Normal görünüm

Dünden önceki gün alınanlar Azerbaycanca Haberler

Bakıda bal yarmarkası keçiriləcək

Bakıda Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin və “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 26-cı Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Banker.az nazirliyə istinadən xəbər verir ki, yarmarkada iştirak üçün qeydiyyat 7 sentyabr saat 11:00-dan 9 sentyabr saat 23:59-a qədər bal.kendden.az portalı üzərindən onlayn qaydada həyata keçiriləcək. Qeydiyyat yalnız Elektron […]

Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından  verilən xəbərə görə, həmin an “payız bərabərliyi” adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam […]

Sabah 35 dərəcə isti olacaq

Sabah hava necə olacaq? Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə […]

İlham Əliyev və Tramp arasında telefon danışığı olub

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Bu barədə Azərrbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub, Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin […]

“Əməyin Mühafizəsi Mərkəzi”nin inzibati binası 1.2 milyon manata təmir ediləcək

“Əməyin Mühafizəsi Mərkəzi” inzibati binasının əsaslı təmiri üçün 1.2 milyon manata yaxın satınalma elan edib. Banker.az  xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi (PHŞ) inzibati binasının əsaslı təmiri işlərinin satınalınması ilə bağlı tender müsabiqəsi elan edib. Satınalan təşkilat bu layihə üçün ehtimal olunan qiyməti 1 198 […]

Hərbçilərə maaşdan əlavə hansı ödənişlər verilir? – Siyahı

Azərbaycanda hərbi qulluqçulara aylıq maaşlardan əlavə müxtəlif pul təminatı növləri verilir. Bu əlavələr 1992-ci il yanvarın 1-də müəyyən edilmiş faiz miqdarı normaları məbləğində hesablanır. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən aşağıdakı pul təminatı növləri təsdiq […]

Gömrükdə yığılan cərimələrin istifadəsində yenilik

Gömrük işi sahəsində əldə edilən vəsait, cərimə və ödənişlərin istifadəsi qaydalarında dəyişiklik edilib. Bu, Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Belə ki, gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə […]

Yağış intensivləşəcək, subasma gözlənilir – Sabahın havası

Martın 28-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın […]

İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlət başçısını qarşılayıb. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb. Sonra dövlət başçısı səfirlə söhbət edib. Prezident İlham Əliyev Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və […]

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəblərinin araşdırılması üzrə birgə işçi qrupunun ilk iclası keçiriləcək

Astana şəhərində keçiriləcək Regional Ekoloji Zirvə Görüşü çərçivəsində, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəblərinin araşdırılması üzrə birgə işçi qrupunun ilk iclası keçiriləcək. Qazaxıstan səfirliyindən verilən xəbərə görə, bu barədə Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayelin Azərbaycan Respublikası Prezidentinin İqlim Məsələləri üzrə Nümayəndəsi Muxtar Babayev ilə görüşündə bildirilib. Görüşdə Azərbaycanın Qazaxıstan Prezidentinin beynəlxalq su təşkilatının yaradılması təşəbbüsünü dəstəklədiyi vurğulanıb. […]

Prezident Administrasiyasının sentyabr ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb

Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində vətəndaşların sentyabr ayı üzrə qəbul cədvəli açıqlanıb: Qəbulu aparan şəxs Qəbul günü Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Əmirov Natiq Ərziman oğlu 1 Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Nağdəliyev Zeynal Səfər oğlu […]
❌