçisi tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb. Komandanın bu raunddakı rəqibi Avstraliya seçməsi olacaq.

Futbol üzrə dünya çempionatının Misir - İran oyununda ikinci hissə start götürüb.

"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun III turunun matçında bərabərlik var - 1:1.

Qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.

Futbol üzrə dünya çempionatının Misir - İran oyununda ilk hissə yekunlaşıb.

"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun III turunun matçında bərabərlik var - 1:1.

Qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.

Futbol üzrə dünya çempionatının Misir - İran oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun III turunun matçında Asiya təmsilçisi hesabı bərabərləşdirib - 1:1.

14-cü dəqiqədə Ramin Rezaeyan "status-kvo"nu bərpa edib.

Futbol üzrə dünya çempionatının Misir - İran oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun III turunun matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.

5-ci dəqiqədə Mahmud Saber fərqlənib.

Futbol üzrə dünya çempionatının Misir - İran oyunu başlayıb.

"Report"un məlumatına görə, G qrupunun III turunun matçı Sietl stadionunda keçirilir.

Qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.

DÇ-2026: Yeni Zelandiyaya qalib gələn Belçika qrupunu birinci sırada bitib - YENİLƏNİB-7

Futbol üzrə dünya çempionatında Belçika Yeni Zelandiyanı məğlub edib.

"Report"un məlumatına görə, "BC Place" stadionunda baş tutan G qrupunun III turunun matçında avropalılar 5:1 hesablı qələbəyə seviniblər.

Belçikanın qollarını Leandro Trossard (28, 50), Kevin De Brüyne (66), Romelu Lukaku (86) və Aleksis Salemakers (90+4) vurublar. Yeni Zelandiyada isə Cast Elaydca (84) dəqiq zərbə müəllifi olub.

Bu məğlubiyyətin ardından Yeni Zelandiya mundialla vidalaşıb.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Belçika oyunundadaha iki qol vurulub.

"Report"un məlumatına görə, "BC Place" stadionunda baş tutan G qrupunun III turunun matçında əvvəlcə Yeni Zelanda buraxılan qollardan birinin əvəzini çıxıb - 1:3.

84-cü dəqiqədə Cast Elaydca adını tabloya yazdırıb.

2 dəqiqə sonra isə Belçika yenidən fərqi artırıb - 4:1.

Romelu Lukaku başla dəqiq oynayıb.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Belçika oyununda üçüncü qol vurulub.

"Report"un məlumatına görə, "BC Place" stadionunda baş tutan G qrupunun III turunun matçında avropalılar hesabdakı üstünlüklərini artırıblar - 3:0.

66-cı dəqiqədə Kevin De Brüyne sol ayağı ilə qapını dəqiq nişan alıb.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Belçika oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, "BC Place" stadionunda baş tutan G qrupunun III turunun matçında avropalılar hesabdakı üstünlüklərini artırıblar - 2:0.

50-ci dəqiqədə Leandro Trossard dubl edib.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Belçika oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, "BC Place" stadionunda baş tutan G qrupunun III turunun matçında avropalılar hesabda irəlidədirlər- 1:0.

28-ci dəqiqədə Leandro Trossard fərqlənib.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Belçika oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, "BC Place" stadionunda baş tutan G qrupunun III turunun matçında avropalılar hesabda irəlidədirlər- 1:0.

28-ci dəqiqədə Leandro Trossard fərqlənib.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Belçika oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, "BC Place" stadionunda baş tutan G qrupunun III turunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.

28-ci dəqiqədə Leandro Trossard fərqlənib.

Futbol üzrə dünya çempionatının Yeni Zelandiya - Belçika oyunu başlayıb.

"Report"un məlumatına görə, G qrupunun III turunun matçı "BC Place" stadionunda keçirilir.

Qarşılaşmanı iordaniyalı FIFA referisi Adham Mahadmeh idarə edir.

Aleks Baena Uruqvay - İspaniya oyununun ən yaxşısı seçilib

Futbol üzrə dünya çempionatında Uruqvay və İspaniya yığmaları arasında keçirilən H qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.

"Report" xəbər verir ki, avropalıların heyətində Aleks Baena oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, futbolçu İspaniyanın 1:0 hesabı ilə qələbə qazandığı matçda yeganə qolu vurub.

Kabo Verde - Səudiyyə Ərəbistanı oyununun ən yaxşı fubolçusu Deroy Duarte olub

Futbol üzrə dünya çempionatında Kabo Verde və Səudiyyə Ərəbistanı yığmaları arasında keçirilən H qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.

"Report" xəbər verir ki, Kabo Verdenin futbolçusu Deroy Duarte oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, futbolçu qolsuz (0:0) başa çatan matçda özünü yaxşı tərəfədn göstərib.

Dünya çempionu Peti bütün medallarını itirib

Fransa milli futbol komandası ilə 1998-ci ildə Dünya Kuboku çempionu olan Emmanuel Petit, Dünya və Avropa çempionatlarında qazandığı medallar da daxil olmaqla, bütün medallarını itirib.

"Report" xəbər verir ki, o, bu barədə Talk Sport podkastında danışıb.

"Dünya Kubokunun surətini götürüb seyfə qoydum. Medallarla da eyni şeyi etmək istədim. Onları axtarmağa saatlarla vaxt sərf etdim. Dəli olurdum. İngiltərə və Fransa çempionatlarından, kuboklardan, Dünya və Avropa çempionatlarından medallar. Hər şey yoxa çıxmışdı", - deyə o əlavə edib.

Qeyd edək ki, 55 yaşlı Petit həmçinin 2000-ci ildə Fransa millisi ilə Avropa Çempionlar Liqası titullarını əldə edib. O, "Monako" ilə Fransa çempionluğunu (1997) və Fransa Kubokunu (1991) qazanıb.

Qrem Arnold: "İraq yığmasının dünya çempionatına vəsiqə qazanması möcüzə idi"

İraq millisinin dünya çempionatına vəsiqə qazanması möcüzə olub.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Qrem Arnold Seneqala qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis məğlub olmalarına baxmayaraq mundialdan zövq aldıqlarını bildirib:

"Bu turnirə vəsiqə qazanmağımızın özü belə möcüzə idi. Ümid edirəm ki, futbolçular 40 ildən sonra ilk dəfə dünya çempionatında oynamağın sevincini özləri ilə aparacaqlar. Eyni zamanda, buraxdıqları səhvlərdən də lazımi nəticə çıxaracaqlar".

Qeyd edək ki, Seneqal – İraq matçı 5:0 hesabı ilə yekunlaşıb.

DÇ-2026: İspaniya Uruqvayı məğlub edərək qrupunu birinci sırada bitirib - YENİLƏNİB-4

Futbol üzrə dünya çempionatında İspaniya Uruqvaya qalib gəlib.

"Report"un məlumatına görə, Qvadalxara stadionunda keçirilən H qrupunun III turunun matçında Avropa təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.

42-ci dəqiqədə Aleks Baena fərqlənib.

Qeyd edək ki, bu qələbə sayəsində İspaniya 7 xalla qrupunu lider tamamlayıb.

Futbol üzrə dünya çempionatının Uruqvay - İspaniya oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Qvadalxara stadionunda keçirilən H qrupunun III turunun matçında Avropa təmsilçisi hesabda öndədir - 1:0.

42-ci dəqiqədə Aleks Baena fərqlənib.

Futbol üzrə dünya çempionatının Uruqvay - İspaniya oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Qvadalxara stadionunda keçirilən H qrupunun III turunun matçında Avropa təmsilçisi hesabda öndədir - 1:0.

42-ci dəqiqədə Aleks Baena fərqlənib.

Futbol üzrə dünya çempionatının Uruqvay - İspaniya oyununda ilk qol vuurlub.

"Report"un məlumatına görə, Qvadalxara stadionunda keçirilən H qrupunun III turunun matçında Avropa təmsilçisi hesabı açıb - 1:0.

42-ci dəqiqədə Aleks Baena fərqlənib.

Futbol üzrə dünya çempionatının Uruqvay - İspaniya oyunu başlayıb.

"Report"un məlumatına görə, H qrupunun III turunun matçı Qvadalxara stadionunda keçirilir.

Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.

DÇ-2026: Son 3 oyunda uduzmayan Kabo Verde pley-offa yüksələrək Argentinaya rəqib olub - YENİLƏNİB-3

Futbol üzrə dünya çempionatında Kabo Verde - Səudiyyə Ərəbistanı ilə qarşılaşıb.

"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən H qrupunun III turunun matçında qapılara qol vurulmayıb - 0:0.

Ardıcıl üçüncü görüşündə də uduzmayan Kabo Verde 3 xalla qrupunu ikinci sırada bitirərək tarixində ilk dəfə qatıldığı mundialın pley-off mərhələsinə adlayıb. Komanda bu raundda son dünya çempionu Argentina ilə qarşılaşacaq.

Səudiyyə Ərəbistanı isə 2 xalla sonuncu yeri tutub və turnirlə vidalaşıb.

Futbol üzrə dünya çempionatının Kabo Verde - Səudiyyə Ərəbistanı oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən H qrupunun III turunun matçında qapılara qol vurulmayıb - 0:0.

Qarşılaşmanı fransalı FIFA referisi Fransua Leteksye idarə edir.

Futbol üzrə dünya çempionatının Kabo Verde - Səudiyyə Ərəbistanı oyununda ilk hissə yekunlaşıb.

"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən H qrupunun III turunun matçında qapılara qol vurulmayıb - 0:0.

Qarşılaşmanı fransalı FIFA referisi Fransua Leteksye idarə edir.

Futbol üzrə dünya çempionatının Kabo Verde - Səudiyyə Ərəbistanı oyunu başlayıb.

"Report"un məlumatına görə, H qrupunun III turunun matçı Hyuston stadionunda keçirilir.

Qarşılaşmanı fransalı FIFA referisi Fransua Leteksye idarə edir.

Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"

Seneqal millisinin taleyi öz əlində deyil.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən millinin baş məşqçisi Pap Tyav İraqa qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis böyük hesabla qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Biz üzərimizə düşən işi gördük. Amma artıq taleyimiz öz əlimizdə deyil. İndi digər oyunların nəticələrini gözləməliyik. İlk hissə bizim üçün çətin keçdi. İraq erkən qırmızı vərəqə alsa da, istədiyimiz qolları vura bilmirdik. Daim oyuna nəzarət etməyə çalışmaq futbolçuların yorğunluğuna təsir etmişdi.

Fasilədə komandada müəyyən dəyişikliklər etdik və daha çox qısa ötürmələrlə oynamağa çalışdıq ki, rəqibi daha çox hərəkət etməyə məcbur edək. 11 futbolçu ilə 10 nəfərə qarşı oynamağın üstünlüyü hiss olundu. Etdiyimiz dəyişikliklər də öz bəhrəsini verdi".

Qeyd edək ki, Seneqal seçməsi İraqı 5:0 hesabı ilə məğlub edib.

Fransa millisinin məşqçisi Qi Stefan: "Norveçlə matçda üzərimizə düşəni yerinə yetirdik"

Fransa millisi Norveçlə matçda üzərinə düşəni yerinə yetirib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa yığmasının məşqçisi Qi Stefan Norveçə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:

"İlk öncə fikirlərim baş məşqçimiz Didye Deşamla bağlıdır. Onun tezliklə aramıza qayıdacağını səbirsizliklə gözləyirik və sabahkı məşqdə bizimlə olacaq. Oyuna gəlincə, üzərimizə düşəni yerinə yetirdik. Komandanın oyunundan zövq aldıq, yüksək temp nümayiş etdirdik və bir çox qol epizodu yaratdıq. Dörd qol vurduq. Usman Dembele het-trik etdi, Dezire Due isə peşəkar karyerasında ilk dəfə başla qol vurdu. Bunlar hamısı müsbət məqamlardır və bu performansın üzərinə daha da əlavə etməliyik.

Bununla yanaşı, bəzi anlarda istədiyimiz səviyyədə çıxış etmədik və bu çatışmazlıqları aradan qaldırmalıyıq. Turnirdə irəlilədikcə qarşımıza daha güclü rəqiblər çıxacaq. Buna görə də daim diqqətli olmalıyıq. Bu qələbəyə sevinirik və onun həzzini çıxaracağıq. Amma sabahdan etibarən Didye ilə birlikdə yenidən işimizə qayıdırıq".

Qeyd edək ki, Fransa yığması Norveçi 4:1 hesabı ilə məğlub edib.

Stole Solbakken: "Dembelenin Norveçə vurduğu ilk iki qol dünya çempionatı səviyyəsində idi"

Fransanın futbolçusu Dembelenin Norveç yığmasına vurduğu ilk iki qol dünya çempionatı səviyyəsində olub.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Norveç seçməsinin baş məşqçisi Stole Solbakken Fransaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Rəqib komandanın heyətində Dembele həqiqətən də əla oyun keçirdi. Zərbələri çox təmiz alınırdı və onu dayandırmaq bizim üçün böyük çətinlik yaratdı. Futbolçularımız sol cinah müdafiəçisi Fredrik Byorkana lazımi dəstəyi verə bilmədilər. Əslində, komandaca ona daha çox kömək etməli idik. Bununla belə, Dembelenin vurduğu ilk iki qol dünya çempionatı səviyyəsində idi. Üçüncü qolu isə ümumiyyətlə buraxmamalı idik".

Qeyd edək ki, Fransa yığması Norveçi 4:1 hesabı ilə məğlub edib.

Seneqal - İraq oyununun ən yaxşı fubolçusu Pap Qeye seçilib

Futbol üzrə dünya çempionatında Seneqal və İraq yığmaları arasında keçirilən I qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.

"Report" xəbər verir ki, Afrika təmsilçisinin futbolçusu Pap Qeye oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, futbolçu komandasının 5:0 hesabı ilə qalib gəldiyi matçda dubl edib.

Usman Dembele Norveç - Fransa matçının ən yaxşı fubolçusu adına layiq görülüb

Futbol üzrə dünya çempionatında Norveç və Fransa yığmaları arasında keçirilən I qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub.

"Report" xəbər verir ki, fransızların heyətində Usman Dembele oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, hücumçu komandasının 4:1 hesabı ilə qalib gəldiyi matçda het-trik edib.

"Neftçi" slovakiyalı hücumçunu transfer edib

"Neftçi" klubu slovakiyalı hücumçu Lyubomir Tuptanı transfer edib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə "2+1" illik müqavilə bağlanıb.

O, 29 nömrəli formanı geyinəcək.

Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir Tupta sonuncu klubu AEL-də 2025/2026 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol, 3 assist müəllifi olub. İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş futbolçu 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.

DÇ-2026: Fransa Norveçi Dembelenin qolları ilə məğlub edib - YENİLƏNİB-6

Futbol üzrə dünya çempionatında Fransa Norveçi məğlub edib.

"Report"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar 4:1 hesablı qələbəyə seviniblər.

Qalib gələn komandanın qollarını Usman Dembele (7, 20, 32) və Dezire Due (90+4) vurublar. Norveçin heyətində isə Tele Osqor (21) fərqlənib.

Qeyd edək ki, qrupu ikinci pillədə başa vuran Norveç pley-off mərhələsində Fildişi Sahili kollektivi ilə üz-üzə gələcək. Fransanın rəqibi isə hələlik bəlli deyil.

Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar hesabda öndədirlər - 3:1.

Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.

Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar hesabda öndədirlər - 3:1.

Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.

Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyununda dördüncü qol vurulub.

"Report"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar hesabdakı üstünlüklərini artırıblar - 3:1.

31-ci dəqiqədə Usman Dembele het-trik edib.

Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyununda ardıcıl iki qol vurulub.

"Report"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında əvvəlcə fransızlar hesabdakı üstünlüklərini artırıblar - 2:0.

20-ci dəqiqədə Usman Dembele uzaq məsafədən qapını dəqiq nişan alıb. 1 dəqiqə sonra isə Norveç buraxılan qollardan birinin əvəzini çıxıb.

Tele Osqor fərqlənib - 1:2.

Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar hesabda irəli çıxıblar - 1:0.

7-ci dəqiqədə Usman Dembele toru silkələyib.

Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyunu başlayıb.

"Report"un məlumatına görə, I qrupunun III turunun matçı Boston stadionunda keçirilir.

Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.

DÇ-2026: Seneqal İraqa 5 cavabsız qolla qalib gəlib - YENİLƏNİB-7

Futbol üzrə dünya çempionatında Seneqal İraqa böyük hesabla qalib gəlib.

"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən I qrupunun III turunun matçında Afrika təmsilçisi 5:0 hesablı qələbəyə sevinib.

Qolları Abib Diarra (4), İsmaila Sarr (56), Pap Qeye (56, 71) və Lliman Ndiaye (82) vurublar.

Qeyd edək ki, qrupu 0 xalla sonuncu başa vuran İraq turnirlə vidalaşıb.

Futbol üzrə dünya çempionatının Seneqal - İraq oyununda beşinci qol vurulub.

"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən I qrupunun III turunun matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü bir qədər də möhkəmləndirib - 5:0.

82-ci dəqiqədə Lliman Ndiaye fərqlənib.

Futbol üzrə dünya çempionatının Seneqal - İraq oyununda dördüncü qol vurulub.

"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən I qrupunun III turunun matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü bir qədər də möhkəmləndirib - 4:0.

71-ci dəqiqədə Pap Qeye dubl müəllifi olub.

Futbol üzrə dünya çempionatının Seneqal - İraq oyununda üçüncü qol vurulub.

"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən I qrupunun III turunun matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü bir qədər də möhkəmləndirib - 3:0.

56-cı dəqiqədə Pap Qeye adını tabloya yazdırıb.

Futbol üzrə dünya çempionatının Seneqal - İraq oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən I qrupunun III turunun matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 2:0.

56-cı dəqiqədə İsmaila Sarr fərqlənib.

Futbol üzrə dünya çempionatının Seneqal - İraq oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən I qrupunun III turunun matçında Afrika təmsilçisi hesabda irəlidədir - 1:0.

4-cü dəqiqədə Abib Diarra künc zərbəsindən ötürməni qola çevirib.

Futbol üzrə dünya çempionatının Seneqal - İraq oyununda ilk hissə yekunlaşıb.

"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən I qrupunun III turunun matçında Afrika təmsilçisi hesabda irəlidədir - 1:0.

4-cü dəqiqədə Abib Diarra künc zərbəsindən ötürməni qola çevirib.

Futbol üzrə dünya çempionatının Seneqal - İraq oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən I qrupunun III turunun matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.

4-cü dəqiqədə Abib Diarra künc zərbəsindən ötürməni qola çevirib.

Futbol üzrə dünya çempionatının Seneqal - İraq oyunu başlayıb.

"Report"un məlumatına görə, I qrupunun III turunun matçı Toronto stadionunda keçirilir.

Qarşılaşmanı ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.

PSJ-nin hücumçusu Qonsalu Ramuş "Milan"a keçə bilər

PSJ-nin və Portuqaliya yığmasının hücumçusu Qonsalu Ramuş karyerasını İtaliyanın "Milan" klubunda davam etdirə bilər.

"Report" "A Bola"ya istinadən xəbər verir ki, İtaliya klubu 25 yaşlı portuqaliyalı futbolçu üçün bonuslar da daxil olmaqla 45 milyon avro təklif edib.

Paris təmsilçisi isə 50 milyon avro tələb edir. "Milan"ın oyunçuya illik təxminən 4 milyon avro maaşla 4-5 mövsümlük müqavilə təklif etməyə hazır olduğu bildirilib.

Futbolçu Portuqaliya yığmasının heyətində DÇ-2026-da çıxış edir. O, qrup mərhələsinin I turunun Konqo DR-lə görüşündə (1:1) oyunun sonlarında əvəzetmədən meydana daxil olub.

Qeyd edək ki, Q.Ramuş 2024-cü ilin yanvarında "Benfika"dan 65 milyon avro qarşılığında PSJ-yə keçib. O, Paris klubunun heyətində 131 oyunda 45 qol vurub və 10 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı portuqaliyalı oyunçunun dəyərini 30 milyon avro qiymətləndirir.

Elman Himayətoğlu "Zirə"nin idman direktoru vəzifəsinə təyin olunub

"Zirə" klubunun idman direktoru vəzifəsinə yeni təyinat olub.

Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətindən bildirlib.

Daha əvvəl klubda baş menecer kimi çalışan Elman Himayətoğlu sözügedən vəzifəyə təyin edilib.

Qeyd edək ki, E.Himayətoğlu 2015-ci ildən "Zirə"də fəaliyyət göstərir.

Fransa millisinin müdafiəçisi Maksans Lakrua karyerasını "Çelsi"də davam etdirəcək

İngiltərənin "Kristal Pelas" klubunun və Fransa yığmasının müdafiəçisi Maksans Lakrua karyerasını Premyer Liqanın digər təmsilçisi "Çelsi"də davam etdirəcək.

"Report" "L'Equipe"ə istinadən xəbər verir ki, London klubu 26 yaşlı futbolçu üçün təxminən 55 milyon avro ödəyəcək.

Müdafiəçi 2024-cü ilin yayında "Volfsburq"dan "Kristal Pelas"a keçib. O, Fransa yığmasının DÇ-2026 üçün heyətinə cəlb olunsa da, hələ ki turnirdə şans qazanmayıb.

Qeyd edək ki, fransalı oyunçu 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 55 matçda 3 qol və 3 məhsuldar ötürməyə imza atıb. Futbolçu ümumilikdə millidə 4 oyun keçirib.

DÇ-2026: İspaniya, Fransa və Belçika milliləri növbəti matçlarına çıxacaqlar

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə DÇ-2026-da III turun növbəti qarşılaşmaları keçiriləcək.

"Report"un məlumatına görə, I qrupunda Norveç - Fransa və Seneqal - İraq matçları baş tutacaq.

H qrupunda Kabo-Verde - Səudiyyə Ərəbistanı, Uruqvay - İspaniya, G qrupunda isə Misir - İran və Yeni Zelandiya - Belçika görüşləri təşkil olunacaq.

DÇ-2026

III tur

I qrupu

26 iyun

23:00. Norveç - Fransa

Baş hakim: Maykl Oliver (İngiltərə).

Boston stadionu

23.00. Seneqal - İraq

Baş hakim: Entoni Teylor (İngiltərə).

Toronto stadionu

1. Fransa 2 2 0 0 6-1 6

2. Norveç 2 2 0 0 7-3 6

3. Seneqal 2 0 0 2 3-6 0

4. İraq 2 0 0 2 1-7 0

H qrupu

27 iyun

04:00. Kabo Verde - Səudiyyə Ərəbistanı

Baş hakim: Fransua Leteksye (Fransa).

Hyuston stadionu

04:00. Uruqvay - İspaniya

Baş hakim: İsmail Elfat (ABŞ).

Qvadalxara stadionu

1. İspaniya 2 1 1 0 4-0 4

2. Uruqvay 2 0 2 0 3-3 2

3. Kabo Verde 2 0 2 0 2-2 2

4. Səudiyyə Ərəbistanı 2 0 1 1 1-5 1

G qrupu

27 iyun

07:00. Misir - İran

Baş hakim: Şimon Marçinyak (Polşa).

Sietl stadionu

07:00. Yeni Zelandiya - Belçika

Baş hakim: Adham Mahadmeh (İordaniya).

Vankuver, "BC Place" stadionu

1. Misir 2 1 1 0 4-2 4

2. İran 2 0 2 0 2-2 2

3. Belçika 2 0 2 0 1-1 2

4. Yeni Zelandiya 2 0 1 1 3-5 1

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Ceyhun Sultanov "Araz-Naxçıvan"ın prezidenti vəzifəsinə təyin edilib

Azərbaycan millsinin sabiq futbolçusu Ceyhun Sultanov "Araz-Naxçıvan"ın prezidenti vəzifəsinə təyin edilib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərar İdarə Heyətinin iclasında qəbul olunub.

Toplantıda həmçinin, klubun yeni mövsümə hazırlığı, akademiya komandalarının yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub.

Qeyd edək ki, futbolçu karyerası ərzində "Fərid", "Neftçi", "Dinamo" (Bakı), "Bakı", "Xəzər-Lənkəran", "Kəpəz", "Sumqayıt", "Qəbələ", həmçinin İranın "Maşınsazi" klublarında çıxış edən C.Sultanov müxtəlif illərdə idarəçi kimi "Sumqayıt", "Neftçi" və "Keşlə" klublarında fəaliyyət göstərib.

Kaan Ayhan dünya çempionatları tarixinin ikinci ən gec qələbə qolunu vurub

Türkiyə yığmasının müdafiəçisi Kaan Ayhan DÇ-2026-nın qrup mərhələsinin III turunda, ABŞ ilə matçda dünya çempionatları tarixinin 2-ci ən gec qələbə qolunu vurub.

"Report" "Opta"ya istinadən xəbər verir ki, futbolçu ikinci hissəyə əlavə olunmuş 8-ci dəqiqədə (90+7.50-ci saniyə) fərqlənərək görüşün 3:2 hesabı ilə bitməsini təmin edib.

Bu, dünya çempionatları tarixində 1966-cı ildən bəri vurulan 2-ci ən gec qələbə qolu olub. Tarixdə bundan daha gec qola yalnız DÇ-2022-də Uelslə oyunda iranlı Rozbeh Çeşmi (90+7.56-cı saniyə) imza atıb.

Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsində 3 xal toplayan Türkiyə yığması sonuncu yeri tutub və turnirdə mübarizəni dayandırıb.

"Neftçi" Yuri Vernudubla müqavilə müddətini uzadıb

"Neftçi" baş məşqçisi Yuri Vernidubla yeni müqavilə imzalayıb.

Bu barədə "Report"a paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib.

"Neftçi"nin Müşahidə Şurasının sədri Hafiz Zeynalov və Baş İcraçı Direktor Cenk Sümerin iştirakı ilə keçirilən imza mərasimində ukraynalı mütəxəssisin mövcud sözləşməsi 2028-ci ilin yayına qədər uzadılıb.

H.Zeynalov baş məşqçiyə Müşahidə Şurası tərəfindən böyük dəstək verildiyini bildirib:

"Klubumuz üçün xeyirli olsun. "Neftçi"nin həm milli çempionatda, həm kubok oyunlarında, həm də UEFA Konfrans Liqasında uğurlu olacağına Müşahidə Şurasının böyük inamı var. Baş məşqçi Yuri Vernidubun peşəkarlığına, səriştəsinə, qurmaqda olduğu komandaya inanırıq və bu yolda onu dəstəkləyirik".

C.Sümer isə birlikdə böyük uğurlara imza atılacağına əminliyini ifadə edib:

"Bu, sadəcə müqavilə yenilənməsi deyil, həm də ortaq inamımızın və gələcəyə olan böyük ümidlərimizin real göstəricisidir. Məqsədlərimizə, peşəkar yanaşmamıza və loqomuza olan hörmətimizə göstərdikləri sarsılmaz dəstəyə, etibara və töhfələrə görə Müşahidə Şurasına səmimi qəlbdən təşəkkür edirəm. Bu ortaq öhdəlik bizi daha da gücləndirir. Baş məşqçi Yuri Verniduba "Neftçi"dəki fəaliyyəti müddətində nümayiş etdirdiyi sonsuz həvəs və zəhmətinə görə minnətdaram. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq".

"Səbail" Rubin Seyidovu transfer edib

"Səbail" növbəti transferini reallaşdırıb.

Bu barədə "Report"a Bakı klubundan məlumat verilib.

Paytaxt təmsilçisi son olaraq "Baku Sportinq"də çıxış etmiş 28 yaşlı müdafiəçi Rubin Seyidovla 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, R.Seyidov daha əvvəl də "Səbail"in şərəfini qoruyub.

"Nyukasl" Brunu Qimaraynşla bağlı 64 milyon avroluq təklifi rədd edib

İngiltərənin "Nyukasl" klubu Premyer Liqanın digər təmsilçisi "Arsenal"ın Brunu Qimaraynşla bağlı 64 milyon avroluq təklifini rədd edib.

"Report" "Globo"ya istinadən xəbər verir ki, London təmsilçisi 28 yaşlı braziliyalı futbolçu üçün etdiyi təklifə müsbət cavab almayıb.

"Arsenal"ın yarımmüdafiəçi üçün yeni təklif irəli sürməyi planlaşdırdığı bildirilir.

Braziliyalı oyunçu 2022-ci ilin yayından "Nyukasl"da çıxış edir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 9 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi DÇ-2026-da Braziliya yığmasının heyətində qrup mərhələsinin hər 3 qarşılaşmasında iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Transfermarkt" portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino: "Bizi təbrik etməməyiniz kədərlidir"

DÇ-2026-nın qrup mərhələsinin III turunda Türkiyə yığmasına məğlub olan ABŞ seçməsinin baş məşqçisi Maurisio Poçettino qrupdakı nəticələrə görə təbrik almamalarını kədərli hal adlandırıb.

"Türkiyənin 3 xalı, Avstraliya və Paraqvayın pley-offa yüksəlməyi bayram etdiyi bir vaxtda, sizin qrup liderliyinə görə bizi təbrik etməməyiniz çox kədərlidir. Hər kəsə qrupu lider bitirdiyimizi xatırlatmalıyam, bağışlayın, amma biz qalib gəlmişik", - deyə oyundan sonra italiyalı mütəxəssis bildirib.

Qeyd edək ki, DÇ-2026-nın 1/16 final mərhələsində ABŞ seçməsi Bosniya və Herseqovina ilə qarşılaşacaq.

DÇ-2026: Pley-off mərhələsinə vəsiqə qazanan 19 komanda müəyyənləşib

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanan 19 komanda bəlli olub.

"Report" xəbər verir ki, Meksika, CAR, İsveçrə, Kanada, Bosniya və Herseqovina, Braziliya, Mərakeş, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina, Kolumbiya, Yaponiya, Niderland, İsveç, Avstraliya, Fildişi Sahili, Ekvador 1/16 finalda oynamaq hüququ qazanıblar.

1/16 finalda üz-üzə gələcək 4 cüt də artıq müəyyənləşib. Belə ki, CAR Kanada, Braziliya Yaponiya, Niderland Mərakeş, ABŞ isə Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Avstraliya millisinin baş məşqçisi Toni Popoviç: "Komandanın oyunu inanılmazdır"

Avstraliya millisinin baş məşqçisi Toni Popoviç DÇ-2026-da komandanın oyununu inanılamz adlandırıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis bunu qrup mərhələsinin III turunda Paraqvayla heç-heçə (0:0) bitən matçdan sonra deyib.

"Komandanın oyunu inanılmazdır. Prosesə cəlb olunan hər kəslə, heyətlə, futbolçularla və bu möhtəşəm gənc komanda ilə fəxr edirəm. İndi Dallas şəhərinə yollanırıq və orada xüsusi bir şey etməyə çalışacağıq. Hər kəsə təşəkkür edirəm", - deyə T.Popoviç bildirib.

Qustavo Alfaro: "Avstraliya yığması fiziki güc, intizam və sürətin vəhdətinə malikdir"

Avstraliya yığması fiziki güc, intizam və sürətin vəhdətinə malikdir.

"Report"un xarici mediaya istinadən məlumatına görə, bunu Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro DÇ-2026-nın qrup mərhələsinin III turunda Avstraliya ilə heç-heçə (0:0) bitən matçdan sonra deyib.

Mütəxəssis realist davranmalı olduqlarını vurğulayıb:

"Bu, hədəflədiyimiz nəticə olmasa da, realist davranmalıydıq. Onlar çox güclüdürlər, fiziki üstünlüyə və boy üstünlüyünə malikdirlər, boşluqlardan necə istifadə edəcəklərini yaxşı bilirlər. Avstraliya komandası cinahlardan da hücum etməyi bacarır və çox keyfiyyətli futbolçulara sahibdir. Qələbə qazanmaq, tarixə düşmək və dünya çempionatında ard-arda 2 oyunda qalib gələn ilk Paraqvay komandası olmaq istəyirdik. Rəqibi geriyə çəkilməyə məcbur edəcək boşluqları tapmaq bizim üçün çətin oldu. Avstraliya fiziki güc, intizam və sürətin vəhdətinə malikdir. Belə sistemləri qırmaq üçün çox intizamlı, dəqiq və sürətli olmaq lazımdır".

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

ABŞ seçməsi DÇ-2026-nın qrup mərhələsində 8 qol vuraraq dünya çempionatları tarixindəki rekordunu yeniləyib.

"Report" FİFA-ya istinadən xəbər verir ki, bu, komandanın mundiallar tarixindəki ən məhsuldar çıxışı olub.

ABŞ millisi bununla da 1930-cu ildə qeydə alınan və 2002-ci ildə təkrarlanan 7 qolluq rekordu geridə qoyub.

Qeyd edək ki, 3 oyundan sonra 6 xal toplayan ABŞ seçməsi D qrupunda 1-ci yeri tutub. Amerika təmsilçisi 1/16 final mərhələsində Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Tehran ABŞ-ni İranın futbol yığmasına viza verilməsində ayrı-seçkilikdə ittiham edib

İran ABŞ-ni futbol üzrə Dünya Çempionatına yollanan İran nümayəndə heyətinin bəzi üzvlərinə viza verməkdən imtina etdiyinə görə "ayrı-seçkilik münasibətində" ittiham edib.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti İranın Türkiyədəki səfirliyinin bəyanatına istinadən məlumat yayıb.

"Niyə siz milli futbol komandasının ayrılmaz hissəsi olan rəhbər heyətin, texniki məsləhətçilərin və digər şəxslərin əhəmiyyətli bir qisminə viza verilməsindən imtina olunduğundan bəhs etmirsiniz?", - səfirlikdən ABŞ-nin Türkiyədəki səfiri Tom Barrakın İran yığmasının oyunçularına viza verildiyi barədə açıqlamasına cavab olaraq bildirilib.

İranın diplomatik nümayəndəliyindən qeyd edilib ki, bu cür vəziyyət ölkənin milli yığmasına qarşı ayrı-seçkilik münasibətini nümayiş etdirir.

Daha əvvəl bildirilmişdi ki, İranın futbol yığmasının üzvlərinə bu həftə vizalar verilib. Prosedur komanda üzvlərinin şəxsən iştirakı olmadan Meksikanın Türkiyədəki səfirliyində həyata keçirilib.

Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İran yığması G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə çıxış edir.

Müxtəlif səbəblərdən DÇ-2026-dan kənarda qalan ulduz futbolçular - ARAŞDIRMA

DÇ-2026 üçün yekun heyətlər açıqlanarkən bəzi milli komandaların baş məşqçilərinin verdiyi qərarlar futbol ictimaiyyətində geniş rezonans doğurub.

"Report"un araşdırmasına görə, bəzi yığmalar taktiki seçimlər, mövcud durum, yüksək rəqabət və zədələr səbəbindən tanınmış futbolçuların xidmətinə ehtiyac duymayıblar.

Fil Fodenin İngiltərə millisinə dəvət almaması əsas müzakirə mövzularından biridir. "Mançester Siti"nin yarımmüdafiəçisi son illərdə yığmanın əsas simalarından birinə çevrilsə də, bu dəfə yekun heyətdən kənarda qalıb. Onun heyətə düşməməsində əsas səbəb kimi son dövrdə sabit oynamaması və taktiki uyğunluq məsələləri göstərilir.

Eyni milli komandada Koul Palmer də heyətə düşməyənlərdəndir. "Çelsi"nin gənc hücumçusu yüksək potensialına baxmayaraq, güclü rəqabət və sırf məşqçi seçimi səbəbindən DÇ-2026-da iştirak etməyəcək.

İngiltərənin heyətində Harri Maquayr və Trent Aleksander-Arnold kimi təcrübəli futbolçuların da kənarda qalması diqqət çəkib. Maquayr daha çox seçim üstünlüyü və müdafiə xəttindəki rəqabətə, Aleksander-Arnold isə taktiki balans və müdafiəyönümlü planlara görə siyahıya daxil edilməyib.

Fransa yığmasında da ciddi itkilər var. Eduardo Kamavinqa zədə səbəbindən DÇ-2026-nı buraxmalı olacaq. "Real"ın yarımmüdafiəçisinin uzunmüddətli zədəsi onun turnirə hazır olmasına imkan verməyib. Randal Kolo Muani isə son dövrlərdəki zəif çıxışı və yüksək rəqabət səbəbindən heyətdən kənarda qalıb. PSJ-nin qapıçısı Lukas Şevalye də Fransa millisinin yekun siyahısına düşməyən futbolçular sırasındadır.

Niderland seçməsində isə Xavi Simons DÇ-2026-nı kənardan izləyəcək. "Tottenhem"in yarımmüdafiəçisi son illərdə milli komandanın əsas kreativ fiqurlarından biri olsa da, zədə səbəbindən onun adı yekun siyahıya daxil edilməyib.

Almaniya millisində Mark-Andre ter Ştegen də heyətdən kənarda qalan ən səs-küylü adlardan biridir. Təcrübəli qapıçının zədə problemi və uzunmüddətli bərpa prosesi onun DÇ-2026-ya qatılmasına imkan verməyib.

Braziliyada Juan Pedronun yekun heyətdən kənarda qalması diqqət çəkən qərarlardan biri olub. Hücumçunun adı geniş siyahıya daxil edilsə də, yekun heyətdən kənarda qalıb. Baş məşqçi Karlo Ançelottinin bu qərarı futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

"Sambaçılar"ın heyətində növbəti itki Rodriqo sayıla bilər. "Real"ın vingerinin ön çarpaz bağından ciddi zədə alması onun mundialdan kənarda qalması ilə nəticələnib.

Argentina millisində isə Paulo Dibalanın heyətdən kənarda qalması böyük rezonans doğurub. Uzun illər yığmanın aparıcı fiqurlarından biri olan futbolçunun yığmaya çağrılmaması əsasən zədələr və taktiki uyğunluq məsələləri ilə izah olunur.

Ümumilikdə, baş məşqçilərin DÇ-2026 üçün heyət seçimləri bir daha göstərir ki, mundialda iştirak təkcə böyük adlarla deyil, həm də zədə, forma, sistem və məşqçi qərarlarına bağlıdır.

Əlavə edək ki, Viktor Osimhen (Nigeriya), Xviça Kvaratsxeliya (Gürcüstan), Yan Oblak (Sloveniya), Dominik Soboslai (Macarıstan), Robert Levandovski (Polşa), Nikolo Barella və Alessandro Bastoni (hər ikisi İtaliya) kimi tanınmış ulduz futbolçular millilərinin mundiala vəsiqə qazana bilməməsi səbəbindən "ofsayda düşüblər".

Xatırladaq ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.

"Liverpul" "Bernli"nin müdafiəçisi Maksim Estevi hədəfə alıb

İngiltərənin "Liverpul" klubu Premyer Liqanın digər təmsilçisi "Bernli"nin müdafiəçisi Maksim Estevi transfer etmək istəyir.

"Report" TEAMtalk-a istinadən xəbər verir ki, mersisaydlılar 24 yaşlı fransalı futbolçunu İbrahima Konatenin əvəzləyicisi kimi nəzərdən keçirir.

Lakin hələlik transferlə bağlı konkret addımlar atılmayıb. M.Estev 2025/2026 mövsümündə bütün turnirlərdə 36 oyunda meydana çıxıb. Futbolçunun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Qeyd edək ki, "Transfermarkt" portalı oyunçunun dəyərini 28 milyon avro qiymətləndirir.

Anton Krivotsyuk və Abdulla Xaybulayev Azərbaycan millisinin heyətindən çıxarılıblar

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün toplanış çərçivəsində keçirdiyi yoldaşlıq matçında Maltaya 0:2 hesabı ilə məğlub olub.

Dünya çempionatları tarixində təmsilçiləri ən çox qələbə qazanan konfederasiyalar müəyyənləşib

Dünya çempionatları tarixində təmsilçşiləri ən çox qələbə qazanan qitə konfederasiyaları müəyyənləşib.

"Report" FIFA-ya istinadən xəbər verir ki, qələbə sayına görə UEFA-nı təmsil edən komandalar ümumilikdə 808 matçda 468 qələbə qazanaraq ilk sırada yer alıblar.

Avropa təmsilçilərinin keçirdiyi görüşlərin 188-i heç-heçə, 152-si isə məğlubiyyətlə başa çatıb.

UEFA zonasında qələbə sayına görə Almaniya (68) liderdir. Növbəti sıralarda İtaliya (45), Fransa (39), İngiltərə (32), İspaniya (31), Niderland (30), Belçika (21), Rusiya (19), İsveç (19), Serbiya (18), Polşa (17), Portuqaliya (17), Macarıstan (15), İsveçrə (14), Xorvatiya (13), Çexiya (12), Avstriya (12), Danimarka (9), Rumıniya (8), Türkiyə (5), Şotlandiya (4), Bolqarıstan (3), Şimali İrlandiya (3), Şərqi Almaniya (2), Yunanıstan (2), Norveç (2), İrlandiya Respublikası (2), Ukrayna (2), Bosniya və Herseqovina (1), Slovakiya (1), Sloveniya (1) və Uels (1) qərarlaşıblar.

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) təmsilçiləri 358 oyunda 185 qələbə ilə ikinci sıradadır. Bu qitənin komandaları 73 heç-heçə edib və 100 dəfə məğlub olublar. CONMEBOL regionunda Braziliya 76 qələbə ilə liderdir. Argentina 47, Uruqvay 25, Çili 11, Kolumbiya 9, Paraqvay 7, Ekvador və Peru isə hərəyə 5 qələbəyə imza atıblar.

Afrika Futbol Konfederasiyasına (CAF) daxil olan komandalar ümumilikdə keçirdikləri 162 matçda 37 qələbə, 41 heç-heçə və 84 məğlubiyyətlə üçünçü pillədə yer alıblar. Regionda Nigeriya 6 qələbə ilə liderdir. Kamerun, Qana, Mərakeş və Seneqal hərəyə 5, Əlcəzair, Kot-d'İvuar və Tunis hərəyə 3, Cənubi Afrika Respublikası isə 2 qələbəyə malikdir.

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (CONCACAF) komandaları 152 qarşılaşmada 34 qələbə qazanıblar, 33 heç-heçə ediblər və 85 məğlubiyyətlə üzləşiblər. Bu konfederasiyaya daxil olan millilərdən Meksika 17, ABŞ 9, Kosta-Rika 6, Kuba və Yamayka isə hərəyə 1 qələbə qazanıblar.

Asiya Futbol Konfederasiyası (AFC) təmsilçilərinin meydana çıxdığı 136 oyunda 25 qələbə, 26 heç-heçə və 85 məğlubiyyət qeydə alınıb. Bu göstəriciyə görə 5-ci yerdə olan Asiya qitəsində Yaponiya və Cənubi Koreya hərəyə 7, Səudiyyə Ərəbistanı 4, Avstraliya və İran hərəyə 3, Şimali Koreya isə 1 qələbə qazanıb.

Okeaniya Futbol Konfederasiyasının (OFC) komandaları isə mundialda meydana çıxdıqları 13 oyunda 1 qələbə, 5 heç-heçə və 7 məğlubiyyət göstəricisinə malikdir.

Avstraliya yığması 1974 və 2006-cı illərdə Almaniyada keçirilən dünya çempionatlarında OFC-ni təmsil edib və bu müddətdə cəmi 1 qələbə qazanıb. Komanda daha sonra AFC-nin tərkibinə keçib.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Almaniya millisinin üzvü Lennart Karl dünya çempionatında iştirak etməyəcək

Almaniya millisinin futbolçusu Lennart Karl dünya çempionatında oynamayacaq.

"Report" Almaniya Futbol İttifaqına istinadən xəbər verir ki, buna səbəb futbolçunun zədələnməsidir.

L.Karl Çikaqoda ABŞ seçməsi ilə yoldaşlıq oyunundan əvvəl keçirilən son məşqdə ciddi zədə alıb. Baş məşqçi Yulian Naqelsmann turnir üçün komandaya onun əvəzinə "Leypsiq"in yarımmüdafiəçisi Assan Uedraoqonu dəvət edib.

A.Uedraoqo ötən ilin noyabrında Slovakiya üzərində 6:0 hesablı qələbə qazandıqları dünya çempionatının seçmə mərhələ oyununda Almaniya yığmasının heyətində debüt edib və matçın son qolunu vurub.

Qeyd edək ki, Almaniya yığması DÇ-2026-da E qrupunda Kurasao, Kot-divuar və Ekvadorla mübarizə aparacaq.

Vircil van Deyk DÇ-2026-dan sonra millidəki karyerasını başa vura bilər

İngiltərənin "Liverpul" klubunun və Niderland yığmasının müdafiəçisi Vircil van Deyk DÇ-2026-dan sonra millidəki karyerasını başa vura biləcəyini söyləyib.

"Report" NU-ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçu turnirdən sonra karyerası barədə qərar verəcəyini bildirib.

O, yığmadan kubokla ayrılmaq istədiyini vurğulayıb. Təcrübəli oyunçu Niderland millisinin heyətində 2015-ci ilin oktyabrında debüt edib. O, yığmada keçirdiyi 91 matçda 12 qol vurub.

Qeyd edək ki, Niderland komandası dünya çempionatının qrup mərhələsində Yaponiya, İsveç və Tunis ilə qarşılaşacaq.

Azərbaycanın U-21 millisi Bəhreynlə yoldaşlıq matçı keçirəcək

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yoldaşlıq matçında qüvvəsini sınayacaq.

"Report"un məlumatına görə, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Bəhreynlə üz-üzə gələcək.

Görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

PSJ Li Kan İnlə müqavilənin müddətini uzatmayacaq

PSJ rəhbərliyi hücumçu Li Kan İnlə müqavilənin müddətini uzatmayacaq.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, Paris klubu münasib təklif olacağı təqdirdə bu yay futbolçunun gedişinə mane olmayacaq.

İspaniyanın "Atletiko" və İngiltərənin "Aston Villa" klublarının hücumçuya maraq göstərdiyi bildirilib. 2023-cü ilin yayından PSJ-də çıxış edən cənubi koreyalı oyunçunun müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonuna qədərdir.

"Transfermarkt" portalı onun dəyərini 28 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Li Kan İn 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 39 matçda 4 qola, 5 məhsuldar ötürməyə imza atıb.

Ayxan Abbasov: Malta ilə oyunda 90 dəqiqə yüksək tempdə mübarizə izlədik

Azərbaycan millisinin Avstriya toplanışı çərçivəsində Maltaya ilə yoldaşlıq görüşü yüksək tempdə keçib.

"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Ayxan Abbasov qarşılaşmadan sonra mətbuat konfransında deyib:

Mütəxəssis 0:2 hesabı ilə uduzduqları matçda çoxlu qol epizod yaratdıqlarını vurğulayıb.

"Üzücü məğlubiyyət oldu. Amma 90 dəqiqə yüksək tempdə mübarizə izlədik. Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu. Buna baxmayaraq, çoxlu qol epizodları yaratdıq. Lakin imkanları dəyərləndirmək və bu tempi saxlamaq lazımdır. Yoldaşlıq görüşlərində risk edəcəyimizi demişdim.

Çünki Millətlər Liqası öncəsi son toplanışımızdır və futbolçuların hamısını izləmək istəyirik. Qol epizodlarına görə sevinsəm də, istifadə etmədiyimiz üçün üzülürük. İnanıram ki, San Marino ilə matçda bu epizodları dəyərləndirə biləcəyik".

Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununu iyunun 9-da eyni stadionda San Marino yığmasına qarşı keçirəcək.

Siyasət Əsgərov: İlk hissədə buraxılan səhvlər məğlubiyyətə səbəb oldu

Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsində bu gün qarşılaşdığı Macarıstanla görüşün (1:2) ilk hissəsində buraxdığı səhvlər səbəbindən uduzub.

"Report" xəbər verir ki, bunu yığmanın baş məşqçisi Siyasət Əsgərov oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçı dəyərləndirib:

"Düşünürəm ku, iki fərqli hissə izlədik. Təəssüflər olsun ki, ilk hissədə səhv buraxdıq və rəqib bundan yararlandı. Ancaq ikinci hissəyə daha yaxşı başladıq. Oyunun gedişində etdiyimiz dəyişiklik yaxşı alındı, hücuma buraxdığımız oyunçu qol vurdu. Bundan sonra rəqib bizi topsuz çox saxladı. Belə olan halda da istər-istəməz yorğunluq yarandı. Biz qısa ötürmələrlə cinahlara topu çatdırmağı düşünürdük. İlk hissədə qızlar tez-tez səhvlər buraxdılar. Bundan sonra isə oyunçularda qorxu, stress yarandı. Sonra isə uzun ötürmələrlə oynamağa başladılar. Amma bizim onlarla uzun ötürmələrlə oyunda şansımız yox idi".

Qeyd edək ki, Azərbaycan millisi hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

Azərbaycan millisi yoldaşlıq matçında Maltaya məğlub olub

Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu yoldaşlıq matçında qüvvəsini sınayıb.

"Report" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Malta ilə üz-üzə gəlib.

Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda baş tutan matç rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, milli hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

Vüsal İsayev: "Avropa çempionatına qalib olmaq hədəfi ilə yollanmışdıq"

Azərbaycan minifutbol millisinin üzvü Vüsal İsayev komandanın Avropa çempionatına çempionluq məqsədi ilə yollandığını və qarşıya qoyulan hədəfə nail olduqlarını bildirib.

"Report" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında federasiya tərəfindən yığma üçün bütün lazımi şəraitin yaradıldığını deyib.

"Biz Avropa çempionatına gedərkən qarşımıza bir hədəf qoymuşduq ki, qələbə qazanacağıq. Federasiya tərəfindən lazım olan bütün şərait bizim üçün yaradılmışdı", – V.İsayev qeyd edib.

Millinin üzvü yarımfinaldakı rəqib Serbiyanın Azərbaycan yığmasını yaxşı təhlil etdiyini vurğulayıb:

"Rəqib komanda olan Serbiya bizi çox güclü təhlil etmişdi. Oyun çətin keçsə də, rəqibi penaltilər seriyasında üstələdik. Finalda isə Ukraynanı məğlub edərək çempionluğu əldə etdik".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

Elşad Quliyev: "Avropa çempionu olsaq da, tempi aşağı salmaq istəmirik"

Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev komandanın Avropa çempionatında qazandığı növbəti uğurdan sonra da tempi aşağı salmaq niyyətində olmadıqlarını bildirib.

"Report" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında çempionat ərzində çətin oyunlar keçirdiklərini, buna baxmayaraq, qələbə qazanaraq ikinci dəfə Avropa çempionu olduqlarını deyib.

"Çox çətin oyun keçirdik, amma qalib gəldik. Artıq ikinci dəfədir ki, Avropa çempionu olmuşuq. İstəmirəm ki, bundan sonra tempi aşağı salaq", – baş məşqçi qeyd edib.

E.Quliyev komandanın gərgin təlim-məşq toplanışlarından sonra yorğun olmasına baxmayaraq, yüksək əhval-ruhiyyə və əzmkarlıq sayəsində hədəfə çatdığını vurğulayıb.

"Komanda gərgin təlim-məşq toplantılarından sonra yorulsa da, ruh yüksəkliyi və əzmlə qələbəni əldə etdik. Bundan sonrakı oyunlara da məsuliyyətlə yanaşacağıq", – o əlavə edib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

Taleh Babayev: "Bu qələbəni Azərbaycan xalqına həsr edirik"

Azərbaycan minifutbol millisinin üzvü Taleh Babayev Bratislavada keçirilən Avropa çempionatında qazanılan qələbəni Azərbaycan xalqına həsr etdiklərini bildirib.

"Report" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında turnirə ciddi hazırlaşdıqlarını, rəqiblərin də Azərbaycan yığmasını ətraflı təhlil etdiklərini deyib.

"Avropa çempionatına çox ciddi hazırlaşmışdıq. Bütün rəqiblər bizi yaxşı təhlil etmişdilər. Buna görə də müəyyən çətinliklərlə üzləşdik", – T.Babayev qeyd edib.

Millinin üzvü vurğulayıb ki, ilk dəfə Avropa çempionu olduqdan sonra komandanın üzərinə daha böyük məsuliyyət düşüb:

"Buna görə də növbəti oyunlara daha yaxşı hazırlaşdıq. Zirvəyə qalxmaq çətindir, onu qoruyub saxlamaq isə daha çətindir. Bu qələbəni Azərbaycan xalqına həsr edirik".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.

"Report" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Macarıstan yığması ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisindən 74-cü dəqiqədə Xanım Əsədova fərqlənib.

Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan milli daha əvvəl baş tutan matçlarda evdə və səfərdə Andorranı (3:1 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib. Yığma səfərdə Macarıstana 0:1 hesabı ilə uduzub.

Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb

Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb.

"Report"un məlumatına görə, komandanı gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Yığmanı azarkeşlər, yaxınları, ictimaiyyət nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, tarixində ikinci dəfə Avropa çempionu olan Azərbaycan millisi final matçında Ukraynanı iki cavabsız qolla üstələyib. Komanda daha əvvəl 2022-ci ildə bu titulu qazanmışdı.

Zaur Həşimov "Şəfa"nın yeni baş məşqçisi olub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə vəsiqə qazanan "Şəfa" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Report"un paytaxt təmsilçisinə istinadən məlumatına görə, bu posta Zaur Həşimov təyin olunub.

44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Z.Həşimov futbolçu kimi "Şəfa"nın formasını geyinib və 2000/2001 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

O, "Qəbələ" və "Zirə" klublarında məşqçi kimi çalışıb. Eyni zamanda, Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib.

Zaur Həşimov həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.

Elxan Səmədov: "Meydanda başverənlər hansısa kluba qarşı qərəz yox, sadəcə, hakim səhvləridir"

Meydanda başverənlər hansısa kluba qarşı qərəz yox, sadəcə, hakim səhvləridir.

Bunu "Report"a müsahibəsində Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov deyib.

Qurum rəhbəri Misli Premyer Liqasının 2025/2026 mövsümündə baş tutan oyunlarda hakim idarəçiliyinə toxunub:

"Təəssüf ki, bu il həm meydanda, həm də VAR-da bir çox hakim səhvlərinin şahidi olduq. Lakin gəlin heç kimi mühakimə etməyək. Mövsümün ortasında AFFA Hakimlər Komitəsində kadr dəyişiklikləri həyata keçirildi. Yarım mövsüm ərzində hansısa nəticənin əldə edilməsi mümkün deyil. Nəyisə düzəltmək üçün illər lazımdır. Biz görürük ki, AFFA Hakimlər Komitəsinin əməkdaşları işləyir. İndi dəstək olmalıyıq ki, hiss etsinlər ki, onlara inam var, meydanda başverənlər hansısa kluba qarşı qərəz yox, sadəcə, hakim səhvləridir".

Elxan Səmədovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

"Beşiktaş" baş məşqçi vəzifəsinə Vinçentso İtalyanonu gətirib

Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisi Vinçentso İtalyano olub.

"Report" xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Klub italiyalı məşqçi ilə anlaşdıqlarını açıqlayıb.

Qeyd edək ki, "Beşiktaş" sabiq baş məşqçisi Sergen Yalçınla ötən ay yolları ayırmışdı.

ABŞ, Kanada və Meksika mundialı: Stadionlar, şəhərlər və rekordlar - ARAŞDIRMA

2026-cı il dünya çempionatı futbol tarixinin ən fərqli və ən böyük turnirlərindən biri olacaq.

"Report"un araşdırmasına görə, ilk dəfə mundiala eyni anda üç ölkə – ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

Üstəlik, ilk dəfə yarışda 48 milli komanda mübarizə aparacaq. Bu isə həm oyun sayının, həm azarkeş marağının, həm də turnirin coğrafi miqyasının rekord həddə çatacağı anlamına gəlir.

FIFA-nın planına əsasən, mundialın matçları 16 şəhərdə keçiriləcək. Turnirin əsas yükünü ABŞ daşıyacaq. Belə ki, oyunlar adıçəkilən ölkənin 11 şəhərində baş tutacaq. Kanada və Meksika isə müvafiq olaraq hərəyə 2 və 3 şəhərlə mundial atmosferini yaşayacaq.

ABŞ-də oyunlara ev sahibliyi edəcək şəhərlər arasında Nyu-York/Nyu-Cersi, Los-Anceles, Mayami, Dallas, Atlanta, Sietl və San-Fransisko kimi nəhəng mərkəzlər yer alır. Xüsusilə Nyu-York/Nyu-Cersi bölgəsində yerləşən "Metlayf" stadionu turnirin final matçına ev sahibliyi edəcək. Təxminən 82 min tamaşaçı tutumuna malik arena mundialın ən möhtəşəm ünvanlarından biri hesab olunur.

Los-Ancelesdə yerləşən "Sou-Fay" (70 240 tamaşaçı), Dallasdakı "AT&T" (80 000 tamaşaçı) və Atlantadakı "Mercedes-Benz" stadionu (71 000 tamaşaçı) da yarışın əsas arenaları sırasında göstərilir. Müasir texnologiyalarla təchiz olunan bu stadionların hər biri dünya futbolunun ən böyük səhnəsinə çevriləcək.

Kanada tarixində ilk dəfə dünya çempionatının oyunlarını qəbul edəcək. Toronto şəhərində yerləşən "BMO Fild" (45 736 tamaşaçı) və Vankuver şəhərində yerləşən "Bi Si Pleys" (54 500 tamaşaçı) arenaları futbol bayramının bir hissəsi olacaq.

Meksika isə dünya futbol tarixində yeni rekord müəllifi olacaq. Belə ki, Mexiko şəhərində yerləşən məşhur "Asteka" stadionu (87 500 tamaşaçı) tarixdə üç dünya çempionatına ev sahibliyi edən ilk arena kimi adını futbol salnaməsinə yazdıracaq. Daha əvvəl burada 1970 və 1986-cı illərin mundial oyunları keçirilmişdi. Əfsanəvi Pele və Dieqo Maradonanı mundial zirvəsində görən stadion yenidən futbol dünyasının diqqət mərkəzinə çevriləcək.

Eyni zamanda, Meksikanın daha iki böyük şəhərində də mundialın görüşləri reallaşacaq. Qvadalaxarada yerləşən "Estadio Akron" (48 000 tamaşaçı) və Monterrey şəhərindəki "Estadio BBVA" (53 500 tamaşaçı) stadionları da turnirin əsas oyun məkanları sırasında yer alacaq.

2026-cı ilin mundialında ümumilikdə 104 oyun baş tutacaq. Açılış matçının Meksikada, finalın isə ABŞ-də keçirilməsi planlaşdırılır. Üçüncü yer uğrunda görüş isə Mayamidə yerləşən "Hard Rok" stadionunda (65 000 tamaşaçı) baş tutacaq. Turnirin geniş coğrafiyanı əhatə etməsi azarkeşlərə fərqli mədəniyyətləri, şəhərləri və futbol atmosferini eyni yarış daxilində yaşamaq imkanı yaradacaq.

Artıq indidən aydındır ki, DÇ-2026 təkcə futbol yarışı deyil, həm də Şimali Amerikanın ən böyük idman festivalına çevriləcək.

AFFA Qazax şəhərində 100-dən çox uşağın iştirakı ilə futbol festivalı təşkil edib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə, eləcə də Qazax şəhərinin 2026-cı ilin idman paytaxtı seçilməsi ilə əlaqədar AFFA-nın təşkilatçılığı ilə Qazax şəhər stadionunda kütləvi futbol festivalı keçirilib.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazaxda yaşayan 100-dən çox uşağın iştirak etdiyi tədbirin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi, eləcə də futbolun kütləviliyinin artırılması olub.

Festival zamanı iştirakçılar müxtəlif futbol oyunlarında və əyləncəli estafet yarışlarında qüvvələrini sınayıblar. Uşaqlar komandalar şəklində təşkil olunan oyunlarda fəallıq nümayiş etdirərək idman bacarıqlarını sərgiləyiblər.

Tədbirin sonunda AFFA tərəfindən uşaqlara futbol topları hədiyyə edilib. Hədiyyələri AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisləri Orxan Mikayıllı və Ziya Səfərov təqdim ediblər.

"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək

Peəşkar Futbol Liqası "Qəbələ"yə 50 min manat əlavə mükafat verəcək.

Bunu "Report"a müsahibəsində qurumun prezidenti Elxan Səmədov deyib.

O, legioner limitindən əldə olunan gəlirin bir hissəsinin Premyer Liqa klubları arasında bölüşüdürüləcəyini söyləyib:

"AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, legioner rüsumundan əldə olunan gəlirin bir hissəsi Premyer Liqa klubları arasında bölüşdürüləcək. Bu, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmidir. Layihə artıq geridə qoyduğumuz 2025/2026 mövsümündə həyata keçirildi. Bu qərarın qəbulundan sonra PFL tərəfindən mövsümboyu müvafiq hesablamalar aparılıb və bütün göstəricilər dəqiq təhlil edilib".

E.Səmədov Premyer Liqanı tərk edən "Karvan-Yevlax" klubuna da vəsait ayrılacağını bildirib:

"Mexanizmə uyğun olaraq, klublara mövsümün yekun nəticələrinə əsasən tutduqları yerlərə müvafiq maliyyə ödənişləri ediləcək. Bu baxımdan ən yüksək məbləğə layiq görülən klub "Qəbələ"dir. Klub əlavə olaraq 50 min manat mükafat əldə edəcək. İkinci yeri "Sumqayıt", üçüncü yeri isə "Şamaxı" tutub. Eyni zamanda, Premyer Liqanı tərk edən "Karvan-Yevlax" klubuna da nəzərdə tutulan vəsait ayrılacaq. Hesab edirik ki, bu, klubun növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, maliyyə dayanıqlığının gücləndirilməsinə və fəaliyyətlərinin davamlılığının təmin olunmasına müsbət təsir göstərəcək. Misli Premyer Liqasında ötən mövsüm çıxış etmiş klubların hər birinə hüquqi prosedurlar yekunlaşdıqdan sonra ödənişlər PFL tərəfindən həyata keçiriləcək".

Elxan Səmədovun müahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

"Sabah"ın futbolçusu Cəfər Cəfərzadə U-17-nin düşərgəsindən ayrılıb

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində dəyişiklik baş verib.

"Report" AFFA-ya istinadən xəbər verir ki, "Sabah"ın futbolçusu Cəfər Cəfərzadə səhhətində yaranan narahatlıq səbəbindən düşərgədən ayrılıb.

Onun əvəzinə "Qarabağ"ın oyunçusu Davud Abdullayev heyətə cəlb olunub.

Qeyd edək ki, iyunun 10-dək Qəbələdə hazırlıq keçəcək U-17 ayın 6-da və 9-da Qazaxıstanın müvafiq yaş qrupundan komandası ilə iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib.

"Report" xəbər verir ki, bununla bağlı birinci xanımın sosial şəbəkə hesablarında paylaşım edilib.

"Avropa çempionatının qalibi olan Azərbaycan minifutbol yığmasını təbrik edir, milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!", - paylaşımda qeyd olunub.

Elxan Səmədov: "PFL-in ləğvi deyil, səlahiyyətlərinin genişləndirilməsi gündəmdədir" - MÜSAHİBƏ

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov "Report"a müsahibə verib. Qurum rəhbəri Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünü dəyərləndirib, "Sabah"ın çempionluğuna toxunub. O, həmçinin Peşəkar Futbol Liqasının ləğv olunacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib.

- Azərbaycan futbolunda daha bir mövsüm arxada qaldı. 2025/2026 mövsümünün yekunları sizin üçün nə qədər gözlənilməz oldu?

- Sürpriz deməzdim, amma iki "cəbhə"də mübarizə, enerji itkisi baxımından çempionluğu və ölkə kubokunu fərqli komandaların qazanacağını düşünürdüm. Bu baxımdan "Sabah" klubu xoş sözlərə layiqdir. I və II Liqada sona qədər mübarizənin getməsi, xüsusən I Liqada bir neçə komandanın gözəl oyunlar nümayiş etdirməsi xoş sürpriz oldu.

- Çoxları belə düşünür ki, son illərin dəyişməz çempionu "Qarabağ"ın son mövsümdə titulsuz qalmasında komandanın Çempionlar Liqasında çox güc itirməsinin də müəyyən rolu oldu. Bu düşüncələri bölüşürsüz?

- Düşünürəm ki, hər klub yeni mövsüm başlamazdan əvvəl plan qurur, özü üçün prioritetləri müəyyənləşdirir. Məncə, bu sualı "Qarabağ" klubunun nümayəndələrinin cavablandırması daha doğru olardı.

- "Sabah"ın mövsümü "qızıl dubl"la bitirməsi barədə nə deyə bilərsiniz?

- Mən artıq dəfələrlə "Sabah" klubunu "qızıl dubl" münasibətilə təbrik etmişəm. Onları bir daha təbrik etmək istəyirəm. Onlar həqiqətən də əla futbol nümayiş etdirdilər və çempionatın ən güclü komandası olduqlarını meydanda göstərdilər.

- Mövsümün əvvəlində yeri futbolçuların oynadılması ilə əlaqədar təşviq mexanizmi tətbiq edildi. Bununla bağlı durum nə yerdədir?

- AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, legioner rüsumundan əldə olunan gəlirin bir hissəsi Premyer Liqa klubları arasında bölüşdürüləcək. Bu, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmidir. Layihə artıq geridə qoyduğumuz 2025/2026 mövsümündə həyata keçirildi. Bu qərarın qəbulundan sonra Peşəkar Futbol Liqası tərəfindən mövsümboyu müvafiq hesablamalar aparılıb və bütün göstəricilər dəqiq təhlil edilib. Mexanizmə uyğun olaraq, klublara mövsümün yekun nəticələrinə əsasən tutduqları yerlərə müvafiq maliyyə ödənişləri ediləcək. Bu baxımdan ən yüksək məbləğə layiq görülən klub "Qəbələ"dir. Klub əlavə olaraq 50 min manat mükafat əldə edəcək. İkinci yeri "Sumqayıt", üçüncü yeri isə "Şamaxı" tutub. Eyni zamanda, Premyer Liqanı tərk edən "Karvan-Yevlax" klubuna da nəzərdə tutulan vəsait ayrılacaq. Hesab edirik ki, bu, klubun növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, maliyyə dayanıqlığının gücləndirilməsinə və fəaliyyətlərinin davamlılığının təmin olunmasına müsbət təsir göstərəcək. Misli Premyer Liqasında ötən mövsüm çıxış etmiş klubların hər birinə hüquqi prosedurlar yekunlaşdıqdan sonra ödənişlər PFL tərəfindən həyata keçiriləcək.

- Əksəriyyətin fikrincə, son illərin ən maraqlı mövsümünü izlədik. Sizcə, bunda legioner limitinin ləğvi nə dərəcədə rol oynadı?

- Həqiqətən bu mövsüm çox maraqlı keçdi. Lakin mən bunu legioner limitinin ləğvi ilə bağlamazdım. Klubların öz işlərinə daha peşəkar yanaşaraq oyunlara daha çox azarkeş cəlb etmələrinin daha böyük rol oynadığını düşünürəm. Komandalar daha gözəl futbol sərgiləməyə başlayıblar. Məsələn, bu mövsüm hər hansı bir oyunun gedişatını və ya hesabını əvvəlcədən bilmək çox çətin idi. Hətta bu oyun çempionatın lideri və autsayderi arasındakı görüşü olsaydı belə. Sürprizlər çox oldu. Komandalar xarakter göstərirdilər. Bu cür fəaliyyət və oyunla, düşünürəm ki, tezliklə komandalar tribunaları doldurmağı bacaracaqlar.

- Ümumiyyətlə, PFL prezidenti olaraq limitin ləğvinin futbolumuza fayda verdiyini düşünürsüz?

- Mən artıq bu barədə öz fikrimi bildirmişəm. Mən əvvəldən legioner limitinin ləğvinin tərəfdarı deyildim. Çünki düşünürəm ki, bu limitin ləğvi milli komandanın çıxışına mənfi təsir göstərəcək, xüsusilə yaxın iki ildə. Razıyam ki, bu, klublarımızı, xüsusilə də onların Avropa arenasındakı çıxışlarını gücləndirəcək. Düşünürəm ki, klubların nailiyyətləri daha yüksək olacaq. Amma yenə də nəticə çıxarmaq tərəfdarı deyiləm.

- Mövsüm ərzində klublar stadionlarla bağlı ciddi problemlərlə üzləşdilər. Bu məsələ barədə düşüncələriniz necədir? Yeni mövsümdə də eyni problemlə üzləşməmək üçün hansı addımların atılmasını məqsədəuyğun sayırsız?

- Böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, bu problem ildən ilə ötürülür. Və bu sahədə nəzərəçarpan irəliləyiş qeydə ala bilməmişik. Yeni stadionların, təlim-məşq bazalarının tikintisi böyük investisiya tələb edir. Təəssüf ki, klublarımızın əksəriyyətinin hazırda belə imkanları yoxdur. Lakin ümid edirik ki, gələcəkdə bu problem həllini tapacaq.

- Son mövsüm ciddi hakim səhvləri ilə də əlamətdar oldu. Bunu nə ilə izah edə bilərsiz?

- Bəli, təəssüf ki, bu il həm meydanda, həm də VAR-da bir çox hakim səhvlərinin şahidi olduq. Lakin gəlin heç kimi mühakimə etməyək. Mövsümün ortasında Hakimlər Komitəsində kadr dəyişiklikləri həyata keçirildi. Yarım mövsüm ərzində hansısa nəticənin əldə edilməsi mümkün deyil. Nəyisə düzəltmək üçün illər lazımdır. Biz görürük ki, Hakimlər Komitəsinin əməkdaşları işləyir. İndi dəstək olmalıyıq ki, hiss etsinlər ki, onlara inam var, meydanda başverənlər hansısa kluba qarşı qərəz yox, sadəcə, hakim səhvləridir. Gəlin onlara dəstək olaq.

- PFL-in yeni mövsümlə bağlı hansı planları var? Futbol azarkeşlərini hansı yeniliklərlə sevindirəcəksiz?

- PFL artıq iyunun 1-də yeni mövsümün hazırlıqlarına başlayıb. Hər şey İcraiyyə Komitəsinin qərarlarından da asılı olacaq. Ona uyğun yeni planlar və addımlar atıla bilər.

- PFL bu yaxınlarda Dünya Liqaları Assosiasiyasına üzv qəbul edildi. Bunun hansı müsbət tərəflərini qeyd edə bilərsiz?

- Dünya Liqaları Assosiasiyasına üzv olmağımız çox önəmli hadisədir. Bir il ərzində bütün detallarımızla, xərclər, təşkilati məsələlər, əməkdaşların davranışları, bacarıqları, zamanında qərarlar baxımından əsl imtahandan keçdik. Bizi maraqlı bir dönəm gözləyir. Bundan öncə Avropa Liqalarına üzv idik və bu "köhnə qitə"də imkanlar açırdı. İndi isə əhatə dairəmizi genişləndirdik. Avropanın "Böyük beşlik" ölkələrinin və güclü liqalarla yanaşı, məsələn, ABŞ-nin, Yaponiyanın da liqaları ilə təcrübə bölüşə biləcəyik. Dünya Liqaları Assosiasiyasının üzvü olaraq, PFL hər qitədə 50-yə yaxın peşəkar liqanı təmsil edən qlobal şəbəkəyə qoşulacaq. Üzvlük liqaya beynəlxalq təcrübəyə, əməkdaşlığa və idarəetmə, kommersiya inkişafı, oyunçu münasibətləri, yarışların təşkili, hüquqi və tənzimləyici məsələlər və innovasiya daxil olmaqla ən yaxşı təcrübələrin mübadiləsinə çıxış imkanı verəcək.

- PFL klubu futzal üzrə I Liqada növbəti dəfə çempion oldu. Komandanın Yüksək Liqada çıxış edəcəyini gözləməyə dəyər?

- Düzünü desək, bizim Yüksək Liqada oynamaq fikrimiz yoxdur. PFL komandası daha çox futbol akademiyası rolunu oynayır. Biz çox şadıq və fəxr edirik ki, komandamızın yetirmələri futzal yığmalarının heyətində çıxış ediblər, dünən minifutbol üzrə Avropa çempionu olan komandanın üzvü Ramiz Çovdarov, Mirmehdi Rzayev vaxtilə bizim komandada oynayıblar. Həmçinin ötən il Azərbaycanda keçirilmiş və komandamızın dünya çempionu olduğu heyətdə də yer alıblar. Onda Ramiz Çovdarov ən yaxşı oyunçu seçilmişdi. Komandanın əsas məqsədi uşaq futbolunun inkişafıdır. Biz əsasən məktəblərdə iş aparırıq, istedadlı, potensiallı uşaqları seçirik, onların məşq etmələri üçün şərait yaradırıq, yarışlar keçiririk. Bir daha vurğulamaq istəyirəm ki, PFL komandası daha çox uşaq futbol akademiyası rolunu oynayır.

- Son dövrlər Əvəzedicilər Liqasının ləğv ediləcəyi ilə bağlı söhbətlər səngimir. Sizcə, bu yarışın təşkilinə ehtiyac var?

- Məncə, bu sualın komandalarda işləyən məşqçilərə verilməsi daha düzgün olar. Biz onlarla əlaqədəyik və təxminən 80 %-in fikrincə, Əvəzedicilər Liqasının keçirilməsi lazımdır. Əvəzedicilər Liqasının məqsədi, təbii ki, yeni oyunçuların yetişdirilməsi, əsas komanda oyunçularının zədədən sonra bərpası və sairdir. Amma məncə, yenə də bu suala məşqçilərin cavab verməsi daha məqsədəuyğun olar.

- PFL-in ləğv ediləcəyi ilə bağlı söz-söhbətlər də yayılıb. Bu məsələ nə dərəcədə realdır?

- Bu şayiələrin işçilərimizin əhval-ruhiyyəsini aşağı salmaq məqsədi daşıdığını başa düşürük. Amma əvvəllər dediyim kimi, bizim peşəkar komandamız var. Mövsümün nəticələrinə əsasən, heç bir çatışmazlığın olmadığını görə bilərsiniz - hər şey planauyğun getdi. Gələcəkdə də belə olacaq. Düşünürəm ki, AFFA prezidenti Rövşən Nəcəf PFL-in ləğvi və ya islahatının gözlənilmədyini deməklə sualları cavablandırıb. PFL-in səlahiyyətlərinin genişləndirilməsi və ya azaldılması mümkündür. Amma çox güman, düşünürəm ki, burada müzakirə olunan məsələ, xüsusən də infrastruktur məsələləri ilə bağlı səlahiyyətlərin genişləndirilməsidir.

- Klublarımızı qarşıda avrokuboklarda mübarizə gözləyir. Ayrı-ayrılıqda onların şansları barədə nə deyə bilərsiz?

- Klublarımızın avrokuboklar şanslarını yüksək qiymətləndirirəm. Ən azı iki klubumuzun Liqa mərhələsində çıxış edəcəyinə böyük ümidlər bəsləyirəm.

- Tezliklə futbol dünyasının nəzərləri Şimali Amerikaya yönələcək. Dünya çempionatında favotiniz və azarkeşlik edəcəyiniz komandalar hansılardır?

- Bəli, mən də digər futbol azarkeşlləri kimi Şimali Amerikadakı növbəti futbol bayramını böyük səbirsizliklə gözləyirəm. 1982-ci ildən Fransa yığmasının azarkeşiyəm və hesab edirəm bu il onların dünya çempionu olmaq şansları çox yüksəkdir.

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat pul ayrılacaq.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Qeyd edək ki, minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukraynanı 2:0 hesabı ilə məğlub edib.

AFFA tərəfindən "Oyun – klubun DNT-si" mövzusunda seminar təşkil edilib

AFFA tərəfindən "Oyun – klubun DNT-si" mövzusunda seminar təşkil edilib.

"Report" quruma istinadən xəbər verir ki, tədbirə klublardan 60-dək nümayəndə qatılıb.

İştirakçılar arasında klub menecerləri, akademiya direktorları, koordinatorları və məşqçilər də olub. Seminar Estoniya Premyer Liqasında çıxış edən "Harju JK Laagri" klubunun əsas komandasının baş məşqçisi Lauri Nuuma tərəfindən keçirilib. UEFA Pro lisenziyasına malik olan Lauri Nuuma müxtəlif ölkələrdən futbol məşqçiliyi, oyunçu inkişafı, məşq metodologiyası, skautinq və performans analizi sahələrində təcrübəyə malikdir. O, həmçinin klubda akademiyadan əsas komandaya qədər vahid inkişaf modelinin qurulmasında iştirak edib.

Estoniyalı mütəxəssis futbolun yalnız oyun kimi deyil, insan davranışlarını, mühiti, mədəniyyəti, qərarvermə prosesini və performansı formalaşdıran bütöv bir sistem kimi dəyərləndirilməsinin əhəmiyyətindən danışıb. Təlimçi nəticələrə təkcə son göstərici kimi baxmaqdansa, həmin nəticələri yaradan proseslərin, gündəlik davranışların və mühitin təhlil olunmasının vacibliyini vurğulayıb.

Seminarda klub DNT-sinin akademiya mühitində tətbiqi, oyun fəlsəfəsi, məşq metodologiyası və oyunçu inkişaf modelinin vahid sistem kimi qurulması əsas mövzular sırasında yer alıb. Qeyd olunub ki, klubun DNT-si yalnız ümumi ideya və ya şüar deyil, komandanın gündəlik davranış kodu kimi formalaşmalı, məşq prosesi, oyun analizi, skautinq və oyunçu inkişafı bu yanaşma əsasında sistemli şəkildə qurulmalıdır.

Futbol sahəsində davamlı öyrənmə imkanlarının əhatəsinin genişləndirilməsini dəstəkləyən AFFA bu istiqamətdə həm fiziki, həm də rəqəmsal öyrənmə imkanlarının mütəmadi olaraq təşkil olunmasını nəzərdə tutur. Məqsəd futbol ekosisteminin müxtəlif iştirakçıları üçün daha əlçatan, praktik və müasir təhsil imkanları yaratmaqdır.

Seminar iştirakçılarla fikir mübadiləsi və sual-cavab sessiyası ilə yekunlaşıb. Tədbirin sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.

Minifutbol millisinin üzvü Vüsal İsayev: "Azarkeşlərin dəstəyi bizi sonadək döyüşməyə ruhlandırdı"

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında azarkeşlərin dəstəyi sayəsində sonadək döyüşüb.

Bu barədə "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında komandanın üzvü Vüsal İsayev bildirib.

O, turnirin qalibi olmaları ilə bağlı fikirlərini bölüşüb:

"Tribunalarda və ölkəmizdə bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Avropa çempionatında ikinci dəfə qızıl medal qazandıq. Bunu dünya çempionu olandan sonra etdik. Çox çətin oldu. Qrup mərhələsindən sonra dünya və Avropa çempionlarının yer aldığı "setka"da mübarizə aparırdıq. Çox ağır oyunlar keçirdik. Azarkeşlərin dəstəyini görüb özümüzdə güc tapdıq, sonadək döyüşdük".

V.İsayevin sözlərinə görə, ən ağır matç son Avropa çempionu Serbiyaya qarşı olub:

"Öz oyunumuzu sərgiləyə bilmədik. Rəqib bizi çox yaxşı təhlil etmişdi. Fiziki cəhətdən güclü kollektiv idi. Amma Serbiyanı keçəndən sonra çempion olacağımıza inamım daha da artdı".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final matçında Ukraynanı 2:0 hesabı ilə məğlub edib.

"Sabah"ın yay təlim-məşq toplanışı üçün planı bəlli olub

"Sabah" Futbol Klubunun yay təlim-məşq toplanışı üçün planı bəlli olub.

Bu barədə "Report"a Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda yeni mövsümün hazırlıqlarına iyunun 17-də başlayacaq. Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanış iyulun 3-dək davam edəcək.

Hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

"Bavariya" Serjinyo Destin transferi üçün 25 milyon avro ödəməyə hazırdır

Almaniyanın "Bavariya" klubu Niderlandın PSV komandasının və ABŞ yığmasının müdafiəçisi Serjinyo Destin transferində maraqlıdır.

"Report" "Eindhovens Dagblad"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun transferi təxminən 25 milyon avroya baş tuta bilər.

Oyunçu 2024-cü ilin iyulundan PSV-də çıxış edir. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Serjinyo Dest 2025/2026 mövsümündə meydana çıxdığı 38 matçda 3 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun dəyərini 18 milyon avro qiymətləndirir.

"Real" "Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiorinin transferində maraqlıdır

İspaniyanın "Real" klubu İngiltərə təmsilçisi "Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiorinin transferində maraqlıdır.

"Report" insayder Nikolo Şiraya istinadən xəbər verir ki, Madrid klubu 24 yaşlı italyan futbolçunun keçidi ilə bağlı qarşı tərəfə sorğu göndərib.

Futbolçu 2024-cü ilin iyulundan London klubunda çıxış edir. Onun müqaviləsinin müddəti 2029-cu il iyunun 30-da başa çatır.

Qeyd edək ki, R.Kalafiori 2025/2026 mövsümündə meydana çıxdığı 36 qarşılaşmada 1 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" onun dəyərini 55 milyon avro qiymətləndirir.

"Karvan-Yevlax" daha bir legioneri ilə yolları ayırıb

"Karvan-Yevlax" daha bir legioneri ilə yolları ayırıb.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

Yevlax təmsilçisi Coy Sleyd Mikelslə başa çatan müqavilənin müddətini yeniləməyib.

Qeyd edək ki, Ruandalı 30 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə bölgə komandasının heyətində meydana çıxdığı 19 oyunda 5 qol vurub.

"Karvan-Yevlax" Qavi Tompsonla vidalaşıb

"Karvan-Yevlax" klubu Qavi Thompsonla vidalaşıb.

Bu barədə "Report"a bölgə klubunun mətbuat xidmətindən bildirlib.

Futbolçu ilə müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, 26 yaşlı nigeriyalı futbolçu Misli Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxdığı 33 oyunda 2 qolla yadda qalıb.

Ardıcıl altı dünya çempionatında bombardirlər eyni sayda qol vurublar

Dünya çempionatlarında ardıcıl 6 turnirdə bombardirlər 6 qol vurublar.

"Report" FİFA-ya istinadən xəbər verir ki, 1978-ci ildə Argentinada təşkil olunan yarışdan 1998-ci ildə Fransada keçirilən turnirə qədər ən məhsuldar futbolçular eyni sayda qolla yadda qalıblar.

Məhsuldarlıq seriyasını 1978-ci ildə Argentinanı çempionluğa daşıyan Mario Kempes başladıb, 1982-ci ildə isə Paolo Rossi İtaliya komandası üçün eyni uğuru təkrarlayıb.

İngiltərəli Qari Lineker 1986-cı ildə, italiyalı Salvatore Skillaçi isə 1990-cı ildə 6 qolla ən məhsuldar oyunçular olublar. 1994-cü ildə rusiyalı Oleq Salenko və bolqarıstanlı Xristo Stoiçkov da eyni sayda fərqlənməklə bombardirlik mükafatını bölüşüblər. Xorvatiyalı Davor Şuker 1998-ci ildə digər futbolçuları qabaqlayıb.

Braziliyalı Ronaldo 2002-ci ildə 8 qol vurmaqla bu seriyaya son qoyub.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.

Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək

Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq matçı keçirəcək.

"Report" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Malta ilə qarşılaşacaq.

Görüş Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda, saat 22:00-da start götürəcək. Matçı macarıstanlı baş hakim Mixail Kaprali idarə edəcək.

Qeyd edək ki, milli hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbrik edib.

"Report" xəbər verir ki, bununla bağlı dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.

"2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.

Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram", - paylaşımda qeyd olunub.

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxır

Azərbaycanın qadın futbolçulardan ibarət yığması dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.

"Report" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Macarıstanla üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 18:00-da start götürəcək qarşılaşmanın baş hakimi sloveniyalı Vanya Yankoviç olacaq.

Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan milli daha əvvəl baş tutan matçlarda evdə və səfərdə Andorranı (3:1 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib. Yığma səfərdə Macarıstana 0:1 hesabı ilə uduzub.

Komanda 4 oyundan sonra qrupda 9 xalla ikinci pillədə yer alıb. Macarıstan (10 xall) birinci, Şimali Makedoniya (3 xal) üçüncü, Andorra (1 xal) dördüncüdür.

Orxan Məmmədov: "Millinin ikinci dəfə Avropa çempionu olması ölkə idmanı və futbolu üçün böyük hadisədir"

Minifutbol üzrə Azərbaycan millisinin ikinci dəfə Avropa çempionu olması ölkə idmanı və futbolu üçün böyük hadisədir.

Bu barədə "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov bildirib.

AMF rəhbəri komandanın Slovakiyada keçirilən turnirdə birinci yeri tutması ilə bağlı fikirlərini bölüşüb:

"Hamını qələbə münasibəti ilə təbrik edirəm. Azərbaycanda və burada olan azarkeşləri, idman və futbol ictimaiyyətini təbrik edirəm. Tarixi qələbədir. Azarkeşlər bizə möhtəşəm dəstək olurdular. Onlar Avropanın bir çox şəhərlərindən gəlmişdilər. Hər birinə təşəkkürlərimi çatdırıram. Buradakı səfirliyimizə minnətdaram. İlk gündən çox dəstək oldular. Komandamızın, oyunçularımızın yanında idilər. Yenidən Avropa çempionu olmaq böyük qürurdur. Azərbaycan idmanı, futbolu üçün böyük hadisədir".

O.Məmmədov komandanın 2022-ci ildə də Avropa çempionatında qızıl medal qazandığını xatırladıb:

"Ötən il Bakıda keçirilən dünya çempionatında birinci yeri tutduq. Artıq komandalar bizi başqa cür qəbul edirdilər. Son matçlarda çətin rəqiblərlə üz-üzə gəldik. Hamı bizə qarşı başqa cür oynayırdı. Bütün futbolçulara, məşqçilər heyətinə, federasiyada çalışan əməkdaşlarımıza təşəkkür edirəm. Həqiqətən böyük hadisədir. İkinci dəfə Avropa çempionu olmaq böyük qürurdur. Cənab Prezident İlham Əliyev dünya çempionu olan zaman bizi qəbul edəndə demişdi ki, dünya çempionusunuz, artıq budan sonra sizin üzərinizə böyük məsuliyyət düşür. Hamı bizi başqa cür qəbul edəcək. Həqiqətən belə də oldu. Dedi ki, növbəti uğuru təkrarlamaq üçün çalışmalısınız. Biz çətin olacağını da bilirdik. Həmin sözlərdən sonra yenidən çempion olduğumuz üçün qürurluyuq. Möhtərəm Prezidentimizə təşəkkür edirik. Bu idman növünə ilk gündən böyük dəstək göstərib. Federasiyaya maliyyə dəstəkləri göstərilib. İki dəfə cənab Prezidentin qəbulunda olmaq uşaqlar üçün qürur mənbəyidir".

AMF prezidenti 4 il ərzində 2 Avropa, 1 dünya çempionluğu əldə etmələrinin səbəbini açıqlayıb:

"Federasiya yarandığı gündən lazım olan futbolçuları tapdıq. Yavaş-yavaş komandanın əsas heyətini formalaşdırdıq. Bu uğurlarda baş məşqçinin də böyük rolu var. Elşad Quliyev neçə ildir ki, komandaya rəhbərlik edir. Onun zəhməti nəticəsində belə kollektiv yığmışıq. Bu onu göstərir ki, Azərbaycanda yaxşı idmançılar, futbolçular var. Sadəcə, çalışmaq lazımdır. Çünki dövlətimiz hər cür dəstək göstərir. İnam, zəhmət olan yerdə həmişə nəticə olur".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final matçında Ukraynanı 2:0 hesabı ilə məğlub edib.

Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib

Avropa Minifutbol Federasiyasının feysbuk sosial şəbəkəsi hesabında Slovakiyada keçirilən qitə çempionatının qalibi olmuş Azərbaycan millisi ilə bağlı paylaşımlar edilib.

"Report" xəbər verir ki, paylaşımda Azərbaycan millisinin üzvləri 2026-cı ilin Avropa çempionları adlandırılıb.

Federasiyanın sosial şəbəkə hesabında həmçinin Azərbaycan millisi üzvlərinin qələbə sevincini əks etdirən video da paylaşılıb.

Qeyd edək ki, Elşad Quliyevin baş məşqçisi olduğu minifutbol üzrə Azərbaycan millisi "Tipos Arena"da keçirilən final matçında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

"Real" PSJ-nin oyunçusu üçün 150 milyon avro ödəməyə hazırdır

"Real Madrid" PSJ və Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Neveş üçün 150 milyon avro təklif edə bilər.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Daha əvvəl "Real Madrid"in prezidenti Florentino Peres bildirib ki, o, İngiltərə Premyer Liqasında oynamayan yarımmüdafiəçi və ya hücumçu kimi oynayan oyunçu üçün 150 milyon avro ödəməyə hazırdır.

Neveş ötən mövsüm bütün yarışlarda 38 oyunda meydana çıxıb, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalının məlumatınaa görə, futbolçunun bazar dəyəri 140 milyon avrodur.

Azərbaycan Kubokunun final oyununu Elçin Məsiyev idarə edəcək

Azərbaycan Kubokunun final matçını Elçin Məsiyev idarə edəcək.

Peşəkar Futbol Liqasından "Report"a verilən məlumata görə, "Sabah" və "Zirə" arasında keçiriləcək həlledici qarşılaşmanı 34 yaşlı FIFA referisi idarə edəcək.

Ona bu işdə Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaqlar.

Azərbaycan Kuboku

Final

13 may

20:00. "Sabah" - "Zirə"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.

Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə.

VAR: Tural Qurbanov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

"Palms Sports Arena

Federiko Valverdenin "Real"dakı kapitanlıq sarğısı əlindən alına bilər

İspaniya təmsilçisi "Real" rəhbərliyi komandanın futbolçusu Federiko Valverde ilə bağlı intizam tədbirləri görməyi nəzərdən keçirir.

"Report" yerli "Sport.Es" nəşrinə istinadən xəbər verir ki, futbolçunun məşqdən sonra komanda yoldaşı Orelyen Çuameni ilə mübahisə etməsi klub daxilində narazılığa səbəb olub.

İnsidentdən sonra hər iki futbolçu 500 min avro cərimələnib.

Məlumata əsasən, "Kral klubu"nun rəhbərliyi Valverdenin kapitanlıq sarğısından məhrum edilməsi variantını da müzakirə edir. Klub daxilində onun davranışlarının kapitanlıq statusuna uyğun olmadığı barədə fikirlər səsləndirilir.

Eyni zamanda, bəzi iddialara görə, Madrid təmsilçisi futbolçunun gələcəkdə satılmasını da istisna etmir. 27 yaşlı uruqvaylı yarımmüdafiəçinin bazar dəyərinin təxminən 120 milyon avro olduğu bildirilir.

"Araz-Naxçıvan" Vanderson Melo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib

"Araz-Naxçıvan" və futbolçu Vanderson Melo arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.

2023-2024-cü illər mövsümündən "qırmızı-ağlar"ın heyətində çıxış edən braziliyalı yarımmüdafiəçiyə klub rəhbərliyi karyerasında uğurlar arzulayıb.

V. Melo anpfc.az-a qısa açıqlama verib: "Burada 3 maraqlı mövsüm keçirdim. Uğurlu nəticələrimiz də oldu, təəssüfləndiyimiz oyunlar da. Komanda ötən mövsüm tarixində ilk dəfə olaraq üçüncü yeri tutdu və avrokuboklarda oynamaq hüququ qazandı. UEFA Konfrans Liqasında "Aris" kimi güclü rəqibi üstələdik və mərhələ adladıq. Cari mövsümlə bağlı isə ancaq təəssüflənmək olar. Çünki qarşıya qoyulan məqsədə çata bilmədik.

Burada olmağıma şərait yaradan klub rəhbərliyinə təşəkkür edirəm. Ümid edirəm ki, növbəti mövsüm "Araz-Naxçıvan" hazırkından daha yaxşı çıxış edər və uğur qazanar".

Nihat Kahveci "Neftçi"nin futbolçusu Freddi Varqasın qolunu keyfiyyətli və baxımlı adlandırıb

Türkiyəli tanınmış futbol mütəxəssisi Nihat Kahveci Misli Premyer Liqasının XXX turunda "Karvan-Yevlax"ın qapısına yol tapan "Neftçi"nin futbolçusu Freddi Varqasın qolunu şərh edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə yığmasının sabiq hücumçusu "Haber Global"da yayımlanan "Kontraspor" verlişində danışıb.

O, Varqasın 57-ci dəqiqədə vurduğu qolu olduqca keyfiyyətli və baxımlı adlandırıb.

Qeyd edək ki, "Karvan-Yevlax" - "Neftçi" matçı qonaqların 3:0 hesablı qələbəsi ilə bitib. Varqasın qolunun videosu klubun sosial media hesabında 25 milyondan çox izlənib.

"Sabah" və "Zirə" komandaları 31-ci dəfə üz-üzə gələcəklər

Futbol üzrə Azərbaycan Kubokunun finalında üz-üzə gələcək "Sabah"la "Zirə" arasındakı matç tərəflər arasında 31-ci duel olacaq.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, indiyədək yalnız Premyer Liqada qarşılaşan komandalar arasında 30 matç baş tutub.

Bu görüşlərdə "Sabah" 12, "Zirə" 8 dəfə qalib gəlib. 10 qarşılaşmada heç-heçə qeydə alınıb.

72 qolun vurulduğu duellərdə "Sabah" üstündür. Masazır təmsilçisi 40, Zirənin eyniadlı klubu 32 qola sevinib.

"Sabah" – "Zirə" qarşılaşmalarında 42 futbolçu qol sevinci yaşayıb. "Sabah"ın 24, "Zirə"nin 20 oyunçusu rəqib qapısına yol tapıb. Davit Volkovla Xulio Sezar Rodrigez hər iki komandanın heyətində fərqlənib.

7 qola sevinən Volkov duellərin ən məhsuldar oyunçusudur. O, "Zirə"də 6, "Sabah"da 1 dəfə sevinib. Xulio isə 3 dəfə masazırlıları, 2 dəfə zirəliləri sevindirməyi bacarıb.

Volkov "Zirə"də 6 qol vurduğu kimi Coy Lens Mikels də eyni sayda topu "Sabah"da vurub. Beş futbolçunun aktivində 3 qol var. Hamidu Keyta "Zirə"də, Amadu Diallo, Kevin Kubemba, Marko Deviç və Velko Simiç "Sabah"da buna nail olub.

Əvvəlki 30 dueldə yeganə het-trik Volkovun hesabındadır. 8 dubl qeydə alınıb. Marko Deviç, Velko Simiç, Amadu Diallo, Coy Lens Mikels və Kevin Kubemba "Zirə"nin, Hamidu Keyta, Nicat Süleymanov və Xulio Sezar Rodriqez "Sabah"ın qapısına 2 qol vurub.

2018/2019 mövsümü

25.08.2018. Zirə – Sabah – 0:2

Marko Deviç, 2, 30

27.10.2018. Sabah – Zirə – 2:1

Məqsəd İsayev, 45+1; Cavid İmamverdiyev, 90+2 // Tellur Mütəllimov, 73

02.02.2019. Zirə – Sabah – 0:2

Marko Deviç, 47 (p.); Rəşad Eyubov, 68

11.05.2019. Sabah – Zirə – 0:3

Xulio Sezar Rodriqez, 38, 81; Robin Nqalande, 69

2019/2020 mövsümü

31.08.2019. Zirə – Sabah – 1:1

Soni Norde, 88 // Amadu Diallo, 35

26.10.2019. Sabah – Zirə – 2:2

Amadu Diallo, 28, 44 // Nicat Süleymanov, 22, 88

01.02.2020. Zirə – Sabah – 2:0

Ağabala Ramazanov, 45+1; Riçard Qadze, 78

2020/2021 mövsümü

20.09.2020. Zirə – Sabah – 0:2

Xulio Sezar Rodriges, 51; Kevin Kubemba, 90+2

08.11.2020. Sabah – Zirə – 0:1

Ağabala Ramazanov, 58

14.02.2021. Zirə – Sabah – 2:2

Davit Volkov, 79; Klesio Bauk, 90+2 // Kevin Kubemba, 9, 83

19.05.2021. Sabah – Zirə – 2:1

Ramil Şeydayev, 21; Xulio Sezar Rodriges, 89 // Qismət Alıyev, 78 (pen.)

2021/2022 mövsümü

18.09.2021. Zirə – Sabah – 1:1

Mohamed Hamdaui, 49 // Şpiro Periçiç, 83

06.11.2021. Sabah – Zirə – 3:3

Coy-Lens Mikels, 2, 24; Xuan Kamara, 45+2 // Davit Volkov, 5, 60, 81

20.02.2022. Zirə – Sabah – 2:0

Hamidu Keyta, 63, 90+4

09.04.2022. Sabah – Zirə – 3:1

Lukas Rangel, 40; Coy-Lens Mikels, 58; Xulio Sezar Rodrigez, 90+5 // Hamidu Keyta, 48

2022/2023 mövsümü

12.08.2022. Zirə - Sabah – 1:3

Sertan Taşkın, 34 // Abdulaye Ba, 5; Coy Lens Mikels, 27; Namik Ələskərov, 48

15.10.2022. Sabah – Zirə – 1:0

Emmanuel Apeh, 72

15.03.2023. Zirə - Sabah – 0:2

Davit Volkov, 52; Coy Lens Mikels, 62

22.05.2023. Sabah – Zirə - 0:0

2023/2024 mövsümü

26.08.2023. Zirə - Sabah – 1:0

Vladislav Kulaç, 2

05.11.2023. Sabah – Zirə - 0:1

Rüstəm Əhmədzadə, 90+1

27.01.2024. Zirə - Sabah – 0:1

Sofian Çakla, 90+9 (p.)

30.03.2024. Sabah – Zirə - 0:1

Ruan Renato, 25

2024/2025 mövsümü

11.08.2024. Sabah – Zirə - 0:2

Rafael Utziq, 50 (p.); Salifu Suma, 52

20.10.2024. Zirə - Sabah – 1:1

Giorgi Papunaşvili, 90+1 // Cesse Sekidika, 7

15.03.2025. Sabah – Zirə - 1:1

Cesse Sekidika, 34 // Davit Volkov, 63

17.05.2025. Zirə - Sabah – 1:1

Giorgi Papunaşvili, 26 // Pavol Safranko, 68

2025/2026 mövsümü

19.10.2025. Sabah – Zirə - 3:0

Aron Maluda, 42; Velko Simiç, 45+2; 75

31.01.2026. Zirə - Sabah – 1:3

Davit Volkov, 83 // Velko Simiç, 9; İvan Lepiniça, 22; Xəyal Əliyev, 27

11.04.2026. Sabah – Zirə - 2:2

Coy Lens Mikels, 16; İqor Noqeyra, 51 // Ruan Renato, 32 (p.); Eren Aydın, 41

Klaudio Ranyeri İtaliya yığmasına rəhbərlik etməyə hazırdır

Klaudio Ranyeri futbol üzrə İtaliya millisinə rəhbərlik etməyə hazırdır.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssis daha əvvəl "Roma"dakı fəaliyyətinə görə yığmadan gələn mümkün təklifi qəbul edə bilmədiyini, hazırda isə boş olduğunu deyib.

O, yığmadan təklif alacağı halda buna müsbət yanaşacağını vurğulayıb.

Klaudio Ranyeri bu ilin aprelində "Roma" klubundakı müşavir fəaliyyətini başa vurub.

Təcrübəli məşqçi karyerası ərzində İtaliyada "Roma", "Kalyari", "Sampdoriya", "İnter", "Yuventus", "Parma", "Fiorentina", "Napoli", İngiltərədə "Çelsi", "Uotford","Fulhem", "Lester", Fransada "Nant", "Monako", İspaniyada isə "Valensiya", "Atletiko" və Yunanıstan millisində işləyib.

Qeyd edək ki, İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyib. Komanda pley-offda Bosniya və Herseqovinaya uduzduqdan sonra Cennaro Qattuzo baş məşqçi postundan göndərilib.

Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır

Misli Premyer Liqasında XXXI tura bu gün start veriləcək.

"Report"un məlumatına görə, birinci oyun günündə iki matç keçiriləcək.

Turun açılış matçında "İmişli" "Zirə"ni qəbul edəcək. Qarşılaşma Quba Olimpiya İdman Kompleksində, saat 16:30-da başlayacaq.

Günün ikinci görüşündə çempionluğunu rəsmiləşdirən "Sabah" "Kəpəz"i sınağa çəkəcək. "Bank Respublika Arena"dakı oyuna saat 19:30-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura mayın 10-da yekun vurulacaq.

Valverde Çuameni ilə dava barədə məlumatı təkzib edib

Madridin "Real" klubunun yarımmüdafiəçisi Federiko Valverde mayın 10-da İspaniya çempionatının 35-ci turunda "Barselona" ilə keçiriləcək oyunu buraxacaq.

"Report" xəbər verir ki, bu barədə "Kral klubu"nun açıqlamasında bildirilir.

Məlumata görə, oyunçu kəllə-beyin travması alıb. Bundan əvvəl mənbələr uruqvaylının komanda yoldaşı Orelyen Çuameni ilə dava zamanı başını stola vurduğunu bildirirdi.

"Valverde evdədir, vəziyyəti yaxşıdır və belə diaqnoz zamanı tibbi protokollarda nəzərdə tutulduğu kimi 10-14 gün ərzində istirahət etməlidir", - məlumatda qeyd olunur.

Daha əvvəl məlum olub ki, Valverde və Çuameni arasında mübahisə hələ mayın 6-da məşq zamanı başlayıb, mayın 7-də davam edib və paltardəyişmə otağında davaya çevrilib, bu zaman fransalı oyunçu komanda yoldaşına zərbə endirib.

Madridin "Real" klubunun və Uruqvay millisinin yarımmüdafiəçisi Federiko Valverde komanda yoldaşı, Fransa yığmasının oyunçusu Çuameni ilə dava etməsi barədə məlumatı təkzib edib.

Bu barədə uruqvaylı özünün "Instagram" səhifəsində yazıb.

"Dünən məşq zamanı komanda yoldaşımla aramızda insident yaşanıb... Mübahisə zamanı təsadüfən başımı stola vurdum və alnımda kiçik bir cızıq yarandı ki, bu da xəstəxanaya getməyimə səbəb olub. Komanda yoldaşım məni vurmayıb, mən də onu vurmamışam, baxmayaraq ki, bizim əlbəyaxa olduğumuza və ya bunun qəsdən edildiyinə inanmaq sizin üçün daha asandır, amma belə bir şey olmayıb", - Valverde qeyd edib.

Onun sözlərinə görə, titulsüz bir mövsümdə "Real"ın həmişə hədəfdə olduğu bir vaxtda hər şey nəzarətdən çıxır.

"Real" mayın 10-da İspaniya La Liqasının 35-ci turu çərçivəsində səfərdə "Barselona" ilə qarşılaşacaq. Komandaların aktivində müvafiq olaraq 77 və 88 xal var, paytaxt klubu ikinci yerdədir, Kataloniya komandası isə liderlik edir.

Avropa Liqasında finalçılar bəlli olub

UEFA Avropa Liqasında finalçılar müəyyənləşib.

"Report"un məlumatına görə, Frayburq Almaniyada Portuqaliyanın "Braqa" komandasını sınağa çəkib.

Portuqaliya təmsilçisi ilk görüşdə qələbə qazanıb - 2:1. Cavab görüşündə isə Frayburq daha güclü olub - 3:1

Digər matçda isə İngiltərə klubları münasibətlərə aydınlıq gətirib. İlk matçda "Nottinqem Forest"ə 0:1 hesabı ilə uduzan "Aston Villa" doğma meydanda 4:0 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, final oyunu "Aston Villa" və Frayburq arasında mayın 20-də İstanbulda təşkil olunacaq.

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, raundun cavab oyunlarından sonra finalçılar bəlli olub.

"Kristal Pelas" İngiltərədə Ukraynanın "Şaxtyor" komandasını qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Digər qarşılaşmada "Strasburq" Fransada İspaniya təmsilçisi "Rayo Valyekano" ilə münasibətlərə aydınlıq gətirib. Fransızlar ilk oyundakı kimi minimal hesabla məğlub olublar.

Beləliklə, "Kristal Pelas" və "Rayo Valyekano" finala vəziqə qazanıb.

Xatırladaq ki, final matçı mayın 27-də Leyptsiq şəhərində təşkil olunacaq.

Fərid Qayıbov: "Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində fərqli finala şahidlik etdik"

Dövlət qurumlarının əməkdaşları arasında keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində bu dəfə fərqli final oyunu oldu.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin final matçı barəsində öz fikirlərini bölüşüb:

"Yarışın təşkilatçılarına öz təşəkkürümü bildirirəm ki, bu cür gözəl turnir təşkil ediblər. Qarşılaşmalar bir-birindən maraqlı keçirdi. Bu dəfə fərqli finala şahidlik etdik. Son 2 ildə Ədliyyə komandası turnirin qalibi olurdu. Bu dəfə isə SOCAR komandası qələbə qazandı. Bu komanda son illərdə yarımfinala qədər irəliləyə bilirdi. Bu dəfə qızıl medallara sahib çıxdılar. SOCAR-ı təbrik etmək istəyirəm. Onlar dövlət qurumları arasında keçirilən digər idman növlərində də aktiv iştirak edirlər".

Qeyd edək ki, final görüşündə SOCAR Azərişıq komandasına 5:0 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb.

SOCAR komandasının baş məşqçisi: "Böyükhesablı qələbə bizim üçün də sürpriz oldu"

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin final matçında qalib gələn SOCAR komandası üçün böyükhesablı qələbə sürpriz olub.

Bunu "Report"a açıqlamasında adıçəkilən komandanın baş məşqçisi Fuad Rzayev deyib.

O, turnirin yüksək səviyyədə keçirildiyini bildirib:

"Turnirdə güclü komandalar yer almışdılar. Təbii ki, finalda qələbə qazandığımız üçün xoşbəxtik. Bu qələbə oyunçularımızın zəhməti nəticəsində başa gəldi. Qalib gələcəyimizi gözləyirdik. Lakin böyükhesablı qələbə bizim üçün də sürpriz oldu".

Qeyd edək ki, final görüşündə SOCAR Azərişıq komandasına 5:0 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb.

Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibləri mükafatlandırılıb - YENİLƏNİB

Dövlət qurumlarının əməkdaşları arasında keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində yer tutan komandalara mükafatlar təqdim edilib.

"Report" xəbər verir ki, üçüncü yerə sahib çıxan Ədliyyə kollektivi bürünc medalla mükafatlandırılıb.

Finalda uduzan Azərişıq komandasının üzvləri gümüş, bütün görüşləri qələbə ilə başa vuran SOCAR-ın üzvləri isə qızıl medallarla təltif edilib.

Bundan başqa, SOCAR komandasına yarışın ən böyük mükafatı olan kubok təqdim olunub.

Qarşılaşmalar və təltifetmə mərasimi Bakı Tennis Akademiyasında keçirilib.

Dövlət qurumlarının əməkdaşları arasında keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibi və üçüncü yerin sahibi müəyyənləşib.

"Report" xəbər verir ki, üçüncü yer uğrunda keçirilən matçda Ədliyyə kollektivi Baş Prokurorluq komandasını 2:1 hesabı ilə məğlub edib.

Final görüşündə isə SOCAR Azərişıq komandasına 5:0 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb.

Qarşılaşmalar Bakı Tennis Akademiyasında keçirilib.

Emin Əmrullayev: "Minifutbol turnirlərinin keçirilməsi gənclərin idmana marağının artmasında rol oynayır"

Minifutbol turnirlərinin keçirilməsi gənclərin idmana marağının artmasında rol oynayır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev deyib.

O, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirində final matçından öncə keçirilən yoldaşlıq oyunu barədə danışıb:

"Maraqlı və gərgin mübarizənin şahidi olduq. Dostluq qalib gəlsin deyə, tərəflər bir-birinə güzəşt edirdilər. Bu cür turnirlər gənclərin idmana marağının artmasında rol oynayır. Müxtəlif peşə sahiblərinin bir araya gəlib belə turnirlərdə mübarizə aparması çox xoş haldır və təqdirəlayiqdir".

Qeyd edək ki, nazir "Hökumət" komandasının heyətində çıxış edib. Onun komandası "Parlament" kollektivi ilə 6:6 hesablı heç-heçəyə razılaşıb.

Qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı kursunun V mərhələsi başa çatıb

AFFA-nın təşkilatçılığı ilə qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun sonuncu - V mərhələsi keçirilib.

Bu barədə "Report"a milli assosiasiyadan məlumat verilib.

Kurs qurumun Təhsil və Reabilitasiya Mərkəzində gerçəkləşib.

Məşğələlərə təlimatçılar Faiq Əzizov, Vitali Kovalyov və Üzeyir İbrahimov rəhbərlik ediblər.

"Çelsi" Liam Delapın yerinə PSJ-nin hücumçusu Qonsalu Ramuşu transfer etmək istəyir

İngiltərənin "Çelsi" klubu futbolçusu Liam Delapla yollarını ayırmaq istəyir.

"Repor" yerli mətbuata istinadən xəbər verir ki, London təmsilçisi hücum xəttini gücləndirmək üçün artıq işlərə start verib.

"Zadəganlar" Fransa təmsilçisi PSJ-nin forvardı Qonsalu Ramuşla maraqlanır.

Xatırladaq ki, L.Delap 2025-ci ilin yayında "Çelsi"yə keçib. Q.Ramuş isə 2024-cü ildən Fransa klubunun formasını geyinir.

Həsrət Cəfərov: "Özümü böyük futbol azarkeşi hesab etməsəm də, "Qarabağ"ın oyunlarını izləyirəm"

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov özünü böyük futbol azarkeşi hesab etmir.

67 kq çəki dərəcəsində mübarizə aparan 4 qat Avropa çempionu bu barədə "Report"a müsahibəsində bildirib.

O, "Qarabağ"ın Çempionlar Liqasındakı oyunlarını izlədiyini və Ağdam təmsilçisinin hər qələbəsindən qürurlandığını vurğulayıb:

"Düzünü desəm, özümü böyük futbol azarkeşi saymıram. Amma maraqlı oyunları, xüsusilə dünya çempionatı kimi nüfuzlu turnirləri izləməyi sevirəm. Həmçinin "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı oyunlarını izləmişəm. Onların Azərbaycanın adını Avropada tanıtması məni də qürurlandırır. Fərqli idman növlərində çıxış etsək də, məqsədimiz eynidir - ölkəmizi layiqincə təmsil etmək".

Həsrət Cəfərovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

İran ABŞ-dəki dünya çempionatında təhlükəsizlik məsələsini FIFA ilə müzakirə edəcək

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac yığmanın ABŞ-də keçiriləcək dünya çempionatında təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda FIFA prezidenti Canni İnfantino ilə görüşəcək.

"Report"un məlumatına görə, federasiya rəhbəri bu barədə ölkəsinin IRIB televiziyasına açıqlama verib.

Bildirilir ki, Tehran turnirdə iştirakla bağlı mövqeyini FIFA rəhbərliyinə çatdıracaq.

Bundan əvvəl İnfantino FIFA Konqresində çıxışı zamanı İran millisinin dünya çempionatında iştirak edəcəyini açıqlamışdı.

"Gözləntilərimizi FIFA-ya çatdıracağıq. Onlar bu tələbləri yerinə yetirə bilsələr, biz mütləq iştirak edəcəyik. Lakin bu məsələlərin həll olunacağına dair heç bir təminat yoxdursa, heç kimin bizi və ya sistemimizin əsaslarını təhqir etməyə haqqı yoxdur. Hörmətsizlik davam edərsə, fərqli qərar qəbul edə bilərik", - deyə Tac vurğulayıb.

Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Bakıda UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində keçirilən futzal yarışı başa çatıb

Bakıda UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futzal turnirinə yekun vurulub.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yarışın həlledici oyunları universitetin idman zalının futzal meydançasında baş tutub.

Üçüncü yer uğrunda görüşdə Nəqliyyat və Logistika fakültəsinin komandası İTT fakültəsinin komandasını 2:0 hesabı ilə məğlub edərək turnirin bürünc mükafatçı olub.

Final qarşılaşmasında isə İqtisadiyyat fakültəsinin komandası ilə Maşınqayırma və Metallurgiya fakültəsinin komandası üz-üzə gəliblər. Əlavə vaxtda rəqibini 2:0 hesabı ilə üstələyən Maşınqayırma və Metallurgiya fakültəsinin komandası turnirin qalibi olub.

Yekunda qalib komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutan kollektivlər müvafiq medallarla mükafatlandırılıblar. Bununla yanaşı, turnirdə fərqlənən oyunçular müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlara layiq görülüblər.

Mükafatlandırma mərasimində veteran futbolçu Vəli Qasımov, Azərbaycan Texniki Universitetinin Kommunikasiya Şöbəsinin müdiri Səfa Bağırov və digər rəsmi şəxslər iştirak ediblər. Onlar qalib və mükafatçı komandaları təbrik edib, kubok və mükafatlar veriblər. AFFA və AzTU gələcəkdə də bu istiqamətdə birgə layihələrin həyata keçirilməsini planlaşdırır.

Florentino Peres "Yuventus"un ulduzu Kənan Yıldızı "Real"da görmək istəyir

İspaniyanın "Real" klubu Türkiyə millisinin futbolçusu Kenan Yıldızı heyətinə qatmaq istəyir.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres 21 yaşlı hücumçunun keçidində maraqlıdır.

Təcrübəli funksioner oyunçunun transferi üçün yayda cəhd edəcək.

K.Yıldızın İtaliyanın "Yuventus" klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir. Onun bazar dəyəri 75 milyon avro qiymətləndirilir.

Xatırladaq ki, Kenan Yıldız cari mövsüm "qoca sinyora"nın heyətində 45 oyunda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Markinyos Çempionlar Liqasında Roberto Karlosun rekordunu yeniləyib

Fransanın PSJ klubunun braziliyalı futbolçusu Markinyos UEFA Çempionlar Liqasında həmyerlisi Roberto Karlosun rekordunu qırıb.

"Report"un məlumatına görə, müdafiəçi buna Almaniyada "Bavariya" ilə heç-heçə etdikləri (1:1) yarımfinal mərhələsinin cavab oyununda iştirak etməklə nail olub.

Təcrübəli oyunçu qitənin bir nömrəli klub turnirində ən çox matça çıxan braziliyalı futbolçu ünvanına sahib çıxıb.

Münhen təmsilçisi ilə duel Markinyosun 121-ci qarşılaşması kimi tarixə düşüb. R.Karlos UEFA Çempionlar Liqasında 120 görüşdə iştirak edib.

Xatırladaq ki, ilk görüşdə "Bavariya"nı 5:4 hesabı ilə üstələyən PSJ finalda İngiltərə təmsilçisi "Arsenal"a rəqib olub. Jəlledici görüş mayın 30-da Budapeştdə baş tutacaq.

İlk Azərbaycan Kubokunun qalibi Məmmədəli Məmmədov: "Titulu qazanmağa layiq idik"

1992-ci ildə ilk Azərbaycan Kubokunun qalibi olan "İnşaatçı" titulu qazanmağa layiq idi.

"Report" xəbər verir ki, bu barədə həmin vaxt komandanın baş məşqçisi olmuş Məmmədəli Məmmədov Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində deyib.

Mütəxəssis turnirin ilk final matçı ilə bağlı bir çox maraqlı məqamlara toxunub:

"1992-ci ildən danışırıqsa, həmin il bizim üçün tarixi alınmışdı. Komandamızda ulduz futbolçu yox idi. Kollektiv oyun nümayiş etdirərək gücümüzü göstərməyə çalışırdıq. Kubok qazanmağa layiq komanda idik".

M.Məmmədov final matçı öncəsi klub rəhbəri ilə olan maraqlı dialoqlarından, eyni zamanda kubokdakı rəqibləri barədə də söz açıb:

"Sponsorumuz olan evtikmə kombinatının rəhbəri oyundan iki gün əvvəl keçirilən iclasda bizə yaxşı vəd verdi. Bildirdi ki, kuboku qazanacağınız təqdirdə komandanın üzvlərindən birinə ikiotaqlı ev, digərlərinə pul mükafatı verəcək. Kubokda hər mərhələ keçdikcə pul mükafatı alırdıq. 1/4 finalda rəqibimiz "Neftçi" idi. Futbolçularıma demişdim ki, "Neftçi"ni keçəcəyiksə, deməli, kuboku özümüz qazanacağıq. 2:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazandıq. Burada rəqibimiz "Neftçi" ilə bərabər gücə sahib olan "Xəzər" (Sumqayıt) komandası idi. Oyunsonrası penaltilər seriyasında qalib olduq və finala çıxdıq. Finalda "Kür" (Mingəçevir) komandasını məğlub edərək şərəfli tarix yazdıq".

O, 1992-ci ildə ölkədə müharibə vəziyyəti olduğunu sözlərinə əlavə edib:

"Komandalar bir-birinə anlayışla yanaşırdılar və kömək edirdilər. Kuboku qazandıqdan bir müddət sonra Tovuza oyuna getmişdik. Bizi təntənəli şəkildə, gül dəstələri ilə qarşıladılar. Unudulmaz hisslər idi. Bəzi oyunçularımızı itirdiyimizə görə məyus idik. Ancaq adımızı tarixə yazdırdığımıza görə mövsüm yaddaqalan alındı. Hər il kubokun finalı keçiriləndə, şərhçilər "İnşaatçı" komandasının adını çəkəndə kövrəlirəm. O komanda indi mövcud olmasa da, qəlbimizdə hələ də yaşayır".

Xatırladaq ki, cari mövsüm Azərbaycan Kubokunun finalında "Sabah" və "Zirə" komandaları üz-üzə gələcək. Qarşılaşma mayın 13-də "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.

"CBC Sport" "Bavariya" - PSJ matçının yayımlanmamasını texniki səbəblərlə izah edib

"CBC Sport" telekanalı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilmiş "Bavariya" (Almaniya) - PSJ (Fransa) matçının yayımlanmamasını texniki səbəblərlə izah edib.

"Report" xəbər verir ki, bu barədə telekanalın sosial şəbəkə hesabında bildirilib.

"CBC Sport" sözügedən qarşılaşmanın yayımının texniki səbəblərdən mümkün olmadığını vurğulayıb:

"Gün ərzində yayım prosesi ilə bağlı aparılan ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmasa da, matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb. Problem qeydə alınan andan etibarən onun aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb. Məqsədimiz nasazlıq aradan qalxan kimi, oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq, dərhal efirə qoşulmaq idi. Lakin texniki heyətin görüş boyu davam edən səylərinə baxmayaraq, yayımı bərpa etmək mümkün olmayıb. Baş verən bu xoşagəlməz hadisəyə görə məsuliyyətimizi tam dərk edir, oyunu sizə təqdim edə bilmədiyimiz üçün bütün futbolsevərlərdən üzr istəyirik.

Əziz idmansevərlər, anlayışınıza ümid edir və belə halların bir daha təkrarlanmaması üçün bütün lazımi addımların atılacağını bildiririk".

Qeyd edək ki, "Bavariya" - PSJ matçı 1:1 hesabı ilə yekunlaşıb. İlk görüşdə rəqibini üstələyən (5:4) Paris təmsilçisi UEFA Çempionlar Liqasının finalına yüksəlib. PSJ mayın 30-da Budapeştdə keçiriləcək həlledici görüşdə "Arsenal" (İngiltərə) ilə qarşılaşacaq.

Bundesliqa və UEFA Çempionlar Liqasının qalibi olmuş Niklas Süle karyerasını bitirib

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Niklas Süle karyerasını başa vurub.

"Report" xəbər verir ki, 30 yaşlı müdafiəçi bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına açıqlamasında bildirib.

Almaniya millisinin sabiq üzvü aprelin 18-də "Hoffenhaym"a uduzduqları (1:2) oyunda zədələndikdən sonra bu qərarı verib.

Xatırladaq ki, 2022-ci ildən Dortmund təmsilçisində çıxış edən Niklas Süle daha əvvəl "Bavariya"nın heyətində 5 dəfə Bundesliqanın, 1 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

UEFA Çempionlar Liqası tarixində ilk dəfə iki ispan baş məşqçi finalda qarşılaşacaq

Tarixdə ilk dəfə iki ispan baş məşqçi UEFA Çempionlar Liqasının finalında üz-üzə gələcək.

"Report" xəbər verir ki, bu, İngiltərənin "Arsenal" və Fransanın PSJ komandalarının həlledici matça vəsiqə qazanması sayəsində mümkün olub.

London təmsilçisində Mikel Arteta, Paris klubunda isə Luis Enrike titula sahib çıxmağa çalışacaq.

Əvvəllər Çempionlar Liqası və Çempionlar Kubokunda eyni ölkə mütəxəssisləri 4 dəfə münasibətlərə aydınlıq gətiriblər.

Bu, 1979-cu ildə "Nottinqem Forest" (Brayan Klaf) - "Malmö" (Bob Hafton), 2003-cü ildə "Yuventus" (Marçello Lippi) - "Milan" (Karlo Ançelotti), 2013-cü ildə "Borussiya" (Dortmund, Yurgen Klopp) - "Bavariya" (Yupp Haynkes), 2020-ci ildə PSJ (Tomas Tuxel) - "Bavariya" (Hans-Diter Flik) matçlarında yaşanıb.

Onlar müvafiq olaraq İngiltərə, İtaliya və Almaniyadan (hər ikisi) olan baş məşqçilər idi.

Xatırladaq ki, UEFA Çempion Liqasının final matçı mayın 30-də Budapeştdə keçiriləcək.

"Neftçi" FIFA-nın transfer qadağasının 3-5 gün ərzində ləğv ediləcəyini açıqlayıb

FIFA-nın "Neftçi"yə tətbiq etdiyi transfer qadağası maksimum 3-5 günə aradan qaldırılacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir.

"Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq biz tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar".

UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə bu gün yekun vurulacaq.

"Report"un məlumatına görə, raundun cavab oyunlarından sonra finalçılar bəlli olacaq.

"Kristal Pelas" İngiltərədə Ukraynanın "Şaxtyor" komandasını qəbul edəcək. Premyer Liqa təmsilçisi ilk matçda inamlı qalibiyyətə nail olub - 3:1.

Digər qarşılaşmada "Strasburq" Fransada İspaniya təmsilçisi "Rayo Valyekano" ilə münasibətlərə aydınlıq gətirəcək. İspanlar ilk oyunda minimalhesablı qələbə qazanıb - 1:0.

Hər iki görüş saat 23:00-da start götürəcək.

Xatırladaq ki, final matçı mayın 27-də Leyptsiq şəhərində təşkil olunacaq.

Avropa Liqasında finalçılar bu axşam bəlli olacaq

UEFA Avropa Liqasında finalçılar bu gün müəyyənləşəcək.

"Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Frayburq Almaniyada Portuqaliyanın "Braqa" komandasını sınağa çəkəcək. Portuqaliya təmsilçisi ilk görüşdə qələbə qazanıb - 2:1.

Digər matçda isə İngiltərə klubları münasibətlərə aydınlıq gətirəcəklər. İlk matçda "Nottinqem Forest"ə 0:1 hesabı ilə uduzan "Aston Villa" doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Xatırladaq ki, final oyunu mayın 20-də İstanbulda təşkil olunacaq.

UEFA Çempionlar Liqası: "Arsenal" finalda PSJ ilə qarşılaşacaq

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

"Report" xəbər verir ki, Almaniyanın "Bavariya" klubu öz meydanında Fransanın PSJ komandasını qəbul edib.

Parisdə keçirilən ilk qarşılaşma PSJ-nin 5:4 hesablı qələbəsi ilə bitmişdi.

Cavab görüşündə hesabı qonaqlar açıblar. Oyunun 3-cü dəqiqəsində Usman Dembele fərqlənərək komandasını önə çıxarıb.

Matçın sonunda (90+4) "Bavariya"nın futbolçusu Haari Keyn bərabərlik qolunu vurub. Lakin iki oyunun nəticəsinə əsasən, PSJ finala vəsiqə qazanan tərəf olub.

Qeyd edək ki, yarımfinalın digər cavab matçında İngiltərənin "Arsenal" klubu öz meydanında İspaniyanın "Atletiko Madrid" komandasını minimal hesabla məğlub edərək finalda iştirakını təmin etmişdi.

Beləliklə, UEFA Çempionlar Liqasının finalında "Arsenal" PSJ ilə qarşılaşacaq.

Premyer Liqanın XXXI turunda keçiriləcək oyunların təyinatları açıqlanıb

Misli Premyer Liqasının XXXI turunda keçiriləcək oyunların təyinatları açıqlanıb.

"Report" AFFA-ya istinadən xəbər verir ki, "İmişli" və "Zirə" komandaları arasında keçiriləcək açılış oyununu Kamranbəy Rəhimov idarə edəcək.

Təyinatları diqqətinizə çatdırırıq:

8 may

16:30. "İmişli" – "Zirə"

Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev

VAR: Rauf Cabarov

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Orxan Məmmədov

Quba Olimpiya İdman Kompleksi

19:30. "Sabah" – "Kəpəz"

Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Rəhim Həsənov

"Bank Respublika Arena"

9 may

17:00. "Qəbələ" – "Qarabağ"

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov

VAR: Əli Əliyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ceyhun Haşımov

Qəbələ şəhər stadionu

19:30. "Sumqayıt" – "Araz-Naxçıvan"

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov

VAR: Kamal Umudlu

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Anar Salmanov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

10 may

17:00. "Turan Tovuz" – "Karvan-Yevlax"

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Namik Hüseynov

Hakim-inspektor: Əmrah İbrahimov

Tovuz şəhər stadionu

19:30. "Neftçi" – "Şamaxı"

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov

VAR: Rəşad Əhmədov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Asim Xudiyev

"Palms Sports Arena"

"Mançester Yunayted"in Çempionlar Liqasından əldə edəcəyi gəlir bəlli olub

İngiltərə təmsilçisi "Mançester Yunayted"in növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirakı sayəsində əldə edəcəyi gəlirin həcmi bəlli olub.

"Report" "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində iştirak "qırmızı şeytanlar"a 80 milyon funt sterlinq qazandıracaq.

Bu məbləğin təxminən 70 milyon funt sterlinqi qrup mərhələsində iştirakdan, 10 milyon funt sterlinqi isə "Adidas" ilə müqavilə çərçivəsində nəzərdə tutulan bonusdan ibarətdir.

Komanda İngiltərə Premyer Liqasının XXXV turunda "Liverpul"u məğlub edərək xallarının sayını 64-ə çatdırıb və turnir cədvəlində beşinci pilləni təmin etməklə Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib.

Bildirilir ki, komanda turnirdə daha da irəliləyəcəyi təqdirdə əlavə olaraq 20 milyon funt sterlinq qazana bilər.

Qeyd olunur ki, bu gəlir klubun yay "transfer pəncərəsi"ndə fəaliyyətinə ciddi təsir göstərəcək.

"Çelsi"nin futbolçusu Uesli Fofana "Barselona"ya təklif olunub

İngiltərənin "Çelsi" klubunun futbolçusu Uesli Fofana İspaniya təmsilçisi "Barselona"ya təklif olunub.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin nümayəndələri onun Kataloniya təmsilçisində çıxış etməsi üçün çalışırlar.

İspanlar transfer dönəmindən əvvəl müxtəlif ssenariləri araşdırırlar. Tərəflər arasında ilkin danışıqlar da gerçəkləşib.

"Çelsi" oyunçunun komandadan ayrılmasına qarşı deyil, lakin mümkün transferdən ən azı 30 milyon avro qazanmaq istəyir. Qarşı tərəf isə futbolçunu icarəyə götürməyi planlaşdırır.

Xatırladaq ki, Uesli Fofana 2022-ci ildən "Çelsi"də çıxış edir.

"Sumqayıt" klub prezidenti və baş məşqçiyə görə cərimələnib

AFFA İntizam Komitəsi "Sumqayıt"ı klub prezidenti və baş məşqçiyə görə 10000 manat cərimələyib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna "Kəpəz"ə qarşı keçirdikləri Misli Premyer Liqasının XXX turunda yaşananlar səbəb olub.

2 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXX turun "Kəpəz" – "Sumqayıt" oyunu bitdikdən sonra "Sumqayıt" komandasının baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, "Sumqayıt" komandası 5000 manat cərimə edilsin (maddə 51.1);

2 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXX turun "Kəpəz" – "Sumqayıt" oyunu bitdikdən sonra "Sumqayıt" komandasının prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyun oyuna buraxılmasın, "Sumqayıt" komandası 5000 manat cərimə edilsin (maddə 87.1, 19);

"Aston Villa" Ferran Torresin transferi üzərində işləyir

İngiltərənin "Aston Villa" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Ferran Torresi heyətinə qatmaqda maraqlıdır.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa komandası 26 yaşlı hücumçu üçün 65 milyon avroluq təklif hazırlayıb.

İspaniya klubunun rəhbərliyinin buna razı olacağı gözlənilir. Kataloniyalılar planlarına daxil olmadığı üçün onunla müqavilənin müddətini uzatmaq istəməyib.

Xatırladaq ki, Ferran Torresin hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. O, cari mövsüm 46 matçda 20 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Boris Xetaqurov: "50 il futbolda" kitabını yazarkən bütün ruhumu, qəlbimi ora qoymuşam"

Boris Xetaqurov "50 il futbolda" kitabını yazarkən bütün ruhunu, qəlbini ora qoyub.

"Report"un məlumatına görə, Azərbaycanın əməkdar həkimi bu barədə jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, bu kitabı nəşr etdirmək ideyası birdən-birə ortaya çıxmayıb:

"Oturub ötən illərimi xatırlayırdım. "Neftçi" komandasında həkim kimi çalışdığım dövrləri, Azərbaycan millisindəki fəaliyyətimi yada salırdım. Dşündüm ki, bütün bu xatirələri, yaşanan hadisələri gələcək nəsillər üçün qoruyub saxlamaq lazımdır. Xatirələrimi toplamağa başladım, şəxsi arxivimdən istifadə etdim. Hələ 1960-cı illərdə fotoqrafiyaya həvəsim olduğu üçün öz əllərimlə çəkdiyim şəkilləri də üzə çıxartdım. Bütün bunlar çoxsəhifəli bir əlyazmaya çevrildi. Lakin bu xatirələri kitab formatına salmaq vaxtı gələndə çətinliklərlə üzləşdim. Müəyyən problemlər yarandı. Yaxın dostum, ən yaxşı tələbəm Faiq Hüseynovla birlikdə bir neçə quruma müraciət etdik, amma heç yerdən dəstək ala bilmədik. Açığı, artıq həvəsdən düşmüşdüm və bu işi yarımçıq qoymağı belə düşünürdüm".

O, daha sonra Gənclər və İdman Nazirliyinə müraciət etdiklərini vurğulayıb:

"Nazir, hörmətli Fərid Qayıbov bizə böyük dəstək göstərdi. Diqqət, qayğı və kömək gördük. Açıq deməliyəm ki, bu gün təqdimatı keçirilən kitabın nəşr olunması məhz nazirin dəstəyi sayəsində mümkün oldu. Buna görə ona səmimi minnətdaram. Kitabın necə alındığını, əlbəttə ki, oxucular qiymətləndirəcək. Amma bir şeyi deyə bilərəm ki, bu kitabı yazarkən bütün ruhumu, qəlbimi ora qoymuşam. "Neftçi"də keçirdiyim gənclik illəri, bu gün artıq veteran olan keçmiş futbolçular gözümün önündə canlanırdı. Necə alındığını oxucular deyəcək".

Boris Xetaqurov "50 il futbolda" kitabında xatirələrini bölüşüb

Boris Xetaqurov "50 il futbolda" kitabında xatirələrini bölüşüb.

"Report"un məlumatına görə, Azərbaycanın əməkdar həkimi bu barədə kitabın təqdimat mərasimində açıqlama verib.

O, tədbirə qatılan hər kəsə təşəkkürlərini çatdırıb:

"Uzun müddətdir ki, fəaliyyətim barədə kitab yazmaq istəyirdim. Keçmiş xatirələri burada bölüşmək qərarına gəldim. Bütün xatirələri qeyd etmişdim. Dostum Faiq Həsənovla birlikdə bu kitabı çap etmək qərarına gəldik. Bu barədə gənclər və idman naziri Fərid Qayıbova müraciət edəndə dərhal müsbət cavab aldıq və dəstək göstərdilər. Bir daha sizə təşəkkür edirəm. Bu, sizin dəstəyiniz sayəsində oldu".

O, daha böyük kütləyə çatması üçün kitabı iki dildə çap etdiklərini söyləyib:

"Futbol veteranlarına da təşəkkür edirəm. Onlar xatirələri yada salmaqda mənə kömək etdilər".

Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun "50 il futbolda" kitabının təqdimatı keçirilib

Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun "50 il futbolda" kitabının təqdimatı keçirilib.

"Report"un məlumatına görə, tədbir Azərbaycan İdman Akademiyasında baş tutub.

Təqdimat mərasimində gənclər və idman naziri Fərid Qayıbov, veteran futbolçular və digər şəxslər iştirak ediblər.

İlk olaraq Boris Xeqaqurovun 50 illik karyerası haqqında məlumat verilib və videoçarx təqdim olunub.

Fərid Qayıbov çıxış edərək tədbir iştirakçılarını salamlayıb.

O, Boris Xetaqurovun öz sahəsində peşəkar olduğunu deyib:

"Belə tədbirlər veteranlar və gənclər üçün çox vacibdir. Veteranların təcrübələrini bölüşməsi önəmlidir. Bu kitabda çox maraqlı hadisələr əks olunub. Boris müəllim vaxtı ilə buradakı veteran oyunçulara da dəstək olub. Hamısını yaxından tanıyır. "Neftçi" kimi komandada illərdir çalışmaq onun üçün şərəfdir. Boris Xetaqurov milli komandamızda da çalışıb. Onun haqqında çox danışa bilərəm. İndiki dönəmdə də bəzi həkimlərə məsləhətlərini verir. İdman həkimi deyəndə hamı Boris Xetaqurovu yada salır. Sizə təşəkkür edirəm".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova İdmançının həyatında həkimlərin rolunun böyük olduğunu söyləyib:

"Böyük idmanda zədələr qaçılmazdır. Boris müəllimə can sağlığı və uzun ömür arzulayıram. Gənc nəsil üçün nümunəsiniz".

Veteran futbolçu, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev Boris Xetaqurovun gəncliyini futbola həsr etdiyini vurğulayıb:

"Kitabın ərsəyə gəlməsində dəstək olduğu üçün Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. 90 yaşında növbəti kitabı təqdim etməyinizi arzulayıram".

Digər veteran futbolçu Nazim Süleymanov B.Xetaqurovla bağlı xatirələrini bölüşüb:

"O, "Neftçi" ilə birlikdə tarixi nailiyyətlərə imza atıb. Ondan çox şey öyrənmişəm. 2004-cü ildə də bir komandada işləmişik. Belə gözəl insanla birlikdə çalışdıq. Bu gün Azərbaycan futbolunda, idmanında əlamətdar gündür. O, öz təcrübəsini kitabda bölüşüb. Boris Xetaqurov haqqında çox danışmaq olar. Ölkə idmanında həkimlərin də böyük əməyi var. Sizi təbrik edirəm və can sağlığı arzu edirəm".

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov: "Güclü "Qarabağ" bizi daha sürətli inkişaf etməyə məcbur etdi"

Misli Premyer Liqasında "Qarabağ" güclü çıxış etməsəydi, "Sabah" asanlıqla çempion ola bilərdi, lakin böyük inkişaf baş verməzdi.

Bunu "Report"a açıqlamasında "Sabah"ıın prezidenti Maqsud Adıgözəlov deyib.

Klub prezidenti komandasının Azərbaycan Premyer Liqası tarixindəki ilk çempionluğundan danışıb:

"Biz çempion olacağımızı hər il gözləyirdik. Şükürlər olsun ki, bu ilə qismət oldu. Hansı sahədəyiksə, daim zirvədə olmaq istəmişik. Sadəcə, uğur qazanmağın vaxtı var. Birdən-birə zirvəyə qalxmaq mümkün deyil. Premyer Liqada iştirak etdiyimiz 8 ildə addım-addım zirvəyə yaxınlaşırdıq. Düşünürəm ki, qarşımızda bu cür güclü "Qarabağ" olmasaydı, klub olaraq gec inkişaf edərdik. Əsas rəqibimiz hər zaman fantastik nəticələrə imza atan "Qarabağ" olub. Çalışırdıq ki, onları arxada qoyaq və nəhayət, bu il alındı. Çempionatda güclü "Qarabağ" olmasaydı, bəlkə çempionluğu asanlıqla qazanardıq, amma bu qədər inkişaf olmazdı".

O, cari mövsüm avrokuboklarda uğurla çıxış etmək istədiklərini bildirib:

"Özümüz üçün ən yaxşı olanını istəyirik. Əlbəttə, istəyərik ki, Çempionlar Liqasının əsas mərhələsinə düşək. Amma burada amillər çoxdur. Baxmalıyıq ki, rəqiblərimiz kim olacaq. Uğur qazanan komandadan gözləntilər çox olur. Çalışacağıq ki, azarkeşlərimizin gözləntilərini qarşılayaq".

M.Adıgözəlov Azərbaycan Kubokunun "Zirə" ilə final oyunu barədə də fikirlərini bölüşüb:

"Bu mövsüm qızıl dubl edib-etməyəcəyimizi heç kim bilmir. Təbii ki, bunu bacarmağı çox istəyirik. Əlimizdən gələni edəcəyik, vuruşacağıq. "Zirə" də çox yaxşı komandadır. Əminəm ki, meydanda maraqlı futbola şahidlik edəcəyik".

"Real" azarkeşləri Mbappenin klubdan getməsi üçün 1 milyondan çox imza toplayıblar

"Real" azarkeşləri hücumçu Kilian Mbappenin İspaniya təmsilçisindən ayrılması tələbi ilə artıq 1 milyon 278 mindən çox imza toplayıblar.

"Report" ESPN-ə istinadən məlumat verir ki, fransalı forvardın klubu tərk etməsi üçün hazırlanan petisiya ("Mbappe Out") internetdə geniş yayılmaqdadır.

Azarkeşlər eyni zamanda futbolçunun qısamüddətli zədə dövründə İtaliyaya səfər etməsinə görə narazılıqlarını bildiriblər.

Mətbuatda yer alan xəbərlərə görə, hücumçunun intizam məsələləri ilə bağlı ciddi problemləri var. O, bir neçə dəfə komandanın tədbirlərinə gecikmə ilə gəlib və məşqlər zamanı klub əməkdaşlarına qarşı qeyri-etik davranış sərgiləyib.

Qeyd edək ki, Kilian Mbappe 2024-cü ildən "Real"ın heyətində çıxış edir.

<b>"Səbail"də üzlər gülür - <span style="color:#ff0000">Borclar ödənildi</span></b>

Birinci Liqanın debütantı "Səbail" ötən mövsüm Premyer Liqada çıxış edən komandanın üzvlərinə olan borclarını ödəyib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, əsas komandanın futbolçularının may ayından qalan maaşları bu gün hesaba köçürülüb.

Qeyd edək ki, Bayıl klubunun icraçı direktoru Firuz Abdulla bu ayın əvvəlində borcla bağlı xəbərimizi təsdiqləmişdi: "Doğrudur, bir ayın maaşı qalıb. Mövsümün son ayının - mayın maaşları ödənilməyib. Yaxın günlərdə borcumuzu ödəyəcəyik. Yeni mövsümün startına kimi borc bağlanacaq. Ödənişlə bağlı problem olmayacaq". 

Xatırladaq ki, 2017-ci ildən Premyer Liqada çıxış edən "Səbail" 8 ildən sonra I Liqaya yuvarlanıb.

Mirağa

<b>Azərbaycan millisi Niderlandla qarşılaşır</b>

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Ferhat Akcanın yetirmələri 2-ci tur çərçivəsində Niderland yığması ilə üz-üzə gələcək.

Türkiyənin İstanbul şəhərində təşkil olunan qrupdakı ilk matçında İsveçə uduzan (54:87) yığmanın bugünkü görüşü Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Avropa Çempionatı
B divizionu, 2-ci tur
22 avqust

21:30. Azərbaycan - Niderland 

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunlarını 24 avqustda Slovakiyaya, ayın 25-də isə Lüksemburqa qarşı keçirəcək.

<b>İkinci Liqanın debütantı yeni dizaynlı formalarını təqdim etdi - <span style="color:#ff0000">FOTOLAR</span></b>

İkinci Liqanın debütantı "Şirvan" çempionata təkcə komanda olaraq yox, klub kimi də ciddi hazırlaşır. Bölgə təmsilçisi dizaynı ilə fərqlənən yeni geyim dəstləri alıb. 

Klubun meneceri Emin Məmmədov forma barədə Fanat.Az-a məlumat çatdırıb:

"Artıq formaları almışıq. Həm də bütöv dəst əldə etmişik. Yəni futbolçular oyun geyimlərindən başqa, səfər dəsti, məşq üçün XB, "nakitka", "yağmurluq", qış kurtqası və sairlə təmin olunublar. Formanı bizim üçün "Djevo" şirkəti hazırlayıb. Dizaynı "Djevo" ilə mənim birgə təşəbbüsümlə hazırlanıb. Bu işlərlə özüm şəxsən maraqlanıram. 

Formanın üzərində sponsorlarımızın adı əks olunub. Ön tərəfində əsas sponsorumuz "Mister Tum"un, arxasında "Xızıroğlu təkər evi"nin. Geyim xərcinin 70 faizini "Mister Tum" çəkib, 30 faizini "Xızıroğlu təkər evi". Azarkeşlərimiz forma əldə etmək istəsələr, yəni sifariş alsaq, satış üçün köynəklər gətirə bilərik". 

Qeyd edək ki, "Şirvan" Region Liqasında ikincilik qazanaraq pley-off mərhələsində "Lerik"ə 3:2 hesabı ilə qalib gəlib 2-ci Liqaya vəsiqə əldə edib. Sözügedən komanda çempionatın ilk turunda "Şəmkir"lə qarşılaşacaq.

Mirağa

<span style="color:#ff0000">Əvəzedicilər Liqası:</span> 2-ci turun təyinatları bilindi

Əvəzedicilər Liqasında 2-ci turun təyinatları açıqlanıb. 

Fanat.Az turun üç günə sığacaq turda iş başında olacaq ədalət təmsilçilərinin adlarını təqdim edir: 

23 avqust (şənbə)

“Qarabağ-2” – “Sumqayıt-2”
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Kərim Zeynalov, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Binə qəsəbə stadionu, 17:00

“Neftçi-2” – “Şamaxı-2”
Hakimlər: İslam Məmmədov, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Neftçi Futbol Mərkəzi (IV meydança), 18:00

25 avqust (bazar ertəsi)

“Kəpəz-2” – “Turan Tovuz-2”
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Kamran Bayramov, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00

“Araz-Naxçıvan-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Zöhrab Abbasov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Binə qəsəbə stadionu, 17:00

26 avqust (çərşənbə axşamı)

“Qəbələ-2” – “Zirə-2”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 17:00

Futbolda yeni transfer rekordu qeydə alındı

Amerikanın "Orlando Pride" klubu qadın futbolunda rekord sayılan məbləğə transfer reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, sözügedən klub Lisbet Jaklin Ovalleni satın alıb.

Futbolçununun keçidi üçün "Tigres" 1,5 milyon dollar ödənilib ki, bu da yeni transfer rekordudur. 

Bundan əvvəlki rekord 1,3 milyon dollar ödənilən Olivia Smitə məxsus idi. Üçüncü yerdə isə 1,1 milyon dollarlıq transferlə Naomi Qirma qərarlaşıb. 

Qadın futbolunda bütün digər transferlər milyon dollardan aşağıdır.

"Sabah"ı udan klubun prezidenti rusların Rieraya təklif göndərdiyini açıqladı

Sloveniyanın "Sele" klubunun prezidenti Valeri Kolotilo komandanın baş məşqçisi Albert Rieeranın "Spartak"a mümkün transferindən danışıb.

Fanat.Az xəbər verir ki, "Çempionat" klub funksionerinin dediklərini belə çatdırıb:

"Bu, kommersiya məsələsidir. Futbolçu və ya məşqçi başqa komandaya keçmək istəyəndə, ona üç-dörd qat yüksək maaş təklif olunanda onu saxlamaq çətindir. Albertə gəlincə, o özü də "Sele"ni tərk etmək istəmir. Komanda hazırda yaxşı formadadır və hər şey saat mexanizmi kimi işləyir. Bu, onlara uğur qazanmağa imkan verir və Albert getdikcə daha çox qazanmaq istəyir. Amma sabah öz imkanlarına görə “Spartak”ın da aid olduğu Avropa nəhəngləri gəlib yaxşı pul təklif etsələr, onu saxlamaq bizim üçün çətin olacaq”.

Qeyd edək ki, 43 yaşlı ispaniyalının rəhbərliyi altında "Sele" ötən mövsüm Sloveniya kubokunun qalibi olub. Sözügedən komanda bu yay UEFA Avropa Liqasında Azərbaycan təmsilçisi "Sabah"ı mübarizədən kənarlaşdırıb (2:3, 3:3-əlavə vaxtda).

"Yuventus"un futbolçusu İngiltərə Premyer Liqasında

“Yuventus”un futbolçusu Duqlas Luis karyerasını İngiltərədə davam etdirəcək.

Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi "Nottingem Forest"ə keçib.

Keçidi İngiltərə klubunun rəsmi saytı yayıb. 27 yaşlı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalanıb. 

Duqlas ötən mövsüm A Seriyasında 19 oyun keçirib, lakin qol vurmayıb.

Qeyd edək ki, Duqlas Luis ötən yay “Aston Villa”dan “Yuventus”a transfer olub. 

"Mançester Siti" Kallumu Hollivud ulduzunun klubuna satdı - <span style="color:#ff0000">RƏSMİ</span>

"Mançester Siti" mərkəz müdafiəçisi Kallum Doylu "Reksem"ə satmağa razılaşıb.

Fanat.Az xəbər verir ki, məlumatı Çempionşip klubunun rəsmi saytı yayıb.

Hollivud ulduzu Rayan Reynoldsa məxsus olan klub futbolçu ilə 2029-cu ilin yayına qədər müddətə müqavilə imzalayıb. "Reksem" "şəhərlilər"ə bu keçir üçün 5 milyon funt-sterlinq ödəyib. 21 yaşlı futbolçu üçün bonusla bağlı şərtlər yerinə yetirilərsə, bu rəqəm 7,5 milyon funt-sterlinqə yüksələ bilər.

Müqavilədə futbolçunun müqaviləsini geri almaq imkanı da var. Futbolçu gələcəkdə satılacağı təqdirdə, "Mançester Siti" transfer haqqının 25 faizini alacaq.

Kallum Doyl "Mançester Siti"nin akademiyasının yetirməsidir, lakin hələ də əsas komandada meydana çıxmayıb. Bununla belə, müdafiəçinin artıq "Reksem"in yüksəldiyi Çempionşipdə 100-dən çox oyun təcrübəsi var. Doyl daha əvvəl "Koventri", "Sanderlend", "Norviç" və "Lester"də icarə əsasında çıxış edib.

Əliyar Ağayev "Fiorentina"nın hücumçusunu meydandan qovdu - <span style="color:#ff0000">VİDEO</span>

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasında ilk pley-off matçında iş başında olub. 

Fanat.Az xəbər verir ki, həmyerlimiz "Polesye" (Ukrayna) - "Fiorentina" (İtaliya) matçını idarə edib.

Slovakiyanın Preşov şəhərində keçirilən oyun florensiyalıların böyük hesablı (3:0) qələbəsi ilə yekunlaşıb. Ağayev oyunun 44-cü dəqiqəsində “Fiorentina”nın hücumçusu Moyze Kini meydandan qovub. Buna onun rəqibinə dirsək zərbəsi endirməsi şərait yaradıb. O, futbolçuya birbaşa qırmızı vərəqə göstərib. Bundan sonra daha bir qol vuran İtaliya təmsilçisi hesabı darmadağın həddinə çatdırıb. 

Əliyar ümumilikdə oyun ərzində 3 vərəqəyə əl atıb. "Qırmızı"dan başqa, hər komandanın bir üzvünə sarı vərəqə göstərilib.

 

<b><span style="color:#ff0000">MPL:</span> "Neftçi" debütanta qarşı, "Qarabağ" ilk oyununa çıxır - <span style="color:#ff0000">YENİLƏNİR</span></b>

Bu gün Misli Premyer Liqasında 2-ci tur start götürəcək.

Fanat.Az xəbər verir ki, dörd günü əhatə edəcək turun açılış günündə 2 görüş baş tutacaq. 

Əvvəlcə "İmişli" Şamaxı şəhər stadionunda "Neftçi"ni qəbul edəcək. Baş hakim Rauf Cabarovun idarə edəcəyi görüş 17:00-da start götürəcək. Hər iki komanda Premyer Liqaya xal itkisi ilə başlayıb. "İmişli" "Turan Tovuz"la oyunda son saniyələrdə qol buraxaraq uduzubsa, "Neftçi" "Şamaxı" ilə heç-heçəyə (1:1) razılaşıb.

Günün digər qarşılaşmasında isə son ölkə çempionu "Qarabağ"la "Sumqayıt" komandaları üz-üzə gələcək. Mövsümün ilk oyununa (ilk turda "Sabah"la görüş təxirə salınıb) çıxacaq ağdamlılardan fərqli olaraq, "gənclik şəhəri" təmsilçisi ilk turda "Kəpəz"i böyük hesabla (3:0) üstələyərək çempionata uğurlu start verib. "Azersun Arena"da baş tutacaq Cavid Cəlilov idarə edəcək. Oyun 19:30-da başlanacaq

Qeyd edək ki, 2-ci turun digər matçları 23-25 avqust tarixlərində keçiriləcək.

Misli Premyer Liqası
1-ci dövrə, 2-ci tur
22 avqust

17:00. “İmişli” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə, Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu

19:30. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı, Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Azersun Arena”

<b><span style="color:#ff0000">AL: </span>Türkiyə təmsilçiləri üçün uğursuz gecə</b>

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsi start götürüb. 

Fanat.Az xəbər verir ki, mərhələnin ilk oyunlarının hamısı bir günə sığıb. 

12 pley-off görüşündən birincisi Danimarkada, sonuncusu Cəbəllüttariqdə keçirilib.

Türkiyəni təmsil edən "Başakşehir" və "Samsunspor" meydandan məğlub ayrılıblar.

 Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri avqustun 28-də baş tutacaq.

UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust

Midtyüllann (Danimarka) – KuPS (Finlandiya) 4:0
Brann (Norveç) – AEK (Kipr) 2;1
Malmö (İsveç) – Siqma (Çexiya) 3:0
Makkabi Tel-Aviv (İsrail) – Dinamo Kiyev (Ukrayna) 3:1
Panatinaikos (Yunanıstan) – Samsunspor (Türkiyə) 2:1
Şkendiya (Şimali İrlandiya) – Ludoqorets (Bolqarıstan) 2:1
Zrinski (Bosniya və Herseqovina) – Utrext (Niderland) 0:2
Slovan (Slovakiya) – Yanq Boyz (İsveçrə) 0:1
Lex (Polşa) – Genk (Belçika) 1:5
Aberdin (Şotlandiya) – FKSB (Rumıniya) 2:2
Riyeka (Xorvatiya) – PAOK (Yunanıstan) 1:0
Linkoln (Cəbəllüttariq) – Braqa (Portuqaliya) 0:4

"Benfika"nın prezidenti Kerem Aktürkoğlu ilə bağlı qərarını verdi

Kerem Aktürkoğlunun gələcəyinə aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, “Benfika”nın prezidenti türk forvardın klubu tərk etməsinə icazə verməyib.

Bu səbəbdən dünən Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Fənərbağça" “Benfika” (0:0) meydana əsas heyətdə çıxıb.

Bu barədə məlumatı "Record" nəşri yayıb.

“Benfika” rəhbərliyi transfer məsələsində sərt mövqe sərgiləyib və gənc futbolçunun klubdan ayrılmasına icazə verməyib. Bu isə həm klubun, həm də futbolçunun maraqlarını qorumaq məqsədi daşıyır.

Kamil Xudiyev

❌