Normal görünüm

Dünden önceki gün alınanlar Azerbaycanca Haberler

Yaponiyada 5,9 maqnitudalı zəlzələ olub

Yaponiyanın İbaraki prefekturasında 5,9 maqnitudalı zəlzələ baş verib.Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Məlumata görə, zəlzələ yerli vaxtla gecə saatlarında qeydə alınıb və Kanto regionunda, o cümlədən Tokioda güclü hiss olunub. Zəlzələ nəticəsində ölən və ya xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib....

İsrail Ordusu Qəzzada HƏMAS-ın bölük komandirini zərərsizləşdirib

İsrail Müdafiə Ordusu (IDF) Qəzza zolağının mərkəzində HƏMAS-ın “Deyr əl-Bəlah” batalyonunun bölük komandiri Şərif əl-Həsənatın öldürüldüyünü bildirib.Bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb. Məlumata görə, zərbə Deyr əl-Bəlah şəhərində endirilib. IDF bildirib ki, əl-Həsənat İsrail hərbçiləri üçün “birbaşa təhlükə”...

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb

İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb. İndoneziya mediası xəbər verir ki, bunu ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinin nümayəndəsi Berton Pancaitan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, zəlzələ nəticəsində 1 298 nəfər xəsarət al...

Almaniya XİN başçısı Kiyevdə səfərdədir

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynanın müstəqilliyinin 35-ci ildönümü ərəfəsində Kiyevə səfər edib.Bu barədə Vadeful "X" sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, səfər zamanı Ukraynanın qarşıdakı qışa hazırlığı və ölkəyə gələcək dəstəyin göstərilməsi əsas müzakirə mövzuları olacaq. Almaniya Xarici İşlər Na...

Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib

Rusiya qoşunlarının Kiyevin Darnitsa rayonundakı dəmir yolu müəssisəsinə endirdiyi ballistik zərbə nəticəsində bir əməkdaş həlak olub.Bunu "Ukrzaliznitsya" SC-nin İdarə Heyətinin sədri Aleksandr Pertsovski "Facebook" səhifəsində bildirib. Onun sözlərinə görə, zərbə Darnitsa rayonundakı dəmir yolu müəssisələrindən birinə endir...

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 329-a çatıb

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 329-a çatıb, 247 nəfər itkin düşüb.Bu barədə Təbii Fəlakət Risklərinin İdarəedilməsi Xidməti (UNGRD) "X" sosial şəbəkəsində məlumat yayıb. Məlumata görə, zəlzələ nəticəsində 4 600 nəfər yaralanıb, 364 nəfər xilas edilib. Bundan başqa, xilasedicilər 1 200-dən çox heyvanı ...

Xorvatiyada təyyarə qəzasında iki nəfər ölüb

Xorvatiyanın Zadar şəhəri yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.Bu barədə Xorvatiya polisi məlumat yayıb. Məlumata görə, Çexiyadan havaya qalxan təyyarə ilə əlaqə kəsildikdən sonra axtarış əməliyyatına başlanılıb. Polisin məlumatına görə, axtarışlar nəticəsində hava gəmisinin qalıqları və iki nəf...

Tramp Hörmüz boğazını Amerika ərazisi adlandırıb

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını hazırda ABŞ ərazisi hesab etdiyini bildirib. Tramp bu barədə Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı deyib. "İran sövdələşmə bağlamağı çox istəyir. Biz isə belə bir razılaşma istəyib-istəmədiyimizi belə bilmirik. Çünki mən hazırda Hörmüz boğazını Amerika ərazisi hesab edirəm. Bu...

İndoneziyada zəlzələ olub

İndoneziyanın Yava adası sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri 125 mindən çox insanın yaşadığı Ranqkasbitunq şəhərindən 232 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat...

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukraynadakı vəziyyəti müzakirə etmək üçün iclas keçirəcək. BMT-nin Təhlükəsizlik Şurasının rəsmi saytında yayılan məlumata görə, iclasın gündəliyinə “Ukraynada sülh və təhlükəsizliyin qorunması” məsələsi daxil edilib. İclasın Bakı vaxtı ilə saat 23:00-da başlanması planlaşdırılır. İclasın...

Sürücü hesablarını blokladığına görə "Uber"i 825 milyon avro cərimə gözləyir

Niderlandın Məlumatların Mühafizəsi İdarəsi Avropanın məlumatların mühafizəsi qaydalarını pozduğuna görə "Uber"i 825 milyon avro (966 milyon dollar) cərimələmək qərarına gəlib.Bu barədə "Reuters" məlumat yayıb. Qeyd olunub ki, şirkət bu barədə onlara kifayət qədər məlumat vermədən avtomatik sistemlərin köməyi ilə sürücü hesab...

Türkiyədə mədəndə uçqun olub, ölən və xəsarət alanlar var

Türkiyənin Ankara vilayətində yerləşən mədənlərdən birində uçqun baş verib.Bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində bir işçi ölüb, 8 nəfər yaralanıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb....

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

Çin Böyük Britaniyanın Rusiyaya qarşı son sanksiyalar paketi çərçivəsində bəzi Çin şirkətlərinə tətbiq etdiyi məhdudiyyətlərə etiraz edib.Bu barədə Çinin Böyük Britaniyadakı səfirliyi bəyanat yayıb. Bildirilib ki, Pekin beynəlxalq hüquqa əsaslanmayan və Çin şirkətlərinin qanuni maraqlarına zərər vurduğunu hesab etdiyi birtərəfli sanksi...

Ukrayna ordusuna aid hərbi təyyarə qəzaya uğrayıb, hər iki ekipaj üzvü həlak olub

Ukraynanın Xmelnitski vilayətində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24M cəbhə bombardmançı təyyarəsi qəzaya uğrayıb, ekipajın hər iki üzvü həlak olub. Bu barədə Hərbi Hava Qüvvələrinin bəyanatında bildirilib. Məlumata görə, hadisə iyunun 16-da yerli vaxtla saat 19:00 radələrində baş verib. Pyotr Franko adına 7-ci Taktiki Aviasiya Briqadas...

Rusiya 103 Kanada vətəndaşına ölkəyə girişi qadağan edir

Rusiya Kanada tərəfindən tətbiq edilmiş sanksiyalara cavab olaraq bu ölkənin 103 vətəndaşının, o cümlədən nazirlər və parlament üzvlərinin ölkəyə girişinə daimi qadağa qoyub.Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin bəyanatında bildirilir ki, qərar Kanada hökumətinin Rusiyaya qarşı sanksiyalarına cavab tədbiri kimi qəbul ...

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

SAMP/T Avropa hava və raketdən müdafiə sistemi İtaliyadan Türkiyəyə köçürüləcək.Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qərar NATO-nun daimi müdafiə planı çərçivəsində qəbul olunub. Məlumata əsasən, SAMP/T sistemi Alyansın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məqsədilə Türkiyə Hərbi Hava Qüvvələ...

Ermənistan Baş Prokurorluğu Robert Köçəryana qarşı cinayət təqibi üçün MSK-ya müraciət edib

Ermənistanın Baş Prokurorluğu ölkənin keçmiş prezidenti və "Ermənistan" blokunun lideri Robert Köçəryana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi üçün Mərkəzi Seçki Komitəsinə müraciət edib. Ermənistan KİV-i xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komitəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, deputatlığa...

Hakan Fidan: Azərbaycan-Ermənistan sülh prosesini Lavrovla müzakirə etdik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdə Cənubi Qafqazdakı vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdiyini açıqlayıb. Fidan Moskvada keçirilən mətbuat konfransında deyib ki, tərəflər regiondakı vəziyyət ətrafında ətraflı fikir mübadiləsi aparıblar. &ldq...

ABŞ prokurorluğu Maduro işi üzrə məhkəmənin iyulun sonunadək təxirə salınmasını istəyib

ABŞ federal prokurorluğu Venesuelanın keçmiş prezidenti kimi təqdim olunan Nikolas Maduro və həyat yoldaşı Siliya Floreslə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclasının təxirə salınması üçün məhkəməyə müraciət edib. Nyu-Yorkun Cənub Dairəsi üzrə ABŞ prokuroru Cey Kleytonun imzaladığı sənədə əsasən, ittiham tərəfi müdafiə tərəfinin razılığı il...

KİV: Tramp hər gün İrana zərbələrə dair videolara baxır

ABŞ hərbçiləri hər gün ölkə Prezidenti Donald Tramp üçün əvvəlki 48 saat ərzində İranda hədəflərə endirilən ən uğurlu zərbələrin videoçarxını hazırlayırlar. Bu barədə "NBC News" telekanalı mənbələrə istinadən xəbər verir. Mənbələrin məlumatına görə, gündəlik videoçarx adətən təxminən iki dəqiqə davam edir. Videoçarxdan əlavə, D.Tram...

Mirzoyan: İrəvanın məqsədi Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır

Hazırkı gərgin regional mühitdə Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Məclisin iclasında bildirib. O, vurğulayıb ki, sülh hər iki tərəf üçün faydalı olduğu müddətcə qorunub saxlanıla bilər. Onun sözlərinə görə, İrəvanın məqsədi uzunmüddətli sül...

Aİ Ukraynaya qarşı təcavüz üzrə xüsusi tribunalın təsisçisi olacaq

Avropa Komissiyası Rusiya təcavüzü ilə əlaqədar olaraq Avropa İttifaqının (Aİ) Ukrayna üzrə xüsusi tribunala ("Special Tribunal for the Crime of Aggression against Ukraine") təsisçi qismində qoşulması prosesinə təşəbbüs edib. Bu barədə  Avropa Komissiyası xəbər verir. Məlumatda bildirilib ki, bu qərar üzv dövlətlər tə...

Danimarkanın Baş naziri istefa verdi

Danimarkanın Baş naziri Mette Frederiksen istefa verib.  Baş nazir ölkənin kralı X Frederiklə görüşdən sonra bu qərara gəlib.  Parlament seçkilərindən sonra Baş nazirin istefa verməsi adi prosedur sayılır. Çünki bununla yeni hökumətin formalaşdırılması prosesi başlayır. Qeyd edək ki, Mette Frederiksen 2019-cu ildən Danimarka...

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 88 nəfər saxlanılıb

Türkiyənin 24 vilayətində həyata keçirilən əməliyyatlar nəticəsində İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsi ilə əlaqədə şübhəli bilinən 88 nəfər saxlanılıb. Bununla bağlı Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Müəyyən edilib ki, şübhəlilər terror təşkilatı ilə əlaqəli şəxslər və qondarma yardım qurumları vasitəsilə şəbəkəyə...

Netanyahu təhlükəsizlik kabinetinin iclasını keçirəcək

İsrailin Baş naziri Benyamin Netanyahu bu gün axşam məhdud sayda müşavirlərlə təhlükəsizlik məsələlərinə dair iclas keçirəcək, daha sonra isə təhlükəsizlik kabinetini çağıracaq. Bu barədə "The Times of Israel" məlumat yayıb. Nəşr baş nazirin ofisinə istinadən qeyd edib ki, kabinetin iclası "bütün əməliyyatlar teatrına&quot...

İran İsrailə yeni raket zərbələri endirməyə başlayıb

İran növbəti dəfə İsrailə raketlər atıb. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. "İsrail Müdafiə Qüvvələri (SAXAL) İrandan İsrail ərazisinə doğru atılan raketləri aşkarlayıb. Müdafiə sistemləri təhdidlərin qarşısını almaq üçün çalışır", - açıqlamada deyilir. İsrail hərbçiləri İrandan raket atışının təxminən bir ...

Rusiya Azərbaycan vasitəsilə İrana humanitar yardım göndərir

Sabah Bakıdakı “Abşeron” dəmiryolu stansiyasına çatdırılacaq Rusiyanın Fövqəladə Hallar Nazirliyinin humanitar yardımı İran tərəfinə təhvil veriləcək. Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Məlumata görə, yardım 300 tondan çox dərman vasitələrindən ibarətdir. Təhvil alınacaq humanitar yardım yük maşınları vasi...

Aİ Ermənistana hibrid təhdidlərə qarşı xüsusi çevik reaksiya qrupu göndərəcək

Avropa İttifaqının üzv ölkələrinin xarici işlər nazirləri Ermənistana hibrid təhdidlərə qarşı xüsusi çevik reaksiya qrupunun göndərilməsinə razılıq veriblər. Bu barədə "Azadlıq Radiosu"nun Ermənistan xidməti Brüssel mənbələrinə istinadən məlumat yayıb. Missiyanın bəyanatında qeyd olunur ki, Ermənistan intensiv hibrid fəaliyyət...

İran XİN: İran ABŞ-la heç bir danışıqlar aparmır

İran ABŞ-la danışıqlar aparıldığı barədə yayılan məlumatları təkzib edib. Bunu İranın xarici işlər nazirliyinin sözçüsü İsmayıl Baqai “India Today” xəbər agentliyinə verdiyi müsahibəsində bildirib. “İran ilə ABŞ arasında heç bir danışıqlar yoxdur və İran əleyhinə başlanan qanunsuz müharibədən ötən 25 gün ərzində də bel...

İsrail Livanda Hizbullah mövqelərinə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda "Hizbullah"ın infrastrukturuna silsilə hücumlara başlayıb.Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, zərbələr İsrail Müdafiə Qüvvələrinin Ayta əl-Cəbəl, Taybe və Tayr-Debba bölgələrində təxliyə elan etdikdən sonra endirilib....

Nensi Pelosi Konqresdən getdiyini açıqlayıb

ABŞ-ın Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi Konqresdəki siyasi karyerasını bitirmək qərarına gəlib.Bu barədə Pelosi özü bildirib. “Mən Konqresə yenidən seçilmək niyyətində deyiləm. San-Fransisko, gücünü tanı. Biz tarix yazmışıq. Biz irəliləyişə nail olmuşuq. Biz həmişə ən ön sıralarda getmişik”, – Pelosi videomür...

Bakıda qəzalı tarixi əhəmiyyətli binalara kim sahib çıxmalıdır?– ARAŞDIRMA

Zahidə Əzizova uzun illərdir Bakının Bayır şəhər adlanan ərazisində yaşayır. Onun yaşadığı bina dediyinə görə, tarixi abidə olaraq Mədəniyyət Nazirliyinin reyestrinə daxil edilib. Amma buna baxmayaraq İcra hakimiyyəti binanın sökülməsinə qərar verib. "Bayır şəhərdə 140-dan çox ölkə və şəhər əhəmiyyətli abidələr var. Onları sökmək cinayətd...

Rusiyada mer istefa verib

Ryazan meri Vitali Artemov istefa verib. Bu  barədə Rusiya mətbuatı məlumat dərc edib.  "Həyat davam edir və səhifəni vərəqləmək vaxtıdır. Mən çətin qərar verdim. Öz xahişimlə Ryazan administrasiyasının rəhbəri vəzifəsindən istefa verirəm", - KİV Artemovdan sitat gətirib. ...

Serj Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyulub. Bu barədə Sarkisyanın tərəfdarlarından olan Armen Aşotyan bildirib. Onun sözlərinə görə, sabiq prezidentə yeni ittiham irəli sürülüb. Vəkil Amram Makinyan isə bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistan Respublikasının üçüncü prezidenti Serj...

Mahmud Abbas Roma Papası ilə görüşüb

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Vatikana səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşüb. Tərəflər  Qəzzadakı mülki əhaliyə yardım göstərilməsinin yollarını müzakirə ediblər. O cümlədən, Fələstin-İsrail münaqişəsinin iki dövlətli həll yolu ilə nəticələnməsinin zərurəti vurğulanıb. Mahmud Abbasın sabah İtaliy...

Gürcüstanda Saakaşvili və daha 7 müxalifət liderinə cinayət işi açılıb

Gürcüstanda sabiq prezident Mixeil Saakaşvili, müxalifət liderləri - Giorgi Vaşadze, Nika Qvramiya, Nika Meliya, Zurab Caparidze, Elene Xoştariya, Mamuka Xazradze və Badri Caparidzeyə qarşı cinayət işi açılıb. Bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, həmin şəxslər Gürcüstan...

"Bayern Münhen" yarımmüdafiəçisini satdı - <span style="color:#ff0000">RƏSMİ</span>

"Bayern Münhen"in yarımmüdafiəçisi Pol Vanner kareyrasını Niderlandda davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 19 yaşlı futbolçu PSV-yə transfer olunub. 

Gənc orta xətt oyunçusu 5 illik müqaviləyə imza atıb. Məlumatı Amsterdam təmsilçisinin mətbuat xidməti yayıb.

PSV transfer məbləğini açıqlamasa da, yerli mətbuat bu keçidin 15 milyon avroya başa gəldiyi bildirilib.

Qeyd edək ki, sözügedən futbolçu ötən mövsüm icarə əsasında “Haydenhaym”da (Almaniya) çıxış edib. Bu klubun forması ilə 41 matçda iş başında olan Vanner 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Futbolda yeni transfer rekordu qeydə alındı

Amerikanın "Orlando Pride" klubu qadın futbolunda rekord sayılan məbləğə transfer reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, sözügedən klub Lisbet Jaklin Ovalleni satın alıb.

Futbolçununun keçidi üçün "Tigres" 1,5 milyon dollar ödənilib ki, bu da yeni transfer rekordudur. 

Bundan əvvəlki rekord 1,3 milyon dollar ödənilən Olivia Smitə məxsus idi. Üçüncü yerdə isə 1,1 milyon dollarlıq transferlə Naomi Qirma qərarlaşıb. 

Qadın futbolunda bütün digər transferlər milyon dollardan aşağıdır.

"Mən onun geri qayıtmasını qəbul etməzdim" - <span style="color:#ff0000">Runi İsakı qınadı</span>

İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi "Liverpul"a satılmadığı üçün "Nyukasl" forması ilə matça çıxmaqdan imtina edən Aleksander İsakın davranışını şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini BBC belə çatdırıb:

"Mənə görə, İsakın "Nyukasl"a qayıtması mümkün deyil. Əlbəttə, bəzən buna göz yumurlar, amma mən onun geri dönməsini qəbul etməzdim. Hə, oyunçu başqa kluba transfer olunmasını xahiş edə bilər. Bu, normaldır. Lakin hər şey peşəkar yanaşmaq lazımdır.

Sənin komandada bir yerdə oynadığın dostların, dəstək üçün pul xərcləyən azarkeşlər var. Belə ayrılmaq cəhdini anlamıram. Oyunçu bunu bir dəfə edibsə, yenə təkrarlayacaq".

Xatırladaq ki, daha öncə İsak "sağsağanlar"ın onun "Liverpul"a transferi ilə bağlı vədlərinə xilaf çıxdıqlarını açıqlayıb. 

Nihat

"Sabah"ı udan klubun prezidenti rusların Rieraya təklif göndərdiyini açıqladı

Sloveniyanın "Sele" klubunun prezidenti Valeri Kolotilo komandanın baş məşqçisi Albert Rieeranın "Spartak"a mümkün transferindən danışıb.

Fanat.Az xəbər verir ki, "Çempionat" klub funksionerinin dediklərini belə çatdırıb:

"Bu, kommersiya məsələsidir. Futbolçu və ya məşqçi başqa komandaya keçmək istəyəndə, ona üç-dörd qat yüksək maaş təklif olunanda onu saxlamaq çətindir. Albertə gəlincə, o özü də "Sele"ni tərk etmək istəmir. Komanda hazırda yaxşı formadadır və hər şey saat mexanizmi kimi işləyir. Bu, onlara uğur qazanmağa imkan verir və Albert getdikcə daha çox qazanmaq istəyir. Amma sabah öz imkanlarına görə “Spartak”ın da aid olduğu Avropa nəhəngləri gəlib yaxşı pul təklif etsələr, onu saxlamaq bizim üçün çətin olacaq”.

Qeyd edək ki, 43 yaşlı ispaniyalının rəhbərliyi altında "Sele" ötən mövsüm Sloveniya kubokunun qalibi olub. Sözügedən komanda bu yay UEFA Avropa Liqasında Azərbaycan təmsilçisi "Sabah"ı mübarizədən kənarlaşdırıb (2:3, 3:3-əlavə vaxtda).

"Yuventus"un futbolçusu İngiltərə Premyer Liqasında

“Yuventus”un futbolçusu Duqlas Luis karyerasını İngiltərədə davam etdirəcək.

Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi "Nottingem Forest"ə keçib.

Keçidi İngiltərə klubunun rəsmi saytı yayıb. 27 yaşlı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalanıb. 

Duqlas ötən mövsüm A Seriyasında 19 oyun keçirib, lakin qol vurmayıb.

Qeyd edək ki, Duqlas Luis ötən yay “Aston Villa”dan “Yuventus”a transfer olub. 

"Mançester Siti" Kallumu Hollivud ulduzunun klubuna satdı - <span style="color:#ff0000">RƏSMİ</span>

"Mançester Siti" mərkəz müdafiəçisi Kallum Doylu "Reksem"ə satmağa razılaşıb.

Fanat.Az xəbər verir ki, məlumatı Çempionşip klubunun rəsmi saytı yayıb.

Hollivud ulduzu Rayan Reynoldsa məxsus olan klub futbolçu ilə 2029-cu ilin yayına qədər müddətə müqavilə imzalayıb. "Reksem" "şəhərlilər"ə bu keçir üçün 5 milyon funt-sterlinq ödəyib. 21 yaşlı futbolçu üçün bonusla bağlı şərtlər yerinə yetirilərsə, bu rəqəm 7,5 milyon funt-sterlinqə yüksələ bilər.

Müqavilədə futbolçunun müqaviləsini geri almaq imkanı da var. Futbolçu gələcəkdə satılacağı təqdirdə, "Mançester Siti" transfer haqqının 25 faizini alacaq.

Kallum Doyl "Mançester Siti"nin akademiyasının yetirməsidir, lakin hələ də əsas komandada meydana çıxmayıb. Bununla belə, müdafiəçinin artıq "Reksem"in yüksəldiyi Çempionşipdə 100-dən çox oyun təcrübəsi var. Doyl daha əvvəl "Koventri", "Sanderlend", "Norviç" və "Lester"də icarə əsasında çıxış edib.

"Benfika"nın prezidenti Kerem Aktürkoğlu ilə bağlı qərarını verdi

Kerem Aktürkoğlunun gələcəyinə aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, “Benfika”nın prezidenti türk forvardın klubu tərk etməsinə icazə verməyib.

Bu səbəbdən dünən Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Fənərbağça" “Benfika” (0:0) meydana əsas heyətdə çıxıb.

Bu barədə məlumatı "Record" nəşri yayıb.

“Benfika” rəhbərliyi transfer məsələsində sərt mövqe sərgiləyib və gənc futbolçunun klubdan ayrılmasına icazə verməyib. Bu isə həm klubun, həm də futbolçunun maraqlarını qorumaq məqsədi daşıyır.

Kamil Xudiyev

Britaniya altı ədəd zenit-raket kompleksi alacaq

  Böyük Britaniya 118 milyon funt sterlinq dəyərində “Land Ceptor” zenit-raket komplekslərini (ZRK) alır. Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. "Bu gün Müdafiə Nazirliyi altı yeni “Land Ceptor” zenit-raket kompleksi əldə etməklə Böyük Britaniyanın hava hücumundan müdafiəs...

Qəzzada ilk dəfə rəsmən aclıq elan edilib

Qəzzada ilk dəfə rəsmi  olaraq aclıq elan edilib. Bu barədə  BBC məlumat yayıb. Məlumata görə, kəskin ərzaq çatışmazlığı şkalasının ən yüksək səviyyəsinə çatılıb Bəyanatda sentyabrın sonunadək Qəzzada vəziyyətin "fəlakətli" olacağı bildirilir. Son 24 saat ərzində Qəzzada 19 nəfər, o cümlədən uşaqlar aclıqdan həyatını it...

Apple bütün iPhone 17 modellərinin istehsalını Hindistana keçirib

Apple iPhone 17 seriyasının dörd modeli, o cümlədən Pro versiyaları, növbəti ay baş tutacaq təqdimatdan əvvəl Hindistanda istehsal etmək qərarına gəlib. Bu barədə Bloomberg məlumat verib.  İstehsal beş yerli zavodda , o cümlədən Tamillnad ştatının Hosur şəhərində Tata Group-a məxsus yeni zavod və Banqalore hava limanına yaxın Foxconn zavodu...

Paşinyan Ter-Petrosyanın tənqidlərinə cavab verib

 Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Levon Ter-Petrosyanın tənqidlərinə cavab verib. Ter-Petrosyan onu daxili siyasi vəziyyəti gərginləşdirməkdə və cəmiyyəti parçalamaqda ittiham etmişdi. Sosial şəbəkələrdə yazan Paşinyan Ter-Petrosyanı “sakitləşməyə və ölkədə qurulmuş sakit həyatdan zövq almağa” ç...

❌