Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşı: "Könüllülük fəaliyyəti karyerama böyük töhfə verib"
Könüllülük fəaliyyəti Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşı Röya Fərəcovanın karyerasına böyük töhfə verib.
"Report"un məlumatına görə, "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sabiq könüllüsü bunu jurnalistlərə açıqlamasında deyib.
O, 2024-cü ildə " Formula 1" yarışında könüllü kimi fəaliyyətə başladığını bildirib:
"Könüllülük fəaliyyətim boyunca komanda ilə işləmək, insanlarla daha yaxından ünsiyyət qurmaq və tədbir zamanı yaranan situasiyalara operativ yanaşmaq bacarıqlarımı inkişaf etdirdim. Bu təcrübə hazırda Bakı Şəhər Halqası Əməliyyat Şirkətində əməkdaş kimi fəaliyyət göstərməyimə böyük töhfə verib. Bununla yanaşı, digər beynəlxalq tədbirlərdə də fəaliyyətimi davam etdirmişəm və bu sahəyə olan marağım daha da artıb. Hazırda "Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilinə töhfə verirəm və proqrama qoşulan bütün könüllülərə uğurlar arzu edirəm".
Xatırladaq ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakıda baş tutacaq.
